Ana səhifə »  Müsahibə »  Ölkəmiz multikulturalizm və tolerantlığın mərkəzinə çevrilib
A+   Yenilə  A-
Ölkəmiz multikulturalizm və tolerantlığın mərkəzinə çevrilib

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov www.yap.org.az saytına müsahibə verib:
- Mehman müəllim, sivilizasiyalararası dialoqa böyük töhfələr verən Azərbaycan eyni zamanda, dünyada tolerant ölkə kimi tanınır.
- Sivilizasiyalararası münasibətlər və dialoq, eləcə də tolerantlıq mühitinin formalaşması üçün müəyyən amillər olmalıdır. Azərbaycanda tarixən həm coğrafi baxımdan, həm də sosial-mədəni cəhətdən həmin amillər mövcud olub. Belə ki, coğrafi baxımdan tarixi İpək Yolunun üstündə və Şərqlə Qərbin kəsişdiyi yerdə yerləşməyimiz, sosial-mədəni cəhətdən isə ərazimizdə bir çox dinlərin mövcud olması, mədəniyyətlərin qurulması sivilizasiyalararası dialoq və tolerantlıq mühitinin yaranmasına gətirib çıxarmışdır. Ənənə şəklində nəsillərdən nəsillərə ötürülən bu mühit bu gün artıq müstəqil və müasir Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərdən biridir. Dövlət başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində mədəniyyətlər və dinlərarası qarşıdurmaların artdığı dövrümüzdə müxtəlif mədəniyyətlərin qovşağında yerləşən müstəqil ölkəmiz multikulturalizm və tolerantlığın mərkəzinə çevrilib. Öz ənənə və dəyərlərini qoruyaraq müasir dünyaya inteqrasiya edən ölkəmiz üçün bu siyasət mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsində biz həm öz tarixi mirasımıza sahib çıxır, həm də dünyada sülh, mədəniyyətlər və dinlərarası dostluq münasibətlərinin inkişafında aktiv rol oynayırıq.
- Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir. Bu dəyərlərin qorunması və təbliğ edilməsinin əhəmiyyəti nədən ibarətdir?
- Milli-mənəvi dəyərlərimiz bizi biz edən, bizim bir xalq kimi kimliyimizi təsdiqləyən vəsiqəmizdir. Bir xalqın və ya bir ölkənin digər xalqlar və ölkələr arasındakı yeri həm də onun milli-mənəvi dəyərləri ilə ölçülür. Xalqımız zəngin dəyərlərə sahibdir. Bu dəyərlərin qorunması və təbliği, əlbəttə ki, çox mühüm məsələdir. Hər şeydən əvvəl, bu bizim milli kimliyimiz, varlığımız və mədəniyyətimizlə bağlıdır. Dəyərlərimizi qorumaq kimliyimizi qorumaq, onları təbliğ etmək isə mədəniyyətimizin təbliği deməkdir. Müasir dünyada kimliklərin, mədəniyyətlərin və dəyərlərin təbliği və tanıdılması üçün imkanlar daha genişdir və biz bu imkanlardan maksimum dərəcədə istifadə etməliyik.
- Bu yaxınlarda Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyətə başlamasının 1 ili tamam oldu. Məlumdur ki, Fondun əsas vəzifələrindən biri müxtəlif sosial layihələrin həyata keçirilməsindən ibarətdir. Fond bu istiqamətdə nə kimi işlərə imza atıb və qarşıda hansı vəzifələr dayanır?
- Fond 2018-ci ilin əvvəllərindən başlayaraq fəaliyyət göstərməyə başlayıb. Fondun gördüyü ilk işlərdən biri dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətlərinin həyata keçirilməsinə dəstək olmuşdur. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi müraciətinə əsasən QMİ tərəfindən rəsmi təyin olunan bütün imam, imam müavini və mütəvəllilərə aylıq maddi dəstək verilməkdədir. Hazırda Azərbaycanın hər bir bölgəsində fəaliyyət göstərən və QMİ tərəfindən rəsmi təyin olunan 1060-dan yuxarı din xadiminə Fond tərəfindən hər ay maddi dəstək göstərilir. Biz mənəvi dəyərlərimizin təbliği, dini maarifləndirmə işinə geniş yer ayırırıq. Yerlərdə bu mövzularda çoxsaylı seminar və müşavirələr təşkil etmişik və bu tədbirlər hal-hazırda da davam edir. Eyni zamanda Fond tərəfindən dini icmaların dini radikalizm, dini fanatizm və xurafat əleyhinə layihələri də maliyyələşdirilir.
Fondun sifarişi ilə mənəvi dəyərlərimizi təbliğ edən sənədli filmlər və videoçarxlar hazırlanır. İlin sonunadək mənəvi və dini dəyərlərimizlə bağlı mütəxəssislərimiz tərəfindən yazılan müxtəlif kitab və kitabçalarımız nəşr olunacaqdır. ASAN radioda hər həftə Fondun maliyyələşdirdiyi “Mənəvi dəyərlərimiz” adlı veriliş efirə gedir.
Bu il ramazan ayında respublikamızın müxtəlif bölgələrində şəhid ailələri və Qarabağ əlilləri üçün iftar süfrələri təşkil olunub, Ramazan və Qurban bayramlarında bəzi şəhid ailələrinə ərzaq yardımları göstərilmişdir. Sentyabr ayında Fondumuz tərəfindən Bilik Fondu ilə birgə cəbhəyanı bölgədə (Cocuq Mərcanlı, Füzuli, Ağdam, Tərtər, Laçın, Ağcabədi rayonlarında) məktəbə gedəcək 100 nəfər birinci sinif şagirdinə məktəbli forması və çantalar hədiyyə olunub. Hal-hazırda jurnalistlər arasında mənəvi dəyərlərimizlə bağlı müsabiqə təşkil etmişik və bu müsabiqə noyabr ayının sonunda başa çatacaq. İlin sonunadək müxtəlif istiqamətlərdəki layihə və tədbirlərimiz davam edəcək.
Gələn il fəaliyyətlərimizi daha da genişləndirmək istəyirik. Aidyyəti qurum və təşkilatlarla birgə fəaliyyətdə maraqlıyıq. Ailə, dini, əxlaqi, ictimai və s. dəyərlərimiz, adət-ənənələrimiz, tariximiz və digər sahələrdə layihələr həyata keçirməyi düşünürük.
- Bu gün gənc nəsil arasında mənəvi dəyərlərimizin təbliği cəmiyyətimizi düşündürən aktual məsələlərdən biridir. Mənəvi Dəyərlərin Təbliği Fondu bu istiqamətdə nə kimi layihələr həyata keçirməyi nəzərdə tutur?
- Gənclərin milli ruha sahib və müasir düşüncəyə malik olmaları çox vacibdir. Milliliyə bağlı qalaraq müasirləşmək lazımdır. Fondumuzun fəaliyyətində gənclər arasında dəyərlərimzin təbliği mühüm yer tutur. Biz bu il Azərbaycanın müxtəlif bölgələrindən olan Fondumuzun könüllüləri üçün Yay Məktəbi təşkil etdik. Burada gənclərə milli-mənəvi dəyərlərimizlə bağlı müxtəlif mühazirələr oxundu. Tarixi abidələrimizi ziyarət etdik. Bakıda, digər şəhər və rayonlarda gənclərimizin iştirakı ilə çoxsaylı seminar və konfranslar keçiririk. Həmin tədbirlərə ekspertlər cəlb olunur və onlar eyni zamanda gənclərin mövzuyla bağlı suallarını cavablandırırlar. Həmçinin Təhsil Nazirliyi ilə birgə Bakı məktəbliləri arasında mənəvi dəyərlərimiz mövzusunda inşa-yazı müsabiqəsi təşkil etdik. Gələcəkdə gənclərlə bağlı daha maraqlı layihələr həyata keçirmək niyyətindəyik.
- Mehman müəllim, bildiyimiz kimi, Azərbaycan mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir neçə gün öncə keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu da buna sübutdur. Sizcə, bu tipli mötəbər beynəlxalq tədbirlər mənəvi dəyərlərimizin təbliğində nə dərəcədə rol oynayır?
- Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin sayı ildən ilə artmaqdadır. Bir müddət əvvəl təşkil olunan VI Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın bu sahədə getdikcə artan əhəmiyyətini göstərir. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilmişdir. Bu cür beynəlxalq tədbirlərin keçirilməsi bizim ən böyük mənəvi dəyərlərimizdən biri olan müstəqilliyimizin təzahürüdür. Ölkəmizdə beynəlxalq konfranslar, forumlar və digər tədbirlərin keçirilməsi müstəqilliyimizin daha da möhkəmləndiyini və inkişaf etdiyini göstərir. Belə tədbirlər həm də xalqımıza məxsus dəyərlərin dünyada daha çox tanınmasına xidmət edir. Biz bu tədbirlər vasitəsilə öz dəyərlərimizi də dünya ictimaiyyətinə çatdırmaq imkanı əldə edirik. Bu sahədə aparılan uğurlu işlər ölkəmizə olan marağın hər keçən gün artmasına səbəb olur.

 
  • Oxunub:  6780  |  
  • Tarix:  07-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

26 Mart 17:06
“Luxus-Plus” portalı Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfərindən yazıb
26 Mart 15:31
Prezident İlham Əliyev Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub
26 Mart 14:11
Azərbaycan ilə ABŞ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq
26 Mart 13:47
Xanlıqlar dövrünün metafizikası: Akademik Ramiz Mehdiyevin yeni kitabı haqqında ilk təəssüratlar
26 Mart 12:25
Salyanda 30 min nəfərdən çox sakin tibbi müayinədən keçib
26 Mart 12:20
Bayram günlərində Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələri xüsusi iş rejimində çalışıb
26 Mart 12:15
Əli Həsənovun əsərləri Buxarestdə rumın dilində nəşr edilib
26 Mart 12:11
Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli əsrlər boyu mövcud olub
25 Mart 14:14
Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq
25 Mart 11:41
Pekin Xarici Dillər Universitetində Novruz şənliyi
25 Mart 11:24
Vaşinqtonda Novruz şənliyi keçirilib
25 Mart 11:21
Strasburqda “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimatı olub
25 Mart 11:18
"Avro-2020"-nin talismanı təqdim olunub
25 Mart 11:14
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
25 Mart 11:12
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrasında fəal rol oynayır
25 Mart 11:10
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
25 Mart 11:07
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi: Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir
24 Mart 11:55
Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
24 Mart 11:51
Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsinə ekskursiya çərçivəsində Qəbələyə gəlib
24 Mart 11:47
Tur-aksiya iştirakçılarının Lənkərana ekskursiyası Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb
24 Mart 11:40
Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar
24 Mart 11:35
Özbəkistanda keçirilən festivalda azərbaycanlı dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib
24 Mart 11:29
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
24 Mart 11:24
Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar
24 Mart 11:21
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
24 Mart 11:15
Uruqvayın xarici işlər naziri: Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA