Ana səhifə »  Müsahibə »  Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının təsdiqindən sonra ölkəmizdə yoxsulluq səviyyəsi 2001-ci ildəki göstəricidən 10 dəfə azalmışdır
A+   Yenilə  A-
Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının təsdiqindən sonra ölkəmizdə yoxsulluq səviyyəsi 2001-ci ildəki göstəricidən 10 dəfə azalmışdır

Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov www.yap.org.az saytına müsahibə verib:
- Hüseyn müəllim, hazırda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması dünya ölkələri üçün aktuallıq kəsb edir. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri təşəbbüsü hansı prinsiplər əsasında qurulmuşdur və ölkələr üçün əsas məqsədi və töhfələri nələrdən ibarətdir?
- Dünyada qlobal çağırışların ölkələrin birgə səyləri ilə həllində beynəlxalq təşəbbüslərin rolu, sözsüz ki, danılmazdır. Bu baxımdan “2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəlik” dünyada insanların qarşılaşdığı problemləri tanıdır və onların birlikdə həllinə çağırır.
Ölkələrin ümumi tərəfdaşlığı şəraitində planetin sağlam və təhlükəsiz məkana çevrilməsi istiqamətində qətiyyətli addımların atılması üçün ilk beynəlxalq təşəbbüslərdən biri 2000-ci ilin sentyabrında ABŞ-ın Nyu-York şəhərində keçirilmiş “Minilliyin Sammiti”ndə irəli sürülüb. Belə ki, Sammitdə 2015-ci ilədək olan dövr üçün dünyada insanların yaşayışında əhəmiyyətli müsbət dəyişikliklər yaratmaq məqsədilə ümumi çərçivəni müəyyən edən səkkiz qlobal Minilliyin İnkişaf Məqsədinin (MİM) təsbit olunduğu Minilliyin Bəyannaməsi qəbul edilib. Bu MİM-lər kəskin yoxsulluğun və aclığın aradan qaldırılması, universal ilkin təhsilə nail olunması, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması, uşaq ölümünün azaldılması, qadınların sağlamlığının gücləndirilməsi, yoluxucu xəstəliklərin qarşısının alınması, ətraf mühitin təhlükəsizliyinin təmin olunması kimi hədəfləri əhatə edirdi. 2000-ci ilin sentyabr ayında keçirilən Sammitdə Ümummilli lider Heydər Əliyev tərəfindən Minilliyin Bəyannaməsi imzalanmış və ölkəmiz bu təşəbbüsə qoşulmuşdur.
Əsrin başlanğıcında 1 milyona yaxın qaçqın və məcburi köçkün problemi olan, əhalisinin, demək olar ki, yarısı yoxsulluq səviyyəsində yaşayan Azərbaycan üçün Minilliyin Bəyannaməsində nəzərdə tutulan məqsədlərə nail olmaq kifayət qədər böyük çağırış idi. BMT-nin Minilliyin Bəyannaməsinə qoşulan və bu hədəflərə nail olmaqda qərarlı ölkə kimi Azərbaycanda yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlərin təmin edilməsi məqsədi ilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” və eləcə də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” təsdiq edilib, bu proqramlar yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaradıb, nəticədə ölkədə yoxsulluq səviyyəsi 2001-ci ildəki göstəricisindən 10 dəfə azalmışdır.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində 2015-ci ildə MİM-lərin icrasının yekunları ilə bağlı Romada keçirilən təqdimat mərasimində Azərbaycan yoxsulluğun aradan qaldırılması sahəsində qazanılan uğurlara görə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Cənub-Cənub” mükafatına layiq görülüb. Bu siyasətin nəticəsi olaraq, Azərbaycan dünyada 128 ölkə arasında az qidalanma sayının azaldılması məqsədinə nail olan 18 ölkədən biridir.
Qeyd edim ki, Minilliyin İnkişaf Məqsədlərinin icrasının başa çatması heç də qlobal dünyada mövcud çətinliklərin tamamilə aradan qaldırılmasını təmin edə bilməyib. UNESCO-nun 2016-cı il üzrə hesabatına görə, hazırda dünyada 6-17 yaş arası 263 milyon uşaq, yeniyetmə və gənc, o cümlədən inkişaf etməkdə olan ölkələrdə hər 4 qızdan 1-i məktəbdən kənarda qalıb. Eyni zamanda, dünyada hər il 6 milyondan artıq uşaq 5 yaşına çatmamış dünyasını dəyişir. Planetdə 800 milyondan çox insan aclıqdan və 1 milyarddan çox insan isə ifrat yoxsulluqdan əziyyət çəkir. Bunlar göstərir ki, 2015-ci ilədək nail olunması hədəflənən Minilliyin İnkişaf Məqsədləri bütün ölkələr tərəfindən tam olaraq həyata keçirilməyib. Ona görə də daha əhatəli, planetin, o cümlədən cəmiyyətin bütün təbəqələrinin fəal cəlb olunmasını nəzərdə tutan yeni qlobal təşəbbüsün icrasına zərurət yaranıb.
Bu məqsədlə BMT-yə üzv dövlətlər 2015-ci ilin sentyabrında keçirilən Sammitdə 2016-2030-cu illər üçün 17 məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasına qoşulublar.
Dayanıqlı inkişaf sahəsində 2030-cu il Gündəliyi və bu sənəddə ehtiva olunan DİM yoxsulluğun aradan qaldırılması, planetin mühafizəsi və hamı üçün tərəqqinin təmin edilməsinə yönələn öhdəliklərdən ibarətdir.
2030-cu ilədək İnkişaf Gündəliyi DİM üzrə nəticələr çərçivəsində təsbit olunmuş 3 əsas prinsipi - “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” prinsiplərini özündə əks etdirir. Universallıq prinsipi DİM-in ölkələrin inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələr üçün tətbiq edilməsi imkanları kimi qəbul olunur. İnteqrasiyalı yanaşmada ölkələrin qəbul etdikləri inkişaf planları və dövlət strategiyalarında dayanıqlı inkişafın iqtisadi, ekoloji və sosial ölçülərinin inteqrasiyalı və ardıcıl əhatə edilməsi nəzərdə tutulur. Heç kimin geridə qalmaması prinsipi isə MİM dövründə kəskin yoxsulluq səviyyəsinin azaldılmasında əldə olunan nailiyyətlərə söykənərək, ölkələri insan inkişafına dair faydaların zəif və təcrid olunmuş qruplara da çatdırılmasını təmin etməyə və bu məqsədlə bərabərsizlikləri aradan qaldırmağa, layiqli məşğulluğu təşviq etməyə, habelə sosial müdafiəni gücləndirməyə əsaslanır.
BMT-nin fəal üzvü kimi qlobal problemlərin həllində iştiraka töhfə verməyə böyük səy göstərən ölkəmiz də BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən qlobal DİM təşəbbüsünə qoşulub.
- Ölkəmizdə DİM-in icrasının milli prioritetlərə, Dövlət proqramlarına və strategiyalarına uyğunlaşdırılması istiqamətində nə kimi addımlar atılır?
- DİM-in həyata keçirilməsinin ən mühüm mərhələlərindən biri də onun məqsəd, hədəf və göstəricilərinin ölkənin İnkişaf Gündəliyinə uyğunlaşdırılmasıdır.
Bu məqsədlərin uğurlu icrasının təmin olunması üçün atılan ən mühüm addım kimi Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması qeyd edilməlidir.
Belə ki, 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyənləşdirmək, habelə ölkədə sosial-iqtisadi sahələri əhatə edən Dövlət proqramlarının və strategiyalarının DİM ilə uzlaşdırılmasını təmin etmək Şuranın fəaliyyətinin əsasını təşkil edir. Onu da qeyd edim ki, Şuranın Katibliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində müvafiq struktur bölmə - Dayanıqlı İnkişaf Şöbəsi yaradılıb.
Ötən iki il ərzində ölkədə sosial-iqtisadi və ekoloji sahələri əhatə edən Dövlət proqramları və strategiyalarının DİM hədəfləri ilə uyğunlaşdırılması təmin edilib.
Belə dövlət sənədlərinə nümunə olaraq, 8-ci Dayanıqlı İnkişaf Məqsədi (Davamlı iqtisadi artımı, tam və səmərəli məşğulluğu və hamı üçün layiqli iş imkanlarını təşviq etmək) ilə uyğunlaşdırılan 2019-2030-cu illəri əhatə edən “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nı qeyd etmək olar. Bununla yanaşı, “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”, o cümlədən iqtisadi, sosial və ətraf mühit məsələlərinin müxtəlif aspektlərini əhatə edən bir sıra normativ-hüquqi akt və Dövlət proqramları DİM-in məqsəd və hədəflərinə uyğunlaşdırılaraq qəbul edilib.
Bundan başqa, DİM-in ölkənin İnkişaf Gündəliyinə uyğunlaşdırılması üçün beynəlxalq təcrübənin tətbiqi məqsədilə 2017-ci ildə BMT-nin Baş Qərargahının dəstəyi ilə 9 ekspertdən ibarət Sürətləndirmə, aktuallaşdırma və siyasətə dəstək üzrə missiya (MAPS MİSSİYA) Azərbaycana səfər edib. Səfərin əsas məqsədi DİM-in milli prioritetlərə uyğunlaşdırılması istiqamətində dəstəyin göstərilməsi olub. Missiya zamanı DİM-in ölkə üzrə icrada olan müxtəlif strateji proqramlara uyğunlaşdırılması üçün BMT tərəfindən Sürətli Kompleks Qiymətləndirmə aparılıb və bu qiymətləndirmədə 31 cari qısa və orta müddətli Dövlət Proqramı, sektoral strategiya və müvafiq tədbirlər planlarından istifadə edilib. Bununla yanaşı, hazırlanmaqda olan 8 orta və uzunmüddətli strategiya, proqram və fəaliyyət planları, o cümlədən 25-dən çox normativ-hüquqi akt, beynəlxalq saziş və müqavilə nəzərdən keçirilib. Missiyanın hesabatında DİM-in milli siyasət bazasına uyğunlaşdırılma dərəcəsinin təhlili aparılıb və Azərbaycanda DİM-ə nail olunması istiqamətində irəliləyişi sürətləndirmək məqsədilə 3 platforma (inklüziv əmək bazarları, ekoloji baxımdan daha təmiz inkişafın dəstəklənməsi, ictimai və sosial xidmətlər göstərilməsinin yaxşılaşdırılması) təklif edilib.
Missiyanın tövsiyələri Dayanıqlı İnkişaf Gündəliyinin məqsəd, hədəf və göstəricilərinin milli inkişaf prioritetlərinə uyğunlaşdırılması prosesində uğurla tətbiq edilib. Ölkədə dayanıqlı inkişafın təmin edilməsi, habelə sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün müxtəlif sahələri əhatə edən Dövlət proqramlarının və strategiyalarının DİM ilə uzlaşdırılması məqsədilə Azərbaycan üçün prioritet hesab edilən məqsəd, hədəf və ona uyğun göstəricilərin yekun siyahısı hazırlanıb və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclasında baxılacaqdır.
- Hüseyn müəllim, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üçün bütün maraqlı tərəflərin prosesə cəlb edilməsi və maarifləndirmə xüsusi önəm daşıyır. Bu baxımdan, Azərbaycanda DİM ilə əlaqədar maarifləndirilmə istiqamətində hansı tədbirlər həyata keçirilib və bu tədbirlərdən gözləntilər nədir?
- Qeyd etdiyim kimi, DİM-in həyata keçirilməsinin ən mühüm prinsiplərindən biri də “heç kimin geridə qalmaması”dır. Bu prinsip, ilk növbədə, qlobal məqsədlərin ölkədə icrasının və cəmiyyətin bütün təbəqələrinin bu vahid hədəflərə nail olunmasında birgə səylərinin vacibliyini şərtləndirir.
“2030-cu il Gündəliyi”nin uğurlu icrası, “heç kimin geridə qalmaması” prinsipinə əsaslanaraq, ictimai maarifləndirmənin aparılması, maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti, biznes sektoru və kütləvi informasiya vasitələrinin cəlb edilməsi məqsədilə Azərbaycan Hökuməti və BMT-nin Azərbaycandakı ofisi tərəfindən 2017-2018-ci illəri əhatə edən Azərbaycan üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə Kampaniya Strategiyası həyata keçirilib. Strategiyanın icrasına dəstək məqsədilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə bütün maraqlı tərəflərin iştirak etdiyi DİM-in həyata keçirilməsində parlamentin, elmi ictimaiyyətin, təhsilin, vətəndaş cəmiyyətinin, özəl sektorun və s. rolu ilə bağlı müxtəlif mövzularda maarifləndirici tədbirlər keçirilib, panel müzakirələr təşkil edilib. Bu tədbirlər zamanı DİM-in iqtisadi, sosial və ekoloji sahələrində planetin rifahına nail olunması, bu sahədə hər bir dövlətin öhdəlikləri, xüsusilə bütün maraqlı tərəflərin iştirakının ayrı-ayrılıqda əhəmiyyətli olduğu diqqətə çatdırılıb.
Qloballaşan dünyada inkişafa olan maneələrin birgə aradan qaldırılması baxımından DİM-in həyata keçirilməsində beynəlxalq və regional tərəfdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyətə malikdir. Müxtəlif ölkələrin inkişaf təcrübələrinin bölüşdürülməsi, qarşıya çıxan çətinliklərin birgə həlli və bütün maraqlı tərəflərin prosesə cəlb edilməsi 2030-cu ilədək dünya ictimaiyyətinin qlobal məqsədlərə nail olmasına töhfəsini verəcəkdir.
Son dövrlərdə DİM-in Azərbaycanda icrası istiqamətində ən mühüm tədbirlərdən biri 2018-ci il 25-26 oktyabr tarixlərində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə regional tərəfdaşlığın gücləndirilməsi”nə həsr olunmuş Bakıda təşkil olunmuş “Dayanıqlı İnkişafa dair Bakı Forumu”nu xüsusi qeyd etmək lazımdır.
Forumun məqsədi DİM-ə nail olmaq üçün davamlı iqtisadi artımı, tam və səmərəli məşğulluğu və hamı üçün layiqli əmək imkanlarını, dayanıqlı inkişaf üçün sülhsevər və inklüziv cəmiyyətləri təşviq etmək, hamı üçün ədalət məhkəməsinə çıxış imkanını təmin etmək və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və inklüziv təşkilatlar qurmaq, həmçinin dayanıqlı inkişaf naminə qlobal tərəfdaşlığın həyata keçirilməsi və təşviqi vasitələrinin gücləndirilməsi idi.
Avropa və Mərkəzi Asiyada qlobal məqsədlərin milli səviyyədə icrasının əlaqələndirilməsinə cavabdeh olan yüksək vəzifəli şəxslər, habelə BMT-nin səlahiyyətli rəsmilərinin iştirak etdiyi Bakı Forumu regionda DİM-in həyata keçirilməsi və çətinliklərin birgə aradan qaldırılması məqsədilə regional tərəfdaşlığın gücləndirilməsinin müzakirəsi üçün səmərəli platforma olub. Dayanıqlı İnkişafa dair Bakı Forumunun nəticəsi olaraq Bakı Bəyannaməsi qəbul edilib.
Bundan əlavə, DİM-in “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin icrasına dəstək məqsədilə ilə İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı nəticəsində ölkəmizdə innovasiya sahəsində ilk dəfə ölkə əhəmiyyətli Respublika İnnovasiya müsabiqələri keçirilib. Müsabiqənin təşviqi və bu istiqamətdə ictimaiyyətin maarifləndirilməsi məqsədilə ölkədə fəaliyyət göstərən dövlət, idarə, müəssisə və təşkilatlarla yanaşı, ölkənin qabaqcıl təhsil ocaqlarının müəllim-tələbə heyəti ilə bir sıra görüşlər təşkil edilib, həmçinin müsabiqələrə təqdim edilən layihələrin qəbulunun daha da sadələşdirilməsi “ASAN xidmət”in “İdeya Bankı” platforması vasitəsilə həyata keçirilib.
Belə müsabiqələr innovativ layihələrlə tanışlığa və onların reallaşmasına mühüm platforma yaradır. Bu sahəyə xüsusi marağın artması növbəti müsabiqələrə təqdim olunacaq layihələrin sayının artacağını da istisna etmir. Bu cür tədbirlərin keçirilməsi innovasiya subyektlərinin fəaliyyətlərinin səmərəliliyinin artırılması, innovasiya infrastrukturu çərçivəsində kiçik və orta sahibkarlığın inkişafı üçün zəruri şəraitin yaradılması, müvafiq infrastrukturun inkişafına dəstək olacaq elmi-tədqiqat bazasının təkmilləşdirilməsi, innovasiya fəaliyyətinin kadr potensialının inkişafı və DİM-lə bağlı maarifləndirilmə baxımından xüsusi əhəmiyyətə malikdir.
Müvafiq sahədə fəaliyyətin davamlılığının təmin edilməsi, ölkədə hər il müxtəlif istiqamətlərdə ideya və layihələrin qəbulu, qiymətləndirilməsi və mükafatlandırılması məqsədilə keçirilən Respublika İnnovasiya Müsabiqəsinin təşkil olunması üzrə İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Ernst & Young” beynəlxalq audit şirkətinin Azərbaycandakı filialı arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
DİM-lə bağlı geniş ictimaiyyətin maarifləndirilməsi, bu prosesdə iştirakın həvəsləndirilməsi və bütün səviyyələrdə cavabdehliyin təmin edilməsi tədbirlərinin davamı olaraq, Dənizkənarı parkda DİM-ə həsr olunmuş stendlər quraşdırılıb. BMT-nin İnkişaf Proqramının dəstəyi ilə BMT-nin Azərbaycandakı nümayəndəliyi və IDEA İctimai Birliyi tərəfindən təqdim olunan stendlər məqsədləri asan şəkildə izah etməklə yanaşı, bu məqsədlərə nail olmaq üçün hər kəsin görə biləcəyi işlərə dair məsləhətləri özündə əks etdirir.
- Bu yaxınlarda Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının birgə təşkil etdiyi “Gənclər daha yaxşı Gələcəyə Doğru” konfransı keçirilib. Bu tipli tədbirlərdən gözləntilər nədən ibarətdir?
- Dünya əhalisinin 16%-ni gənclərin təşkil etdiyini nəzərə alsaq, onların sağlam və fəal həyat tərzini təşviq etmək, habelə cəmiyyətə inteqrasiyasını təmin etmək, potensialının reallaşdırılmasını dəstəkləmək kimi prioritet istiqamətlər ölkəmizdə qəbul edilmiş proqramların mühüm hədəflərindəndir. Bu prioritet istiqamətlər Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və sərəncamları ilə təsdiq olunmuş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, Milli İqtisadiyyat Perspektivi üzrə Strateji Yol Xəritəsinin əsas məqsədlərindəndir.
Qeyd etdiyiniz kimi, gənclərlə iş Yeni Azərbaycan Partiyasının fəaliyyətində əsas yerlərdən birini tutur. YAP Gənclər Birliyi tərəfindən artıq bir neçə ildir ki, uğurla davam etdirilən və ölkəmizin bütün bölgələrindən olan gəncləri də əhatə edən müxtəlif layihələr həyata keçirilməkdədir. Keçən ilin dekabrında təşkil edilən “Dayanıqlı İnkişaf Məqsədləri gənclər üçün” konfransı da həm DİM-lə bağlı maarifləndirmə, həm də dayanıqlı inkişafa nail olunmasında gənclərin rolunun artırılması baxımından mühüm müzakirə platforması olub. Konfransda keyfiyyətli təhsil, hamı üçün məşğulluğu və layiqli əməyi təşviq etmək, inklüziv və dayanıqlı iqtisadi artım və sağlam yaşayışın təmin olunması, bu istiqamətdə səylərin artırılmasında gənclərin rolu müzakirə edilib.
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və İqtisadiyyat Nazirliyi tərəfindən DİM-in təşviqi üzrə maarifləndirmə və bütün maraqlı tərəflərin prosesə cəlbi məqsədilə silsilə tədbirlər həyata keçirilir. Bununla yanaşı, xüsusilə vurğulamaq istərdim ki, gənclər arasında maarifləndirmə və fəal gənclərin prosesə geniş cəlbi məqsədi ilə Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyi (IDEA) tərəfindən mütəmadi olaraq tədbirlər təşkil edilir.
Ölkədə təşkil olunan bu tipli tədbirlərin əsasında DİM-in ölkə üzrə icrasının yaratdığı məsuliyyətin gənclər tərəfindən dərk olunması və qarşıya qoyulan hədəflərə nail olunmasında onların vacib rolu ilə bağlı geniş maarifləndirmə dayanır.
- Hüseyn müəllim, Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) bu prosesə cəlb edilməsi işi hansı səviyyədədir?
- Vətəndaş cəmiyyəti institutları DİM-in milli səviyyədə icrasında müxtəlif formalarda iştirak edə bilər. Bu, ilk növbədə, təşviqat, o cümlədən daxili və beynəlxalq hesabatlılıq proseslərində fəal iştirakın təmin olunması formatında ola bilər.
Eyni zamanda, QHT-lərin üzərinə düşən ən mühüm vəzifələrdən biri də DİM-in geniş ictimaiyyətə çatdırılması, cəmiyyətin bütün təbəqələrinin bu barədə təsəvvürünün formalaşdırılması vasitəsilə maarifləndirilmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsində iştirakdır.
Bu baxımdan, 2017-ci ilin may ayında QHT-lərin iştirakı ilə keçirilmiş “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda panel müzakirənin təşkil olunması mühüm maarifləndirmə tədbirlərindən biridir.
Tədbir çərçivəsində dayanıqlı inkişafın idarə olunması və icrasında vətəndaş cəmiyyətinin rolu barədə iqtisadi, sosial və ekoloji sahələri əhatə edən layihələri həyata keçirən QHT nümayəndələrinin fikirləri dinlənilib, bu istiqamətdə fəallığın artırılmasına dair tövsiyələr səsləndirilib.
Eyni zamanda, Avropa İttifaqı ilə birgə maliyyələşdirilən BMT-nin İnkişaf Proqramının “Gender əsaslı Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi reallaşdırılır və İqtisadiyyat Nazirliyinin nümayəndəsi də layihənin istiqamətləndirici komitəsində təmsil olunur. Layihənin əsas məqsədi gender bərabərliyinin təmin edilməsi ilə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması və bu istiqamətdə olan layihələrin dəstəklənməsidir.
- Məlumdur ki, 2017-ci il 16-19 iyul tarixlərində BMT-nin Baş Qərargahında Azərbaycanın Dayanıqlı İnkişafla bağlı görülmüş işlərə dair Birinci Könüllü Milli Hesabatı təqdim edilib. Bəs 2019-cu ildə təqdim edilməsi nəzərdə tutulan İkinci Könüllü Milli Hesabatın əsas istiqamətləri nədən ibarətdir?
- 2017-ci il 10-19 iyul tarixlərində Nyu-Yorkda keçirilmiş BMT-nin müəyyən etdiyi tematik plana uyğun olaraq yoxsulluğun və aclığın aradan qaldırılması, sağlam səhiyyə və rifah, gender bərabərliyi, sənaye, infrastruktur və innovasiyalar, su altında həyat və hər il nəzərdən keçirilən icra vasitələrini gücləndirmək, dayanıqlı inkişaf naminə qlobal tərəfdaşlığı yenidən canlandırmaq məqsədləri üzrə Azərbaycanın ilk Könüllü Milli Hesabatı BMT-nin Baş qərargahında keçirilən Yüksək Səviyyəli Siyası Forumda Azərbaycan Respublikasının Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri cənab Əli Əhmədov tərəfindən təqdim edilib. Bu hesabatın Azərbaycanda DİM-in həyata keçirilməsi üzrə görülmüş işlərin beynəlxalq arenada tanıdılması imkanlarından biri kimi rolunu və iştirakçı dövlətlər tərəfindən müsbət qarşılandığını xüsusilə vurğulamaq istərdim.
Bu ildə də Yüksək Səviyyəli Siyasi Forum üçün BMT-nin tematik planına uyğun olaraq regionda ilk dəfə Azərbaycanın İkinci Könüllü Milli Hesabatı təqdim ediləcəkdir. 2019-cu il üçün İkinci Könüllü Milli Hesabatın hamı üçün ayrı-seçkiliyə yol verilməyən və bərabər keyfiyyətli təhsili təmin etmək və həyat boyu öyrənmək imkanlarını təşviq etmək, davamlı, inklüziv və dayanıqlı iqtisadi artımı, tam və səmərəli məşğulluğu və hamı üçün layiqli iş imkanlarını təşviq etmək, ölkələrin daxilində və arasında bərabərsizlikləri azaltmaq, iqlim dəyişikliyi və onun təsirləri ilə mübarizə aparmaq üçün təxirəsalınmaz tədbirlər görmək, dayanıqlı inkişaf üçün dinc və inklüziv cəmiyyətləri təşviq etmək, hamı üçün ədalət məhkəməsinə çıxış imkanını təmin etmək və bütün səviyyələrdə effektiv, məsuliyyətli və inklüziv təşkilatlar qurmaq və icra vasitələrini gücləndirmək və dayanıqlı inkişaf naminə qlobal tərəfdaşlığı yenidən canlandırmaq üzrə hədəf və göstəriciləri, habelə məqsədlər üzrə əldə edilən uğurları və növbəti addımları əhatə etməsi nəzərdə tutulur.
- Hüseyn müəllim, DİM-in həyata keçirilməsində BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlıqlar və əməkdaşlıqların nəticələri barədə nə demək istərdiniz?
- 2015-ci ildə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulması BMT-nin ixtisaslaşmış qurumları ilə geniş əməkdaşlıq imkanları yaratmışdır. Dayanıqlı İnkişaf Məqsədlərinin prioritetliyi nəzərə alınaraq, Avropa İqtisadi Komissiyası ilə Azərbaycan Hökuməti arasında müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi, habelə tərəfdaşlıq istiqamətlərinin müəyyən olunması müzakirə edilmişdir.
Qeyd olunan müzakirələrin nəticəsi olaraq, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə Azərbaycan Respublikası ilə AİK arasında tərəfdaşlıq barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin iştirakı ilə yekun məsləhətləşmələr aparılmış, hər iki tərəfin təklifləri nəzərə alınmaqla “Dünyamızın transformasiyası: dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ndən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqinə yardım etmək, bu çərçivədə qlobal öhdəliklərin tətbiq edilməsi, habelə dayanıqlı inkişaf üçün siyasətlərin, təcrübələrin, innovativ həllərin və maliyyə mexanizmlərinin yaradılması məqsədilə 2018-ci ilin 30 noyabr tarixində Azərbaycan Respublikasının Hökuməti və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası arasında Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi üzrə əməkdaşlıq barədə Azərbaycan Respublikasının Baş nazirinin müavini və AİK-in icraçı direktoru tərəfindən Birgə Bəyanat imzalanmışdır.
Birgə Bəyanat DİM-ə nail olunması məqsədilə fəaliyyətlərin həyata keçirilməsi və bu barədə hesabatın verilməsi üzrə əməkdaşlıq, dayanıqlı inkişaf üçün milli prioritetlərin və göstəricilərin müəyyən edilməsi məqsədilə müştərək fəaliyyət, iqtisadi sahələri əhatə edən milli proqramların və strategiyaların uyğunlaşdırılması və bu sahədə uğurlu təcrübələrin tətbiqinin sürətləndirilməsi və milli iqtisadiyyatın müxtəlif sektorlarının dayanıqlılığının təmin edilməsi kimi niyyətləri təsbit edir.
Bundan başqa, BMT-Azərbaycan əlaqələri 2016-cı ilin iyul ayında imzalanan 2016-2020-ci illər üçün “Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi” (UNAPF) mühim əhəmiyyət kəsb edir. Sənədin hazırlanma prosesində beynəlxalq tərəfdaşlar, özəl sektor, vətəndaş cəmiyyəti və elmi ictimaiyyətin nümayəndələri ilə sıx əməkdaşlıq qurulub, iqtisadi şaxələndirmə, keyfiyyətli və səmərəli xidmətin təşkili, kənd və şəhər yerlərinin tarazlı inkişafı, təbii və bərpa olunan resursların səmərəli şəkildə idarə olunması, təhlükələrin, fəlakətlərin və iqlim dəyişikliyinin təsirlərinə qarşı dayanıqlılığın artırılması kimi mühüm məsələlər üzrə hədəflər müəyyən edilib və sənəd DİM ilə inteqrasiya edilib. Həm UNAPF çərçivəsində, həm DİM-in həyata keçirilməsinə dəstək məqsədilə BMT-nin Azərbaycanda yerləşən ixtisaslaşmış qurumları ilə İqtisadiyyat Nazirliyi (Şuranın Katibliyi) arasında bir sıra layihələr həyata keçirilməkdədir. Ölkədə sosial-iqtisadi sahələri əhatə edən Dövlət proqramları və strategiyalarının DİM ilə uzlaşdırılmasına dəstək məqsədilə BMT-nin İnkişaf Proqramı tərəfindən Dayanıqlı inkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinə dəstək üçün “Azərbaycan Hökumətinə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə dəstək” layihəsinin icrası bu gün də davam edir.
Bununla yanaşı, ölkədə DİM-in səmərəli icrası üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Hökumətinə dəstəyi çərçivəsində 2017-ci ildə “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində potensialın gücləndirilməsinə dəstək” layihəsinin reallaşdırılması məqsədi ilə Vyananın Təbii Resurslar və Həyat Elmləri Universitetinin (BOKU) İnkişaf Araşdırmaları Mərkəzi (CDR) ilə saziş imzalanıb. Layihənin Azərbaycandakı fəaliyyətindən biri ölkəmizdə kənd təsərrüfatı, ərzaq, balıqçılıq və meşə təsərrüfatı sahələrində DİM üzrə ümumi vəziyyət və boşluqların təhlilləri aparılıb və bununla əlaqədar ölkənin müxtəlif regionlarında maraqlı tərəflərin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib.
Yuxarıda da qeyd etdiyim kimi, DİM ilə uyğunlaşdırılan “2016-2020-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı - Azərbaycan Tərəfdaşlıq Çərçivəsi (UNAPF) sənədi”nin icrası üzrə artan şaxələndirilmə və layiqli əməyi özündə ehtiva edən dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi, institusional potensialın gücləndirilməsi, səmərəli ictimai və sosial xidmətlər və ətraf mühit üzrə idarəçilik, habelə təbii fəlakətlər və fövqəladə hallara qarşı dayanıqlılıq prioritet istiqamətlərində həyata keçirilən müxtəlif layihələr üzrə BMT-nin ixtisaslaşmış qurumları olan FAO, Beynəlxalq Əmək Təşkilatı (ILO), İnkişaf Proqramı (UNDP), Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Uşaq Fondu (UNICEF), Avropa İqtisadi Komissiyası (UNECE) və digər beynəlxalq institutlarla əməkdaşlıq davam etdirilir.
Bu əməkdaşlıqdan gözləntilər olaraq, qeyd etmək istərdim ki, BMT və digər beynəlxalq təşkilatlarla əlaqələr ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində qarşıya çıxa biləcək çətinliklərin aradan qaldırılması üçün ən yaxşı təcrübələrin tətbiqi, Azərbaycan təcrübəsinin digər ölkələrdə təşviq olunması, o cümlədən dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi üzrə qlobal tərəfdaşlığın gücləndirilməsinə töhfə verəcəkdir.

 
  • Oxunub:  8340  |  
  • Tarix:  05-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb

13 Noyabr 21:31
Azərbaycan ilə Özbəkistan arasında dini-mənəvi sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
13 Noyabr 21:28
Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib
13 Noyabr 20:09
Azərbaycanın kosmik proqramı: Zəngin ənənələr və müasir çağırışlar
13 Noyabr 20:00
Azərbaycanda mövcud nəqliyyat problemləri və onların həll yollarına dair müzakirələr aparılıb
13 Noyabr 19:56
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dağıstanlı deputatlarla görüş keçirilib
13 Noyabr 19:50
Yeni TV-də canlı yayımda Hikmət Babaoğlunun qonağı Milli Məclisin deputatı Aydın Hüseynov olmuşdur (VİDEO)
13 Noyabr 19:45
Sona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər
13 Noyabr 17:39
AMEA-da tədris prosesinin cari vəziyyəti müzakirə olunub
13 Noyabr 17:31
ABŞ-ın nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
13 Noyabr 17:26
Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib
13 Noyabr 17:24
Azərbaycan Dillər Universitetində Qədim dillər elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb
13 Noyabr 17:21
“Azəriqaz”da istehsalat müşavirəsi keçirilib
13 Noyabr 17:20
Mərkəzi Seçki Komissiyası Gəncədə regional seminar-müşavirə keçirib
13 Noyabr 17:11
Mərkəzi Seçki Komissiyası “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb
13 Noyabr 17:08
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib
13 Noyabr 17:06
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 17:00
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 16:49
Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini, Dağıstan Xalq Məclisinin sədrini və sədrin müşavirini qəbul edib
13 Noyabr 16:45
Təhsil nazirinin Fransaya səfəri davam edir
13 Noyabr 16:38
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13 Noyabr 16:36
Prezident İlham Əliyev: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
13 Noyabr 16:34
Hadi Rəcəbli: Büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir
13 Noyabr 16:33
Birləşmiş Ərəb Əmirlikləri indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə yatırıb
13 Noyabr 16:28
Naqif Həmzəyev: 2020-ci ilin sosialyönümlü büdcəsi əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb
13 Noyabr 16:26
Milli Məclisin Sədri Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşüb
13 Noyabr 16:13
Sahibə Qafarova: Bu gün Azərbaycan özünün inkişafında ən yüksək zirvəni yaşamaqdadır
13 Noyabr 16:10
Eldəniz Səlimov: Dünyada Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir
13 Noyabr 16:07
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
13 Noyabr 16:02
Futbol üzrə Azərbaycan kuboku turnirinin 2019-2020-ci illər mövsümünün püşkü atılıb
13 Noyabr 15:55
Los-Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib
13 Noyabr 15:53
Erməni diplomatlar tərəfindən Azərbaycana qarşı yönəlmiş çirkin əməllərin qarşısı alınır
13 Noyabr 15:46
Ticarət obyektlərinin sahibləri ilə görüşdə istehlakçı hüquqlarının qorunmasından bəhs olunub
13 Noyabr 15:43
“Made in Azerbaijan” brendli məhsullar “Food and Hotel China 2019” sərgisində
13 Noyabr 15:38
İlahiyyat İnstitutu: “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak etmiş tələbələrlə görüş
13 Noyabr 15:24
Eliy Abadi: Azərbaycan tolerantlıq ənənələrinə görə dünyanın ən qabaqcıl ölkələri sırasındadır
13 Noyabr 15:14
Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Şəhidlər xiyabanını ziyarət edib
13 Noyabr 14:51
Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub
13 Noyabr 14:28
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb
13 Noyabr 14:17
Hərbi Hava Qüvvələri əməliyyat təlimi çərçivəsində qarşıya qoyulan tapşırıqları icra edir
13 Noyabr 14:13
Ermənistan Azərbaycanla Gürcüstan arasında qardaşlıq və dostluq münasibətlərinə həmişə nifaq salmağa çalışır
13 Noyabr 14:08
Milli Məclisdə “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib
13 Noyabr 14:00
AzMİU ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında əlaqələr genişlənir
13 Noyabr 13:57
Hikmət Babaoğlu: “Azərbaycanda son illərin ən yaxşı inkişaf göstəriciləri bu il qeydə alınıb”
13 Noyabr 13:56
Nazir: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin turizm və investisiyaların cəlbi sahələrində əməkdaşlığı genişləndirilə bilər
13 Noyabr 13:52
Təhsil nazirinin müavini Ucar rayonunda
13 Noyabr 13:50
Sahil Babayev: 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq
13 Noyabr 13:05
Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb
13 Noyabr 13:02
Mikayıl Cabbarov: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi əməkdaşlığı daha da inkişaf edəcək
13 Noyabr 12:51
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb
13 Noyabr 12:21
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir
13 Noyabr 12:13
BŞBPİ: Bakıda yolu bağlayaraq avtomobillərə və vətəndaşlara hücum edən şəxslər saxlanılıblar
13 Noyabr 12:09
Xətai məktəbliləri Gəncə, Şəmkir, Göygöl rayonları üzrə ekskursiyaya çıxıblar
13 Noyabr 12:04
Bilal Dündar: Nəsiminin yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsü onun xatirəsinə böyük ehtiramdır
13 Noyabr 12:01
Ağcabədidə 18 kilometrlik yol yenidən qurulub
13 Noyabr 12:00
Getaçyu Engida: Azərbaycan regionda və dünyada sülhün və sabitliyin inkişafına töhfə verir
13 Noyabr 11:54
Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları Dövlət Sərhəd Xidməti tərəfindən mükafatlandırılıb
13 Noyabr 11:42
Sabunçuda sakinlərin problemləri dinlənilib
13 Noyabr 11:24
Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməyin sevincini yaşayırlar
13 Noyabr 11:17
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13 Noyabr 11:16
Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür
13 Noyabr 10:47
Bakı Ekspo Mərkəzində “Caspian Ecology” X Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi işə başlayıb
13 Noyabr 10:46
Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya yola düşüblər
13 Noyabr 10:37
Zaqatala məktəbliləri cənub bölgəsi ilə tanış olacaqlar
13 Noyabr 10:36
Ahmet Altay Cengizer: Azərbaycan güclü mədəniyyəti olan ölkədir
13 Noyabr 10:31
Cənub bölgəsinin məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyaya qoşulublar
13 Noyabr 10:25
Qax məktəblilərini cənub bölgəsində maraqlı ekskursiyalar gözləyir
13 Noyabr 10:16
Şimal rayonlarından olan yüzə yaxın məktəbli maarifləndirici tur-aksiyaya qoşulub
13 Noyabr 10:04
Avstraliyanın turizm saytı: Səfərə hazırlaşırsınızsa, Azərbaycanı seçin!
13 Noyabr 10:00
Bu gündən “Ölkəmizi tanıyaq” növbəti maarifləndirici tur-aksiya başlayır
13 Noyabr 09:51
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA