Ana səhifə »  Müsahibə »  Bahar Muradova: Qarabağ məsələsini həll edə biləcək ciddi addımın atılacağı gün uzaqda deyil
A+   Yenilə  A-
Bahar Muradova: Qarabağ məsələsini həll edə biləcək ciddi addımın atılacağı gün uzaqda deyil

Milli Məclisin vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradovanın ONA-ya müsahibəsi:
- Bahar xanım, söhbətimizə Elina Hacıyeva məsələsindən başlamaq istərdik. Siz bu hadisəni necə qarşıladınız? Baş verənlərə necə qiymət verirsiniz?
- Bu hadisə hamı kimi məni də həyəcanlandırdı. Çox təəssüf edirəm ki, hələ çox yaşamalı, valideynlərini sevindirməli və özünün arzularını yerinə yetirməli olan bir qızcığaz həyata əlvida dedi. Səbəblərin nə olmasından asılı olmayaraq, belə hallar baş verməməlidir. Əlbəttə ki, bəzi hallarda laqeydlik, səhlənkarlıq, səriştəsizlik heç kəsin istəmədiyi, amma qəbul etməyə məcbur olduğu belə halların baş verməsinə səbəb olur. Həmin qızcığazın həyatdan getməsinə təəssüfləndiyimi, kədərləndiyimi bir daha bildirmək istəyirəm. Onun valideynlərinə və yaxınlarına başsağlığı verirəm. Arzu edirəm ki, bir də heç bir gənc qız, oğlan, ümumiyyətlə heç bir insan belə bir qərar vermək seçimi qarşısında qalmasın.
- Bu hadisə zamanı müxtəlif instansiyalar, o cümlədən Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və s. ittiham olundu. Bu ittihamlara münasibətiniz necədir? Belə halların qarşısının alınması və ya baş verməməsi üçün hansı addımlar atılmalıdır?
- Hər bir adıçəkilən qurumların özünün səlahiyyətləri çərçivəsində bu məsələlərə reaksiya vermək, tədbir görmək kimi vəzifəsi vardır. Hər kəs öz vəzifəsini yerinə yetirməlidir. Başqa cür olacağını düşünmürəm. İrəli sürülən ittihamlar isə yalnız ittiham aktında əksini tapmalıdır. Bu məsələ barədə artıq müvafiq addımlar atılıb. Hazırda istintaq aparılır. Düşünürəm ki, istintaqın gedişinə imkanı olanlar cəlb olunub kömək edə bilərlər. Amma hüquqi araşdırmaların getdiyi belə bir məqamda diqqətləri başqa istiqamətə yönəldən, insanları çaşdıran və məsələnin ətrafında bəzi çərçivələri aşan ajiotajın yaradılmasına rəvac vermək olmaz. Maksimum çalışmaq lazımdır ki, haqq yerini tapsın.
- Son günlər şagirdlərin müəllimlər tərəfindən psixoloji və fiziki zorakılığa məruz qalması barədə də məlumatlar artıb. Bununla bağlı müxtəlif fikirlər səsləndirilir, valideynlər öz narahatlıqlarını ifadə edirlər. Bir ana olaraq və İnsan hüquqları komitəsinin sədri kimi sizin məsələyə münasibətiniz necədir?
- İstənilən demokratik ölkədə, cəmiyyətlərdə azyaşlılarla davranışın qaydaları var. Bu qaydalar da beynəlxalq ictimaiyyətin qəbul etdiyi sənədlərə, beynəlxalq hüquqi aktlara, konvensiyalara, ölkələrin imzaladığı sazişlər əsasında üzərinə götürdüyü öhdəliklərə söykənməlidir. Azərbaycanda da bu belədir. Düşünürəm ki, həm valideyn, həm təhsil alan, həm də təhsil verən bu qaydalara əməl etməlidir. Bəzi hallarda hadisələrin mahiyyətinə vardıqda hiss edirsən ki, məsələ daha çox olduğu kimi deyil, bəzi dairələrin görmək istədikləri kimi təqdim olunur. Bir çox hallarda isə müvafiq, yaxud da heç aidiyyəti olmayan dairələrin bu və ya digər problemin mahiyyətindən kənar proseslərə daha çox cəlb olunmaları səbəbindən məsələ olduğundan qat-qat fərqli şəkildə təqdim edilir. Bu da hesab edirəm ki, arzuolunan deyil.
- Sosial şəbəkələr sürətlə insanların həyatına daxil olmağa başlayıb. Bu sürətli prosesdə sanki bir xaos da nəzərə çarpır. Sosial şəbəkədə baş verənləri necə qarşılayırsınız? Vətəndaşlarımızın sosial şəbəkələrdən istifadə forması və səviyyəsi sizi qane edirmi?
- Xatırlayırsınızsa, sosial şəbəkələrə qədər də biz mətbuatdakı bəzi nöqsanlı cəhətlərdən şikayətlər edirdik. Bu, yenə də davam edir. Amma indiki halda daha çox sosial şəbəkələrdə baş verənlər söhbət mövzusudur. Ona görə ki, bizdən asılı olmadan sosial şəbəkələr getdikcə hər kəsin həyatının daha böyük hissəsini tutmağa başlayır. Bu, bir tərəfdən cəmiyyətin fəallığını, ictimai nəzarətin daha ciddi xarakter almasını, informasiya təminatının sürətlənməsini şərtləndirir. Amma bəzi hallarda da arzuolunmaz proseslərə yol açır. Çalışmaq lazımdır ki, bütün yaranmış imkanlardan, yeni texnologiyalardan təyinatı üzrə istifadə edəsən. Amma necə? Baxın, qanunlar min illərdir mövcuddur. İnsanı öldürmək, təhqir etmək, heyvanlara əziyyət vermək, başqasının əmlakına ziyan vurmaq olmaz və s. Amma görürsünüz, belə hadisələr hər gün baş verir. Cinayətin xronikası, kriminal hadisələrin statistikası heç də azalmağa doğru getmir. Hətta daha yeni formalarda cinayət növlərinin əlavə olunması ilə diqqəti çəkir. Sosial şəbəkələr də belədir. Biz nə qədər şikayət, narazılıq etsək də, hər birimiz sosial şəbəkələrdən istifadə etməyə məhkumuq. Ona görə də burada qaydaya, nizama əməl etməyə çağırışlar ola bilər. Biz cəmiyyətimizdə, dövlətimizdə, evimizdə qanunlara və qaydalara əməl etməyin necə üstün olduğunu qəbul ediriksə, sosial şəbəkələri də belə qəbul etməliyik. Hesab edirəm ki, bu sahədə qayda yaratmaq istifadəçilərin özündən və hər birimiz üçün fərdi deyil, ümumi olan bu məkanda ən azı mənəvi qanunlara əməl etməyin vacib olmasını qəbul etməyimizdən daha çox asılıdır.
- Bildiyimiz kimi, dünyanın bir çox ölkələrində parlament institutları var. Onlar qanun layihələrinin hazırlanmasında və digər qanunvericilik işlərində fəal iştirak edirlər. Azərbaycanda belə bir institutun yaradılmasına ehtiyac varmı?
- Müxtəlif ölkələrdə fərqli belə qurumlar, Qeyri-Hökumət Təşkilatları (QHT) var və parlamentlərin gündəliyində duran məsələlərlə daha çox məşğul olurlar. Azərbaycanda da belə qurumlar, QHT-lər var. Onlar bu və ya digər təkliflərini parlamentə təqdim edir, ictimai müzakirələrin təşkilində iştirak edirlər. Həmçinin beynəlxalq parlament təşkilatlarının da üzvüyük. Bu təşkilatlara üzv olan ölkələrin istifadə etdiyi qanunlar, əldə etdiyi üstün təcrübə bu institutlar vasitəsilə digər üzv ölkələrdə də yayıla bilir. Odur ki, qanunlarımızı, normativ aktlarımızı üzv olduğumuz bu təşkilatların standartlarına qarşılıqlı bir şəkildə uyğunlaşdırmaqdayıq. Diqqətinizə bir məqamı da çatdırmaq istəyirəm. Son 10 ildən artıq bir dövrdə Azərbaycan parlamentinin qəbul etdiyi bir çox qanunlar da bu təşkilatlarda model qanun statusu ilə öyrənilməkdə və yayılmaqdadır. Gündəlik həyat isə dəyişir, inkişaf edir, yeni-yeni ictimai-siyasi münasibətlər yaranır və biz mövcud qanunlarımıza belə dəyişiklikləri mütləq şəkildə etməliyik və edirik. Bir daha qeyd etmək istəyirəm ki, biz müvafiq dövlət orqanları, eləcə də ictimai təşkilatlarla, beynəlxalq təşkilatlarla, həm də hakimiyyətin digər qanadları ilə bu istiqamətdə sıx əməkdaşlıq səviyyəsində fəaliyyət göstəririk.
- Bəs qanunların icra vəziyyəti sizi qane edirmi?
- Bütün dünyada qanunlar həm mövcud ictimai-siyasi reallıqlara uyğun, həm də perspektivi nəzərə almaqla qəbul edilir. İdealda hər kəs qanunlara riayət etməyə çalışmalı və qanunun aliliyinin təmin olunmasına öz töhfəsini verməlidir. Amma birmənalıdır ki, qanunların icra vəziyyəti heç də onun qəbulu zamanı gözlənilən səviyyəyə uyğun olmur. Bunu gündəlik həyatımız sübut edir ki, qanunlarda nəzərdə tutulmuş müddəaları bilərəkdən, yaxud bilməyərəkdən heç də hamı yerinə yetirmir. Əks təqdirdə, heç kəs cinayət məsuliyyətinə cəlb olunmazdı, yaxud inzibati cəza almazdı.
- Bahar xanım, bəzi deputatların fikirləri ictimaiyyətdə sərt reaksiyalara səbəb olur. Sizcə, buna səbəb nədir?
- Bu bir həqiqətdir ki, bəzi hallarda bizim bir çoxlarımızı qane edən, etik qaydalara, mənəvi kriteriyalara uyğun olan, özündə vacib elementləri əks etdirməsi baxımından çox ideal görünən bir fikir belə yenə də kiminsə narazılığına səbəb ola bilər. Çünki nə qədər insan varsa, bir o qədər də fərqli fikirlər var. O baxımdan nəinki deputatın, istənilən bir şəxsin hər hansı bir açıqlaması həm razılıq, həm də narazılıq doğura bilər. Narazılıq da o hallarda doğurur ki, hansısa şəxsin söylədiyi bir fikir ictimaiyyətin böyük bir hissəsinin eşitmək istədiyi fikirlərdən fərqli olur. Deputatlar da yekcins deyillər. Onlar müxtəlif siyasi partiyaları, hərəkatları, mövqeləri parlamentdə təmsil edirlər. Bir təbəqənin mənafeyi naminə söylənilən fikir, digər təbəqənin mövqeyi ilə uyğun olmaya bilər. Və yaxud da kimsə öz fikrini kifayət qədər səriştəli və aydın şəkildə açıqlamaya, özünün fərdi mövqeyini ümumi bir qənaət kimi təqdim edə bilər. Demokratik cəmiyyətlərdə belə hallara tez-tez rast gəlinə bilir. Amma belə halların ətrafındakı müzakirələr də müəyyən etik normalar çərçivəsində getsə, daha yaxşı olar.
- Dövlət başçısı ölkədə müxtəlif sahələrdə islahatlara start verib. İslahatlar getdikcə daha da genişlənir və dərinləşir. Ölkədə gedən islahatlar barədə nə deyə bilərsiniz? İddialar var ki, bəzi dairələr bu islahatlardan narahatlıq keçirir, ona mane olmağa cəhdlər göstərir. Siz bu fikirlə razısınızmı?
- Aparılan islahatlar vətəndaşların mənafeyinə, onların sosial rifah halının yaxşılaşdırılmasına, təhlükəsizliyinin təmin olunmasına və ölkənin inkişafına yönəlibsə, bunu ancaq alqışlamaq və müsbət qarşılamaq lazımdır. Azərbaycan son illər həyata keçirilən siyasətin mahiyyətinə görə dünyada ən islahatçı ölkələr sırasındadır. Hətta ən islahatçı ölkə adını alıb. Mən də bu islahatları dəstəkləyirəm. Bizim borcumuz yalnız bu islahatların müsbət olduğunu söyləmək deyil, həm də onun reallaşmasına öz imkanlarımız səviyyəsində dəstək vermək və iştirak etmək olmalıdır. Mən də öz tərəfimdən Prezident İlham Əliyevin yeritdiyi bütün siyasəti dəstəkləyirəm. Həyata keçirilən islahatların zamanın nəbzini tutduğuna qəti şəkildə əminəm. Görünən də odur ki, xalqımızın mütləq əksəriyyəti aparılan islahatları dəstəkləyir və hər kəs bunu öz həyatında hiss etdiyinə görə müsbət qiymətləndirir. Bir siyasət ki, xalqın mənafeyinə yönəlib və onu razı salıb, qoy bundan narazı olanlar bir az da dərindən düşünsünlər. Amma əlbəttə ki, onlar da bir gün haqq yoluna gəlsələr, ilk növbədə özləri mənəvi rahatlıq tapacaqlar.
- Prezidentin imzaladığı sonuncu əfv Sərəncamı ilə adı siyasi məhbus kimi hallanan xeyli insan azadlığa çıxdı. Bununla belə, siyasi məhbus problemi ilə bağlı Azərbaycan hökumətinə ittihamlar ünvanlanmaqda davam edir. Siz bu ittihamlara necə baxırsınız?
- Belə fikirlər Azərbaycan cəmiyyəti və ictimai-siyasi həyatı üçün yeni deyil. İllərdir ki, bu prosesi “irəliyə aparmaq” tapşırığı olan insanlar var. Onlar da bu “tapşırıqlara” çox ciddi cəhdlə əməl etməyə çalışırlar. Nə qədər ki, belə tapşırıqlar verənlər və həmin tapşırıqları özünün “əsas vəzifəsi” kimi qəbul edən insanlar olacaq, o qədər də Azərbaycanda bu mövzu davam edəcək. Amma birmənalıdır ki, belə ittihamların real hadisələrlə heç bir əlaqəsi yoxdur. Bir də ki, davamlı olaraq qəlbində hər şeydən daimi narazılıq və kin-küdurət gəzdirmək sizə asan gəlməsin. Belə hal insanı içəridən məhv edir. Mənə görə, belə insanlar özlərini ən ağır bir cəzaya məhkum etmiş olurlar.
- Son zamanlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların intensivliyinin şahidi oluruq. Mövcud durumu necə dəyərləndirirsiniz? Ermənistan rəhbərliyinin danışıqlar fonunda səsləndirdiyi bəyanatlar barədə nə deyə bilərsiniz?
- Ermənistan rəhbərliyinin münaqişənin mövcud durumu və həmin durumu dəyişmək istiqamətində gedən danışıqlarda və danışıqlar ətrafındakı müzakirələrdə tutduğu mövqe həmişə absurd adlandırıla biləcək xarakter daşımaqdadır. Onlar yaxşı bilirlər ki, qonşu ölkənin torpağını işğal ediblər, insanlığa, bəşəriyyətə qarşı beynəlxalq, o cümlədən soyqırımı, hərbi cinayətlər törədiblər. Və yaxşı da bilirlər ki, bir dövlət olaraq onlara qarşı bu gün hansı ittihamlar var və gələcəkdə daha hansı ittihamlar irəli sürülə bilər. Onları beynəlxalq hüquqda, öz ölkələrində və Azərbaycan qanunvericiliyində məhkum edən çoxsaylı müddəalar var. Xüsusi olaraq bildirim ki, bu cinayətlərdə müddət yoxdur. Onlar istənilən vaxt bu cinayətlərə görə cavabdehlik daşıyacaqlar.
Ermənistan münaqişə tərəfi olaraq danışıqlar prosesində iştirak edir və mövcud vəziyyətdən çıxan nəticələrə görə bilir ki, hansı tələbləri yerinə yetirməlidir. Danışıq prosesində buna razılıq verirlər. Amma danışıq bitdikdən sonra tamamilə fərqli açıqlamalarla çıxış edərək, Azərbaycanın ədalətli mövqeyini rəhbər tutan beynəlxalq prinsiplərə qarşı olduqlarını bildirməkdən çəkinmirlər. Düşünürlər ki, status-kvo nə qədər mövcuddur onların müdafiə imkanları vardır. Lakin əmin olsunlar ki, bu absurd siyasətə son verən, eləcə də bütövlükdə bu məsələni həll edə biləcək ciddi addımın atılacağı gün uzaqda deyil.
- İnsanlarımızın əksəriyyəti münaqişənin həlli yolunu müharibədə görür...
- Mən onları qınamıram. İnsanların bu məsələ ilə əlaqədar sərbəst fikir yürütmək ixtiyarı var. Münaqişənin həm sülh, həm də müharibə yolu ilə həllini görənlərin kifayət qədər möhkəm arqumentləri var. Müharibə yolu ilə torpaqlarını müvəqqəti itirmiş Azərbaycan tam mənası ilə dərk edir ki, zor gücünə alınan torpaqları sülh yolu ilə qaytarmaq prosesi ya həlli çox çətin, ya da həlli çox uzun müddət tələb edən məsələdir. Biz bunların ikisini də öz həyatımızda hiss edirik. Ona görə də belə çağırışları təbii qəbul etmək lazımdır. Bir də dünya ictimaiyyəti hər bir məsələdə müxtəlif fikirlərin olmasını qəbul etməli və ona hörmətlə yanaşmalıdır.
- ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan tərəfi tez-tez məsələ qaldırır. ATƏT institutlarının münaqişənin həlli üçün gördüyü işləri qənaətbəxş saymaq olarmı?
- Cənab Prezident öz çıxışlarında həmişə vurğulayır ki, diplomatik üstünlüklər, beynəlxalq hüquq, haqq-ədalət bizim tərəfimizdədir. Çünki Azərbaycanın mövqeyi Ermənistandan üstündür və möhkəmdir. Ermənistan özünü heç bir ölkə ilə müqayisə olunmayacaq pis bir duruma salıb. İşğalçı ölkə adlanır. Azərbaycan isə müdafiə olunan və ədalətsizliyə məruz qalan ölkədir. Ona görə də bizim sənədlər üzərində üstünlüyümüz çox böyükdür. Dünya ictimaiyyəti əvvəllər Azərbaycan kimi işğala məruz qalan ölkələrin yanında az dayanırdısa, bu gün artıq beynəlxalq hüququn mövqeyindən çıxış etməyə başlayır. Çünki bir çox ölkələrdə də belə münaqişələr yaranır və Avropa ölkələri bu problemi öz üzərlərində hiss etməkdədir. İndi artıq güc yolu ilə əraziləri özünə birləşdirmək və s. bu kimi hallar birmənalı şəkildə rədd olunur. Dəfələrlə beynəlxalq təşkilatlarda, ATƏT-in sammitlərində, o cümlədən ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın xeyrinə qərarlar, sənədlər qəbul edilib. Hesab edirəm ki, ATƏT institutlarının münaqişənin həlli üçün gördüyü işləri tam qənaətbəxş saymaq mümkün olmasa da, ölkəmizin mövqeyinin möhkəmlənməsinə təsirini inkar etmək olmaz. Çünki özünə hörmət edən heç bir beynəlxalq təşkilat təcavüzü dəstəkləyən və açıq şəkildə ona haqq qazandıran mövqe sərgiləyə bilməz. Bu isə nəzərə alın ki, çox ciddi arqumentdir və bizim mövqeyimizə xidmət edir.

 
  • Oxunub:  6810  |  
  • Tarix:  01-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb

17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib
17 İyul 20:38
Xoşbəxt Yusifzadə: Qarşıdakı dövrdə əsas hədəf köhnələn yataqların ömrünü uzatmaqdır
17 İyul 20:35
Avropa Şurasının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
17 İyul 20:21
Azərbaycan Ordusunun erməni kəndini atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar əsassızdır
17 İyul 20:19
BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır
17 İyul 20:17
FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi XV Avropa Gənclər Olimpiya Festivalına hazırdır
17 İyul 20:13
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub
17 İyul 20:12
Avropa Gənclər Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrasını Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək
17 İyul 17:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyində arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib
17 İyul 17:50
İsrailin Vergi Orqanının rəhbərliyi Qubada olub
17 İyul 17:50
Mişel Solal: Xalçaçılıq qədim sənətdir, onun qorunub saxlanması və yeni nəsillərə ötürülməsi vacibdir
17 İyul 17:40
Lerikdə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan gənclərlə görüş olub
17 İyul 17:33
Gənclər və İdman naziri “EYOF 2019”da iştirak edəcək velosipedçilərlə görüşüb
17 İyul 17:27
Sosial Tədqiqatlar Mərkəzində müasir dövlət quruculuğu ilə əlaqədar müzakirələr aparılıb
17 İyul 17:22
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
17 İyul 17:21
“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı
17 İyul 16:37
Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
17 İyul 16:18
“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir
17 İyul 16:01
Beş ayda ölkəyə 70 avtobus gətirilib
17 İyul 15:56
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
17 İyul 15:28
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
17 İyul 15:27
Sahibə Qafarova: Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən dövlətlərdən biridir
17 İyul 15:02
“Loqos”da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
17 İyul 14:59
Naxçıvanda gənc polis əməkdaşları təntənəli şəkildə and içiblər
17 İyul 14:36
“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb
17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
17 İyul 11:08
Sabahdan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlanır
17 İyul 11:05
Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb
17 İyul 10:47
Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb
17 İyul 10:40
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib
17 İyul 10:33
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək
17 İyul 10:18
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub
17 İyul 09:32
Lerikdə “Yay məktəbi” işini davam etdirir
17 İyul 09:31
YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci Oğuz turunun iştirakçıları şimal-qərb bölgəsində yerləşən tarixi abidələrlə və muzeylərlə tanış olublar
17 İyul 09:30
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illiyi qeyd edilib
17 İyul 09:26
Qəzənfər Əhmədov: ANAMA indiyədək 54 min hektar ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib
17 İyul 09:20
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir
17 İyul 09:18
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb
17 İyul 09:13
Regionlarda çəltikçiliyin inkişafı üçün mühüm tədbirlər görülür
16 İyul 23:18
Mehman Əliyevə xatırlatma
16 İyul 21:14
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
16 İyul 21:09
DSX Akademiyası məzunlarının buraxılış mərasimi olub
16 İyul 20:43
Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib
16 İyul 20:36
Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər
16 İyul 20:33
DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib
16 İyul 20:26
Nazir: İndiyədək neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb
16 İyul 20:23
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Keşikçidağ kompleksi ərazisində törədilmiş insidentlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb
16 İyul 20:21
Baş Prokurorluqda Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüş keçirilib
16 İyul 20:15
"Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
16 İyul 20:13
Piter Teys: Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri mədəniyyətlərarası dialoqu möhkəmləndirən mühüm təşəbbüsdür
16 İyul 20:10
Fövqəladə missiya, yaxud tarixin ən böyük Azərbaycanlısı
16 İyul 20:08
Gədəbəydə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
16 İyul 20:06
Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+21 +25