Ana səhifə »  Müsahibə »  Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
A+   Yenilə  A-
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva www.yap.org.az saytına müsahibə verib:
- Sədaqət xanım, bildiyiniz kimi, 11 aprel tarixində cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Prezidenti seçilməsinin bir ili tamam oldu. Ötən bir ili necə qiymətləndirirsiniz?
- Öncə onu qeyd edim ki, son bir ildə Prezident İlham Əliyev tərəfindən görülən işlər, ölkəmizin davamlı inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar göstərdi ki, ötən il aprelin 11-də keçirilən seçkilərdə Azərbaycan xalqının seçimi onun daha parlaq gələcəyini təmin edib. Ötən bir il Azərbaycan xalqının öz seçimində yanılmadığını, vətəndaşlarımızın siyasi şüurunun və seçmək qabiliyyətinin nə qədər yüksək olduğunu bir daha sübut etdi. Məhz cənab İlham Əliyevin cari prezidentlik dövrünün ilk ili ərzində də Azərbaycan öz dinamik inkişafını təmin edib və xalqımız əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayıb. Lakin o da qeyd edilməlidir ki, 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76,8 faizinin səsini toplayaraq ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ötən illərdə misilsiz inkişaf yolu keçib, tarixi uğurlara imza atıb. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət xəttini şəraitin tələblərinə uyğun olaraq yeniləşdirməklə davam etdirən Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrini əhatə edən bu dinamik inkişafa, hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşdırılmasına və təhlükəsizliyinin təmin edilməsinə, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə, ölkəmizin maraqlarına cavab verən tarazlaşdırılmış xarici siyasətin yürüdülməsinə nail olub. Elə bu səbəbdən də, xalqımız ötən müddətdə əldə olunan uğurlara 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ən yüksək qiymətini verdi.
Təsadüfi deyil ki, Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları son bir ildə də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində olub. Bu müddətdə ölkəmizdə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. Dövlətimizin başçısının seçkilər ərəfəsində yeni iqtisadi modelə keçidlə, iqtisadi və sosial sahədə islahatların aparılacağı ilə bağlı vədləri ardıcıl olaraq yerinə yetirilir. Hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev xalq ilə daim təmasda olur, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyir və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verir.
- Eyni kontekstdən çıxış edərək cənab Prezident İlham Əliyevin imzaladığı sosialyönümlü Sərəncam və fərmanlara xüsusi diqqət çəkmək istərdik. Məhz sözügedən Prezident qərarlarının insanların həyatına, rifah halının yüksəldilməsinə təsirini necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir. Təsadüfi deyildir ki, seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olub. Dövlətimizin başçısının ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə ötən bir il ərzində minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 40 faiz artırıldı. Cənab İlham Əliyevin 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə isə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu.
Bu ilin fevral ayının sonlarında imzalanan Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırıldı ki, bu da minlərlə məcburi köçkünün rifah halının yüksəldilməsinə xidmət edir. Həmçinin bu il 110 minədək tələbənin də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu. Azərbaycan Prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini, daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən digər bir addım isə 800 mindən çox insanın problemli kredit məsələsini aradan qaldıracaq Fərman oldu. Dövlətimizin başçısı tərəfindən imzalanan daha bir Fərmanla isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafeyi təmin olundu. Dövlət başçısı son bir neçə ayda imzaladığı sosialyönümlü Sərəncam və fərmanlara aprelin 15-də daha birini də əlavə etdi. Fərmana görə, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin 80 manat məbləğində təqaüdü təsis olundu.
Göründüyü kimi, son bir ildə sosial sahədə atılan bu mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Bütün atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
- Sirr deyil ki, cənab Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı verdiyi qərar və tapşırıqlar da insanlar üçün çox əhəmiyyətli hadisələrdən biri oldu. Necə düşünürsünüz, bu problemin həlli cəmiyyətimiz tərəfindən necə qarşılanır?
- İstərdim ki, kiçik bir xatırlatma edim. Belə ki, problemli kreditlər məsələsi 2015-ci ildən güclənən qlobal miqyaslı maliyyə-iqtisadi böhranın nəticəsi olaraq meydana çıxmışdı. Ölkəmizdə baş vermiş iki devalvasiyanın yekunu olaraq dollar manatın məzənnəsinə nisbətdə yüksəldi və banklardan dollarla kredit götürmüş vətəndaşların ödəmə qabiliyyətinə mənfi təsir etdi. Amma belə bir proses təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində də müşahidə edildi.
Ötən müddət ərzində vətəndaşlarla görüşlərdə də bu problem qaldırılmışdı, insanların müraciətləri təhlil edilərək müvafiq qurumlara təkliflər göndərilmişdi, hətta Milli Məclisin plenar iclaslarında dəfələrlə səsləndirilmişdi. Yəni gördüyünüz kimi, bu problem haqqında dövlət məlumatlı olub. Deyərdim ki, hökumət bu problemin aradan qaldırılması və vətəndaşların dollar kreditləri ilə bağlı yaşadığı çətinlikləri daha tez aradan qaldırmaq niyyətində idi. Amma bilirsiniz ki, hər bir sosial qərarın arxasında ciddi maliyyə resursu dayanır.
Bu mənada təsadüfi deyil ki, böhranın nəticələrinə baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqtisadi islahatlar tez bir zamanda səmərəsini verdi və dövlətimizin inkişafı dinamikləşdirildi, maliyyə imkanlarımız artdı. Məhz buna görə də 2019-cu ilin dövlət büdcəsi müzakirə edilərkən problemli kreditlər məsələsinin həlli, eləcə də cari ilə nəzərdə tutulmuş sosial proqramların maliyyələşdirilməsi haqqında ciddi müzakirələr aparıldı, təkliflər irəli sürüldü. Eyni zamanda, Prezident İlham Əliyev bu il yanvar ayının 11-də keçirilmiş Nazirlər Kabinetinin iclasında reallaşdırılacaq islahatlar, hətta perspektiv sosial tədbirlər haqqında da cəmiyyətimizi məlumatlandırmışdı.
Məhz ötən 2 ay ərzində Prezident İlham Əliyevin təqribən 3 milyon insanı əhatə edən və maliyyə tutumu təxminən 2.2 milyard manat olan sərəncamlar, fərmanlar imzalaması, qərarlar verməsi Azərbaycan xalqının yaşayışının, rifah halının daha da yüksəldilməsi məqsədinə xidmət edir. Elə problemli kreditlərin həlli ilə bağlı qərar da dövlətin vətəndaşlarına yüksək diqqət və qayğısının növbəti təzahürü oldu. 800 mindən çox insanı əhatə edən Prezident Fərmanı dünyada analoqu olmayan bir qərardır.
Yəni gördüyünüz kimi, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır və Prezident İlham Əliyevin verdiyi bu qərarlar bütün dünya üçün sosial inqilab nümunəsidir.
- Sədaqət xanım, bu məqamda istərdik ki, Nizami rayonunda “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin atdığı addımlar, sahibkarlara göstərdiyi diqqət və qayğı barədə də danışasınız...
- Xüsusi olaraq bildirmək istəyirəm ki, Prezident İlham Əliyev ötən 16 il ərzində atdığı bütün addımları ilə hər bir azərbaycanlının Prezidenti olduğunu isbatlayıb. Bədbəxt hadisələr zamanı çətin vəziyyətə düşmüş vətəndaşların yanında olan, onlara kömək edən, problemlərini həll edən Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir.
Cənab İlham Əliyev daim vətəndaşlarla ünsiyyətdədir, cənubdan şimala, qərbdən şərqə bütün rayonlarımızda dəfələrlə səfərdə olur, insanların güzəranı ilə maraqlanır, problemlərinin həlli ilə bağlı yerində tapşırıqlar verir. Elə Lənkəranda bina çökəndə, Mərkəzi Aranda Kür daşanda, Zaqatalada, Şamaxıda, Ağsuda zəlzələ olanda xalq öz Prezidentini onunla çiyin-çiyinə dayanmış gördü.
Məhz biz eyni münasibəti Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar proseslərdə də gördük. Prezident İlham Əliyev yanğın baş verən gündən məsələni nəzarətinə götürdü, müşavirə keçirdi, zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin təmin edilməsi üçün müvafiq komissiya yaratdı. Bütün bunlar bir daha göstərdi ki, dövlət hər zaman vətəndaşın yanındadır. Azərbaycan dövləti bu dəfə də öz vətəndaşını darda qoymadı və problemlərinin ağırlıqlarını öz çiyinlərinə götürdü. Əlbəttə ki, zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin verilməsi, eyni zamanda, həyata keçirilən sosial siyasətin tərkib hissəsidir və bir daha isbatlandı ki, dövlət zərər çəkmiş sahibkarlara sahib çıxdı.
Lakin bütün bu deyilənlərlə yanaşı, “Diqlas”da yanğın ilə əlaqədar baş vermiş hadisələrdə Xalq-Prezident birliyi bu dəfə də Azərbaycan dövlətinin və xalqının düşmənlərinin planlarını pozdu. Zərər çəkmiş sahibkarların və onların ailələrinin, yaxınlarının düşdüyü çətin vəziyyətdən sui-istifadə edib mitinq keçirmək istəyən antimilli ünsürlər yenidən ifşa olundular, bir daha xalqdan ayrı olduqlarını, yalnız korporativ mənafelərini düşündüklərini və insanların taleyinin onları maraqlandırmadığını ortaya qoydular.
- Son olaraq istərdik növbəti ildən respublika miqyasında tətbiqinə başlanacaq tibbi sığorta ilə bağlı fikirlərinizi bildirəsiniz. Tibbi sığortanın vətəndaşlarımız üçün üstünlükləri nədən ibarət olacaq?
- Bu gün Azərbaycanda tibbi xidmət pulsuz həyata keçirilir. Dövlət xəstəxanalarında vətəndaşların qəbulu və müayinəsi tamamilə ödənişsizdir. Amma bir çox xəstəliklərdən irəli gələn əməliyyatlar və ya müalicələr var ki, onlar əsasən, özəl klinikalarda reallaşdırılır və müəyyən məbləğ tələb edir. Bu səbəbdən də, vətəndaşların tibbi sığortadan istifadəsi getdikcə günümüzün tələbinə çevrilir.
Ümumiyyətlə, tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir. Çünki insanlar üçün hər şeydən önəmli onların səhhətidir. İnsan sağlamlığında elə problemlər yarana bilər ki, o zaman ağır əməliyyatların keçirilməsi qaçılmaz olar. Məhz sağlamlığın qorunması və insanın daim gümrah qalması üçün tibbi müayinə vacibdir. Amma bunun digər tərəflərini də mütləq nəzərə almaq lazımdır. Əgər vətəndaşlarımız tibbi sığortadan istifadə edərsə, o zaman onların hər hansı bir instansiyaya müraciət etmədən səhhətindəki problemləri aradan qaldırmasına imkanı olacaq. Deyə bilərəm ki, bəzi hallarda tibbi məsələlərlə bağlı müraciətlər bizə edilir. Amma bəzən də çox ağır və böyük miqdarda vəsait tələb edən əməliyyatlarla da bağlı vətəndaşların xahiş etdiklərinin şahidi oluruq. Əlbəttə ki, gücümüz çatan qədər həmin insanlara tibbi və hüquqi köməklik edirik. Lakin böyük miqdar tələb edən əməliyyatların keçirilməsinə kömək etmək imkansız olur. Ona görə də, insanlar ya hansısa məmura, ya da xeyriyyə təşkilatlarına müraciət edirlər. Təbii ki, bu da vaxt tələb edir, bu zaman kəsiyində isə həmin xəstələrin vəziyyəti daha da pisləşir. Bu səbəbdən də, insanlar sağlamlığı ilə əlaqədar heç bir problem yaşamaq istəmirsə, tibbi sığortadan istifadə etməlidir.
Qeyd edim ki, ötən il “Tibbi sığota haqqında” qanuna mühüm yeniliklər edildi. Və gələn ildən Azərbaycanda tam tətbiqi planlaşdırılır. Bununla da, 1999-cu ildən səhiyyəmizin gündəmində olan bir problemin həll ediləcəyi güman edilir. Bu sığorta növünün tətbiqinin yalnız səhiyyə deyil, eyni zamanda, digər sektorlara, o cümlədən əhalinin xərclərinin strukturuna da müsbət təsirləri var. İcbari sığortanın tətbiq edilməsi səhiyyənin maliyyələşdirmə bazasını dəyişməklə bu sahədəki neqativ halların azaldılmasına səbəb olacaq. Bu sistemin tətbiqi sığorta şirkətlərinin gəlirlərinin artmasına gətirib çıxaracaq. Eləcə də sözügedən islahat vətəndaşların səhiyyə xərclərinin azalması səbəbindən pullarına qənaət etməsinə və o cümlədən aztəminatlı və ya işsiz statusu olan insanların səhiyyə xidmətindən yararlanmasına imkan yaradacaq. Bir sözlə, icbari tibbi sığorta bütün vətəndaşların məcburi olaraq sığorta olunması deməkdir. Vətəndaş isə səhiyyə xidmətinə ehtiyacı olan, daha aydın desək, xəstələnən zaman sığorta sənədini göstərməklə pulsuz olaraq müalicə oluna biləcək.

 
  • Oxunub:  7800  |  
  • Tarix:  20-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb

17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib
17 İyul 20:38
Xoşbəxt Yusifzadə: Qarşıdakı dövrdə əsas hədəf köhnələn yataqların ömrünü uzatmaqdır
17 İyul 20:35
Avropa Şurasının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
17 İyul 20:21
Azərbaycan Ordusunun erməni kəndini atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar əsassızdır
17 İyul 20:19
BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır
17 İyul 20:17
FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi XV Avropa Gənclər Olimpiya Festivalına hazırdır
17 İyul 20:13
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub
17 İyul 20:12
Avropa Gənclər Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrasını Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək
17 İyul 17:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyində arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib
17 İyul 17:50
İsrailin Vergi Orqanının rəhbərliyi Qubada olub
17 İyul 17:50
Mişel Solal: Xalçaçılıq qədim sənətdir, onun qorunub saxlanması və yeni nəsillərə ötürülməsi vacibdir
17 İyul 17:40
Lerikdə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan gənclərlə görüş olub
17 İyul 17:33
Gənclər və İdman naziri “EYOF 2019”da iştirak edəcək velosipedçilərlə görüşüb
17 İyul 17:27
Sosial Tədqiqatlar Mərkəzində müasir dövlət quruculuğu ilə əlaqədar müzakirələr aparılıb
17 İyul 17:22
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
17 İyul 17:21
“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı
17 İyul 16:37
Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
17 İyul 16:18
“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir
17 İyul 16:01
Beş ayda ölkəyə 70 avtobus gətirilib
17 İyul 15:56
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
17 İyul 15:28
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
17 İyul 15:27
Sahibə Qafarova: Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən dövlətlərdən biridir
17 İyul 15:02
“Loqos”da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
17 İyul 14:59
Naxçıvanda gənc polis əməkdaşları təntənəli şəkildə and içiblər
17 İyul 14:36
“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb
17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
17 İyul 11:08
Sabahdan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlanır
17 İyul 11:05
Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb
17 İyul 10:47
Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb
17 İyul 10:40
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib
17 İyul 10:33
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək
17 İyul 10:18
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub
17 İyul 09:32
Lerikdə “Yay məktəbi” işini davam etdirir
17 İyul 09:31
YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci Oğuz turunun iştirakçıları şimal-qərb bölgəsində yerləşən tarixi abidələrlə və muzeylərlə tanış olublar
17 İyul 09:30
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illiyi qeyd edilib
17 İyul 09:26
Qəzənfər Əhmədov: ANAMA indiyədək 54 min hektar ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib
17 İyul 09:20
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir
17 İyul 09:18
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb
17 İyul 09:13
Regionlarda çəltikçiliyin inkişafı üçün mühüm tədbirlər görülür
16 İyul 23:18
Mehman Əliyevə xatırlatma
16 İyul 21:14
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
16 İyul 21:09
DSX Akademiyası məzunlarının buraxılış mərasimi olub
16 İyul 20:43
Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib
16 İyul 20:36
Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər
16 İyul 20:33
DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib
16 İyul 20:26
Nazir: İndiyədək neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb
16 İyul 20:23
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Keşikçidağ kompleksi ərazisində törədilmiş insidentlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb
16 İyul 20:21
Baş Prokurorluqda Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüş keçirilib
16 İyul 20:15
"Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
16 İyul 20:13
Piter Teys: Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri mədəniyyətlərarası dialoqu möhkəmləndirən mühüm təşəbbüsdür
16 İyul 20:10
Fövqəladə missiya, yaxud tarixin ən böyük Azərbaycanlısı
16 İyul 20:08
Gədəbəydə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
16 İyul 20:06
Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+21 +25