Ana səhifə »  Müsahibə »  Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, bölgədə cərəyan edən proseslər və geosiyasi amillər torpaqlarımızın işğaldan azad olunması üçün yeni imkanlar yaradır
A+   Yenilə  A-
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, bölgədə cərəyan edən proseslər və geosiyasi amillər torpaqlarımızın işğaldan azad olunması üçün yeni imkanlar yaradır

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Azay müəllim, bu gün Azərbaycan dünyada böyük nüfuza sahib olan ölkədir. Azərbaycan bir sıra regional və transmilli layihələrlə dünyanın diqqət mərkəzindədir. Ölkəmizin beynəlxalq müstəvidə artan rolu haqqında fikirlərinizi bilmək istərdik...
- Bu gün Azərbaycan özünün əldə etdiyi uğurlarla beynəlxalq aləmdə çox böyük nüfuza sahibdir. Bu, bir həqiqətdir ki, dünyanın əksər dövlətləri Azərbaycana etimad göstərir, bizimlə yaxından əməkdaşlıq etmək istəyir və ölkəmiz beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınır. Bunun isə sadə bir səbəbi var. Prezident İlham Əliyev xarici və daxili siyasətdə ardıcıl və proqnozlaşdırılan siyasət həyata keçirir, milli maraqlarımızı bütün müstəvilərdə qorumağı bacarır, heç bir təzyiq və diktə ilə qərar qəbul etmir, verdiyi vədə əməl edir və sözün əsl mənasında, ölkəmizin müstəqilliyini qoruya bilir. Bu cür prinsipal mövqe sərgiləyən, açıq və şəffaf siyasət həyata keçirən bir ölkə, şübhəsiz ki, bütün tərəfdaşların rəğbətini qazanır, dünyada nüfuzu artır və ona hər kəs hörmətlə yanaşır. Bütün bunlar əsas verir ki, Azərbaycan bizim hamımızın bildiyimiz ən nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etsin, beynəlxalq və regional əhəmiyyətli enerji, tranzit, infrastruktur və digər iqtisadi layihələri uğurla həyata keçirə bilsin, 155 ölkənin dəstəyi ilə dünyanın ən mötəbər təşkilatı olan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilsin.
- Sizcə, Azərbaycan buna necə nail olur?
- Bu suala tam və dəqiq cavab vermək üçün Azərbaycanın xarici siyasət doktrinasına və qəbul etdiyi qərarlara diqqət yetirmək lazımdır. Əgər biz Prezident İlham Əliyevin xarici siyasət kursuna baxsaq, görərik ki, Azərbaycan MDB və Avropa məkanında çox nadir və bəlkə də, yeganə dövlətdir ki, öz prioritetlərini özü müəyyən edir, milli maraqlarına cavab verən tərəfdaş ölkələri və təşkilatları özü seçir, müxtəlif hərbi və siyasi bloklarla eyni məsafədə durmağı bacarır və onlarla hansı müstəviyə qədər əməkdaşlığa ehtiyac varsa, o qədər əməkdaşlıq etməyə sərbəst qərar verir.
Şübhəsiz ki, belə bir siyasi iradə öz bəhrəsini verir. Belə ki, bir-biri ilə müxtəlif mövzularda ziddiyyətli və hətta münaqişəli vəziyyətdə olan dünyanın və regionun hegemon dövlətləri olan ABŞ, Avropa İttifaqı, Rusiya, Çin, Türkiyə, İran və digərləri ilə ölkəmiz çox uğurla əməkdaşlıq edir və onların arasındakı ziddiyyətlərin milli maraqlarımıza zərər vurmasına əsla imkan vermir. Bu, xarici siyasət konsepsiyasında ölkəmiz üçün çox böyük uğur hesab olunur və heç də hər kəsə nəsib olmur. Belə bir mürəkkəb geosiyasi şəraitdə milli maraqlarımıza cavab verən bu cür xarici siyasət kursunu uzun müddət davam etdirmək heç də asan məsələ deyil və bunun arxasında Azərbaycan Prezidentinin və Onun komandasının çox böyük zəhməti və yorulmaz əməyi vardır. Digər tərəfdən, Azərbaycanın iqtisadi baxımdan heç kimdən asılı olmaması və özü-özünü təmin etməsi müstəqil xarici siyasətimizi şərtləndirən əsas amillərdəndir. Yəni dövlətimizin həyata keçirdiyi çoxvektorlu, milli maraqlara əsaslanan siyasəti özünü doğruldur. Bu, Azərbaycanın müstəqilliyinin, suverenliyinin təminatının və daha da güclənməsinin tək yoludur. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu yol, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu bu gün özünü tam doğruldur.
- Yeri gəlmişkən, bu kontekstdə region dövlətləri ilə Azərbaycanı müqayisə etsək, hansı fərqli məqamları vurğulamaq mümkündür?
- Region dövlətlərinin hazırkı durumunu az da olsa təhlil etsək və onların xarici siyasət kursunu incələsək, görərik ki, Azərbaycan onlarla müqayisədə həm kifayət qədər əlverişli vəziyyətdədir, həm də daha çox müstəqildir. Misal üçün, işğalçı Ermənistan tam olaraq Rusiyanın vassalına çevrilib və nəticədə xarici siyasətdə müstəqilliyini və suverenliyini itirib. Sarkisyanın 3 il Avropa İttifaqı ilə Assosiasiya Sazişinin imzalanması haqqında apardığı danışıqları və bu sazişin imzalanacağı tarixə 3 gün qalmış Moskvaya çağırılaraq sazişdən imtinaya məcbur edilməsini hamımız yaxşı xatırlayırıq.
Gürcüstanın isə birtərəfli qaydada Avropa İttifaqı və ABŞ ilə qurduğu siyasət ona çox baha başa gəldi. Rusiya Abxaziya və Cənubi Osetiya separatçılarını rəsmən tanıdı və hər iki regionda səfirliyini açdı. Hazırda Gürcüstanla Rusiya ikitərəfli münasibətlərinin ən gərgin dövrünü yaşayır. Ukrayna və Moldova ilə vəziyyət hamımıza bəllidir və nikbinlik üçün hər hansı bir əsas görünmür.
Ancaq Azərbaycan isə yuxarıda qeyd etdiyim kimi, işğalçı Ermənistan istisna olmaqla bütün qonşuları ilə dost və tərəfdaş münasibətlərini davam etdirir. Qardaş Türkiyə ilə münasibətlərə xüsusi toxunmağa ehtiyac görmürəm. Biz Ulu öndər Heydər Əliyevin dediyi kimi, “bir millət iki dövlət”ik. Azərbaycanın Türkiyə ilə münasibətləri mən deyərdim ki, tarixdə görünməmiş dərəcədə yüksək səviyyədədir. İranla münasibətlərimiz də çox yaxşı səviyyədədir və Xəzərin hüquqi statusu haqqında çərçivə sənədi imzalanandan sonra əlaqələrimiz daha da dərinləşib. Rusiya ilə əməkdaşlığımız isə, məncə, özünün ən dinamik dövrünü yaşayır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sentyabrın 1-də Rusiyaya rəsmi səfəri və orada imzalanan sənədlər hər iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxdığından xəbər verir. Əminəm ki, Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 25-də Bakıya gözlənilən cavab səfərində bu münasibətlərə yeni impuls veriləcək və qarşılıqlı maraqlara xidmət edən dostluğumuz daha da möhkəmlənəcək.
- Yeri gəlmişkən, Azərbaycanın Avropa İttifaqı ilə hazırkı münasibətləri haqqında fikrinizi bilmək istərdik. Avqust ayında Almaniyanın Federal Kansleri Angela Merkelin ölkəmizə ilk səfəri, Prezident İlham Əliyevin Aİ-nın üzv ölkəsi olan Xorvatiyaya səfəri bu kontekstdə önəmlidir. Sizcə, bu səfərlər Azərbaycana nə vəd edir?
- Bilirsiniz ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər ümumən normal olsa da, əvvəllər bir sıra prinsipial məsələlərdə bizi qane etməyən məqamlar var idi. Xüsusilə, bir neçə il bundan öncə əməkdaşlığımızın yeni keyfiyyət mərhələsinə çıxarılmasına hesablanmış sənəd layihəsində ölkəmizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı məsələsində Avropa İttifaqının birmənalı mövqe tutmaması bizi ciddi narahat edirdi. Təqdirəlayiq haldır ki, cənab Prezident İlham Əliyevin Brüsselə etdiyi son səfər zamanı bizi narahat edən bu kimi məqamlar tam olaraq aradan qalxdı. Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan Tərəfdaşlıq Prioritetləri adlı sənəddə Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü dəstəklənir. Əminəm ki, bundan sonra münasibətlərimiz bütün sahələrdə daha da möhkəmlənəcək və genişlənəcək.
Avropa İttifaqının əsas aparıcı ölkəsi olan Almaniyanın kansleri xanım Merkelin bu il avqustun 25-də Azərbaycana etdiyi səfər isə həm Almaniya-Azərbaycan, həm də Avropa İttifaqı-Azərbaycan münasibətləri baxımından da çox əhəmiyyətli oldu. Merkelin Bakıda keçirdiyi görüşlərin və verdiyi bəyanatların məzmununa baxsaq, görərik ki, Almaniya Azərbaycana nə qədər böyük önəm verir və ölkəmizlə əməkdaşlığın dərinləşməsində maraqlıdır. Eyni zamanda Azərbaycan Prezidentinin Avropa İttifaqı ölkələrinə, o cümlədən Xorvatiyaya etdiyi səfərlərə də bu kontekstdən yanaşmaq lazımdır. Azərbaycan o ölkələrdəndir ki, onunla əməkdaşlıq və tərəfdaşlıq hər iki tərəfə fayda verir. Ona görə də bizim ölkəmizə maraq çox yüksəkdir. Təsadüfi deyil ki, Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb.
- Son günlər Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə yaxından əməkdaşlıq etmək niyyətini rəsmən bəyan edib. Bunu necə qiymətləndirirsiniz? Bu əməkdaşlıq bizim digər Avropa qurumları ilə münasibətlərimizə necə təsir edə bilər?
- Mən bilirəm ki, ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə yaxından əməkdaşlıq etmək istəyi bəzi dairələrdə birmənalı qarşılanmır. Lakin bir məsələni dəqiq bilməliyik ki, Azərbaycan hakimiyyəti milli maraqlarımıza tam cavab verməyən hər hansı bir quruma heç vaxt üzv olmayıb və bundan sonra da olmayacaq. Bu baxımdan ŞƏT-ə iqtisadi maraqlarımızın təmin olunması üçün əlavə bir imkan kimi baxmaq lazımdır.
Azərbaycanın ŞƏT-lə əməkdaşlığını daha da inkişaf etdirmək və yeni səviyyəyə qaldırmaq niyyətində olduğunu bəyan etməsini çox müsbət qiymətləndirirəm. Ölkəmizin hazırkı iqtisadi prioritetləri və həyata keçirdiyi infrastruktur və nəqliyyat layihələri baxımından bu təşkilatla əməkdaşlığın dərinləşdirilməsini çox vacib hesab edirəm. Avrasiya qitəsinin 3/5-ünə bərabər olan, 2 milyarddan yuxarı əhaliyə sahib olan ŞƏT üzvləri ilə, xüsusilə Çin kimi iqtisadi nəhənglə bizim ortaq iqtisadi maraqlarımız var. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın müəllifi olduğu “dəmir ipək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işləməsi, hər iki istiqamətdə yük daşımalarının həcminin arzu olunan səviyyəyə çatması, ölkəmizi “habların habı” statusuna qaldıran şərq-qərb, şimal-cənub marşrutunun özünü doğrultmasında ŞƏT-ə tam və müşahidəçi hüquqla üzv olan ölkələrin müstəsna rolu var. Başqa sözlə desək, Azərbaycanın təşəbbüs göstərdiyi Qədim İpək Yolunun bərpası məhz bu ölkələrdən daha çox asılıdır. Ona görə də Azərbaycanın ŞƏT-lə yaxından əməkdaşlıq etməsinə və müşahidəçi ölkə statusu alması üçün müraciətinə uğurlu xarici siyasətimizin davamı kimi baxıram və təqdir edirəm.
Azərbaycanın ŞƏT-lə əməkdaşlığının Avropa İttifaqı və ya Qərblə münasibətlərinə mümkün təsirinə gəlincə, onu deyə bilərəm ki, ŞƏT-lə əməkdaşlığımız Avropa ilə əlaqələrimizə heç bir mənfi təsir göstərməyəcək, tam əksinə bizim bu əməkdaşlığımızdan Avropa da faydalanacaqdır.
- Azay müəllim, ayrı-ayrılıqda müxtəlif beynəlxalq təşkilatlara üzv olan türkdilli dövlətlərin öz aralarında olan birliyi necə qiymətləndirirsiniz? Hazırkı durum sizi qane edirmi?
- Bu gün dünyada dövlətlərarası münasibətlərdə yeni keyfiyyət dəyişiklikləri baş verir. Bir çox hallarda bu müsbət istiqamətdə getmir, yeni qruplaşma, koalisiya meyilləri yaranır. Belə bir şəraitdə eyni milli köklərə malik, dil, din bağlılığı olan türkdilli ölkələrin birliyinə çox ehtiyac duyulur. Dünyada 6 türk dilində danışan müstəqil və dünya birliyi tərəfindən tanınan dövlət var. Biz dost və qardaş ölkələrik. Ona görə də türkdilli ölkələr bir-birinə daha yaxın olmalıdır. Bu reallığı zaman bizə diqtə edir. Azərbaycan-Türkiyə münasibətləri kontekstində bu reallığı və birlik nümunəsini daha aydın şəkildə görmək mümkündür. Bu gün türkdilli ölkələri özündə birləşdirən təşkilatlara Türkmənistanın və Özbəkistanın da qoşulması bizim gücümüzü və birliyimizi çox artırardı.
Mən tez-tez Orta Asiya respublikalarına səfər edirəm və görürəm ki, onlar da inteqrasiyada çox maraqlıdır. 2 həftə öncə Özbəkistana səfər etmişdim, parlamentdə bir sıra görüşlər keçirdim. Eləcə də TÜRKPA ilə bağlı müzakirələr apardıq. Özbəklər də yaxşı bilirlər ki, türk dövlətlərinin inteqrasiyasına çox böyük ehtiyac var. Sevindirici haldır ki, Qırğızıstanda keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının VI Zirvə görüşündə Özbəkistanın Prezidenti də iştirak etdi. Bu, çox gözəl hadisədir və Özbəkistanın Türk birliyinə qoşulması üçün yaxşı siqnaldır. Ümid edirəm ki, yaxın vaxtlarda Özbəkistan və Türkmənistan da həm dövlət başçıları, həm də parlament formatında olan Türkdilli ölkələrin birliyinə qoşulacaqdır.
Əlbəttə ki, türkdilli ölkələr arasında ciddi ittifaq yaratmaq həyati əhəmiyyətə malikdir. Bu ölkələr hələ ki, daha çox mənəvi-mədəni parametrlərlə əməkdaşlıq edir. Amma gələcəkdə bu birlik iqtisadi, hərbi-siyasi bloka çevrilə bilər. Çünki həm enerji ehtiyatları, həm hərbi güc baxımından və digər resurslar baxımından türk coğrafiyasının böyük potensialı var. Bu coğrafiyanın birləşməsinə əngəl olan qüvvələr də var və biz onlara imkan verməməliyik ki, bizim qardaşlığımızı, dostluğumuzu və birliyimizi pozsunlar. Bu istiqamətdə media və vətəndaş cəmiyyəti də daim aktivlik nümayiş etdirməli və bizim birliyimizi təbliğ etməlidir.
- Azay müəllim, son sualımız Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Bu məsələyə beynəlxalq təşkilatların mövqeyi haqqında fikirlərinizi bilmək istərdik. Siz ATƏT Parlament Assambleyasının vitse-prezidentisiniz və bu qurumun problemin həllinə yanaşmasını necə dəyərləndirirsiniz?
- Təəssüflər olsun ki, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi prinsiplərə və normalara əməl və hörmət etmirlər. Helsinki prinsipləri əsasında yaranan ATƏT bu prinsiplərin bərqərar olunmasını hələ də təmin edə bilmir. Biz ATƏT Parlament Assambleyasında bu məsələni dəfələrlə qaldırmışıq. ATƏT-in bu məsələdə mövqeyi və yanaşması Azərbaycanı qane etmir və edə bilməz. Çünki ATƏT işğalçı ölkə olan Ermənistanla işğala məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoyur, işğalçını öz adı ilə çağırmır, beynəlxalq hüququ heçə sayan ölkəyə qarşı hər hansı bir təsirli tədbir görmür. Cənab Prezident İlham Əliyev sentyabrın 21-də Milli Məclisdə parlamentin 100 illiyinə həsr olunmuş təntənəli iclasda çıxışı zamanı bu barədə çox açıq və qəti fikrini bir daha ifadə edərək bildirdi ki, beynəlxalq təşkilatlar Azərbaycana, münaqişənin həllinə münasibətdə ikili standartlara və haqsızlığa yol verirlər, işğalçı Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq etmirlər.
Bu yaxınlarda Prezident İlham Əliyev ATƏT-in baş katibi Tomas Qrimenqer ilə görüşündə də Azərbaycanın mövqeyini bir daha vurğuladı ki, ATƏT Ermənistanın qeyri-konstruktiv mövqeyinə açıq şəkildə münasibət bildirməlidir. Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqların formatını dəyişmək və separatçıları danışıqlar masasına gətirmək istəyi ATƏT-in Minks qrupunun həmsədr ölkələri tərəfindən birmənalı şəkildə pislənilməlidir. Bir sözlə, ATƏT-in özünün yaratdığı danışıqlar formatını kiminsə dəyişmək istəməsi yolverilməzdir. ATƏT bu məsələyə sərt mövqe bildirməyincə, Paşinyan kimi adamlar avantürist mövqeyini davam etdirəcək və öz daxili auditoriyasına və hakimiyyətinin qorunmasına hesablanmış belə sərsəm bəyanatlardan əl çəkməyəcək. Ona görə də, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin hazırkı mövqeyi bizi qane etmir, münaqişənin həlli ilə bağlı yeganə mandata sahib olan ATƏT mövcud vəziyyətə adekvat yanaşmır və bu, bizi ciddi narahat edir. Biz öz narahatlığımızı ən yüksək səviyyədə bildirmişik.
O ki qaldı ATƏT PA-nın münaqişənin həllinə yanaşmasına, onu deyə bilərəm ki, bu məsələdə Assambleyanın mövqeyi qənaətbəxşdir. Çünki 2015-ci ildə ATƏT PA mənim müəllifi olduğum “ATƏT Ərazisində Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə Bağlılıq” adlı qətnaməni qəbul etməklə münaqişənin həlli ilə əlaqədar öz prinsipial və birmənalı mövqeyini ortaya qoydu. Belə ki, qətnamədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin dəyişilməzliyi prinsipləri əsasında həll edilməsinin vacibliyi vurğulanır, xalqların öz müqəddəratını təyin etmə hüququnun isə yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində mümkün olduğu qeyd edilir. İşğal olunmuş ərazilərdən qovulmuş vətəndaşlarımızın qeyd-şərtsiz və ləyaqətli bir şəkildə öz yurd-yuvalarına dönməsi üçün müvafiq şəraitin yaradılması tələb olunur. Bu baxımdan ATƏT PA-nın mövqeyi açıq və qəti şəkildə ifadə olunubdur və bu da bizi tam qane edir.
Əlbəttə, biz bununla kifayətlənmirik, ATƏT PA-nın bütün iclaslarında Dağlıq Qarabağ məsələsini qaldırırıq, haqlı mövqeyimizi diqqətə çatdırırıq, Ermənistanın işğalçı mahiyyətini ifşa edirik və bundan sonra da edəcəyik.
Onu da deyim ki, bu il oktyabrın 3-dən 6-na kimi Bişkekdə ATƏT PA-nın payız sessiyası keçiriləcək və sessiya çərçivəsində Azərbaycanın mövqeyini və münaqişə ətrafında yaranmış hazırkı vəziyyətlə əlaqədar narahatlığını bir daha Assambleyanın üzvlərinin diqqətinə çatdıracağıq. Son günlər İrəvanda və Bakıda səfərdə olan ATƏT PA-nın prezidenti Corc Seretelenin münaqişə ilə bağlı bəzi təklifləri də var və çox güman ki, o təklifləri də Bişkekdə müzakirə etmək imkanımız olacaq.
Sonda onu da demək istərdim ki, Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad edəcək. Buna heç kimin şübhəsi olmasın. Çünki beynəlxalq hüquq və ədalət bizim tərəfimizdədir. Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq təşkilatlar tərəfindən tanınır və BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müdafiə olunur. Azərbaycanın həyata keçirdiyi siyasət, ordumuzun güclənməsi, Ali Baş Komandanın Dağlıq Qarabağ məsələsində ardıcıl, güzəştsiz və prinsipial mövqeyi və ən nəhayət, bölgədə cərəyan edən proseslər və bir sıra geosiyasi amillər torpaqlarımızın işğaldan azad olunması üçün yeni imkanlar yaradır. İnanıram ki, biz bu imkanları doğru dəyərləndirməyi bacaracağıq.

 
  • Oxunub:  13290  |  
  • Tarix:  24-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb

13 Noyabr 21:31
Azərbaycan ilə Özbəkistan arasında dini-mənəvi sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
13 Noyabr 21:28
Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib
13 Noyabr 20:09
Azərbaycanın kosmik proqramı: Zəngin ənənələr və müasir çağırışlar
13 Noyabr 20:00
Azərbaycanda mövcud nəqliyyat problemləri və onların həll yollarına dair müzakirələr aparılıb
13 Noyabr 19:56
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dağıstanlı deputatlarla görüş keçirilib
13 Noyabr 19:50
Yeni TV-də canlı yayımda Hikmət Babaoğlunun qonağı Milli Məclisin deputatı Aydın Hüseynov olmuşdur (VİDEO)
13 Noyabr 19:45
Sona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər
13 Noyabr 17:39
AMEA-da tədris prosesinin cari vəziyyəti müzakirə olunub
13 Noyabr 17:31
ABŞ-ın nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
13 Noyabr 17:26
Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib
13 Noyabr 17:24
Azərbaycan Dillər Universitetində Qədim dillər elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb
13 Noyabr 17:21
“Azəriqaz”da istehsalat müşavirəsi keçirilib
13 Noyabr 17:20
Mərkəzi Seçki Komissiyası Gəncədə regional seminar-müşavirə keçirib
13 Noyabr 17:11
Mərkəzi Seçki Komissiyası “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb
13 Noyabr 17:08
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib
13 Noyabr 17:06
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 17:00
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 16:49
Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini, Dağıstan Xalq Məclisinin sədrini və sədrin müşavirini qəbul edib
13 Noyabr 16:45
Təhsil nazirinin Fransaya səfəri davam edir
13 Noyabr 16:38
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13 Noyabr 16:36
Prezident İlham Əliyev: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
13 Noyabr 16:34
Hadi Rəcəbli: Büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir
13 Noyabr 16:33
Birləşmiş Ərəb Əmirlikləri indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə yatırıb
13 Noyabr 16:28
Naqif Həmzəyev: 2020-ci ilin sosialyönümlü büdcəsi əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb
13 Noyabr 16:26
Milli Məclisin Sədri Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşüb
13 Noyabr 16:13
Sahibə Qafarova: Bu gün Azərbaycan özünün inkişafında ən yüksək zirvəni yaşamaqdadır
13 Noyabr 16:10
Eldəniz Səlimov: Dünyada Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir
13 Noyabr 16:07
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
13 Noyabr 16:02
Futbol üzrə Azərbaycan kuboku turnirinin 2019-2020-ci illər mövsümünün püşkü atılıb
13 Noyabr 15:55
Los-Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib
13 Noyabr 15:53
Erməni diplomatlar tərəfindən Azərbaycana qarşı yönəlmiş çirkin əməllərin qarşısı alınır
13 Noyabr 15:46
Ticarət obyektlərinin sahibləri ilə görüşdə istehlakçı hüquqlarının qorunmasından bəhs olunub
13 Noyabr 15:43
“Made in Azerbaijan” brendli məhsullar “Food and Hotel China 2019” sərgisində
13 Noyabr 15:38
İlahiyyat İnstitutu: “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak etmiş tələbələrlə görüş
13 Noyabr 15:24
Eliy Abadi: Azərbaycan tolerantlıq ənənələrinə görə dünyanın ən qabaqcıl ölkələri sırasındadır
13 Noyabr 15:14
Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Şəhidlər xiyabanını ziyarət edib
13 Noyabr 14:51
Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub
13 Noyabr 14:28
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb
13 Noyabr 14:17
Hərbi Hava Qüvvələri əməliyyat təlimi çərçivəsində qarşıya qoyulan tapşırıqları icra edir
13 Noyabr 14:13
Ermənistan Azərbaycanla Gürcüstan arasında qardaşlıq və dostluq münasibətlərinə həmişə nifaq salmağa çalışır
13 Noyabr 14:08
Milli Məclisdə “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib
13 Noyabr 14:00
AzMİU ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında əlaqələr genişlənir
13 Noyabr 13:57
Hikmət Babaoğlu: “Azərbaycanda son illərin ən yaxşı inkişaf göstəriciləri bu il qeydə alınıb”
13 Noyabr 13:56
Nazir: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin turizm və investisiyaların cəlbi sahələrində əməkdaşlığı genişləndirilə bilər
13 Noyabr 13:52
Təhsil nazirinin müavini Ucar rayonunda
13 Noyabr 13:50
Sahil Babayev: 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq
13 Noyabr 13:05
Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb
13 Noyabr 13:02
Mikayıl Cabbarov: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi əməkdaşlığı daha da inkişaf edəcək
13 Noyabr 12:51
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb
13 Noyabr 12:21
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir
13 Noyabr 12:13
BŞBPİ: Bakıda yolu bağlayaraq avtomobillərə və vətəndaşlara hücum edən şəxslər saxlanılıblar
13 Noyabr 12:09
Xətai məktəbliləri Gəncə, Şəmkir, Göygöl rayonları üzrə ekskursiyaya çıxıblar
13 Noyabr 12:04
Bilal Dündar: Nəsiminin yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsü onun xatirəsinə böyük ehtiramdır
13 Noyabr 12:01
Ağcabədidə 18 kilometrlik yol yenidən qurulub
13 Noyabr 12:00
Getaçyu Engida: Azərbaycan regionda və dünyada sülhün və sabitliyin inkişafına töhfə verir
13 Noyabr 11:54
Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları Dövlət Sərhəd Xidməti tərəfindən mükafatlandırılıb
13 Noyabr 11:42
Sabunçuda sakinlərin problemləri dinlənilib
13 Noyabr 11:24
Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməyin sevincini yaşayırlar
13 Noyabr 11:17
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13 Noyabr 11:16
Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür
13 Noyabr 10:47
Bakı Ekspo Mərkəzində “Caspian Ecology” X Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi işə başlayıb
13 Noyabr 10:46
Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya yola düşüblər
13 Noyabr 10:37
Zaqatala məktəbliləri cənub bölgəsi ilə tanış olacaqlar
13 Noyabr 10:36
Ahmet Altay Cengizer: Azərbaycan güclü mədəniyyəti olan ölkədir
13 Noyabr 10:31
Cənub bölgəsinin məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyaya qoşulublar
13 Noyabr 10:25
Qax məktəblilərini cənub bölgəsində maraqlı ekskursiyalar gözləyir
13 Noyabr 10:16
Şimal rayonlarından olan yüzə yaxın məktəbli maarifləndirici tur-aksiyaya qoşulub
13 Noyabr 10:04
Avstraliyanın turizm saytı: Səfərə hazırlaşırsınızsa, Azərbaycanı seçin!
13 Noyabr 10:00
Bu gündən “Ölkəmizi tanıyaq” növbəti maarifləndirici tur-aksiya başlayır
13 Noyabr 09:51
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA