Ana səhifə »  Müsahibə »  Qlobal internet şəbəkəsinin inkişafı bu istiqamətdə bir sıra məsələlərin qanunvericiliklə tənzimlənməsini zəruri edir
A+   Yenilə  A-
Qlobal internet şəbəkəsinin inkişafı bu istiqamətdə bir sıra məsələlərin qanunvericiliklə tənzimlənməsini zəruri edir

Milli Məclisin deputatı Sona Əliyeva www.yap.org.az saytına müsahibə verib:
- Sona xanım, bildiyimiz kimi, müasir dövr internet əsri kimi səciyyəvidir. Azərbaycanda da əhalinin böyük hissəsi internet istifadəçisidir. Sizcə, virtual aləmin üstünlükləri ilə yanaşı, nə kimi zərərli cəhətləri var?
- Qlobal internet şəbəkəsinin inkişafı virtual aləmdə bizi çox təhlükəsiz vəziyyətə gətirir. Düşünürəm ki, gələcəkdə virtual aləm də müəyyən qanunvericiliklə ciddi şəkildə tənzimlənməlidir, bu sahədə mövcud qanunvericilik isə təkmilləşdirilməlidir. Virtual aləmdə fiziki olmasa da, insanların elektron formada müəyyən bir ad, loqin və niklə düşüncə mövcudluğu vardır. Biz kütləvi şəkildə internetdən müxtəlif növ informasiya alırıq və hətta deyərdim ki, bu informasiya axınının altında qalırıq. İnsan adətən şüuraltı olaraq mühitdə sərhədlər qoymayan hər bir şeyi təhlükə olaraq qavrayır. Bizim evimiz, cəmiyyətdəki münasibətləri tənzimləyən müəyyən qayda-qanunlar, ümumiyyətlə, mühitlə aramızda sərhəd qoyan hər şey bizim üçün nisbi də olsa təhlükəsizlik, qorunduğumuz hissini yaradır. Virtual aləmdə isə biz fiziki olaraq deyil, yalnız düşüncəmizlə virtual mövcudluğumuz sayəsində bu daxili immunitetdən məhrumuq, həmçinin bizim “təhlükəsizliyimizi” təmin edəcək heç bir baryer və sərhəd yoxdur. Dəfələrlə olub ki, sosial şəbəkələrdə profilimiz sındırılıb, mənim aləmimdə bu, yad adamın mənim evimə soxulması kimi bir haldır. Nəzərə alsaq ki, sosial şəbəkələrdəki profilimiz, elektron poçtumuz və digər elektron qeydiyyatlarımız bizim şəxsi və iş həyatımız haqqında bütün məlumatları özündə saxlayır, buna müdaxilə hər an baş verə bilirsə, deməli, biz təhlükədəyik.
Çox qarşılaşdığımız adi bir halı misal gətirmək istəyirəm. Fikir vermisinizsə, kompüterinizdə və ya telefonunuzda hər hansı axtarış sistemində hər hansı bir mövzunu axtarırsınızsa, sonradan elektron poçtunuza və ya sosial şəbəkədəki profilinizə həmin mövzu ilə bağlı reklamlar və ya tövsiyələr gəlir. Bu halın özü göstərir ki, internetdə bizim konfidensionallığımız tamlığı ilə təmin olunmur və haradasa bizim məlumatlara çıxış var, baxmayaraq ki, kompüterimizdə və digər istifadə etdiyimiz elektron əşyalarda internetdə təhlükəsizlik ilə bağlı müxtəlif proqramlardan istifadə edirik.
- Xüsusilə uşaq və yeniyetmələrin nəzarətsiz şəkildə virtual məkanda mövcudluğu hansı problemlər yarada bilər?
- Günümüzün reallıqlarından biri də odur ki, televizor, kompüter və digər texnoloji avadanlıqlar uşaqlarımızın ilk tərbiyəçisidir... Valideynlərə və özümüzə sual verək: gün ərzində uşaqlarımıza nə qədər vaxt ayırırıq, dünya və virtual aləmdə necə vaxt keçirməsindən tam olaraq məlumatlıyıqmı? Sirr deyil ki, sosial şəbəkələr vasitəsilə övladlarımız müxtəlif dini radikal qruplara meyillənir, bəzən bilərəkdən və ya bilməyərəkdən şantaja, təhqirə, təhdidə məruz qalır, hər gün cinayətkarlığı təbliğ edən informasiya ilə rastlaşır, bəzən intihara və evdən qaçmağa təhrik olunur, buraya qorxu və həyəcan məzmunlu müxtəlif informasiyanı da daxil etsək, mənzərə tam olur... Burada internetin və sosial şəbəkələrin pis və təhlükə dolu olduğu fikrini yaratmağa çalışmıram, lakin təsəvvür etsək ki, övladlarımız bu sərhədsiz, demək olar ki, nəzarətsiz virtual dünyanın tam ortasındadırlar, bu məkanda baş verə biləcək mümkün təhlükə və hadisələr haqqında düşünməyə dəyər... Reallıqda isə bununla bağlı bir çox hadisələrin də şahidi olmuşuq... Yəqin ki, uşaqlarımızın virtual aləmdə təhlükəsizliyinin necə təmin olunmasını, baş verə biləcək xoşagəlməz hallardan necə qorunmasının mümkünlüyünü tamlığı ilə anlamırıq və bununla bağlı bir qeyri-müəyyənlik hökm sürür. Adətən küçədə özümüz və uşaqlarımız yad adamlarla danışmır, bu cür münasibətlərdən ehtiyat edirik.
- Bu məsələlərin qanunvericiliklə tənzimlənməsi nə dərəcədə realdır?
- Dünyanın istənilən nöqtəsindən istənilən adama çıxış mövcuddur və fiziki olaraq bu aləmdə olmadığımız üçün şüuraltı olaraq yad insanla təmasdan qorxu hissini keçirmirik, bununla da istənilən tanımadığımız adamla əlaqə qurur, yazışır, bəzən isə dostlaşırıq. Bəs gözümüzdən kənara qoymadığımız uşaqlarımızın necə bu nəzarətsiz dünyada olmasına imkan veririk? Normal həyatda uşaqların məhdudlaşdırılmış və ya qadağan olunmuş qeyri-etik, qeyri-qanuni və bu kimi digər çap vasitələrinə əlçatanlığı çox azdır, internetdə isə istənilən informasiya açıq bufetdə olduğu kimidir, seç və götür...
Bəlkə, mənim baxışlarım yetərincə sərt və mühafizəkardır, lakin mən düşünürəm ki, uşaqların internetdə müəyyən saytlara və əsasən də sosial şəbəkələrə girişinə müəyyən məhdudiyyətlər qoyulmalıdır və buna ciddi nəzarət olmalıdır.
Üzvü olduğum parlamentin İnsan hüquqları komitəsində bu yaxınlarda çox əhəmiyyətli və vacib olan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu müzakirəyə çıxarıldı və həqiqətən də, çox dəyərli, maraqlı təkliflər irəli sürüldü.
- “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin əhəmiyyəti nədən ibarətdir?
- Qeyd etdiyim kimi, bu sənəd çox vacibdir. Və mən də qanunla bağlı müəyyən təkliflərlə çıxış etmişəm. İlk növbədə, qeyri-qanuni və qeyri-etik hərəkətlərə məruz qalmış yetkinlik yaşına çatmayanların şəxsiyyətinin müəyyən olunmasına və ya açıqlanmasına bilavasitə imkan yaradan məlumatların: ad, soyad və atasının adının, ünvanının, fotoşəkil, video və səs yazılarının, təhsil aldığı və ya işlədiyi müəssisənin adının elektron və çap mediasında yayılmasının qadağan olunması bu layihədə nəzərdən keçirilməlidir.
İkincisi, milli mentalitetimizə və dəyərlərimizə zidd olan, insanlar arasında qeyri-ənənəvi münasibətləri təbliğ edən informasiyanın qadağan olunması da bu layihədə nəzərə alınsın. Həmçinin qanun layihəsinə əsasən uşaqların zərərli informasiyadan qorunması məqsədilə ekspertiza qaydaları müəyyən olunacaq və müəyyən hüquqi aktlarla tənzimlənəcək. Arzu edərdik ki, qanun qüvvəyə mindikdən sonra bu sahədə qanunvericiliyə riayət olunmasına dövlət və ictimai nəzarət səmərə verəcək şəkildə təmin edilsin.
Eyni zamanda, məqsədəmüvafiq olarsa, qlobal internet şəbəkəsinin və texnologiyanın sürətli inkişafını nəzərə alaraq, uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Dövlət proqramı hazırlansın və reallaşdırılsın. Bununla yanaşı, fikrimcə, ümumtəhsil məktəblərində valideyn və şagirdlər arasında uşaqların internet təhlükəsizliyi və zərərli informasiyadan qorunması ilə bağlı maarifləndirmənin aparılmasının davamlı mexanizmlərin hazırlanması və həyata keçirilməsi təmin olunmalıdır.

 
  • Oxunub:  15660  |  
  • Tarix:  08-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
KİVDF-nin 10 illik yubileyi qeyd edilib

19 Mart 12:14
Səfir Aureliya Buşez: Birinci vitse-prezident Mehriban Əliyevanın Parisə səfəri Azərbaycanla Fransa arasında münasibətlərin dinamik xarakter daşıdığını nümayiş etdirdi
19 Mart 12:11
Gəncədə Novruz bayramı coşqusu
19 Mart 12:07
Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 12 il ötür
19 Mart 12:06
Azərbaycan heç bir qüvvənin diktəsi ilə hərəkət etmir, tam müstəqil siyasət həyata keçirir
19 Mart 11:55
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Bolqarıstanda mühüm görüşlər keçirib
19 Mart 11:39
Builki Novruz festivalı yeni konseptdə təqdim olunacaq
19 Mart 11:31
Birinci sinfə sənəd verən şəxslərin nəzərinə!
19 Mart 11:27
Akademik: UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik
19 Mart 11:23
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarına medallar təqdim olunub
19 Mart 11:19
Ağcabədidə xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları üçün Novruz bayramı münasibətilə tədbir keçirilib
19 Mart 11:16
Nazir Roberto Ampuero: Çili Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlıdır
19 Mart 11:14
Lerikdə Novruz yarmarkası açılıb
19 Mart 10:51
ADU-da rumın dili və mədəniyyəti mərkəzinin yaradılması əməkdaşlıq üçün yeni imkanlar açacaq
19 Mart 10:42
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyevin seçiciləri ilə görüş keçirilib
19 Mart 10:15
Fransada Alim Qasımovun diskinin təqdimatı olub
19 Mart 10:11
Pirallahıda Novruz şənliyi təşkil edilib
19 Mart 10:07
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
19 Mart 10:03
Bu gün İlaxır çərşənbədir
19 Mart 10:01
Prezident İlham Əliyev: Qoy bu bayram hər evə xoş ovqat gətirsin və hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin
19 Mart 09:57
“Baku Crystal Hall”da məşhur rəssam Sakit Məmmədovun sərgisi açılıb
19 Mart 09:56
KİVDF-nin 10 illik yubileyi qeyd edilib
19 Mart 09:55
Azərbaycan ilə Almaniya arasında əməkdaşlığa dair müzakirələr aparılıb
19 Mart 09:54
Prezident İlham Əliyev Novruz bayramı ərəfəsində yüzlərlə ailəni sevindirdi
19 Mart 09:52
Kolumbiya Universitetinin professoruna ADA Universitetinin fəxri doktoru adı verilib
19 Mart 09:51
Əfv və amnistiya aktları hüquqi dövlətin vacib funksiyalarından biridir
19 Mart 09:48
Qafqaz Müsəlmanları İdarəsinin sədri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart 09:47
Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir
19 Mart 09:45
Qubadlı ictimaiyyəti Novruz bayramını qeyd edib
19 Mart 09:44
Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib
19 Mart 09:43
Azərbaycan qlobal neft bazarının tənzimlənməsində vacib rol oynayır
19 Mart 09:41
TÜRKPA Katibliyində Novruz bayramı münasibətilə tədbir keçirilib
19 Mart 09:39
Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı uğurla icra olundu
19 Mart 09:37
Bahar Muradova: Novruz tonqallarını doğma Qarabağımızda qalayacağıq
19 Mart 09:35
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb
19 Mart 09:32
Hikmət Babaoğlu: Prezidentin əfv Sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi
19 Mart 09:30
Elçin Quliyev: Prezident İlham Əliyev növbəti əfv Sərəncamını imzalamaqla humanist dəyərlərə sadiqliyini bir daha təsdiqlədi
19 Mart 09:29
AZƏRTAC dünyanın ən nüfuzlu ingilisdilli “China Daily” qəzetinin layihəsində iştirak edib
19 Mart 09:25
Binəqədi rayonunda “Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət sakinlərin istifadəsinə verilib
19 Mart 09:23
Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarına yekun vurulub
19 Mart 09:21
Dövlət Gömrük Komitəsinin jurnalistlər üçün növbəti təlimi başa çatıb
19 Mart 09:18
Bakcell gənc developerlər üçün məzun gecəsi keçirib
19 Mart 09:17
“Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur
19 Mart 09:15
Azercell-dən rəqəmsallığa doğru daha bir addım
19 Mart 09:13
Regionlarda yazlıq bitkilərin əkini uğurla davam edir
18 Mart 21:25
KİVDF-nin 10 illik yubileyi qeyd edilib
18 Mart 21:22
Toxumçuluq və bitki mühafizə vasitələri mövzusunda seminar keçirilib
18 Mart 21:20
Türkiyədə Çanaqqala zəfərinin 104-cü ildönümü qeyd olunur
18 Mart 21:16
Milli Paralimpiya Komitəsi ilə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında anlaşma memorandumu imzalanıb
18 Mart 21:13
Qafqaz Müsəlmanları İdarəsinin sədri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Mart 21:08
Dağlıq Qarabağda Novruz şənliyi keçirilib
18 Mart 21:06
Bakı Mühəndislik Universitetinin tələbə və məzunlarına əmək bazarında mövcud olan tələbat haqqında məlumat verilib
18 Mart 21:02
Prezident İlham Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri ilə bağlı Sərəncam imzalayıb
18 Mart 20:59
Avropa İttifaqı Azərbaycan Prezidentinin əfv Sərəncamını alqışlayır
18 Mart 20:55
Azərbaycan ilə Almaniya arasında əməkdaşlığa dair müzakirələr aparılıb
18 Mart 20:52
“LUKoil” şirkəti Azərbaycanda yeni sahələrə investisiya yatırmağı müzakirə edir
18 Mart 20:51
Azərbaycan Vyanada keçirilən “Beynəlxalq dəmir yolu konqresi 2019”da təmsil olunur
18 Mart 20:49
Filologiya problemləri üzrə elmi şuranın iclasında 24 dissertasiya mövzusu təsdiqlənib
18 Mart 20:48
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həftə ərzində 960 fermerə təlim keçirilib
18 Mart 20:39
Azərbaycan İlahiyyat İnstitutu Novruzu qeyd edib
18 Mart 20:37
Xorvatiyada Azərbaycan məhsulları sərgilənib
18 Mart 20:34
Nazirlər Kabinetinin illik hesabatı: sistemli və ardıcıl fəaliyyətin töhfələri
18 Mart 20:33
BDU-nun 100 illik yubileyinə həsr olunan bilik yarışması başa çatıb
18 Mart 20:29
Sabahdan Bakının bir sıra yollarında nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir
18 Mart 20:28
Novruz bayramının dövlət səviyyəsində keçirilməsi məhz istiqlal yolunda qazandığımız nailiyyətlərdəndir
18 Mart 20:25
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
18 Mart 20:24
Kənd Təsərrüfatı Nazirliyi Latviya universiteti ilə baytar həkimlərinin yetişdirilməsi üzrə əməkdaşlığa başlayıb
18 Mart 20:22
Tur-aksiya iştirakçıları muxtar respublikadan xoş təəssüratlarla ayrılıblar
18 Mart 20:17
Novruz bayramı münasibətilə Hərbi Prokurorluq tərəfindən hərbi hissələrdə bayram mərasimləri, konsertlər keçirilib
18 Mart 17:56
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələr nümunəvi xarakter daşıyır
18 Mart 17:49
Bolqarıstanın Kırcali şəhərində Novruz bayramı qeyd olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+4 +6