Ana səhifə »  Müsahibə »  Azərbaycan Prezidenti İlham Əliyevin müasir dünyanın qlobal tələblərinə uyğun siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib
A+   Yenilə  A-
Azərbaycan Prezidenti İlham Əliyevin müasir dünyanın qlobal tələblərinə uyğun siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov www.yap.org.az saytına müsahibə verib:
- Fuad müəllim, qarşıdan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Hazırda beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi bir şəraitdə dünyada yaşayan azərbaycanlıların həmrəyliyinin daha da gücləndirilməsi aktual məsələlərdən biridir. Bu mənada, dövlətimizin diaspor siyasətinin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...
- 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılması, diaspor quruculuğunun dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi bu sahədə xüsusi dövlət qurumunun yaradılması ilə nəticələndi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən 2002-ci ilin 5 iyulunda “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzalandı. 2008-ci ildə isə ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bu illər ərzində azərbaycanlıların təşkilatlanması istiqamətində müəyyən işlər görüldü, türkdilli ölkələrin diaspor təşkilatları ilə əlaqələr quruldu və birgə fəaliyyət strategiyası qəbul olundu. Dünyada gedən qloballaşma prosesi, xalqlar arasında sürətli inteqrasiya meyillərinin güclənməsi bu gün diaspor quruculuğu sahəsində daha effektiv işlər görməyi qaçılmaz edir. Əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu diaspor siyasətinin mahiyyəti azərbaycanlıların tarixi vətənləri ilə əlaqələrini inkişaf etdirməkdən, xaricdə yaşayan azərbaycanlıların mədəni-siyasi hüquqlarını müdafiə etmək və eyni zamanda, diasporun potensialından faydalanaraq dövlətlərarası münasibətlərin inkişafına töhfə verməkdən, ölkəmizin milli maraqlarının təbliğinə və siyasi arenada təsir gücünün artmasına şərait yaratmaqdan ibarət idi. Mövcud vəziyyət belə deməyə əsas verir ki, Azərbaycan bu məqsədlərə çatmaq üçün xeyli yol qət edib.
XX yüzilliyin sonlarında dünyada baş vermiş mürəkkəb ictimai-siyasi proseslər, Sovet İttifaqının süqutu, birqütblü dünyanın yaranması, yeni müstəqil dövlətlərin meydana çıxmasından sonra diaspor quruculuğu işinin əhəmiyyəti daha da artmağa başladı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan milli dövlət quruculuğu, iqtisadi, demokratik inkişaf, beynəlxalq aləmdə tutduğu mövqeyinə görə regionun lider dövlətinə çevrildi. Bu inkişaf həm də Azərbaycan diasporunun yaranması, onun formalaşması, təşkilatlanması, mütəşəkkil qüvvəyə çevrilməsinə şərait yaratdı. Əldə edilmiş nailiyyətlər, eyni zamanda, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsi, ölkəmizin milli maraqları ətrafında sıx birləşməsi üçün güclü zəmin formalaşdırdı. Soydaşlarımızın tarixi Vətənlə əlaqələrini daha da gücləndirmək istiqamətində Ümummilli liderin atdığı mühüm addımlar tədricən nəticəsini verməyə başladı və 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi kimi tarixi hadisə baş verdi. Dünya azərbaycanlıları ilk dəfə olaraq Bakıda bir araya gəldilər, qarşıda duran vəzifələri, problemləri, onların aradan qaldırılması yolları müzakirə edildi. Ümummilli liderin diaspor quruculuğu sahəsində ardıcıl olaraq həyata keçirdiyi uzaqgörən siyasəti nəticəsində Azərbaycan diasporunun tarixində yeni bir mərhələ başladı.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin müasir dünyanın qlobal tələblərinə uyğun siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr möhkəmlənib, haqq səsimizin dünyaya çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi istiqamətində bir sıra nailiyyətlərə imza atılıb. Bəzi ölkələrin diaspor təcrübəsinə baxdıqda görünən odur ki, diaspor ilə sarsılmaz bağlar qura bilən ölkələr beynəlxalq arenada daha güclü tərəfə çevrilirlər. Ölkəmiz də məhz bu hədəfə doğru irəliləyir. Qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirərək diaspor quruculuğu işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində önəmli addımlar atmaqdadır.
Bu istiqamətdə Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda ictimai-siyasi xadim kimi böyük işlər görən birinci xanım, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna rolu xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaradılan internet portalı (http://www.justiceforkhojaly.org), müxtəlif dillərdə hazırladığı “Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə problemin kökləri, səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb.
Daha dəqiq desək, Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.
Bu gün Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində daha bir yeni mərhələ başlayıb. Müasir dünyanın çağırışları yeni diaspor strategiyasının hazırlanmasını zəruri etdiyindən Diasporla İş üzrə Dövlət Komitəsinin yeni “Strateji Yol Xəritəsi” işlənib hazırlanıb və icrası istiqamətində addımlar atılır.
- Fuad müəllim, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunduqdan sonra sizin ilk işlərinizdən biri xaricdəki diaspor nümayəndələri ilə görüşlərin keçirilməsi oldu. Bu görüşlərdən çıxan nəticələr nədən ibarətdir?
- Dövlət Komitəsi tərəfindən ölkə başçısının tapşırıqlarına, Komitənin Əsasnaməsinə və digər normativ-hüquqi sənədlərə uyğun olaraq dünya azərbaycanlılarının birləşdirilməsi, soydaşlarımızın fəaliyyətinin koordinasiya edilməsi, diaspor hərəkatının gücləndirilməsi, milli-mədəni irsin təbliği, işğal edilmiş ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və həmvətənlərimizin xarici ölkələrin ictimai-siyasi həyatında fəal mövqe tutması, siyasi-iqtisadi təsir imkanlarına malik olması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycanın diaspor təşkilatlarının dayanıqlı əsaslar üzərində qurulması və daha güclü təməllərlə fəaliyyət göstərməsi üçün dövrün tələblərinə uyğun yeni strateji istiqamətlər müəyyənləşdirilib. Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyinatımdan sonra strateji hədəflərə yönələn yenilənmiş fəaliyyət proqramı çərçivəsində artıq intensiv tədbirlərin həyata keçirilməsinə başlanılıb. Türkiyə, Fransa, Almaniya, Rumıniya, Ukrayna, Rusiya, Gürcüstan, İsveçrə, İsveç, Hollandiya, Çin və Amerika Birləşmiş Şatatlarına səfərlər edilib, soydaşlarımız və diaspor fəalları ilə görüşlər keçirilib, onların problemləri öyrənilib və həlli istiqamətində əməli tədbirlər görülür. Diaspor təşkilatları arasında birliyin təmin edilməsi, soydaşlarımızın vahid məqsəd ətrafında birgə fəaliyyətinə nail olunması məqsədilə Almaniya, Fransa, İsveçrə, İsveç, Hollandiya, Skandinaviya və Amerika Birləşmiş Ştatlarında Azərbaycanlıların Koordinasiya Şuraları təsis edilib. Eyni zamanda, bu ölkələrdə Azərbaycanın diaspor fəaliyyətinin səmərəliliyinin artırılması və tədricən güclü lobbiçilik ənənələrinə keçid istiqamətlərinin müəyyənləşdirilməsi üçün Komitə rəsmilərinin həmin ölkələrdə tarixi əhəmiyyət kəsb edən bir sıra görüşləri keçirilib. Bu gün dünyanın təqribən 50 ölkəsində 556 diaspor təşkilatı mövcuddur. Ümumiyyətlə isə son 8 ayda Dövlət Komitəsinin nümayəndə heyəti 11 ölkədə diasporumuz ilə görüşlər keçirib, onların vəziyyəti ilə yerindəcə tanış olunub və fikir mübadiləsi aparılıb.
Dünyada yaşayan azərbaycanlı gənclərin birliyinin daha da möhkəmləndirilməsi yolunda atılmış növbəti addımlardan biri bu ilin avqust ayında 37 ölkədən 140 gəncin iştirakı ilə “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsinin keçirilməsi və burada “Azərbaycan Diaspor Gəncləri” şəbəkəsinin təsis edilməsidir. Bir sözlə, soydaşlarımızın yaşadıqları dövlətlərin cəmiyyətinə dərindən inteqrasiya olunması, həmin ölkələrin ictimai-siyasi, iqtisadi və mədəni həyatında getdikcə daha fəal rol oynaması zəruridir. Bunlar respublikamızın beynəlxalq əlaqələrinin genişlənməsinə, Azərbaycan reallıqlarının dünyaya daha yaxşı təqdim olunmasına, zəngin və çoxşaxəli mədəni irsimizin təbliğinə əlverişli şərait yaradır. Eyni zamanda, dünyanın müxtəlif şəhərlərində artıq fəaliyyətə başlayan, gələcəkdə digər ölkələrdə də açılması nəzərdə tutulan Azərbaycan mədəniyyət mərkəzləri və Azərbaycan dili məktəbləri diasporumuzun imkanlarını daha da artırır. Azərbaycan dövlətinin dəstəyi, ölkə başçısı cənab İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza qayğısı və bu istiqamətdə verdiyi tapşırıqlar diaspor təşkilatlarımızın bundan sonra da öz səylərini daha da gücləndirəcəyinə böyük ümidlər yaradır.
- Dövlət Komitəsi tərəfindən xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində hansı addımlar atılır?
- Xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının təmin olunması ilə əlaqədar dünyadakı beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin miqrasiya və bilavasitə diaspora məsul dövlət orqanları, qeyri-hökumət qurumları, Azərbaycandakı beynəlxalq təşkilatlar və səfirliklər ilə birbaşa əməkdaşlıq yaradılıb. Səfərdə olduğumuz hər bir ölkədə müvafiq qurumlarla da görüşlər keçirir, soydaşlarımızın problemlərini onların diqqətinə çatdırır, problemlərin həlli yolları ilə bağlı müzakirələr aparır və dəstək olmağa çalışırıq. Almaniya və Fransa DİN, ABŞ Dövlət Departamenti, dünyanın bir çox elm və təhsil ocaqları ilə əməkdaşlıq qurulub. Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı daha bir vacib təşəbbüsə qoşulub. Azərbaycanlıların xarici ölkələrdə insan alverinin qurbanına çevrilməsinin qarşısının alınması və eyni zamanda, qurban olmuş şəxslərin xilas edilməsi işinə Dövlət Komitəsi, eləcə də xaricdəki Azərbaycan diaspor təşkilatlarının cəlb edilməsi üçün Beynəlxalq Miqrasiya Təşkilatı ilə müzakirələr aparılır. Bununla birgə, soydaşlarımız və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədi ilə Komitədə Milli Məclisin nümayəndələrinin iştirakı ilə müvafiq işçi qrupu yaradılıb. Bu istiqamətdə xarici təcrübə öyrənilərək, qanunun ilkin variantı hazırlanıb. Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Türkiyə Respublikasında şəxsiyyəti təsdiq edən sənədləri olmadan məskunlaşmış azərbaycanlıların problemlərinin həlli, soydaşlarımızın müvafiq sənədlər əldə etməsi istiqamətində davamlı işlər görülür. Bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və s. digər əlaqədar qurumların əməkdaşlarından ibarət işçi qrupu yaradılıb. İşçi qrupu Türkiyəyə ezam edilərək müvafiq görüşlər keçirib. Səfər zamanı işçi qrupu tərəfindən soydaşlarımızın sənədləri toplanaraq onların hazırlanması üçün müvafiq dövlət qurumlarına təqdim edilib. Bu istiqamətdə digər ölkələrdə də iş aparılır. Bizə daxil olan müraciətlərə görə, bir neçə ölkədə həmvətənlərimizlə bağlı analoji problemlər var və bu istiqamətdə yaxın gələcəkdə digər dövlət qurumları ilə birgə fəaliyyətə başlanılacaq.
Soydaşlarımızın hüquq və azadlıqlarından danışarkən Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini də unuda bilmərik. Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı məsələ hər zaman ölkə rəhbərliyinin və komitənin diqqətindədir. Gürcüstan hökuməti də bu problemlərin həlli istiqamətində addımlar atıb. Bu ilin iyun ayında Dövlət Komitəsinin nümayəndə heyəti ilə Gürcüstanda səfərdə olduq, azərbaycanlılar yaşayan bölgələrdə yerli sakinlərlə görüşüb onların problemləri, qayğıları ilə tanış olduq, icra orqanlarının nümayəndələri və bir sıra rəsmi qurumlarda görüşlər keçirdik.
Dilimizin qorunması və yaşadılması, soydaşlarımızın assimilyasiya deyil, inteqrasiya etməsi hər zaman aktualdır və Dövlət Komitəsi olaraq da bu məsələlər qarşımızda qoyulan əsas vəzifələrdəndir. Bu istiqamətdə də davamlı işlər görülür, məsələn, bu yaxınlarda İsveçrədə “Qarabağ” adlı Azərbaycan dili və mədəniyyəti məktəbi açılaraq, soydaşlarımızın istifadəsinə verilib, Fransanın Nant şəhərində də belə bir tədris ocağının açılması planlaşdırılır.
Hazırda Komitə xaricdə Azərbaycan məktəblərinin sayının artırılması, soydaşlarımızın dilimiz, tariximiz, mədəniyyətimiz və ümumilikdə ölkəmiz haqqında daha geniş informasiyalar əldə etməsi üçün ardıcıl addımlar atır. Amma görülən işlər yalnız məktəblərlə tamamlanmır. Bir sıra ölkələrdə müvafiq kurslar fəaliyyət göstərir. Davamlı olaraq fəaliyyət göstərən kurslarda Azərbaycan dilinin, mədəniyyətinin incəlikləri nəinki soydaşlarımıza, onların övladlarına, eyni zamanda, xarici ölkə vətəndaşlarına da öyrədilir.
Beləliklə də, Azərbaycan dili və mədəniyyətinin təbliği ilə yanaşı, həm də Azərbaycanın zəngin tarixi-mədəni irsə malik olduğu, azərbaycanlıların tolerant və sülhpərvər bir xalq olduğu bir daha dünyaya bəyan edilir. Eyni vaxtda, istər məktəblərin, istərsə də kursların fəaliyyətində Azərbaycan həqiqətlərinin təbliği, torpaqlarımızın işğalı, Qarabağ problemi ilə bağlı informasiyaların dünya ictimaiyyətinə çatdırılması əsas hədəflərdən biri kimi diqqətdə saxlanılır.
- Xarici ölkələrin diaspor siyasətinə cavabdeh dövlət qurumları və müxtəlif xalqların diaspor təşkilatları ilə qarşılıqlı əməkdaşlığa dair hansı addımlar atılıb və bu istiqamətdə gələcək planlarınız nədir?
- Dövlət Komitəsi ilk dəfə olaraq xarici ölkələrin diaspor siyasətinə cavabdeh dövlət qurumları ilə qarşlıqlı əməkdaşlıq haqqında Memorandum imzalayıb. Bu anlaşma ilk olaraq bizimlə Rumıniyanın Xaricdə Yaşayan Rumınlarla İş üzrə Nazirliyi arasında baş tutub. Sənəd iki strateji tərəfdaş ölkənin diasporunun birgə əməkdaşlığını və təcrübə mübadiləsini nəzərdə tutur. Memorandum iki ölkə diasporlarının yaxınlaşması, birgə fəaliyyət göstərməsi, layihələrin yerinə yetirilməsi, bir-birinin təcrübəsindən bəhrələnməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Rumıniyaya səfər çərçivəsində, eyni zamanda, Xaricdə Yaşayan Rumınlarla İş Komissiyasının sədri senator Viorel Riçard Badea, Rumıniyanın Baş naziri Viorika Dançilanın iş aparatında dövlət müşaviri Andreea Pastarnak və Baş nazirin strateji tərəfdaşlıqların tətbiqi üzrə müavini Ana Birçal ilə görüşlər keçirilib. Görüşlərdə iki ölkə diasporları arasında əməkdaşlığın istiqamətləri müzakirə olunub. 2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılması haqda Birgə Bəyannamə və Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının vacibliyinə toxunulub, iqtisadi əlaqələrin, qarşılıqlı sərmayə qoyuluşlarının genişləndirilməsinin önəmi qeyd edilib. İmzalanmış Memorandumla əlaqədar xüsusi işçi qrupu yaradılıb və artıq sənəd üzərindən əməli işə keçilib. Belə ki, bu ayın əvvəlində Diasporla İş üzrə Dövlət Komitəsi ilə Rumıniyanın Xaricdəki Rumınlarla İş üzrə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu Buxarestdə görüşüb, gələcək əməkdaşlığın istiqamətlərini müzakirə edib.
Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqraba Toplulukları İdarəsi ilə Komitə arasında da “Diasporla iş sahəsində əməkdaşlığa dair anlaşma Memorandomu” imzalanıb. Bu sənəd qardaş ölkənin analoji qurumu ilə daha sıx və səmərəli əməkdaşlığa şərait yaradacaq. Hazırda İsveçrə, Meksika, Misir və İsrailin diaspor üzrə məsul dövlət qurumları ilə də memorandumun imzalanması üçün danışıqlar aparılır. Xüsusi qeyd olunmalıdır ki, son dövrdə digər xalqların diasporları ilə, konkret olaraq dünyanın müxtəlif yerlərində yaşayan yəhudi, rusdilli diasporlar və Pakistan, Meksika, Koreya diasporları ilə də əlaqələr yaradılıb, sıx əməkdaşlıqların qurulması istiqamətində əməli iş aparılır.
- Məlumdur ki, hər bir yeni dövrün yeni çağırışları mövcuddur. Rəhbərlik etdiyiniz Dövlət Komitəsi bu çağırışlara cavab vermək üçün nə kimi işlər görməyi nəzərdə tutur? Bu istiqamətdə innovativ addımlar nədən ibarət olacaq?
- Bu gün ölkəmizdə innovativ inkişaf üçün ciddi addımlar atılır və ildən-ilə genişlənir. Bu prosesdə informasiya texnologiyaları sahəsi mühüm rola malikdir. Dövlət Komitəsi də informasiya-kommunikasiya texnologiyalarının imkanlarından yararlanaraq müxtəlif innovativ layihələr həyata keçirməkdədir. Məsələn: Dövlət Komitəsinin rəsmi internet saytı yeni tərtibatda, üç dildə istifadəyə verilib, diasporamap.com inforqrafik xəritə platformasını istifadəyə verdik, müxtəlif ölkələrdəki diaspor təşkilatlarını və tanınmış azərbaycanlıları ölkələr üzrə topladıq. Dövlət Komitəsinin loqo və üslubunu çoxsaylı təkliflər nəzərə almaqla yenidən tərtib etdik, multimedia məhsullarının sayını artırmaqla Dövlət Komitəsi haqqında informasiya boşluğunu doldurmağa nail olduq. Video və inforqrafik çarxlar, slayd və təqdimat xarakterli informasiyalar saytımızın və sosial şəbəkələrin köməyi ilə geniş ictimaiyyətə çatdırılır.
Komitənin internet televiziyası Diaspor TV yaradılaraq aktiv fəaliyyəti təmin edilmişdir. Paralel olaraq, Komitənin İctimai Televiziya ilə birgə layihəsi çərçivəsində ayda bir dəfə “Vətən uzaqda deyil” adlı veriliş yayımlanır.
Müasir dövrün tələbinə uyğun olaraq sosial şəbəkələrə - əsasən “facebook”, “twitter”, “youtube”a diqqət artırılıb. Xüsusilə, sosial şəbəkələr üçün müxtəlif rubrikalar üzrə hazırlanmış multimedia materialları və rəsmi vebsaytın informasiya paylaşımları hesabına izləyicilərin sayında böyük artım oldu və proses sürətlə davam etməkdədir. Diaspor təşkilatlarına onların elektron və sosial mediada işini gücləndirmək məqsədilə informasiya-kommunikasiya texnologiyaları sahəsində tam ödənişsiz texniki dəstək təklif edirik. Diaspor təşkilatlarının internet saytlarının hazırlanması, e-poçt xidmətlərinin yaradılması və digər innovativ məsələlərdə, eləcə də sosial mediada marketinq işinin təşkilinə dair dəstək göstərəcəyik. Bu məqsədlə diaspor təşkilatlarının qeydiyyata alınması prosesi davam edir və artıq 85 təşkilat qeydiyyatdan keçib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin radiosu Diaspor.FM test yayıma başladı. Həm veb üzərindən, həm də mobil tətbiq vasitəsi ilə yayım aparılır.
Həyatda olan, dünyadan köçmüş, dünya tarixinə və dünya gündəminə iz salmış azərbaycanlıların bioqrafiyalarının toplandığı bank yaradılır. Bank onlayn rejimdə fəaliyyət göstərəcək və ətraflı axtarış sisteminə malik olacaq. Bu tip layihələrin həyata keçirilməsində əsas hədəflərimizdən biri də internet məkanında Azərbaycan həqiqətləri ilə bağlı informasiyaların - kontentin üstünlüyünə nail olmaqdır.
Xaricdə yaşayan azərbaycanlıların diqqətini cəlb etmək, onları simvolik və virtual formada birləşdirmək, həvəsləndirmək üçün də planlarımız var. Bu planlar innovativ əsaslara söykənir. Bu səbəbdən daha effektiv fəaliyyətin qurulmasına inanırıq.
- Xaricdəki azərbaycanlıların yaşadıqları ölkələrdə ictimai-siyasi proseslərdə aktiv iştirakını təmin etmək də bu gün aktual mövzulardan biridir. Bununla əlaqədar mövcud mənzərə necədir?
- Diaspor quruculuğu sahəsində dövlətimizin apardığı ardıcıl siyasət, ölkə başçısının tapşırıqlarına uyğun olaraq hər bir müəyyən dövr üçün tətbiq edilən yeni proqramlar öz bəhrəsini verir. Görülən ardıcıl tədbirlər, dövlət tərəfindən işlənib hazırlanan konkret strateji istiqamətlər həmvətənlərimizin məskunlaşdıqları ölkələrin cəmiyyətlərində mövqelərini genişləndirməyə imkan yaradır. Azərbaycanın dünyaya tanıdılmasına, zəngin mədəniyyətimizin təbliğinə vəsilə formalaşdırılır, bəzi antimilli qüvvələrin dövlətimiz və xalqımız əleyhinə yönəlmiş məkrli planlarına qarşı təsirli tədbirlərin görülməsi nəticələrini verir. Amma hesab edirik ki, diaspor təşkilatlarımız bundan sonra da səylərini artırmalı, Komitənin hazırladığı yeni yol xəritəsinə uyğun Azərbaycanın müvafiq dövlət qurumları və xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə əməkdaşlıq şəraitində daha məqsədyönlü və çevik fəaliyyət göstərməlidirlər. Artıq Xarici İşlər Nazirliyi və Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında razılaşmaya uyğun olaraq Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərinə birgə fəaliyyətlə bağlı müvafiq məktub göndərilib. Bu istiqamətdə digər əlaqələndirmə tədbirlərinin həyata keçirilməsi də gündəlikdə duran məsələlər sırasındadır və yeni fəaliyyət proqramları çərçivəsində atılan addımların müvafiq nəticələrinin təhlili göstərir ki, ayrı-ayrı ölkələrdəki Azərbaycan diaspor təşkilatları öz fəaliyyətlərində yeni, effektiv iş mərhələsinin başlandığını etiraf edir. Təşkilat rəhbərləri Diasporla İş üzrə Dövlət Komitəsinin işindəki sağlam istiqaməti, aparılan islahatları və ən əsası, isti münasibətləri təqdir edir. Artıq bir ölkə daxilində bir-biri ilə çəkişən, umu-küsü saxlayan diaspor təşkilatı, demək olar ki, yoxdur. Sağlam idarəçilik, səmimi münasibət, demək olar ki, bütün vətənsevər qüvvələrin bir araya gəlməsinə şərait yaradıb. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən yaradılan Diaspora Dəstək Fondu isə dünyada Azərbaycanın diaspor ənənələrinin daha da inkişaf etməsinə möhkəm təməl formalaşdıracaq. Xarici ölkələrdəki təşkilatlarımız Komitə ilə yaxın münasibətlər qurmaqla dövlətə, xalqa, milli dəyərlərə sahib olmaq yolunda iri addımlarla hərəkət edə biləcəklər. Tərəfimizdən aparılan təhlillərin ilkin nəticələri göstərir ki, diaspor təşkilatlarında səmərəli və effektiv fəaliyyət üçün təməlli motivasiya yaranıb. Yeni yaradılan Koordinasiya Şuralarında əlaqələndirmə sahəsində mühüm addımlar atılır. Təşkilatlar ayrı-ayrılıqda fəaliyyət konsepsiyalarının hazırlanmasına başlamaqla, təmsil olunduqları ölkələrdə yalnız milli-mənəvi dəyərlərin deyil, Azərbaycan həqiqətlərinin də təbliğini, erməni diaspor təşkilatlarının həmlələrinin qarşısını almağı və yaşadıqları cəmiyyətin ictimai-siyasi həyatına nüfuz etməyin perspektivlərini dəqiqləşdirirlər. Möhkəm təşkilatlanma, dayanıqlı fəaliyyət, xarici ölkələrin siyasi-iqtisadi həyatında önəmli yerlərə ucalmaqla təsir imkanlarının genişləndirilməsi yeni mərhələ üçün bir məqsəddir, hədəf isə bütün təşkilatlar üzrə tədricən lobbiçilik ənənələrinə keçidin təmin olunması ilə Azərbaycan dövlətinin və xalqının mənafelərinin, milli maraqlarının qorunmasıdır.
- Fuad müəllim, artıq 2018-ci il başa çatmaqdadır. Gələn il Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hansı işlərin həyata keçirilməsi nəzərdə tutulur? Xüsusilə, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin beynəlxalq miqyasda ifşa olunması, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yönündə Dövlət Komitəsi hansı tədbirləri həyata keçirəcək?
- Müasir dövrdə informasiya müharibəsi, şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri, Azərbaycan diaspor hərəkatında gənclərin rolu, lobbi quruculuğu, cəmiyyətə inteqrasiya və siyasi həyatda fəallığın artırılması kimi mühüm məsələlər, həmçinin təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi diqqət mərkəzində olacaq. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlılara qarşı ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması, konkret hadisələr üzrə faktların dünya ictimaiyyətinə çatdırılması cənab Prezidentin hər birimizin qarşısında müəyyən etdiyi ən vacib məsələlərədn biridir. Bu istiqamətdə görülən işlərdən danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanmalıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu sahədə rolunu təkrarən qeyd etmək istərdim. Onun təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ən önəmli addımlardandır.
Qeyd etmək yerinə düşər ki, görülən bu işlər yalnız müəyyən vəzifə daşıyıcılarının və ayrı-ayrı ictimai xadimlərin deyil, bütövlükdə hər bir azərbaycanlının, hər bir vətənsevərin, eləcə də beynəlxalq hüquq normalarına hörmətlə yanaşan hər bir insanın borcudur. Diasporla İş üzrə Dövlət Komitəsi olaraq da soydaşlarımızla bu istiqamətdə söhbətlər aparılır, təşkilatlara həqiqətlərin təbliğində bütün mümkün dəstək göstərilir. Biz təşkilatları bütün zəruri əyani vəsaitlərlə təmin edirik, onlara təbliğat dəstəyi göstəririk. Biz hər hansı diaspor təşkilatının fəaliyyət planına düzəliş və ya hər hansı təsir etmirik. Sadəcə, təşkilatlar dövlətimizin məqsəd və hədəflərini, o cümlədən Komitənin qarşısında dayanan vəzifələri bilirlər və öz fəaliyyət planlarını da buna uyğun qururlar.

 
  • Oxunub:  4890  |  
  • Tarix:  28-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb

21 Fevral 21:22
Dünya futbol ulduzları Bakıya gələcəklər
21 Fevral 21:20
Azərbaycan Gimnastika Federasiyası “Mükafatlandırılan federasiyalar" siyahısında birinci olub
21 Fevral 21:19
Erməni diasporu: Paşinyanın kabinetində "boşalacaq" yerlərdən biri
21 Fevral 21:04
KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21 Fevral 21:00
Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
21 Fevral 20:46
Qətərin “The Peninsula” qəzeti Azərbaycan səfirliyinin Xocalı soyqırımı ilə bağlı bəyanatını dərc edib
21 Fevral 20:30
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə BDU-da görüş keçirilib
21 Fevral 20:19
Veteranlar şuralarının hesabat yığıncağı olub
21 Fevral 20:10
Xocalı soyqırımı qurbanlarının xatirəsi Marneulidə anılıb
21 Fevral 19:55
Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Emma Nikolson ölkəmizin musiqi mədəniyyəti ilə tanış olub
21 Fevral 19:45
“Azərpoçt”la Avropa Yenidənqurma və İnkişaf Bankı əməkdaşlığa dair müzakirələr aparıb
21 Fevral 19:34
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21 Fevral 19:11
Qış Məktəbinin iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar
21 Fevral 19:00
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb
21 Fevral 18:40
ADU Beynəlxalq Türk-Qazax Universiteti ilə əlaqələrini genişləndirir
21 Fevral 18:17
“Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük prosesi və ticarət siyasətinə dəstək” mövzusunda seminarlar yekunlaşıb
21 Fevral 18:02
Azay Quliyev: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mövcud metodologiyasına yenidən baxılmalıdır
21 Fevral 17:46
Əfqanıstan müharibəsində həlak olan və itkin düşmüş hərbi qulluqçuların ailələrinə verilən Prezident təqaüdü artırılıb
21 Fevral 17:39
Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi olub
21 Fevral 17:31
Rob Sobhani: Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması xalqın rifahının yaxşılaşdırılması yolunda yeni mərhələ oldu
21 Fevral 17:28
İsa Həbibbəyli: Təhsil ictimaiyyəti cənab Prezidentin müstəqil dövlətimizin parlaq gələcəyi naminə tələbə gənclərə göstərdiyi qayğını yüksək qiymətləndirir
21 Fevral 17:14
ADNSU-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
21 Fevral 17:03
“Autizm spektr pozuntusu olan şəxslərə dəstək” layihəsinin təqdimatı olub
21 Fevral 16:57
Rauf Əliyev: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu gücləndirir
21 Fevral 16:53
Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
21 Fevral 16:52
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı dini tolerantlıq barədə məlumatlandırılıb
21 Fevral 16:50
Vüqar Rəhimzadə: Cənub Qaz Dəhlizi Avropanın təbii qazla təminatında əvəzedilməz layihə olacaq
21 Fevral 16:39
Ermənistana məxsus taktiki pilotsuz uçuş aparatı məhv edilib
21 Fevral 16:26
Azərbaycan nümayəndə heyətinin Avstraliyaya səfəri davam edir
21 Fevral 16:21
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
21 Fevral 16:18
Anar Quliyev: Bakı şəhərinin Baş planının hazırlanması üçün texniki işlərə başlanılacaq
21 Fevral 16:12
ATƏT məkanında münaqişələrin həlli yalnız konstruktiv dialoq sayəsində mümkündür
21 Fevral 16:10
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Atatürk Liseyində olub
21 Fevral 15:59
Baş nazirin müavini Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru ilə görüşüb
21 Fevral 15:51
Hərbi Akademiyanın yaranmasının 20-ci ildönümü qeyd olunub
21 Fevral 15:38
“Könüllülər Parlamenti”nin plenar iclası keçirilib
21 Fevral 15:35
Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın ikinci iclası keçirilib
21 Fevral 15:32
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab oyunları keçiriləcək
21 Fevral 15:29
Mehdi Abdullayev: İslahatlar idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, əhalinin rifahını daha da yaxşılaşdıracaq
21 Fevral 15:26
Tələbələr karyera qurmağın düzgün istiqamətləri barədə məlumatlandırılıb
21 Fevral 15:12
Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü münasibətilə təntənəli mərasim keçirilib
21 Fevral 14:51
Vyanada ATƏT Parlament Assambleyasının 18-ci qış sessiyası işə başlayıb
21 Fevral 14:47
Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib
21 Fevral 14:45
Prezident İlham Əliyev Ağdamda yol tikintisinə 2,3 milyon manat ayırıb
21 Fevral 14:42
Qida Təhlükəsizliyi Agentliyində işə yeni qəbul olunan əməkdaşlarla görüş keçirilib
21 Fevral 14:39
Ekspert: Radikal müxalifətin yalnız aksiya keçirməkdə israr edərək üzərinə heç bir öhdəlik götürmək istəməməsi ölkəni xaosa sürükləmək cəhdidir
21 Fevral 14:33
Bəxtiyar Əliyev: Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir
21 Fevral 14:28
Prezidentin yeni fərmanı ciddi bir sosial məsələnin həlli istiqamətində atılan növbəti addımdır
21 Fevral 14:26
Bu gün futbol üzrə qadınlar arasında 2021-ci il Avropa Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək
21 Fevral 14:22
Azərbaycan ilə Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
21 Fevral 14:19
Milli Kitabxanada “21 fevral - Beynəlxalq Ana Dili Günüdür” adlı kitab sərgisi açılıb
21 Fevral 14:17
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi BMT-nin Baş katibinə Xocalıda erməni qoşunları tərəfindən törədilmiş hərbi cinayətlər haqqında məktub göndərib
21 Fevral 14:11
Elmar Məmmədyarov: Azərbaycan Respublikası UNESCO-nun dəyərlərinə və prinsiplərinə sadiqdir
21 Fevral 14:06
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Xaçmazda fəaliyyətə başlayıb
21 Fevral 14:01
Bakı Ali Neft Məktəbində xeyriyyə konserti: “Xoşbəxt et, xoşbəxt ol”
21 Fevral 13:57
Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını Vətəninə və xalqına xidmətdə görür
21 Fevral 13:50
BDU-da Tvinninq layihəsinin rəhbərləri ilə görüş keçirilib
21 Fevral 12:50
Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib
21 Fevral 12:35
Mübariz Qurbanlı: Xocalı soyqırımını törədənlər bu cinayətə görə cavab verməli olacaqlar
21 Fevral 12:34
Komitə sədri: Xocalı soyqırımı silahsız, dinc Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilib
21 Fevral 12:30
Tvinninq layihəsinin icrasına dair müzakirələr aparılıb
21 Fevral 12:21
Azərbaycan və İsveçrə arasında mədəni sahədə əməkdaşlıq müzakirə olunub
21 Fevral 12:09
Avropa Gənclərinin Yay Olimpiya Festivalının talismanları – Cırtdan və Bəbirin təqdimatı olub
21 Fevral 12:06
Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
21 Fevral 11:58
Dünya Bankının regional direktoru Mersi Tembon: Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk
21 Fevral 11:46
Yeni Azərbaycan Partiyanın mərkəzi qərargahında elektron kitabxana yaradılıb
21 Fevral 11:20
Birinci vitse-prezident Mehriban Əliyevanın əzmkar və geniş fəaliyyətinin təməlində xalqa layiqli xidmət məramı dayanır – Hicran Hüseynova
21 Fevral 11:09
Gənclər milli-mənəvi və dini dəyərlərimizin qorunmasında fəal mövqe tutmalıdırlar
21 Fevral 11:03
Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sistemi təqdim edilib
21 Fevral 10:58
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA