Ana səhifə »  Müsahibə »  20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq mübarizəsində mühüm yer tutur
A+   Yenilə  A-
20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq mübarizəsində mühüm yer tutur

Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli www.yap.org.az saytına müsahibə verib:
- Fəzail müəllim, xalqımız bu günlər 20 Yanvar faciəsinin 29-cu ildönümünü, şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir. Sizcə, 20 Yanvar hadisəsinin Azərbaycan tarixində yeri və rolu nədən ibarətdir?
- Ümumiyyətlə, 20 Yanvar hadisəsi xalqımızın şərəf, ləyaqət və eyni zamanda, faciə tarixidir. Qeyd edim ki, bu hadisənin dərin kökləri mövcuddur. 20 Yanvar faciəsi Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra sovet hökumətinin 1920-ci ildən 1990-cı ilə qədər apardığı anti-Azərbaycan, antimilli siyasətinin sonuncu akkordu idi. Sovet hökuməti qurulduqdan sonra Azərbaycanın dilinə, dininə, əxlaqına, mədəniyyətinə zidd olan yeni sosial-siyasi proseslər başladı.
Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk illərdə minlərlə insan güllələnib. İlk bir il ərzində 48 min insanın güllələnməsi əslində soyqırımı deməkdir. Daha sonra məlum repressiya illərində də minlərlə azərbaycanlı öldürüldü. İkinci Dünya müharibəsindən sonra isə azərbaycanlılara qarşı deportasiya baş verdi, soydaşlarımız öz dədə-baba yurdlarından zorla köçürüldülər. Bunların hamısı bir zəncirin həlqələri idi. 20 Yanvar faciəsi isə zəncirin son həlqəsi idi.
Hesab edirəm ki, Yanvar hadisələri də məhz Dağlıq Qarabağ məsələsi üzərində yarandı. Keçmiş SSRİ rəhbərliyi Azərbaycan xalqını susdurmaq, milli azadlıq mübarizəsini qırmaq üçün fürsət gözləyirdi. Bəzi hadisələrin baş verməsinə Kremlin özü şərait yaratdı ki, Bakıya qoşun yeritsin. Beləliklə, 1990-cı il yanvarın 19-da Azərbaycana, Bakıya hücum edildi. Hücumu kriminal adamlardan, narkomanlardan formalaşdırılan dəstələr həyata keçirdi. 29 il əvvəl keçmiş sovet ordusu tərəfindən törədilən bu qanlı aksiyalar nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq, həmçinin sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi. Sovet ordusunun vəhşilikləri təkcə həmin gecə ilə məhdudlaşmadı və hələ bir müddət müxtəlif yerlərdə dəhşətli qətliamlar davam etdirildi. Bu faciənin miqyasının geniş olması üçün SSRİ rəhbərliyi öncədən “lazımi” addımları atmışdı. Belə ki, təxribat planına uyğun olaraq əvvəlcədən televiziyanın enerji bloku partladıldığından radio və televiziya verilişlərinin yayımı dayandırılmışdı, eyni zamanda, qəzetlər də nəşr olunmurdu. Mərkəzi mətbuat və Rusiyanın televiziya kanalları isə hadisəni təhrif edən yalan məlumatlar yaymaqda idi. Nəticədə, görünməmiş zorakılıqla üzləşən, qanı küçələrə axıdılan insanlar informasiyasız və köməksiz durumda acınacaqlı vəziyyətdə qalmışdılar.
Amma bu hadisə xalqımızın azadlıq mübarizəsini qıra bilmədi. Yanvar hadisələri tariximizə qanlı hadisə kimi yazıldı. Bütün bu qanlı hadisələrdə ermənilərin rolu böyük olub.
20 Yanvar faciəsi baş verəndən sonra Azərbaycan öz müstəqilliyini bərpa etdi. Ona görə də, hesab edirəm ki, 20 Yanvar şərəf və ləyaqət tarixidir. Bir təsəllimiz var ki, bu gün müstəqil Azərbaycan dövləti mövcuddur. Azadlığımız uğrunda mübarizə öz məntiqi nəticəsinə çatdı, xalqımız öz dövlətinin müstəqilliyini yenidən bərpa etdi. Bu gün müstəqil dövlətimizlə hər bir vətəndaşımız qürur duyur.
- 20 Yanvar faciəsinin qarşısını almaq mümkün idimi? Ovaxtkı respublika rəhbərliyi xalqın maraqlarına uyğun siyasət aparmırdı. Onların səriştəsizliyi və qətiyyətsizliyi bu faciənin baş verməsinə nə dərəcədə təsir etdi?
- Həmin illərdə Azərbaycana rəhbərlik edən Kommunist Partiyasının başçıları Moskvadan gələn göstərişləri yerinə yetirirdilər. Respublikaya “rəhbərlik” edən səriştəsiz qüvvələrin bu məsələyə biganə qalması, hər vəchlə hadisənin mahiyyətini gizlətməyə çalışmaları bir daha sübut etdi ki, bəhs olunan qüvvələr Moskvanın kölgəsi altında, kölə psixologiyası ilə yaşayır və xalqın ali mənafeyini mərkəzin imperialist maraqlarına qurban verməkdən çəkinmirdilər. Törədilmiş cinayət və onun nəticələri aşkar olduğu halda, respublika rəhbərliyi baş vermiş faciənin mahiyyətini hər vasitə ilə ört-basdır etməyə cəhd göstərirdi. Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də 20 Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın əksər siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını bir daha təsdiq etdi.
Moskva elə adamları rəhbər təyin etmişdi ki, hər bir əmrə tabe olsunlar. Şübhəsiz, 20 Yanvar faciəsinin baş verməsində Azərbaycan hakimiyyətinin qətiyyətsizliyi də müəyyən rol oynadı. Əgər respublikanın başçısı keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovla ciddi şəkildə danışıqlar aparsaydı, bəlkə də, qırğının qarşısı alına bilərdi. Bu mənada, hesab edirəm ki, əgər vətənpərvər, xalqın maraqlarını qoruyan insanlar hakimiyyətdə olsaydılar, 20 Yanvar faciəsinin qarşısı alınardı. Şübhə etmirəm ki, Ümummilli liderimiz Heydər Əliyev respublikanın rəhbəri olsaydı, bu faciə də baş verməzdi. Çünki Heydər Əliyev böyük siyasətçi idi və hər zaman xalqının maraqlarını öndə tuturdu.
- 20 Yanvar faciəsi ərəfəsində Azərbaycan informasiya blokadasına alınmışdı. Amma o zaman Moskvada yaşayan Ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsi ilə bağlı çıxış edərək sovet rejiminin xalqımıza qarşı törətdiyi cinayəti bütün dünyaya bəyan etdi. Bu bəyanatın tarixi əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- 20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı iflic vəziyyətinə - informasiya blokadasına salınmış, radio, televiziya susdurulmuş, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. O günlərdə Azərbaycan xalqı sanki başsız qalmışdı. Belə ağır vəziyyətdə xalqına həyan çıxan o vaxt siyasi səhnədən kənarda olan Ümummilli lider Heydər Əliyev oldu. O, böyük cəsarət nümayiş etdirərək yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində mətbuat konfransı keçirdi, 20 Yanvar faciəsinin mahiyyətini açıqladı. İmperiya rəhbərliyini qatil adlandıran Heydər Əliyev faciənin törədilmə səbəblərini və təşkilatçılarının adlarını açıqladı. 20 Yanvar faciəsini törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsini qətiyyətlə tələb edən Heydər Əliyev baş vermiş faciə ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verdi. Ulu öndərin Moskva nümayəndəliyindəki tarixi çıxışının mətni bütün maneələrə baxmayaraq, dünyaya yayıldı. Bu çıxış məhz o zaman informasiya blokadasında olan Azərbaycanda baş verən 20 Yanvar faciəsinə əsl siyasi qiymət idi.
- Fəzail müəllim, bu gün şəhid ailələrinə göstərilən diqqət və qayğını necə qiymətləndirirsiniz?
- Təbii ki, bütün şəhidlərimizin xatirəsi daim anılmalı, onların ailələri diqqət mərkəzində olmalıdır. Çünki şəhidlər milli iftixarımızdırlar. Qeyd edim ki, 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Ulu öndər Heydər Əliyev bu məsələni diqqət mərkəzində saxladı. Məhz Onun təşəbbüsü ilə ölkə parlamenti 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi. Həmçinin 20 Yanvar şəhidlərinin adları əbədiləşdirildi, onların ailələri qayğı ilə əhatə olundu. Bu gün Prezident İlham Əliyev tərəfindən bu kurs davam etdirilir və 20 Yanvar şəhidlərinin ailələrinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır.
Bilirsiniz ki, Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslərə verilən Prezident təqaüdü davamlı olaraq artırılır. Bu addımlar bütün cəmiyyətimiz tərəfindən yüksək qarşılanır. Çünki şəhidlərin xatirəsinin uca tutulması cəmiyyətimizdə vətənpərvərlik ruhunun daim yüksəlməsi üçün mühüm rol oynayır.
Xalqımız, dövlətimiz hər il 20 Yanvar faciəsi qurbanlarını yad edir. Hadisənin üzərindən artıq 29 il keçməsinə baxmayaraq, keçmiş SSRİ ordusunun azərbaycanlılara qarşı törətdiyi bu qırğınla bağlı respublikada və ölkədən kənarda geniş tədbirlər, müxtəlif aksiyalar keçirilir. Bütün bunlar 20 Yanvar şəhidlərinin əziz xatirəsinə olan dərin ehtiramın ifadəsidir.

 
  • Oxunub:  7680  |  
  • Tarix:  19-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib

23 Avqust 17:58
Azərbaycan Prezidenti milli bayram münasibətilə ukraynalı həmkarını təbrik edib
23 Avqust 17:48
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurası xeyriyyə aksiyası keçirəcək
23 Avqust 17:39
Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalının ildönümü ilə bağlı tədbir keçirilib
23 Avqust 17:26
Vergilər naziri Qubada vətəndaşları qəbul edib
23 Avqust 17:21
Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər
23 Avqust 17:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə başlayıb
23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
23 Avqust 09:44
Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub
23 Avqust 09:43
UEFA Avropa Liqasının play-off mərhələsinin oyunları keçirilib
23 Avqust 09:40
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib
23 Avqust 09:36
Birinci xanım nümunəsi: Azərbaycan qadınının xeyirxahlığı, müasirliyi və fəallığı modeli
23 Avqust 09:33
Koreya Respublikasının Azərbaycandakı səfiri Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisi ilə tanış olub
23 Avqust 09:31
“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır
23 Avqust 09:29
Əli Kərimlinin budəfəki avantürası alınmadı
22 Avqust 22:13
“Linfild” və “Qarabağ” komandalarının start heyətləri məlum olub
22 Avqust 22:10
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22 Avqust 20:47
“KOB Dostu” Xəzər rayonunda sahibkarlara xidmət göstərəcək
22 Avqust 20:45
Kiçik dövlət müəssisələrində çalışanlar güzəştli satışı xidmətindən elektron formada istifadə edə bilər
22 Avqust 20:38
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır
22 Avqust 20:32
Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edib
22 Avqust 20:28
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22 Avqust 18:14
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfrans keçirilib
22 Avqust 18:11
Beynəlxalq Cüdo Federasiyasının növbəti konqresi keçirilib
22 Avqust 17:43
AFFA-da “Elit məşq” layihəsinin təqdimatı olub
22 Avqust 17:40
Bəhruz Quliyev: Belə hadisələrin siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik
22 Avqust 17:06
Bakı metrosunda daha iki yeni qatar xəttə buraxılıb
22 Avqust 17:01
Flora Qasımova: İqtisadi və siyasi böhran işğalçı Ermənistanı uçuruma aparır
22 Avqust 17:00
Mübariz Qurbanlı: Bu il Azərbaycanda dünya din xadimlərinin sammiti keçiriləcək
22 Avqust 16:59
Pərvin Kərimzadə: Azərbaycanda həyata keçirilən uğurlu siyasət istənilən hədəflərə nail olmağa əlverişli şərait yaradır
22 Avqust 16:53
Baş Prokurorluqda Tofiq Yaqubluya xəbərdarlıq edilib
22 Avqust 16:31
Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür
22 Avqust 16:29
Məcburi köçkün məktəbləri üzrə şagirdlərin elektron yerdəyişməsinə avqustun 26-dan başlanılacaq
22 Avqust 16:25
Azərbaycan XİN separatçı rejimin hesabatının BMT-də yayılmasına münasibət bildirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+35 +38
gecə+20 +24