Ana səhifə »  Müsahibə »  Elmar Məmmədyarov: Azərbaycan diplomatiyası milli maraqlarımızın və dövlətçiliyimizin keşiyindədir
A+   Yenilə  A-
Elmar Məmmədyarov: Azərbaycan diplomatiyası milli maraqlarımızın və dövlətçiliyimizin keşiyindədir

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 9 iyul - diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik:
- Cənab nazir, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi qeyd edilir. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab olunur. Sizcə hansı məqamları əsas götürərək müasir Azərbaycanın xarici siyasətini 100 il əvvəlki Cümhuriyyət dövrünün xarici siyasətinin varisi hesab etmək olar?
- Məlum olduğu kimi, 2018-ci il dövlətimizin başçısı tərəfindən ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu qərar xalqımızın tarixinə, dövlətçilik ənənələrinə verilən yüksək dəyərdir.
Xalqımızın zəngin dövlətçilik tarixi olsa da, tarixin müxtəlif dövrlərində işğala məruz qalması Azərbaycanı müstəqilliyin vacib atributlarından olan xarici siyasət fəaliyyətindən kənar salmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Xarici İşlər Nazirliyi strukturunun təsis edilməsi, beynəlxalq ictimaiyyətlə fəal diplomatik işin aparılması ölkəmizin xarici siyasət fəaliyyətinin əsasını qoydu.
Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edilməsi tarixini əsas tutaraq, 2007-ci il avqustun 24-də hər il iyulun 9-nun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi. 1920-ci ilin aprelinədək Azərbaycanın Gürcüstan, Ermənistan, İran, Türkiyə, Ukrayna və başqa yerlərdə diplomatik nümayəndəlikləri və baş konsulluqları mövcud idi. Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyinin yekdil de-fakto tanınmasına müvəffəq olundu və Azərbaycan missiyası Paris Sülh Konfransının Ali Şurasına dəvət aldı.
Azərbaycan Xalq Cümhuriyyəti dövrünə nəzər saldıqda xarici siyasətin məqsəd və məramları baxımından da varisliyin özünü göstərdiyini görürük. İstiqlal Bəyannaməsində təsbit olunduğu kimi, bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə dost münasibətlər yaratmaq Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdi. Bu gün Azərbaycan Respublikası da öz xarici siyasətində qonşu dövlətlərlə və bütövlükdə dünya birliyi ilə ikitərəfli və çoxtərəfli əsasda dostluq münasibətlərinin inkişaf etdirilməsini, regionda və dünyada sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsini xarici siyasətinin təməl məqsədlərindən biri kimi müəyyən edib.
Amma təəssüflə onu da qeyd etməliyik ki, Azərbaycan Xalq Cümhuriyyətinin üzləşdiyi təhdid və təhlükələr, o cümlədən Ermənistanın ərazi iddiaları və Azərbaycana qarşı müharibəyə başlaması, mürəkkəb geosiyasi fitnə-fəsadlar və neft amili 1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasını da əhatə etdi. Tarixin özünü təkrarlaması formasında sanki geosiyasi təhdidlərimiz sırasında da bənzərlik var. Odur ki, istər institusional baza olaraq istinad mənbəyi kimi, istərsə də xarici siyasətin məqsəd və məramları baxımından müasir Azərbaycan Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət fəaliyyətində varisliyi və ardıcıllığı aydın şəkildə görmək mümkündür.
- Bu gün Azərbaycanın xarici siyasətinin təməl prinsiplərini və qarşısında duran prioritet vəzifələri və tapşırıqları necə təsnif edərdiniz?
- Ulu öndər Heydər Əliyev tərəfindən tarixi təcrübə və yerləşdiyimiz regionun geosiyasi çətinlikləri kimi amillər nəzərə alınaraq, Azərbaycanın çoxistiqamətli və tarazlaşdırılmış xarici siyasət strategiyası müəyyən edilib. Bu gün Azərbaycanın milli maraqlarına əsaslanan çoxistiqamətli və dinamik xarici siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin inkişafının yeni mərhələsinə, dövrün çağırış və tələblərinə uyğun olaraq yeni strateji hədəflər müəyyən olunur və həyata keçirilir. Xarici siyasət daxili siyasətin davamıdır. Daxili siyasətdə əminliyimiz və yalnız özümüzə güvənməyimiz xarici siyasətimizin müstəqilliyini və çevikliyini təmin edir. Elmi-nəzəri dildə desək, “praqmatik realizm” Azərbaycanın xarici siyasətinin bəlkə də ən düzgün təsviri olardı.
Azərbaycan Respublikasının xarici siyasəti ölkəmizə xaricdən olan hədə və təhdidlərin qarşısının alınması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması, zəbt olunmuş ərazilərimizdə qeyri-qanuni əməllərin qarşısının alınması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, qonşu dövlətlərlə mehriban qonşuluq əlaqələrinin inkişaf etdirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun və mövqeyinin daha da gücləndirilməsi, Azərbaycan ətrafında xoşməramlı regional əməkdaşlıq mühitinin yaradılması, regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın təşviq edilməsi kimi məqsədlərə xidmət edir.
Bununla bərabər, diplomatiyamız qarşısında dünya dövlətləri ilə qarşılıqlı faydalı ikitərəfli dostluq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, enerji, nəqliyyat və iqtisadi diplomatiya strategiyamızın həyata keçirilməsi, xaricdən ölkəmizə sərmayəçilərin və turistlərin cəlb edilməsi, Xəzər dənizi hövzəsində dostluq və əməkdaşlığın təşviqi, dövlət qurumlarının beynəlxalq əməkdaşlığının əlaqələndirilməsi, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn aliliyinin təmin edilməsi, beynəlxalq sülh və təhlükəsizliyə, terrorizmə qarşı mübarizəyə töhfə verilməsi kimi vəzifələr var.
Azərbaycan öz xarici siyasətində, həmçinin multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoqun inkişaf etdirilməsi, humanitar və mədəni diplomatiya kursumuzun davam etdirilməsi, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə hüquqlarının müdafiə edilməsi və konsulluq dəstəyinin göstərilməsi, dünya azərbaycanlıları ilə əlaqələrin və diaspor fəaliyyətinin inkişaf etdirilməsi kimi məsələlərə xüsusi əhəmiyyət verir.
Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan öz xarici siyasətini hamar beynəlxalq müstəvidə həyata keçirmir. Azərbaycan xarici siyasətini beynəlxalq münasibətlərdə ziddiyyətlərin kəskinləşməsi və gərginliyin artması, beynəlxalq hüququn norma və prinsiplərinin kobud surətdə pozulması ilə müşayiət olunan Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, dövlətlərin daxili işlərinə müdaxilə cəhdlərinin artması, yerləşdiyimiz regionun geosiyasi çətinlikləri, Ermənistan və erməni lobbi dairələrinin beynəlxalq informasiya məkanında Azərbaycana qarşı apardıqları təxribatçı əməllər şəraitində həyata keçirmək məcburiyyətindədir.
Bütün bunlara baxmayaraq, ayrıca bir müzakirə mövzusu olan hər bir istiqamət üzrə xarici siyasətimiz ötən illər ərzində əsaslı uğurlar əldə edib.
- Azərbaycan diplomatiyasının uğurları, ölkəmizin dünya dövlətləri, beynəlxalq və regional təşkilatlar ilə əlaqələrinin inkişafı barədə məlumat verməyinizi xahiş edirik.
- Diplomatiyanın əsas mahiyyəti və fəlsəfəsi ölkə ətrafında xoşməramlı mühitin yaradılması, dostların və tərəfdaşların artırılması və problemli məsələlərin danışıqlar yolu ilə həll edilməsinə nail olmaqdır. Dövlətlərin qonşularını və coğrafi yerləşmə yerini dəyişmək kimi seçimləri yoxdur. Amma geosiyası stereotipləri və reallıqları dəyişmək mümkündür. Ermənistan istisna olmaqla, əminliklə deyə bilərik ki, Azərbaycan digər qonşu və tərəfdaş ölkələrlə birlikdə Cənubi Qafqaz və geniş mənada Xəzər hövzəsində qarşılıqlı faydalı əməkdaşlığa, etimada və dostluğa əsaslanan yeni geosiyasi reallıq yaratmağa nail olub. Nəticə etibarilə, ölkəmiz ətrafında xoşməramlı mühit formalaşdırılıb. Azərbaycan buna qarşılıqlı faydalı əməkdaşlıq, şəffaf, müstəqil və proqnozlaşdırıla bilən xarici siyasət vasitəsilə nail olur. Regional əməkdaşlığın çevik və unikal forması kimi üçtərəfli əməkdaşlıq formatını bəlkə də diplomatiya tarixində yenilik adlandırmaq olardı. Azərbaycan-Türkiyə-İran, Azərbaycan-İran-Rusiya, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan və son olaraq Azərbaycan-Gürcüstan-İran-Türkiyə formatlarında əməkdaşlıq mexanizmlərinin yaradılması Azərbaycanın qonşu dövlətlərlə uğurlu ikitərəfli tərəfdaşlığını tamamlayaraq, üçtərəfli əsasda bu tərəfdaşlığın inkişafına və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına təkan verir.
Bir qədər obrazlı şəkildə desək, dənizlərə çıxışı olmayan Azərbaycan tarixi İpək Yolu vasitəsilə dost və tərəfdaş ölkələrlə birlikdə Sakit və Hind okeanlarını Atlantik okeanı ilə birləşdirən layihələrlə çıxış edir. Yalnız Çin və Avropa İttifaqı arasında ticarətin həcminin 500 milyard avro olduğunu nəzərə alsaq, aydın olur ki, bir-biri ilə münaqişə və ya rəqabətdə olan deyil, bir-birini tamamlayan etibarlı ticarət marşrutları şaxələndirilməlidir. Azərbaycan əlverişli coğrafi mövqeyindən istifadə edərək buna Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb istiqamətləri üzrə səmərəli və multimodal nəqliyyat dəhlizlərinin qurulması yolu ilə nail olmağa çalışır. Bu layihələr regiondaxili və transregional infrastruktur uzlaşması yolu ilə davamlı iqtisadi artıma və çiçəklənməyə töhfə verir. Artıq fəaliyyətə başlamış Cənub Qaz Dəhlizi və TANAP və onun daha bir seqmenti olan TAP Xəzər, Qara, Aralıq və Adriatik dənizləri hövzəsində yeni əməkdaşlıq məkanı formalaşdırır, enerji təhlükəsizliyinə töhfə verir, Azərbaycanla bu dəhliz boyunca yerləşən ölkələr arasında uzunmüddətli sıx əməkdaşlıq qurulur.
Xəzəryanı dövlətlərin birgə səyi ilə Xəzər dənizində dostluq və əməkdaşlıq mühiti yaradılıb. 2017-ci il dekabrın 4-5-də Moskva şəhərində keçirilmiş Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi zamanı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi üzrə, eyni zamanda, Xəzər dənizi çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığı nəzərdə tutan sahəvi sənəd layihələrinin hazırkı vəziyyəti barədə müzakirələr aparılıb və Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi demək olar ki, tərəflər arasında razılaşdırılıb.
2017-ci ildə Azərbaycan ilə 70-ə yaxın ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunub. Ötən illər ərzində diplomatik təmsilçiliyimizin coğrafiyası genişlənib. Azərbaycanın 70 səfirliyi və diplomatik ofisi, beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 9 baş konsulluğu və 14 fəxri konsulluğu fəaliyyət göstərir. Azərbaycanda 65 ölkənin səfirliyi, 20 beynəlxalq təşkilatın nümayəndəliyi və 12 fəxri konsulluq akkreditasiya olunub. Son olaraq Portuqaliya, Venesuela, Peru və Kosta-Rikanın Azərbaycanda səfirlikləri açılıb. Həmçinin ölkəmizdə 4 baş konsulluq fəaliyyət göstərir.
Dünya ölkələri və beynəlxalq təsisatlar ilə ikitərəfli əlaqələrimizin müqavilə-hüquq bazası genişləndirilir və il ərzində müxtəlif sahələri əhatə edən təqribən 100-ə yaxın ikitərəfli və çoxtərəfli sənəd imzalanıb.
Azərbaycan Respublikası 2019-2022-ci illərdə 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edəcək və 2019-cu ildə 18-ci Zirvə toplantısına ev sahibliyi edəcək. 2018-ci il aprelin 3-6-da sədrliyə və Sammitə hazırlıq məqsədi daşıyan Qoşulmama Hərəkatı nazirlər konfransı Bakıda keçirildi. Qlobal və regional məsələlərin əks olunduğu yekun Bakı Bəyannaməsi qəbul olundu. Müxtəlif regionları və qitələri təmsil edən 120 dövlət arasında ortaq məxrəc əldə olunaraq yekun Bəyannamənin hazırlanması Azərbaycan diplomatiyasının yetkinliyini və mürəkkəb beynəlxalq məsələlərin həlli yollarını tapmaq qabiliyyətini göstərir.
2018-2022-ci illər üzrə Azərbaycan UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib. Komitəyə yenidən üzv dövlət olaraq Azərbaycan dünyada qeyri-maddi irsin qorunmasına öz töhfəsini vermək və zəngin təcrübəsini paylaşmaq, üzv dövlətlərlə əməkdaşlıq ruhunda birgə fəaliyyət həyata keçirmək, Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyadan irəli gələn məqsədlərin həyata keçirilməsinə yaxından dəstək vermək kimi imkanlar əldə edib.
2018-ci ilin ikinci yarısından etibarən Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik edəcək. Sədrlik dövründə Azərbaycanın prioriteti QDİƏT regionunda nəqliyyat qovşaqlarının inkişaf etdirilməsi olacaq. Bununla bərabər, Azərbaycan öz sədrliyi dövründə turizm, kənd təsərrüfatı, bağlantı kimi sahəvi əməkdaşlığın inkişafına da xüsusi əhəmiyyət verəcək. 2018-ci ilin sonunda Azərbaycan QDİƏT-in 39-cu Xarici İşlər Nazirləri Şurasının iclasına ev sahibliyi edəcək. 2017-2019-cu illər üzrə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü kimi Azərbaycan beynəlxalq inkişaf məqsədləri naminə fəaliyyətini davam etdirir.
Azərbaycanın təşəbbüsü ilə bu il BMT Baş Assambleyasının 72-ci sessiyasında münaqişə şəraitində qadın və qızların əsir götürülməsinə qarşı dövri qətnamə, habelə BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyası çərçivəsində insan hüquqları və Dayanıqlı İnkişaf Məqsədlərinin səmərəli ictimai xidmətlər vasitəsilə təmin edilməsi adlı qətnamə qəbul edilib. Həmçinin Azərbaycanın təşəbbüskarı olduğu itkin düşmüş şəxslər adlı dövri qətnamənin də bu il ərzində BMT Baş Assambleyasında irəli sürülməsi nəzərdə tutulub.
Azərbaycan tamhüquqlu üzv olduğu regional təşkilatlar - ATƏT, Avropa Şurası, İƏT, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, QDİƏT və digərləri ilə fəal əməkdaşlıq edir. Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusuna malik olan Azərbaycan əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaq niyyətindədir.
Azərbaycanın mühüm beynəlxalq təşkilatlarda sədrlik funksiyasına və digər aparıcı komitələrinə seçilməsi, mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq səviyyədə artan nüfuzunun, dünya dövlətləri tərəfindən ölkəmizə olan etimadın bariz göstəricisidir.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikirlərinizi bilmək maraqlı olardı.
- 2018-ci ilin əvvəlində əldə olunan razılıq ondan ibarət idi ki, mövcud gündəlik əsasında Ermənistanda və Azərbaycanda keçiriləcək seçkilərdən sonra intensiv danışıqlar davam etdirilsin. Göründüyü kimi, Ermənistanda labüd siyasi böhran baş verdi. Azərbaycan bunu daim bəyan edirdi ki, Sarkisyan rejiminin yürütdüyü siyasət Ermənistanı uçuruma aparır. Ermənistandakı siyasi prosesləri təmkinlə və yaxından izləyərək Azərbaycan tərəfi bildirdi ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr sağlam düşüncəli siyasət yürüdərlərsə, münaqişənin həllində irəliləyiş əldə etmək olar. Əgər onlar da Sarkisyan rejiminin yolu ilə gedərlərsə, onları da eyni aqibət gözləyir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, münaqişənin həll edilməsi onların ən çox ehtiyac duyduğu regional əməkdaşlıq imkanları yarada və regionda davamlı sülhü təmin edə bilər.
Danışıqlar prosesində Azərbaycanın mövqeyi aydın, birmənalı və qətidir və bu, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatı və gündəliyi aydındır. Münaqişənin mərhələli həlli prosesinin yol xəritəsini də hər kəs çox yaxşı bilir. Münaqişənin həllində irəliləyiş əldə etmək üçün, ilk növbədə, işğal faktı aradan qaldırılmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır.
İyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Seçim Ermənistan tərəfdədir. Qarşıdan gələn görüş göstərəcək ki, Ermənistan, nəhayət, münaqişənin həllində konstruktiv rol oynamağa hazırdır, ya yox.
- Son vaxtlar Azərbaycanın təşəbbüsü və iştirakı ilə mühüm enerji layihələri reallaşır, Qafqazın Cenevrəsinə çevrilən Bakı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu layihələrin və tədbirlərin reallaşmasının Azərbaycanın dünyada nüfuzunun artmasına, mövqeyinin möhkəmlənməsinə nə kimi təsirləri var?
- İlk növbədə, onu qeyd etmək istərdim ki, bu kimi tədbirlərin keçirilməsi Azərbaycanın artan nüfuzunun və beynəlxalq səviyyədə ölkəmizə olan etimadın göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanda mövcud olan sabitlik və təhlükəsizliyin və beynəlxalq tədbirlərin keçirilməsi üçün ölkəmizin müasir infrastruktur imkanlarına malik olmasının nəticəsidir. Azərbaycan beynəlxalq siyasi, iqtisadi, humanitar, idman və digər təyinatlı tədbirlərin keçirildiyi məkandır. Bakı şəhəri regionun diplomatik paytaxtı və dialoq məkanı rolunda çıxış edir, fərqli baxışlara malik olan tərəflər beynəlxalq gündəliyə aid məsələləri müzakirə edir və həll yolu tapmağa çalışırlar.
Tərəflərin müraciəti əsasında Bakı şəhəri ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri, NATO-nun hərbi komitəsi və NATO-nun Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə Rusiya Baş qərargah Rəisinin görüşlərinin keçirildiyi məkana çevrilib. Burada haşiyə çıxaraq bir maraqlı tarixi faktı qeyd etmək istərdim. Ötən əsrin 80-ci illərinin əvvəllərində Azərbaycan SSR-in rəhbərliyində olan Ulu öndər Heydər Əliyev İran-İraq müharibəsi zamanı vasitəçi rolunda çıxış edən Yasir Ərəfat ilə İran rəhbərliyinin görüşünü Azərbaycan-İran sərhədində təşkil etmişdi.
Bu gün Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasının üzvlüyünə malik nadir ölkələrdən biri olaraq, bu iki qurumu və bu əsasda onlara üzv olan dövlətləri bir araya gətirərək “Bakı Prosesi” adlanan təşəbbüsün müəllifidir. Bu il “Bakı Prosesi”nin 10 illiyi tamam olur. Azərbaycan öz zəngin milli təcrübəsi əsasında davamlı olaraq mədəniyyətlərarası və sivilizasiyalararası dialoq prosesinə yaxından töhfə verərək Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlərə ev sahibliyi edir.
2016-cı ilin sentyabrında Azərbaycana səfər edən Roma Papası Fransisk Azərbaycanı sivilizasiyalar arasında körpü kimi səciyyələndirib. Azərbaycan multikulturalizm, sivilizasiyalararası dialoq kimi “yumşaq güc” elementlərini beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasının vacib komponenti hesab edir və bu istiqamətdə sistemli fəaliyyətini bundan sonra da davam etdirəcək.
Beynəlxalq sülh və təhlükəsizlik, terrorizmə qarşı mübarizə baxımından mühüm əhəmiyyət kəsb edən dost Əfqanıstanda sabitliyin təmin olunması prosesinə də Azərbaycan öz töhfəsini verir. 2017-ci ilin dekabrında paytaxt Bakı Əfqanıstan üzrə “Asiyanın ürəyi-İstanbul prosesi” xarici işlər nazirlərinin toplantısına ev sahibliyi etdi. Bu ilin iyununda isə Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun həmsədr ölkələri olan Əfqanıstan və Almaniyanın təklifi ilə Bakı Beynəlxalq Təmas Qrupunun iclasına ev sahibliyi etdi.
Müstəqilliyinin ilk illərində ciddi siyasi-iqtisadi, sosial və təhlükəsizlik problemləri ilə üzləşən Azərbaycan bu kimi tədbirlərə ev sahibliyi etməklə həm də özünün əldə etdiyi inklüziv inkişaf modelini, Minilliyin İnkişaf Məqsədləri və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi təcrübəsini bölüşür.
- Xarici İşlər Nazirliyinin əməkdaşlarının əksəriyyətini gənclər təşkil edir. Gənc diplomatların peşəkarlığının artırılması istiqamətində son zamanlarda görülən işlər barədə nə deyə bilərsiniz?
- Bu gün Xarici İşlər Nazirliyinin kollektivinin çox hissəsini gənclər təşkil etməklə bərabər, onların sırasında da gənc qadınlar üstünlük təşkil edir. Nazirliyin mərkəzi aparatında işçilərin 50 faizdən çoxu qadınlardır. Diplomatlarımız fərqli mədəniyyət, ənənələr, iqlim və sosial münasibətlərin mövcud olduğu müxtəlif ölkələrdə layiqincə ölkəmizin maraqları naminə xidmət edirlər.
Xarici İşlər Nazirliyi sistemində dövlət başçısının xarici siyasət sahəsində göstəriş və tapşırıqlarını layiqincə yerinə yetirməyə qadir olan, müasir diplomatiyanın incəliklərini dərk edən, regional və ölkələr üzrə ixtisaslaşan, çoxtərəfli diplomatiyanın mürəkkəbliyinə və beynəlxalq hüquqi məsələlərə yaxından bələd olan, hətta nadir dilləri bilən, dövlətinə və millətinə sadiq və əqidəli əməkdaşlar çalışır. Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərimizdə yeni bir terminə çevrilən “rəqəmsal diplomatiya” imkanlarından fəal surətdə istifadə edilir. Bu xüsusda, sosial şəbəkə imkanlarından, həmçinin Tvitter diplomatiyasından istifadə olunaraq xarici auditoriyalarla təmaslar qurulur və ölkəmizin həqiqətləri çatdırılır.
Müasir təlim-tədris bazasına malik olan ADA Universiteti yerli və xarici mütəxəssislərin iştirakı ilə Xarici İşlər Nazirliyi əməkdaşlarının müxtəlif sahələr üzrə peşə və dil hazırlığının artırılması üçün davamlı olaraq kurslar və seminarlar təşkil edir. Azərbaycan diplomatları rəqabətli müsabiqələrdən keçərək öz peşəkarlıqlarına görə BMT və onun ixtisaslaşmış təşkilatları, QDİƏT, İƏT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatların katibliyində çalışırlar.
Fürsətdən istifadə edərək, Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə Xarici İşlər Nazirliyi sistemində və diplomatik nümayəndəliklərimizdə çalışan bütün əməkdaşları təbrik edirəm. Dövlətimizin başçısı tərəfindən Xarici İşlər Nazirliyinə böyük diqqət və qayğı göstərilir. Azərbaycan Prezidentinin etimadını doğrultmaq üçün diplomatiyamız milli maraqlarımızın və dövlətçiliyimizin keşiyindədir.

 
  • Oxunub:  8970  |  
  • Tarix:  10-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir

19 Fevral 20:48
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub
19 Fevral 20:46
Əli Asayev: Respublikalarımız üçün ən ağır və faciəli vaxtlarda biz həmişə bir-birimizi dəstəkləmişik
19 Fevral 20:44
Henrik Hololey: Azərbaycan-Aİ Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclasının nəticələri təqdirəlayiqdir
19 Fevral 20:32
Gömrük Komitəsi ilə Britaniyanın Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb
19 Fevral 20:31
Küveytdə Xocalı soyqırımının ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilib
19 Fevral 20:29
Avstriya Federal Dəmir Yolları Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır
19 Fevral 20:28
Vüqar Rəhimzadə: Əli Kərimli öz liderinə xəyanətlə qazandığı “təcrübəni” indi də Azərbaycan dövlətinə qarşı istifadə edir
19 Fevral 20:22
Musa Quliyev: Prezident İlham Əliyev növbəti dəfə on minlərlə ailəni sevindirdi
19 Fevral 20:20
Lvovda Xocalı soyqırımına həsr olunmuş beynəlxalq seminar keçirilib
19 Fevral 20:17
Hikmət Babaoğlu: Azərbaycanda müxalifətçilik milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir
19 Fevral 20:13
Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işçi qrupun növbəti görüşü 2019-cu ilin yazında olacaq
19 Fevral 20:08
Rufiz Qonaqov: Azərbaycanın uğurlarını həzm edə bilməyən xəyanətkarlar ölkədə çaxnaşma yaratmağa çalışırlar
19 Fevral 20:04
Bəhruz Quliyev: Milli xəyanətkarlar toplumu bundan sonrakı cəhdlərində də fiaskoya uğramaqda davam edəcəklər
19 Fevral 18:24
Əli Əhmədov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
19 Fevral 17:48
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair HESABATI
19 Fevral 17:41
Rusiya XİN-in rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə ediblər
19 Fevral 17:37
Sevinc Hüseynova: Atılan addımlar əhalinin rifah halının daha da yüksəlməsinə xidmət edir
19 Fevral 16:56
“Könüllülər Parlamenti – Azərbaycan, 2019”un iştirakçılarının Milli Məclisin komitə sədrləri ilə görüşü olub
19 Fevral 16:44
Avropadaxili Vergi Administrasiyaları Təşkilatı ilə Vergilər Nazirliyi Bakıda beynəlxalq forum təşkil edib
19 Fevral 16:38
Vüqar Bayramov: Azərbaycan Prezidenti bu Fərmanla “çoxillik həllolunmaz problem”ə son qoydu
19 Fevral 16:23
Əli Əhmədov: Birgə iqtisadi layihələr Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirir
19 Fevral 15:46
Aydın Hüseynov: Prezidentin bu Fərmanından sonra Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq
19 Fevral 15:24
Statistika Komitəsi ilə UNICEF-in əməkdaşlığının prioritetləri müzakirə edilib
19 Fevral 15:21
Azərbaycan ABŞ-ın ən böyük turizm sərgisində təmsil olunub
19 Fevral 14:55
Dövlət gerbinin istifadəsi qaydalarına dair qanun layihəsi parlamentin iclasında sonuncu oxunuşda qəbul olunub
19 Fevral 14:44
Milli Məclisin gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilib
19 Fevral 14:40
Həştərxanda RAGB-nin təşəbbüsü ilə keçirilən “Xəzər-2019 mükafatı” festivalının qalibləri elan edilib
19 Fevral 14:30
Səttar Möhbalıyev: Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər
19 Fevral 14:18
Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar
19 Fevral 14:06
Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsi sadələşdirilir
19 Fevral 13:37
Milli Məclisdə Dövlət himnimizin istifadəsi qaydaları ilə bağlı qanun layihəsi sonuncu oxunuşda qəbul edilib
19 Fevral 12:27
Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 Fevral 12:24
“Nəsimi kəlamının işığında” adlı ədəbi-bədii gecə olub
19 Fevral 12:20
Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası keçirilir
19 Fevral 12:17
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb
19 Fevral 12:15
Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək
19 Fevral 12:11
Xələf Xələfov: Xəzərin statusu barədə Konvensiya Xəzəryanı ölkələrin tarixində yeni səhifədir
19 Fevral 12:06
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Fevral 11:54
Prezident İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib
19 Fevral 11:48
Şirvanda yeddi gündə 8 min nəfərdən çox sakin kütləvi tibbi müayinədən keçib
19 Fevral 11:39
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
19 Fevral 11:36
Mülki aviasiya sahəsində Avropa mütəxəssislərinin təcrübəsinin tətbiqi müzakirə olunub
19 Fevral 11:12
Sabah Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçiriləcək
19 Fevral 11:10
Fevralın 26-sı ümumtəhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr ediləcək
19 Fevral 11:09
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin yaradılmasının 20 illiyi qeyd olunub
19 Fevral 11:08
ADU-nun kollektivi: Təqaüdlərin artırılması təhsil alan gənclərin daha yaxşı yaşamasına istiqamətlənib
19 Fevral 10:56
Asiya İnkişaf Bankı Azərbaycanda bərpaolunan enerji layihələrinə maliyyə dəstəyi göstərməyə hazırdır
19 Fevral 10:39
Azərbaycandan Avropa İttifaqına üzv ölkələrə 729 milyon dollarlıq məhsul göndərilib
19 Fevral 10:38
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir
19 Fevral 09:58
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir
19 Fevral 09:58
Görkəmli teleaparıcı Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi açılıb
19 Fevral 09:56
Siyavuş Novruzov: Bələdiyyələr ələbaxımlılıqdan qurtulmalıdır
19 Fevral 09:53
Azərbaycan-Rusiya münasibətlərinin inkişafında dinlərarası dialoqun xüsusi rolu var
19 Fevral 09:50
Hikmət Babaoğlu: Ermənistan çalışır ki, danışıqları mümkün qədər uzatmaqla status-kvonu saxlasın, ancaq bu, mümkün deyil
19 Fevral 09:50
Prezident İlham Əliyevin vətəndaşların fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə göstərişlərinə uyğun olaraq mühüm layihələr icra edilib
19 Fevral 09:48
Bakıda “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilib
19 Fevral 09:45
Prezident İlham Əliyev: Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir
19 Fevral 09:45
Prezident İlham Əliyev: Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir
19 Fevral 09:44
Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib
19 Fevral 09:43
Azərbaycanın regionlarında sahibkarlara çoxşaxəli dəstək tədbirləri həyata keçirilir
18 Fevral 21:27
Rusiya-Azərbaycan: Mədəniyyət ustaları dostluq körpüləri salırlar
18 Fevral 21:09
Dünyanın bir sıra ölkələrinin vətəndaşları Xocalıya ədalət istəyiblər
18 Fevral 21:02
Milli Məclisin deputatları BMT-nin parlament dinləmələrində iştirak edəcəklər
18 Fevral 20:35
Ombudsman təsisatında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüş olub
18 Fevral 20:30
Qətər qəzetləri Azərbaycan həqiqətlərindən yazır
18 Fevral 20:28
Azərbaycanın yanvarda ən çox məhsul idxal etdiyi ölkələr açıqlanıb
18 Fevral 20:25
Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi ölkəyə çevrilir
18 Fevral 19:13
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “IDEX-2019” beynəlxalq müdafiə sərgisində iştirak edir
18 Fevral 19:05
Xocalı soyqırımı qurbanlarının xatirəsi İsraildə yad olunacaq
18 Fevral 19:02
Kürdəmir: ümumi məhsul buraxılışının 39,9 faizi kənd təsərrüfatının payına düşüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA