Ana səhifə »  Müsahibə »  Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb
A+   Yenilə  A-
Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb

YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva www.yap.org.az saytına müsahibə verib:
- Sevinc xanım, müasir Azərbaycan dövlətinin davamlı inkişafını təmin edən çoxsaylı amillər mövcuddur. Həyata keçirilən davamlı islahatlarla yanaşı, xalqın və dövlətin maraqlarını müdafiə edən addımlar da milli tərəqqiyə əhəmiyyətli töhfələr verir. Bu baxımdan, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ali məramlı fəaliyyəti ayrı-ayrı sahələrin inkişafında və ölkəmizin beynəlxalq nüfuzunun artmasında müstəsna rol oynayır. Bu barədə nə düşünürsünüz?
- Bu gün Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu, özünəməxsus inkişaf modelinə malik olan və demokratik ölkə kimi tanınır. Heç şübhəsiz, ötən müddət ərzində Azərbaycanın müxtəlif sahələrdə möhtəşəm və tarixi nailiyyətlər əldə etməsini təmin edən fundamental amillər mövcuddur. Bu amillərin başında, əlbəttə ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətinin Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gəlir. Ümumiyyətlə, dövlətimizin milli maraqlarına, müasir dünyanın reallıqlarına, çağırışlarına uyğun mövqe və siyasət Azərbaycanın müstəqil dövlət kimi davamlı dayanıqlı inkişafını təmin edən əsas amildir. Bu baxımdan, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dövlətimizin milli maraqlarına və xalqın mənafeyinə xidmət edən çoxşaxəli fəaliyyəti xüsusilə qeyd edilməlidir.
Hər şeydən əvvəl, Mehriban xanım Əliyeva öz xalqına və dövlətinə qırılmaz mənəvi tellərlə bağlıdır. Mehriban xanım Əliyeva qeyd etmişdir: “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır”. Bu fikirlər Mehriban xanım Əliyevanın həyat kredosunu tamamilə əks etdirir. Mehriban xanım Əliyevanın müxtəlif vəzifə və statuslarda bu zamana qədərki fəaliyyəti - Azərbaycan naminə gördüyü genişmiqyaslı işlər cəmiyyətdə ona böyük inam və rəğbət yaradıb. Bu gün hər bir Azərbaycan vətəndaşı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini olduqca yüksək qiymətləndirir.
- Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ümummilli liderimizin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fondun ötən müddət ərzində həyata keçirdiyi çoxşaxəli fəaliyyətin nəticələrini necə qiymətləndirirsiniz?
- Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bu zamana qədər müxtəlif sahələri əhatə edən və böyük əhəmiyyətə malik olan çoxsaylı layihələr reallaşdırılıb. Bu layihələrin hamısı müasir müstəqil Azərbaycanın inkişafına mühüm töhfələr verməklə yanaşı, xalqa və dövlətə xidmət prinsipinə söykənib. İstər Azərbaycan mədəniyyətinin və xalqımızın milli-mənəvi dəyərlərinin dünyaya daha yaxından tanıdılması, istər Xocalı faciəsi kimi ümummilli məsələlər barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, istərsə xeyriyyəçilik və digər istiqamətləri əhatə edən layihələrin müsbət nəticələri göz önündədir.
Fondun çoxşaxəli fəaliyyətindən bəhs edən Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun öz fəaliyyətini humanizm prinsipləri əsasında qurduğunu bildirərək deyib ki, “biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Biz Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik. Biz infrastruktur layihələri icra edirik”. Fondun ayrı-ayrı insanların problemlərinə heç zaman biganə qalmadığını deyən Mehriban xanım Əliyeva vurğulayıb ki, insanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir.
Heydər Əliyev Fondu bir çox sahələrdə səmərəli layihələr həyata keçirməklə yanaşı, təhsilin inkişafı istiqamətində də mühüm təşəbbüslərlə çıxış etmiş, bu sahədə genişmiqyaslı işlərin altına imzasını atmışdır. Bu baxımdan, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramını xüsusi olaraq qeyd etmək lazımdır. Bu proqramda respublikamızın rayon və şəhərlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, təhsil ocaqlarının əsaslı təmiri, maddi-texniki bazasının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər öz əksini tapıb və qarşıya qoyulan məqsədlərə müvafiq olaraq həyata keçirilən tədbirlər səmərəli nəticələr verib.
Bununla yanaşı, Fondun dəstəyi ilə paytaxt Bakıda və respublikanın bölgələrində çoxlu sayda körpələr evinin, uşaq bağçasının, xüsusi təyinatlı uşaq müəssisəsinin yüksək səviyyədə təmir olunması və hər cür avadanlıqla təchiz edilməsi də xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun təkcə “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində çoxsaylı internat və uşaq evi yenidən qurulub. Ümumiyyətlə, Mehriban xanım Əliyeva daim uşaqları diqqətdə saxlayır, xüsusən də valideyn qayğısından məhrum olan, kimsəsiz uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir. Heydər Əliyev Fondu tərəfindən uşaq və yeniyetmələrin sağlamlığı, təhsili, hərtərəfli inkişafı üçün mühüm layihələr həyata keçirilir.
Göründüyü kimi, Heydər Əliyev ideyalarını böyük ruh yüksəkliyi ilə və ardıcıl şəkildə həyata keçirən Fondun fəaliyyəti sırf dövlətin milli maraqlarına, milli-mənəvi dəyərlərə söykənir.
- Azərbaycanın birinci xanımı milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində də genişmiqyaslı fəaliyyət göstərir. Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin çox vacib istiqamətlərindən biri məhz Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunub saxlanması, təbliğ edilməsi və dünya ictimaiyyətinə tanıdılmasıdır...
- Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində genişmiqyaslı fəaliyyət göstərir. Bu fəaliyyətin məntiqi nəticəsi kimi, Azərbaycanın zəngin tarixi və mədəni irsi dünyaya çatdırılır, ölkəmizin müsbət reallıqları beynəlxalq ictimaiyyətin diqqət mərkəzində yer alır. Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə mühüm əlaqələrə malik olması da Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində xüsusi əhəmiyyətə malikdir. Muğam və aşıq sənətinin, tar ifaçılıq sənətinin və Azərbaycan xalçasının UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Mehriban xanım Əliyevanın fəaliyyəti və xidmətlərinin nəticəsidir. “Hər bir xalqın, hər bir millətin ən böyük sərvəti onun mədəni irsidir. Azərbaycan qədim və zəngin tarixə, mədəniyyətə malik olan bir ölkədir. Əsrlər boyu bizi bir millət kimi qoruyub saxlayan mədəni irsimiz, dilimiz, ədəbiyyatımız, poeziyamız, musiqimiz olub. Muğam isə əsl sənət incisidir. Təsadüfi deyil ki, Azərbaycan muğamı UNESCO-nun bəşəriyyətin mədəni irsinin şah əsərləri siyahısına salınıb və çox sevindirici haldır ki, artıq bu siyahıda Azərbaycan tarı və tar ifaçılığı da vardır. Bu, bizim mədəni irsimizə, mədəni irsimizin qorunmasına dünya miqyasında göstərilən diqqətin və qayğının göstəricisidir”, - deyən Mehriban xanım Əliyeva, sözün əsl mənasında, Azərbaycan mədəniyyəti və incəsənətinə xüsusi diqqət və qayğı ilə yanaşır. Azərbaycanın musiqisinin dünyada təbliği və ölkəmizin beynəlxalq mədəniyyət mərkəzinə çevrilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.
Həqiqətən də, Azərbaycan muğamının, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun, İçərişəhərin, Qız qalasının, Şirvanşahlar Sarayı Kompleksinin UNESCO-nun dünya mədəni irs siyahısına, aşıq, xalçaçılıq, tar ifaçılığı sənətlərinin, Novruz bayramının, dolma, lavaş və kəlağayının, Lahıc misgərlik sənətinin, çövkən oyununun UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edilməsi məhz Mehriban xanım Əliyevanın çoxşaxəli və məqsədyönlü fəaliyyətinin nəticəsidir.
- Mehriban xanım Əliyeva müsahibələrinin birində qeyd edib ki, xeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti olduqca yüksək qiymətləndirilməklə yanaşı, gələcək nəsillər üçün çox mühüm örnəkdir...
- Ümumiyyətlə, Mehriban xanım Əliyevanın genişməzmunlu və çoxşaxəli fəaliyyəti humanizm prinsipinə əsaslanır. Bu baxımdan, xeyriyyəçilik Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasını təşkil edən mühüm amillərdən biridir və özündə ali dəyərləri əks etdirir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə müasir, müstəqil Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərir. Mehriban xanım Əliyeva müsahibələrinin birində qeyd etmişdir: “...Mənə belə gəlir ki, xeyriyyəçilik fəlsəfəsinin əsası, ilk növbədə, insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir. Mənəviyyatın ali qanunlarına görə, xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividendlər və ya səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarət olmalıdır”.
İnsanların ümidlərini doğrultmaq və xeyirxahlıq etmək Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində aparıcı istiqamətlərdəndir. Təsadüfi deyil ki, qarşıya qoyduğu bütün layihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondu insanlara qayğı və təmənnasız xidməti ilə cəmiyyətdə böyük rəğbət qazanıb, xeyirxahlığın ali ünvanı kimi tanınıb. Fondun vətəndaşların hər bir müraciətinə həssas yanaşması insanlara yüksək səviyyəli diqqət və qayğının bariz nümunəsidir.
- Yeri gəlmişkən, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində ölkəmizdə uğurla keçirilən mötəbər tədbirlərin Azərbaycanın beynəlxalq nüfuzunun artmasında əhəmiyyəti və rolu nədən ibarətdir?
- Bu gün Azərbaycan dünya miqyasında tolerantlıq məkanı kimi tanınır, sivilizasiyalararası dialoqa əhəmiyyətli töhfələr verir. Azərbaycan müsbət beynəlxalq imicə və yüksək nüfuza malikdir. Bunun nəticəsidir ki, mötəbər beynəlxalq tədbirlərin keçirilməsi sabitlik mühiti və dinamik inkişafı ilə fərqlənən Azərbaycana həvalə edilir. Sevindirici haldır ki, Azərbaycan bu zamana qədər bütün nüfuzlu, mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib.
Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi etməsindən bəhs edərkən Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazımdır. Əvvəla qeyd edək ki, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində nüfuzlu “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi Azərbaycanda uğurla keçirildi və bütün dünyanın diqqət mərkəzində oldu. “Bakı-2015” ilk Avropa Oyunlarının, eyni zamanda, ötən il baş tutmuş IV İslam Həmrəylik Oyunlarının yüksək səviyyədə keçirilməsi - beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilməsi məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi təşkilat komitələrinin uğurlu fəaliyyətinin nəticəsidir.
Bir məqama da xüsusi olaraq nəzər salmaq lazımdır. Belə ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycan ilə məhdudlaşmır, daha geniş coğrafiyanı əhatə edir və sözün əsl mənasında, xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına dəyərli töhfə verir. Bunun da nəticəsidir ki, Mehriban xanım Əliyevanın fəaliyyəti beynəlxalq miqyasda yüksək qiymətləndirilir. O, həm də xalqlararası münasibətlərin və sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr verir ki, bu da beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Ötən il Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif etməsi bu nümunələr sırasında yer alır. Bununla yanaşı, digər çoxsaylı təltiflər Mehriban xanım Əliyevanın beynəlxalq əhəmiyyətli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.
- Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti də ölkəmizin inkişafı və beynəlxalq miqyasda nüfuzunun artması - imicinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu barədə nə deyə bilərsiniz?
- Məlumdur ki, Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib. Şübhəsiz ki, bu, xalqımız və dövlətimiz üçün çox əlamətdar hadisədir. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edərək deyib: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.
Mehriban xanım həm Milli Məclisin deputatı, həm də Heydər Əliyev Fondunun prezidenti kimi milli maraqlara əsaslanan uğurlu fəaliyyət göstərib. O, Milli Məclisin deputatı olarkən mühüm qanunvericilik təşəbbüsləri ilə çıxış edib və bu təşəbbüslərin hamısı xalqın mənafeyinə xidmət edib. Mehriban Əliyeva Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi də səmərəli fəaliyyəti ilə yadda qalıb. Buna paralel olaraq Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Fransada ölkəmizlə bağlı mühüm mədəniyyət tədbirləri keçirib, Azərbaycan reallıqları uğurla təbliğ olunub. Mehriban Əliyevanın Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” ali dövlət ordeni ilə təltif olunması da bu baxımdan xüsusi vurğulanmalıdır.
Mehriban xanım Əliyeva, eyni zamanda, sıralarında 700 mindən çox insanı birləşdirən Yeni Azərbaycan Partiyasının Sədr müavinidir və partiyanın nüfuzunun daha da artmasına, ölkəmizin inkişafına öz layiqli töhfəsini verməkdədir. Bir sözlə, o, öz fəaliyyəti ilə Azərbaycan xalqının sevgisi və rəğbətini qazana bilib. Bütün bu amillər Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsini şərtləndirib. Reallıq budur ki, Mehriban xanım Əliyeva hazırda Birinci vitse-prezident kimi uğurla fəaliyyət göstərir, öz fəaliyyətində xalqımızın mənafeyini, dövlətimizin maraqlarını əsas götürür. Azərbaycanın Birinci vitse-prezidenti öz fəaliyyəti ilə ölkəmizin inkişafına dəyərli töhfələr verir, respublikamızı beynəlxalq miqyasda uğurla təmsil edir.

 
  • Oxunub:  3600  |  
  • Tarix:  25-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənə ilə qeyd olunub

15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
12:41
22 Sentyabr
Aydın Hüseynov: Azərbaycan parlamenti tarixdə şərəfli iz qoyub
12:35
22 Sentyabr
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
12:18
22 Sentyabr
İndoneziya Regional Nümayəndələr Şurasının sədri Azərbaycana səfərə gəlib
11:24
22 Sentyabr
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
10:30
22 Sentyabr
Kristina Marti Lanq: İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
10:27
22 Sentyabr
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub
10:24
22 Sentyabr
Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib
10:22
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 112 dəfə pozub
20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+25 +28
gecə+17 +20