Ana səhifə »  Müsahibə »  Azərbaycan istənilən halda öz torpaqlarını işğaldan azad edəcək
A+   Yenilə  A-
Azərbaycan istənilən halda öz torpaqlarını işğaldan azad edəcək

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Musa müəllim, öncə Milli Məclisin Səhiyyə komitəsində 2018-ci il yaz sessiyası dövründə görülən işlərlə bağlı məlumat verməyinizi istərdik. Hesabat dövründə hansı məsələlər müzakirəyə çıxarılıb?
- 2018-ci ilin yaz sessiyası dövründə Səhiyyə komitəsində “Dərman vasitələri haqqında” qanun layihəsinə əlavə və dəyişikliklər edilməsi məqsədilə işçi qrupu yaradılmış, qanunun 19 maddəsinə 40-a yaxın əlavə və dəyişiklik edilmiş, layihə Milli Məclisin plenar iclasında müzakirə olunaraq qəbul edilmişdir. Səhiyyənin və müasir tibbin aktual problemlərindən biri olan donorluq və orqan köçürülməsi, xüsusilə meyitdən orqan köçürülməsi sahəsində hüquqi bazanın təkmilləşdirilməsi və genişləndirilməsi məqsədilə bu mövzuda mütəxəssislərin iştirakı ilə parlament dinləməsi keçirilmiş, işçi qrupu yaradılmışdır. Hazırda “Orqan və toxumaların transplantasiyası haqqında” qanuna əlavə və dəyişikliklər üzərində iş aparılır. Payız sessiyasında işçi qrupunun təklifləri müzakirəyə təqdim ediləcək.
Yaz sessiyasında daha bir aktual problem - əhalinin optik vasitələrlə təminatının keyfiyyətinin yüksəldilməsi sahəsində olan çatışmazlıqların aradan qaldırılması və optika və optometriya xidmətini müasir tələblər və standartlar səviyyəsində qurmaq məqsədi ilə oftalmoloq və optikaçıların iştirakı ilə dinləmə keçirilmişdir.
- Parlamentin Səhiyyə komitəsinin payız sessiyasının iş planı barədə nə deyə bilərsiniz? Komitə tərəfindən parlamentin payız sessiyasının müzakirəsinə hansı məsələlərin çıxarılması nəzərdə tutulur?
- Payız sessiyası başlayanda komitəmizin ilk iclasında bu məsələlər müzakirə olunacaq və komitə üzvlərinin təklifləri əsasında iş planı tərtib ediləcək. Səhiyyə komitəsinin gündəliyində olan və üzərində iş aparılan bir neçə qanun layihəsinin adını çəkmək yerinə düşərdi. “Reproduktiv sağlamlığın qorunması haqqında” və “Psixoloji yardım haqqında” qanun layihələri parlamentin plenar iclasına təqdim oluna bilər. Yuxarıda haqqında bəhs etdiyimiz “Orqan və toxumaların transplantasiyası haqqında” qanuna əlavə və dəyişikliklər də bu payız sessiyasında komitədə müzakirə olunaraq Milli Məclisə tövsiyə edilə bilər. Məlum olduğu kimi, gələn ildən icbari tibbi sığortanın ölkəmizdə daha geniş şəkildə tətbiq edilməsi nəzərdə tutulur. Bu məqsədlə qanunvericilikdə hüquqi bazanın genişləndirilməsinə ehtiyac var. Bu baxımdan, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə dinləmə keçirilməsi və “Tibbi sığorta haqqında” qanuna əlavə və dəyişiklik edilməsi məsələsi də payız sessiyasında gündəlikdə olacaq layihələrdəndir.
- Musa müəllim, Ermənistanda cərəyan edən proseslər diqqət mərkəzindədir. Xüsusilə də, bu ölkədə siyasi-hüquqi xarakterli hadisələrlə bağlı müxtəlif fikirlər səsləndirilir. Bu ölkədə, bir tərəfdən, baş tutan həbslər, digər tərəfdən, sosial-iqtisadi tənəzzül, nəhayət, Rusiya ilə münasibətlərdə meydana çıxmış problemlər ciddi müzakirə və mübahisə predmetinə çevrilib. Bu proseslərlə bağlı fikirləriniz nədən ibarətdir?
- Ermənistan kimi cırtdan və gücsüz dövlətlər heç zaman müstəqil siyasət yürüdə bilmirlər, kiminsə vassalı, şəraitdən asılı olaraq əl maşası, yaxud qapazaltısı olurlar. Bu mənada, Ermənistan nəinki istisna deyil, tarix səhnəsində biabırçı bir nümunədir. Qafqaza ermənilərin köçürülməsi və Azərbaycan torpaqlarında erməni dövlətinin qurulması vaxtilə çar Rusiyasının müsəlman əhalinin yaşadığı İrana və Osmanlı İmperatorluğuna qarşı xristian buferi yaradılması məqsədi güdürdü. İndi də istər Qərb, istərsə də Rusiya Ermənistandan təzyiq vasitəsi kimi öz maraqları üçün istifadə edirlər. İşğalçı Koçaryan-Sarkisyan xunta rejiminin Ermənistanda hakimiyyətə gətirilməsi və uzun müddət iqtidarda qalması bir xarici gücün maraqlarına xidmət edirdisə, Paşinyanın ortaya çıxması və gözlənilmədən hakimiyyətə yiyələnməsi, görünür, ağaların əlcək dəyişməsi və vassalın ağa dəyişməsi prosesinin ifadəsidir. Hər halda, fikrimcə, bu dəyişmədə ermənilər həmişə olduğu kimi, yenə də alət rolunu oynamaqdadırlar. Əsas reallıq bundan ibarətdir ki, Ermənistanda ictimai-siyasi sabitlik pozulmuşdur və yaxın zamanlarda hadisələrin daha da kəskinləşməsinin şahidi ola biləcəyik. “Qarabağ klanı” deyilən Koçaryan-Sarkisyan bandasının iqtidardan və ölkədən qovulması prosesinə start verilmişdir. Amma nəzərə alaq ki, Ermənistan bütövlükdə kriminal bir dövlətdir və Paşinyan da faktiki olaraq çevriliş yolu ilə hakimiyyətə yiyələnmişdir. Onun hansısa demokratik-hüquqi islahatlar aparacağına inanmaq lazım deyil.
Bəli, Ermənistan iqtisadi, siyasi böhran, sosial səfalət içərisindədir. Ölkədə yoxsulluq 30, işsizlik 20 faiz həddindədir, hər il Ermənistanı 50 min insan, özü də əmək qabiliyyətli əhali tərk edir və geriyə qayıtmır. Ölənlərin sayı doğulanların sayını üstələyir, Ermənistan qocalan və içərisindən çürüyən bir ölkə halındadır. Bu proses getdikcə dərinləşməkdədir. Paşinyan administrasiyasının Qərb qarşısında müxtəlif referanslar etməsinə baxmayaraq, ermənilərin Rusiyadan asanlıqla qopacağına inanmaq çox çətindir.
- Prezident İlham Əliyev avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışı zamanı Ermənistanın yeni hökumətinin əvvəlki kriminal xunta rejiminin səhvlərini buraxmamalı olduğunu diqqətə çatdırdı. Dövlət başçısı torpaqlarımız qayıtmayana qədər sülh olmayacağını və Ermənistanın yeni rəhbərliyinin bunu çox yaxşı başa düşməli olduğunu da xüsusi olaraq vurğuladı. Bu məsələlərlə bağlı nə düşünürsünüz?
- Bəli, cənab Prezident İlham Əliyevin çıxışı zamanı Qarabağ məsələsi ilə bağlı söylədiyi fikirlər həm Ermənistanın yeni rəhbərliyinə, həm də dünya birliyinə bir mesaj idi ki, Azərbaycan istənilən halda öz torpaqlarını işğaldan azad edəcək, heç bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Ancaq Paşinyan hökuməti öz ölkəsinin və xalqının gələcəyini düşünürsə, konstruktiv mövqe nümayiş etdirməli, öz sələflərinin səhvlərini təkrar etməməlidir. Erməni rəhbərliyi anlamalıdır ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməyənə, məcburi köçkünlər öz ata-baba torpaqlarına qayıtmayana qədər ədalətli sülhdən danışmaq mümkün olmayacaq. Ermənistan işğalçı siyasətini uzun zaman davam etdirə bilməyəcək. Müxtəlif bəhanələrlə danışıqlardan yayınan erməni rəhbərliyi anlamalıdır ki, danışıqları uzada bilərlər, amma Azərbaycan torpaqlarını uzun zaman işğal altında saxlaya bilməyəcəklər. Dünyanın ən güclü 30 ordusundan biri olan Azərbaycan Ordusu Ali Baş Komandanın əmrini gözləyir və bir həftə yetərlidir ki, bütün işğal olunan torpaqlarımızda üçrəngli bayrağımız dalğalansın. O gün uzaqda deyil. Lələtəpə və Günnüt əməliyyatları da bu həqiqəti əyani şəkildə göstərdi. Əgər onlar bu regionda yaşamaq istəyirlərsə, qonşuları ilə münasibətləri normallaşdırmalı, müxtəlif əsassız iddialardan əl çəkməlidirlər.

 
  • Oxunub:  4230  |  
  • Tarix:  16-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənə ilə qeyd olunub

15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
12:41
22 Sentyabr
Aydın Hüseynov: Azərbaycan parlamenti tarixdə şərəfli iz qoyub
12:35
22 Sentyabr
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
12:18
22 Sentyabr
İndoneziya Regional Nümayəndələr Şurasının sədri Azərbaycana səfərə gəlib
11:24
22 Sentyabr
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
10:30
22 Sentyabr
Kristina Marti Lanq: İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
10:27
22 Sentyabr
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub
10:24
22 Sentyabr
Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib
10:22
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 112 dəfə pozub
20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+25 +28
gecə+17 +20