Ana səhifə »  Müsahibə »  Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun beynəlxalq mötəbər tədbirlər sırasında yeri yüksək qiymətləndirilir
A+   Yenilə  A-
Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun beynəlxalq mötəbər tədbirlər sırasında yeri yüksək qiymətləndirilir

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova www.yap.org.az saytına müsahibə verib:
- Sahibə xanım, Bakıda VI Beynəlxalq Humanitar Forumu keçirilib. Siz bu Forumun əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumu artıq dünyada sülh və birgəyaşayışın əhəmiyyətinin bir daha ifadə olunduğu, həlli tələb olunan qlobal məsələlərin, beynəlxalq ictimaiyyəti ciddi təhdid edən islamofobiya, ksenofobiya, ayrı-seçkiliyin aradan qaldırılması yollarının müzakirəsi üçün önəmli platforma kimi qəbul olunur. Aktual problemlərin həlli, dünyada yaşanan humanitar böhranların aradan qaldırılması istiqamətində yolların araşdırılması üçün belə platformaların təşkili olduqca mühüm əhəmiyyət kəsb edir. Bakı Beynəlxalq Humanitar Forumu dünyanın tanınmış elm və siyasi xadimlərinin, dövlət rəsmilərinin, jurnalistlərin məhz bir yerə toplaşıb problemlərin həllini tapmağa şərait yaradır.
“Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Beynəlxalq Humanitar Foruma 90-dan çox ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb. Foruma beynəlxalq maraq və tədbirə qatılanların sayı ildən-ilə artır. Ona görə də bu Forumun beynəlxalq mötəbər tədbirlər sırasında yeri yüksək qiymətləndirilir. Ümumiyyətlə, Azərbaycan artıq öz təcrübəsində bu kimi qlobal tədbirlərə uğurla ev sahibliyi etmək bacarığını sübuta yetirib. Bu mənada altıncı Beynəlxalq Humanitar Forum da kifayət qədər əlamətdar və məhsuldar keçməklə, ölkəmizin sivilizasiyalar və mədəniyyətlər arasında dialoqa, multikulturalizm ənənələrinin geniş yayılmasına, müasir dövrdə texnologiya və elm əsaslı iqtisadiyyatın təşviq olunmasına verdiyi əhəmiyyəti bir daha nümayiş etdirdi.
Yeri gəlmişkən, qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyevin Forumda iştirakı və çox dərin məzmunlu çıxışı böyük maraqla qarşılandı. Forumda iştirak edən qonaqlar cənab Prezidentin çıxışını, Onun problemləri çox qətiyyətlə və açıq mətnlə ifadə etməsini, yaranmış situasiyada çıxış yollarını göstərməsini yüksək qiymətləndirdilər.
- Forumda müzakirə olunan məsələlər haqqında nə deyə bilərsiniz?
- Forumda gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yolları, humanizm və bəşəri məsuliyyətin zəruriliyi, dayanıqlı inkişaf məqsədləri və digər mühüm məsələlər müzakirə olunub. Müzakirə olunan məsələlər sırasında mən təhsil məsələlərini xüsusi qeyd etmək istəyirəm. Bütün həyatı təhsillə bağlı olan, uzun illərdir bu sahədə çalışan bir insan kimi təhsil məsələlərinin belə bir mühüm Forumda müzakirə olunmasını olduqca təqdirəlayiq hal hesab edirəm. Qeyd etməliyəm ki, ilk plenar iclas da məhz bu məsələyə həsr olunmuşdu və “Təhsil və elm insan kapitalının inkişafı kontekstində” adlanırdı. Təbii ki, ilk panel müzakirələrinin bu mövzuda aparılması, təhsillə bağlı geniş diskussiyanın təşkili heç də təsadüfi deyil və Azərbaycanda təhsilin inkişafına göstərilən yüksək diqqətin əyani təsdiqidir. Cənab Prezident İlham Əliyev də Forumdakı dərin məzmunlu nitqində təhsilin inkişafı və təhsildə müasir metodların tətbiq edilməsinin prioritet məsələlərdən biri olduğunu vurğuladı.
Bilirsiniz ki, Azərbaycan dövləti innovasion cəmiyyət quruculuğunu əsas hədəflərdən biri kimi müəyyənləşdirib. Bu isə bilik iqtisadiyyatına, təfəkkür iqtisadiyyatına əsaslanır, ideya və təşəbbüslərin fasiləsiz təkrar istehsalını, məhsuldar qüvvəyə çevrilməsini şərtləndirir. Başqa sözlə deyilsə, qüdrətli Azərbaycan dövlətinin, demokratik cəmiyyət quruculuğunun, xalqın maddi və mənəvi rifahının başlıca qarantı rolunda çıxış edən - məhz cəmiyyətin intellektual potensialıdır. Bu zaman isə ölkəmizdə elmin və təhsilin üstün inkişafına nail olmaq əsas hədəflərdən biri kimi çıxış edir və Azərbaycanda təhsil siyasətinin formalaşdırılması, təhsil sistemində aparılan islahatların sosial-iqtisadi əhəmiyyətinin artırılması vacib məsələ kimi qarşıya qoyulub. Tam məsuliyyətimizlə deyə bilərik ki, son dövrlərdə yüksək ixtisaslı kadr hazırlığında yeni yanaşma və metodologiyaların tətbiqi, ali təhsil müəssisələrinin muxtariyyətinin genişləndirilməsi, tələbə qəbulu qaydalarının təkmilləşdirilməsi, rəqabətəsaslı təqaüd sisteminin yaradılması, universitetlərdə keyfiyyətin təminatı mərkəzlərinin qurulması, məzunların işlə təmin olunmasına xidmət edən karyera mərkəzlərinin fəaliyyətinin effektivliyinin yüksəldilməsi və ali təhsil müəssisələrində elmi fəaliyyət nəticələrinin səmərəliliyinin artırılması istiqamətlərində görülən işlərin məntiqi nəticəsidir ki, Azərbaycanda təhsil sistemində çox böyük nailiyyətlər, müsbət dinamika müşahidə olunmaqdadır. Ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb, 3100-dən artıq orta məktəb tikilib və ya əsaslı təmir olunub. Bu isə təhsildə infrastruktur məsələlərinin yüksək səviyyədə həllini şərtləndirib. Eyni zamanda, Azərbaycan təhsilinin inteqrasiyasını sürətləndirmək, ölkəmizdə peşəkar, savadlı kadrların hazırlanması məqsədilə müxtəlif proqramlar icra olunub. Ali təhsil müəssisələrində çox ciddi islahatlar aparılıb, təhsilin keyfiyyəti xeyli yaxşılaşdırılıb. Bu gün Azərbaycanın ali məktəblərinin beynəlxalq reytinqi xeyli artıb. Görülən işlərin nəticəsində Azərbaycanda müasir dövrün tələblərinə uyğun güclü təhsil sistemi formalaşıb.
- Təhsil məsələlərinə toxundunuz. Bu sahənin inkişaf perspektivləri haqqında nə deyə bilərsiniz?
- Bu sualınızın cavabı olaraq mən bir vacib məqama toxunmaq istəyirəm. Azərbaycan dövləti həmişə müəllim peşəsinin nüfuzunu yüksəltmək üçün ardıcıl tədbirlər görür, bu sahədə bacarıqlı, savadlı kadrların hazırlanmasına diqqət göstərir. Atılan stimullaşdırıcı addımlar gənclərdə bu müqəddəs peşəyə marağı daha da artırıb. Azərbaycanda müəllim işləmək istəyən gənclərin sayının 3 dəfədən çox artması özlüyündə böyük bir nailiyyətdir. Eyni zamanda, cari ildə qəbul imtahanları zamanı 500 və daha çox bal toplayan məzunlardan 2090-ı məhz müəllimlik peşəsini seçib ki, bu da olduqca yüksək göstəricidir. Dövlətimizin başçısı da ölkəmizdə müəllim peşəsinə marağın çox böyük dərəcədə artdığını söyləyərək bildirdi ki, aparılan islahatlar, o cümlədən maaşların əhəmiyyətli dərəcədə artırılması, məktəblərin təmiri və digər stimullaşdırıcı addımlar nəticəsində müəllim olmaq istəyənlərin sayı dəfələrlə artıb.
Ümumiyyətlə, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə görə, əvvəlki illərlə müqayisədə rekord sayda - 41 min abituriyent tələbə adını qazanıb. Təbii ki, bu, dövlətin məqsədyönlü təhsil siyasətinin, təhsil sahəsində aparılan islahatların uğuru kimi çıxış edir. Abituriyentlərin sayına paralel olaraq qəbul imtahanlarında toplanmış ballar da əhəmiyyətli dərəcədə artıb. Maksimum - 700 bal toplayan abituriyentlərin sayı ildən-ilə artmaqdadır ki, bu da gənclərin savadlılıq səviyyəsinin yüksəldiyini təsdiq edən gerçəklikdir.
Ölkəmizdə təhsil sahəsində görülən işlərin uğurlarını, güclü təhsil sisteminin mövcudluğunu ifadə edən digər bir fakt isə Azərbaycanda təhsil alan əcnəbilərin sayının artmasıdır. Dünyada təhsil sahəsində, ali məktəblər arasında çox güclü rəqabətin yaşandığı indiki şəraitdə əcnəbilərin ali təhsil üçün məhz ölkəmizi seçməsi, öz gələcəklərini Azərbaycanın ali təhsil ocaqlarına həvalə etməsi yenə də Azərbaycanın təhsil sisteminin yüksək inkişafını təsdiq edir. Xatırlatmaq istərdim ki, ötən tədris ilində Azərbaycanda 75 xarici ölkədən 5.541 tələbə təhsil alıb. Bu göstərici əvvəlki tədris ili ilə müqayisədə 10 faiz artım deməkdir.
Həmçinin dərsliklərin yenilənməsi və təkmilləşdirilməsi istiqamətində xeyli iş görülüb və bu proses uğurla həyata keçirilməkdədir. Burada haşiyə çıxıb son dövrlər dərsliklərlə bağlı aparılan ictimai müzakirələri qeyd etmək istərdim. Əlbəttə, dərsliklərin hazırlanması, onların keyfiyyəti tədrisin təşkilində olduqca mühüm əhəmiyyətə malikdir. Azərbaycanda müvafiq dövlət qurumları bu məsələyə çox həssaslıqla yanaşır. Eyni zamanda, dərsliklər kifayət qədər bilikli və tədris prosesində təcrübəsi olan müəlliflər tərəfindən hazırlanır, geniş ekspertizadan keçirildikdən sonra nəşrə buraxılır. Bununla yanaşı, hesab edirəm ki, tanınmış ziyalılarımız, dəyərli alimlər və mütəxəssislər dərsliklər çap olunmazdan əvvəl müvafiq qurumlar tərəfindən keçirilən ictimai müzakirələrə qoşulub fikir və rəylərini versələr, bu, görülən işin daha keyfiyyətli olmasına töhfə verə bilər.
Nəticə etibarilə, sadalananlar bir daha təsdiq edir ki, Azərbaycan təhsili inamla inkişaf edir və bu gün Azərbaycanın təhsil sahəsində deməyə sözü var.
- Sahibə xanım, Forumda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunuldu. Ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq Azərbaycan diplomatiyasının qarşısında dayanan bir nömrəli vəzifədir. Bu mənada cari ildə münaqişənin həlli ilə bağlı keçirilən görüşlər və atılan addımlar Azərbaycana nə vəd edir?
- Birmənalı şəkildə qeyd etməliyəm ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prinsipial siyasətin nəticəsidir ki, beynəlxalq ictimaiyyət tərəfindən münaqişənin həlli məsələsi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müvafiq bəyanatlar verilib, mühüm sənədlər qəbul edilib. Cari il ərzində dövlətimizin başçısının səfərləri və keçirdiyi mühüm görüşlərdə də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli prioritetlərdən biri olub.
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində konstruktiv mövqe nümayiş etdirməsinə baxmayaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərini və təxribatçı siyasətini davam etdirir. Ermənistan 20 ildən çoxdur ki, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qətnamələrə əməl etmir, onlara məhəl qoymur. İşğalçı ölkə rəhbərliyi hər vəchlə danışıqlar prosesini pozmağa, status-kvonu mümkün qədər saxlamağa çalışır. Təəssüf ki, işğalçı ölkənin yeni rəhbərliyi də özlərindən əvvəlki kriminal xunta başçılarının səhvlərini təkrarlayır, müxtəlif addımlarla sülh danışıqlarını manipulyasiya edir, imitasiya ilə məşğuldur. Təəssüf doğuran başqa bir məqam isə ondan ibarətdir ki, beynəlxalq təşkilatlar da Ermənistana qarşı heç bir sanksiya tətbiq etmir. Bu halda isə işğalçı dövlət özünü cəzasızlıq mühitində hiss edir və işğal faktını legitimləşdirmək məqsədilə müxtəlif təxribatçı addımlar atır. Bu isə həm münaqişənin həll edilməmiş qalmasına səbəb olur, eyni zamanda, regionda sabitlik və təhlükəsizliyə ciddi təhdidlər yaradır. Ona görə də, Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmalıdır. Beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın danışıqlar prosesini pozmasına imkan verilməməlidir, bu ölkənin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi təmin olunmalıdır. Əks təqdirdə, baş verəcək hadisələrin məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşəcək.
- Beynəlxalq ictimaiyyətin davranışlarından söz düşmüşkən, bir müddət əvvəl Fransanın bir neçə bələdiyyə başçısı tərəfindən Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər təşkil olundu və bu səfər çərçivəsində orada mövcud olan qondarma separatçı rejim təmsilçiləri ilə “bəyannamə” imzalandı. Siz bunu necə qiymətləndirirsiniz?
- Əlbəttə, biz Fransa kimi beynəlxalq münasibətlərdə söz sahibi olan, eyni zamanda, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun üzvü kimi Fransanın bələdiyyə başçılarının bu addımını qətiyyətlə pisləyirik. Bu, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Eyni zamanda, belə bir səfərin reallaşması Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimin təbliğinə və işğalçılıq siyasətinin təşviqinə xidmət edir. Bu səfərin təşkili və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimlə imzalanan “bəyannamə” Fransanın özünün də qanunvericiliyi ilə ciddi ziddiyyət təşkil edir və bu ölkənin özünün qəbul etdiyi qanunlara qarşı saymazyana münasibəti ortaya qoyur.
Qeyd olunmalıdır ki, Fransa yerli özünüidarəetmə orqanlarının bu kimi qanunsuz addımları Fransanın da təmsil olunduğu ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli səylərinə xələl yetirir. Çünki işğal və azərbaycanlıların etnik təmizlənməsi əsasında qurulan status-kvonun və Ermənistanın danışıqlardan yayınmaq üçün müraciət etdiyi manipulyasiyaların təşviqinə xidmət edən və təxribat xarakteri daşıyan bu səfər, həmçinin işğaldan əvvəl azərbaycanlıların yaşadığı Qarabağın tarixi mərkəzi Şuşa və Laçın şəhərlərinin hazırkı terrorçu qondarma “yerli hakimiyyətləri” ilə “bəyannamə” imzalaması insanlığa qarşı cinayət olan etnik təmizləmələrin, soyqırımlarının nəticələri ilə razılaşmaq, Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə dəstək vermək anlamına gəlir. Şübhəsiz bu, ilk növbədə, ATƏT-in Minsk qrupunun üzvü kimi Fransanın beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edir. Bu da Fransanın vasitəçi kimi nüfuzuna ciddi zərər vurur, onun vasitəçiliyinə olan etimadı sarsıdır.
Azərbaycan ictimaiyyəti Fransa hökumətindən beynəlxalq hüququn, Fransa qanunvericiliyinin və Azərbaycan qanunlarının kobud şəkildə pozulması ilə müşayiət olunan bu qanunsuz səfərlə bağlı dərhal ölçü götürülməsini və adekvat münasibət göstərilməsini gözləyir.

 
  • Oxunub:  10440  |  
  • Tarix:  27-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan ölkədir

19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..
19 İyul 11:30
Hikmət Babaoğlu: Azərbaycan mətbuatı çətin və böyük inkişaf yolu keçib
19 İyul 11:29
Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılmasına dair pilot layihənin təqdimatı olub
19 İyul 11:23
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 İyul 11:12
XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə 41 təcili tibbi yardım briqadaları növbə çəkəcəklər
19 İyul 11:01
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19 İyul 10:54
Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon manatı ötüb
19 İyul 10:51
Azərbaycan və İtaliya alimləri tibb sahəsində əməkdaşlıq edəcəklər
19 İyul 10:38
Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir
19 İyul 10:29
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 26 dəfə pozub
19 İyul 10:13
Loran Tardivel: Azərbaycanda xalçaçılıq sənətinin qorunub saxlanması və inkişaf etdirilməsi diqqətəlayiqdir
19 İyul 10:06
“Neftçi” avrokuboklarda ən böyük hesablı qələbəsini qazanmaqla ölkəmizin futbol tarixinə düşüb
19 İyul 09:57
Maliyyə Nazirliyi 6 ayda dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 İyul 09:54
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
19 İyul 09:52
Yarım ildə Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin əhatəsi 1 milyard manatdan çox olub
19 İyul 09:47
Sivilizasiyalararası və dinlərarası dialoqun inkişafında Şeyxülislam Allahşükür Paşazadənin mühüm rolu var
19 İyul 09:41
Bu ilin birinci yarımilində yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib
19 İyul 09:39
Regionlarda meyvəçiliyin və çayçılığın inkişafı ilə bağlı çoxşaxəli tədbirlər görülür
19 İyul 09:36
Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan ölkədir
18 İyul 20:36
ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi
18 İyul 20:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdədir
18 İyul 20:30
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək cüdo komandalarının heyəti açıqlanıb
18 İyul 20:28
BDU Braziliya universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır
18 İyul 20:25
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
18 İyul 20:23
Kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlanılıb
18 İyul 20:16
Con Love: Azərbaycan multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir
18 İyul 20:08
Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib
18 İyul 20:06
Fermerlərə 23 milyondan çox subsidiya verilməsinə dair qərar qəbul edilib
18 İyul 20:03
Leyla Abdullayeva: Bu hadisə Minsk qrupu həmsədrlərinin xalqların sülhə hazırlanması ilə bağlı çağırışına tam şəkildə ziddir
18 İyul 17:52
Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
18 İyul 17:49
Dövlət Miqrasiya Xidmətində altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
18 İyul 17:45
Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb
18 İyul 17:42
Sona Əliyeva: Gənclər üçün yay məktəbləri Yeni Azərbaycan Partiyasının ən uğurlu layihələrdən biridir
18 İyul 17:38
Səfir Cavad Cahangirzadə: Azərbaycan-İran əlaqələri heç zaman belə yüksək səviyyədə olmayıb
18 İyul 17:35
Dilarə Cəbrayılova: Yay məktəbləri gənclərimiz üçün yaddaqalan hadisələrlə zəngindir
18 İyul 17:32
Tahir Süleymanov: Ölkəmizin nəqliyyat mərkəzinə çevrilməsini təmin etmək üçün böyük işlər görülüb
18 İyul 17:29
Mirzə Əliyev: Aqrar sahədə lizinq fəaliyyəti tam olaraq liberallaşdırılıb
18 İyul 17:28
Azər Badamov: Azərbaycan dünyada müxtəlif xalqların, dini konfessiyaların mehriban şəraitdə yaşadığı ölkə kimi tanınır
18 İyul 17:23
Abraham Kuper: Azərbaycan tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malikdir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA