Ana səhifə »  Müsahibə »  Azərbaycan qadınının cəmiyyətdə öz layiqli yerini tutması əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin nəticəsidir
A+   Yenilə  A-
Azərbaycan qadınının cəmiyyətdə öz layiqli yerini tutması əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin nəticəsidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova www.yap.org.az saytına müsahibə verib:
- Hicran xanım, ölkəmizdə dövlət qadın siyasəti uğurla həyata keçirilməkdədir. Sizcə, Azərbaycan qadınları 8 Mart - Beynəlxalq Qadınlar Gününü hansı əhval-ruhiyyədə qarşılayırlar?
- Azərbaycan qadını 8 Mart - Beynəlxalq Qadınlar Gününü ruh yüksəkliyi şəraitində qeyd edir, layiq olduğu ictimai diqqət və qayğını məmnunluq duyğuları ilə qarşılayır. Həmişə sülhün, əmin-amanlığın fəal carçısı olmuş Azərbaycan qadınları tarixən ölkə həyatı və taleyi ilə bağlı ictimai-siyasi proseslərin gedişində üzərlərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş, milli dövlətçilik mövqeyindən çıxış etmişlər. Cəmiyyətin sosial-mədəni həyatında və dövlət idarəetmə sistemində fəal mövqe tutan qadınlarımız bu gün də respublikamızın inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əllərindən gələni əsirgəmirlər.
Fürsətdən istifadə edərək bütün xanımlarımızı qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edirəm.
- Azərbaycanda qadın hərəkatının səciyyəvi xüsusiyyətləri haqqında fikirlərinizi bilmək istərdik. Bu barədə nə deyə bilərsiniz?
- XX əsrdə dünyada gedən qlobal ictimai-siyasi proseslər, beynəlxalq qadın hərəkatının yeni mərhələyə qədəm qoyması Azərbaycan qadınlarından da böyük fəallıq tələb edir. Vətəndaşlarımız, xüsusən də, qadınlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm addımlar atılır, qadın hüquqlarının qorunmasına hər zaman diqqət göstərilir. Müsəlman Şərqində və Türk dünyasında ilk demokratik respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi. Azərbaycan qadınının cəmiyyətdə öz layiqli yerini tutması əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən və daha da gücləndirilən siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir. Bütün bunların fonunda qadın hüquqlarının qorunması məsələsi də öz aktuallığını saxlamışdır. Bu, bir tərəfdən qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələrlə bağlıdırsa, digər tərəfdən həyata keçirilən dövlət qadın siyasəti və yaradılan geniş imkanlarla bağlıdır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”. Və bu gün müasir qadın hərəkatının yeni prioriteti qadınların kişilərlə bərabər imkanlara nail olmasıdır. Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sözləri ilə desək: “Biz bu gün bərabər hüquqlardan bərabər imkanlara siyasətini gerçəkləşdiririk”. Qadın cəmiyyətdə böyük rolu olan müstəsna varlıqdır. Onlar nə qədər vətənpərvər, iradəli, fədakar və aktivdirlərsə, gələcəyimiz də bir o qədər inkişaf etmiş olar. Hər bir dövlətin, xalqın inkişafı üçün həmişə hərəkətverici qüvvəyə ehtiyac olub və qadınlar belə bir məsuliyyətin öhdəsindən ləyaqətlə gəliblər.
XIX əsrin sonu və XX əsrin əvvəllərində qadınlarımız novator ideyalar irəli sürərək, demək olar ki, yeni gender münasibətləri formalaşdırırdılar. Belə ki, onlar xeyriyyəçilik tədbirləri keçirməklə ilk qadın məktəblərinin, qadın yığıncaqlarının və klublarının yaradılması vasitəsilə ictimai fəallıq göstərən qadınların sayının artmasına dəstək oldular. Və mən qeyd edim ki, bu prosesdə həmin xanımların həyat yoldaşları da onlara böyük yardım edir, birgə fəaliyyət göstərirdliər. Həmin dövrdə xarici ölkələr üçün ən ciddi problemlərdən biri kvalifikasiyalı təhsil almaq idi. Təhsilli qadın-təhsilli millət - bu, ölkənin vacib məsələlərindən biri idi. Əhalinin, xüsusilə də qadınların təhsil alması əsas vəzifəyə çevrildi.
Azərbaycanın görkəmli ziyalıları, sahibkarları, həmçinin maarifçi və xeyriyyəçi qadınları çox yaxşı anlayırdılar ki, qadın istər ailədə, istərsə də cəmiyyətdə özünü ifadə etmək üçün mütləq təhsil almalı, iqtisadi cəhətdən təmin olunmalıdır. Dövrün görkəmli maarifçi xanımı Şəfiqə Əfəndizadə yazırdı ki, “Bir millətin tərəqqisinin göstəricisi o millətin qadınıdır”, buna görə də qadınlar təhsil almalı, maariflənməlidirlər. Elə bu kontekstdən çıxış edərək, onlar xalqın ictimai-siyasi həyatında qadınların rolunun vacibliyini başa düşür və mümkün olduqca, qadınları siyasi həyatda iştirak etməyə cəlb edirdilər. Əhmədbəy Ağaoğlu qadınların siyasi hüquqları ilə bağlı deyirdi ki, “Fransa kimi bu günün bəzi məmləkətləri belə hələ bu haqları tanımaq cəsarəti göstərməmişdir. 1918-ci ildə qadınlarımız müsəlman Şərqində ilk dəfə olaraq seçmək və seçilmək hüququ qazandılar. Halbuki həmin dövrdə seçki sahəsində gender bərabərliyi prinsipi nəinki müsəlman Şərqində, hətta ABŞ və Avropa dövlətlərinin əksəriyyətində hələ öz həllini tapmamışdı. Maraqlı tarixi bir faktla sizi tanış etmək istərdim, 1920-ci ildə “Azərbaycanın zəhmətkeş müsəlman qadınları qrupu” adından Parlamentə ünvanlanmış təbrik teleqramını yada salmaq istərdim. Həmin sənəddə deyilir ki, “Əldə edilən müstəqilliyin möhkəmləndirilməsi münasibəti ilə gənc Azərbaycanı salamlayırıq. Biz ümid edirik ki, bu müstəqillik sayəsində müsəlman qadını əsrlər boyu düçar olduğu ağır zülmətdən və hüquqsuzluqdan qurtulacaq, axır ki, öz azadlığını əldə edəcəkdir”. Artıq bu, Azərbaycan Xalq Cümhuriyyətinin dəstəklənməsində Azərbaycan qadınlarının aktiv fəaliyyət göstərməsi sahəsində ciddi mesajı idi. Və 23 ay yaşamasına baxmayaraq, az bir zamanda qadın hüquqlarının müdafiəsi, qadın iştirakçılığının təmin edilməsi sahəsində elə bir ideyalar, sosial institutlar yarandı və möhkəm təməl qoyuldu ki, bu gün o, özünü həm dövlət qadın siyasətində göstərir, həm də Azərbaycan qadını məhz bu bəhrədən qidalanır.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti devrildi və yeni iqtisadi-siyasi sistem yarandı. Sovet hakimiyyəti dövründə bir sıra çətinliklərə baxmayaraq, Azərbaycan qadını inamla özünü ifadə edir, həyatın bütün sahələrində aktiv fəaliyyət göstərirdi. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, istər sovet hakimiyyəti, isərsə də müstəqillik dövründə milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün çox böyük işlər görmüşdür. Ulu Öndər qadınların rəhbər vəzifələrdə irəli çəkilməsinə xüsusi diqqət verirdi. Müstəqilliyimizin ən ağır zamanında belə “Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Xüsusilə, qeyd etmək lazımdır ki, MDB ölkələri sırasında yeganə bizim ölkəmizdə belə bir dövlət qurumu var idi. Zaman keçdikcə, Komitənin səlahiyyətləri daha da gücləndirilərək 2006-cı ildə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Hazırda cəmiyyətin ictimai-siyasi həyatında və idarəetmə sistemində fəal mövqe tutan qadınlar, müstəqil Azərbaycanın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışırlar. Bu fəallıq qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.
- Bu gün aktual mövzulardan biri də məişət zorakılığının qarşısının alınmasıdır. Məişət zorakılğı hallarının qarşısının alınması istiqamətində nə kimi nəticələr əldə olunub?
- Cəmiyyətin özəyini möhkəm ailələr təşkil edir. Möhkəm ailənin təməlində isə qadın dayanır. Cəmiyyətin hər bir fərdini o dünyaya gətirir, ona edilən zorakılıq isə cəmiyyətin təməlini sarsıdır. Buna görə də, bu gün aktual məsələlərdən biri də məişət zorakılığı və gender əsaslı zorakılıq hallarının qarşısının alınmasıdır. Artıq hamı tərəfindən qəbul edilib ki, qadın və qızlara qarşı zorakılıq qlobal sülh və təhlükəsizliyə zərbə vurur. Bu sahədə çoxlu qanun və dəyişikliklərin qəbul olunmasını nəzərə alaraq, onların implementasiyası ilə bağlı tədbirlər keçiririk. Qadın və uşaq hüquqları, xüsusilə gender və məişət zorakılığı üzrə hakimlər, vəkillər üçün spesifik təlimlər keçirilir.
Zorakılıq ailələri və cəmiyyətləri bir araya gətirən ictimai əlaqələri zəiflədir. Bütövlükdə ölkələrin sosial sabitliyə və iqtisadi inkişafa nail olmasına mane olur. Hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusudur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Buna görə də məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir. Bildiyiniz kimi, problemin dərindən öyrənilməsini, dərk olunmasını və onunla mübarizəni təmin etmək üçün bütün rayonların İcra Hakimiyyətləri yanında monitorinq qrupları yaradılmışdır. Qrup üzvləri ilə mütəmadi olaraq aparılan təlimlər, görüşlər nəticəsində qrup üzvlərinin aktivliyi müşahidə olunur. Və onlar daha operativ şəkildə zorakılığa məruz qalan insanlara yardım edir, zorakılığı törədən insana qarşı müvafiq tədbirlər görürlər.
Məişət zorakılığının qurbanlarının, eləcə də zorakılığı törətmiş insanların şəxsiyyətlərinin öyrənilməsi problemin səbəblərinin araşdırılması və preventiv tədbirlərin tətbiqi imkanlarını artırır. Bu baxımdan zorakılığa məruz qalanların sisial-demoqrafik vəziyyətinin, zorakılıq qurbanı ilə zorakılığı törətmiş şəxs arasında qarşılıqlı əlaqənin (qohumluq, qonşuluq, dostluq və s.) eyni zamanda, viktim şəraitin səciyyəvi xüsusiyyətlərinin (yəni zorakılığın situativ və ya uzunmüddətli olması, regional xüsusiyyətləri və s.) öyrənilməsi zəruridir. Təhlillər göstərir ki, gender bərabərliyini daha az dəstəkləyən və xüsusilə də qadınlara qarşı zorakılıq barədə bəzi fikirlərin (məsələn, “qadın öz ailəsini qoruyub saxlamaq üçün zorakılığa dözməlidir” və “bəzi hallarda qadın döyülməyə layiqdir”) tərəfdarı olan kişilər rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxslərə qarşı daha çox zorakılıq törədən şəxslərdir. Təəssüflər olsun ki, hazırda bütün dünyada hər 3 qadından 1-i öz həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz qalır. Hər il dünyada zorakılıq səbəbindən öz partnyorları və qohumları tərəfindən 1200-ə yaxın qadın öldürülür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir. 750 milyon qız 18 yaşına çatmamış erkən nikaha girir. Qadın və qızların yetmiş bir faizi insan alverinin qurbanına çevrilir.
Ölkəmizdə qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılması sahəsində qanunvericilik bazası mövcuddur və daim təkmilləşir, qadınların hüquqlarının müdafiəsi üçün sosial proqramlar həyata keçirilir, davamlı olaraq maarifləndirmə kampaniyaları aparılır. Lakin bütün bunlara baxmayaraq, hələ də bütövlükdə qadınlara qarşı zorakılıq tam şəkildə aradan qaldırılmayıb. Bəzən nikaha məcbur etmə, qız qaçırma, hansısa milli adət, ənənəni, qıcqanclıq zəminində baş verən qətlləri zorakılıq kimi qəbul etmirlər. Ümumiyyətlə, biz mübarizə aparmalıyıq ki, insanların bu anlayışa münasibəti dəyişsin.
- Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələləri hansı səviyyədədir?
- Son onillik ərzində mütəxəssislər, tədqiqatçılar və ictimai fəallar arasında gender bərabərliyinin təşviqində kişilərin rolunun əhəmiyyəti daha çox vurğulanır. Digər tərəfdən, kişilərin gender bərabərliyinin təşviqində tərəf-müqabil və müttəfiq kimi cəlb olunmaması qadınların və qızların bununla əlaqədar olan yükünü daha da artırır. Bunu nəzərə alaraq, 2017-ci ildə BMT-nin Əhali Fondunun dəstəyi ilə ölkədə “Kişilərin gender bərabərliyinə münasibətinə dair” tədqiqat (IMAGES) aparıldı. Bu tədqiqat kişi və qadınların gender normaları ilə bağlı təcrübəsi və bu məsələlərə dair yanaşma tərzi, gender bərabərliyi siyasətinə münasibət, qayğı göstərmə və kişilərin ata qismində iştirakı da daxil olmaqla ev təsərrüfatındakı dinamika, ailədaxili zorakılıq, sağlamlıq və iqtisadi təzyiq kimi məsələləri əhatə edən ən müfəssəl araşdırma hesab olunur. Bu tədqiqatın nəticələri adiyyəti dövlət qurumlarının məsul şəxslərinin, millət vəkillərinin, qeyri-hökumət təşkilatlarının, tanınmış mütəxəssislərin iştirakı ilə ictimaiyyətə təqdim edilib və müzakirələr aparılıb. Bu sahədə həyata keçirilən layihələrdən biri də “Məcburi köçkün icmalarında cinsi və gender zorakılığının qarşısının alınması və cavab tədbirləri”dir. Layihə çərçivəsində Bakı şəhəri Binəqədi və Sabunçu, Goranboy, Bərdə, Ağdam rayon icra hakimiyyətləri yanındakı gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları nəzdində operativ işçi qrupları (şəbəkələr) yaradılmışdır.
Prezidentimizin uğurlu dövlət idarəçiliyi, onun başçılığı ilə aparılan sistemli islahatlar, bölgələrimizin sosial-iqtisadi inkişafı qadınların qarşısında böyük imkanlar açır. Ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar sahibkarlarımızda, xüsusilə də qadın sahibkarlarda böyük ruh yüksəkliyi yaratmışdır. Son illərdə qadınların sahib olduğu müəssisələrin sayının artdığı müşahidə olunur. Bununla əlaqədar olaraq bir sıra mühüm tədbirlər keçirildi, memorandumlar imzalandı. 2018-ci ilin iyul ayında Bakıda “İşgüzar Qadınlar” Assosiasiyası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində “Qadın Sahibkarlığı: inkişaf perspektivləri və əməkdaşlıq “mövzusunda dəyirmi masa ətrafında müzakirələr aparılıb. Daha sonra əməkdaşlıq memorandumu imzalanıb. Həmin ilin sentyabr ayında Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində “Qadın sahibkarlığının inkişafında ikitərəfli əməkdaşlığın perspektivləri” mövzusunda xüsusi sessiya keçirilib. Bu tədbirin sonunda da əməkdaşlıq memorandumu imzalanıb. Bu sənədin əsas məqsədi regionlararası qadın sahibkarlığının inkişafı, ikitərəfli işbirliyinin qurulması idi. Oktyabr ayında isə Rusiya Federasiyasının Həştərxan vilayətində “Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı” biznes forumu keçirildi. Nəzərinizə çatdırım ki, iki dövlət arasında biznes və işgüzar əlaqələrin qurulmasına yönəldilmiş və azərbaycanlı sahibkar qadın bu Forumda iştirak etmişdir. Bizim məqsədimiz odur ki, sahibkar qadınlarımız daha da inkişaf etsinlər, yeni bazarlara çıxış imkanlarına malik olsunlar, öz işlərini daha da genişləndirsinlər. Buna görə də çox vacibdir ki, həm yerli, həm də beynəlxaq səviyyədə əlaqələr qurulsun, şəbəkələr yaradılsın. Bu məsələləri biz bütün səviyyələrdə qaldırırıq. Azərbaycan 2012-ci ildən BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupuna sədrlik edir. 2018-ci ildə Qazaxıstanda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupunun iclası və BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) təşkilatçılığı ilə SPECA İqtisadi Forumunda da bu məsələlər müzakirə olunmuşdur. Qeyd edim ki, bir sıra layihələrimiz Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Əhali Fondu (UNFPA), Uşaq Fondu (UNICEF), Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Beynəlxalq Miqrasiya Təşkilatı (İOM), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə reallaşır. Nə üçün qadın sahibkarlığının inkişafı və xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı bu qədər önəmlidir? İlk növbədə qadınlar əhalinin yarısını təşkil edir və onların arasında məşğulluğun artırılması çox vacibdir. Bunun üçün isə qadın “iş axtaran” statusundan “iş yerləri yaradan” statusuna keçməlidir. İkincisi, qadının iqtisadi cəhətdən güclü olması onun zorakılığa məruz qalma riskini azaldır. Üçüncüsü isə, ölkədə ömür uzunluğunun artması əmək qabiliyyətli yaşda olan insanlar üçün müəyyən çətinliklər yarada bilər. Bunlardan ən başlıcası əhalinin ömür boyu təhsil alması və yeni peşəyə sahib olmasıdır. Strateji Yol Xəritəsi də insanların özünü reallaşdırması üçün imkanların genişləndirilməsini nəzərdə tutur. Buna görə də əhalinin, əsasən də qadınların peşə təhsilinin gücləndirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması aktualdır. Qadınların peşə hazırlığı kurslarına cəlb olunması, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır. Artıq bizdə belə bir təcrübə var ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlar üçün imkanlar yaradıldıqda və onlara stimul verdikdə çox müsbət nəticələrə nail olmaq mümkündür. Və bu gün fəaliyyət göstərən Qadın Resurs Mərkəzləri, eyni zamanda, 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri buna əyani misaldır. Yeri gəlmişkən istəyirəm qeyd edim ki, 2018-ci ildə biz Qadın Resurs Mərkəzlərinin sayını 8-ə çatdırmışıq. Bu mərkəzlər Qusar, Zaqatala rayonları və Bakının Xəzər rayonlarında yaradılıb.
- Hicran xanım, Azərbaycanda qadınların dövlət idarəçiliyində təmsilçiliyi haqqında nə deyə bilərsiniz?
- Bu gün müstəqil Azərbaycan qadınları parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunurlar. Mən xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştirakına marağı artmışdır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr səhiyyə, mədəniyyət, sosial sahə, ekologiya sahələrindən əlavə, idmanı da geniş əhatə edir. İlk Avropa Oyunlarının, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının yüksək və peşəkar səviyyədə təşkil olunması və həyata keçirilməsində Təşkilat Komitəsinin rəhbəri kimi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük və əvəzolunmaz əməyi vardır. Mehriban xanımın qadın hüquqlarının müdafiəsi istiqamətində apardığı işlər xüsusilə qeyd olunmalıdır. Məsələn, “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihəsi ölkədə böyük əks-səda doğurmuşdur. Qadın və uşaqların məişət zorakılığından müdafiəsinə yönəlmiş “Məişət zorakılığı haqqında” Qanunun qəbul olunmasında, Ailə Məcəlləsində qızlar üçün nikah yaşının 18-ə qaldırılması ilə bağlı dəyişikliyin edilməsində Mehriban xanımın müstəsna rolu vardır. Onun təşkilatçılığı və dəstəyi ilə qadın məsələləri ilə bağlı ölkədə keçirilən beynəlxalq tədbirlər çox böyük əhəmiyyətə malikdir. Adı cəmiyyətimizdə yardımsevərlik, xeyirxahlıq və nəcibliklə assosiasiya olunan Mehriban xanım Əliyeva sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə çoxsaylı beynəlxalq mükafatlara layiq görülərək, dünya səviyyəsində Azərbaycan qadınının simvolunu təcəssüm etdirir. Mehriban xanımın ardıcıl fəaliyyəti nəticəsində Azərbaycan sivilizasiyalar, mədəniyyətlər, o cümlədən müxtəlif millətlərə mənsub qadınlar arasında dialoq körpüsünə və “Bakı prosesi”nin aktiv iştirakçısına çevrilmişdir. Başda respublikanın Birinci vitse-prezidenti Mehriban xanım olmaqla, qadınlarımız müxtəlif beynəlxalq təşkilatlarda, bəzi təşkilatların xüsusi komitələrində yüksək səviyyədə təmsil olunur, ölkəmizin maraqlarını müdafiə edirlər. Fərəhləndirici haldır ki, Azərbaycan gəncliyinin layiqli nümayəndəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Azərbaycanın tanıdılması, Qarabağ həqiqətləri haqqında gerçəyin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir. Onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir.
Yüksək intellektual potensiala malik olan qadın alimlərimizin hər biri öz sahəsində novator ideyaları, dəyərli araşdırmaları ilə təkcə Azərbaycanda deyil, dünya elmində öz layiqli yerlərini tutublar. Bu gün biz bu uğurların davamını müşahidə edirik. Məsələn, 2013-cü ildən Oksford Universitetində, layihə çərçivəsində akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin universitetin tərkibində daimi mövcudluğu haqqında kontrakt imzalandı. Və bu mühüm hadisənin Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ərəfəsinə təsadüf etməsi Azərbaycan qadınının xüsusi bir töhfəsidir. Bu gün humanitar, texniki və dəqiq elmlər üzrə ölkəmizdə və ölkədən kənarda öz araşdırmaları və kəşfləri ilə məşhur olan qadın alimlərimiz çoxdur və onların uğurları ölkəmizin uğurudur. Dilarə Seyidzadə, Elmira Süleymanova, Elmira Ramazanova, Adilə Namazova, Zemfira Səfərova, Məsumə Məlikova və bir çox alimlərimiz öz elmi fəaliyyətləri, ixtiraları və şəxsi nümunələri ilə gənclərimiz üçün örnəkdir.
Qeyd edək ki, bu gün təhsildə, elmdə gender bərabərliyinin təmin edilməsi istiqamətində də mühüm nəticələr əldə olunub. Bu gün qızlar üçün qapalı heç bir peşə yoxdur. Texniki, innovativ, neft sənayesi və digər sahələrdə qızlarımızın sayı artmaqdadır. Tədqiqatların analizi də onu göstərir ki, qızlarımız dövlət sektorunda işləmək arzusundadır. Statistik rəqəmlər də onu təsdiq edir ki, qadınların 30%-i dövlət, 70%-ə qədəri isə özəl sektorda işləyir. Baxmayaraq ki, qadınlar bilik və bacarıqlarına görə kişilərdən geri qalmırlar. Lakin onlar dövlət sektorunda istənilən səviyyədə təmsil olunmayıblar. Bizdə belə bir praktika var. Dövlət qurumları yalnız qadınlar üçün işə qəbul imtahanları keçirirlər və beləliklə də, qadınların bu və ya digər sahələrdə təmsilçiliyinin artmasına nail olunur. Məsələn, Gömrük Komitəsində 2-ci dəfədir ki, belə bir imtahan keçirilir. Artıq qadınların gömrük xidmətlərində iştirak səviyyəsi 20%-ə qədər yüksəlmişdir. Bundan həm qadınlar və onların ailələri, həm də dövlət orqanları müsbət yararlanırlar. Doğrudur, bu pozitiv diskriminasiya sayılsa da, biz çalışırıq ki, fərqi aradan qaldıraq.

 
  • Oxunub:  9390  |  
  • Tarix:  08-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

15 Sentyabr 23:51
Nuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan
15 Sentyabr 22:44
Dövlət əxlaqı – Nadir Qocabəyli yazır
15 Sentyabr 14:36
Erkan Özoral: Bakının işğaldan azad edilməsi mühüm tarixi əhəmiyyətə malikdir
15 Sentyabr 14:32
Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası və Bakının erməni-bolşevik işğalından azad edilməsi
15 Sentyabr 14:29
Dövlət Turizm Agentliyinin sədri beynəlxalq tədbirdə Azərbaycanın turizm potensialından danışıb
15 Sentyabr 14:20
Azərbaycanın gənclər təşkilatlarının nümayəndələri “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
15 Sentyabr 14:16
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15 Sentyabr 14:14
Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb
15 Sentyabr 14:10
Özbəkistanın Kokand şəhərində keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
15 Sentyabr 14:07
Birinci vitse-prezident Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib
15 Sentyabr 14:04
Musa Qasımlı: Bakının azad edilməsi Cümhuriyyətin qurulmasından sonra ikinci böyük tarixi hadisə oldu
14 Sentyabr 22:45
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14 Sentyabr 22:44
“Meydan TV”ni Parisdə erməni lobbisi maliyyələşdirir - Sübut olundu
14 Sentyabr 22:32
İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
14 Sentyabr 22:16
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14 Sentyabr 22:00
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllının Diyallı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə olub
14 Sentyabr 21:24
Şamaxının Muğanlı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində yeni ev inşa olunub
14 Sentyabr 21:18
Şamaxıda Ulu Öndərin abidəsini ziyarət
14 Sentyabr 21:10
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq
14 Sentyabr 20:53
Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı Cümə məscidini ziyarət edib
14 Sentyabr 20:31
Dənizkənarı Milli Parkda açıq karate seminarı təşkil olunub
14 Sentyabr 20:28
Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışı olub
14 Sentyabr 19:05
İmişlidə yeni məktəb binalarının açılışı olub
14 Sentyabr 18:42
Təhsil naziri Biləsuvarda məktəb açılışında iştirak edib
14 Sentyabr 18:29
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib
14 Sentyabr 17:48
Türkiyəli qazilərdən və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib
14 Sentyabr 17:28
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə edilib
14 Sentyabr 17:20
Azərbaycanla Türkiyə gömrük orqanları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb
14 Sentyabr 17:10
Səbail rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
14 Sentyabr 17:06
Polis Akademiyasına qəbul edilmiş və ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi olub
14 Sentyabr 16:13
Akkan Suver: 1918-ci ildə Bakının işğaldan azad edilməsi bütün türk dünyası üçün böyük hadisədir
14 Sentyabr 15:52
Bədii gimnastika üzrə 37-ci dünya çempionatına halqa və topla hərəkətlərdə təsnifat yarışları ilə start veriləcək
14 Sentyabr 15:08
Azərbaycan Prezidenti meksikalı həmkarını milli bayram münasibətilə təbrik edib
14 Sentyabr 14:56
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 14:36
Nizami Cəfərov: Yeni nəsillərin milli ruhda, dilinə, dininə, mədəniyyətinə sədaqət ruhunda tərbiyə olunması daim diqqət mərkəzində olmalıdır
14 Sentyabr 14:19
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 14:08
YAP nümayəndə heyəti "Bir kəmər - bir yol təşəbbüsü"nün inkişafı mövzusunda Çin Mili Komitəsi yanında Makroiqtisadiyyat İnstitutunun ekəpertləri ilə müzakirələr aparıb
14 Sentyabr 14:05
Yaqub Mahmudov: Ölkəmizdə hər bir sahədə müşahidə olunan inkişaf elm və təhsil sektorunda da nəzərə çarpır
14 Sentyabr 13:52
Prezident İlham Əliyev Latviyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 12:50
İdris İsayev: Bu il 84 məktəb binasının tikintisi başa çatdırılacaq
14 Sentyabr 12:39
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 12:34
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranlarından ibarət nümayəndə heyəti DOST Agentliyində olub
14 Sentyabr 12:32
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 2 il keçir
14 Sentyabr 12:29
Sverdlovsk vilayətinin sahibkarları Azərbaycanda şəhərsalma fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumatlandırılıb
14 Sentyabr 10:59
Türkiyədəki soydaşlarımızın hüquqi statuslarının müəyyən edilməsi istiqamətində işlər görülür
14 Sentyabr 10:57
Sentyabrın 14-ü Ümumdünya İlk Tibbi Yardım Günüdür
14 Sentyabr 10:55
Muriel Peneveyre: Naxçıvan çoxşaxəli iqtisadiyyata malikdir
14 Sentyabr 10:49
Milli Məclisin deputatı Pərvin Kərimzadə Aprel şəhidinin ailəsini ziyarət edib
14 Sentyabr 10:29
Bakıda kölgə iqtisadiyyatına qarşı mübarizə məsələləri müzakirə olunub
14 Sentyabr 10:25
Ərəstü Həbibbəyli: Azərbaycan və Türkiyə arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib
14 Sentyabr 10:24
UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib
14 Sentyabr 10:21
Universitetə yüksək balla daxil olan internat məzunu: Yüksək bal toplayacağıma əmin idim
14 Sentyabr 10:20
Mərkəzi Bank uçot dərəcəsini endirib
14 Sentyabr 10:19
Ermənistan 2 milyard dollar təzminat ödəmək məcburiyyətində qala bilər
14 Sentyabr 10:18
Radikal müxalifət Azərbaycanın dövlət maraqlarına qarşı çıxış edir
14 Sentyabr 10:14
Maksim Qalkin Heydər Əliyev Mərkəzində çıxış edəcək
13 Sentyabr 21:21
İçərişəhərdə “Kiyev-Peçora böyük monastırı. Tarix və müasirlik” adlı sərgi açılıb
13 Sentyabr 21:17
Hesablama Palatasında bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
13 Sentyabr 21:15
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
13 Sentyabr 21:11
MDB ekspertləri ərazilərin sanitariya mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş layihəsi üzərində işləri davam etdirəcəklər
13 Sentyabr 21:09
Gənclər və İdman nazirinin müavini Sumqayıtda vətəndaşların qəbulunu keçirib
13 Sentyabr 21:05
Bakıda NATO qiymətləndirilməsi təlimi keçirilib
13 Sentyabr 21:03
Nikol Paşinyanın avantürist bəyanatları: Ermənistan yeni fəlakətli yolda
13 Sentyabr 21:01
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiyyətli mövqe nümayiş etdirməlidir
13 Sentyabr 20:58
Azərbaycan ilə Rusiyanın Sverdlovsk vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
13 Sentyabr 20:54
İtaliyanın Bolzano şəhərində Azərbaycan xalçalarının sərgisi keçirilir
13 Sentyabr 20:51
YAP Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
13 Sentyabr 20:42
Hikmət Babaoğlu: Rəşid Hacılı azərbaycanlıya yaraşmayan bir hərəkət edib
13 Sentyabr 17:45
Ukrayna və Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Sentyabr 17:41
Əli Əhmədov: Ölkəmizin inkişafı fonunda Azərbaycana qarşı bir sıra dairələr kampaniyalar aparır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA