Ana səhifə »  Müsahibə »  Bu dövlət hamımızındır və onu qorumaq da hamının borcudur
A+   Yenilə  A-
Bu dövlət hamımızındır və onu qorumaq da hamının borcudur

Milli Məclisin deputatı Elşən Musayev www.yap.org.az saytına müsahibə verib:
- Elşən müəllim, hazırda gündəmin əsas müzakirə mövzularından biri xaricdə mühacir adı ilə fəaliyyət göstərən dairələrin ölkəmizə qarşı apardıqları şər-böhtan kampaniyası ilə bağlıdır. Sizcə, bu çirkin kampaniyanın əsasında hansı amillər dayanır?
- İlk amil, ilk səbəb odur ki, Azərbaycanın uğurları bir çox qüvvələri qane etmir və bu uğurları qəbul etmək istəməyən, onu həzm edə bilməyən həmin xəbis xislətli qüvvələr öz daimi fəaliyyətlərindədirlər. Bu proses həmişə olub və indi də estafet davam edir. Azərbaycan inkişaf etdikcə, uğurlarımız artdıqca məlum düşmənlərin, bizi sevməyən qüvvələrin yönləndirdiyi proseslər də artan dinamika üzrə inkişaf edəcək. Hazırda mühacir adı ilə aldığı qrantların miqdarını çoxaltmağa çalışan, ölkədəki radikal stimulvericilərinə daha böyük həcmdə pul-para, pay-pürüş göndərməyə səy göstərən anti-milli ünsür komandası formalaşıb. Təbii, haralardansa da himayə olunurlar və proqramlı fəaliyyət göstərirlər. Son dərəcə çirkin kampaniyadır, amma nə təəssüf ki, həmin kampaniya vicdanını, ləyaqətini, şərəfini itirən insanlar tərəfindən ardıcıl mərhələlər üzərindən davam edir. Kənardan görünə bilər ki, bu hakimiyyətə, iqtidara qarşıdır. Xeyr! Bu birmənalı şəkildə dövlətə, dövlətçiliyə, azərbaycançılığa, mentalitetə qarşıdır. Həmin kütlənin dərdi xalq və dövlət deyil. Bu gün şər və iftira fəaliyyətini davam etdirən ünsürlərin xalqa və dövlətə azacıq da olsa aidiyyəti yoxdur. Sadəcə şəxsiyyət vəsiqələrində və pasportlarında azərbaycanlı sözü yazılıb. Vəssalam. Vidadi kimi tərbiyəsiz millətçi, xalq fədaisi ola bilərmi? Bu psixoz, narkoman dövlətin bu gününü, sabahını düşünə bilərmi? Əsla və əsla! Nə avantürist, nə söyüş ritorikasına köklənən, nə əslindən, nəslindən, kökündən, şəcərəsindən xəbəri olmayan varsa əlinə bir “noutbuk” alıb, internetə qoşulub, kanal açıb ölkəyə, ölkənin ləyaqətli insanlarına qarşı kənardan hədyan yağdırır. Biri adını bloqqer qoyub, biri veriliş aparıcısı, biri mühacir, biri məzlum. Absurddur. Hər mənada. Ən böyük absurd isə bu yaramazların hələ də məsuliyyətə cəlb edilməmələri, rahat formada dolanmaları, gəzmələridir.
Azərbaycan dövlətində hansısa əcnəbi öz ölkəsinin istənilən vətəndaşına qarşı belə informasiya terroru, mənəvi terror edə bilərmi? Bu mümkündürmü? Əsla mümkün deyil. Dərhal tədbir görülər. Və nəinki Azərbaycanda, özünə, qanunlarına hörmət qoyan istənilən ölkədə. Demək ki, bizə demokratiyadan dərs keçmək həvəsinə düşən bəzi ölkələr ilk öncə öz qanunlarının aliliyini qorumalı, ilk öncə beynəlxalq hüququn ana prinsiplərini gözardına almamalı, Konvensiya tələblərinə hörmətlə yanaşmalı, ondan sonra uca səslə, bərkdən hansısa məhkəmə qərarlarının icra faizi haqqında müzakirələrə qoşulmalıdırlar, məruzəçi təyin etməlidirlər, demokratiya söhbətləri aparmalıdırlar. Görünən budur ki, Azərbaycan özü hazırda hamıya demokratiyadan dərs keçər. Ən azından bizə demokratiya haqqında uzun-uzadı nağıllar danışanlara. Daha doğrusu, belə bir eşqə düşənlərə.
- Narahatlıq doğuran bir məqam da mühacir müxalifətin xaricdəki müəyyən dairələrin maraqlarına xidmət etməsidir. Bu fakt nə dərəcədə təhlükəlidir?
- Müxalifət, daha dəqiqi, radikal müxalifət öz ampluasındadır. Dəyişən bir şey yoxdur. Əgər Əli Kərimli adında siyasətçi Vidadi İsgəndərlinin hərəkətlərinə dolayı yolla da olsa haqq qazandırırsa, bu yolu dəstəkləyirsə, Qənimətin dili, Natiqin ifası ilə təhqirin, söyüşün, şərin, böhtanın ən yüksək həddini özünə prioritet seçirsə, bundan sonra heç nəyə təəccüblənmək lazım deyil. Xislətləri və mahiyyətləri budur. Təbii, qorxulu tendensiyadır. Belə riyakarların əlində imkan olsa ölkənin taleyini hərraca qoyub, onu keçi qiymətinə satarlar. Çünki daim sata-sata gəliblər. Düzdür, bəzən alıcıları olmayıb, amma həmişə satmağa nələrisə olub. Öz liderini satan adamın sata bilməyəcəyi heç nə yoxdur. Bu aksiomdur! Əli Kərimli və onun tayları həmin kateqoriyadandır.
- Ölkəmizin daxilindəki “beşinci kolon”un nümayəndələri də mühacir müxalifəti ilə sinxron fəaliyyət göstərir. Bu fakt onların eyni mərkəzdən idarə olunduğunu göstərirmi?
- Onlar eyni komandadır. Nəinki sinxrondurlar, hətta bir can, bir qan, bir gendəndirlər. Üstəlik, ümumi maraqları üçün bütün mental dəyərlərdən, əsl həqiqətlərdən, gerçəklikdən uzaq durublar. Durmağa hazırdırlar! Təsəvvür edin, o gün Qənimətin verilişində Elçibəy açıq şəkildə təhqir olundu. Biz Elçibəyin müdafiəsinə qalxdıq, amma Kərimli qalxmadı, Qənimət cınqırığını da çıxarmadı. Niyə? Bəs Elçibəy axı sizin atanız, müəlliminiz, rəhbəriniz idi? Deyim niyə. Çünki indiki mərhələdə Əli Kərimliyə və onun silahdaşlarına hansısa başqa yaramaz ilə konflikt sərf eləmir. Bir daha qeyd edirəm: ümumi maraqlar var. Ona görə. Elə bir hala, vəziyyətə gəliblər ki, Leyla Yunus, Xədicə İsmayıl, Sevinc Osmanqızı bunların ideoloqlarına çevriliblər. “5-ci kolon”un nə ünsürü varsa onların beynindən, düşüncələrindən qidalanırlar. Hələ baxarsız, bir azdan internetdəki verilişlərinə Əlikramı-fılan da çıxaracaqlar. Bəli, bu millətə, dövlətə düşmən olan kim varsa bunların dostudur. Yəni məlum qüvvənin dost qəbul etmə yaradıcılığında ana xətt budur. Baxmayaraq ki, hər gün ifşa olunurlar, həm də faktlarla ifşa olunurlar - yenə dayanmırlar. Çünki yaramazlığın dayanacağı, durma yeri, əyləc basma nöqtəsi yoxdur, olmur. Çünki yaramazlıq abstrakt anlayışdır. Çünki yaramazın həyat kredosu, fəlsəfəsi tükənməyən və qəbrə qədər davam edən pisliklərin məcmusundan ibarətdir.
- Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi ilə bağlı ölkəmizdəki siyasi partiyaların və vətəndaş cəmiyyətinin həmrəyliyi nə qədər vacibdir?
- Bu fəaliyyət labüddür və var. Amma söhbət aparılan insanlar elə sadəcə partiya sədridir deyə masaya dəvət olunmamalıdır. O gün dəyirmi masada müxalifət funksionerinin dilindən gördünüzmü hansı fikir səsləndi? Demə, “üsyan hüququ” varmış, amma bizim xəbərimiz yoxmuş. Belə adamlarla nə müzakirə, hansı müzakirə aparmaq olar? Təbii, radikal deyil, konstruktiv müxalifət qanadında bizimlə müəyyən məsələlərdə fərqli düşünən, fəqət millətcil, dövlətcil olan insanlar var. Qüdrət Həsənquliyev də müxalifətdir, düşüncəsini açıq şəkildə dilə gətirən adamdır, bir çox məsələlərdə iqtidarla eyni fəlsəfəni bölüşmür. Amma ləyaqəti, şərəfi, mənliyi həmişə üstündədir, əsl dövlət cəfakeşidir, əsl kişi obrazına sahibdir. Masada belə ləyaqətli müxalifətlə üzbəüz oturmaq lazımdır, polemika, müzakirə onlarla aparılmalıdır. Ayrıca, çox doğru buyurdunuz ki, vətəndaş cəmiyyətinin də bu istiqamətdə böyük hərəkətliliyinə ehtiyac var. Bu fikirlə ikiəlli razıyam. Çünki hazırda siyasi kontingentlə bərabər ictimai yük daşıyan insanların da sayı olduqca çoxdur. Mən sizə tam səmimi deyim ki, sosial şəbəkələrdə, cəmiyyətdə öz sözünu, əsas da doğru sözü söyləyən insanların böyük əksəriyyəti məhz ictimai fəallardır. Onların içində vətənpərvər, millətini sevən insanların sayı yetərincədir. Yəni, sözümün canı budur ki, fərq etməz kim hansı cəbhədədir, dövlət marağını şəxsi maraqlardan üstün tutan hər kəsi mövzu ətrafında birləşdirmək və xaricdə ölkəmizə qarşı planlanan məkrli ssenarilərə qarşı səfərbər etmək lazımdır. Bu dövlət hamımızındır. Onu qorumaq da hamının borcudur.

 
  • Oxunub:  3570  |  
  • Tarix:  24-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir

15 Oktyabr 12:06
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15 Oktyabr 11:57
Özbəkistanın milli informasiya agentliyi “Azərbaycanın fəxri və millətin Ulu Öndəri” sərlövhəli məqalə yayıb
15 Oktyabr 11:50
“Jewish Journal”: Avropa Şurası Azərbaycanın təşəbbüsü ilə yəhudi irsi abidələrinin qorunmasına dair qətnamə qəbul edib
15 Oktyabr 11:40
Daxili işlər orqanlarının əməkdaşları ötən gün axtarışda olan 21 nəfəri saxlayıblar
15 Oktyabr 11:35
Kuhner Fondunun üzvlərinin adı Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısından çıxarılıb
15 Oktyabr 11:31
Özbəkistanın informasiya agentliyində ölkəmizlə bağlı məqalə yer alıb
15 Oktyabr 11:28
KOBİA Türkiyə, Özbəkistan və Macarıstanın müvafiq qurumları ilə əlaqələri genişləndirir
15 Oktyabr 11:19
Cavid Osmanov: “Qarabağ Azərbaycandır!” hərəkatı respublikamızda böyük əks-səda doğurub
15 Oktyabr 11:07
Ceyhun Bayramov: Bu gün qarşıda duran əsas çağırışlardan biri peşə təhsilinə marağın artırılmasıdır
15 Oktyabr 11:03
Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün
15 Oktyabr 10:44
650 min ağac əkək: Şamaxıda Nəsiminin təsvirini canlandıran kiçik meşə salınacaq
15 Oktyabr 10:40
Energetika naziri vətəndaşları qəbul edib
15 Oktyabr 10:32
Bəxtiyar Sadıqov: “Qarabağ Azərbaycandır!” hərəkatı beynəlxalq hərəkata çevrilməlidir
15 Oktyabr 10:29
Nəsiminin 650 illik yubileyi ilə əlaqədar kütləvi ağacəkmə tədbirləri Azərbaycanın xaricdəki səfirliklərində də keçiriləcək
15 Oktyabr 10:27
Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır
15 Oktyabr 10:23
Nursultan Nazarbayev: Qüdrətli qardaş Azərbaycan məni çox sevindirir
15 Oktyabr 10:07
Prezident İlham Əliyev: Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir
15 Oktyabr 10:02
Vaşinqtonun türk və türkdilli icma nümayəndələri “Sülh çeşməsi” əməliyyatına dəstək mitinqi keçiriblər
15 Oktyabr 09:57
Cəlil Xəlilov: Ermənistan siyasi meydanda təklənib, onun mənfur siyasətini bütün dünya tənqid edir
15 Oktyabr 09:53
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15 Oktyabr 09:47
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
14 Oktyabr 23:29
Prezident İlham Əliyev Türk Şurasının VII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam edib
14 Oktyabr 23:23
Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti-elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevlə görüşüb
14 Oktyabr 21:44
Mədəniyyət naziri Bakı şəhərində vətəndaşları qəbul edib
14 Oktyabr 21:41
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb
14 Oktyabr 21:36
Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib
14 Oktyabr 21:31
Türk Şurasının VII Zirvə Görüşü çərçivəsində Bakıda biznes forum keçirilib
14 Oktyabr 21:23
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub
14 Oktyabr 21:18
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ABŞ Konqresinin Nümayəndələr Palatasına etiraz məktubu göndərib
14 Oktyabr 21:12
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının üzvləri DOST Agentliyində olublar
14 Oktyabr 21:07
Rəcəb Tayyib Ərdoğan: Başda Azərbaycan olmaqla “Sülh çeşməsi” əməliyyatında yanımızda olan hər kəsə təşəkkür edirəm
14 Oktyabr 21:01
Bədii Şura AzTV-də işin düzgün və səmərəli qurulmasını prioritet hesab edir
14 Oktyabr 20:54
Polşa Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
14 Oktyabr 20:51
MDB-nin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında Azərbaycanın tibbi-sosial ekspertiza və reabilitasiya üzrə elektron sisteminin təqdimatı olub
14 Oktyabr 20:45
Azərbaycanla Özbəkistan maliyyə və büdcə idarəetməsi sahəsində əməkdaşlığa dair müzakirələr aparıb
14 Oktyabr 20:42
Prezident: Azərbaycanla Türkiyə nə qədər güclü olarsa, xaricdəki soydaşlarımız da bir o qədər güclü olacaq
14 Oktyabr 20:32
Mələk Çakmak: FAO Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinə bütün sahələrdə müvafiq dəstək göstərməyə hazırdır
14 Oktyabr 20:30
Azərbaycan və Qazaxıstan hökumətləri arasında miqrasiya sahəsində əməkdaşlıq sazişi imzalanıb
14 Oktyabr 20:25
Rəcəb Tayyib Ərdoğan: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bütün türklərin birləşdiyi təşkilatdır
14 Oktyabr 17:55
Litvanın Druskininkay şəhərinin meri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 Oktyabr 17:49
Əli Əhmədov: Əsas gözləntimiz türk dövlətlərinin birliyinin daha da gücləndirilməsindən ibarətdir
14 Oktyabr 17:46
Nazir: Özbəkistan Mərkəzi Asiya ölkələrini Şərqi Avropa ilə birləşdirən yeni nəqliyyat dəhlizlərinin yaradılmasında maraqlıdır
14 Oktyabr 17:45
Uğurlu və ardicil inkişaf illəri
14 Oktyabr 17:41
Gənclər işğaldan azad olunmuş Şıxarx qəsəbəsinə “Qarabağ bizimdir, bizim olacaq” şüarı ilə yürüş ediblər
14 Oktyabr 17:39
Leyla Abdullayeva: Konstantin Zatulinin Xankəndidə keçirilən “forumda” iştirakı onun Azərbaycan əleyhinə yönəlmiş növbəti təxribatıdır
14 Oktyabr 17:36
Bakıda Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası işə başlayıb
14 Oktyabr 17:23
İlham Əliyev Nikol Paşinyanın “tsexakronist” olduğunu necə ifşa etdi?
14 Oktyabr 17:19
Türk Şurasının VII Zirvə Görüşündə Macarıstanın Baş Naziri Viktor Orban da iştirak edəcək
14 Oktyabr 17:14
ADU-nun rektoru Fransa səfiri ilə görüşüb
14 Oktyabr 17:03
“Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” mövzusunda Bakı Beynəlxalq Media Konfransı keçirilib
14 Oktyabr 17:01
Səkkiz ayda Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb
14 Oktyabr 16:51
Azərbaycan Ordusunda “NATO günləri” başlayıb
14 Oktyabr 16:48
Qazaxıstanın birinci Prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib
14 Oktyabr 16:46
Türk Şurası fəaliyyətini gücləndirir
14 Oktyabr 16:29
Azərbaycanın və Qazaxıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
14 Oktyabr 16:28
YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
14 Oktyabr 16:20
Mərkəzi Seçki Komissiyası seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır
14 Oktyabr 16:14
Demoqrafik inkişafa dair proqnozlara uyğun olaraq pensiya sisteminin inkişaf planları işlənilir
14 Oktyabr 16:11
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gəlib
14 Oktyabr 16:04
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
14 Oktyabr 15:59
Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyatına 15,3 milyard dollar investisiya yatırıb
14 Oktyabr 15:52
Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni inzibati binasının açılışı olub
14 Oktyabr 15:46
Vüqar Rəhimzadə: Azərbaycan Prezidenti Paşinyanın iddialarını darmadağın etdi
14 Oktyabr 15:31
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir
14 Oktyabr 15:22
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib
14 Oktyabr 15:16
“Azərxalça”nın Ağdam filialında “Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır” mövzusunda tədbir keçirilib
14 Oktyabr 15:15
Nazirlik rəsmisi: Azərbaycanda elektron ticarət vahid sənəd çərçivəsində inkişaf etdiriləcək
14 Oktyabr 15:10
Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü olub
14 Oktyabr 15:07
Paytaxt məktəblisi şahmat üzrə dünya çempionu oldu
14 Oktyabr 15:03
Azərbaycan və Latviyanın daha iki şəhəri qardaşlaşacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +19