Ana səhifə »  Müsahibə »  Heydər Əliyev Fondunun uşaqların hüquqlarının qorunması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində misilsiz fəaliyyəti var
A+   Yenilə  A-
Heydər Əliyev Fondunun uşaqların hüquqlarının qorunması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində misilsiz fəaliyyəti var

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev www.yap.org.az saytına müsahibə verib:
- Rauf müəllim, hər il 1 iyun tarixi Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Azərbaycanda uşaq hüquqlarının təmin olunması da dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu barədə nə deyə bilərsiniz?
- Bildiyimiz kimi, 1950-ci il iyunun 1-də keçirilmiş Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi məqsədilə qərara alınıb ki, bu tarix bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilsin. Azərbaycan da beynəlxalq birliyin üzvü kimi hər il bu günü qeyd edir. Bundan əlavə, BMT tərəfindən 1989-cu ildə Uşaq Hüquqları haqqında Konvensiya qəbul olunub. Eyni zamanda, BMT Baş Assambleyasının müvafiq qərarı ilə 20 noyabr tarixi də Ümumdünya Uşaqlar Günü kimi qeyd olunmaqdadır.
Əlbəttə, ölkəmizdə uşaqların sağlam, firavan yaşamasına, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev 1993-cü ildə respublikamızda ikinci dəfə hakimiyyətə gəldikdən sonra bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, hərtərəfli qayğı ilə əhatə olunması istiqamətində genişmiqyaslı işlər görüldü. Bu dövrdən etibarən uşaqların sağlamlıqlarının qorunması, müasir, sivil tələblərə cavab verən şəraitdə təhsil almaları istiqamətində mühüm tədbirlər həyata keçirildi. Ölkəmizdə uşaqların ən böyük himayədarı Ulu öndər Heydər Əliyev dövlət siyasətinin ən vacib istiqamətlərindən biri kimi böyüməkdə olan nəslin sağlam, firavan, xoşbəxt yaşamasını göstərib. Azərbaycan Respublikası uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, o cümlədən 1994-cü ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşuldu. Təbii ki, ölkəmizin bu konvensiyaya qoşulması uşaq hüquqlarına yüksək mənəvi dəyər verərək, onların normal sosial-mənəvi ruhda layiqli insan kimi yetişməsi, bu yolda qarşıya çıxan problemlərin aradan qaldırılması, uşaqların ehtiyaclarının hərtərəfli təmin olunması istiqamətində addımların atıldığını bir daha təsdiq etdi. Həmçinin uşaq hüquqlarının müdafiəsi ilə bağlı zəngin qanunvericilik bazası formalaşdı, Azərbaycan Respublikası Milli Məclisində uşaqların hüquqlarının qorunmasına dair mühüm qanunvericilik aktları da qəbul olundu. Bu mənada “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunların qəbulunu xüsusi qeyd etməliyik.
Qeyd edim ki, “Uşaq hüquqları haqqında” qanunda uşaqların hüquq bərabərliyi, yaşamaq və inkişaf etmək hüququ, həyat və sağlamlığının mühafizəsi hüququ, ad və vətəndaşlıq almaq hüququ, tərbiyə almaq hüququ, azadlıq və şəxsi toxunulmazlıq hüququ, zəruri maddi təminat hüququ, vicdan - fikir və söz azadlığı, məlumat azadlığı, ailədə yaşamaq hüququ, yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ, istirahət hüququ, ictimai təşkilatlarda birləşmək hüququ, şərəf və ləyaqətinin müdafiəsi hüququ təsbit olunub.
Bu gün uşaqların ən böyük hamisi olan ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə mühüm addımlar atılır, böyük işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2009-cu il ölkəmizdə “Uşaq ili” elan olunub. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinin həllinə diqqətin artırılması məqsədilə bir sıra proqramlar həyata keçirilir.
Azərbaycan insan hüquqlarına, onun tərkib hissəsi olan uşaq hüquqlarına hörmətlə yanaşır. Dövlət siyasətinin əsas istiqamətlərindən biri uşaqların təhsilinin, sağlamlığının, asudə vaxtının səmərəli keçirilməsinin təmin edilməsi, onlar üçün bütün sahələrdə bərabər imkanların yaradılmasıdır.
- Qeyd etdiniz ki, Heydər Əliyev Fondu tərəfindən uşaq problemlərinin həlli ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Bütün bunların əhəmiyyəti nədən ibarətdir?
- Şübhə yoxdur ki, ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərdən danışarkən, biz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə misilsiz fəaliyyətini xüsusilə qeyd etməliyik. Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələr və proqramlar uşaqlarımızın taleyində müstəsna rol oynayıb.
Uşaqların sağlam və yüksək təhsilli böyümələri, gələcəkdə intellektli şəxslər kimi formalaşmalarına diqqət yetirmək, onların geniş qayğı ilə əhatə olunması fondun fəaliyyət prioritetlərindən biridir. Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ötən illər ərzində uşaqlarımız üçün çoxsaylı səhiyyə obyektləri, bədii-yaradıcılıq mərkəzləri, idman və istirahət komplekslərinin tikilməsi istiqamətində çoxsaylı layihələr həyata keçirib, müxtəlif əlamətdar günlərdə və bayramlarda Mehriban xanım Əliyevanın təşəbbüsü və birbaşa iştirakı ilə uşaqlarımız üçün mərasimlər, şənlik tədbirləri keçirilib, müxtəlif hədiyyələrlə balalarımızın qəlbinə sevinc, könlünə xoş ovqat bəxş edib.
“Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramları, “Təhsilə dəstək”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” və bu kimi layihələr istər təhsil, istərsə də səhiyyə sahəsində Mehriban xanım Əliyevanın uşaqlarla bağlı fəaliyyətində istiqamətverici, stimulverici olub.
- Hazırda bu istiqamətdə nə kimi tədbirlər həyata keçirilir?
- Bu gün ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Azərbaycan hökuməti uşaqlar üçün bütün sahələrdə geniş imkanlar yaradıb. Uşaqlar bu imkanlardan səmərəli istifadə etməli, bilik və bacarıqlarını artırmalı, tariximizi, mədəniyyətimizi yaxşı öyrənməlidirlər. Təəssüflə qeyd etməliyik ki, müəyyən qədər ailələrdə baş verən mənfi hallar da uşaqlara təsir göstərir. Bunun aradan qaldırılması üçün profilaktik tədbirlər görülür, uşaqlara hüquqi yardım göstərilir.
Uşaqların sağlam mühitdə tərbiyə edilməsi üçün zəruri şəraitin yaradılması, valideyn himayəsindən məhrum olan uşaqların dövlət qayğısı ilə təmin edilməsi, uşaqlara qarşı zorakılığın qarşısının alınması kimi məsələlər daim diqqət mərkəzindədir. Uşaqların problemlərinin həllində onlarla dialoqun qurulması vacib amillərdəndir. Uşaqların danışmaq və dinlənmək hüququ təmin edilməlidir. Əgər bir dövlət güclü olmaq, stabil inkişaf etmək istəyirsə, uşaqlara lazımi diqqəti göstərməlidir. Azərbaycanda uşaqların xoşbəxt, firavan böyüməsi üçün onlara yaradılmış şərait, dövlət qayğısı təqdirəlayiqdir. Uşaqların rifahının yüksəldilməsi, onların intellektual səviyyəsinin artırılması dövlət siyasətinin başlıca vəzifələrindən biridir. Ümumiyyətlə, uşaqların hüquqları ölkəmizdə ən ali səviyyədə Konstitusiya qanunları ilə qorunur və dövlət uşaq hüquqlarının qorunmasının və təhlükəsizliyinin qarantıdır.
- Rauf müəllim, bəs sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiəsi istiqamətində görülən işlər hansı səviyyədədir?
- Respublikamızda əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, onlara layiqli həyat şəraitinin yaradılması həm ölkənin Konstitusiyasında, həm əsas strateji sənəd olan “Azərbaycan 2020 gələcəyə baxış” İnkişaf Konstitusiyasında, həm də müvafiq hüquqi-normativ sənədlərdə təsdiq olunub. “Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında qanun vasitəsilə bu sahədə dövlət siyasəti müəyyənləşdirilib. Bu sahədə ən mühüm məsələlərdən biri olan əlillərin və fiziki imkanları məhdud olan şəxslərin sosial infrastruktur obyektlərindən sərbəst istifadə etmələri üçün lazımi qanunvericilik bazası müəyyənləşdirilib.
Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanları, müəssisələr (birliklər), idarələr və təşkilatlar (mülkiyyət və təsərrüfat formasından asılı olmayaraq) sosial infrastruktur obyektlərinin, mənzillərin, ictimai, istehsal binalarının və qurğularının əlillər və sağlamlıq imkanları məhdud uşaqlara maneəsiz müyəssər olması, ictimai nəqliyyatdan və nəqliyyat kommunikasiyalarından, rabitə və informasiya vasitələrindən, istirahət və asudə vaxt yerlərindən onların sərbəst istifadə etməsi üçün lazımi şəraitlə təmin etməlidirlər.
Qanunvericilikdə nəzərdə tutulduğu kimi, son illərdə respublikamızda istifadəyə verilən sosial infrastruktur obyektləri, o cümlədən yaşayış binaları, aeroportlar, avtovağzallar, idman qurğuları və digərlərində əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tələbləri nəzərə alınır. Bundan başqa, mövcud sosial infrastruktur obyektlərinin bu tələblərə uyğunlaşdırılması sahəsində də müəyyən işlər aparılır.

 
  • Oxunub:  3180  |  
  • Tarix:  02-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır

17:47
14 İyun
Eldar İbrahimov: 15 iyun 1993-cü il əsl qurtuluş, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir
17:45
14 İyun
Baş nazirin müavini: Yaxın illərdə bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanacaq
17:39
14 İyun
Kanada sammiti: G7-nin riskləri və qeyri-müəyyənlikləri
17:35
14 İyun
Tarix Muzeyində “Milli qurtuluşumuzda Heydər Əliyev və ordu amili” mövzusunda tədbir keçirilib
17:22
14 İyun
TANAP-ın açılışı: "Enerjinin İpək yolu"nun geosiyasi əhəmiyyəti
17:20
14 İyun
Abel Məhərrəmov: 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində mühüm yer tutur
17:17
14 İyun
Bayram günlərində Bakı metrosu xüsusi rejimdə çalışacaq
17:14
14 İyun
Moskvada MDB İqtisadi Şurasının 78-ci iclası keçirilib
17:07
14 İyun
XİN: Qondarma Dağlıq Qarabağ rejiminin “sənədi”nin BMT-də yayılması xəbəri yalan və cəfəngiyatdır
17:01
14 İyun
İlin əvvəlindən əhalinin sayı 25018 nəfər artıb
16:35
14 İyun
Daşkənddə Sona Vəliyevanın özbək dilində şeirlər kitabının təqdimatı olub
16:27
14 İyun
Azərbaycan üzrə hazırlanacaq Ölkə Tərəfdaşlığı Strategiyası üçün prioritet istiqamətlər müzakirə edilib
16:18
14 İyun
Nazir: Azərbaycan Türkiyəyə təbii qazı ən əlverişli qiymətlərlə tədarük edir
16:14
14 İyun
Vüqar Rəhimzadə: Azərbaycan və Türkiyə XXI əsrin enerji xəritəsini birlikdə cızır
16:11
14 İyun
BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı: Azərbaycanda qida təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir
16:05
14 İyun
Denis Daniilidis: "Cənub Qaz Dəhlizi"nin işə salınması Azərbaycan və Avropa İttifaqı üçün xoşbəxt məqamdır
15:54
14 İyun
Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfəyədək artıb
15:44
14 İyun
Azərbaycan Texniki Universitetində yaz imtahan sessiyasında yeddi mindən çox tələbə iştirak edir
15:20
14 İyun
Filadelfiyada Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Azərbaycan bayrağı ucaldılıb
15:16
14 İyun
Azərbaycanın Baş naziri Parisdə Fransa Prezidentinin diplomatik müşaviri ilə görüşüb
15:08
14 İyun
Sevinc Fətəliyeva: TANAP Avropa üçün yeni enerji mənbələrinin əsasını qoyub
14:57
14 İyun
Əli Əhmədov: Ermənistan prezidentinin işğal altındakı ərazilərimizə səfəri qanunsuzdur
14:52
14 İyun
Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olub
14:51
14 İyun
Baş nazirin müavini: Rəqiblərimiz "sosial şəbəkə" pərdəsi arxasında gizlənib tərbiyəsizlik edirlər
14:47
14 İyun
ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir
14:35
14 İyun
Əli Əhmədov: Azərbaycan güclü ölkəyə çevrilib, güclü ordusu var
14:34
14 İyun
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib
14:28
14 İyun
Bakıda ilk dəfə "CANSO-2020" Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək
14:23
14 İyun
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14:17
14 İyun
Sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyəti təkmilləşdirilməlidir
14:16
14 İyun
Tibb Universitetində Milli Qurtuluş Günü qeyd olunub
14:09
14 İyun
Bakı Ali Neft Məktəbində Milli Qurtuluş Günü qeyd edilib
14:05
14 İyun
Dövlət Statistika Komitəsində Milli Qurtuluş Günü qeyd olunub
12:39
14 İyun
Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin III Plenumu keçirilib
12:33
14 İyun
"Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və məhkəmə binalarının yeni standartları ilə bağlı tanışlıq turu keçirilib
12:08
14 İyun
SOCAR-ın prezidenti: TANAP yalnız Avrasiya deyil, bütün dünyada həyata keçirilən ən nəhəng layihədir
12:07
14 İyun
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Gədəbəydə vətəndaşları qəbul edəcək
11:53
14 İyun
Gürcüstandakı azərbaycanlı ağsaqqallarla görüş olub
11:49
14 İyun
Dağlıq Qarabağın maddi-mədəni irsinin qorunması mövzusunda konfrans təşkil olunacaq
11:42
14 İyun
Bu gün Rusiyada futbol üzrə XXI dünya çempionatı start götürəcək
11:31
14 İyun
Elçin Mirzəbəyli: TANAP-ın açılışı, ilk növbədə, Azərbaycanın və Türkiyənin qələbəsidir
11:12
14 İyun
Bu gün respublikanın ümumtəhsil məktəblərini bitirən 80 mindən çox məzun üçün “son zəng” çalınır
10:55
14 İyun
Təhsil naziri məzunları təbrik edib
10:52
14 İyun
İlin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır
10:40
14 İyun
Dünya Bankı tərəfindən Azərbaycanda iş yerləri ilə bağlı aparılan tədqiqatın ilkin nəticələri təqdim olunub
10:28
14 İyun
Mərkəzi Bank uçot dərəcəsini 11 faizdən 10 faizə endirib
09:57
14 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 82 dəfə pozub
09:40
14 İyun
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb
09:39
14 İyun
İspaniya mətbuatı TANAP layihəsinin açılış mərasimindən yazır
09:35
14 İyun
Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq
09:30
14 İyun
Əskişəhərdə Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi İtaliya KİV-lərinin diqqətindədir
09:21
14 İyun
Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar gümüş nişan buraxılıb
18:00
13 İyun
Heydər Əliyev Mərkəzində “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatı olub
17:59
13 İyun
Kiyevdə Müslüm Maqomayevin xatirəsi anılıb
17:58
13 İyun
Regional İnkişaf İctimai Birliyi Astarada turizm bələdçiləri üçün tematik tur təşkil edib
17:50
13 İyun
Məlahət İbrahimqızı: Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şübhəsizdir
17:48
13 İyun
Rauf Əliyev: Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir
17:41
13 İyun
Şagird və tələbələr arasında keçirilmiş bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıblar
17:38
13 İyun
Xələf Xələfov: "Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti avqustun birinci yarısına nəzərdə tutulur"
17:26
13 İyun
Vergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında razılaşma protokolları imzalanıb
17:24
13 İyun
Cənub Qaz Dəhlizi Avropada mənbələrin və marşrutların şaxələndirilməsinə xidmət edəcək
17:17
13 İyun
Heydər Əliyev əzəməti, böyüklüyü, qüdrəti və fədakarlığı xalqımız tərəfindən daim uca tutulacaq
17:14
13 İyun
Ekspert: TANAP Azərbaycan üçün gəlirliliyin təmin edilməsi baxımından çox vacibdir
16:55
13 İyun
Raket və artilleriya birləşmələri praktiki atışlar icra edib
16:51
13 İyun
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Moldovanın ölkəmizdəki səfiri ilə görüşüb
16:46
13 İyun
Rəsmi İrəvanın siyasi iflası: ermənilər Azərbaycanı xilaskar görürlər
16:40
13 İyun
Çiğdem Şahin: Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini ciddi qəbul etmirəm
16:30
13 İyun
15-18 iyun “ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günüdür
16:12
13 İyun
ADNSU-nun İctimai Etimad Şurasının üzvləri imtahan prosesini izləyiblər
16:09
13 İyun
Milli Qurtuluş Günü dövlətçilik tariximizə şərəfli və qürurverici səhifə kimi daxil olub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA