Ana səhifə »  Müsahibə »  Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları ölkəmizin iqtisadi potensialının artırılmasında mühüm rol oynamışdır
A+   Yenilə  A-
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları ölkəmizin iqtisadi potensialının artırılmasında mühüm rol oynamışdır

Milli Məclisin deputatı Tahir Mirkişili www.yap.org.az saytına müsahibə verib:
- Tahir müəllim, məlum olduğu kimi, Davosda keçirilən 49-cu Dünya İqtisadi Forumu və onun nəticələri hazırda gündəmin əsas mövzularından biri olaraq qalır. Ümumiyyətlə, Davos İqtisadi Forumunu qlobal platforma olaraq necə səciyyələndirərdiniz?
- Dünya İqtisadi Forumu siyasi liderlərin, iri biznes rəhbərlərinin, tanınmış insanların və jurnalistlərin iştirakı ilə dünyanın vacib problemlərinin və gələcəyinin müzakirə olunduğu platformadır.
Davosda keçirilən builki forumun əsas müzakirə mövzusu “Qloballaşdırma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal arxitekturanın formalaşdırılması” idi. Forumda 110 ölkənin siyasi və biznes elitası iştirak edirdi. İştirakçıların ümumi sayı 3000 nəfərə yaxın idi. Dünya İqtisadi Forumu bu cür mövzuların hərtərəfli və açıq müzakirə olunduğu ən böyük platformadır. Siyasi və biznes elitanın bir yerdə dünyanın bu gününü və gələcəyini müzakirə etmək imkanına sahib olması çox faydalıdır və bu baxımdan forum unikaldır. Hər kəs qəbul edir ki, mövcud problemlərin həlli və gələcək çağırışlara cavab vermək yalnız birlikdə fəaliyyət göstərmək və təcrübə mübadiləsindən keçir. Məhz Dünya İqtisadi Forumu hər kəs üçün bu imkanı yaradır.
XXI əsrin başlaması ilə dünyada yeni, rəqəmsal dövr başladı. Dördüncü sənaye inqilabı adlanan bu dövr bütövlükdə cəmiyyətdə və iqtisadiyyatda uzun illər ərzində formalaşmış münasibətlərə ciddi təsir etməyə başlamışdır. Qlobal inkişafın və təhlükəsizliyin əsas platforması dəyişikliklərə məruz qalmaqda, mövcud metodların səmərəsi azalmaqdadır. Belə bir şəraitdə inkişafa təkan verəcək yeni münasibətlərin formalaşmasına və onların yeni üsullarla tənzimlənməsinə ciddi ehtiyac yaranmışdır. Dünyada sürətlə informasiya kommunikasiya texnologiyalarının yayılması insanların, biznes subyektlərinin və hökumətlərin əvvəllər malik olmadığı imkanlara sahib olmasına imkan yaratmışdır. Məhz bu yeni imkanların dünyanın inkişafına, insanların rifahının daha da yaxşılaşmasına yönəldilməsi bu gün müzakirə olunan əsas məsələlərdəndir. Forumun da əsas mövzusunun dördüncü sənaye inqilabı ilə bağlı seçilməsi bu günün ən aktual mövzusu ilə üst-üstə düşür.
- Azərbaycan da forum üçün vacib tərəfdaşlardan biridir. Sizcə, Davos İqtisadi Forumunun ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir?
- Forumda iştirak edən dövlətlərin əsasən iki məqsədi olur. Birincisi, öz təcrübələri haqda məlumat vermək, əldə etdikləri uğurları və bu təcrübəni hər kəslə bölüşmək. İkincisi, forumun yaratdığı imkanlardan istifadə edərək ölkəyə investisiya cəlb etmək, xarici tərəfdaşlarla əməkdaşlığı daha da gücləndirməkdir.
Azərbaycan da Davos Forumunda iştirak etməkdə hər zaman maraqlı olub. 1995-ci ildən başlayaraq Azərbaycan bu forumda ölkə rəhbəri səviyyəsində iştirak edir. Bu il də Azərbaycan forumda ölkə Prezidenti səviyyəsində təmsil olundu. Prezident İlham Əliyev Dünya İqtisadi Forumunda on birinci dəfə iştirak etdi. Azərbaycan Dünya İqtisadi Forumunda iştiraka ölkədə həyata keçirilən iqtisadi islahatların yaratdığı yeni imkanları dünya ölkələrinə çatdırmaqla ölkəyə investisiyaların və texnologiyaların axınına zəmin yaratmaq imkanı kimi baxır. Dünyanın aparıcı iş adamları ilə birbaşa ünsiyyət, onlarda ölkə iqtisadiyyatına investisiya etimadının daha da artırılmasına çalışmaq və bunu müasir yanaşmalarla nümayiş etdirmək vacib bir imkandır və bu imkandan da Azərbaycan Prezidenti Öz görüşləri və çıxışları zamanı istifadə etdi. Forum çərçivəsində Azərbaycanın tranzit imkanlarından bəhs edən dövlət başçısının bütün ölkələri Azərbaycanın bu imkanlarından yararlanmağa çağırması hər kəs tərəfindən maraqla qarşılandı.
Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə Azərbaycan arasında əməkdaşlığın təməlinin qoyulması çox mühüm hadisədir və bu, dövlət başçısının apardığı islahatların dünyanın gələcək hədəfləri ilə uzlaşdırılmasına xidmət edir. Əməkdaşlıq həmçinin Azərbaycanın bu prosesə verə biləcəyi töhfələri artıracaq. Qlobal arxitekturanın yaradılmasında Azərbaycanın, Prezident İlham Əliyevin iştirakı xüsusi qürurvericidir!
- Tahir müəllim, yanvarın 29-da Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib. Konfransın əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik...
- 2004-cü ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bütövlükdə ölkənin iqtisadi potensialının artırılmasında və əhalinin maddi rifah halının yaxşılaşmasında mühüm rol oynamışdır. Keçən 15 il ərzində 3 Dövlət proqramının icrası nəticəsində Azərbaycan iqtisadiyyatı 3,3 dəfə artaraq dünya miqyasında rekord göstəriciyə imza artmışdır. İxracın 4,7 dəfə, valyuta ehtiyatlarımızın isə 24 dəfə artması və paralel olaraq iqtisadiyyata 250 milyard dollar investisiya qoyulması nəticəsində Azərbaycan güclü iqtisadiyyat qurmağa nail olmuşdur. İqtisadiyyatın sürətlə böyüməsi ölkədə 2 milyondan çox yeni iş yerinin açılmasına şərait yaratmışdır ki, bu da öz növbəsində əhalinin maaşlarının 7 dəfə, pensiyaların isə 9 dəfə artmasına gətirib çıxarmışdır. Ölkənin bütün regionlarında infrastruktur layihələrinin həyata keçirilməsi iqtisadi və sosial həyat şərtlərini kəskin yaxşılaşdırmış və bütün sahələrin inkişafı üçün zəmin yaratmışdır.
Məhz bu proqramların icrası nəticəsində ölkəmizdə inklüziv inkişaf səviyyəsi artmış, regionlarda yaşayan insanlar üçün əsasən bərabər şərait yaradılmışdır. Bütün bunlarla yanaşı, qarşıda duran müasir çağırışlar və həyata keçirilən iqtisadi islahatlar regionların sosial-iqtisadi inkişafının ardıcıl olaraq davam etdirilməsini, yeni layihələrin həyata keçirilməsini labüd edir. Ölkənin dayanıqlı və inklüziv inkişafına nail olmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən aparılan geniş islahatlar paketi regionların inkişafına da mühüm təsir edir və görülən uğurlu işlərin davam etdirilməsi, qəbul edilən yeni 4-cü proqram regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, bütövlükdə Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafının təmin edilməsi və əhalinin rifah halının daha da yaxşılaşması yönümündə hazırlanmış mühüm Dövlət proqramıdır.
- Sizcə, regionlarda emal sənayesinin və kənd təsərrüfatının inkişafı respublikamızın ixrac potensialının daha da artırılmasına nə dərəcədə təsir göstərəcək?
- Regionlarda ciddi sənayeləşmə prosesi gedir. Sənaye parklarının yaradılmasının geniş vüsət alması və qeydiyyatdan keçən rezidentlərin sayının 67-yə çatması bu sahədə ixrac potensialını da ciddi artırmaqdadır. Ölkəmizdə sənayenin inkişafında yeni əlavə dəyərin yaradılması ilə müşayiət olunan yeni dövr başlayıb. Bu həm emal sənayesində, həm də yüngül və kimya sənayesində müşahidə olunur. Müasir texnologiyaların tətbiqi ilə qurulan yeni sənaye müəssisələri rahatlıqla xarici bazarlara məhsul sata bilirlər ki, bu, hər növbəti ildə ölkəmizin sənaye məhsulları ixracının artımına səbəb olamaqdadır. Xarici ölkələrə təşkil olunan ixrac missiyaları, xarici ölkələrdə açılan ticarət evləri Azərbaycan məhsullarının ixracı üçün yeni imkanlar və yeni bazarlar yaratmaqdadır.
Kənd təsərrüfatı sahəsində məhsuldarlığın artması və bu sahədə innovasiyaların tətbiqi üçün genişmiqyaslı işlərə başlanılması kənd təsərrüfatı məhsullarının ixracının həcminin artmasına rəvac verməkdədir. Bu, digər tərəfdən, idxalı əvəz etməklə ölkədən valyuta çıxmasının qarşısını alır. Kənd təsərrüfatı sahəsində böyük dövlət dəstəyi mexanizmlərinin tətbiqi insanlara bu sahəyə marağı artırmış və məhsul istehsalını rentabelli etmişdir. Ənənəvi bazarlarla yanaşı, yeni bazarlara çıxış imkanı əldə edən ölkə fermerləri bir çox kənd təsərrüfatı məhsulları ixracından xeyli gəlir əldə etməkdədirlər. Xarici bazarlarda yüksəkkeyfiyyətli və orqanik Azərbaycan məhsullarına olan tələbat ixrac potensialının xeyli böyük olduğunu deməyə əsas verir. Eyni zamanda, kənd təsərrüfatı sahəsində emal sənayesinin inkişafı yüksək əlavə dəyərli məhsulların istehsal edilməsinə imkan yaratmaqdadır ki, bu da ixracın həcmini artırmaqla yanaşı, yerli istehsalçılara daha çox mənfəət əldə etməyə imkan verəcəkdir.

 
  • Oxunub:  4740  |  
  • Tarix:  31-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır
19 Aprel 17:45
Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib
19 Aprel 17:43
YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirib
19 Aprel 17:36
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
19 Aprel 17:27
Ermənistanda saxta hökumət fəaliyyət göstərir
19 Aprel 17:27
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
19 Aprel 17:24
Maliyyə Nazirliyi birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 Aprel 17:21
Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır
19 Aprel 17:18
Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb
19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19 Aprel 16:39
Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir
19 Aprel 16:32
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
19 Aprel 16:29
Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19 Aprel 16:25
Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi
19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb
19 Aprel 14:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
19 Aprel 14:07
Azərbaycanla İran gömrük xidmətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
19 Aprel 14:01
Birinci rübdə Gürcüstan Azərbaycandan 22,2 milyon dollarlıq elektrik enerjisi alıb
19 Aprel 13:55
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
19 Aprel 13:50
Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik
19 Aprel 13:46
Rusiyalı tarixçi: Ermənilər qədim keçmişə sahib olmadıqları üçün hansısa yolla öz mövcudluqlarını saxlamaq məcburiyyətindədirlər
19 Aprel 12:54
Millət vəkili: Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edəcək
19 Aprel 12:44
Ekologiya və təbii sərvətlər naziri Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinləyib
19 Aprel 12:41
“Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi başa çatıb
19 Aprel 12:40
AMEA-nın Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının xatirəsi anılıb
19 Aprel 12:38
Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edib
19 Aprel 12:35
ADU-da “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 12:34
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
19 Aprel 12:31
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19 Aprel 12:29
Nqiem Vu Kay: Coğrafi baxımdan uzaqda yerləşən Azərbaycanın Vyetnama çox isti münasibəti var
19 Aprel 11:56
“Azərbaycan Respublikasının innovasiya strategiyası”nın layihəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb
19 Aprel 11:53
YAP Səbail rayon təşkilatında könüllülər birliyinin təqdimatı keçirilir - YENİLƏNƏCƏK
19 Aprel 11:51
“İçərişəhər” və “Qala” qoruqlarında “Açıq qapı” günü keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA