Ana səhifə »  Müsahibə »  Azərbaycan xalqı Prezident İlham Əliyevə öz yüksək inam və etimadını qətiyyətlə nümayiş etdirir
A+   Yenilə  A-
Azərbaycan xalqı Prezident İlham Əliyevə öz yüksək inam və etimadını qətiyyətlə nümayiş etdirir

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov www.yap.org.az saytına müsahibə verib:
- Kamaləddin müəllim, əvvəlcə ölkə Prezidentinin bu müsahibəsinin əsas özəlliklərini, onun aktuallığını şərtləndirən məqamlarla bağlı Sizin fikrinizi öyrənmək istərdik.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Real “ TV-yə verdiyi geniş müsahibə ölkə ictimaiyyətinin böyük marağına səbəb olub. Bu müsahibə ölkədə gedən inqilabi quruculuq işlərinə işıq salmaqla bərabər, Azərbaycanın gələcək iqtisadi və siyasi inkişaf strategiyasına, sosial siyasətin əsas parametrlərinə və xalqın bir sıra taleyüklü məsələlərinə aydınlıq gətirməklə yadda qaldı.
Doğrudan da Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin bu müsahibəsi istər ölkə daxilində, istərsə də onun hüdudlarından çox-çox uzaqlarda böyük maraqla qarşılanmışdır. Prezidentimizin vətəndaşlar qarşısında bir növ hesabat xarakteri daşıyan, dərin təhlilə və geniş məna tutumuna malik hesabatının media vasitəsi ilə reallaşmasının özü maraqlı və orijinal bir hadisədir.
Bu müsahibədə beynəlxalq siyasətin əsas parametrlərinə çevik reaksiya, ölkə daxilində baş verən inqilabi qurub-yaratmaq və davamlı inkişaf strategiyasının əsas hədəfləri ilə bağlı zəngin informasiya vardır. Mediaya verdiyi müsahibənin əsas məqamları islahatların mahiyyəti və genişləndirilməsi, onun mərhələləri, struktur dəyişiklikləri, ölkə həyatının bütün sahələrində şəffaflığın bərqərar olması, hazırkı mərhələdə media ilə münasibətlərin daha da təkmilləşdirilməsi və digər məsələlərdir.
- Ölkəmiz yeni islahatlar dövrünə qədəm qoyduğu üçün bu sahədə görülən işlərin və qarşıda duran vəzifələrin xarakterindən danışmaq yerinə düşərdi.
- Azərbaycanın praqmatik düşüncə tərzinə və ölkənin ümumi qüdrətinin artmasına yönələn iqtisadi-siyasi və sosial siyasəti özünün miqyası və effektivliyi ilə bütün dünyada tanınır. Davamlı, uğurlu islahatların keçirilməsi bu siyasətin ayrılmaz tərkib hissəsidir. Prezidentimiz İlham Əliyevin də qeyd etdiyi kimi, bu islahatların əsasını 1993-cü ildə, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev geniş xalq kütlələrinin çağırışı ilə ikinci dəfə hakimiyyətə gələrkən qoyulmuşdur. Böyük öndərimiz həmin vaxtlar dövləti və dövlətçiliyimizi qoruyaraq onun stabil inkişaf yoluna qədəm qoyması üçün çox böyük səylər göstərdi, Azərbaycanı dinamik inkişaf yoluna çıxardı.
İslahatların ikinci mərhələsi 2003-cü ildən Azərbaycanın sükanı arxasına keçən, Ulu öndərin ideya-siyasi irsini yaşadaraq daha da zənginləşdirən, Heydər Əliyevin nəhəng quruculuq arzularını yaradıcı şəkildə reallaşdıran İlham Əliyev cənablarının hakimiyyətə gəldiyi dövrdən başlandı. Keçən 15 il ərzində Azərbaycan daha da inkişaf etdi, qüvvətləndi, nəinki regionun, hətta dünyanın inkişaf etməkdə olan qabaqcıl ölkələrindən birinə çevrildi.
Müasir dövrün çağırışları və tələbləri ilə bağlı labüd olan islahatları Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev müsahibədə çox dəqiq izah edir və əsaslandırır: “2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır. Bu da təbiidir. Çünki ötən il keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı mənə bir daha böyük etimad göstərib və mən bu seçkilərə islahatlar gündəliyi ilə getmişəm. Təbii ki, keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi. Ona görə də 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır”. Prezidentimizin müsahibəsi xalq qarşısında ən mükəmməl hesabat və strateji fəaliyyət proqramıdır.
- Kamaləddin müəllim, çox təəssüf ki, bu davamlı inkişaf, qurub-yaratmaq əzmi xaricdəki bədxahlarımızın, ilk növbədə “sapı özümüzdən olan baltaların” ürəyincə deyil və onlar hər vəchlə ölkədə qarışıqlıq yaratmağa, görülən işlərə kölgə salmağa can atırlar...
- Bəri başdan deyim ki, siz qeyd edən şəxslərin xalqımızla, onun keçmişi və gələcəyi ilə heç bir əlaqəsi yoxdur, ola da bilməz. Azərbaycan xalqının və dövlətinin maraqlarına qarşı çıxış edən, anti-Azərbaycan dairələrin xidmətçisinə çevrilən həmin ünsürlər mediadan, sosial şəbəkələrdən, söyüş rəzilliyindən mənəvi terror vasitəsi kimi istifadə edirlər. Bəlli xarici qüvvələr tərəfindən dəstəklənən, daha doğrusu, şirnikləndirilən bu manqurtlar Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr səsləndirməklə yanaşı, həm də aldıqları çirkli vəsait qarşılığında cəmiyyətə dağıdıcı çağırışlar da edirlər. Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılması cəmiyyətdə çaşqınlıq, ölkədə qarışıqlıq yaratmaq kimi miskin bir məqsədə hesablanıb. Amma bu cılız insanların cəhdləri cəmiyyətimizin üzvləri tərəfindən ikrah, təpki və nifrətlə qarşılanır.
İqtidarın saysız-hesabsız uğurlarını “həzm edə bilməyən” “beşinci kolon” təmsilçilərinin nəticəsizliyə məhkum olan cılız cəhdləri hiddət, təəssüf doğurur, məğlubiyyət və tövbəyə məhkumdur. Bütün bu cəhdlər faydasızdır, çünki Azərbaycan cəmiyyəti artıq keçmişlərdə mövcud olmuş toplum deyildir, dövlət və dövlətçiliyə yönələn istənilən cəhdi dəf etməyə qadirdir.
Müasir Azərbaycan dünya miqyasında ən inkişaf etmiş, stabil ölkələrdən biridir və Azərbaycan xalqı Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasəti dəstəkləyir, dövlətimizin rəhbərliyinə öz yüksək inam və etimadını qətiyyətlə nümayiş etdirir. Məhz bu səbəblərdən özünü radikal qüvvələr adlandıran tör-töküntülərin Azərbaycanda sabitliyi pozmaq, cəmiyyətdə qarışıqlıq yaratmaq cəhdləri heç bir nəticə verməyəcəkdir.

 
  • Oxunub:  8160  |  
  • Tarix:  15-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçirilib

17 Sentyabr 17:53
Bakının işğaldan azad edilməsinin 101 illiyi ilə əlaqədar İğdırda konfrans təşkil olunub
17 Sentyabr 17:45
Nazir İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində təhsilin təşkili prosesi ilə tanış olub
17 Sentyabr 17:43
Hadi Rəcəbli: İslahatlar ölkəmizin bundan sonrakı uğurlu inkişafını şərtləndirən əsas amillərdən biridir
17 Sentyabr 17:40
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17 Sentyabr 17:36
Azər Badamov: Azərbaycanın regionlarında inkişaf prosesi dinamikdir
17 Sentyabr 17:32
Nəsib Məhəməliyev: Ölkəmiz uğurla inkişaf edir
17 Sentyabr 17:24
Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən müsabiqənin qalibləri ilə görüş olub
17 Sentyabr 17:22
Cəmiyyətimiz xaricdəki “mühacirlər”in əsl simasını görür
17 Sentyabr 17:17
Bərpa olunan enerji mənbələrinin inkişaf istiqamətləri müzakirə olunub
17 Sentyabr 17:13
Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib
17 Sentyabr 17:08
BMT-nin Baş katibi ozon təbəqəsini dağıdan qazlardan qanunsuz istifadə edilməsinin qarşısını almağa çağırıb
17 Sentyabr 17:03
Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi
17 Sentyabr 16:30
“Saber Junction - 19” təlimi davam edir
17 Sentyabr 16:27
FHN-in İdman-sağlamlıq Mərkəzində idmançılarla görüş keçirilib
17 Sentyabr 16:23
ADNSU Xarkov Politexnik Universiteti ilə əməkdaşlığı genişləndirir
17 Sentyabr 16:09
Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib
17 Sentyabr 16:07
YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Şərq Araşdırma qrupunun nümayəndələri ilə görüşüb
17 Sentyabr 16:04
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Sentyabr 16:00
“Yaxşılıq unudulmur” layihəsinin yekununa həsr edilmiş konfrans keçirilib
17 Sentyabr 15:51
Azərbaycan ilə Qazaxıstan arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib
17 Sentyabr 15:13
Qeyri-neft daşımaları üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 23 faiz artıb
17 Sentyabr 15:10
Seçenov Universitetinin Bakı filialında yeni dərs ilinin başlanmasına həsr edilmiş tədbir keçirilib
17 Sentyabr 15:02
Nazir: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3 milyard dollardan çox sərmayə yatırıb
17 Sentyabr 14:57
Energetika Nazirliyində Beynəlxalq Sülh Günü ilə bağlı tədbir keçirilib
17 Sentyabr 14:47
Neftçalanın Astanlı kəndi qazlaşdırılıb
17 Sentyabr 14:43
FHN-in Akademiyasında ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi keçirilib
17 Sentyabr 14:34
Sabah ölkə ərazisində 32 dərəcə isti olacaq
17 Sentyabr 14:25
Təlimlərdə qoşunlar yerdəyişmə tapşırıqlarını icra ediblər
17 Sentyabr 14:23
AZƏRTAC və Tazpit gündəlik informasiya mübadiləsinə başlayıblar
17 Sentyabr 14:21
“Jewish Journal”: Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir
17 Sentyabr 14:18
AMEA-nın üç elmi-tədqiqat müəssisəsinin direktoru vəzifəsinə seçkilər keçirilib
17 Sentyabr 14:03
BMT-də “2021-ci ilin Beynəlxalq Sülh və Etimad ili” elan olunması haqqında sənəd qəbul edilib
17 Sentyabr 13:22
Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib
17 Sentyabr 12:52
ADPU-nun magistratura səviyyəsinə 310 nəfər qəbul olunub
17 Sentyabr 12:51
Qəbələdə 37 kilometrlik 2 avtomobil yolu yenidən qurulub
17 Sentyabr 12:46
Ötən illərdə Heydər Əliyev adına Hərbi Liseyi 3 mindən çox kursant bitirib
17 Sentyabr 12:41
“Mədəniyyət” kanalında yeni layihə - “Bizi birləşdirən mədəniyyət”
17 Sentyabr 12:36
Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?
17 Sentyabr 12:34
Hüseynbala Mirələmov: Dövlətimiz və xalqımız heç vaxt xarici müdaxilələrə imkan verməyəcək
17 Sentyabr 12:29
Bu gün UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünə start veriləcək
17 Sentyabr 12:27
Ağdam xalçaçıları: Çalışırıq ki, Prezidentimizin bizə göstərdiyi qayğıya cavab olaraq keyfiyyətli xalçalar toxuyaq
17 Sentyabr 12:20
Akademik Xoşbəxt Yusifzadənin fransız dilində nəşr edilən “Ömrümün illəri və izləri” kitabı təqdim olunub
17 Sentyabr 12:19
Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
17 Sentyabr 12:14
Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı
17 Sentyabr 12:07
Əli Əhmədov: Müxalifətin virtual növünün başında Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlər durur
17 Sentyabr 11:55
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur
17 Sentyabr 11:51
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
17 Sentyabr 11:36
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı seminar keçirilib
17 Sentyabr 11:34
Strateji Elmi Tədqiqatlar Mərkəzinin yeni stendinin sınaq atışları həyata keçirilib
17 Sentyabr 11:22
Azərbaycanın Misirdəki diaspor rəhbəri əl-Əzhər Universitetinin rektoru ilə əməkdaşlıq məsələlərini müzakirə edib
17 Sentyabr 11:15
Misir KİV-ləri: Azərbaycan Qoşulmama Hərəkatının XVIII Sammitinə ev sahibliyi etməyə hazırdır
17 Sentyabr 11:07
Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb
17 Sentyabr 11:06
SOCAR-ın Qaradağ kompleksində ağacəkmə aksiyası keçirilir
17 Sentyabr 10:59
Hikmət Hacıyev: Beynəlxalq enerji bazarında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır
17 Sentyabr 10:51
Azərbaycan neftinin qiyməti 71 dollar/barreli ötüb
17 Sentyabr 10:43
DİM-də Çin Ədliyyə Nazirliyinin baş müşaviri Pu Tzenfanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
17 Sentyabr 10:11
Emin Ağalarov: İdman mənim həyatımın bir hissəsidir
17 Sentyabr 10:06
Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin nümayəndə heyəti Parisdə təlim səfərindədir
17 Sentyabr 10:04
Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib
17 Sentyabr 10:01
Xarici İşlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb
17 Sentyabr 09:56
Nur-Sultanda MDB-də rəqəmsallaşma sahəsinin inkişafı müzakirə edilib
17 Sentyabr 09:52
Misir ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlər sürətlə inkişaf edir
17 Sentyabr 09:28
“Multikulturalizmə giriş” dərsliyinin təqdimatı olub
17 Sentyabr 09:26
Bakı Ali Neft Məktəbi yeni tədris ilinə uğurla başlayır
17 Sentyabr 09:23
Regionlarda pambıq sahələrindən bol məhsul toplanacağı gözlənilir
16 Sentyabr 21:50
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16 Sentyabr 20:56
Türkiyənin Vitse-prezidenti Fuat Oktay "ASAN xidmət" mərkəzi ilə tanış olub
16 Sentyabr 20:46
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi keçirilib
16 Sentyabr 20:45
Azərbaycan-FAO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16 Sentyabr 20:35
Bakıda Azərbaycan–Türkiyə biznes forumu keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+24 +27
gecə+16 +20