Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır

Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır

21.08.2019 [09:39]

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev www.yap.org.az saytına müsahibə verib:
- Firdovsi müəllim, öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yeni Azərbaycan Partiyası arasında imzalanmış birgə Fəaliyyət proqramının əhəmiyyəti və bu çərçivədə nəzərdə tutulan tədbirlər barədə fikirlərinizi bilmək istərdik...
- İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi və təbii sərvətlərdən səmərəli istifadəsi ölkədə aparılan sosial islahatların mühüm tərkib hissələrindən biridir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, ətraf mühitin mühafizəsi sahəsinə göstərdiyi diqqət nəticəsində ölkəmizdə yeni ekoloji siyasət formalaşmışdır. Ümummilli Liderin tövsiyələri rəhbər tutularaq müstəqil Azərbaycanın zəngin təbiətini, təbii sərvətlərini qorumaq və bərpa etmək istiqamətində işlər bu gün də uğurla davam etdirilir, yeni-yeni layihələr həyata keçirilir, ekoloji problemlərin həllinə cəmiyyətin, yerli və beynəlxalq təşkilatların diqqətinin daha da artırılması istiqamətində maarifləndirici tədbirlər reallaşdırılır. Azərbaycanın uğurlu gələcəyinə hesablanmış siyasətin son 16 ilə yaxın dövrdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilməsi yeni-yeni hədəfləri stimullaşdırır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında qoyulmuş vəzifələr təbiətin mühafizəsi, keçmişdən miras qalmış ekoloji problemlərin aradan qaldırılması və təbii sərvətlərdən səmərəli istifadənin tənzimlənməsindən ibarətdir. Ətraf mühitin mühafizəsi elə bir sahədir ki, burada ictimaiyyətin geniş təbəqəsinin iştirakı faydalı hesab olunur. Buna görə də biz çalışırıq ki, bu sahədə dövlət qurumları, özəl sektorla yanaşı, ictimaiyyət nümayəndələri ilə də əməkdaşlıq edək.
Məlum olduğu kimi, 2019-cu il 5 iyul tarixində ətraf mühitin mühafizəsi və ekoloji layihələrin həyata keçirilməsi istiqamətində birgə əməkdaşlıq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında birgə Fəaliyyət proqramı imzalanmışdır.
Proqram ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərdə ictimaiyyətin geniş iştirakı, əhalinin maarifləndirilməsi və məlumatlılığın artırılması, insanlarda təbiətə qarşı humanizm ideyalarının aşılanması məqsədini daşıyır. Birgə Fəaliyyət proqramında yaşıllaşdırma tədbirlərinin keçirilməsi, gənclər üçün “Yay məktəbi”nin təşkili, atmosfer havasının mühafizəsi, tullantıların idarə olunması, müxtəlif mövzularda müsabiqələrin keçirilməsi, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirlərinin aparılması, ekoloji təbliğat yönümlü tədbirlərin təşkili, mühafizə olunan təbiət ərazilərinin tanıdılması, gənclər arasında intellektual yarışların keçirilməsi və s. məsələlər öz əksini tapıb. Ümumiyyətlə, ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında mövcud əməkdaşlıq müxtəlif layihələr çərçivəsində uğurla davam etdirilir.
- Fəaliyyət proqramının imzalandığı vaxtdan ötən qısa müddətdə hansı layihələr həyata keçirilib?
- Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında birgə Fəaliyyət proqramının imzalanmasından bir aydan artıq müddət keçməsinə baxmayaraq biz artıq sənəddə nəzərdə tutulmuş iki əhəmiyyətli layihəni birlikdə həyata keçirmişik. Xüsusilə mətbuat nümayəndələrinə minnətdarlığımı bildirmək istərdim ki, onlar bu layihələri işıqlandırmaqla yanaşı, özləri də prosesin fəal iştirakçıları oldular. Fəaliyyət proqramına uyğun olaraq iyulun 29-dan avqustun 2-dək “Gənc nəslin ətraf mühitin mühafizəsində rolu” mövzusunda “Yay məktəbi” təşkil olundu. Tədbir ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanılması ideyalarının gənclər arasında təbliği, ekoloji maarifləndirmənin, ekoloji təhsilin və təbiətə humanist münasibətin təşviqi, həmçinin yüksək ixtisaslı kadr heyətinin formalaşdırılması məqsədini daşıyırdı. “Yay məktəbi” çərçivəsində gənclər qarşısında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin peşəkar mütəxəssisləri tərəfindən ətraf mühitin mühafizəsində gənclərin rolu, ölkəmizin təbii sərvətləri, ətraf mühitin mühafizəsi istiqamətində görülmüş işlər, xüsusi mühafizə olunan təbiət əraziləri, yaşıllıqların mühafizəsi, iqlim dəyişmələri, dayanıqlı inkişaf məqsədləri, su ehtiyatlarının və tullantıların idarə olunması, yaşıl iqtisadiyyat, ətraf mühitin monitorinqi və s. mövzularda məruzələr edildi, zəngin məlumat əldə etmələrinə şərait yaradıldı. Eyni zamanda, “Yay məktəbi”nin iştirakçıları Dövlət Geologiya Muzeyinə və Abşeron Milli Parkına ekskursiya etmiş, hidrometeoroloji proqnozların hazırlandığı və ətraf mühit komponentlərinin analizlərinin aparıldığı laboratoriyanın fəaliyyəti ilə tanış olmuşlar. Bundan əlavə, 12 avqust “Xəzər günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında iməcilik keçirildi. Nazirliyin əməkdaşlarının, YAP nümayəndələrinin, Milli Məclisin deputatlarının, ziyalıların, tanınmış mədəniyyət və incəsənət xadimlərinin, könüllülərin iştirakı ilə keçirilən aksiyada 10 hektar ərazi tullantılardan təmizləndi, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşındı. Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir və bu çərçivədə Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər sahil zolağı boyunca bu cür təmizlik aksiyaları keçirilib.
- Proqram çərçivəsində növbəti hansı tədbirlərin həyata keçirilməsi planlaşdırılır?
- Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında imzalanmış birgə Fəaliyyət proqramı əhatəlidir. Bu sənəddə nəzərdə tutulmuş tədbirlərin bütün respublika üzrə, ictimaiyyətin bütün nümayəndələrinin iştirakı ilə həyata keçirilməsini planlaşdırırıq. Proqramda əkin mövsümləri dövründə yaşıllıq aksiyalarının keçirilməsi, milli parkların və ölkəmizin digər füsunkar təbiət ərazilərinin tanıdılması, atmosfer havasının mühafizəsinin təbliği məqsədilə veloyürüşün, plastik mənşəli məhsullardan istifadənin azaldılması istiqamətində təbliğat xarakterli tədbirlərin, orta və ali təhsil müəssisələrində şagird və tələbələrlə görüşlərin, yeniyetmə və gənclər arasında yazı müsabiqələrinin və intellektual yarışların təşkili və s. tədbirlər nəzərdə tutulur. Ümumiyyətlə, proqram çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində Yeni Azərbaycan Partiyasının üzvü olan hər bir nazirlik əməkdaşının məsuliyyəti daha böyükdür. Ekologiya və Təbii Sərvətlər Nazirliyində ümumilikdə 5 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının ilk ərazi təşkilatı fəaliyyət göstərir, sıralarını kəmiyyət və keyfiyyət baxımından günbəgün genişləndirir. Nazirliyin hər bir əməkdaşı və partiya üzvü Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək, həyata keçirilən siyasətə dəstəklərini üzərlərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirmələri, Azərbaycanın davamlı inkişafına töhfə vermək üçün göstərdikləri səyləri daha da artırmaları ilə nümayiş etdirirlər.
- Firdovsi müəllim, ölkəmizdə həyata keçirilən tədbirlərdə gənclərimizin fəallığı xüsusilə diqqət çəkir. Dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, gənclərin potensial imkanlarından səmərəli istifadə etmək əsasdır. Ətraf mühitin mühafizəsi sahəsində gənclərə tövsiyələriniz nədir?
- Ölkədə ətraf mühitin mühafizəsi tədbirlərinin səmərəliliyinin artırılması üçün gənclər arasında əlaqələndirilmiş kütləvi maarifləndirmə sisteminin yaradılmasına, onlara təbiətdən səmərəli istifadə olunması vərdişlərinin aşılanmasına böyük ehtiyac var. Azərbaycanda gənc nəslin ekoloji layihələrin həyata keçirilməsində fəal iştirakı üçün bütün imkanlar mövcuddur. Gənclər arasında maarifləndirmə tədbirlərinin aparılması, ekoloji təbliğat yönümlü tədbirlərin keçirilməsi, yaşıllaşdırma aksiyaları, mühafizə olunan təbiət ərazilərinin tanıdılması, gənclər üçün “Yay məktəbi”nin təşkili, gənclər arasında intellektual yarışmaların keçirilməsi istiqamətində bundan sonra da birgə addımlar atılacaq.

Paylaş:
Baxılıb: 775 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31