Ana səhifə »  Müsahibə »  Radikalların heç bir niyyəti baş tutmayacaq
A+   Yenilə  A-
Radikalların heç bir niyyəti baş tutmayacaq

Milli Məclisin deputatı Elman Nəsirov www.yap.org.az saytına müsahibə verib:
- Elman müəllim, hazırda aktual mövzulardan biri xaricdə yaşayan bəzi azərbaycanlıların müəyyən etiraflar etməsi, ölkəmizə qarşı radikal mövqedən geri çəkilməsidir. Sizcə, onlar davranışlarında nə qədər səmimidirlər?
- Xaricdə yaşayan bəzi mühacir azərbaycanlıların davranışları çoxlu suallar doğurur. Onlar bəzən həddindən artıq radikal mövqe seçirlər. Və heç bir halda özlərini müxalifət kimi aparmırlar. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, hakimiyyətə qarşı müxalifət olmaq olar. Lakin öz dövlətinə və xalqına qarşı müxalifətdə dayanmaq olmaz. Həm də özünü müxalifətçi kimi təqdim edib söyüş söymək, insanları təhqir etmək, şərəf və ləyaqətini təhqir etmək yolverilməzdir. Bu cür davranışlar milli mentalitetimizə də ziddir.
Düşünürəm ki, mühacir həyatı yaşayan azərbaycanlılar obyektiv mövqe ortaya qoymalıdır. Onlar hansısa məsələ ilə bağlı sağlam tənqid edib öz təkliflərini verə bilərlər. Amma Azərbaycan həqiqətlərini təhrif etmək, Avropa ictimai fikrində Azərbaycan haqqında mənfi fikir formalaşdırmaq, ölkəmizin qazandığı uğurlardan kədərlənmək qəbuledilməzdir.
Təbii ki, bu məsələdə müəyyən müsbət tendensiyalar var. Xaricdəki radikal mövqedə dayanan bəzi azərbaycanlıların davranışında obyektivliyə yaxın mövqe yaranması diqqətdən yayınmır. Amma istərdik ki, bu, küll halında olsun, manevr xarakteri daşımasın, onların da Vətəni olan Azərbaycana sevgilərini, diqqətlərini ifadə edən mövqe olsun. Bir çox hallarda görürük ki, onların davranışları ermənilərin dəyirmanına su tökmək anlamı verir. Bir çox hallarda ermənilərdən daha çox erməni olmaq tendensiyasi müşahidə olunur ki, bu da qəbuledilməzdir. Amma bir daha vurğulayıram ki, müəyyən pozitiv davranışlar var. Çox istəyərdik ki, bu tendensiya olaraq qalmasın.
- Sizcə, bu fəaliyyət Azərbaycanın beynəlxalq nüfuzuna zərər vura bilirmi?
- Bilirsiniz ki, bir müddət öncə Azərbaycan Prezidentinin Belçikaya işgüzar səfəri oldu. Prezident İlham Əliyevin Belçikaya səfəri mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının 10 illik yubileyi münasibətilə ilə reallaşan səfər zamanı dövlətimizin başçısı vacib görüşlər keçirib. Lakin bəzi müxalif qüvvələr ölkəmizin Şərq tərəfdaşlığından imtina etməsinə dair yanlış məlumatlar yaydılar. Təbii ki, əsas məqsəd hər zamankı kimi ölkədə ictimai rəyi çaşdırmaq idi. Amma radikal müxalifətin heç bir niyyəti baş tutmayacaq.
Brüssel səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk dövlətimizin başçısı ilə görüşdə Azərbaycanın Avropa enerji təhlükəsizliyi üçün çox böyük önəm kəsb etdiyini qeyd etdi. Ölkə başçısı da Aİ ilə hərtərəfli əməkdaşlığın genişlənməsində maraqlı olduğunu bildirdi. Ölkəmizin Aİ ilə enerji təhlükəsizliyi sahəsində çox ciddi əməkdaşlığı formalaşıb. 2020-ci ildə Cənub Qaz Dəhlizi işə düşəcək ki, bu da Avropanın meqalayihəsi olaraq Azərbaycan-Aİ münasibətlərinin yeni müstəviyə keçməsinə imkan yaradacaq. Səfər çərçivəsində Donald Tusk iştirakçı dövlətlərin liderlərinin şərəfinə axşam ziyafəti verdi. Həmin ziyafətdə də o, Azərbaycanın ölkə başçısından yanında əyləşməyi xahiş etdi. Bunun özü bizim münasibətlərimizin hansı səviyyədə olduğunu və cənab Prezidentimizə göstərilən diqqətin ifadəsidir.
Ümumiyyətlə, Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. Bu gün ölkəmizdə 55 siyasi partiya mövcuddur. Belə olan halda mətbuat və söz azadlığı üzərində hansı qadağalardan söhbət gedə bilər? Radikal müxalifətin, eləcə də xaricdə yaşayan bəzi azərbaycanlıların ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq istəyi iflasa məhkumdur.
Azərbaycanda hər zaman sərbəst toplaşma azadlığı var. Amma nəzərə alınmalıdır ki, demokratiya anarxiya, xaos deyil. Qanunlar işləməyən yerdə demokratiya yoxdur. Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə həm sərbəst toplaşma, həm də digər demokratik azadlıqlar təmin edilib. Bu məsələdə Azərbaycan bir çox dünya ölkələri üçün nümunədir. Avropada mitinqlərin dağıdılması üçün atlardan, itlərdən istifadə edildi. Fransanın özündə “sarı jiletlilər” hərəkatını dağıtmaq üçün polisin necə güc tətbiq etdiyi gözümüzün qarşısındadır. Hesab edirəm ki, radikal müxalifətin bu yanaşmalarının və canfəşanlığı”nın heç bir əsası yoxdur. Onların heç bir istəkləri baş tutmayacaq. Azərbaycan xalqı bu qüvvələrin əsas niyyətini çox gözəl bilir.
Mövcud reallıqlar fonunda xaricdə yaşayan azərbaycanlılar Vətən sevgisindən irəli gələrək dövlətin mənafeyinə xidmət edən addımlar atmalıdır. Onlarda milli təəssübkeşlik olmalıdır. Azərbaycana qarşı yalnız ermənilər çirkin niyyətli addımlar ata bilərlər. Amma belə hərəkətlərdən birini Orduxan kimilər etdi. Onlar Brüsseldə elə davranış ortaya qoydular ki, bizim dəyərlərimizə tamamilə ziddir. Amma belələri azlıqdadır. Xaricdə yaşayan azərbaycanlıların mütləq əksəriyyəti vətənpərvərdir, diasporumuz ölkəmizin təəssübünü çəkir, uğurlarımıza sevinir və paylaşırlar.
Radikallara gəlincə, biz onları ağıla, sağlam məntiqə dəvət edirik. Arzu edirik ki, onlar bir gün papaqlarını qarşılarına qoyub düşünsünlər ki, qərib ölkədə vətən həsrəti, vətən sevgisi daha böyük olur. Azərbaycan həm də onların Vətənidir. Müxalifət kimi mövcud olub iqtidarı tənqid etmək olar. Amma heç zaman Azərbaycan dövlətinə və xalqına qarşı yalanlar söyləmək olmaz.
- Dünyada baş verən mürəkkəb, ziddiyyətli proseslər ölkəmizdə milli həmrəyliyin daha da gücləndirilməsini nə dərəcədə zəruri edir?
- Heç şübhəsiz ki, xaricdə və ölkə daxilində radikal mövqe tutanlar kiminsə əlində alət olduqları üçün istifadə olunub atılacaqlar. İnsan vicdan və insaf hissini itirməməlidir. Mühacirlərin bir qismi doğrudanmı düşünmürlər ki, mürəkkəb bir dünyada yaşayırıq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə bir fikir söyləmişdi ki, dünya dəli olub. Və dəli olmuş bir dünyada kiçik dövlət olasan və böyük enerji potensialın ola və bu vəziyyətdə müxtəlif dövlətlərin maraqlarının cəmləşdiyi regionda yerləşəsən. Belə bir şəraitdə elə müdrik siyasət həyata keçirəsən ki, müxtəlif güc mərkəzləri ilə bərabər məsafədə dayanmağı bacarasan. Bu yalnız Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və milli maraqlara əsaslanan siyasət nəticəsində baş verib. Bu bütün uğurlarımızı şərtləndirən əsas amildir.
Radikallar baxsınlar ki, regionda nə qədər mürəkkəb proseslər baş verir. Belə bir vəziyyətdə sabit Azərbaycan var. Onlar xaricdə yaşasalar da, ailələri, qohumları burda yaşayırlar. Yaşadığımız ölkədə əmin-amanlıq, sabitlik var və bu amillərin təminatçıları var. Təminatçı xalq və onun seçdiyi dövlət başçısı var. Bunu görməyənlər gərək kor olsun.
Onlara müraciətlə deyirəm ki, ağıla üstünlük verin, vicdan hissini itirməyin. Müqayisələr apararaq görün ki, Azərbaycan vətəndaş müharibəsindən vətəndaş həmrəyliyinə və səfərbər olmuş cəmiyyətə gəlmiş bir dövlətdir. Bu adamlar milli təəssübkeşliyi heç zaman unutmamalıdırlar.

 
  • Oxunub:  4500  |  
  • Tarix:  23-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

18 İyun 21:18
Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr daha da genişləndirilməsi müzakirə edilib
18 İyun 20:59
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşüb
18 İyun 20:49
İdman, sağlamlıq, dostluq mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
18 İyun 20:46
Brüssel QDİƏT-Aİ əməkdaşlığı üzrə Yüksək səviyyəli konfrans keçirilib
18 İyun 20:45
Azərbaycanın məhkəmə-hüquq sahəsində islahatları təqdir olunur
18 İyun 20:43
Zakir Həsənov: Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır
18 İyun 20:40
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının sessiyasında iştirak edir
18 İyun 20:37
Hikmət Hacıyev: Azərbaycan həqiqətlərini əks etdirən hər bir tədbir faydalıdır
18 İyun 20:26
Milli Məclisin Səhiyyə komitəsinin iclası olub
18 İyun 20:22
Dövlət ümumi təhsil müəssisələri və peşə təhsili müəssisələrində əməkhaqları artırıldı
18 İyun 20:19
UEFA Avropa Liqası: “Neftçi” və “Səbail” klublarının rəqibləri müəyyənləşib
18 İyun 20:17
Təhsil Nazirliyi ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq əlaqələri müzakirə edilib
18 İyun 20:16
Minimum aylıq əməkhaqqı artırıldı
18 İyun 20:08
Bu dövlət qurumlarında aylıq vəzifə maaşları artırıldı - SƏRƏNCAM
18 İyun 20:05
Azərbaycan-Yaponiya arasında ekoturizm sahəsində potensial əməkdaşlıq imkanları müzakirə olunub
18 İyun 19:54
Beynəlxalq Əmək Konfransının 108-ci sessiyasında Əmək və Sosial Təminat naziri Sahil Babayev çıxış edib
18 İyun 19:52
Bölgələrdən bölgələrə” II Yaradıcılıq festivalına yekun vurulub
18 İyun 17:35
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq
18 İyun 17:28
Aleksandr Buasson: Azərbaycanın əsas zənginliyi onun xalqı, mədəniyyətidir
18 İyun 17:23
“Dəniz Kuboku - 2019” beynəlxalq müsabiqəsinin planlaşdırılması üzrə işçi görüş keçirilib
18 İyun 17:19
RAGB 10 illik yubileyini qeyd edir
18 İyun 17:09
II Avropa Oyunlarının “Sülh alovu” estafeti Minskdəki Dövlət Bayrağı Meydanına gətirilib
18 İyun 16:32
Milli Kitabxanada növbəti sərgi insan hüquqlarına həsr olunub
18 İyun 16:04
Nazirlik: Cari ildə sənaye parklarında 12 rezident fəaliyyətə başlayacaq
18 İyun 15:58
Yanvar-aprel aylarında Azərbaycandan 97 ölkəyə məhsul göndərilib
18 İyun 15:38
“Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində görüşlər başa çatıb
18 İyun 15:34
Respublika Günü və diplomatik xidmət orqanlarımızın yaranmasının 100 illiyi Kuala Lumpurda qeyd edilib
18 İyun 15:19
BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu Bakı sessiyası başa çatıb
18 İyun 15:16
“Azərxalça”nın Qazax, Tovuz və Şəmkir filiallarının xalçaları qəbul edilib
18 İyun 15:14
Əli Əhmədov: Azərbaycanda təhsillə bağlı problemlər öz həllini tapıb, savadsızlıq aradan qaldırılıb
18 İyun 14:34
Müdafiə naziri: Azərbaycan Ordusu döyüş hazırlığı ilə gecə-gündüz məşğul olur
18 İyun 14:25
Dövlət Sərhəd Xidməti İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə silsilə tədbirləri davam etdirir
18 İyun 14:17
Mərakeş qəzeti: Heydər Əliyevin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayır
18 İyun 14:06
General-polkovnik Zakir Həsənov: Azərbaycan Ordusunun təlimləri döyüş vəziyyətinə yaxın şəraitdə təşkil edilir
18 İyun 14:00
Pirallahı rayonunda bədii qiraət müsabiqəsi keçirilib
18 İyun 13:54
Bahar Muradova: Ermənistanın qeyri-konstruktiv mövqeyi davamlı sülhə təhdid kimi qalır
18 İyun 13:52
Komitə sədri: Bu gün Azərbaycanda qadınların cəmiyyətdə aktiv iştirakı üçün hər cür şərait yaradılıb
18 İyun 13:44
Baş nazirin müavini: Azərbaycan BMT-yə dayanıqlı inkişaf üzrə hesabat verən 14 ölkədən biri olacaq
18 İyun 12:59
Azərbaycanın Energetika nazirinin müavini Beynəlxalq Enerji Xartiyasının Baş katibi ilə görüşüb
18 İyun 12:57
18 iyun Azərbaycanda İnsan Hüquqları Günüdür
18 İyun 12:52
Daha 687 şəhidin 1017 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilib
18 İyun 12:16
Azərbaycanın Müdafiə naziri: Ordumuzun hərbi şəhərciklərinin 85 faizi yenidən qurulub
18 İyun 12:13
Qəbələdə Beynəlxalq Yoqa Günü qeyd olunub
18 İyun 12:08
Bakıda Ombudsmanların XVI Beynəlxalq Konfransı keçirilir
18 İyun 12:04
Azərbaycanın və Pakistanın xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri keçiriləcək
18 İyun 11:48
Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18 İyun 11:44
Bakı Nəqliyyat Agentliyi Stokholmdakı Qlobal İctimai Nəqliyyat Sammitində təmsil olunub
18 İyun 11:41
Növbəti tədris ilindən Bakı Ali Neft Məktəbində Pakistan tələbələri də təhsil alacaqlar
18 İyun 11:31
Akademik Xoşbəxt Yusifzadənin biblioqrafiyası çapdan çıxıb
18 İyun 11:27
Zakir Həsənov: Ermənilər bir müddət sonra öz itkilərini açıqlayacaqlar
18 İyun 11:22
Müdafiə naziri: Azərbaycan Ordusunun helikopter meydançaları yenilənib və müasir silahlarla təchiz edilib
18 İyun 11:00
Tərtərdə kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2,9 faiz artıb
18 İyun 10:55
Qubanın daha 11 kəndi qazlaşdırılır
18 İyun 10:47
Zakir Həsənov: Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir
18 İyun 10:45
Vaşinqtonda ABŞ-Azərbaycan Akademik Simpoziumu keçirilib
18 İyun 10:39
Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib
18 İyun 09:27
İsveçrənin Bern şəhərində Azərbaycanın qaçqın və məcburi köçkünlərinə həsr edilmiş ictimai kampaniya keçirilib
18 İyun 08:57
David Zalkaliani: Azərbaycan Gürcüstanın əsas strateji tərədaşıdır
18 İyun 08:48
Strasburqda yüksək səviyyəli konfransda Azərbaycanda məhkəmə-hüquq islahatlarından danışılıb
18 İyun 08:42
Fərid Mansurov: Komandamız II Avropa Oyunlarına yaxşı hazırlaşıb
17 İyun 23:21
Neftçaladakı Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimi olub
17 İyun 22:59
Ankarada Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə konfrans keçirilib
17 İyun 21:42
XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir
17 İyun 20:23
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
17 İyun 11:46
“Şahdəniz” təbii qazı TANAP-la Avropa sərhədinə çatdırılıb
17 İyun 11:42
İyunun 17-si Tibb İşçiləri Günüdür
17 İyun 11:37
SOCAR-la “Honeywell PMT”nin əməkdaşlığı müzakirə edilib
17 İyun 11:06
Altı mindən çox bakalavr ixtisaslaşma seçimi edib
17 İyun 10:51
Neftin qiyməti bahalaşır
17 İyun 10:26
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA