Ana səhifə »  Müsahibə »  Üçrəngli bayrağımız müstəqil dövlətimizin varlığının ifadəsidir
A+   Yenilə  A-
Üçrəngli bayrağımız müstəqil dövlətimizin varlığının ifadəsidir

Milli Məclisin deputatı Fəzail İbrahimli www.yap.org.az saytına müsahibə verib:
- Fəzail müəllim, 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bəllidir ki, hər bir dövlətin müstəqilliyi və suverenliyi onun dövlət rəmzlərində ifadə olunur. Sizcə, hər bir xalq, dövlət üçün bayraq hansı məna kəsb edir?
- Bayraq millətin ruhunu özündə ehtiva etməklə yanaşı, dövlətin varlığını sübut edən rəmzdir. Bir millətin dövləti varsa, bayrağı da var. Dövlətin rəmzinin öz fəlsəfəsi olmalıdır. Azərbaycan bayrağı da özünün rənglərindəki fəlsəfi mənası ilə xalqımızın düşüncəsini, ruhunu, xarakterini əks etdirir.
Əlbəttə ki, bayraq millətin, dövlətin şərəf və ləyaqətinin göstəricisidir. Dövlət müstəqilliyinin ən böyük göstəricilərindən biri də onun bayrağıdır. Azərbaycanın dövlətçilik tarixinin bütün dövrlərində özünəməxsus yer tutan bayraq məfhumu xalqa və dövlətə ehtiram rəmzi kimi çıxış edib. Bu tarix “Kitabi-Dədə Qorqud”dan başlayır və Səfəvilər dövründən bayraqlar simvol kimi qəbul olunur. Şirvanşahlar dövlətindən xanlıqlara qədər keçilən tarixi mərhələlərdə bayraq və digər rəmzlər milli sərvətlərimiz olan abidələrdə öz əksini tapıb. Bayraq bir simvoldur. Bu simvolun arxasında isə milli dövlətçiliyimiz, milli şüurumuz, milli mənliyimiz, milli özünüdərkimiz dayanır.
Müasir dövrə gəldikdə isə qeyd edim ki, XX əsrin əvvəlində dünya dövlətləri sırasında özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti dönəmində - 1918-ci il noyabrın 9-da üçrəngli bayraq təsdiq edildi. Türk ordusu Bakını tərk etdikdən sonra ingilis generalı Tomson üçrəngli bayrağımızın endirilməsini əmr etmişdi. Ermənilər və digər düşmən qüvvələr ona Xalq Cümhuriyyəti ilə bağlı yanlış məlumat vermişdilər. Amma Fətəli xan Xoyskinin başçılığı ilə hökumət nümayəndələri general Tomsonla görüşüb danışıqlar apardıqdan sonra ingilis generalı AXC hökumətini qanuni hakimiyyət kimi tanıdı. 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin binası önündə müstəqil dövlətimizin üçrəngli bayrağı dalğalandı. Bu, dövlətimizin müstəqilliyini və varlığını ifadə edən bir simvol idi.
Nəticə etibarilə bu il üçrəngli bayrağımızın Dövlət bayrağı kimi təsbit olunmasının 100 ili tamam olur. Bu da tariximizdə qürur duyduğumuz bir hadisədir.
- Azərbaycan cəmiyyətində dövlət atributlarına, o cümlədən üçrəngli bayrağımıza göstərilən hörmət və ehtiram barədə nə deyə bilərsiniz?
- Əlbəttə ki, cəmiyyətimizdə dövlət bayrağına hörmət və ehtiram yüksək səviyyədədir. Bu mənada, üçrəngli bayrağımız da qürurumuz, iftixarımızdır. Bilirsiniz ki, Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilir. Bayrağımızdakı mavi rəng Azərbaycan xalqının türk mənşəli olması və türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng müasirlik, azadlıq, inkişaf və müstəqilliyi tərənnüm edir. Yaşıl rəng isə İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir. Göründüyü kimi, bayrağımızın rəngləri xalqımızın kökünü, müasirliyini və mənəvi-dini dəyərlərini özündə əks etdirir. 1918-ci ildə təsbit olunan bu bayraq 1920-ci ilin aprelinə qədər Azərbaycanın dövlət rəmzi olub. Rusiyada hakimiyyətə gələn bolşeviklər işğalçılıq siyasəti yeritdilər və Azərbaycanı işğal etdilər. Nəticədə, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də süquta uğradı, bayrağımız isə mayın 3-də parlamentin önündən götürülərək sovet bayrağı ilə əvəz olundu.
Amma ötən əsrin sonlarında xalqımız yenidən müstəqilliyinə qovuşdu və üçrəngli bayrağımız da yenidən Dövlət bayrağı kimi təsbit edildi. Qeyd edim ki, 1990-cı il noyabr ayının 17-də isə Ulu öndər Heydər Əliyevin Sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirildi və Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı elan olundu. Həmin sessiyada Azərbaycan parlamenti qarşısında bu bayrağın respublikanın Dövlət bayrağı kimi qəbul edilməsi barədə vəsatət qaldırıldı. Beləliklə, 1991-ci ildə Ali Sovet “Dövlət bayrağı haqqında” qanun qəbul etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının Dövlət bayrağı statusunu verdi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar çıxardı. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi.
Eyni zamanda, Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının bariz nümunəsidir. Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzaladı, həmin il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət Bayrağı Meydanının təməli qoyuldu. 2010-cu il sentyabr ayının 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılışı oldu. Şəxsən mən səfər etdiyim digər ölkələrdə bayraq meydanı görməmişəm. Belə bir meydanın ölkəmizdə yaradılması isə üçrəngli bayrağımıza dövlətimizin, cəmiyyətimizin dərin ehtiramının göstəricisidir.
Həmçinin, Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb. Bütövlükdə, Dövlət bayrağının təbliği istiqamətində görülən işlər, o cümlədən dövlətimizin atributiv rəmzinin qorunması dövlət rəmzlərinə hörmətin ifadəsi kimi vahid azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyə rəvac verən məsələ oldu.
Azərbaycan cəmiyyəti, xüsusilə gənclərimiz üçrəngli bayrağımızı göz bəbəyi kimi qorumalıdır. Çünki bayrağımız müstəqil dövlətimizin varlığının ifadəsidir.
- Üçrəngli bayrağımız bu gün mötəbər beynəlxalq təşkilatların da qarşısında dalğalanır. Bu da çox qürurverici məqamdır...
- Bütövlükdə, dünya ictimaiyyəti xalqımızın öz bayrağına - milli atributlarına nə qədər sayğılı olduğunu görür. Ümummilli liderimiz Heydər Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir. Və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq. Bu baxımdan, 9 Noyabr - Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli müstəqilliyimizin rəmzi kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Hər bir vətəndaşın borcudur ki, bu bayrağın əbədi dalğalanması üçün öz üzərinə düşəni etsin, Vətənin müstəqilliyinin əbədi olması üçün çalışsın.
Biz bununla fəxr edə bilərik. Təkcə dövlət tədbirlərində deyil, mötəbər idman yarışlarında da, humanitar, mədəni tədbirlərdə də Dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir. Avropa Şurasında 47 ölkənin bayrağı dalğalanır. Bir məsələni diqqətinizə çatdırım. Vaxtilə Məhəmməd Hadi “Yox millətimin imzası imzalar içində” deyib fəryad edərək dünyasını dəyişdi. Mən AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü kimi ilk dəfə Strasburqa gedəndə Avropa Şurasında bayrağımızın qarşısında diz çökdüm və qürur hissi ilə Məhəmməd Hadiyə xitabən “ruhun şad olsun, var millətimizin imzası imzalar içində” dedim. Sevindirici haldır ki, bu gün Azərbaycan bayrağı BMT-də, Avropa Şurasında və digər nüfuzlu beynəlxalq təşkilatlarda dalğalanır və hər bir vətəndaşımız bununla qürur duyur.
- Fəzail müəllim, bəs üçrəngli bayrağımız qanunvericilik səviyyəsində necə qorunur?
- Təbii ki, Dövlət bayrağımız həm dövlət başçısının imzaladığı Fərman və sərəncamlarla, həm də Milli Məclisin qəbul etdiyi qanunlarla yüksək səviyyədə qorunur. Qeyd edim ki, Ulu öndər Heydər Əliyev 1998-ci il 13 mart tarixində “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncam imzaladı. Bu Sərəncam çox böyük əhəmiyyətə malik idi. Bu Sərəncamın dövlət atributlarının təbliği baxımından əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə də dövlət atributlarına yüksək hörmət və ehtiram göstərilməkdədir. Bildiyiniz kimi, 2004-cü ildə “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu, həmçinin “Dövlət bayrağı haqqında Əsasnamə” qəbul olundu. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Bu Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Milli Məclisin ötən həftə keçirilən iclasında “Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya Qanunu ikinci səsvermədə qəbul olundu. Bütün bunlar bayrağımızın nə qədər yüksək səviyyədə qorunduğunun göstəricisidir.

 
  • Oxunub:  12960  |  
  • Tarix:  09-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir

21 Oktyabr 21:12
Prezident İlham Əliyev Baş Nazirin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
21 Oktyabr 20:41
Prezident İlham Əliyev Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
21 Oktyabr 20:22
Dövlət Miqrasiya Xidmətində “Açıq hökumət sahəsində gənclərin maarifləndirilməsi” təliminin açılışı olub
21 Oktyabr 20:19
Dövlət-xalq birliyi, davamlı inkişaf və yüksək rifah
21 Oktyabr 20:06
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Braziliyada ağacəkmə mərasimi keçirilib
21 Oktyabr 20:03
Şahin Mustafayev: Bu il sənaye məhəllələrində 650-dən çox iş yeri açılıb
21 Oktyabr 19:59
Hüseynbala Mirələmov: Ölkədə qarşıdurma yaratmaq istəyən qaragüruha çirkin niyyətlərini reallaşdırmağa əsla imkan verilməyəcək
21 Oktyabr 19:55
Səfir: Azərbaycan Türkiyə Ordusunun həyata keçirdiyi antiterror əməliyyatlarını hər zaman dəstəkləyib
21 Oktyabr 19:53
YAP-ın Pirallahı və Binəqədi rayon təşkilatlarının birgə təşkilatçılığı ilə N saylı hərbi hissəsində 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib
21 Oktyabr 19:48
Vüqar Rəhimzadə: Anti-Azərbaycan dairələrin əlində alətə çevrilən «Milli Şura»nın və AXCP-nin əsas məqsədi dövlət müstəqilliyimizə xələl gətirməkdir
21 Oktyabr 17:28
Bakı Metropoliteni daha 60 yeni nəsil vaqonları alacaq
21 Oktyabr 17:19
“Azərbaycan energetikası” filmi və kitabının təqdimatı olub
21 Oktyabr 17:15
Avropa ölkələrində mitinq iştirakçılarına qarşı polis tərəfindən tətbiq olunan şiddət nümunələri – FOTO
21 Oktyabr 16:47
NATO kontr-admiralı: Azərbaycan hərbi qulluqçularının peşəkarlıq səviyyəsi onların güclü olduğundan xəbər verir
21 Oktyabr 16:29
Pakistan Azərbaycanın idman sahəsindəki təcrübəsindən yararlanmaq istəyir
21 Oktyabr 16:23
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 2 milyon 400 mindən çox xarici vətəndaş gəlib
21 Oktyabr 16:20
“Yun tədarükündə mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
21 Oktyabr 16:16
Azərbaycan Gürcüstanın ixracda ikinci əsas tərəfdaşıdır
21 Oktyabr 16:09
Cari ilin doqquz ayında mehmanxanaların gəlirləri 16,7 faiz artıb
21 Oktyabr 16:07
Baş Prokurorluq oktyabrın 19-da keçirilmiş qanunsuz aksiya ilə bağlı məlumat yayıb
21 Oktyabr 15:50
Əli Əhmədov: 19 oktyabr mitinqinin Azərbaycanın və onun vətəndaşlarının maraqları ilə heç bir əlaqəsi yoxdur
21 Oktyabr 15:46
Dövlət başçısının tapşırıqlarının icrasına dair İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib
21 Oktyabr 15:44
Səməd Seyidov: Bəzi şər qüvvələr Azərbaycanı xaosa sürükləmək istəyir
21 Oktyabr 15:37
Əli Hüseynli: Hüquq-mühafizə orqanları qanunsuz aksiya zamanı adekvat davranıblar
21 Oktyabr 15:32
Əli Əhmədov: Qanunsuz aksiyanı təşkil edənlər xaricdən idarə olunur
21 Oktyabr 15:23
Ölkənin təhsil sisteminin göstəriciləri yüksəlib
21 Oktyabr 15:15
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində toplantı keçirilib
21 Oktyabr 15:09
21 oktyabr 1987-ci il: Heydər Əliyevin SSRİ rəhbərliyindən istefası və anti-Azərbaycan ssenarilərinin işə düşməsi
21 Oktyabr 14:51
ADU ilə ELTE Universiteti arasında əlaqələrin qurulması barədə müzakirələr aparılıb
21 Oktyabr 14:45
Dövlət Müstəqilliyi Günü Heydər Əliyev Sarayında konsert proqramı ilə qeyd edilib
21 Oktyabr 14:34
Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahələrində Azərbaycan-Türkiyə təcrübə mübadiləsi aparılır
21 Oktyabr 14:14
Şahin İsmayılov: Radikal müxalifətin qanunsuz aksiyası “fləşmob”dan başqa bir şey deyildi
21 Oktyabr 13:53
Oleq Kuznetsov: Qaregin Njdenin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar, sənədlər var
21 Oktyabr 13:51
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlu” mövzusunda simpozium keçirilir
21 Oktyabr 13:15
Əli Əhmədov: Belə qanunsuz aksiyaların məqsədi ölkəmizdəki sabitliyi pozmaq, qarşıdurma yaratmaqdır
21 Oktyabr 13:02
Mikro və kiçik sahibkarlar “BakuBuild 2019” sərgisində iştirak edəcəklər
21 Oktyabr 12:33
KOBİA elektron ticarətin payının artırılması prosesində irəli sürülücək təşəbbüsləri dəstəkləməyə hazırdır
21 Oktyabr 12:15
UNEC-in rektoru tələbə və əməkdaşların müraciətlərini dinləyib
21 Oktyabr 12:11
Hava nəqliyyatı ilə sərnişindaşıma 10 faiz artıb
21 Oktyabr 12:09
Çində Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib
21 Oktyabr 11:47
Sədərək rayonunda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
21 Oktyabr 11:42
Azərbaycan Milli Məclisinin Sədri Yaponiyaya səfərə gedib
21 Oktyabr 11:34
Ramin İsayev: Türk Şurasının Bakı Zirvəsi milli şirkətlərin beynəlxalq inteqrasiyası üçün əsaslı stimul verdi
21 Oktyabr 11:27
Elçin Quliyev: Xalqla dövlət arasında olan inama, etibara heç bir qüvvə mane ola bilməyəcək
21 Oktyabr 11:24
Əli Vəhdəti: Azərbaycanda innovasiya və yeni texnologiyaların inkişafına geni imkanlar yaradılıb
21 Oktyabr 11:22
“Jewish News Syndicate”: Azərbaycanın Milli Qəhrəmanı yəhudi-müsəlman münasibətlərinin parlaq nümunəsidir
21 Oktyabr 11:19
SOCAR AQŞ-nin Ankara ofisinin açılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
21 Oktyabr 10:57
Nazir: Məqsədimiz milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir
21 Oktyabr 10:55
İndoneziya Prezidenti Coko Vidodonun inaqurasiya mərasimində Azərbaycan da təmsil olunub
21 Oktyabr 10:53
Qoşunların təmas xətti yenidən monitorinq ediləcək
21 Oktyabr 10:48
Dövlət müstəqilliyinin şərəfinə on minlərlə insan meydanda birləşdi
21 Oktyabr 10:47
II “Bakı Elektron Ticarət Forumu” işə başlayıb
21 Oktyabr 10:34
Azərbaycanın Müdafiə naziri Çində bir sıra görüşlər keçirib
21 Oktyabr 10:02
Qrant gəmiricilərinin " payız hesabatı " iflasa uğradı
21 Oktyabr 09:59
Azərbaycan triatlonçusu Avropa kuboku finalında qızıl medal qazanıb
21 Oktyabr 09:44
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub
21 Oktyabr 09:07
Cocuq Mərcanlı kəndində “Xalqla Ordu əl-ələ” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib
21 Oktyabr 09:06
Özbəkistanda keçirilən Beynəlxalq İnvestisiya Forumunda ölkəmiz də təmsil olunub
21 Oktyabr 08:45
Strasburqda AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin sammiti olacaq
21 Oktyabr 08:42
Azərbaycanla Pakistanın hərbi sahədə əməkdaşlığının genişləndirilməsi məsələsi müzakirə olunub
21 Oktyabr 08:36
Heydər Əliyev Mərkəzinin parkında Müstəqillik Günü münasibətilə konsert olub
20 Oktyabr 17:38
Əli Əhmədov: İnanıram ki, törədilən təxribatlara və anti-kostitusion çağırışlara lazımi hüquqi qiymət veriləcək
20 Oktyabr 16:41
Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir
20 Oktyabr 16:31
Siyasi ekspert: Azərbaycanın İstiqlal tarixini, məfkurəsini, müstəqil yaşamaq iradəsini somvolizə edən ad və tarixlərlə oynanıldığı göz qabağındadır
20 Oktyabr 14:55
Yeni Azərbaycan Partiyası Bakı şəhərində icazəsiz yürüş və antikonstitusion çağırışlarla əlaqədar bəyanat yayıb
20 Oktyabr 14:38
Akademik İsa Həbibbəylinin tədqiqatlarında Naxçıvan ədəbi mühiti xüsusi yer tutur
20 Oktyabr 13:31
Sabah əksər bölgələrdə hava əsasən yağmursuz olacaq
20 Oktyabr 11:45
Polşada ixracatçılar üçün seminar keçirilib
20 Oktyabr 11:18
Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar
20 Oktyabr 10:53
Filarmoniyada Türkiyə-Azərbaycan birliyinə həsr olunan ədəbi-musiqili gecə keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA