Ana səhifə »  Müsahibə »  Uğurlu nəticələr Azərbaycanın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir
A+   Yenilə  A-
Uğurlu nəticələr Azərbaycanın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir

Milli Məclisin deputatı Azər Badamov www.yap.org.az saytına müsahibə verib:
- Azər müəllim, bu günlər ölkəmizdə cari ilin 9 ayının yekunları cəmiyyətimizdə geniş müzakirə olunur. Ölkəmizdə davamlı şəkildə inkişaf etdirilən iqtisadi-sosial siyasət bu 9 ayda hansı uğurları ilə yadda qaldı?
- Ulu öndər Heydər Əliyevin yaratmış olduğu mükəmməl inkişaf doktrinasının təməlləri üzərində inkişaf etdirilən və yeni iqtisadi qanunauyğunluqlar üzərində diversifikasiya olunan fundamental konsepsiyanın həyata keçirilməsi ölkəmizin iqtisadi dayanıqlılığını artıran əsas amillərdəndir. Prezident İlham Əliyevin yaratdığı yeni makroiqtisadi platforma və inkişaf formulu Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin əsas konseptlərini təşkil edib. Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan bütövlükdə Cənubi Qafqazın lideri və dünyanın ən sürətli inkişaf tempinə malik ölkələrindən biridir. Bunu bir neçə gün öncə açıqlanan Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı da təsdiqləyir. Təbii ki, ölkəmizdə istər neft, istərsə də qeyri-neft sektorunun əsaslı inkişafı davamlı şəkildə aparılan siyasətin nəticəsində əldə edilib. Qeyri-neft sektorunun aparıcı sahələri bu gün yeni innovasiyalara əsaslanan siyasət nəticəsində inkişaf etdirilir.
Möhtərəm Prezidentimiz də Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirdi ki, bu il iqtisadi sahədə köklü islahatlar davam etdirilir və biz bu islahatların nəticələrini görürük. Əldə edilən nəticələr özü bunu deməyə əsas verir. Azərbaycan artıq dünyada ixracatçı ölkə kimi qəbul olunur. Fərqli sahələr üzrə ixrac ildən-ilə artır. Bu ilin 9 ayında xarici ticarətimizin müsbət saldosu 6,5 milyard dollar təşkil edib və ixracımız idxaldan daha yüksək templərlə artır. Bu, olduqca mühüm bir rəqəmdir və hazırkı beynəlxalq iqtisadi münasibətlər zəminində buna nail olmaq heç də asan deyil. Eləcə də kənd təsərrüfatında mühüm inkişaf nəzərə çarpır və bu sahədə də 4,3 faiz artım var. Eyni zamanda, dövlətin özəl sektorun inkişafına göstərdiyi diqqəti xüsusi qeyd etmək lazımdır. Möhtərəm Prezidentimiz bildirdi ki, bu günə qədər Sahibkarlığın İnkişafı Fonduna 2,2 milyard manat vəsait ayrılıb və bu proses davam etdirilir. Bu diqqət və qayğı nəticəsində yerlərdə kənd təsərrüfatının inkişafına nail olunub. Qəbul olunmuş müvafiq Dövlət proqramlarının uğurlu icrası isə bu inkişafı daha da dinamik edir. Bütövlükdə, ötən dövrün yekunları, uğurlu nəticələr Azərbaycanın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir.
- Ötən 9 ayda ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi istiqamətində də mühüm addımlar atılıb. Bununla bağlı fikirlərinizi bilmək istərdik...
- Azərbaycan dövləti bu gün beynəlxalq aləmdə həm regionun sabitləşdirici amili, həm də multikultural dəyərləri yaşadan və inkişaf etdirən ölkə olaraq qəbul edilir. Ölkə Prezidentinin apardığı uğurlu xarici siyasət kursu bütün beynəlxalq təşkilatlarla əlaqələrin daha da genişlənməsinə yol açıb. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizin bu il beynəlxalq imicinin artması ilə bağlı mühüm fikirlər səsləndirildi. Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, Azərbaycanın xarici siyasətində həm müsəlman ölkələri, həm də Qərb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi prioritet xarakter daşıyır. Eləcə də qonşu dövlətlərə münasibətlərimizin inkişafı məsələsi hər zaman öz aktuallığını qorumaqdadır. Bu mənada, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsi xüsusi qeyd olunmalıdır. Ölkə başçısının vurğuladığı kimi, bu, olduqca tarixi bir sənəddir və bu sənəddə ölkəmizin milli maraqları qorunub. Qəbul edilən Konvensiya Xəzəryanı ölkələrin qarşılıqlı əlaqələrinin inkişafında yeni mərhələ sayıla bilər. Bundan başqa, ötən 9 ayda İslam Əməkdaşlıq Təşkilatındakı fəaliyyətimiz də xüsusi qeyd edilməlidir. Çünki Azərbaycan bu təşkilatda təmsil olunan bir çox ölkələr ilə mühüm tərəfdaşlıq əlaqələrinə malikdir.
Dövlət başçısının bildirdiyi kimi, Azərbaycan İslam həmrəyliyinə də olduqca mühüm töhfələr verir. Bu il Azərbaycanın ikinci şəhərinin, Bakıdan sonra bu dəfə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı adına layiq görülməsi ölkəmizin bu təşkilatdakı nüfuzunun göstəricisidir. Bu il ölkəmizdə bir sıra mühüm beynəlxalq tədbirlər keçirilib və qarşılıqlı münasibətlərin daha yüksək formada inkişaf etməsində bu amilin də rolu xüsusi dəyərləndirilməlidir.
- Azərbaycan son dövrlərdə aparıcı beynəlxalq təşkilatlardakı mövqelərini möhkəmləndirir. Sizcə, bu amil Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı dərəcədə təsir göstərir?
- Bu, olduqca mühüm bir amildir. Bildiyiniz kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasında təmsil olunub və orada da uğurlu sədrlik dövrü yaşayıb. Bu il Azərbaycanda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin böyük konfransı keçirilib və ölkəmiz gələn ildən başlayaraq Qoşulmama Hərəkatına sədrlik edəcəkdir. Bu, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun ildən-ilə artmasını təsdiqləyən mühüm faktlardır. Ən əsası, ölkə Prezidenti İlham Əliyevin xarici səfərləri, keçirilən görüşlər, eləcə də bir sıra dövlət və hökumət başçılarının Azərbaycana səfərləri ölkəmizin beynəlxalq münasibətlər sistemində mühüm yer tutduğunu göstərir. Beynəlxalq təşkilatların, aparıcı dövlətlərin Azərbaycanla bağlı müsbət mövqeyi, ölkəmizin regionda oynadığı rolu yüksək dəyərləndirməsi mühüm faktorlardandır.
Bu il ölkəmiz Avropa İttifaqı ilə əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində olduqca ciddi bir addım olan “Tərəfdaşlıq prioritetləri” sənədinə imza atıb. Bu sənəd bir çox məsələlərə görə önəm daşıyır və ən əsası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı burada yer alan məsələlər ölkəmizin maraqlarına cavab verir. Bu sənəddə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və bu da münaqişənin ədalətli həllində, sülh danışıqlarında olduqca mühüm bir nailiyyət sayılmalıdır. Aİ ilə ölkəmiz arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” adlı sənəd Azərbaycanın ərazi bütövlüyünün Avropa İttifaqı tərəfindən dəstəkləndiyini bir daha təsdiqləyir. Bununla yanaşı, bu il NATO-nun Zirvə görüşünün yekun sənədində də Azərbaycanın ərazi bütövlüyü bir daha quruma daxil olan dövlətlər tərəfindən dəstəkləndi və bu məsələ Zirvə görüşünün yekun bəyannaməsində öz əksini tapdı. Uğurlu xarici siyasət kursu nəticəsində əldə olunan bu kimi nailiyyətlər ölkəmizə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində hüquqi mənada olduqca mühüm üstünlüklər qazandırır.
- Bu il həm də Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 15 ili tamam oldu. Ötən 15 ilin ölkəmizin inkişaf tarixindəki yerini necə dəyərləndirirsiniz?
- Müasir Azərbaycanımızın möhkəm dayaqlara əsaslanan və inkişafı hədəfləyən özünəməxsus milli inkişaf modeli yaranıb. 2003-cü ilin 15 oktyabr seçkilərində xalqın böyük inam və etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev ötən 15 ildə xalqımızın göstərdiyi etimadı tam doğruldaraq ölkəmizi davamlı yüksəliş yoluna çıxarıb. Ulu öndər Heydər Əliyev siyasi məktəbini keçmiş, yüksək, müasir intellekti və qabiliyyəti ilə Azərbaycan dövlətini uğurdan-uğura daşıyan möhtərəm Prezidentimiz İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respublikanın inkişaf prosesində dinamizmi və məqsədyönümlülüyü təmin etdi, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin yerinə yetirilməsinə real imkanlar açdı, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına möhkəm və etibarlı zəmin formalaşdırdı.
Məhz möhtərəm Prezidentimiz İlham Əliyevin səyi və qətiyyəti nəticəsində milli iqtisadiyyatımızın liberallaşdırılması, ölkəmizin beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi çəkisinin artması, sosial, iqtisadi və siyasi sabitliyin təmin edilməsi, vətəndaş-dövlət birliyinə nail olunması və digər amillər müstəqil Azərbaycanın yüksələn xətlə inkişafına səbəb oldu. Bazar iqtisadiyyatı münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasına, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq son 15 ildə milli iqtisadiyyatımız yeni keyfiyyət parametrləri ilə möhkəm təməl üzərində sürətlə inkişaf edib. Qəbul olunmuş müvafiq Dövlət proqramları ölkəmizin uğurlu inkişafı üçün ən vacib düstura çevrilib. Bu gün Azərbaycanda təbii-iqtisadi imkanlardan istifadə etməklə çox güclü və dayanıqlı bir iqtisadiyyat formalaşıb. Ölkənin makroiqtisadi göstəriciləri hər il artımla müşahidə olunur. Bir daha qeyd etmək gərəkdir ki, məhz Prezident İlham Əliyevin yürütdüyü müasir dünyanın tələblərinə uyğun, yüsək təminatlı və ən əsası, vətəndaşlarımızın sosial rifahını özündə əks etdirən siyasi kurs yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan dövlətinin bütün sahələrdə yüksək göstəricilərə nail olmasında müstəsna rol oynayıb. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən məqsədlərə çatılması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin hüquqi dövlət quruculuğu yolunda atılan addımlar Azərbaycanın hər sahədə dinamik inkişafını təmin edən faktorlardır.

 
  • Oxunub:  8430  |  
  • Tarix:  24-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar
20 Mart 11:51
İsveçrədə Novruz bayramı sevinci yaşanıb
20 Mart 11:49
Prezident: Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir
20 Mart 11:45
“İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin təqdimatı olub
20 Mart 11:43
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20 Mart 11:40
“Azərxalça”nın filiallarında Novruz şənlikləri keçirilib
20 Mart 11:37
Prezident: Cənub Qaz Dəhlizinin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək
20 Mart 11:36
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20 Mart 11:34
Novruz bayramı - ortaq mənəvi dəyər kimi
20 Mart 11:33
Prezident İlham Əliyev: Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub
20 Mart 11:31
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bayram tədbiri keçirilib
20 Mart 11:29
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki
20 Mart 11:15
Baş nazirin müavini Əli Əhmədov Bilgəhdəki sosial xidmət müəssisəsində keçirilən bayram tədbirində iştirak edib
20 Mart 11:14
Akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bodli Kitabxanasının yaradıcısının şərəfinə təşkil edilən təntənəli qəbulda iştirak edib
20 Mart 11:13
Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri keçirilib
20 Mart 11:12
Əli Həsənov: Bob Woodwardın “Fear: Trump in the White House” kitabında yayılan məlumat yalan və saxtadır
20 Mart 11:12
“Araşdırmaq lazımdır ki, burada yanğın törətmə əməli olub, ya yox”
20 Mart 11:11
Bundestaqda Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri ilə bağlı növbəti simpozium keçirilib
20 Mart 11:09
Əli Əhmədov: Əfv Sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin daha bir nümunəsidir
20 Mart 11:08
Baş nazirin müavini: Hökumətin imkanları artdıqca Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi istiqamətində addımlar atacaq
20 Mart 11:07
Ağsaqqallar Şurasının sədri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
20 Mart 11:05
Azərbaycan heç bir qüvvənin diktəsi ilə hərəkət etmir, tam müstəqil siyasət həyata keçirir
20 Mart 11:04
Berlində keçirilən görüşlərdə Azərbaycan-Almaniya əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb
20 Mart 11:03
Filip Qotye: Azərbaycanın Birinci vitse-prezidentinin Fransa səfəri ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək
20 Mart 11:02
Hərbi Prokurorluğun rəhbər işçilərinin iştirakı ilə Novruz bayramı münasibətilə tədbirlər davam etdirilir
20 Mart 11:01
Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
20 Mart 11:00
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib
20 Mart 10:59
Bolqarıstanın Kırcali şəhərində Novruz bayramı qeyd olunub
20 Mart 10:59
Akademik Telman Əliyev: UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik
20 Mart 10:58
ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirilib
20 Mart 10:57
Novruz bayramı Sofiyada təntənəli şəkildə qeyd olunub
20 Mart 10:56
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Bolqarıstanda mühüm görüşlər keçirib
20 Mart 10:55
Gədəbəy rayonunda N saylı hərbi hissədə Novruz bayramı münasibətilə tədbir keçirilib
20 Mart 10:54
Misirdə Novruz bayramı ilə əlaqədar tədbir keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA