Ana səhifə »  Müsahibə »  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
A+   Yenilə  A-
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov www.yap.org.az saytına müsahibə verib:
- Eldar müəllim, bildiyimiz kimi, müstəqil Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında inkişaf edir. 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Bu dövrü necə səciyyələndirərdiniz?
- Bugünkü reallıqlar və faktlar sübut edir ki, aparılan düzgün və məqsədyönlü siyasətin bəhrəsi olaraq Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilməklə, dünyanın davamlı olaraq inkişafda olan dövlətidir. Söz yox ki, əldə olunan böyük nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Daha açıq və aydın şəkildə desək, Ulu Öndər Heydər Əliyevin ideyalarının, müəyyənləşdirdiyi strategiyanın reallığa çevrilməsində müasir dövrün müdrik LİDERİ, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çevik, praqmatik siyasəti mühüm rol oynayıb. 2003-cü ilin prezident seçkiləri ərəfəsində Ulu Öndər Heydər Əliyev canından artıq sevdiyi xalqına tarixi müraciətində demişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Azərbaycan xalqı böyük səs çoxluğu ilə 2003-cü il oktyabrın 16-da keçirilən prezident seçkilərində cənab İlham Əliyevi Prezident seçərək Ulu Öndər Heydər Əliyevin ideyalarının və siyasətinin davam etdirilməsinə səs vermiş oldu. 2003-cü ildə dünyanın ən gənc prezidentlərindən biri kimi fəaliyyətə başlayan İlham Əliyev xalqın etimadını və inamını doğrultmaqla dünya xalqlarının həsədlə baxdıqları böyük uğurlara, nailiyyətlərə imza atdı. Həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyada yeri və rolu möhkəmlənməklə yanaşı, ölkədə əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, hüquq və azadlığın ən yüksək səviyyədə təmin olunmasına nail olundu. Son 16 il ərzində Azərbaycan bir sıra qabaqcıl ölkələrin əldə edə bilmədikləri uğurları qazana bilmişdir. Belə ki, ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdırılmışdır. Ümumilikdə, bu illər ərzində ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur. Bu isə müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi deməkdir. Azərbaycan beynəlxalq reytinqlərdə yüksək yerlərə qalxmışdır. 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək, 2018-ci ildə dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə qalxmış, dünyanın bir çox ölkələrini geridə qoyaraq Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqe tutmuşdur. Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik 2019” hesabatına əsasən, Azərbaycan 140 ölkə arasında “Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yeri tutmuşdur. Bu forumun hesablamalarına görə, Azərbaycan infrastrukturun inkişafı üzrə dünya ölkələri içərisində 30-cu yeri tutur.
- Bu gün Azərbaycan öz inkişafının yeni mərhələsindədir. Bu mərhələdə əldə olunan nəticələri necə dəyərləndirirsiniz?
- Birmənalı şəkildə demək olar ki, cənab İlham Əliyev 2003-cü ilə qədər artıq dünyada tanınan və qəbul olunan dövlət xadimi idi. O, milli və dövlətçilik maraqları naminə hər zaman fəallığı ilə seçilmiş, Ulu Öndər Heydər Əliyevin neft strategiyasının hazırlanması və həyata keçirilməsində önəmli rol oynamış, Milli Olimpiya Komitəsinə başçılıq etmiş, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi çox məsul vəzifələrdə çalışmışdır. Eyni zamanda, cənab İlham Əliyevin iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi, siyasi və mədəni əlaqələrinin daha da genişlənməsində, xüsusilə neft-qaz yataqlarının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə danışıqlar aparılmasında, bu sahədə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında böyük xidmətləri olmuşdur. Məhz cənab İlham Əliyevin ölkəmizin neft strategiyasının həyata keçirilməsində fədakarlıq və mübarizlik nümayiş etdirməsi nəticəsində 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişlər. Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açılmışdır. Qətiyyətlə demək olar ki, hazırda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan mühüm rola malikdir. Belə ki, Azərbaycanın yaxından iştirak etdiyi nəhəng transmilli layihələrin reallaşması Avrasiyanın enerji və nəqliyyat xəritəsində ciddi dəyişikliklər yaratmışdır. 2018-ci il mayın 29-da “Cənub Qaz Dəhlizi”nin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi olmuşdur. Bu layihələrin həyata keçirilməsi Azərbaycanın regionda və Avropada geoiqtisadi əhəmiyyətinin artmasında, Qərb ölkələri ilə münasibətlərin daha yüksək pilləyə qalxmasında vacib əhəmiyyət daşıyır. Əgər 1994-cü il sentyabrın 20-də Ulu Öndərimiz Heydər Əliyev əfsanə kimi görünən “Əsrin müqaviləsi”ni reallığa çevirmişdirsə, 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyev “Yeni əsrin müqaviləsi”ni gercəkləşdirdi. Həmin tarixi gün Azərbaycan 6 ölkənin 11 şirkəti ilə 2050-ci ilə qədər “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib, yenidən işlənmiş saziş imzaladı. Bununla Azərbaycan hökuməti dünyanın böyük enerji şirkətləri arasında uzunmüddətli əməkdaşlığın təməlini qoydu.
- Ölkəmizdə uğurlu sosial-iqtisadi siyasət həyata keçirilir. Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır...
- 2019-cu ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşündə torpaq uğrunda canlarını qurban vermiş şəhidlərimizə böyük ehtiram bəsləndiyi və şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərildiyi bildirildi. Prezident İlham Əliyev şəhid ailələri ilə görüşündə torpaq, Vətən uğrunda həlak olan, şəhidlik zirvəsinə yüksələn şəhidlərimizə bir daha ehtiramını bildirməklə 1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın işğal edilməsini, 1 milyondan çox soydaşımızın qaçqın, məcburi köçkün vəziyyətinə düşməsini xatırladaraq demişdir: “Biz minlərlə şəhid verdik, on minlərlə insan yaralandı, əlil oldu. O vaxt Azərbaycanda hakimiyyətsizlik dövrü idi. Bizim məğlubiyyətimizin əsas səbəbi ondan ibarət idi ki, o vaxt Azərbaycanda güclü lider yox idi. Müxtəlif qruplaşmalar hakimiyyət uğrunda mübarizə aparırdılar, bir-birinə qarşı təxribat törədirdilər və Ermənistan bundan istifadə edib torpaqlarımızın bir hissəsini zəbt etmişdir. Tam qətiyyətlə deyə bilərəm, - mən bunu dəfələrlə demişəm, - əgər o vaxt Heydər Əliyev Azərbaycanın rəhbəri olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi”.
2018-ci ilin prezident seçkilərindən sonra Prezident İlham Əliyevin ilk imzaladığı Fərman “Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman olmuşdur. Sənəddə bu qəbildən olan insanların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Prezidenti 2019-cu il yanvarın 11-də Nazirlər Kabinetinin iclasında bu məsələyə yenidən qayıdaraq demişdir: “Bildiyiniz kimi, keçən il prezident seçkilərindən dərhal sonra şəhid ailələrinin vərəsələrinə, - o vərəsələrə ki, o yardımı, o müavinəti almayıblar, - mənim sərəncamımla 11 min manat vəsait nəzərdə tutulur. Eyni zamanda, siyahılara baxılır, dəqiqləşdirilir və bu məsələ ilə bağlı təkliflər də irəli sürülür. Burada, əlbəttə ki, sosial ədalət prinsipi əsas olmalıdır. Qanun və ədalət. Əminəm ki, biz bu istiqamətdə də istədiyimizə nail olacağıq”. Bu göstərişdən sonra şəhid ailələrinin vərəsələrinə 11 min manat ödəniş yerinə yetirilmişdir.
Ümumiyyətlə, demək olar ki, 2019-cu il bir sıra sosial-iqtisadi islahatlarla yadda qalmaqdadır. Azərbaycan Prezidentinin 2019-cu ilin fevral ayında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanları, eləcə də bu ilin senytabr ayının 1-dən büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin orta aylıq əməkhaqqının 20-50 faiz artırılması, oktyabr ayının 1-dən isə minimum pensiyanın 200 manata çatdırılmasına dair müvafiq sənədlərin imzalanması əhalinin sosial maraqlarının müdafiəsinə və rifah halının yaxşılaşmasına göstərilən diqqətin bariz nümunəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə orta aylıq əməkhaqqının minimum məbləğinin bu il ərzində 130 manatdan 250 manata, minimum pensiyanın isə 200 manata çatdırılması yüz minlərlə əhalinin rifah halının yaxşılaşmasına təsir edəcəkdir. Həm peşə, həm də ümumtəhsil məktəblərində diaqnostikadan keçən müəllimlərin maaşlarında isə 20 faiz artım olacaq və son iki ildə bu kateqoriyadan olan şəxslərin maaşları 40 faizə qədər artmışdır.
Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında, yaşadığı cəmiyyətdə görməkdədir. Bu isə bir daha təsdiq edir ki, Azərbaycan düzgün və işıqlı yoldadır. Məhz bu baxımdan Azərbaycan xalqı Prezident İlham Əliyevin daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyir, Ona inanır və etibar edir. Bu, belədir və təbii ki, bundan sonra da belə davam edəcəkdir.

 
  • Oxunub:  8280  |  
  • Tarix:  18-10-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır

20 Fevral 20:38
Azərbaycan meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədi ilə Avstraliyaya humanitar yardım edib
20 Fevral 20:28
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20 Fevral 20:17
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub
20 Fevral 20:00
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb
20 Fevral 17:46
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə görüşü olub
20 Fevral 17:39
Rusiyanın Baş Naziri Azərbaycana yeni ticarət nümayəndəsi təyin edib
20 Fevral 17:36
Dövlət Neft və Sənaye Universiteti ilə “British Council” arasında əməkdaşlıq genişlənir
20 Fevral 16:36
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
20 Fevral 16:31
Azərbaycan Milli Elmlər Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
20 Fevral 16:06
X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı tolerantlıq barədə məlumatlandırılıb
20 Fevral 16:01
AZAL Daşkənddə keçirilən Beynəlxalq Aviasiya Forumunda təmsil olunub
20 Fevral 15:58
Üzüm bağlarında yaz hazırlıqlarına başlanıb: məqsəd məhsuldarlığı artırmaqdır
20 Fevral 15:38
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Gəncə və Goranboyda vətəndaşları qəbul edib
20 Fevral 15:25
Yevlax rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
20 Fevral 15:20
Harvard Universitetinin saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib
20 Fevral 15:14
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20 Fevral 15:06
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü
20 Fevral 14:57
Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub
20 Fevral 14:35
Milli Konservatoriyada UNESCO klubunun təqdimatı olub
20 Fevral 14:24
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri bu ölkənin mətbuatının diqqətindədir
20 Fevral 13:32
Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib
20 Fevral 13:21
Vyanada ATƏT Parlament Assambleyasının 19-cu qış sessiyası işə başlayıb
20 Fevral 13:17
YAP İcra Katibliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı keçirib
20 Fevral 13:10
ATƏT-in 28-ci İqtisadi və Ətraf Mühit Forumunun I Hazırlıq İclasında “ASAN xidmət”in fəaliyyətindən bəhs olunub
20 Fevral 13:04
Zaur Əliyev: Hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir
20 Fevral 12:47
Bakı Ali Neft Məktəbində “Qadınlar və mühəndislik” mövzusu müzakirə olunub
20 Fevral 12:43
İranın İRNA agentliyi Münxendə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdən yazır
20 Fevral 12:22
Memarlıq və İnşaat Universitetində Karyera sərgisi təşkil olunub
20 Fevral 12:19
İsveçrə saytında Azərbaycanda aparılan islahatlar barədə məqalə dərc olunub
20 Fevral 12:10
Çerniqovda Xocalı soyqırımına dair elmi konfrans keçirilib
20 Fevral 11:53
İcbari tibbi sığortanın tətbiq edildiyi 23 rayondakı tibb müəssisələrinə 381 mindən artıq insan müraciət edib
20 Fevral 11:50
DOST Agentliyi könüllülüklə əlaqədar keçirilən beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb
20 Fevral 11:47
Məqsədimiz məzunlarımıza karyeralarını qurmaqda yardımçı olmaqdır
20 Fevral 11:33
İndoneziyada Xocalı soyqırımına həsr olunmuş poçt markaları buraxılıb
20 Fevral 11:29
Azərbaycan Respublikası Antiqua və Barbudaya yardım edib
20 Fevral 11:23
Naxçıvanda Azərbaycan əsgərinin keçirdiyi taktiki-xüsusi təlimlər erməniləri təşvişə salıb
20 Fevral 11:20
ABŞ-ın San-Dieqo Ştat Universitetində Azərbaycana dair mühazirə keçirilib
20 Fevral 11:16
Sumqayıtda ötən əsrdə tikilmiş, istismar müddəti başa çatmış yaşayış binaları söküləcək
20 Fevral 10:40
“Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkında hazırlıq və abadlıq işləri aparılır
20 Fevral 10:28
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə start verilir
20 Fevral 10:16
Şəki Xan Sarayı ilə tanışlıq Qış məktəbinin iştirakçılarında böyük maraq doğurub
20 Fevral 10:05
Tokioda “Imegine One World-Kimono Project” layihəsi çərçivəsində Azərbaycan kimonosunun təqdimatı keçirilib
20 Fevral 09:57
BMT-də keçirilən tədbirdə Dağlıq Qarabağ münaqişəsi barədə danışılıb
20 Fevral 09:52
Münxendə Azərbaycanın alternativ enerji sektorunun inkişafı istiqamətində atdığı addımlar yüksək dəyərləndirilib
20 Fevral 09:50
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 23 dəfə pozub
20 Fevral 09:48
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir
20 Fevral 09:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
20 Fevral 09:34
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə işbirliyi davam etdirilir
20 Fevral 09:33
Tarixçi alim Həsən Həsənov Atropatena/Adorbaygan/ Azərbaycan adlı dövlətin yaranması haqqında
20 Fevral 09:30
İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
20 Fevral 09:24
Əsas vəzifəmiz yüksək peşəkar musiqiçi kadrlar yetişdirməkdir
20 Fevral 09:12
Ermənistan ordusundakı acınacaqlı vəziyyət sadə erməniləri qəzəbləndirib
20 Fevral 09:09
Xocalı soyqırımı qurbanlarının xatirəsi mədəniyyət ocaqlarında da anılacaq
20 Fevral 08:59
Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır
19 Fevral 20:22
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
19 Fevral 20:20
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb
19 Fevral 20:16
Prezident İlham Əliyevin Münxen qələbəsi: erməni baş nazirin növbəti iflası
19 Fevral 20:12
Naxçıvanda inşa olunan yeni uçuş-enmə zolağı sınaqdan keçirilib
19 Fevral 20:10
AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
19 Fevral 19:46
Bölgələrdə tikilən Olimpiya kompleksləri idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır
19 Fevral 17:49
Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib
19 Fevral 17:48
AzTU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
19 Fevral 17:36
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib
19 Fevral 17:28
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19 Fevral 17:25
Ötən ay ölkədən 60 min tonadək neft məhsulları ixrac olunub
19 Fevral 17:08
Qaradağ rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
19 Fevral 16:45
Amerikalı ekspert Piter Teys: Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir
19 Fevral 16:36
Azərbaycan-Latviya əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
19 Fevral 16:33
Vüsal Qasımlı: Son bir ildə Azərbaycanda elektron ticarət rekord həddə çatıb
19 Fevral 16:26
AZTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +6