Ana səhifə »  Müsahibə »  Mübariz Qurbanlı: İlahiyyat İnstitutunda digər dinlər üzrə də kadr hazırlığı nəzərdə tutulur
A+   Yenilə  A-
Mübariz Qurbanlı: İlahiyyat İnstitutunda digər dinlər üzrə də kadr hazırlığı nəzərdə tutulur

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının APA-ya müsahibəsi:
- Öncə Azərbaycanda dini durumu qiymətləndirməyinizi istərdik...
- Azərbaycanda möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlik mövcuddur. Təbii ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar bu sabitliyi şərtləndirir. Bununla yanaşı, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir. Bu baxımdan, Azərbaycan ən sabit ölkələrdən sayıla bilər. Ölkədə dövlət-din münasibətləri qanunlara, ən əsası, ölkə Konstitusiyasına əsaslanır. Azərbaycanda dini azadlıqlar, o cümlədən vicdan azadlığı təsbit edilib. Vətəndaşlar “Dini etiqad azadlığı haqqında” Qanunun onlara verdiyi azadlıqlardan qanunlar çərçivəsində sərbəst istifadə edə bilirlər. Bu isə ölkədə dini konfessiyalar arasında heç bir ziddiyyət və qarşıdurmanın meydana çıxmasına imkan vermir. Ümumiyyətlə, Azərbaycanda dini nöqteyi-nəzərdən heç bir qarşıdurma ehtimalı gözlənilmir. Azərbaycan tolerantlıq nümunəsidir və ölkədə dini icmalar arasında münasibətlərdə tam sabitlik hökm sürür.
- Bu gün müəyyən şəxslər, mərkəzlər tərəfindən Məşhədə, Kərbəlaya dini ziyarətlərin təşkili hallarına rast gəlinir. Ümumiyyətlə, dini ziyarətlərin təşkili sahəsində nəzarətin artırılmasına ehtiyac varmı?
- Azərbaycan müsəlman ölkəsidir, İslam dini bizim xalqımızın qəlbindədir, həyatındadır. İslam sülh, qardaşlıq, bərabərlik dinidir. Bu din hər hansı radikal, ekstremist çağırışlara dəstək verməyən bir dindir. Azərbaycan vətəndaşları İslam dininin vacib buyurduğu şərtləri imkan daxilində yerinə yetirirlər. Biz dünyəvi dövlətik, dövlət insanların dini inanclarının və dini dəyərlərdən irəli gələn vəzifələrinin yerinə yetirilməsinə hər zaman dəstək verir. Məsələn, çoxlu sayda məscidin tikilməsi, yenidən qurulması, din sahəsində çalışan insanlara dövlətin maddi yardım göstərməsi bunun bariz sübutudur. Azərbaycan vətəndaşlarının öz inanclarına uyğun olaraq müqəddəs yerlərə ziyarətlərə getməsi təbii prosesdir və hökumət buna müdaxilə etmir. O ki qaldı bəzi şəxslərin yaradılmış şəraitdən sui-istifadə etmə hallarına, əvvəla onu deyim ki, Həcc ziyarəti Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həyata keçirilir. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əldə olunmuş razılaşmaya görə Həcc və Ümrə ziyarətləri QMİ tərəfindən təşkil edilir, burada iştirak etmək üçün müraciət edən Azərbaycan vətəndaşlarının sənədlərini toplayır, kollektiv şəkildə onları Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirliyinə təqdim edir, viza, səfər zamanı qalmaları, təhlükəsizliyi və s. məsələləri həll edir. Əgər başqa bir qurum Qafqaz Müsəlmanları İdarəsindən kənarda bununla məşğul olursa, əlbəttə, bu halda əldə olunmuş razılaşmanı pozmuş olur. İslama aid olan digər ziyarət yerlərinə gəldikdə isə onu deyə bilərəm ki, qanunvericilikdə belə ziyarətlərin təşkili, tənzimlənməsi və ya nəzarət edilməsi ilə bağlı müddəa əksini tapmayıb. Həmçinin həmin ziyarətgahların yerləşdiyi ölkələrlə heç bir müqavilə imzalanmayıb. Amma nəzərdə tutulur ki, İslama aid olan digər müqəddəs yerlərə ziyarətlər də kollektiv şəkildə, məhz Həcc ziyarətində olduğu kimi QMİ-nin himayəsi altında həyata keçirilsin. Biz praktikada görürük ki, bəzən bu yerlərə ziyarətləri hansısa şirkət və ya turist qrupu təşkil edir. Həmin adamlar da orada problemlərlə üzləşir, bəzən geriyə qayıda bilmir, orada təhlükəsizlik və nəqliyyatla bağlı tədbirlər kifayət qədər yüksək səviyyədə təşkil olunmur, nəticədə xoşagəlməz hadisələr baş verir. Ona görə də belə bir təşəbbüs var ki, bu cür ziyarətlər də QMİ-nin himayəsi altında həyata keçirilsin. Bu məsələnin üzərində iş gedir. Bununla əlaqədar “Dini etiqad azadlığı haqqında” Qanuna müəyyən dəyişikliklərin edilməsi ilə bağlı təkliflər də var. Həmin təkliflərə baxıldıqdan sonra Həcc ziyarəti ilə yanaşı, İslama aid digər müqəddəs yerlərə də ziyarətlərin təşkili xüsusi qaydalar əsasında baş tutacaq. Vətəndaşların bu müqəddəs yerlərə ziyarəti vahid qaydalar əsasında həyata keçirilmiş olacaq. Milli Məclis tərəfindən həmin təkliflərə baxılıb qəbul edildikdən sonra dediyimiz çərçivədə həll edilməsi imkanı yaranacaq.
- Azərbaycanın işğal altında olan ərazisi Şuşa şəhərindəki Şuşa məscidi İran şirkətləri tərəfindən təmir edilir. Komitə tərəfindən bununla bağlı hər hansı addımlar atılıbmı?
- Azərbaycanın işğal olunmuş ərazilərində erməni təcavüzkarları vandallıq edirlər, çoxlu sayda tarixi, mədəni abidəmizi dağıdırlar. Məscidlərimiz uçurulub, digər abidələrimiz erməniləşdirilir. Belə abidələrin sayı minlərlədir. İşğalçı Ermənistan maskalanmaq üçün Şuşadakı məscidi bərpa edərək onu özünün təcavüzkar siyasətində bir vasitə kimi istifadə etmək istəyir. Mətbuatda da belə bir məlumatlar var ki, İranın hansısa şirkəti həmin məscidin təmir işləri ilə məşğul olur. Biz bu məlumatları öz səlahiyyətlərimiz çərçivəsində İranın Azərbaycanda olan nümayəndələri, xüsusilə İran Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə müzakirə etmişik. Təbii ki, bununla bağlı Azərbaycan XİN də öz səlahiyyətlərinə uyğun olaraq ardıcıl işlər aparır. Ümumiyyətlə, XİN işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi, mədəni və digər xarakterli fəaliyyətin qarşısını almaq üçün lazımi addımlar atır. Məhz Azərbaycan tərəfi bu addımlar nəticəsində işğal olunmuş ərazilərimizdə bir sıra şirkətin fəaliyyətinin dayandırılmasına nail olub. Qeyd edim ki, İran tərəfinin rəsmiləri orada nəzarətlərində olan hər hansı rəsmi şirkətin fəaliyyət göstərmədiyini və məscidin bərpasında iştirak etmədiyini bildirib. Beynəlxalq hüquq, həm də dövlətlərarası razılaşmalar tələb edir ki, Azərbaycanın işğal olunmuş ərazilərində heç bir iqtisadi və mədəni xarakterli tədbirlər, fəaliyyət həyata keçirilməsin. Dünyada işğal olunmuş ərazilərə yatırımların qoyulması doğru sayılmır. Hesab edirəm ki, budəfəki məscid məsələsi də erməni hiyləgərliyinin növbəti formasıdır.
- Azərbaycanda pirlərə nəzarət olunurmu? Bu yaxınlarda “qaloş piri” məsələsinin ortaya çıxması bu məsələnin nə qədər aktual olmasını gündəmə gətirdi...
- Bu mövzu mütəmadi olaraq gündəmə gətirilir. Azərbaycan əhalisinin əksəriyyəti İslam dininə sitayiş edir və çoxlu ziyarətgah var ki, həmin ziyarətgahlar da tarixən formalaşıb. İnsanların belə yerlərə inancları var və onun qarşısını süni yolla almaq olmaz. Ölkəmizdə elə ziyarətgahlar var ki, onların tərkibində rəsmi şəkildə fəaliyyət göstərən məscidlər var.
Təəssüflər olsun ki, tarixi ziyarətgahlarla yanaşı, yeni-yeni pirlər və ocaqlar peyda olur. Əksər halda belə yerlərdə xurafat və mövhumat elementləri özünü büruzə verir. Belə yerlərin fəaliyyətinin qarşısı qanunvericiliyə uyğun olaraq alınır. Lakin düşünürük ki, ölkə əhalisinin dini bilikləri artdıqca tarixi kökü olmayan pir və ziyarətgahlara üz tutanların sayı azalacaq. Buna görə də bizim maarifçilik fəaliyyətimizin bir qismi bu istiqamətə yönəlib.
- Cəmiyyət tərəfindən hər zaman nəzir qutuları ilə bağlı məsələlər müzakirə edilir. Buna nəzarət edilirmi?
- Ziyarətgahların idarəçiliyinə nəzarəti əsasən QMİ həyata keçirir. Ziyarətgahlarda, o cümlədən bəzi məscidlərdə nəzir qutuları var. Nəzirlər ona görə verilir ki, İslamda yardımlaşma, köməkləşmə dəyərləri mövcuddur. Həmin vəsaitlər də məscidin xətti ilə insanlara, müraciət edənlərə, dini bayramlarda və s. köməklik məqsədilə sərf edilir. Bəzən bu yardımları bir o qədər də geniş açıqlamırlar. Elə ziyarətgahlar var ki, insanlar hər ay oradan ərzaqlar aparır, maddi dəstək alır. Həmin ziyarətgahlarda yığılan vəsaitlərin xərclənməsinə nəzarət QMİ-nin səlahiyyətindədir. Bununla bağlı onların xüsusi komissiyası da var. Vəsaitin xərclənməsi məsələsinə isə dövlət müdaxilə etmir. Bu məsələlər mərkəzləşmiş qaydada deyil, əsasən ziyarətgahın yerləşdiyi ərazidə həyata keçirilir. Vaxtaşırı mətbuatda da açıqlamalar olur ki, böyük ziyarətgahlar xeyriyyə tədbirləri keçirir, yardımlar edir. Bəzən ziyarətgahlarda bu məlumatların yayılmamasını dinin özü ilə izah edirlər. Yəni dinimizə görə edilən yardımlar deyilməməlidir. Amma mənə elə gəlir ki, belə məlumatların zaman-zaman açıqlanması doğru olardı. Mən əminəm ki, ziyarətlərdə inanclı insanlar olduğuna görə oradan toplanan vəsaitin paylanmasında da ədalətli mövqe sərgiləyirlər.
- Mübariz müəllim, gələcəkdə İlahiyyat İnstitutuna qəbulla bağlı hər hansı bir yeniliklər nəzərdə tutulurmu?
- Hazırda İlahiyyat İnstitutuna qəbul aparılır, rəhbərlik bununla bağlı ətraflı açıqlamalar verir. İnstitutda ödənişsiz təhsil həyata keçirilir. Bu il 72 nəfərin İlahiyyat İnstitutuna qəbul edilməsi nəzərdə tutulur. İlahiyyat İnstitutuna həm Rusiyanın tərkibindəki respublikalar, o cümlədən Gürcüstan, Orta Asiya, Türkiyə və digər ölkələrdən də tələbələrin qəbul olunması düşünülür. Bu cür ideyalar var. Burada da əsas məqsəd odur ki, İlahiyyat İnstitutu bölgənin əsas mərkəzinə çevrilsin. Digər tərəfdən yaxın gələcəkdə İlahiyyat İnstitutunda digər dinlər üzrə də kadr hazırlığı nəzərdə tutulur ki, az sayda olsa da yəhudilik, xristianlığın katolik və pravoslav qolu ilə bağlı kadrlar hazırlansın.
- Bəs yaxın gələcəkdə Azərbaycanda yeni dini kolleclər açıla bilərmi?
- Azərbaycanda dini kolleclərin açılmasına dövlət səviyyəsində razılıq verilib. 10 İslam kolleci dövlət qeydiyyatına alınıb. Həmin kolleclərin maddi-texniki bazası və digər məsələlərlə bağlı işlər gedir. Bizdə olan məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi bir neçə bölgədə dini kolleclərin açılması ilə bağlı hazırlıq işlərini həyata keçirir. Nardaranda, Lənkəranda, Gəncədə, Quba-Xaçmaz bölgəsində dini kolleclərin açılması istiqamətində hazırlıq işləri görülür. Bu proses yekunlaşdıqdan sonra bu bölgələrdə kolleclərin açılması nəzərdə tutulub.
- İmamların attestasiyası və maddi təminatı ilə bağlı hansı yeniliklər gözlənilir?
- Hazırda Bakıda 136 məscid var. Onların fəaliyyətdə olanlarının böyük əksəriyyəti dövlətdən maddi dəstək alır. Bu maddi dəstəyi o məscidlərdə iki və ya daha artıq adam alır ki, həmin məscidlərdə vəhdət namazları qılınır və ya ibadətə gələnlər daha çoxdur. Əksər məscidlərdə maddi dəstəyi bir nəfər alır. Ümumiyyətlə, məscidlərdə din xadimlərinə maddi dəstək verilən zaman həmin şəxsin üzərinə düşən məsuliyyət və fəaliyyəti nəzərə alınır. QMİ tərəfindən təyinat almış imam, imam müavini və mütəvəllilər Mənəvi Dəyərlərin Təbliği Fondunun xətti ilə maddi dəstək alır. O cümlədən məscidlərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Prezident İlham Əliyev sərəncamlar verir. Həmçinin Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu sahədə xeyli iş görüb. Bu gün təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq məscidlərin əksəriyyəti kamera sistemi ilə təchiz edilib, eyni zamanda, böyük icmalara avtomobillər verilib. Bütün bunlar da vətəndaşlarımıza xidmət edir.
- Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın tələblərinə nə dərəcədə riayət olunur? Qəbir yerləri ilə bağlı normalar gözlənilirmi?
- Bu qaydaların tətbiqi ilə bağlı işlər gedir. Burada Komitənin bir funksiyası var. O da həmin məzarlıqların reyestrini aparmaq. Məzarlıqların idarə olunması tam şəkildə yerli bələdiyyələrə verilib. Həmin qaydaların tətbiqinə başlanıldıqda isə əminəm ki, yeni məzarlıqlar salınacaq, hazırkı məzarlıqlar da öz işlərini bu qaydalar əsasında quracaqlar.
- Azərbaycanda yas mərasimləri öz israfçılığı və təmtərağı ilə seçilir. Bununla bağlı hər hansı bir tənzimlənməyə ehtiyac var?
- Yas mərasimlərinin təşkili vətəndaşa bağlıdır. Vətəndaş seçimini özü etməlidir. Burada başqa vasitəyə əl atmağa ehtiyac yoxdur. Bu, ənənədən irəli gəlir. Mən yas mərasimlərində çox çeşiddə yeməklərin verilməsinin tərəfdarı deyiləm. Biz öz məclislərimizdə çay süfrəsi ilə kifayətlənmişik. Belə qaydaları da tətbiq edən yerlər çoxalmaqdadır. Məsələn, Şəmkir rayonunun bir kəndində atası vəfat etmiş şəxs həmin yas mərasiminə xərcləyəcəyi vəsaiti yol çəkməyə sərf edib. Bu cür nümunələr kifayət qədərdir. Əvvəllər də bu cür nümunələr olub. Kimlərsə ehsan olaraq bulaq tikdirib, yol çəkdirib, ağac əkib və s. Özü də həmin məkanlar qeyri-rəsmi formada o adamın adı ilə adlandırılıb. QMİ-nin də yas mərasimlərində dəbdəbəli süfrələrin olmaması ilə bağlı tövsiyələri var. Biz sadəcə tövsiyələr və izahlar verə bilərik. Dini nöqteyi-nəzərdən ehsan xeyir əməldir. Adam var, deyir ki, vəfat edən yaxınının ehsanında yemək versə, daha yaxşıdır, adam da var deyir ki, bunu bir xeyirxah işlə yerinə yetirir. Hesab edirəm ki, yas mərasimlərinin təşkili vətəndaşa bağlıdır. İnsanlar öz aralarında razılığa gəlməklə bu məsələni həll edə bilərlər.

 
  • Oxunub:  10260  |  
  • Tarix:  13-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb

13 Noyabr 21:31
Azərbaycan ilə Özbəkistan arasında dini-mənəvi sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
13 Noyabr 21:28
Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib
13 Noyabr 20:09
Azərbaycanın kosmik proqramı: Zəngin ənənələr və müasir çağırışlar
13 Noyabr 20:00
Azərbaycanda mövcud nəqliyyat problemləri və onların həll yollarına dair müzakirələr aparılıb
13 Noyabr 19:56
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dağıstanlı deputatlarla görüş keçirilib
13 Noyabr 19:50
Yeni TV-də canlı yayımda Hikmət Babaoğlunun qonağı Milli Məclisin deputatı Aydın Hüseynov olmuşdur (VİDEO)
13 Noyabr 19:45
Sona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər
13 Noyabr 17:39
AMEA-da tədris prosesinin cari vəziyyəti müzakirə olunub
13 Noyabr 17:31
ABŞ-ın nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
13 Noyabr 17:26
Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib
13 Noyabr 17:24
Azərbaycan Dillər Universitetində Qədim dillər elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb
13 Noyabr 17:21
“Azəriqaz”da istehsalat müşavirəsi keçirilib
13 Noyabr 17:20
Mərkəzi Seçki Komissiyası Gəncədə regional seminar-müşavirə keçirib
13 Noyabr 17:11
Mərkəzi Seçki Komissiyası “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb
13 Noyabr 17:08
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib
13 Noyabr 17:06
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 17:00
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 16:49
Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini, Dağıstan Xalq Məclisinin sədrini və sədrin müşavirini qəbul edib
13 Noyabr 16:45
Təhsil nazirinin Fransaya səfəri davam edir
13 Noyabr 16:38
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13 Noyabr 16:36
Prezident İlham Əliyev: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
13 Noyabr 16:34
Hadi Rəcəbli: Büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir
13 Noyabr 16:33
Birləşmiş Ərəb Əmirlikləri indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə yatırıb
13 Noyabr 16:28
Naqif Həmzəyev: 2020-ci ilin sosialyönümlü büdcəsi əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb
13 Noyabr 16:26
Milli Məclisin Sədri Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşüb
13 Noyabr 16:13
Sahibə Qafarova: Bu gün Azərbaycan özünün inkişafında ən yüksək zirvəni yaşamaqdadır
13 Noyabr 16:10
Eldəniz Səlimov: Dünyada Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir
13 Noyabr 16:07
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
13 Noyabr 16:02
Futbol üzrə Azərbaycan kuboku turnirinin 2019-2020-ci illər mövsümünün püşkü atılıb
13 Noyabr 15:55
Los-Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib
13 Noyabr 15:53
Erməni diplomatlar tərəfindən Azərbaycana qarşı yönəlmiş çirkin əməllərin qarşısı alınır
13 Noyabr 15:46
Ticarət obyektlərinin sahibləri ilə görüşdə istehlakçı hüquqlarının qorunmasından bəhs olunub
13 Noyabr 15:43
“Made in Azerbaijan” brendli məhsullar “Food and Hotel China 2019” sərgisində
13 Noyabr 15:38
İlahiyyat İnstitutu: “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak etmiş tələbələrlə görüş
13 Noyabr 15:24
Eliy Abadi: Azərbaycan tolerantlıq ənənələrinə görə dünyanın ən qabaqcıl ölkələri sırasındadır
13 Noyabr 15:14
Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Şəhidlər xiyabanını ziyarət edib
13 Noyabr 14:51
Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub
13 Noyabr 14:28
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb
13 Noyabr 14:17
Hərbi Hava Qüvvələri əməliyyat təlimi çərçivəsində qarşıya qoyulan tapşırıqları icra edir
13 Noyabr 14:13
Ermənistan Azərbaycanla Gürcüstan arasında qardaşlıq və dostluq münasibətlərinə həmişə nifaq salmağa çalışır
13 Noyabr 14:08
Milli Məclisdə “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib
13 Noyabr 14:00
AzMİU ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında əlaqələr genişlənir
13 Noyabr 13:57
Hikmət Babaoğlu: “Azərbaycanda son illərin ən yaxşı inkişaf göstəriciləri bu il qeydə alınıb”
13 Noyabr 13:56
Nazir: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin turizm və investisiyaların cəlbi sahələrində əməkdaşlığı genişləndirilə bilər
13 Noyabr 13:52
Təhsil nazirinin müavini Ucar rayonunda
13 Noyabr 13:50
Sahil Babayev: 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq
13 Noyabr 13:05
Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb
13 Noyabr 13:02
Mikayıl Cabbarov: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi əməkdaşlığı daha da inkişaf edəcək
13 Noyabr 12:51
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb
13 Noyabr 12:21
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir
13 Noyabr 12:13
BŞBPİ: Bakıda yolu bağlayaraq avtomobillərə və vətəndaşlara hücum edən şəxslər saxlanılıblar
13 Noyabr 12:09
Xətai məktəbliləri Gəncə, Şəmkir, Göygöl rayonları üzrə ekskursiyaya çıxıblar
13 Noyabr 12:04
Bilal Dündar: Nəsiminin yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsü onun xatirəsinə böyük ehtiramdır
13 Noyabr 12:01
Ağcabədidə 18 kilometrlik yol yenidən qurulub
13 Noyabr 12:00
Getaçyu Engida: Azərbaycan regionda və dünyada sülhün və sabitliyin inkişafına töhfə verir
13 Noyabr 11:54
Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları Dövlət Sərhəd Xidməti tərəfindən mükafatlandırılıb
13 Noyabr 11:42
Sabunçuda sakinlərin problemləri dinlənilib
13 Noyabr 11:24
Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməyin sevincini yaşayırlar
13 Noyabr 11:17
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13 Noyabr 11:16
Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür
13 Noyabr 10:47
Bakı Ekspo Mərkəzində “Caspian Ecology” X Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi işə başlayıb
13 Noyabr 10:46
Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya yola düşüblər
13 Noyabr 10:37
Zaqatala məktəbliləri cənub bölgəsi ilə tanış olacaqlar
13 Noyabr 10:36
Ahmet Altay Cengizer: Azərbaycan güclü mədəniyyəti olan ölkədir
13 Noyabr 10:31
Cənub bölgəsinin məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyaya qoşulublar
13 Noyabr 10:25
Qax məktəblilərini cənub bölgəsində maraqlı ekskursiyalar gözləyir
13 Noyabr 10:16
Şimal rayonlarından olan yüzə yaxın məktəbli maarifləndirici tur-aksiyaya qoşulub
13 Noyabr 10:04
Avstraliyanın turizm saytı: Səfərə hazırlaşırsınızsa, Azərbaycanı seçin!
13 Noyabr 10:00
Bu gündən “Ölkəmizi tanıyaq” növbəti maarifləndirici tur-aksiya başlayır
13 Noyabr 09:51
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA