Ana səhifə »  Müsahibə »  Azərbaycanın sənaye məhsulları ixrac etmək imkanları ildən-ilə daha da artacaq
A+   Yenilə  A-
Azərbaycanın sənaye məhsulları ixrac etmək imkanları ildən-ilə daha da artacaq

Milli Məclisin deputatı Mirzəcan Xəlilov www.yap.org.az saytına müsahibə verib:
- Mirzəcan müəllim, Azərbaycan son illər bütün sahələrdə mühüm uğurlar qazanıb, respublikamızın beynəlxalq nüfuzu daha da artıb. Ölkəmizdə ötən müddət ərzində həyata keçirilən uğurlu siyasət sayəsində əldə edilən nəticələr və nailiyyətlər barədə nə deyə bilərsiniz?
- Ümumiyyətlə, hazırda Azərbaycan beynəlxalq miqyasda həm demokratik dövlət, həm özünəməxsus inkişaf modelinə malik olan ölkə, həm də etibarlı tərəfdaş kimi tanınır. Şübhəsiz ki, bu, uğurlu, müasir çağırışlara cavab verən daxili və xarici siyasət sayəsində mümkün olub. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan ötən müddət ərzində çox mühüm nailiyyətlər əldə edib, bütün sahələrin tərəqqisinə nail olub. Heç şübhəsiz, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yolunun ən mühüm keyfiyyətlərindən biri sabitlik və tərəqqinin paralel olmasıdır.
Bütövlükdə, Azərbaycan iqtisadiyyatının inkişafı davamlı və dinamik xarakter daşıyır. Son 15 ildə bütün dünya miqyasında iqtisadi baxımdan Azərbaycan qədər inkişaf edən ölkə olmayıb. Respublikada innovativ əsaslı, elmtutumlu iqtisadiyyat quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Belə məqsədyönlü yanaşmanın nəticəsidir ki, 2004-cü ildən etibarən bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentlikləri də Azərbaycanın sosial-iqtisadi inkişafını, bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticələrini olduqca yüksək qiymətləndirirlər. Bu yaxınlarda nüfuzlu reytinq agentlikləri öz hesabatlarında Azərbaycan iqtisadiyyatının 2018-2021-ci illərdə orta hesabla 3 faiz artacağına dair proqnozlar ifadə ediblər.
Ötən müddət ərzində qazanılmış nailiyyətlərin fonunda Azərbaycanın beynəlxalq nüfuzu da kifayət qədər artıb. Ölkəmiz beynəlxalq miqyasda müsbət imicə malikdir. Nüfuzlu, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən, tolerant Azərbaycan həm də multikulturalizm ideyalarını uğurla təbliğ və təşviq edir, sivilizasiyalararası dialoqa mühüm töhfələr verir. Bir sözlə, həyata keçirilən uğurlu daxili və xarici siyasətin real nəticəsi kimi, müstəqil Azərbaycan inkişaf yolunda inamla irəliləyir.
- Cənubi Qafqaz regionunun lideri olan Azərbaycanın təşəbbüsü və liderliyi ilə mühüm enerji layihələri reallaşdırılır, eyni zamanda, ölkəmiz Avrasiyanın nəqliyyat xəritəsinə öz dəyərli töhfəsini verir. Bu barədə nə deyə bilərsiniz?
- Həqiqətən də, bu gün Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihə gerçəkləşdirilə bilməz. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın moderatorluğu ilə regionda strateji əhəmiyyətli layihələr reallaşdırılır, yeni əməkdaşlıq platformaları yaradılır. Hazırda respublikamızın təşəbbüsü ilə yaradılmiş Xəzər hövzəsini uzaq Adriatik dənizi, oradan isə Avropa ölkələri ilə əlaqələndirən Cənub Qaz Dəhlizinin investisiya dəyəri 40 milyard dollardan çoxdur və bu layihə 7 ölkəni birləşdirir. Cənub Qaz Dəhlizinin resurs mənbəyi rolunda Azərbaycanın zəngin “Şahdəniz” yatağı çıxış edir. “Şahdəniz” qaz yatağı üzrə kontrakt 1996-cı il iyulun əvvəlində imzalanıb. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir. Təsdiq olunmuş 2,6 trilyon kubmetr qaz ehtiyatına malik olan Azərbaycan qaz hasilatının artırılması ilə bağlı əlavə addımlar atmaq və ixrac coğrafiyasını daha da genişləndirmək fikrindədir. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə verəcək.
Bunlarla yanaşı, Azərbaycan Avrasiyanın nəqliyyat xəritəsinə də öz dəyərli töhfəsini verir. Ölkəmizin əlverişli coğrafi mövqeyi respublikamızın istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin işə düşməsi Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin əyani sübutudur. BTQ Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi-nəqliyyat əlaqələrinin daha da genişlənməsinə müsbət təsir göstərməklə yanaşı, daha geniş coğrafiyada yerləşən ölkələr üçün də böyük əməkdaşlıq imkanları açır. Bütün bunlar onu göstərir ki, Azərbaycan regionun nəqliyyat-logistika mərkəzinə çevrilib.
- Diqqət çəkən məqamlardan biri də ölkəmizdə qeyri-neft sənayesinin inkişafıdır. Bu baxımdan, bır sıra regionlarda sənaye parklarının və məhəllələrinin yaradılmasının əhəmiyyəti nədən ibarətdir?
- Bəli, son illərdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycanın qazandığı uğurlardan söhbət açarkən sənaye sektorunda istehsalın genişlənməsini xüsusi qeyd etmək lazımdır. Davamlı siyasi və maddi dəstək tədbirlərinin nəticəsi olaraq respublikamızda çoxlu sayda yeni müəssisələr açılıb və ölkənin sənaye xəritəsi əhəmiyyətli dərəcədə zənginləşib. Hazırda sənaye sektoru milli iqtisadiyyatımızın aparıcı istiqamətlərindən biri qismində çıxış edir. Xüsusilə ölkəmizdə qeyri-neft sənayesinin üstün inkişafının təmin edilməsi məmnunluq doğurur. Əlamətdar haldır ki, son illərdə bir sıra mühüm mövqelər üzrə daxili tələbat sırf yerli müəssisələrdə buraxılan yüksəkkeyfiyyətli məhsullar hesabına təmin edilir ki, bu da daha çox həcmdə valyutanın xaricə axınının qarşısının alınması deməkdir.
Son illər Azərbaycanda bir neçə sənaye parkı yaradılıb və hazırda onların genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Sənaye parklarının yaradılması ölkədə müasir sənaye quruculuğuna yeni təkan verib. Qeyd edim ki, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq rezidentlərin sənaye parklarına investisiya yönəltmələri güclü şəkildə təşviq edilir. Sənaye parkları üçün infrastruktur təminatı bir qayda olaraq dövlət vəsaiti hesabına yaradılır. Bundan başqa, sənaye parklarının rezidentləri qeydiyyata alındığı gündən etibarən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən, həmçinin gömrük rüsumundan azaddırlar. Sənaye parklarında rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir. İş adamları da yaradılan əlverişli şəraitdən, dövlət dəstəyindən maksimum dərəcədə bəhrələnməyə çalışırlar. Belə dövlət-özəl sektor əməkdaşlığının nəticəsidir ki, sənaye parklarının yaradılması artıq öz səmərəsini verir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində diqqəti ölkədə yaradılan sənaye parklarının səmərəliliyinə cəlb edərək vurğulayıb: “Sənaye parklarında rezidentlərin sayı 50-yə yaxınlaşır. Sənaye parklarının yaradılması da öz səmərəliliyini göstərmişdir. Əgər biz bu parkları yaratmasaydıq, orada investorlara yaxşı güzəştli şərtlər yaratmasaydıq, indi 50-yə yaxın rezident olmazdı. Bu gün bu parklarda icra edilmiş və icra ediləcək layihələrin ümumi dəyəri 3,6 milyard dollardır. Bax, investisiya təşviqi sənədi 2,5 milyard manat sərmayə gətirir, sənaye parklarına isə 3,6 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Ondan 2,6 milyard dolları artıq qoyulub”.
- Mirzəcan müəllim, yeni sənaye müəssisələrinin istifadəyə verilməsi Azərbaycanın ixrac imkanlarını nə dərəcədə genişləndirir?
- Təbii ki, Azərbaycanda istehsal olunan məhsulların xaricə ixrac edilməsi imkanlarının genişləndirilməsi diqqət mərkəzindədir. Bilirsiniz ki, cari ilin doqquz ayında ölkəmizin xarici ticarət dövriyyəsi 37 faiz artıb. İxrac da təxminən bir o qədər genişlənib. Bu dövrdə respublikadan qeyri-neft ixracı təxminən 14 faiz artıb.
Bu gün respublikamızın ixrac imkanlarının genişlənməsində ölkə üzrə yaradılan yeni sənaye müəssisələrinin də böyük rolu var. Bu müəssisələrdə buraxılan məhsulların bir hissəsi ölkə daxilində reallaşdırılır, digər bir hissəsi isə xarici bazarlara çıxarılır.
Bütövlükdə, Azərbaycanın sənaye məhsulları ixrac etmək imkanları ildən-ilə daha da artacaq.

 
  • Oxunub:  7920  |  
  • Tarix:  05-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər

27 May 13:10
Azərbaycan Sahibkarlar Konfederasiyasında “Ticarət Komissiyası”nın tərkibi yenidən formalaşdırılıb
27 May 12:52
28 May - Respublika Günü, diplomatik xidmət orqanlarının 100 illiyi və Silahlı Qüvvələr Günü Bolqarıstanda qeyd edilib
27 May 12:50
Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının final mərhələsi keçirilib
27 May 12:26
Azərbaycanın xüsusi olimpiyaçıları Hollandiyada keçirilən beynəlxalq futbol turnirinin qalibi olublar
27 May 12:23
Elmar Məmmədyarov: Cəmiyyətlərin sülhə hazırlanması üçün Ermənistan təcavüz və işğalçılıq siyasətindən əl çəkməlidir
27 May 12:20
“DOST” mərkəzinin xidmətlərindən 3 mindən çox vətəndaş faydalanıb
27 May 12:14
Bakı Dövlət Universitetində 28 May - Respublika Günü qeyd edilib
27 May 12:12
Daha 1088 şəhid üzrə 1787 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib
27 May 12:02
Prezident İlham Əliyevin Fərmanı ilə dövlətə məxsus olan hüquqi şəxslərdə Apellyasiya şuralarının yaradılmasına dair müşavirə keçirilir
27 May 11:51
Əli Əhmədov Əli İnsanov haqqında: Xəyanətkar elə bilir ki, hamı xəyanətkardır
27 May 11:46
Respublika Günü münasibətilə Melburnda Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib
27 May 11:39
Kənd təsərrüfatı naziri İnam Kərimov Tuluza şəhərində bir sıra görüşlər keçirib
27 May 11:35
Mədəniyyət naziri Diri Baba türbəsindəki vəziyyətlə tanış olub
27 May 11:21
"Pekin Ekspo 2019" Botanika Sərgisi çərçivəsində Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Azərbaycan milli günü keçirilib
27 May 11:19
Böyük Britaniyanın Azərbaycandakı səfiri: Bakıda Avropa Liqasının final oyununa ciddi hazırlıq işləri aparılıb
27 May 11:17
“Sərhəd” hərbi-idman oyunlarının qalibləri mükafatlandırılıb
27 May 11:01
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Kiyevdə rəsmi qəbul keçirilib
27 May 10:43
28 May - Respublika Günü və diplomatik xidmət orqanlarının 100 illiyi Los-Ancelesdə qeyd olunub
27 May 10:37
Səyyar “ASAN xidmət” davam edir
27 May 10:36
Vergilər naziri Göyçayda vətəndaşları qəbul edib
27 May 10:33
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
27 May 09:51
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
27 May 09:45
Musa Quliyev: Azərbaycanda 2020-ci ildə tam icbari sığortaya keçmək üçün hər cür şərait yaradılıb
27 May 09:23
Latviyada Respublika Günü qeyd olunub
27 May 08:52
Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi Tokioda qeyd olunub
27 May 08:35
Misirdə Respublika Gününə həsr olunmuş tədbir təşkil edilib
27 May 08:28
Azərbaycanın Finlandiyadakı diasporu Respublika günü münasibətilə bir araya gəlib
27 May 08:25
Salome Zurabişvili: Heç bir problem bizim mehriban qonşuluq münasibətlərimizə mane olmamalıdır
27 May 08:21
Giqi Uqulava: Biz Azərbaycanla bütün məsələləri dostluq və strateji tərəfdaşlıq prinsipləri əsasında həll etməliyik
26 May 18:32
Aerobika gimnastikası üzrə Avropa çempionatı: Azərbaycanın aerodans komandası qızıl medal qazanıb
26 May 17:42
Aerobika gimnastikası üzrə Avropa çempionatı: daha bir neçə proqramda qaliblər müəyyənləşib
26 May 17:37
SATILMADAN ÖNCƏ...
26 May 17:29
“The Daily Star”: Arsenal Henrix Mxitaryanı satmağı qərara alıb
26 May 16:45
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilib
26 May 15:51
DTX-nin Mədəniyyət Mərkəzində şahmat turniri keçirilib
26 May 15:05
Aerobika gimnastikası üzrə Avropa çempionatında aerodans, qrup və üçlük proqramlarının qalibləri mükafatlandırılıb
26 May 12:03
İsveçdə Respublika Günü münasibətilə konsert təşkil olunub
26 May 11:56
Litvalı gimnast: Bakıda azarkeşlər gimnastlara güclü dəstək verirlər
26 May 11:50
“Marca”: Futbolun yeni panoraması Azərbaycana doğru açılır
26 May 10:34
Çağdaş Azərbaycan ədəbiyyatında İlyas Əfəndiyev zirvəsi
26 May 10:21
Bakıda aerobika gimnastikası üzrə XI Avropa çempionatının sonuncu gününə start verilib
26 May 09:29
Məşhur musiqiçi, israilli kamança ifaçısı Bakıda konsert proqramı ilə çıxış edib
26 May 09:25
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qax və Zaqatalada vətəndaşlarla görüşüb
26 May 09:18
Portuqaliyalı məşqçi: Aerobika gimnastikası üzrə Avropa çempionatı yüksək səviyyədə təşkil olunub
26 May 09:13
Naxçıvan Dövlət Musiqili Dram Teatrı Türkiyədə qastrolda olub
26 May 09:09
Monterey və Lənkəran arasında qardaşlaşmış şəhər münasibətləri çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq
26 May 09:04
“Arsenal” klubunun futbolçuları artıq Bakıdadırlar
26 May 09:01
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26 May 08:57
Azərbaycanlı deputat AŞPA-nın komitə iclasında məruzə ilə çıxış edəcək
26 May 08:53
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
26 May 08:52
“Kiyev günləri” çərçivəsində növbəti tədbir keçirilib
25 May 19:43
Milli Məclisin deputatları Bişkekdə TÜRKPA-nın komissiya iclasında iştirak edəcəklər
25 May 19:40
Aerobika gimnastikası üzrə XI Avropa çempionatının ikinci günü maraqlı idman mübarizəsi ilə yadda qalıb
25 May 19:37
Maykl Ouen: Bakı çox inkişaf edib, gözəlləşib və müasirləşib
25 May 19:34
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25 May 18:47
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25 May 18:28
Qusarda “Oxu günü” təşkil olunub
25 May 18:11
Kiyevdə Nəsiminin heykəlinin rəsmi açılış mərasimi Ukrayna mətbuatında işıqlandırılıb
25 May 18:10
28 May - Respublika Günü İstanbulda qeyd edilib
25 May 18:01
Almaniyalı məşqçi: Bakıda özümüzü doğma vətənimizdəki kimi hiss edirik
25 May 17:48
Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir
25 May 17:21
Leyla Abdullayeva: Monoetnik ölkə olan Ermənistanın Azərbaycanı irqçilikdə ittiham etməsi absurddur
25 May 16:17
Avroliqanın final oyunu ilə əlaqədar 450-dək avtobus ayrılacaq
25 May 15:47
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25 May 15:45
Qeyri-formal məşğulluqla mübarizədə icbari tibbi sığortanın tətbiqindən effektiv istifadə məsələləri müzakirə edilib
25 May 15:26
Dövlət Gömrük Komitəsinin sədri “Mazımçay” gömrük postunda mövcud vəziyyətlə tanış olub
25 May 15:19
Azərbaycan-Fransa parlamentlərarası münasibətləri müzakirə edilib
25 May 14:43
Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib
25 May 14:41
Gömrük Komitəsinin rəhbərliyi Balakən, Zaqatala və Qaxda vətəndaşları qəbul edib
25 May 14:39
“Intermountain Jewish News” qəzeti Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən yazır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+26 +31
gecə+18 +21