Ana səhifə »  Müsahibə »  Ermənistanın gələcəyi işğal siyasətinə son qoyulmasından keçir
A+   Yenilə  A-
Ermənistanın gələcəyi işğal siyasətinə son qoyulmasından keçir

Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov www.yap.org.az saytına müsahibə verib:
- Elman müəllim, ilk öncə Mingəçevirdəki "Azərbaycan İstilik Elektrik Stansiyası”nda baş verən qəza və onun aradan qaldırılması üçün həyata keçirilən tədbirlərlə bağlı fikirlərinizi bilmək istərdik. Ölkə Prezidentinin yanında keçirilən müşavirədə ölkənin enerji sistemindəki vəziyyət geniş təhlil olundu. Müşavirədə qaldırılan məsələlər barədə nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəzadan sonra ölkənin energetika sahəsində ciddi problem yaşandı. Lakin müvafiq qurumların proseslərə müdaxiləsi nəticəsində bu, uzunmüddətli olmadı. Ümumilikdə görülmüş işlər nəticəsində paytaxt Bakı da daxil olmaqla, Azərbaycanın digər ərazilərinə elektrik verilişi bərpa olundu, həyatın bütün sahələrində normal iş fəaliyyəti yenidən öz ahəngində davam etdirildi. Hadisədən dərhal sonra Prezidentin mətbuat xidməti məlumat yayaraq, məsələnin dövlət başçısının daim nəzarətində olduğunu bəyan etdi. Bununla yanaşı, prezident İlham Əliyev "Azərbaycan İstilik Elektrik Stansiyası”nın yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzaladı.

Dövlət Komissiyasının qarşısında dayanan əsas vəzifə hadisənin baş verməsi səbəblərini araşdırmaq və bu barədə Prezidentə məlumat vermək idi. Eyni zamanda, bu komissiya qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirməli və həyata keçirməli, görülmüş işlər haqqında dövlət başçısına mütəmadi məlumat verməlidir. Bununla yanaşı, Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirləri həyata keçirəcək. İyulun 4-də isə Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətə dair müşavirə keçirildi, dövlət başçısının sərəncamı ilə yaradılmış komissiyaya daxil olan şəxslərin məruzələri dinlənildi. Ümumi olaraq gəlinən qənaət budur ki, Mingəçevirdəki "Azərbaycan İstilik Elektrik Stansiyası”nda baş vermiş qəzaya həm əlaqədar qurumlar, həm də hökumət və dövlət rəhbərliyi çevik reaksiya verib. Bunun nəticəsində hadisənin fəsadları tez bir zamanda aradan qaldırılıb.
Bu müşavirədə "Azərbaycan İstilik Elektrik Stansiyası”da baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası üzvləri ayrı-ayrılıqda hesabatla çıxış etdilər. Müşavirənin keçirilməsində başlıca məqsəd qəzanın səbəblərini, nəticələrini araşdırmaqdan, bundan irəli gələn məsələlərin müzakirəsindən ibarət idi. Dövlət başçısı İlham Əliyev son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulduğunu vurğuladı. Diqqətə çatdırıldı ki, son 15 il ərzində Azərbaycanda 30 yeni elektrik stansiyası istifadəyə verilib, 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib. Bunun nəticəsində Azərbaycanın hazırkı enerji potensialı 6400 meqavata çatdırılıb. Bunun 2500 meqavatı son 15 il ərzində yaradılıb. Ölkə başçısı Azərbaycanın bütün bölgələrində, o cümlədən Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında yeni elektrik stansiyalarının tikildiyini, həmçinin su elektrik stansiyalarının yaradıldığını söylədi. O qeyd etdi ki, enerji sisteminin dayanıqlılığı təmin edilsin deyə, mühüm işlər görülsə də, bir qəza nəticəsində bütün enerji sistemi sıradan çıxıb. Dövlətimizin başçısı bu məsələnin çox ciddi suallar yaratdığını vurğuladı. O, bu suallara cavab verilməsinin zəruriliyini bildirdi. Dövlət Komissiyasından tələb edildi ki, bu suallara tezliklə cavab tapılsın, ciddi araşdırma aparılsın, indiki vəziyyəti şərtləndirən amillər üzə çıxarılsın. Prezident müşavirədəki çıxışında birmənalı olaraq bildirdi ki, ciddi araşdırmaların aparılması nəticəsində günahkarlar müəyyən edilərək məsuliyyətə cəlb olunmalıdır. Prezident İlham Əliyev yaranmış gərginlik fonunda əhalinin göstərdiyi mövqeyə, səfərbər olmuş cəmiyyətə, vətəndaş həmrəyliyinə və dövlət başçısının siyasi kursunu dəstəklədiyinə görə xalqımıza minnətdarlığını bildirdi. O, baş verənlərin eyni zamanda sınaq olduğunu və Azərbaycan xalqının bu sınaqdan şərəflə çıxdığını dilə gətirdi. Bu, bizim böyük nailiyyətimizdir. Bununla yanaşı, dövlət başçısı hadisə baş verən sektora görə məsuliyyət daşıyan məmurları kəskin tənqid etdi. Bildirdi ki, onların səhlənkarlığı ucbatından bu qəza baş verib. Nəticədə bu isti havada insanlara əziyyət verilib, iqtisadiyyata böyük ziyan vurulub. Bütün bunlar prezidentin baş verənləri şəxsən nəzarətdə saxladığını növbəti dəfə nümayiş etdirdi. Qeyd olundu ki, Dövlət Komissiyası xüsusi tədbirlər planı hazırlamalı, Azərbaycan xalqı gələcəkdə bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özünü qoruya bilməlidir.

- Son illər Azərbaycan regionda böyük layihələrin müəllifi kimi çıxış edir. Bu layihələr ölkəmizə nə kimi dividentlər gətirir?

- Müstəqil Azərbaycanın sosial və iqtisadi sahələrdə dinamik inkişafı prosesində Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı neft strategiyasının uğurla həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Ölkəmizdə neft-qaz sənayesinin “Əsrin müqaviləsi” ilə başlayan sürətli inkişafı milli iqtisadiyyatımızın və bütövlükdə, ölkənin inkişafının əsas faktor kimi çıxış edib. “Əsrin müqaviləsi”nin və digər layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın gücünü o səviyyədə artırıb ki, hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkəyə çevrilib.

Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan yeni layihələr Avropanın enerji xəritəsini dəyişir ki, bu da olduqca qürurverici haldır. Bilirsiniz ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə son illər böyük layihələr reallaşdırılır. Ötən ay açılışı keçirilən "TANAP layihəsi "Cənub Qaz Dəhlizi"nin mühüm elementidir. Azərbaycanın təşəbbüsü ilə reallaşan bu layihə ölkəmizin beynəlxalq aləmdə, Avrasiyada mövqelərinin möhkəmlənməsinə müsbət təsir göstərir. Bu ilk növbədə enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. TANAP həm də azad rəqabət, enerjinin şaxələndirilməsi layihəsidir. Dövlət başçısı dəfələrlə qeyd edib ki, meqalayihə bütün tərəflərin qazanc əldə etməsinə şərait yaradır. TANAP nəticə etibarı ilə çoxtərəfli əməkdaşlığın formalaşmasına gətirib çıxaran layihədir.

Bütövlükdə "Cənub Qaz Dəhlizi" ətrafında Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, İtaliya, Yunanıstan və Albaniya kimi ölkələrin sıx əməkdaşlığı formalaşıb. Balkanlardan Bosniya və Hersoqovina, Xarvatiya və Monteneqro da memorandum imzalayaraq, layihənin potensial iştirakçıları olublar. Əlavə olaraq, Rumıniya və Türkmənistan da layihəyə ciddi maraq göstərir. Görünən odur ki, "Cənub Qaz Dəhlizi" öz təsdiqini tapır dünya üçün böyük önəm kəsb edir.

TANAP-ın işə düşməsi ilə Azərbaycan qazı Türkiyənin Qara dəniz sahillərinə qədər gətirilir. Bundan sonra isə TAP layihəsi ilə qazın Yunanıstana ötürülməsi reallaşdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyi üçün mühüm olan layihənin həyata keçirilməsinə vəsiqə verilir. Azərbaycan Avropa üçün yeni alternativ enerji mənbəyi rolunu oynayacaq. 2020-ci ildə 16 milyard qazın satışı gözlənilir. 2026-cı ildən başlayaraq, qazın ixracı daha da yüksələrək, 30 milyard kubmetrə çatdırılması proqnozlaşdırılır”.

- İşğalçı Ermənistan bütün bu layihələrdən kənarda qalır...

- Ermənistan təcavüzkar siyasəti nəticəsində Azərbaycanın təşəbbüskarı olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərindən və indi də Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsindən kənarda qaldı. Ermənistanın iqtisadi blokadası güclənəcək və bu ölkədən miqrant axını, eləcə də yerli əhalinin yoxsulluq səviyyəsi daha da artacaq.

Təsadüfi deyil ki, Ermənistanda həm enerji, həm də Bakı-Tbilisi-Qars layihəsinin reallaşmasına bir faciə kimi yanaşırlar. Amma əslində bu faciəni özləri yaradırlar. İşğala son qoysunlar, onun nəticələrini aradan qaldırsınlar və bundan sonra Ermənistanın bu layihələrdə iştirakı məsələsinə baxıla bilər. Prezident İlham Əliyevin dediyi kimi, nə qədər ki bu təcavüzə son qoymayıb, Ermənistanın təcrid siyasəti daha da gücləndiriləcək: "Biz bu gün onun şahidi oluruq. Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir. Haqq-ədalət öz yerini tapdı və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovuldu. Deyə bilərəm ki, bu rejimin çökməsində bizim də rolumuz olub, onu mən şişirtmək istəmirəm, bunu biz, necə deyərlər, öz adımıza çıxmaq istəmirik. Ancaq o da həqiqətdir ki, bizim apardığımız siyasət nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi. Biz onlara qarşı təcrid siyasətimizi uğurla aparmışıq və heç kimdən çəkinmədən mən bu barədə dəfələrlə Azərbaycan ictimaiyyətinə və xarici tərəfdaşlarıma demişəm. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistana qarşı təcrid siyasətimizi aparacağıq. Bu siyasət nəticəsində Ermənistan iqtisadi iflasa uğradı.”

- Elman müəllim, ümumiyyətlə, Ermənistanın yeni hakimiyyətinin Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı möbvqeyini necə şərh edərdiniz?

- İşğalçı Ermənistanın yeni hakimiyyəti Sarkisyanın vəziyyətindən dərs çıxarmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikirləri, onun işğal olunmuş ərazilərimizə səfəri münaqişənin sülh yolu ilə həllinə xidmət etmir. Həmçinin, o, aparılan danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirakını təklif etməklə özünə dividend qazanmaq istəyir.

Əslində, Paşinyan bu sərsəm və absurd fikirləri ilə münaqişənin nizamlanması ilə bağlı danışıqları yubatmaq istəyir. Ermənistan iflas vəziyyətindədir, ölkə onsuz da kifayət qədər zəifləyib, etirazlar dalğasından sonra isə tam çıxılmaz hala düşüb. Belə vəziyyətdə olan Ermənistanla inkişaf etmiş Azərbaycanın danışıqlara getməsi bu ölkə üçün faciəli ola bilər. Ona görə də Paşinyan vaxt udmaq istəyir. Amma başa düşməlidir ki, Ermənistanın gələcəyi işğal siyasətinə son qoyulmasından keçir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə, heç bir perspektivə nail ola bilməyəcək.

 
  • Oxunub:  6600  |  
  • Tarix:  10-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb

17:50
19 Oktyabr
Şəkidə yaş barama istehsalı ötən illə müqayisədə 2,7 dəfə artıb
17:43
19 Oktyabr
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində “ReAnimasiya” sərgisi açılıb
17:37
19 Oktyabr
Avropa Komissiyasının ali təhsil üzrə nümayəndələri ADNSU-da
17:28
19 Oktyabr
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
17:24
19 Oktyabr
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
17:21
19 Oktyabr
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
17:19
19 Oktyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
17:15
19 Oktyabr
Vətəndaş məmnunluğuna və şəffaflığa nail olmaq başlıca məqsədə çevrilməlidir
17:14
19 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
17:04
19 Oktyabr
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
16:55
19 Oktyabr
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
16:55
19 Oktyabr
Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib
16:51
19 Oktyabr
AZAL və “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
16:48
19 Oktyabr
Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə işini davam etdirib
16:42
19 Oktyabr
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
16:41
19 Oktyabr
MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır
16:32
19 Oktyabr
Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur
16:13
19 Oktyabr
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
16:06
19 Oktyabr
Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
15:56
19 Oktyabr
Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər
15:54
19 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub
15:50
19 Oktyabr
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
15:48
19 Oktyabr
“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir
15:39
19 Oktyabr
Hikmət Hacıyev: “Star” layihəsi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsidir
15:33
19 Oktyabr
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:31
19 Oktyabr
Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır
14:45
19 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
14:43
19 Oktyabr
Batika parça üzərində nəqqaşlıq sənətidir
14:39
19 Oktyabr
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
14:34
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
14:18
19 Oktyabr
Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
14:12
19 Oktyabr
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
14:08
19 Oktyabr
İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur
14:05
19 Oktyabr
Bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
14:03
19 Oktyabr
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
14:01
19 Oktyabr
"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
12:12
19 Oktyabr
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib
12:08
19 Oktyabr
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
11:45
19 Oktyabr
Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub
11:37
19 Oktyabr
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub
11:34
19 Oktyabr
QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib
11:23
19 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
11:16
19 Oktyabr
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub
11:07
19 Oktyabr
Samir Vəliyev: TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib
11:02
19 Oktyabr
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
10:56
19 Oktyabr
Nazir müavini: TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib
10:48
19 Oktyabr
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı keçirilir
10:45
19 Oktyabr
Bakıda III Avrasiya Konfransı işə başlayıb
09:48
19 Oktyabr
Azərbaycanın energetika naziri Çində bir sıra görüşlər keçirib
09:24
19 Oktyabr
Yaponiyalı musiqiçi: Əlliyə yaxın ölkədə olsam da, Bakı kimi özünəməxsus, gözəl şəhər görməmişəm
09:15
19 Oktyabr
Jurnalistlərin dostluq əlaqələri Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafına töhfə verəcək
09:07
19 Oktyabr
Vaşinqtonda Azərbaycanın dövlət müstəqilliyinin 27-ci ildönümü qeyd olunub
17:45
18 Oktyabr
Tərtər rayonunun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatıb
17:43
18 Oktyabr
Dini təhlükəsizlik milli təhlükəsizlik konsepsiyasının başlıca komponentlərindən biridir
17:41
18 Oktyabr
Azərbaycanın bir qrup KİV nümayəndəsi Gürcüstanda səfərdədir
17:39
18 Oktyabr
Mikola Kurka: Azərbaycan son 15 ildə hüquqi dövlətin inkişafı istiqamətində fundamental işlər görüb
17:33
18 Oktyabr
AQTA əməkdaşları Malayziyada keçirilən beynəlxalq təlimdə iştirak ediblər
17:29
18 Oktyabr
Moskvada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclası keçirilib
17:19
18 Oktyabr
Elman Nəsirov: Müstəqillik illərində ölkəmiz böyük inkişaf yolu keçib
17:14
18 Oktyabr
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışı keçirilib
17:10
18 Oktyabr
İordaniyalı politoloq: Azərbaycan öz müstəqil xarici siyasəti sayəsində beynəlxalq aləmdə çox böyük nüfuz və hörmət qazanıb
17:06
18 Oktyabr
Azərbaycan və Türkmənistan XİN-ləri arasında 2019-2020-ci illər üçün əməkdaşlıq proqramı imzalanıb
16:48
18 Oktyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
16:45
18 Oktyabr
Maria Elisabetta Alberti Kasellati: İtaliya Azərbaycanı özünün ən sadiq tərəfdaşlarından biri hesab edir
16:41
18 Oktyabr
YAP rayon təşkilatları ictimai-siyasi həyatda fəallıqları ilə seçilir
16:28
18 Oktyabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Azərbaycanın payız sovqatları” adlı şəhərcik açılıb
16:18
18 Oktyabr
Bakı Nəqliyyat Agentliyində Dövlət Müstəqilliyinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
16:16
18 Oktyabr
Bilik Fondu “On beş illik Prezidentlik dövrünün şərəfli salnaməsi” mövzusunda “dəyirmi masa” keçirib
16:09
18 Oktyabr
Qubadlı rayonu üzrə doqquz ayın nəticələri müzakirə olunub
16:00
18 Oktyabr
Bakı Olimpiya Stadionunda UEFA-nın seminarı təşkil olunacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA