Ana səhifə »  Müsahibə »  Qurtuluşdan başlayan tərəqqi və yüksəliş sonrakı dövrdə Azərbaycanın müstəqil dövlət kimi sürətli inkişafını təmin etdi
A+   Yenilə  A-
Qurtuluşdan başlayan tərəqqi və yüksəliş sonrakı dövrdə Azərbaycanın müstəqil dövlət kimi sürətli inkişafını təmin etdi

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov www.yap.org.az saytına müsahibə verib:
- Siyavuş müəllim, bəllidir ki, müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra çoxsaylı siyasi, iqtisadi, sosial və digər problemlərlə qarşı-qarşıya qalan Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqiyə yoluna qədəm qoyması məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. İstərdik, əvvəlcə müstəqilliyin ilk illərində ölkəmizdəki vəziyyətdən və 15 İyun – Milli Qurtuluş Gününün dövlətçilik tariximizdəki əhəmiyyətindən bəhs edəsiniz...
- Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, əsl müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən başlıca amil məhz lider faktoru olmuşdur. Məhz bu lider dahi şəxsiyyət, Ulu öndər Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin təmin edilməsi və qorunmasının, iqtisadi tərəqqinin və milli inkişafın təməlində Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Sevindirici haldır ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub.
Bilirsiniz ki, 1991-ci ilin oktyabrın 18-də Azərbaycan müstəqilliyini elan etməsinə baxmayaraq, müstəqilliyi itirmək təhlükəsi ilə qarşı-qarşıya idi. Ordu və dövlət quruculuğu istiqamətində hər hansı bir əhəmiyyətli addımlar atılmırdı, daxili çəkişmələr nəticəsində Azərbaycan vətəndaş müharibəsi astanasında idi, separatizm baş qaldırmışdı, bədxah qonşularımızın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkar siyasəti davam edirdi. Bu dövrdə bir sıra ərazilərimiz işğal olundu, Xocalı soyqırımı törədildi. Həmin dövrdə daxildəki bəzi qüvvələr hakimiyyətə gəlmək üçün müxəlif xarici kəşfiyyat orqanları ilə işbirliyi edərək ölkəmizin müstəqilliyinə qarşı çıxırdılar. Siyasi partiyaların silahlı dəstələrə malik olması, ayrı-ayrı kriminal dəstələrin yaradılması, ictimai-siyasi sabitliyin olmaması Azərbaycanı süqutun astanasına gətirib çıxarmışdı. Yəni həmin dövrdə Azərbaycan olduqca çətin vəziyyətdə idi və çoxsaylı iqtisadi, siyasi problemlərlə qarşı-qarşıya idi. Milli maraqlardan uzaq mövqe tutan səriştəsiz insanların hakimiyyətdə olması həm ölkə daxilində hərc-mərcliyin, xaosun, ciddi böhran və tənəzzül meyillərinin yaranmasına səbəb olmuşdu, həm də erməni təcavüzü ilə üzləşən Azərbaycan çarəsiz vəziyyətdə qalmışdı. Ayrı-ayrı siyasi partiyalar isə ölkənin milli maraqlarını, təhlükəsizliyini qorumaq əvəzinə, öz məhdud maraqları uğrunda mübarizə aparırdı. Silahlı dəstələrə malik olan belə partiyaları məhz hakimiyyət uğrunda mübarizə maraqlandırırdı.
Həmin dövrdə Azərbaycanı xaos və anarxiyadan, vətəndaş müharibəsi təhlükəsindən xilas edəcək, ölkəni tərəqqi yoluna çıxaracaq yeganə lider –şəxsiyyət məhz Heydər Əliyev idi. Azərbaycan xalqı məhz zəngin dövlətçilik təcrübəsinə malik olan dahi şəxsiyyətə - Ümummilli lider Heydər Əliyevə ümid bəsləyirdi. Bu dövrdə - Azərbaycanın olduqca mürəkkəb şəraitdə olduğu zaman Naxçıvan da olduqca çətin vəziyyətdə idi. 1991-ci ilin sentyabr ayında Ulu öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Məclisinin Sədri seçilməsindən sonra sabitlik təmin edildi və muxtar qurumun sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Eyni zamanda, muxtar respublikada dövlət rəmzləri bərpa edildi, 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı.
Belə bir şəraitdə Azərbaycanın vətənpərvər ziyalıları Ulu öndər Heydər Əliyevin ölkəmizi xaos və anarxiyadan xilas edəcəyini düşünür, Ona sonsuz inam mövcud idi. Təsadüfi deyil ki, 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı Ulu öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. İnsanlar böyük dövlətçilik təcrübəsinə, xarizmaya malik olan güclü Lider ətrafında yaranan Yeni Azərbaycan Partiyasına üz tutmağa başladılar. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası müstəqilliyimizin möhkəmləndirilməsinə, milli inkişafın təmin olunmasına xidmət edən fəaliyyətini davam etdirdi və bunun nəticəsində Azərbaycan tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu.
Həmin dövrdə AXC-“Müsavat” cütlüyü Azərbaycanı, sözün əsl mənasında, ayrı-ayrı xarici qüvvələrin “döyüş meydanı”na çevirmiş, ölkədə xaos və anarxiya idarəolunmaz həddə çatmışdı. Belə şəraitdə ölkədə separatizm meyilləri baş qaldırmağa başladı. Artıq ölkənin bir sıra ərazilərində - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi. Beləliklə, Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi. Belə bir situasiyada xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Azərbaycanda davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub saxlamaq etdirmək idi və bu, Ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək niyyətlərinin puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
- Azərbaycanı xaos və tənəzzüldən xilas edən Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər sabitlik və inkişaf dövrü kimi yadda qaldı. Bu barədə nə deyə bilərsiniz?
- 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın böyük etimadı və dəstəyi əsasında müstəqil Azərbaycan dövlətinin Prezidenti seçilməsindən sonra ölkəmizin inkişafının əsası qoyuldu, Azərbaycan sabitlik adasına çevrildi, vətəndaş həmrəyliyi yaradıldı və dünya birliyinə uğurla inteqrasiya etdi. Bir məqamı da xüsusi qeyd etməliyik ki, malik olduğu təbii resurslardan səmərəli istifadə etmək, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirmək, ən əsası, birgə səylər, qarşılıqlı təcrübə mübadiləsi sayəsində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün 1994-cü ilin 20 sentyabrında Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi” imzalandı. Bununla Azərbaycan öz iqtisadi imkanlarını dünyaya təqdim edərək növbəti sazişlərin imzalanmasına zəmin yaratdı.
Ölkəmizin beynəlxalq əlaqələri genişləndirildi və ən əsası düzgün qurulmayan xarici siyasətin uğursuz nəticələri aradan qaldırıldı. Bilirsiniz ki, müstəqillik əldə etdikdən sonra uğursuz və yanlış xarici siyasət nəticəsində Azərbaycan həm region dövlətləri ilə, həm də BMT-nin Təhlükəsizlik Şurasının üzv dövlətləri ilə normal münasibətlərə malik deyildi, müəyyən gərginliklər var idi. Ümummilli lider Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində bu münasibətlər normallaşdı, Azərbaycan geniş beynəlxalq əlaqələrə malik oldu.
Bir sözlə, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdışı ilə dövlətçilik tariximizin yeni mərhələsinin əsası qoyuldu. Ulu öndər Heydər Əliyev müstəqil, iqtisadi cəhətdən qüdrətli, dünya birliyinin layiqli üzvü olan Azərbaycanı yaratmaqla xalqla hər zaman bir olduğunu, Vətənini, torpağını canından çox sevdiyini bir daha nümayiş etdirdi. 1993-cü ilin 3 oktyabrında prezident seçkilərində yüksək etimad qazanan və 11 oktyabr 1998-ci ildə qələbəsini yenidən təsdiqləyən Ümummilli lider Heydər Əliyev bu dövr ərzində Azərbaycan xalqının maraqlarını əks etdirən tədbirlər reallaşdırdı, ölkənin strateji inkişaf istiqamətlərini müəyyənləşdirdi. Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içində olan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində reallaşdırdığı genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını artırmaqla ölkəmizin dünya birliyinə açılan yoluna “yaşıl işıq” yandırdı.
Bütün bu nailiyyətlər öz ifadəsini müəllifi Heydər Əliyev olan, 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasında tapdı. Bu ali hüquqi sənəd nəinki ölkəmizin insan hüquqları, liberal iqtisadiyyat, dövlət idarəçiliyi prinsipləri sahəsindəki uğurlarını təsbit etdi və möhkəmləndirdi, həmçinin gələcək inkişaf istiqamətləri üçün mükəmməl normativ baza oldu. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü dövlətçilik prinsiplərinin əsasında konseptual və dünya siyasətinə uyğunlaşdırılan balanslaşdırılmış xarici siyasət, ölkə daxilində sabitliyin təminatı, dövlətçiliyin möhkəmlənməsi, bazar iqtisadiyyatı yolunu seçməklə malik olduğumuz təbii ehtiyatlardan xalqın mənafeyi və rifah halının yaxşılaşdırılması naminə səmərəli istifadə olunması, insan hüquq və azadlıqlarının qorunması kimi strateji əhəmiyyətli vəzifələr dayanırdı. Bu gün qürur hissi ilə deyə bilərik ki, bu vəzifələrin öhdəsindən layiqincə gəlinmişdir.
Nəticə etibarilə, 1993-2003-cü illər sabitlik və inkişaf dövrü kimi yadda qaldı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Azərbaycanın yeni zirvələr fəth etməsini, müstəqil dövlət kimi beynəlxalq münasibətlər sistemində uğurla təmsil olunmasını, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən güclü və qüdrətli ölkəyə çevrilməsini təmin etdi.
- Sirr deyil ki, bu gün müstəqil Azərbaycan məhz Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə görülən işlər və əldə edilən nailiyyətlərlə bağlı nə deyə bilərsiniz?
- Sevindirici haldır ki, Ümummilli lider Heydər Əliyevin uğurlu inkişaf siyasəti Onun layiqli varisi olan Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr ərzində modernləşmə və islahatlar xətti davam etdirilib, dərin konseptual əsaslara söykənən və bütün sahələri əhatə edən proqramlar uğurla icra olunub. Xüsusilə də, müvafiq Dövlət proqramlarının uğurla icra edilməsi sayəsində ölkənin bütün regionlarının siması dəyişib. İndiyədək respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.
Təsadüfi deyil ki, 15 il ərzində Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirib, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb. Azərbaycan dünyada ən çox islahat aparan qabaqcıl ölkələrdən biri kimi tanınıb. Ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub.
Digər tərəfdən, ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin məntiqi nəticəsi kimi, Azərbaycan dünyada islahatçı dövlət və sabitlik adası kimi tanınır. Ölkəmizdə etibarlı təhlükəsizlik mühiti formalaşdırılıb. Buna paralel olaraq demokratik islahatlar davam etdirilib, insan hüquqları və azadlıqlarının təmin olunması diqqət mərkəzində olub. Bunun nəticəsi kimi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm nəticələr əldə olunub. İslahatlar həmçinin idarəetmə sahəsini də əhatə edib. Konstitusion və institusional islahatlar idarəetmədə yeni keyfiyyət mərhələsi yaradıb. Respublikamızda yeni vitse-prezidentlik institutu yaradılıb, vətəndaşlara dövlət diqqəti və qayğısı gücləndirilib.
Bir sözlə, Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib. Bunun nəticəsi kimi, ölkəmizdə möhkəm əsaslara söykənən xalq-iqtidar birliyi mövcuddur və xalq öz Prezidentinə mütləq inam və etimad bəsləyir.
- Siyavuş müəllim, yeri gəlmişkən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət kursunun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənib, ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınır...
- Səmərəli xarici siyasət həyata keçirən, dünyada etibarlı tərəfdaş kimi tanınan, regional əməkdaşlıq və təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin təşəbbüskarı və müəllifi olan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir. Ölkəmiz həm regional, həm də beynəlxalq miqyasda dövlətlərlə qarşılıqlı faydalı münasibətlər, bərabərhüquqlu əlaqələr yaradıb. Azərbaycan 155 ölkənin dəstəyi ilə 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, 2014-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edib. Hazırda ölkəmiz ikitərəfli və çoxtərəfli münasibətləri öz maraqları əsasında uğurla davam və inkişaf etdirir. Bunun da əsasında Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi dayanır.
Bu gün Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınır. Ölkəmizdə çoxsaylı mötəbər beynəlxalq tədbirlər keçirilir. Azərbaycan sivilizasiyalararası dialoqa mühüm töhfələr verən tədbirlərə uğurla ev sahibliyi edir və dünyanın multikulturalizm mərkəzlərindən biri sayılır. Bütün bunlar uğurlu və hərtərəfli inkişaf siyasətinin səmərəli nəticələridir.
Bundan başqa, ötən müddət ərzində Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqe nümayiş etdirib, hücum diplomatiyası uğurla davam etdirilib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər müxtəlif beynəlxalq tribunalardan dünya ictimaiyyətinə çatdırılıb, İƏT-ə üzv olan ölkələr Ermənistanı işğalçı ölkə kimi tanıyıb, Avropa Şurası, ATƏT və digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar qəbul edib, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası uğurla davam etdirilib, bir çox ölkələr Xocalı soyqırımını tanıyıb. Yəni Azərbaycanın Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində mövqeyi möhkəmlənib, hərbi, siyasi və diplomatik üstünlüyü təmin olunub. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan istənilən halda işğal altında olan torpaqları azad edərək öz ərazi bütövlüyünü təmin edəcək.
Nəticə etibarilə, Azərbaycanın xarici siyasəti həyata keçirilən səmərəli daxili siyasətə uyğundur, bu kursu tamamlayır. Azərbaycan heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir. Bunun nəticəsidir ki, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri yaranır.

 
  • Oxunub:  1440  |  
  • Tarix:  13-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır

17:47
14 İyun
Eldar İbrahimov: 15 iyun 1993-cü il əsl qurtuluş, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir
17:45
14 İyun
Baş nazirin müavini: Yaxın illərdə bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanacaq
17:39
14 İyun
Kanada sammiti: G7-nin riskləri və qeyri-müəyyənlikləri
17:35
14 İyun
Tarix Muzeyində “Milli qurtuluşumuzda Heydər Əliyev və ordu amili” mövzusunda tədbir keçirilib
17:22
14 İyun
TANAP-ın açılışı: "Enerjinin İpək yolu"nun geosiyasi əhəmiyyəti
17:20
14 İyun
Abel Məhərrəmov: 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində mühüm yer tutur
17:17
14 İyun
Bayram günlərində Bakı metrosu xüsusi rejimdə çalışacaq
17:14
14 İyun
Moskvada MDB İqtisadi Şurasının 78-ci iclası keçirilib
17:07
14 İyun
XİN: Qondarma Dağlıq Qarabağ rejiminin “sənədi”nin BMT-də yayılması xəbəri yalan və cəfəngiyatdır
17:01
14 İyun
İlin əvvəlindən əhalinin sayı 25018 nəfər artıb
16:35
14 İyun
Daşkənddə Sona Vəliyevanın özbək dilində şeirlər kitabının təqdimatı olub
16:27
14 İyun
Azərbaycan üzrə hazırlanacaq Ölkə Tərəfdaşlığı Strategiyası üçün prioritet istiqamətlər müzakirə edilib
16:18
14 İyun
Nazir: Azərbaycan Türkiyəyə təbii qazı ən əlverişli qiymətlərlə tədarük edir
16:14
14 İyun
Vüqar Rəhimzadə: Azərbaycan və Türkiyə XXI əsrin enerji xəritəsini birlikdə cızır
16:11
14 İyun
BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı: Azərbaycanda qida təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir
16:05
14 İyun
Denis Daniilidis: "Cənub Qaz Dəhlizi"nin işə salınması Azərbaycan və Avropa İttifaqı üçün xoşbəxt məqamdır
15:54
14 İyun
Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfəyədək artıb
15:44
14 İyun
Azərbaycan Texniki Universitetində yaz imtahan sessiyasında yeddi mindən çox tələbə iştirak edir
15:20
14 İyun
Filadelfiyada Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Azərbaycan bayrağı ucaldılıb
15:16
14 İyun
Azərbaycanın Baş naziri Parisdə Fransa Prezidentinin diplomatik müşaviri ilə görüşüb
15:08
14 İyun
Sevinc Fətəliyeva: TANAP Avropa üçün yeni enerji mənbələrinin əsasını qoyub
14:57
14 İyun
Əli Əhmədov: Ermənistan prezidentinin işğal altındakı ərazilərimizə səfəri qanunsuzdur
14:52
14 İyun
Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olub
14:51
14 İyun
Baş nazirin müavini: Rəqiblərimiz "sosial şəbəkə" pərdəsi arxasında gizlənib tərbiyəsizlik edirlər
14:47
14 İyun
ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir
14:35
14 İyun
Əli Əhmədov: Azərbaycan güclü ölkəyə çevrilib, güclü ordusu var
14:34
14 İyun
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib
14:28
14 İyun
Bakıda ilk dəfə "CANSO-2020" Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək
14:23
14 İyun
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14:17
14 İyun
Sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyəti təkmilləşdirilməlidir
14:16
14 İyun
Tibb Universitetində Milli Qurtuluş Günü qeyd olunub
14:09
14 İyun
Bakı Ali Neft Məktəbində Milli Qurtuluş Günü qeyd edilib
14:05
14 İyun
Dövlət Statistika Komitəsində Milli Qurtuluş Günü qeyd olunub
12:39
14 İyun
Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin III Plenumu keçirilib
12:33
14 İyun
"Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və məhkəmə binalarının yeni standartları ilə bağlı tanışlıq turu keçirilib
12:08
14 İyun
SOCAR-ın prezidenti: TANAP yalnız Avrasiya deyil, bütün dünyada həyata keçirilən ən nəhəng layihədir
12:07
14 İyun
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Gədəbəydə vətəndaşları qəbul edəcək
11:53
14 İyun
Gürcüstandakı azərbaycanlı ağsaqqallarla görüş olub
11:49
14 İyun
Dağlıq Qarabağın maddi-mədəni irsinin qorunması mövzusunda konfrans təşkil olunacaq
11:42
14 İyun
Bu gün Rusiyada futbol üzrə XXI dünya çempionatı start götürəcək
11:31
14 İyun
Elçin Mirzəbəyli: TANAP-ın açılışı, ilk növbədə, Azərbaycanın və Türkiyənin qələbəsidir
11:12
14 İyun
Bu gün respublikanın ümumtəhsil məktəblərini bitirən 80 mindən çox məzun üçün “son zəng” çalınır
10:55
14 İyun
Təhsil naziri məzunları təbrik edib
10:52
14 İyun
İlin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır
10:40
14 İyun
Dünya Bankı tərəfindən Azərbaycanda iş yerləri ilə bağlı aparılan tədqiqatın ilkin nəticələri təqdim olunub
10:28
14 İyun
Mərkəzi Bank uçot dərəcəsini 11 faizdən 10 faizə endirib
09:57
14 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 82 dəfə pozub
09:40
14 İyun
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb
09:39
14 İyun
İspaniya mətbuatı TANAP layihəsinin açılış mərasimindən yazır
09:35
14 İyun
Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq
09:30
14 İyun
Əskişəhərdə Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi İtaliya KİV-lərinin diqqətindədir
09:21
14 İyun
Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar gümüş nişan buraxılıb
18:00
13 İyun
Heydər Əliyev Mərkəzində “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatı olub
17:59
13 İyun
Kiyevdə Müslüm Maqomayevin xatirəsi anılıb
17:58
13 İyun
Regional İnkişaf İctimai Birliyi Astarada turizm bələdçiləri üçün tematik tur təşkil edib
17:50
13 İyun
Məlahət İbrahimqızı: Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şübhəsizdir
17:48
13 İyun
Rauf Əliyev: Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir
17:41
13 İyun
Şagird və tələbələr arasında keçirilmiş bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıblar
17:38
13 İyun
Xələf Xələfov: "Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti avqustun birinci yarısına nəzərdə tutulur"
17:26
13 İyun
Vergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında razılaşma protokolları imzalanıb
17:24
13 İyun
Cənub Qaz Dəhlizi Avropada mənbələrin və marşrutların şaxələndirilməsinə xidmət edəcək
17:17
13 İyun
Heydər Əliyev əzəməti, böyüklüyü, qüdrəti və fədakarlığı xalqımız tərəfindən daim uca tutulacaq
17:14
13 İyun
Ekspert: TANAP Azərbaycan üçün gəlirliliyin təmin edilməsi baxımından çox vacibdir
16:55
13 İyun
Raket və artilleriya birləşmələri praktiki atışlar icra edib
16:51
13 İyun
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Moldovanın ölkəmizdəki səfiri ilə görüşüb
16:46
13 İyun
Rəsmi İrəvanın siyasi iflası: ermənilər Azərbaycanı xilaskar görürlər
16:40
13 İyun
Çiğdem Şahin: Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini ciddi qəbul etmirəm
16:30
13 İyun
15-18 iyun “ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günüdür
16:12
13 İyun
ADNSU-nun İctimai Etimad Şurasının üzvləri imtahan prosesini izləyiblər
16:09
13 İyun
Milli Qurtuluş Günü dövlətçilik tariximizə şərəfli və qürurverici səhifə kimi daxil olub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA