Ana səhifə »  Müsahibə »  Zərifə xanım Əliyevanın adı oftalmologiya tarixinə qızıl hərflərlə yazılıb
A+   Yenilə  A-
Zərifə xanım Əliyevanın adı oftalmologiya tarixinə qızıl hərflərlə yazılıb

Akademik Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi, tibb üzrə fəlsəfə doktoru Səbinə Məcidova www.yap.org.az saytına müsahibə verib:
- Səbinə xanım, söhbətimizə Azərbaycan səhiyyəsinin bu günü ilə körpü salmaq istərdik...
- Səhiyyənin inkişafı dövlətimizin siyasətinin əsas istiqamətlərindəndir. Yeni tibb ocaqlarının yaradılması, onların müasir avadanlıqlarla təchiz edilməsi, yerli tibb kadrlarının yetişdirilməsi, bilik və təcrübələrinin artırılması üçün konfransların, seminarların və treninqlərin təşkili qarşıya qoyulan əsas məqsədlərdən biridir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, səhiyyə sistemində də təkmil islahatlar həyata keçirilmiş, nöqsanların aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülmüş və gələcək layihələrin konturları müəyyənləşdirilmişdir. Son 15 ildə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inkişaf, tərəqqi yolunda inamla addımlayır, bütün bölgələrimizdə yüzlərlə tibb ocağı tikilərək əhalinin istifadəsinə verilib, tibb müəssisələrində fəaliyyət göstərən kollektivin əsasən yerli kadrlardan ibarət olması, beynəlxalq tibbi standartlara cavab verən yüksək keyfiyyətli avadanlıqlarla təchizatı təmin edilib, əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyəti daha da yaxşılaşdırılıb. Tibb sahəsində ən qabaqcıl və müasir müalicə üsullarının tətbiqi əvvəllər müalicəsi respublikamızda mümkün olmayan xəstəliklərin də qarşısını almağa geniş şərait yaradıb. Prezident İlham Əliyev tərəfindən dərman-əczaçılıq preparatlarının keyfiyyətinə və qiymətləndirilməsinə nəzarətin gücləndirilməsi, əhalinin rifahının yüksəldilməsi və keyfiyyətli tibb xidmətləri ilə təchiz olunması məqsədilə təsdiqlənən “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Dərman vasitələri haqqında” və s. kimi müxtəlif Fərman və sərəncamlar, həmçinin əczaçılıq zavodlarının tikintisinə start verilməsi bir daha göstərir ki, əhaliyə yüksək keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi prioritetdir.
- Adı oftalmologiya tarixinə qızıl hərflərlə yazılan görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyi ərəfəsindəyik. Zərifə xanımı necə xarakterizə edərdiniz?
- Bu suala cavab vermək üçün akademik Zərifə xanım Əliyevanın özündən sitat gətirmək istəyirəm: “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə-eşiyinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır. Buna görə də hər dəfə xəstələri qəbul edəndə, onlarla söhbət aparanda həkim həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında mənəvi məsuliyyət hiss edir. Vicdan əsas hakimimizdir. Ən çətin məqamda və ən xoş saatımızda o bizimlə üz-üzə dayanıb soruşacaq: “Sənin ağ xalat geyinməyə haqqın varmı?” Onilliklər boyu təkcə biliklərini deyil, həm də ürəyinin hərarətini öz əllərinlə insanlara çatdırmalısan”.
Zərifə xanım Əliyevanı həkim etikası və tibbi deontologiya məsələləri həmişə düşündürmüşdür. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. O, heç zaman gərgin işdən usanmamış, ilhamla çalışmışdır. Həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi bu böyük şəxsiyyətə həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
Bütün bu elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım, eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Bu ocaqda iki övlad böyüyüb: ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, Vətənimizin qüruru sayılan övladlar. Deyirlər, ana övladını özündən də çox istəyir. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım məhz belə ana olub. Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, Ümummilli Liderimiz Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda Öz qüvvəsini əsirgəmədi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, qüdrətli, güclü Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir.
- Ulu Öndər Heydər Əliyevin təbirincə desək, “Özünü həkimlik, təbiblik peşəsinə həsr edən insanlar xoşbəxtdirlər. Çünki cəmiyyətin onlara həmişə ehtiyacı var.” Amma bu məqamı da nəzərə alsaq ki, insan reallıqları hiss etməklə yanaşı, onu öz gözləri ilə gördükdə həyata bağlılığı daha yüksək olur, bu halda bu duyğuları yaşamalarına yardımçı olan gözlərə işıq verən həkimlərin zəhməti daha aydın görünür, daha yüksək dəyər tələb edir. Zərifə xanım Əliyevanı nura uzanan yolun əbədi sakininə çevirən, ölməzliyini şərtləndirən hansı amillərdir?
- Qeyd etdiyimiz kimi, akademik Zərifə xanım Əliyeva Azərbaycanda müasir oftalmologiya elminin yaradıcılarından və banilərindən biridir. İllərlə fəaliyyət göstərdiyi sahə üzrə minlərlə xəstənin sağalaraq göz xəstəliklərindən xilas olması üçün çalışmışdır. 1947-ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra əmək fəaliyyətinə başlayan zaman Azərbaycanda traxoma infeksion xəstəliyi tüğyan edirdi. Təəssüf ki, o zamanlarda bu xəstəliyin etiologiyası və yaranma səbəbləri kifayət qədər öyrənilmədiyinə və müalicə üsulu olmadığına görə yüzlərlə xəstə dünya işığından məhrum olurdu. Bu səbəbdən Zərifə xanım əmək fəaliyyətinin ilk illərindən etibarən bu xəstəliklə mübarizəyə başlamış, onun başvermə səbəblərinin dərindən öyrənilməsi üçün Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Bu səbəbdən Zərifə xanım təhsilini Moskva şəhərində Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirmiş və ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıtmışdı. 1949-cu ildən başlayaraq Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır. Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Buna görə də Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.
İlləri sistemli şəkildə nəzərdən keçirdikdə Zərifə xanım Əliyevanın oftalmologiya tarixində zəngin səhifələr yazdığını daha aydın görürük. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyevanın elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri (“Herpetik göz xəstəliyi”, “Ağır virus konyiktivləri” və s.), bir çox elmi məqalələri və monoqrafiyaları - “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası” və “Yaşla bağlı gözün əsəb yollarının dəyişməsi”, “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” və “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biridir. Bu əsərlər indi də hər bir oftalmoloq üçün stolüstü kitablar olaraq qalır. Onun zəngin pedaqoji, elmi və əməli təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında öz əksini tapıb.
Zərifə xanım Əliyevanın xidmətləri daim yüksək dəyərləndirilib. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilib. O, bütün fəaliyyəti boyu böyük ictimai iş aparmış, keçmiş İttifaqın Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olub. Zərifə xanım Əliyeva bir sıra orden və medallarla təltif olunmuş, Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Təbii ki, bu qiymətləndirmələr sırasında Zərifə xanım Əliyevaya milyonların sevgisi daha əsas yer tutur. Bu sevgi onun yuxarıda qeyd etdiyimiz fikirlərinə istinadən ən böyük mükafatıdır.
Böyük fəxarət hissi ilə bildirmək istərdim ki, Azərbaycan Tibb Universitetini bitirdikdən sonra əmək fəaliyyətimə məhz Milli Oftalmologiya Mərkəzində başlamış və bu illər ərzində Zərifə xanımın şərəfli əmək fəaliyyəti mənim üçün böyük örnək olmuşdur. Akademik Zərifə Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzində bütün əmək fəaliyyətim dövründə məhz onun kimi xalqıma yüksək keyfiyyətli tibbi xidmət göstərməyə, dövlətə, xalqa layiqli bir vətəndaş olmağa çalışmışam və çalışacağam.
- Səbinə xanım, təbii ki, “Gözlərə nur verək” devizini fəaliyyətinin əsas prinsipi kimi qəbul edən Milli Oftalmologiya Mərkəzinin məsuliyyətini ikiqat artıran əsas amil məhz Zərifə xanım Əliyevanın adını daşımasıdır.
- Əlbəttə. Qeyd edək ki, 1946-cı ildən fəaliyyətə başlamış Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu 2002-ci ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi olaraq fəaliyyət göstərir. 22 may 2009-cu il tarixində ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə Milli Oftalmologiya Mərkəzinin yeni binasının açılışı olub.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Ən müasir texnologiyalar əsasında işləyən diaqnostik avadanlıq və üsulların istifadəsi görmə orqanlarının anatomik və funksional parametrlərini dəqiq müəyyən etmişdir ki, bu da göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturunda aparılan cərrahi əməliyyatların funksional nəticələrini qat-qat yüksəltmişdir. Mərkəzin aparıcı cərrahları dünyanın qabaqcıl oftalmoloji müəssisələrində aparılan unikal cərrahi əməliyyatları tətbiq edirlər. 10 ildir Masallı rayonunda, 3 ildir Gəncə şəhərində Mərkəzin Regional şöbələri fəaliyyət göstərir. Bu filiallar ən müasir oftalmoloji avadanlıqlarla təchiz olunub. Regional şöbələrdə yerli əhaliyə yüksək ixtisaslı cərrahi və konservativ yardım göstərilir.
Heydər Əliyev Fondu və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi arasında sıx əlaqələr yaradılıb. Mərkəzin əməkdaşları Fondun humanitar fəaliyyətini dəstəkləyərək bu işdə öz köməkliklərini əsirgəmirlər. Respublika əhalisinə humanitar yardımın göstərilməsinə Mərkəzin Səyyar Klinikasının da fəaliyyəti daxildir. Bu klinika ölkəmizin ən ucqar rayon və kəndlərinə müntəzəm şəkildə gedərək, əhaliyə yüksək ixtisaslı, müasir texnologiyalı cərrahi və terapevtik oftalmoloji yardım göstərir. Bakı şəhərinin müxtəlif ali tədris və digər müəssisələrində, məktəblərində və uşaq bağçalarında dispanserizasiya işini aparır. Bununla da akademik Zərifə xanım Əliyevanın arzularından biri də həyata keçir.
Ölkə Prezidenti İlham Əliyevin 2017-ci ildə imzaladığı Fərmana əsasən, gözün buynuz qişasının Azərbaycana idxalına və ölkəmizdə buynuz qişa transplantasiyası əməliyyatının aparılmasına icazə verilib. Keçən il oktyabr ayının 4-dən etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə Mərkəzimizdə artıq belə əməliyyatların həyata keçirilməsinə başlandı. İndiyədək buynuz qişa köçürülməsinə ehtiyacı olan xəstələr İrana, Rusiyaya, Türkiyəyə getmək məcburiyyətində qalırdılar. İndi isə səhiyyə naziri Oqtay Şirəliyevin bu cərrahi əməliyyatın yenidən Azərbaycanda icra olunması üçün göstərdiyi dəstək nəticəsində artıq vətəndaşlarımız gözlərini əməliyyat etdirmək üçün başqa ölkələrə üz tutmayacaqlar. Ölkəmizdə gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının uzun fasilədən sonra yenidən həyata keçirilməsi Azərbaycanda tibb elminin inkişafı yolunda mühüm bir hadisədir.
- Milli Oftalmologiya Mərkəzi Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyi ilə bağlı hansı tədbirləri nəzərdə tutub?
- 29 aprel 2019-cu il tarixində Mərkəzdə akademik Zərifə Əliyevanın 96 illiyinə həsr olunmuş “Oftalmologiyanın aktual məsələləri” mövzusunda elmi konfransın, 24 may 2019-cu il tarixində isə Mərkəzimizin 10 illiyinə həsr edilmiş “Oftalmologiyanın bu günü və gələcəyi” adlı beynəlxalq elmi-praktik konfransın, iyun ayında isə Azərbaycan Retinoloqlarının IV konfransının keçirilməsi planlaşdırılır.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbəri professor Elmar Qasımovun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə yüksək ixtisaslı gənc oftalmoloqlar hazırlanır və oftalmologiya elmi uğurla inkişaf edir. Mərkəzin gənc mütəxəssisləri dünyanın ən nüfuzlu oftalmoloji ocaqlarında təcrübə keçir, gözün müxtəlif xarakterli patologiyası müalicəsinin ən müasir üsullarına yiyələnir və bu təcrübəni öz işlərində müvəffəqiyyətlə tətbiq edirlər.
Bütün əməkdaşlarımız belə bir Mərkəzdə işlədikləri üçün fəxr edir, adını daşıdığı akademik Zərifə xanımın həyat və fəaliyyətini özlərinə örnək bilib, onun adına layiq keyfiyyətli tibbi xidmət göstərməyə çalışırlar.
- Səbinə xanım, sonda bir Azərbaycan vətəndaşı kimi Azərbaycanımızın inkişafına bir baxış keçirməyinizi istərdik...
- Əvvəldə də qeyd etdiyimiz kimi, müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə başlanan inkişaf yolu son 15 ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu yol inkişaf, tərəqqi yoludur. Bu gün Azərbaycanın sabitlik diyarı kimi nüfuz qazanması, adının ən islahatçı, xoşbəxt ölkələr sırasında çəkilməsi düşünülmüş və gələcəyə hesablanmış siyasətin nəticəsidir. Təbii ki, uğurlarımızın miqyası genişdir, onları bir sual çərçivəsində əhatə etmək qeyri-mümkündür. Reallıq budur ki, müstəqil Azərbaycanımız bütün sahələrdə tərəqqi edir, dünyanın inkişaf etmiş ölkələri sırasında addımlamaq istəyinə nail olmaq üçün zəruri olan bütün addımları gerçəkləşdirir. Azərbaycan bu gün dünyaya yeni iqtisadi və sosial dövlət modelini təqdim edir. Bütün bunlar əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan məqsədyönlü və düşünülmüş siyasətin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, təkmil islahatların, idarəçilik sistemində yeniləşmənin nəticəsidir.
Uğurlarımızda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Mehriban xanım Əliyevanın təkcə tibb sahəsinə diqqət və qayğısından saatlarla danışa bilərik. Onun bu sahəyə göstərdiyi diqqətin və qayğının nəticəsində böyük əhəmiyyətli layihələr həyata keçirilir ki, xalqımız tərəfindən bu addımlar təqdirəlayiq qiymətləndirilir. Talassemiya Mərkəzinin yaradılmasını, bir çox poliklinika, xəstəxana, məktəblər və digər sosial əhəmiyyətli müəssisələrin tikilib istifadəyə verilməsini xüsusi qeyd etməliyik. Xeyirxah əməlləri, nəcib təşəbbüsləri, Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi sahəsində yorulmaz fəaliyyəti Mehriban xanım Əliyevanın UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülməsini şərtləndirib.
Təbii ki, uğurlarımız qarşıdakı illərə daha böyük inamla addımlamağımıza geniş imkanlar açır. Xalqımız 11 aprel 2018-ci il prezident seçkilərində yenidən möhtərəm Prezidentimiz İlham Əliyevi dəstəkləməklə növbəti 7 ilin hədəflərinin gerçəkləşməsini təmin etdi. Xalqımızın Prezidentinə sevgisi böyükdür. Onun ətrafında sıx birləşərək gələcəyə inamla irəliləyir, tam əmindirlər ki, tezliklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycan daha möhtəşəm uğurları ilə müstəqillik tarixinin uğur səhifələrini zənginləşdirəcək.

 
  • Oxunub:  7890  |  
  • Tarix:  27-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mehriban Əliyeva: Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik

19 Sentyabr 23:14
Azərbaycan-Macarıstan əlaqələri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir
19 Sentyabr 22:55
Azərbaycan-Qırğızıstan əməkdaşlığına dair fikir mübadiləsi aparılıb
19 Sentyabr 22:40
Səfir Erkan Özoral: Azərbaycan vətəndaşlarının Türkiyədən deportasiyasına dair yayılan xəbərlər həqiqəti əks etdirmir
19 Sentyabr 22:32
Yelizaveta Truss və Kristofer Pinçerdən
19 Sentyabr 21:39
Li Canşu: Çin Azərbaycanla əlaqələri dərinləşdirmək niyyətindədir
19 Sentyabr 17:57
Prezident İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 Sentyabr 17:56
YAP Gəncə şəhər təşkilatında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib
19 Sentyabr 17:55
“Əsrin müqaviləsi” – Ulu Öndərimizin şah əsəri, bu günkü və gələcək inkişafımızın təməl daşıdır
19 Sentyabr 17:52
Mərkəzi Elmi Kitabxanada “Qafqaz Neoliti” sənədli filminin təqdimatı olub
19 Sentyabr 17:50
YAP Binəqədi və Pirallahı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi ilə əlaqədar Nəft Daşlarında təntənəli tədbir keçirildi
19 Sentyabr 17:48
Vüqar Rəhimzadə: «Əsrin müqaviləsi» Azərbaycanı dünyada sabit, təhlükəsiz ölkə kimi tanıtdı
19 Sentyabr 17:46
Qlobal enerji təhlükəsizliyi problemi və “Əsrin müqaviləsi”
19 Sentyabr 17:38
Humanist ruhlu pedaqoq və alim – Rəfiqə Əliyeva
19 Sentyabr 17:33
Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının yüksək fəxri mükafatı ilə təltif olunub
19 Sentyabr 17:31
Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın rəsmi “Twitter” səhifəsi yaradılıb
19 Sentyabr 17:30
Budapeştdə Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
19 Sentyabr 17:25
Bakıda “Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib
19 Sentyabr 17:19
Ulu Öndərin formalaşdırdığı enerji siyasəti “Əsrin müqavilə”si ilə Azərbaycanı beynəlxalq enerji bazarında birbaşa iştirakçıya çevirdi
19 Sentyabr 17:10
Orxan Məmmədov: Yaxın müddətdə KOB-lar üçün yeni dəstək mexanizmləri işə düşəcək
19 Sentyabr 17:02
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib
19 Sentyabr 16:57
Elmar Məmmədyarov: Macarıstanın Türk əməkdaşlıq təşkilatları ilə sıx münasibətlər qurmaq niyyəti təqdirəlayiqdir
19 Sentyabr 16:50
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Qubada vətəndaşları qəbul edib
19 Sentyabr 16:46
“Azərsu” sədri Gəncə şəhərində Gəncə, Samux və Kəlbəcərdən olan sakinləri qəbul edib
19 Sentyabr 16:43
Əsrin müqaviləsi - əsrə bərabər 25 il
19 Sentyabr 16:40
Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq
19 Sentyabr 16:38
Əli Əhmədov: “Əsrin müqaviləsi” Azərbaycanın təkcə keçmişi deyil, eyni zamanda bugünü və gələcəyidir
19 Sentyabr 16:36
Firəngiz Əlizadə: Berlin kimi böyük şəhərdə konsert təşkil etmək və zalları tamaşaçılarla doldurmaq böyük uğurdur
19 Sentyabr 16:33
Strateji inkişaf yolunun başlanğıcı – “Əsrin müqaviləsi”
19 Sentyabr 16:13
Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının layihəsi müzakirə olunub
19 Sentyabr 16:05
Azərbaycan-Tacikistan əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib
19 Sentyabr 16:02
Gələn il 2 yeni “ASAN xidmət” mərkəzi Bakıda, 5 mərkəz isə regionlarda açılacaq
19 Sentyabr 15:50
Sevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdur
19 Sentyabr 15:42
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Sədri Azərbaycana rəsmi səfərə gəlib
19 Sentyabr 15:13
Tokioda Azərbaycan-Yaponiya Dostluq Mərkəzi ilə “Cross Border Club” arasında əməkdaşlıq məsələləri müzakirə olunub
19 Sentyabr 15:07
Qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb
19 Sentyabr 15:01
Azərbaycan İlahiyyat İnstitutunda Əhməd bəy Ağaoğluna həsr edilən konfrans keçirilir
19 Sentyabr 14:58
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
19 Sentyabr 14:47
BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının 32-ci qurultayı təşkil edilib
19 Sentyabr 14:45
Moskvada MDB ölkələrinin Oxucu Assambleyası keçirilib
19 Sentyabr 14:25
Azərbaycanda pensiya kapitalından necə istifadə etmək olar – Yeni modellər öyrənilir – ARAŞDIRMA
19 Sentyabr 14:13
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov mətbuat konfransı keçirib
19 Sentyabr 14:07
“Əsrin kontraktı”: müstəqilliyimizin qarantı olan tarixi layihə
19 Sentyabr 14:02
Bakının Baş planının hazırlanması üzrə qurumlararası İşçi Qrupun növbəti iclası keçirilib
19 Sentyabr 14:00
Azərbaycan OPEC-lə neft bazarındakı vəziyyəti müzakirə edib
19 Sentyabr 13:53
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəki və Zaqatala rayonlarının vətəndaşlarını qəbul edib
19 Sentyabr 13:46
Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin əməkdaşlığının perspektivləri müzakirə olunub
19 Sentyabr 13:40
Pərviz Şahbazov: "Əsrin müqaviləsi"nin Azərbaycanın ictimai-siyasi həyatındə müstəsna xidmətləri olub
19 Sentyabr 13:31
Xəbər agentlikləri informasiya istehsalında süni intellektin tətbiqi məsələsini müzakirə edirlər
19 Sentyabr 13:28
BDU rektoru Prezident təqaüdçüləri ilə görüşüb
19 Sentyabr 12:52
Asiya İnkişaf Bankının Baş Auditor Ofisinin nümayəndələri Naxçıvanda səfərdə olub
19 Sentyabr 12:50
“News Blaze” nəşri: “Ermənistanın Baş naziri Nikol Paşinyan Los-Ancelesdə persona non-qrata elan edilməlidir”
19 Sentyabr 12:29
AZƏRTAC Xəzər-Qara Dəniz regionu ölkələri üzrə ilin xəbər agentliyi mükafatına layiq görülüb
19 Sentyabr 12:19
Bəhruz Quliyev: "SƏS" İnformasiya Agentliyi 11 il ərzində ətrafında oxucu ordusu cəmləyib
19 Sentyabr 11:47
Azərbaycan ilə Belarusun ikitərəfli münasibətlərində təhlükəsizlik fəaliyyəti mühüm əhəmiyyət kəsb edir
19 Sentyabr 11:43
Bakının Baş planının hazırlanması işləri gələn ilin sonlarınadək yekunlaşacaq
19 Sentyabr 11:38
Nazir müavini: Energetika bazarının liberallaşmasına dair təkliflər hazırlanıb
19 Sentyabr 11:16
Kolumbiya parlamentində Azərbaycan ilə bağlı dinləmələr keçirilib
19 Sentyabr 11:09
Milli Musiqi Günü münasibətilə Qız Qalasının önündə konsert təşkil olunub
19 Sentyabr 11:06
Təlimlərdə qoşunların qarşılıqlı fəaliyyəti ərazinin maketi üzərində icra olunub
19 Sentyabr 11:00
Nazir müavini: Azərbaycan Xəzəryanı ölkələrin hər biri ilə siyasi və iqtisadi sahədə sıx əməkdaşlıq edir
19 Sentyabr 10:48
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın “Sevilya” klubu ilə qarşılaşacaq
19 Sentyabr 10:36
“VFS Global”, Elektron Hökumətin İnkişafı Mərkəzi və İnnovasiyalar Mərkəzi Anlaşma Memorandumu imzalayıblar
19 Sentyabr 10:30
Tacikistanın nümayəndə heyəti Azərbaycanda istehsalat müəssisələrinin iş prosesi ilə tanış olub
19 Sentyabr 10:26
Şərq-Qərb ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim
19 Sentyabr 10:25
SOCAR Gürcüstana təbii qaz tədarükü ilə bağlı məsələləri müzakirə edib
19 Sentyabr 10:20
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir
19 Sentyabr 10:17
Xələf Xələfov: “Əsrin müqaviləsi” üzrə bugünkü nailiyyətlər Azərbaycan xalqının, dövlətinin maraqlarına xidmət edən nailiyyətlərdir
19 Sentyabr 10:12
Bakıda IX Beynəlxalq “Caspian Energy Forum – 2019” işə başlayıb
19 Sentyabr 10:05
"Əsrin müqaviləsi"- Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə
19 Sentyabr 09:27
AHİK sədri Albaniya Həmkarlar İttifaqının qurultayında iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA