Ana səhifə »  Müsahibə »  Siyavuş Novruzov: Prezident bütün məsələlərə operativ və dərhal reaksiya verib
A+   Yenilə  A-
Siyavuş Novruzov: Prezident bütün məsələlərə operativ və dərhal reaksiya verib

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SİA-ya müsahibəsi:
- Siyavuş müəllim, ölkənin enerji sistemində vəziyyətlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin yanında müşavirə keçirildi. Prezidentin müşavirədəki çıxışı və Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş verən qəzanın aradan qaldırılması istiqamətində verdiyi tapşırıqları necə qiymətləndirərdiniz?
- Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev ölkə rəhbəri olduğu dövrdən indiyədək bütün məsələlərə operativ və dərhal reaksiya verib. Əgər xatırlayırsınızsa, Prezident hələ 2004-cü il yanvarın 30-da Lənkəran şəhərinin Baloğlan Abbasov küçəsindəki 90 mənzilli yaşayış binasında baş vermiş qəza ilə əlaqədar dərhal ora səfər etdi. Ölkə başçısının Lənkəran şəhər İcra Hakimiyyətində keçirdiyi operativ müşavirədə verdiyi tapşırığa uyğun olaraq, şəhərin yaşayış və ictimai binalarına texniki baxış keçirildi. Biz görürük ki, Prezident istənilən məsələ ilə bağlı dərhal ciddi reaksiya verir, orada olan problemlər aradan qaldırılır və günahkarlar cəzalandırılır. Bu yönümdə də ölkə başçısı cənab İlham Əliyevin ötən gün (iyulun 4-də) keçirdiyi müşavirə ölkənin enerji sistemindəki vəziyyətlə bağlı idi. Bildiyiniz kimi, Mingəçevir İES-də baş verən qəzanın aradan qaldırılması istiqamətində dərhal Dövlət Komissiyası yaradılıb. Hazırda Komissiya öz işini aparır. Hesab edirəm ki, Dövlət Komissiyası işini yekunlaşdırmayana qədər hansısa məsələ barəsində fikir söyləmək o qədər də düzgün olmazdı. Bəzən görürsən ki, Mingəçevir İES-də baş vermiş qəzanı biri təxribat, digəri terror, hava şəraitinin isti olması kimi qələmə verir. Düşünürəm ki, Komissiya məsələləri araşdırıb lazımi məlumatları ölkə başçısına çatdırdıqdan sonra bu məsələlərə münasibət bildiriləcəkdir.
Qeyd etmək istərdim ki, son dövrlər Azərbaycanda energetika sektorunda çox böyük işlər görülüb və xeyli sayda modul tipli stansiyalar, İES-lər tikilib. Buna misal olaraq, Bakıda, Şirvanda, Şəmkirdə və s. olan İES-ləri göstərə bilərik. Mingəçevir İES daxil olmaqla, demək olar ki, digər bölgələrdə modul tipli İES-lər fəaliyyət göstərir. Doğrudan da, Azərbaycanda istehsal olunan enerjinin miqdarı ölkəmizin tələbatından qat-qat artıqdır. Cənab Prezident də mütəmadi olaraq çıxışlarında, fikirlərində, ilin yekunlarında bu məsələyə toxunub. Biz nəinki özümüzü elektrik enerjisi ilə təmin edirik, eləcə də digər ölkələrə enerjimizi ixrac edirik. Sadəcə olaraq, bunları müasir standartlara cavab verəcək şəkildə qurmaq, bir-biri ilə əlaqələndirmək məsələsində, görünür ki, hansısa problemlər yaşanıb. Azərbaycan artıq özü bu sahə ilə bağlı olan ləvazimatları istehsal edir. Xatırladım ki, hələ 2016-cı ildə Prezident İlham Əliyev Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun iriqabaritli transformatorlar zavodunun açılışında iştirak etdi, yüksəkgərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoydu. Eləcə də Sumqayıt şəhərində energetika sahəsinə aid olan çox böyük istehsal müəssisələri fəaliyyət göstərir. Hətta deyərdim ki, nəinki Cənubi Qafqazda, heç postsovet məkanında yüksəkkeyfiyyətli istehsala malik olan müəssisələr yoxdur. Yəni cənab Prezident bu sahəni çox gözəl bildiyi və hər zaman diqqət ayırdığı üçün ilk növbədə bu məsələlərə kifayət qədər vəsait ayırıb. Bir sözlə, istər qanunvericilik, istərsə də icra baxımından dövlət tərəfindən lazım olan bütün addımlar atılıb.
- Bəzi müxalifət dairələri və onların təsiri altında olan saytlar Mingəçevir İES-də baş vermiş qəzadan və Gəncə şəhərində vəzifəli şəxsə qarşı həyata keçirilən silahlı basqından öz məqsədləri üçün istifadə etməyə cəhdlər göstərirlər. Bütün bunları müxalifətin hansısa qüvvələrin sifarişi ilə həyata keçirdiyini demək olarmı?
- Fürsətdən istifadə edib Azərbaycan xalqına təşəkkürümüzü, minnətdarlığımızı bildiririk ki, Mingəçevir İES-də baş verən qəzaya çox soyuqqanlılıqla yanaşdı. Amma xaricdə oturan və Azərbaycan xalqının taleyində heç bir müsbət rol oynamayan və yalnız faciələr üzərində özlərinin xoşbəxtliyini qurmaq istəyən insanlar indi durub Azərbaycan xalqına müraciət edirlər. Birincisi, axı sən kimsən Azərbaycan xalqına müraciət edirsən? Ümumiyyətlə, sən hansı statusa maliksən? İkincisi, Azərbaycan xalqı çox gözəl görür ki, məlum qəzaya hamıdan öncə birinci münasibət bildirən və ən kəskin fikirləri ifadə edən də məhz ölkə başçısı cənab İlham Əliyev oldu. Belə olan təqdirdə sən xalq və Prezident arasında hansı rol oynamağa cəhd göstərirsən? Əgər sənin xalqına ürəyin yanırsa, xaricdə deyil, əksinə, xalqın içərisində ol. Yoxsa xaricə üz tutmaq və bəzi dövlətlərin önünüzə atdığı 3-5 manat pul hesabına xalqa müraciət etmək yersizdir. Bu, sözün həqiqi mənasında, insanlar arasında gülüş doğurur. Bir fermer, vətəndaş, müəssisədə işləyən fəhlə sizdən qat-qat üstün mövqeyə malikdir. Çünki o, xalqının içərisindədir. Amma siz fərarisiz.
- Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və digərləri ölkədə xoşagəlməz hadisə baş verəndə ondan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Sizcə, bu, onlara nə dərəcədə uğur gətirə bilər?
- Təbii ki, onların bütün potensialları tükənib. Bunlar artıq xalq üçün hansısa alternativ layihə, xalqın, ölkənin gələcək fəaliyyəti ilə bağlı hansısa proqram və yaxud da digər təkliflər ortaya qoya bilmirlər. Çünki bunun üçün işləmək, çalışmaq və elm lazımdır. Ağac qırılıb yolda gedən bir nəfərə xəsarət yetirirsə, dərhal bunun günahını iqtidarda görürlər. Ümumiyyətlə, dünyanın bütün ölkələrində hadisələr baş verir. Hətta superdövlət olan ABŞ-da oxşar hadisələr, təbii fəlakətlər olur. Çində yağışlar nəticəsində bütün ölkəni sel basır və yüzlərlə insan həlak olur. Yaponiyada baş verən zəlzələ zamanı 37 min insan həlak oldu. Bunu hər bir vətəndaş, orada olan siyasi partiya, insan da təbii qarşılayır. Amma bizdəki müxalifət ətraf mühitdə baş verən hadisələri - Ayın tutulmasını, buludlu havada Günəşin görünməməsini və s. siyasiləşdirib iqtidarın üzərinə atırlar. Bununla hansısa nüfuz qazanmaq və yaxud da özünə tərəfdaş qazanmaq mümkün deyil. Bu gün internet əsridir. Hər bir insan istənilən bir məsələyə, təklifə aydınlıq gətirmək üçün internetdə axtarış aparır və məlumatlanır. Bizim cəmiyyət çox savadlı bir cəmiyyətdir və hər deyilən fikri olduğu kimi qəbul etmir. Əvvəlcə onun təhlilini aparır və nəticə çıxarır.
- Siyavuş müəllim, son günlər müxalifətin təsiri altında olan xaricdəki siyasiləşmiş QHT rəhbərləri arasında ciddi qarşıdurma yaşanır. Bunu ayrılan xarici maliyyə vəsaitlərini əldə etmək uğrunda aparılan mübarizə kimi dəyərləndirmək olarmı?
- Ümumiyyətlə, bunların davası “yorğan” davasıdır. Əgər biz tarixə nəzər salsaq, görərik ki, onlar vaxtilə “siyasi məhbus” oyunu üzərində bir-birini qırırdılar. Əslində, “siyasi məhbus” anlayışı yoxdur. Sadəcə olaraq, onların valideynlərindən pul alıb müxtəlif oğurluq etmiş və yaxud da cinayət törətmiş şəxslərin adını siyahıya salmaqla onlara hansısa bəraət almaq, cəzasını yüngülləşdirməkdən ötrü dəridən-qabıqdan çıxırdılar. Bəzən görürsən ki, bir nəfər korrupsioner cinayət məsuliyyətinə cəlb olunub. Bu zaman hüquq müdafiə təşkilatlarının, xaricdəki siyasiləşmiş QHT rəhbərlərinin yuxusu ərşə çəkilir ki, biz onun hüquqlarını müdafiə edəcəyik. Əgər sizlər korrupsiyaya qarşı mübarizə aparırsınızsa, o zaman dövlətin yanında olmalısınız. Çünki dövlət həmin şəxsi korrupsiya üstündə məsuliyyətə cəlb edib. O korrupsiyadan mənimsəmək, müəyyən dividendlər, gəlirlər əldə etməkdən ötrü həmin şəxslər bir növ dəridən-qabıqdan çıxırlar. Biz mərhələli şəkildə onların bu fəaliyyətlərinin, davalarının şahidi olmuşuq. Biz vaxtilə Milli Məclisdə QHT-lər haqqında qanuna şəffaflığın təmin olunması üçün maddə daxil etdikdə bunların qışqırığı bütün Avropaya yayılmışdı. Niyə? Çünki bunların iç üzü açılacaqdı.
- Rusiyalı politoloqların, ekspertlərin cəbhə xəttinin strateji Lələtəpə yüksəkliyinə, Cocuq Mərcanlıya səfər etmələri Ermənistana yönəlik bir mesaj kimi dəyərləndirilə bilər?
- Artıq bütün dünya dövlətləri, hətta Ermənistanın müttəfiqləri də Azərbaycanın haqq işini görürlər. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər bir dövlətə münasibətdə qarşılıqlı hörmət və ehtiram var. Eyni zamanda, həmin dövlətdən də özümüzə qarşı hörmət və ehtiramın tələbi buna bariz nümunədir. Bu mənada istənilən siyasətçi, dövlət xadimi, dövlət nümayəndəsi, xarici ölkənin səfiri dərk edir və görür ki, Azərbaycanla gələcəkdə uzunmüddətli münasibətlər qurmaq olar və lazımdır. Yoxsa Ermənistanda Sarkisyanın gedib Paşinyanın gəlməsi heç nəyi dəyişmir.
- Son olaraq bu günlər Bolqarıstan Televiziyası Dağlıq Qarabağ həqiqətləri ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edən veriliş yayımlamasından sonra bu ölkədəki ermənilər televiziyanın binasına hücumlar təşkil edib, jurnalistə qarşı mənəvi terror həyata keçiriblər. Niyə ermənilər beynəlxalq aləmin haqlı mövqeyindən ciddi təlaş keçirirlər?
- Əvvəlcə qeyd edim ki, bu il aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək üçün Avstraliyadan bir qrup ekspert gəlmişdi. Onlar seçkiləri müşahidə etdikdən sonra Azərbaycanda tam azad, ədalətli, demokratik seçkilərin keçirilməsi barədə bəyanat verdilər. Sonradan erməni diasporu bunların üzərinə düşərək şantaj etməyə başladılar. Təsəvvür edin, Paşinyan qeyd edib ki, indiyədək Ermənistanda keçirilən bütün seçkilər saxtadır. Buna reaksiya verən yoxdur. Amma 3-4 nəfər Azərbaycanın haqq işini müdafiə edən kimi dərhal buna qarşı mübarizə aparırlar. Avropa Şurası, Avropa Parlamenti, digər struktur və qurumları da buna misal olaraq göstərə bilərik. Burada rəsmi bəyanatı kənara qoyub qeyri-rəsmi bəyanatı ortaya atırlar. Azərbaycanın inkişafını, sabitliyini gözügötürməzlik təbii haldır. Onlar istəmirlər ki, güclü, demokratik, inkişaf etmiş müsəlman dövləti ortada olsun və öz siyasətini diktə etsin. Paralel şəkildə bu müqayisələri aparmaq lazımdır. Məsələn, biz Avropa Şurasına daxil olanda şərt irəli sürdülər ki, Ermənistanla Azərbaycan hər ikisi bu quruma daxil olmalıdır, əks təqdirdə ədalətsizlik olar. Halbuki, Ermənistan heç Avropa Şurasına daxil olmağa hazır deyildi.

 
  • Oxunub:  7350  |  
  • Tarix:  06-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb

17:50
19 Oktyabr
Şəkidə yaş barama istehsalı ötən illə müqayisədə 2,7 dəfə artıb
17:43
19 Oktyabr
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində “ReAnimasiya” sərgisi açılıb
17:37
19 Oktyabr
Avropa Komissiyasının ali təhsil üzrə nümayəndələri ADNSU-da
17:28
19 Oktyabr
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
17:24
19 Oktyabr
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
17:21
19 Oktyabr
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
17:19
19 Oktyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
17:15
19 Oktyabr
Vətəndaş məmnunluğuna və şəffaflığa nail olmaq başlıca məqsədə çevrilməlidir
17:14
19 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
17:04
19 Oktyabr
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
16:55
19 Oktyabr
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
16:55
19 Oktyabr
Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib
16:51
19 Oktyabr
AZAL və “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
16:48
19 Oktyabr
Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə işini davam etdirib
16:42
19 Oktyabr
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
16:41
19 Oktyabr
MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır
16:32
19 Oktyabr
Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur
16:13
19 Oktyabr
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
16:06
19 Oktyabr
Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
15:56
19 Oktyabr
Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər
15:54
19 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub
15:50
19 Oktyabr
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
15:48
19 Oktyabr
“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir
15:39
19 Oktyabr
Hikmət Hacıyev: “Star” layihəsi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsidir
15:33
19 Oktyabr
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:31
19 Oktyabr
Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır
14:45
19 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
14:43
19 Oktyabr
Batika parça üzərində nəqqaşlıq sənətidir
14:39
19 Oktyabr
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
14:34
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
14:18
19 Oktyabr
Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
14:12
19 Oktyabr
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
14:08
19 Oktyabr
İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur
14:05
19 Oktyabr
Bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
14:03
19 Oktyabr
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
14:01
19 Oktyabr
"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
12:12
19 Oktyabr
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib
12:08
19 Oktyabr
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
11:45
19 Oktyabr
Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub
11:37
19 Oktyabr
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub
11:34
19 Oktyabr
QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib
11:23
19 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
11:16
19 Oktyabr
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub
11:07
19 Oktyabr
Samir Vəliyev: TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib
11:02
19 Oktyabr
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
10:56
19 Oktyabr
Nazir müavini: TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib
10:48
19 Oktyabr
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı keçirilir
10:45
19 Oktyabr
Bakıda III Avrasiya Konfransı işə başlayıb
09:48
19 Oktyabr
Azərbaycanın energetika naziri Çində bir sıra görüşlər keçirib
09:24
19 Oktyabr
Yaponiyalı musiqiçi: Əlliyə yaxın ölkədə olsam da, Bakı kimi özünəməxsus, gözəl şəhər görməmişəm
09:15
19 Oktyabr
Jurnalistlərin dostluq əlaqələri Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafına töhfə verəcək
09:07
19 Oktyabr
Vaşinqtonda Azərbaycanın dövlət müstəqilliyinin 27-ci ildönümü qeyd olunub
17:45
18 Oktyabr
Tərtər rayonunun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatıb
17:43
18 Oktyabr
Dini təhlükəsizlik milli təhlükəsizlik konsepsiyasının başlıca komponentlərindən biridir
17:41
18 Oktyabr
Azərbaycanın bir qrup KİV nümayəndəsi Gürcüstanda səfərdədir
17:39
18 Oktyabr
Mikola Kurka: Azərbaycan son 15 ildə hüquqi dövlətin inkişafı istiqamətində fundamental işlər görüb
17:33
18 Oktyabr
AQTA əməkdaşları Malayziyada keçirilən beynəlxalq təlimdə iştirak ediblər
17:29
18 Oktyabr
Moskvada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclası keçirilib
17:19
18 Oktyabr
Elman Nəsirov: Müstəqillik illərində ölkəmiz böyük inkişaf yolu keçib
17:14
18 Oktyabr
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışı keçirilib
17:10
18 Oktyabr
İordaniyalı politoloq: Azərbaycan öz müstəqil xarici siyasəti sayəsində beynəlxalq aləmdə çox böyük nüfuz və hörmət qazanıb
17:06
18 Oktyabr
Azərbaycan və Türkmənistan XİN-ləri arasında 2019-2020-ci illər üçün əməkdaşlıq proqramı imzalanıb
16:48
18 Oktyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
16:45
18 Oktyabr
Maria Elisabetta Alberti Kasellati: İtaliya Azərbaycanı özünün ən sadiq tərəfdaşlarından biri hesab edir
16:41
18 Oktyabr
YAP rayon təşkilatları ictimai-siyasi həyatda fəallıqları ilə seçilir
16:28
18 Oktyabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Azərbaycanın payız sovqatları” adlı şəhərcik açılıb
16:18
18 Oktyabr
Bakı Nəqliyyat Agentliyində Dövlət Müstəqilliyinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
16:16
18 Oktyabr
Bilik Fondu “On beş illik Prezidentlik dövrünün şərəfli salnaməsi” mövzusunda “dəyirmi masa” keçirib
16:09
18 Oktyabr
Qubadlı rayonu üzrə doqquz ayın nəticələri müzakirə olunub
16:00
18 Oktyabr
Bakı Olimpiya Stadionunda UEFA-nın seminarı təşkil olunacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA