Ana səhifə »  Müsahibə »  143 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib
A+   Yenilə  A-
143 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu www.yap.org.az saytına müsahibə verib:
- Hikmət müəllim, bildiyimiz kimi, iyulun 22-də Azərbaycan milli mətbuatının yaradılmasının 143 ili tamam olur. Ümumiyyətlə, milli mətbuatımızın yarandığı dövrün xarakteristikasını necə təsvir edə bilərsiniz?
- Azərbaycan mətbuatı öz inkişaf tarixində uzun və mürəkkəb yol keçib. Ümumiyyətlə, mətbuatın özünün ictimai institut kimi formalaşması tarixi o qədər qədim olmasa da, sevindirici haldır ki, Azərbaycanın mətbuat tarixi Orta Asiya və Şərqi Avropa ölkələri sırasında birincilərdəndir.
Mətbuat, ilk növbədə, intellektual sfera olduğu üçün, heç şübhəsiz ki, onun formalaşmasını təmin edəcək intellektlərin, ziyalıların, qələm sahiblərinin, yazarların olması, bunun üçünsə, əlbəttə ki, cəmiyyətin bu cür insanları yetişdirməsi vacibdir. Əgər hər hansı bir sosium bu işin öhdəsindən tarixi missiya olaraq vaxtında gəlmirsə, o ölkələrin mətbuatının inkişafı da, tarixi də bir qədər daha sonrakı dövrlərə təsadüf edir. Ancaq heç şübhəsiz ki, gec və ya tez olmasından asılı olmayaraq, hər bir millətin milli mətbuatı onun inkişaf tarixində təkanverici bir mərhələdir. Çünki mətbuat milli kimliyi formalaşdıran vasitə olmaqla bərabər, eyni zamanda, milli maarifləndirməni həyata keçirir, milli mentalitetin formalaşmasında aparıcı komponentlərdən biri kimi iştirak edir. Bu mənada, Azərbaycan mətbuatının tarixinin məhz 1875-ci ildən başlanması onun göstəricisidir ki, Azərbaycan xalqı hələ o dövrdə mətbuat nümunələrini ortaya qoya biləcək ziyalıları yetişdirmək iqtidarında olan intellektual gücə və potensiala sahib bir xalq, Azərbaycan cəmiyyəti isə hələ o dövrdə kifayət qədər intellektual əsaslarda formalaşan bir sosium idi.
Əgər bir qədər geriyə qayıtsaq, 1875-ci ildə milli mətbuat yaratmağın hansı şəraitdə mümkün olduğunu gözümüzün önündən keçirsək, görəcəyik ki, o dövrdə olan istər siyasi, iqtisadi, sosial şərtlər, istərsə də intellektual və maliyyə şərtləri arzuolunan səviyyədə deyildi. Ona görə ki, 1875-ci ildə Azərbaycan müstəqil respublika deyildi. Siyasi müstəqilliklə bərabər, digər bütün müstəqillikləri, yəni iqtisadi, maliyyə, ideoloji, mənəvi, mədəni və s. müstəqillikləri olmayan bir ölkənin məhz işğal altında bir mətbuat nümunəsi yarada bilməsi tarixi nöqteyi-nəzərdən mühüm bir hadisə idi. Azərbaycanı işğal altında saxlayan qüvvələrin, əlbəttə ki, əsla marağında ola bilməzdi ki, ölkəmizdə milli mətbuat yaransın, inkişaf etsin. İqtisadi şərtlər isə ona görə məqbul deyildi ki, o dövrdə bütövlükdə əhalinin maddi vəziyyəti aşağı idi, qəzet çıxarmaq yeni bir peşə olduğundan o dövrün ən müasir texnika və texnologiyasını tələb edirdi və bu texnologiyalar olduqca baha idi. Həmçinin qəzetin maliyyələşməsinin heç bir əsası - nə ictimai stimullaşdırıcı vasitələr, nə ictimai dəstək, nə də digər maliyyə mənbələri yox idi. Bu şərtləri nəzərə alsaq, görəcəyik ki, Azərbaycanın böyük ziyalısı Həsən bəy Zərdabi nə qədər ağır, çətin şərtlər altında tarixi bir missiyanı həyata keçirməyi bacarmışdı. Ona görə də, hesab edirik ki, o dövrdə Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin çap etdirilməsi həm də bir neçə onillik sonra müşahidə edəcəyimiz milli düşüncənin, siyasi, ideoloji dünyagörüşünün əsaslarını təşkil edəcəkdi.
- “Əkinçi”nin nəşr edilməsi yeni mətbuat orqanlarının meydana çıxmasına - fəaliyyətə başlamasına təkan verdi. O dövrdə cəmiyyətin maariflənməsində mətbuatın rolu və əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Əlbəttə ki, bundan sonrakı Azərbaycan mətbuatı müxtəlif mərhələlərdə müxtəlif tendensiya və istiqamətlər üzrə inkişaf etməyə başladı. XIX əsrin sonlarında keyfiyyətcə yeni istiqaməti mənimsəmiş, qarşısına yeni məqsədlər qoymuş “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (1880-90-cı illər) qəzetləri işıq üzü gördü. Bütün bunlar isə artıq Azərbaycanda mətbuat tarixinin inkişafının dönməz olduğunu göstərməklə dövrün də tələblərinə uyğun olaraq Azərbaycan mətbuatının tarixi ənənələrini formalaşdırmağa başladı.
Bu dövr həm də onunla xarakterik oldu ki, əslində, mətbuat müəyyən dəyərlərə xidmət vasitəsi kimi formalaşdırılırdısa, müəyyən mərhələdən sonra mətbuat özü elə bir dəyərə çevrildi ki, artıq onunla hər kəs hesablaşırdı. Bundan sonrakı illərdə Azərbaycanda “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi qəzetlər, 1906-cı ildə isə “Molla Nəsrəddin” jurnalı işıq üzü gördü. Bu dövr artıq Azərbaycan mətbuat tarixində mətbuatın kütləviləşməsi dövrüdür. Buna paralel olaraq həmin dövrdə cəmiyyətin təşkilatlanmasının baş verdiyini də görürük. Bu dövrdə Azərbaycan mətbuatının inkişafı elə bir tarixi mərhələyə qədəm qoydu ki, o, təkcə Cənubi Qafqazda yaşayan azərbaycanlıların, türklərin deyil, digər müsəlmanların da mətbu tələbatını ödəməyə başladı. Diqqət etsək, görərik ki, regionda dominantlıq edən Azərbaycan xalqı ilə bərabər, digər çoxsaylı müsəlman xalqları da yaşayırdılar və onların hamısının da ortaq ünsiyyət dili Azərbaycan dili, yazı dili Ərəb əlifbası olduğu üçün mütləq şəkildə Azərbaycan mətbuatının yaxşı mənada təsirinə məruz qalırdılar. Onlar da maariflənirdilər, dünyada baş verən hadisələrdən xəbər tuturdular və s. Ona görə də, hesab edirik ki, Azərbaycan milli mətbuatının inkişafı təkcə Azərbaycan mətbuatının inkişafı kimi yox, Qafqazda yaşayan bütün müsəlmanların mətbuatının inkişafı kimi səciyyələndirilməlidir.
Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövründə mətbuatımız fəaliyyətini davam etdirdi. Cümhuriyyətin süqutundan, bolşevik işğalından sonra isə mətbuatımız məcburən sovet ideologiyasına xidmət etməyə başladı. Buna baxmayaraq, Azərbaycan mətbuatı ədəbi dilin, siyasi leksikonun, ictimai münasibətlərin, bədii-estetik zövqün formalaşmasında, əhalinin maarifləndirilməsində, cəmiyyətin saflaşdırılmasında və s. istiqamətlərdə çox böyük işlər gördü. Buna görə də elə sovet dövründə də Azərbaycan mətbuatı tam bir milli dəyər, milli nümunə kimi öz varlığını qoruyub saxlamağı bacardı.
- Azərbaycan mətbuatının inkişafında Ümummilli liderimiz Heydər Əliyevin xidmətləri xüsusilə qeyd edilməlidir. Belə demək olarmı ki, Ulu öndərimiz mətbuatımızın milli keyfiyyətlərdə formalaşmasının əsasını qoydu?
- Ümumiyyətlə, sovet dövrü Azərbaycan mətbuatının inkişafı tarixində Heydər Əliyev erası mühüm bir hadisə olaraq, həm mətbuatın yenidən formalaşmasını təmin etdi, həm də mətbuatın məhz arzu etdiyimiz milli keyfiyyətlərdə formalaşmasının əsasını qoydu. Məhz Ulu öndər Heydər Əliyevin təklifi və gərgin əməyi sayəsində 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Məhz Azərbaycan dilinin dövlət dili kimi təsdiq olunması Azərbaycan mətbuat dilinin və bütövlükdə Azərbaycan dilinin inkişafı tarixində böyük bir hadisəyə çevrildi. Ona görə də məhz dilin inkişafı ilə bağlı belə bir hüquqi-siyasi, konstitusion əsasın yaradılması Azərbaycan mətbuatının inkişafı qarşısında yeni üfüqlər açdı. Beləliklə, artıq Azərbaycan dilinin inkişafı istiqamətində çox böyük işlər həyata keçirilməyə başlandı.
Bu qədər mürəkkəb proseslərin içərisində Azərbaycan mətbuatı inkişaf etdi, gözəl bir ənənə yaratdı, Azərbaycan dilinin səlisləşməsinə xidmət etdi, Azərbaycan dilində müxtəlif jurnalistika janrlarının inkişafını təmin etdi, oçerk, felyeton kimi janrların dilimizdə inkişaf etdirilməsi, bədii təsvir və bədii özünüifadə vasitələrinin formalaşdırılması işində Azərbaycan mətbuatı böyük rol oynadı.
Əlbəttə ki, ən böyük hadisə 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsindən sonra baş verdi. O illərdə artıq yeni əsaslarda müstəqil Azərbaycan mətbuatı formalaşdı. Vaxtilə kommunizm ideallarını tərənnüm edən mətbuat belə mühüm tarixi keçiddən sonra demokratiyanı və milli düşüncəni mənimsəməyə başladı. Çox təəssüf ki, o dövrdə ilkin mərhələdə formalaşan Azərbaycan mətbuatı cəmiyyətdə həqiqi demokratik əsasların formalaşmasına layiqli töhfə verə bilmədi.
1993-cü ilin əvvəllərində AXC-”Müsavat” hakimiyyəti dövründə hərbi sirlərin qorunması ilə bağlı xüsusi fərman imzalandı və bu, mətbuatın azadlığını, söz azadlığını bir qədər də məhdudlaşdırdı. Beləliklə, Azərbaycan mətbuatı yağışdan çıxıb yağmura düşmüşdü. Yalnız Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi, mətbuatın missiyasını və funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran Ulu öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi. Ulu öndərin imzaladığı Fərmanla Nazirlər Kabineti yanında mətbuat və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi, hərbi sirlərin yayılması ilə bağlı 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvəsini itirmiş elan edildi. Bundan başqa, 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar öz növbəsində Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.
Təbiidir ki, Ulu öndərin atdığı bu addımlar KİV ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilirdi. 2002-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” adına layiq görülməsi bir daha onu göstərdi ki, milli mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərən Ulu öndər Heydər Əliyev jurnalistlərin gerçək hamisidir.
- Hazırda Azərbaycan mətbuatı keyfiyyətcə yeni mərhələdədir. Dövlətimiz milli mətbuatımızın inkişafına daim diqqət və qayğı göstərir...
- 2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu sahəyə göstərilən diqqət və qayğı daha da artırıldı. Belə ki, Prezident İlham Əliyevin Sərəncamı ilə kütləvi informasiya vasitələrinin “Azərbaycan” nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Məlum olduğu kimi, bu borcların ödənilməsi prosesi Ulu öndər Heydər Əliyev tərəfindən dondurulmuşdu. Məhz cənab Prezident İlham Əliyevin göstərişi ilə məlum borcların ləğv edilməsi mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış fundamental əhəmiyyətli tarixi bir addım idi.
Məhz bu ərəfədə Azərbaycan mətbuatında ilk fundamental keyfiyyət dəyişiklikləri meydana gəlməyə başladı. Bu isə bütövlükdə müstəqil Azərbaycanın mətbuat tarixində keyfiyyət etibarilə yeni mərhələnin başlanmasını şərtləndirən əlamətdar bir hadisə idi. Hesab etmək olar ki, Prezident İlham Əliyev tərəfindən atılan bütün bu addımlar və görülən tədbirlər Azərbaycan mətbuatının inkişafına xüsusi töhfələr bəxş etdi. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər və həyata keçirilən islahatlar nəticəsində mətbuatda hökm sürən neqativ tendensiyaların tədricən sıradan çıxması müşahidə edilməyə başlandı. Beləliklə, konkret cinayətlər törətmiş və məsuliyyətə cəlb edilmiş - “KİV haqqında” qanunun tələblərini pozmuş, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zidd hərəkətlərə yol vermiş jurnalistlərin hüquqi və ictimai-mənəvi müstəvidə cəzalarının yüngülləşdirilməsi üçün müvafiq addımlar atıldı. Nəticə etibarilə, Prezident İlham Əliyev tərəfindən atılan addımlar və görülən tədbirlər mətbuat nümayəndələri tərəfindən layiqincə qiymətləndirildi və media sektorunun təmsilçilərinin adekvat addımlar atmasını şərtləndirdi. Məhz bunun sayəsində jurnalistikada özünə və peşə dəyərlərinə hörmət meyilləri artdı. Yəni senzuranın ləğvindən sonra yaranmış korporativ maraqlara xidmət edən, cəmiyyətin parçalanması yönündə dağıdıcı fəaliyyət göstərən “inqilabçı jurnalistika”, yaxud “reket jurnalistikası” yavaş-yavaş sıradan çıxmağa başladı.
Bütün bunlardan sonra 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması ilə bağlı qərar qəbul edildi. Məhz bu Konsepsiyada mətbuatın inkişafını təmin edəcək, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edəcək əsaslar öz əksini tapdı. Düşünürük ki, Konsepsiyanın qəbulu və dövlət başçısının 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti dönüş mərhələsi kimi dəyərləndirilməlidir. Onu da xüsusi vurğulamaq lazımdır ki, KİVDF-yə ayrılan büdcə Azərbaycan mətbuatının maddi əsaslarını formalaşdırmaqla media qurumlarını sadaladığımız neqativ tendensiyalardan müəyyən mənada ayırdı. Çünki Konsepsiyada əksini tapan şərtlər istər-istəməz jurnalistikanın özünün həqiqi məcrasına yönəlməsini və nəticə etibarilə qeyri-ənənəvi məcrasından uzaqlaşmasını tələb edirdi. Beləliklə, sadaladığımız tədbirlər və müsbət meyillər Azərbaycan mətbuatının inkişafı prosesinə önəmli töhfələr bəxş edən əlamətdar tarixi hadisələr oldu.
- Hikmət müəllim, dövlətimiz tərəfindən jurnalistlərin sosial, mənzil-məişət problemlərinin həllinə böyük diqqət yetirilir. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca KİV-in və jurnalistlərin problemlərinin həlli istiqamətində xüsusi tədbirlər görülür. 2010-cu ildən etibarən bu problem kütləvi surətdə həll edilməyə başlandı. Bunun əyani təzahürüdür ki, jurnalistlərin böyük dostu və hamisi olan Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil probleminin həll edilməsi ilə bağlı Sərəncam verdi. 2013-cü ildə dövlət başçısının iştirakı ilə jurnalistlər üçün 156 mənzilli bina, 2017-ci ildə isə 255 mənzilli bina istifadəyə verildi. Hazırda isə üçüncü yaşayış binasının tikintisi davam edir. Bütün bunlar jurnalistlərə münasibətdə yüksək səviyyəli qayğının zirvəsidir. Çünki Müstəqil Dövlətlər Birliyi məkanında heç bir dövlət başçısı tərəfindən mətbuata bu qədər yüksək qayğı və diqqət göstərilməyib. Təsadüfi deyil ki, ünsiyyətdə olduğumuz müxtəlif ölkələrin media təmsilçiləri də Azərbaycan Respublikasında dövlətin mətbuatın inkişafına göstərdiyi yüksək səviyyəli dəstəyini dərin rəğbət və təəccüb hissi ilə qarşılayırlar. Azərbaycan jurnalistləri xarici ölkələrdə olarkən dövlətin və Prezident İlham Əliyevin mətbuata yüksək səviyyəli qayğısı, diqqəti və dəstəyindən fəxarət hissi ilə bəhs edir, eləcə də əksər ölkələrdə belə bir təcrübənin olmadığının şahidi olurlar.
Beləliklə, 143 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib. Bu gün isə mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir.

 
  • Oxunub:  6840  |  
  • Tarix:  19-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi

14:07
15 Oktyabr
Dünyanın gənc geoloq alimləri Bakıda toplaşıblar
14:04
15 Oktyabr
Siyavuş Novruzov: Azərbaycanda dini icmalara maşınların verilməsi nümunəvi haldır
14:02
15 Oktyabr
Ali Məhkəmənin sədri İstanbul beynəlxalq sammitində çıxış edib
13:55
15 Oktyabr
Hikmət Hacıyev: Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici siyasət sahəsində ciddi uğurlara imza atıb
13:48
15 Oktyabr
Vüsal Qasımlı: Dövlətimizin başçısının rəhbərliyi ilə "Doing Businnes" islahatlarının ölkədə yeni istiqamətləri müəyyənləşəcək
13:43
15 Oktyabr
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Son 15 ildə Azərbaycan iqtisadiyyatının artım tendensiyası heyranedicidir
13:37
15 Oktyabr
Professor Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvlüyünə qəbul edildi
13:32
15 Oktyabr
On beş il: sabit və təhlükəsiz Azərbaycan
13:27
15 Oktyabr
Azərbaycan “National Geographic Traveler Awards 2018” mükafatının ekskursiya turizmi üzrə ilk üçlüyündədir
12:41
15 Oktyabr
Akkan Suver: Prezident İlham Əliyevin 15 illik fəaliyyətinin araşdırılması üçün Əli Həsənovun məqaləsindən dəyərli mənbə kimi istifadə olunacaq
12:35
15 Oktyabr
Azərbaycanın dinamik inkişaf göstəriciləri: qazanılan nailiyyətlər - 2003-2018
12:26
15 Oktyabr
Lənkəran Olimpiya İdman Kompleksi istifadəyə verilib
12:24
15 Oktyabr
Azərbaycandan MDB ölkələrinə 728 milyon dollar dəyərində məhsul ixrac olunub
12:17
15 Oktyabr
Səyyar “ASAN xidmət” davam edir
12:12
15 Oktyabr
Bakı Kitab Mərkəzində Xalq yazıçısı Elçinlə görüş təşkil olunacaq
11:48
15 Oktyabr
Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub
11:25
15 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran rayonuna səfərə gəlib
11:17
15 Oktyabr
18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatında "Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir " adlı dəyirmi masa
11:08
15 Oktyabr
Möhtəşəm 15 il: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz inkişaf yolu keçib
11:03
15 Oktyabr
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə "BP Azərbaycan" arasında anlaşma memorandumu imzalanıb
10:38
15 Oktyabr
İtaliya Prezident Sarayında möhtəşəm Azərbaycan musiqilərindən ibarət konsert keçirilib
10:04
15 Oktyabr
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
09:28
15 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
15:50
13 Oktyabr
Seçenov Universitetinin rektoru: Mehriban Əliyeva bizim Bakıdakı filialımızı daim dəstəkləyir
15:48
13 Oktyabr
Arzu Nağıyev: Frankofoniya təşkilatının rəhbərliyi də bu qurumun artıq yararsız olduğunu etiraf edir
15:43
13 Oktyabr
Azərbaycan Avtomobil Federasiyası XII Azərbaycan beynəlxalq təhsil sərgisində iştirak edir
15:29
13 Oktyabr
İlham Əliyev: Möhtəşəm və dayanıqlı inkişaf
15:24
13 Oktyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini yubiley münasibətilə təbrik edib
15:20
13 Oktyabr
Hikmət Hacıyev: Ermənistan hər vəchlə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına mane olur
15:16
13 Oktyabr
Kamilə Əliyeva: Həyata keçirilən siyasət ölkəmizə yeni-yeni nailiyyətlər qazandırır
15:13
13 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycan bütün sahələr üzrə ciddi nailiyyətlər əldə edib
13:32
13 Oktyabr
Avstriya BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilib
13:13
13 Oktyabr
Elçin Mirzəbəyli: Beynəlxalq Frankofoniya Təşkilatına sahibliklə bağlı qarşıdurmanın Ermənistanda baş verməsi təsadüfi deyil
13:07
13 Oktyabr
Azərbaycan idmançısı ağırlıqqaldırma üzrə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb
12:51
13 Oktyabr
Arif Məlikovun mahnılarından ibarət konsert təqdim ediləcək
12:45
13 Oktyabr
Dünyanın ən yaxşı muzeylərinin reytinqi açıqlanıb
12:41
13 Oktyabr
Azərbaycanla Pakistan arasında ticarət missiyalarının mübadiləsi müzakirə olunub
12:36
13 Oktyabr
Muxtar respublikada gənclərin təşkilatlanması və fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb
11:55
13 Oktyabr
Tahir Rzayev: Azərbaycanda aqrar sahənin daha da inkişafı üçün bütün imkanlar mövcuddur
11:32
13 Oktyabr
MM-in deputatı: Beynəlxalq aləmdə dövlətimizin nüfuzu artıb və mövqeləri möhkəmlənib
10:49
13 Oktyabr
Səfir: Çingiz Aytmatov təkcə qırğız xalqının yox, bütün türk dünyasının fəxridir
10:48
13 Oktyabr
SOCAR “Gazprom”la əməkdaşlığın perspektivlərini müzakirə ediblər
10:44
13 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub
17:52
12 Oktyabr
On beş ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması sahəsində ardıcıl tədbirlər görülüb
17:50
12 Oktyabr
Xırdalanda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib
17:49
12 Oktyabr
Azərbaycan ötən dövr ərzində çox mühüm nailiyyətlər əldə edib
17:48
12 Oktyabr
Sevinc Hüseynova: Rusiyalı deputatın Dağlıq Qarabağa qanunsuz səfəri iki dövlət arasında münasibətlərin ruhuna ziddir
17:47
12 Oktyabr
Əli Hüseynli: Rusiyalı deputatın Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı Dövlət Dumasına müraciət ediləcək
17:45
12 Oktyabr
Azərbaycan Bolqarıstanın qaza tələbatının 1/3-ni təmin edəcək
17:38
12 Oktyabr
Azərbaycan Gənclərinin VIII Forumu ilə əlaqədar Sumqayıtda zona toplantısı keçirilib
17:35
12 Oktyabr
Doqquz ayın yekunları: nailiyyətlər və Prezidentin qarşıya qoyduğu vəzifələr
17:21
12 Oktyabr
Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək
17:11
12 Oktyabr
Özbəkistan Prezidenti MDB iştirakçı-dövlətlərinin müdafiə nazirlərini qəbul edib
17:04
12 Oktyabr
SOCAR-ın prezidenti Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb
17:01
12 Oktyabr
Milli Məclisin deputatı avropalı parlamentariləri azərbaycanlı qaçqın və məcburi köçkünlərin səsini eşitməyə çağırıb
16:59
12 Oktyabr
ISESKO Baş Konfransının 13-cü sessiyası davam edir
16:37
12 Oktyabr
Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial qrupa çevrilib
16:28
12 Oktyabr
Prezident İlham Əliyevin qayğısı sayəsində ölkə idmanında sürətli inkişaf prosesi gedib
16:22
12 Oktyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri Şabran rayonunda vətəndaşları qəbul edib
15:57
12 Oktyabr
AQTA “Sağlam məktəbli” maarifləndirici layihəsinə başlayıb
15:47
12 Oktyabr
Rusiyanın “Vestnik Kavkaza” agentliyinin saytında Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun məqaləsi dərc olunub
15:43
12 Oktyabr
Millət vəkili: İnsanları aldadanlar məcburi köçkünlərin adından da sui-istifadə edirlər ki, güzəştlər əldə etsinlər
15:38
12 Oktyabr
Son 15 ildə Azərbaycanda əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində ciddi tədbirlər həyata keçirilib
15:34
12 Oktyabr
Siyavuş Novruzov: Biz fəaliyyətimizlə anti-Azərbaycan ab-havasının yaradılmasına imkan verməməliyik
15:21
12 Oktyabr
Türkiyədə keçirilən beynəlxalq konfransda Azərbaycanın qəhrəmanlıq dastanlarından danışılıb
15:14
12 Oktyabr
XII Azərbaycan beynəlxalq təhsil sərgisi çərçivəsində seminar təşkil olunub
14:35
12 Oktyabr
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri reallaşdırılıb
14:17
12 Oktyabr
Azərbaycanın mədəniyyət naziri: Bakı mədəniyyətlərarası dialoq siyasətini dəstəkləyir
14:13
12 Oktyabr
“Azerspace-2”nin orbitdəki sınaq prosesləri başa çatdıqdan sonra peyk kommersiya fəaliyyətinə başlayacaq
14:09
12 Oktyabr
Ötən 15 ildə Azərbaycanın sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +21
gecə+13 +15