Ana səhifə »  Müsahibə »  Türkdilli dövlətlərin birliyinin böyük gələcəyi var
A+   Yenilə  A-
Türkdilli dövlətlərin birliyinin böyük gələcəyi var

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov www.yap.org.az saytına müsahibə verib:
- Nizami müəllim, oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirildi. Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının 10 ili tamam oldu. Sizcə, Türk Şurası ötən dövr ərzində qarşıya qoyduğu hədəflərə nə dərəcədə çata bilib?
- Ümumiyyətlə, türk xalqlarının birliyi hər zaman aktual olub. XIX əsrin sonu - XX əsrin əvvəllərindən etibarən türk dünyası anlayışı siyasi anlayışa çevrildi. Yəni həm türk xalqları ziyalıların timsalında bir türk dünyasının mövcudluğunu və özlərinin də bu dünyanın tərkibində olduqlarını anladılar, həm də müstəqillik uğrunda mübarizə aparmağa başladılar. Bu mənada, Azərbaycan öz müstəqilliyi üçün geniş düşüncə imkanı qazandı. Onun ardınca isə Türküstanda özbəklərin, qazaxların, qırğızların və s. müstəqillik uğrunda mübarizəsi artıq hərəkata çevrildi. Bunun da məntiqi bir tərəfdən ümumi türk dünyası və onun vəhdəti, başqa bir tərəfdən ayrı-ayrı türk xalqlarının dövlət müstəqilliyindən ibarət idi. Bu proses XX əsrin sonlarına qədər gəlib çıxdı.
Beləliklə, XX əsrin sonlarında Azərbaycan və Mərkəzi Asiyanın türkdilli xalqları öz müstəqilliyinə qovuşdular. Bundan sonra proseslər belə oldu ki, türkdilli dövlətlər öz müstəqilliklərini qorumaq şərtilə ümumi türk dünyasına qovuşmaq üçün bir-birləri ilə fəal şəkildə əməkdaşlığa başladılar. Bu gün də həmin tendensiyanın davamını müşahidə edirik.
Müstəqilliyin ilk illərində bu dövlətlərin qarşılıqlı əməkdaşlığı elə də güclü deyildi. Çünki onlar, ilk növbədə, özlərini müstəqil dövlət kimi təsdiq etməli idilər. Amma bütün hallarda türk dünyasının birliyi ideyası həmişə mövcud olub. Bu ideya əvvəllər daha çox emosional formada mövcud olmuşdu. Sonra isə xeyli dərəcədə siyasi məzmun kəsb etdi. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki, türk dünyasının mədəni, mənəvi birliyini onun siyasi-ideoloji birliyi tamamlamalıdır. Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin də bu tipli ideyaları var idi.
Türkdilli dövlətlərin qarşılıqlı inteqrasiyası üçün ilkin olaraq mədəni birlik yaradıldı. 1990-cı illərin əvvəlində yaradılan TÜRKSOY türk xalqlarının mədəni birliyini müdafiə edən və onun inkişafını təmin edən təşkilatdır. Onun ardınca isə Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) yaradıldı ki, bu da çox mühüm məsələ idi. Çünki parlamentlər bütün dünyada dövlətlərin ən demokratik qurumudur və burda deputatların simasında xalq təmsil olunur. Daha sonra isə 10 il əvvəl Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. Artıq bu, o demək idi ki, konkret olaraq türkdilli dövlətlərin birliyini koordinasiya edən işlək bir mexanizm, struktur yaradılır. Bu qurumun ən üst qatı isə dövlət başçılarının zirvə görüşləridir.
Ötən 10 il ərzində Türk Şurası səmərəli fəaliyyət göstərib və böyük nailiyyətlər qazanıb. Türk dövlətlərinin bir-birinə siyasi, strateji yaxınlaşmaları və türk dünyasının maraqlarının beynəlxalq səviyyədə təmin olunması, eləcə də türk dövlətləri arasında hər hansı bir kiçik münaqişəyə imkan verməyəcək qədər bir vəhdətin təmin olunması baxımından ciddi uğurlar qazanılıb. Bütün bunlar nəticə etibarilə Türk Şurasının əsaslandığı prinsiplərdir və Türk Şurasının mövcud olmasının ən böyük üstünlüyündən biri odur ki, həm əvvəl yaranmış TÜRKSOY, həm də TÜRKPA ilk növbədə dövlət başçılarının verdikləri qərarların fonunda öz fəaliyyətlərini gücləndirirlər. Yəni bu qərarlar nə qədər miqyaslı olarsa, o da həmin qurumlara təsir edir, görülən işlər müsbət olur. Onu da qeyd edim ki, türk xalqlarının birliyinə xidmət edən layihələrdən biri də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasıdır. Fond türk dünyası mədəniyyətini, zəngin tarixini, milli-mənəvi dəyərlərini bütün dünyada təbliğ edir. Gələcəkdə bu istiqamətdə başqa qurumlar da yarana bilər.
Beləliklə, türkdilli dövlətlərin birliyi üçün mükəmməl bir model yaradılıb ki, bu platforma qarşıdakı dövrlərdə daha da inkişaf edə bilər. Amma yenə də əsas məsələ odur ki, müstəqil türk dövlətlərinin ayrı-ayrılıqda inkişafı təmin olunsun və eyni zamanda, türk dövlətlərinin qarşılıqlı əlaqələri o qədər geniş olsun ki, mədəniyyətdən başlamış bütün sahələrə qədər strateji əməkdaşlıq təmin edilsin. Yəni, türk dövlətləri hər bir məsələdə yekdil mövqe bildirməli, bütün məsələlərdə bir-birlərini dəstəkləməlidir. Onların müstəqil dövlət kimi güclənmələri bütövlükdə türk dünyası birliyini gücləndirməlidir və belə də olacaq.
Bütövlükdə 10 ildir ki, Türk Şurası bütün keyfiyyəti, strukturunun mükəmməlliyi ilə fəaliyyət göstərir və gələcəyə böyük vədlər verir. Bakıda keçirilən VII Zirvə görüşü də bu baxımdan böyük əhəmiyyət kəsb edir. Zirvə görüşündə dövlət başçılarının çıxışı, müzakirə olunan məsələlər, irəli sürülən təkliflər və gələcəkdə həmin təkliflərin reallaşması türk birliyini daha da gücləndirəcək. Hesab edirəm ki, türkdilli dövlətlərin birliyinin böyük gələcəyi var.
- Özbəkistanın Türk Şurasına rəsmi olaraq üzv olmasının, Macarıstanın da bu qurumun işində iştirak etməsinin əhəmiyyəti nədən ibarətdir?
- Bəli, müəyyən müddət idi ki, Özbəkistan Türk Şurasına üzv deyildi. Təbii ki, türk dünyasının özünün müəyyən daxili problemləri ola bilər. Biz bunu bilirik. Artıq Özbəkistan təşkilata rəsmi şəkildə üzv qəbul olundu və bu, çox təqdirəlayiq haldır.
Macarıstanın Türk Şurasının işində iştirak etməsi isə bizim üçün çox mühüm perspektivdir. Çünki Avropa ölkəsi olan Macarıstan özünü türk dünyasının tərkib hissəsi hesab edir. Bu fakt türk dünyasının daxili miqyasının genişlənməsinin göstəricisidir. Macarlar türk deyil, amma türklərin də daxil olduğu altay birliyinə aiddirlər. Odur ki, bu cür genişlənmə bizim bir sıra digər problemlərimizi də həll edəcək.
Qeyd edim ki, türk birliyində millətçilik əhval-ruhiyyəsi, başqa millətlərə qarşı aqressiya yoxdur. Türkçülükdə bu hallar heç vaxt olmayıb. Türkçülük yalnız türk dünyasını beynəlxalq aləmin müstəqil bir hadisəsi kimi görmək, başqalarından aşağı olmamaq, irəli getmək, dünya ilə ayaqlaşmaq və s. məqamları özündə ehtiva edir. Əgər Macarıstan da Türk Şurasının işinə qoşulursa, bu, dünyanın bizim humanist addımlarımıza qiymətinin ifadəsidir.
- Türkmənistan Türk Şurasına hələ də rəsmi şəkildə qoşulmayıb. Necə hesab edirsiniz, yaxın gələcəkdə bu dövlət də təşkilata üzv olacaqmı?
- Türkmənistan Türk Şurasının VII Zirvə görüşündə Baş Nazirin müavini səviyyəsində təmsil olunsa da, təşkilata hələ rəsmi üzv deyil. Fikrimcə, zaman keçdikcə Türkmənistan da Türk Şurasına qoşulacaq. Çünki burada onların mənafeyinə toxunan nəinki heç bir məsələ yoxdur, əksinə, türk dünyasında, həm də beynəlxalq müstəvidə bu ölkənin maraqlarını ifadə edəcək çoxlu istinadlar var.
Bütün bunlarla yanaşı, qeyd etmək istəyirəm ki, yarımmüstəqil türk xalqları da bu prosesdə iştirak etməlidir. Tatarlar, başqırdlar, çuvaşlar, yakutlar və s. xalqların böyük mədəniyyəti, dövlətçilik tarixi var. Məsələn, tatarların dövlətçilik tarixi türk xalqlarının çoxunun dövlətçilik tarixindən əvvələ gedib çıxır. Hesab edirəm ki, bu xalqlar da müxtəlif səviyyələrdə türk birliklərində təmsil olunmalıdır. Doğrudur, onlar TÜRKSOY-da təmsil olunur, amma fikrimcə, həmin yarımmüstəqil dövlətlərin parlamentləri olduğuna görə TÜRKPA-nın işində də iştirak edə bilərlər.
Yəni proses elə gedir ki, türk birliyini istəməyən dairələr bizim birliyimizdən sui-istifadə edib “türk qorxusu” yaymasınlar. Yaymağa çalışsalar belə, türk dövlətlərinin fəaliyyəti nəticəsində dünya görəcək ki, burada normal, mədəni, ümumbəşəri dəyərlərə, müasir sivilizasiyaya uyğun bir proses gedir. Dünya xalqlarının bir-birilə münasibətləri hansısa birinin hüquqlarının pozulması şəklində yox, hüquq bərabərliyi əsasında olmalıdır. Başqa bir mədəni birlik dünyada mümkün deyil. Qloballaşmanın şərti də budur. Türk dünyası da Azərbaycanın timsalında multikulturalizmin zirvəsini dünyaya təqdim edir.
Bütövlükdə, türk dövlətlərinin birliyi üçün çox ciddi əsaslar var və bu birlik dünyaya mədəniyyət, humanizm, insanlıq, böyük dəyərlər gətirir.

 
  • Oxunub:  8160  |  
  • Tarix:  17-10-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi

19 Fevral 20:22
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
19 Fevral 20:20
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb
19 Fevral 20:16
Prezident İlham Əliyevin Münxen qələbəsi: erməni baş nazirin növbəti iflası
19 Fevral 20:12
Naxçıvanda inşa olunan yeni uçuş-enmə zolağı sınaqdan keçirilib
19 Fevral 20:10
AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
19 Fevral 19:46
Bölgələrdə tikilən Olimpiya kompleksləri idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır
19 Fevral 17:49
Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib
19 Fevral 17:48
AzTU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
19 Fevral 17:36
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib
19 Fevral 17:28
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19 Fevral 17:25
Ötən ay ölkədən 60 min tonadək neft məhsulları ixrac olunub
19 Fevral 17:08
Qaradağ rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
19 Fevral 16:45
Amerikalı ekspert Piter Teys: Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir
19 Fevral 16:36
Azərbaycan-Latviya əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
19 Fevral 16:33
Vüsal Qasımlı: Son bir ildə Azərbaycanda elektron ticarət rekord həddə çatıb
19 Fevral 16:26
AZTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
19 Fevral 16:21
Bakıda beynəlxalq humanitar hüquq sahəsində seminar işə başlayıb
19 Fevral 16:08
“Onlar heç vaxt böyüməyəcəklər” kitabının Türkiyədə təqdimatı olub
19 Fevral 16:00
Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq
19 Fevral 15:54
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində amerikalı ekspertlərlə görüş keçirilib
19 Fevral 15:29
Azərbaycanın turizm potensialı Belarusda təbliğ olunub
19 Fevral 15:24
İsmayıllıda ötən il ümumi məhsul istehsalının həcmi 14 milyon 757 min manat artıb
19 Fevral 15:15
Keçən il ölkədəki bərpaolunan enerji mənbələrinin 7,3 faizindən istifadə edilib
19 Fevral 14:53
Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər
19 Fevral 14:47
Qədim Buxara şəhəri bu il İslam mədəniyyətinin paytaxtı seçiləcək
19 Fevral 14:29
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
19 Fevral 14:22
Muğamsevərlər Heydər Əliyev Sarayında yenidən bir araya gəliblər
19 Fevral 14:10
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
19 Fevral 14:03
V İngilis dili olimpiadası keçiriləcək
19 Fevral 14:00
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələr Misir mətbuatında da geniş işıqlandırılıb
19 Fevral 12:45
Elxan Məmmədov: Avro 2020 Bakıya Avropa Liqasının finalından üç dəfə çox turist cəlb edəcək
19 Fevral 12:41
Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş kitab sərgisi açılıb
19 Fevral 12:40
ABŞ radiosunda Azərbaycanda mövcud olan dinlərarası harmoniyadan danışılıb
19 Fevral 12:30
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində ödənişlərin nağdsız aparılması üçün bank kartı buraxılıb
19 Fevral 12:21
Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir
19 Fevral 12:17
Ötən il Beyləqanda ümumi məhsul buraxılışının həcmi 528,11 milyon manat olub
19 Fevral 12:14
Prezident İlham Əliyevin yeni islahatları bütün sahələrdə inkişafın sürətləndirilməsinə şərait yaradıb
19 Fevral 11:48
Macarıstanda Azərbaycan Kinosu Günləri keçirilir
19 Fevral 11:38
Nazir müavini: 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması planlaşdırılır
19 Fevral 11:32
Zaur Əliyev: “İcbari tibbi sığortanın tətbiq olunduğu bəzi regionlarda həkim çatışmazlığı müşahidə olunur” – MÜSAHİBƏ
19 Fevral 11:27
Azərbaycan Avropanın aparıcı dəmir yolu şirkətləri ilə əlaqələri genişləndirir
19 Fevral 11:23
“Qış Məktəbi”nin iştirakçıları Şəkinin tarixi məkanlarında
19 Fevral 11:16
Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır
19 Fevral 11:14
Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə görüşüb
19 Fevral 11:06
Vətəndaşlarımızın ictimai təəssübkeşlik nümunəsi olan bütün təkliflərinə diqqətlə yanaşılır
19 Fevral 10:39
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19 Fevral 10:34
Azərbaycan və İspaniya arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur
19 Fevral 10:26
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 21 dəfə pozub
19 Fevral 10:24
UEFA Çempionlar Liqası: səkkizdədir final mərhələsinin növbəti oyunları keçiriləcək
19 Fevral 10:22
Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi
19 Fevral 10:17
Bahar Muradova: Dalana dirənmiş danışıqları nəticəyə yönəlmiş prosesə çevirmək üçün bu debatı yeni bir başlanğıc hesab etmək olar
19 Fevral 10:13
Azərbaycanlı tədqiqatçı - alim Misirdə beynəlxalq konfransda çıxış edib
19 Fevral 10:06
Heydər Əliyev irsinin tədqiqi işinə daha bir dəyərli töhfə
19 Fevral 10:03
Türkiyə mediası: Prezident İlham Əliyev Paşinyanı çətin vəziyyətə saldı
19 Fevral 10:00
Ermənistan mətbuatı: Paşinyanın Münxen biabırçılığı...
19 Fevral 09:57
“The USA Tribune”: Müzakirələr Paşinyan üçün uğursuz başa çatdı
19 Fevral 09:55
“Vestikavkaza.ru”: Prezident İlham Əliyev Münxendə Paşinyanı darmadağın etdi
19 Fevral 09:54
Yaponiya mətbuatı: Prezident İlham Əliyev Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu faktlarla diqqətə çatdırdı
19 Fevral 09:51
Erməni ekspert: Azərbaycan Prezidenti qalib gəldi
19 Fevral 09:50
Xocalı soyqırımı bəşəriyyətə qarşı edilən cinayətdir...
19 Fevral 09:46
Regionlarda yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində mühüm tədbirlər həyata keçirilir
19 Fevral 09:44
Türkiyə universitetlərinin idarəetmə standartları AzTU-da tətbiq olunacaq
19 Fevral 09:41
Hakimliyə namizədlərin tədris kursu yeni mövzularla zənginləşdirilir
19 Fevral 09:34
Azərbaycanın regionlarında əhalinin içməli su təchizatı yaxşılaşır
18 Fevral 21:04
Sankt-Peterburqda rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları müzakirə olunub
18 Fevral 20:55
Ombudsman Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 20:38
Avropa Parlamentinin nümayəndələri Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqların cari vəziyyəti barədə məlumatlandırılıb
18 Fevral 17:59
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
18 Fevral 17:57
Sevinc Fətəliyeva: Prezident İlham Əliyev Paşinyana tarix dərsi keçdi
18 Fevral 17:56
Asim Mollazadə: Ermənistanın işğalçı siyasəti bölgə üçün ən böyük təhlükədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA