Ana səhifə »  Müsahibə »  Siyavuş Novruzov: Azərbaycan Xalq Cümhuriyyətinin qarşıya qoyduğu məqsədlər bu gün müstəqil Azərbaycan dövləti tərəfindən uğurla həyata keçirilir
A+   Yenilə  A-
Siyavuş Novruzov: Azərbaycan Xalq Cümhuriyyətinin qarşıya qoyduğu məqsədlər bu gün müstəqil Azərbaycan dövləti tərəfindən uğurla həyata keçirilir

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun SİA-ya müsahibəsi:
- Siyavuş müəllim, may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü qeyd olunacaq. Sizin bu tarixi hadisə ilə bağlı fikirlərinizi öyrənmək istərdik.
- Şərqdə ilk Demokratik Cümhuriyyət quran xalqımız bir daha dünyaya sübut etdi ki, Azərbaycan xalqı dövlətə, dövlətçiliyə, dövlət ənənələrinə sadiq olan, çox yüksək mənəvi dəyərlərə, keyfiyyətlərə malik bir xalqdır. Azərbaycan hüquqi dövlətin qurulmasının əsas təməlini, demokratik təsisatları hələ əsrin əvvəllərində həyata keçirib. Əgər qadına seçki hüququ ABŞ-da 1967-ci ildə verilirdisə, Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ hələ 1918-ci ildə Demokratik Cümhuriyyət qurulanda verilmişdi. Şərqdə ilk parlamentli respublika qurulmuşdu. Ondan sonra isə Qərbi Avropa dövlətlərində parlament tipli dövlət sistemi qurulur. Hər bir sahəyə rəhbərlik edən insanın çox yüksək mənəvi keyfiyyətlərə, azərbaycançılığa, dövlətçiliyə, xalqına bağlılığı bir daha sübut edir ki, bu xalqın kökü çox qədimdir və böyük tarixə malikdir. Bu xalq həmişə öz dövlətçiliyini qoruyub və bundan sonra da qoruyacaq. Bu gün Azərbaycan regionda və dünyada ən aparıcı, sözünü deyən bir ölkəyə çevrilib. Təbii ki, Demokratik Cümhuriyyətin varisi kimi, onun qoyduğu, tövsiyə etdiyi ənənələr bu gün həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra demək olar ki, müstəqil Azərbaycan dövləti Demokratik Cümhuriyyətin taleyini yaşamadı. Elə bir məqam yetişmişdi ki, Azərbaycan parçalana bilərdi. Çünki separatizm baş qaldırmışdı və ərazilərimiz işğal olunurdu. Məhz Ümummilli liderin səyi nəticəsində bunların qarşısı alındı və bu gün Demokratik Respublikanın qarşıya qoyduğu məqsədlər müstəqil Azərbaycan dövləti tərəfindən uğurla həyata keçirildi. O zamanlar, ümumiyyətlə, Azərbaycan parlamentinin sədri müxtəlif konfranslarda iştirak edib Azərbaycana qayıda bilmirdi. Ulu öndər Heydər Əliyev isə hakimiyyətə gələn kimi ilk növbədə BMT-nin daimi üzvlərinin hər birinə səfərlər etdi, bütün iri dövlətlərlə müqavilələr imzaladı, Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi üçün lazımi addımları atdı və daxildə sabitliyi əldə etdi. Bundan sonra isə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına sədrlik missiyasını həyata keçirdi. Demokratik Respublikanın arzusu da məhz bundan ibarət idi. Bu gün cənab Prezident İlham Əliyev tərəfindən bunlar həyata keçirilir.
- Ötən gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhkum edilmiş 634 məhkumun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında Sərəncam imzaladı. Bu Sərəncamın əhəmiyyətini necə dəyərləndirirsiniz?
- 634 nəfərin əfvi və onların bilavasitə cəzaçəkmə müəssisəsindən azad olunması çox böyük tarixi hadisədir. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrdən bu günə kimi 64 əfv sərəncamı olub. Onun bir qismi Ulu öndər tərəfindən, digər qismi isə cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilib. Bundan başqa isə Milli Məclisdə 11 Amnistiya Aktı qəbul olunub. Ən son Amnistiya Aktı isə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirildi. Bu Amnistiya Aktı 10 mindən artıq insana şamil olundu. Bu bir daha Heydər Əliyev siyasətinin hümanistliyinin bariz nümunəsidir. Yəni ölüm hökmünün aradan qaldırılması, əfv sərəncamlarının, Amnistiya Aktlarının imzalanması ilə məhkumların yenidən azadlığa qayıdıb cəmiyyət üçün lazımi bir insana çevrilməsi şansının verilməsi məhz Heydər Əliyev siyasətinin aparıcı istiqamətlərindən biridir.
Biz bundan öncə də Prezidentin təşəbbüsü ilə Milli Məclisdə cəzaların yüngülləşdirilməsi ilə bağlı qanun qəbul etdik. Bunun əhatə dairəsi daha geniş idi. Çünki xeyli sayda insan dərhal cəzanın çəkilməmiş hissəsindən azad olundu və s. Bu Azərbaycanda 10 mindən artıq insana tətbiq olundu. Əgər xatırlayırsınızsa, ilk olaraq mən Milli Məclisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Ümummilli lider Heydər Əliyevin 95 illiyi ilə əlaqədar belə bir geniş əfv sərəncamının imzalanması ilə bağlı təşəbbüs irəli sürdüm. Mən həm Prezidentə, həm də Əfv Komissiyasının üzvlərinə öz təşəkkürümü bildirirəm ki, millət vəkilləri tərəfindən qaldırılan bu məsələlər hərtərəfli şəkildə öz əksini tapdı. Əfv Komissiyası tərəfindən 1500 nəfərin işinə baxılıb. Bu hər bir ailənin sevincidir. Təsəvvür edin ki, bu gün 634 ailə sevinc içindədir. Hesab edirəm ki, bundan gözəl bayram hədiyyəsi ola bilməz.
- Siyavuş müəllim, əfv siyahısında olan 634 nəfər məhkumdan 12 nəfəri bəzi “hüquq müdafiəçiləri” tərəfindən “siyasi məhbus” kimi tanınıb. Bu barədə nə deyərdiniz?
- Ümumiyyətlə, Azərbaycanda “siyasi məhbus” anlayışı yoxdur. Bu gün Azərbaycanda siyasi baxışlarına görə heç kim məsuliyyətə cəlb olunmayıb. Ola bilsin ki, kimlərsə ayrı-ayrı siyasi partiyaların üzvüdür, mətbuat orqanlarına rəhbərlik edir və yaxud da dini cərəyanların üzvüdür. Onlar konkret törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunublar. Bildiyiniz kimi, əfv Amnistiya Aktı deyil. Əfvdə müraciətə baxılırsa, Amnistiya Aktında isə maddə düşür. Əgər kimsə müraciət edib və onun məsələsinə baxılıbsa, o artıq azadlıqdan məhrum olunub. İndi bəziləri iddia edirlər ki, onların müraciətlərinə baxılmamalıdır, çünki cinayət törətməyiblər. Təbii ki, bütün bunlar kökündən yanlışdır. Çünki o insanların hər birinin törətdiyi konkret cinayət əməli var və bu cinayət əməlinə görə də məsuliyyət daşıyırlar. Əgər azadlığa çıxıb cəmiyyətdə normal fəaliyyət göstərmək, cəmiyyətə qoşulmaq istəyirlərsə, cənab Prezident İlham Əliyevə müraciət etməlidirlər. Təbii ki, bu müraciət əsasında da onların işlərinə baxılmalıdır.
Bəzi adamların adlarının siyahıya salınmasına gəlincə isə, deyə bilərəm ki, vaxtilə müəyyən hüquq-müdafiə təşkilatları bunu biznes mühitinə çevirmişdilər. Hansısa toyuq oğrusundan, ev yarandan, narkotik satandan pul alıb onun adını siyahıya salaraq Avropa Şurasına, başqa-başqa instansiyalara göndərirdilər ki, həmin insanlar “siyasi məhbus”durlar. Azərbaycanda olan hüquq-müdafiə təşkilatlarının bir çoxu bunun əleyhinə idilər. Onlar bu adamları tanımadıqlarını söyləyirdilər. Sözün həqiqi mənasında bu belədir. Məsələn, mən 30 ildir ki, siyasətdəyəm və o adamların 98 faizini tanımıram. Hansı partiya üzvü olmasından asılı olmayaraq kim cinayət törədibsə, məsuliyyətə cəlb olunmalıdır. Bu gün elə YAP İdarə Heyətinin, Siyasi Şurasının üzvləri var ki, onlar məsuliyyətə cəlb olunublar. Partiya üzvü olmaq onun qanun qarşısında hansısa əməlini yüngülləşdirmir. Qanun qarşısında hər bir Azərbaycan vətəndaşı eynidir.
- Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycana qarşı sanksiya tətbiq etdi. AŞPA-nın bu ikili standartlarına nə ad vermək olar?
- AŞPA-nın bu addımı çox ədalətsizdir. Azərbaycanı müxtəlif cərəyanlara, cinahlara qoşmaq cəhdi baş tutmayacaq. Bu gün Azərbaycan dövləti müstəqil siyasət yeridir. Bunların hərəkətləri kampaniya xarakteri daşıyır. Məsələn, bir ölkəyə qarşı bir kampaniya yaradıb ona embarqolar tətbiq edirlər, bəyanatlar verirlər və s. Onlar Azərbaycanın da bu proseslərə qoşulmasını istəyirlər. Amma ölkəmiz bu məsələlərin heç birinə qoşulmur. Bu gün Azərbaycan hər bir dövlətlə bərabər şəkildə öz müstəqil siyasətini aparır. Qoşulmamaq siyasəti Azərbaycanın ən düzgün siyasətidir. Bu baxımdan onlar Azərbaycanı cəzalandırmaq üçün müxtəlif yollara əl atırlar. Orada söhbət tək Səməd Seyidovdan və ya digərindən getmir. Burada əsas söhbət Azərbaycana qarşı olan mövqedən gedir. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqın maraqlarını hər yerdə təmsil edir və bu yolda mübarizə aparır. Təsəvvür edin ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) seçkilərə gəlməmişdən öncə bəyanatları hazır idi. Seçim Azərbaycan xalqınındır. Bildiyiniz kimi, hakimiyyətin mənbəyi xalqdır. Azərbaycan xalqı sərbəst şəkildə gəldi, öz seçimini etdi. ATƏT DTİHB kimi təşkilatlar da bunları öz gözləri ilə gördü. Amma təəssüflər olsun ki, Ermənistandakı seçkiləri demokratik adlandırıblar. Bu gün Ermənistana nəzər salsanız görərsiniz ki, hələ də orada aksiyalar davam edir. Bu təşkilatlar Azərbaycanda olan ictimai-siyasi sabitliyi qəbul etmirlər və görməməzlikdən gəlirlər.
- Rüstəm İbrahimbəyov müəllifi olduğu “Qafqaz üçlüyü” filmi ilə bir daha Azərbaycana, xalqımıza qarşı öz çirkin xislətini ortaya qoydu. Buna sizin münasibətiniz necədir?
- Rüstəm İbrahimbəyovun indiyə qədər də Azərbaycan xalqını, türk etnosunu aşağılayan yazıları olub. Rusiyanın müxtəlif mətbuat orqanlarında, televiziyalarında bu səpkidə çıxışları olub. Bu şəxs ermənilərə olan məhəbbətini açıq şəkildə mütəmadi olaraq təqdim edib. Hesab edirəm ki, İbrahimbəyov bu xalqın nümayəndəsi deyil. Azərbaycan dövləti, xalqı tərəfindən ona verilən bütün titullar geri alınmalıdır. Qoy getsin Ermənistana, ona hansı titulları istəyir versinlər. Çünki onun bütün həyatının şüurlu fəaliyyəti ermənilərə daha çox xidmət etmək olub. Hətta deyərdim ki, Zori Balayan belə o qədər erməni xalqına xidmət etməyib. Ümumiyyətlə, hər adam Orxan Pamuk deyil. Elə bilirlər ki, bunlar da Orxan Pamuk kimi bu yolu gedib öz məqsədlərinə çatacaqlar. Əsrin əvvəllərindən başlamış indiyə qədər Dağlıq Qarabağda, Naxçıvanda, İrəvanda, Dərələyəzdə və s. azərbaycanlıların diri-diri basdırılması, onların belinə qaynar samovarların bağlanılması, Qərbi Azərbaycanda uşaqların borulara dodurularaq ağızlarının qaynaq olunaraq yandırılması, Xocalı soyqırımı kimi hadisələri görən adam azərbaycanlıları qəddar, başkəsən, vəhşi kimi təqdim edir, amma erməniləri qürurlu, ləyaqətli, ziyalı, vətəninə, xalqına sədaqətli kimi göstərir. Bunu ancaq qanında erməni qanı axan adam edər. Onun ailəsindən başqa heç bir azərbaycanlı bu çəkilişdə iştirak etməyib. R.İbrahimbəyov vaxtilə “Milli şura”nın seçkilərdə vahid namizədi, lideri idi. Bir zamanlar “Rüstəm” deyib meydanlara çıxanlar indi xalqın qarşısına çıxıb cavab versinlər. “Ağsaq atın kor nalbəndi” olar. Azərbaycan xalqı düzgün qərar verən və Demokratik Cümhuriyyət quran xalqdır. Xalq bunları tanıyır və ona görə bunların arxasınca getmir. O erməni çörəyi yeyənlərin fəxri sədri Rüstəm İbrahimbəyovdur. Hesab edirəm ki, bu insana erməni xalqının “milli qəhrəmanı” adını vermək lazımdır.
- Son olaraq, Soçi şəhərində bir qrup separatçılarla görüş təşkil olundu. Bu görüş başlıca olaraq nəyə hesablanmışdı və məqsəd nə idi?
- Bu gün Rusiya dövləti ilə Azərbaycan arasında, eləcə də hər iki ölkənin rəhbərləri arasında çox yaxşı münasibətlər mövcuddur. Amma bildiyiniz kimi, Rusiyada böyük erməni diasporu var. İstər qeyri-hökumət təşkilatları, televiziya kanalları, istərsə də kinoverilişlərinin böyük əskəriyyətinə ermənilər rəhbərlik edir. Məsələn, Rusiyada olan ən böyük “Mosfilm”ə ermənilər rəhbərlik edir. Biz Rusiyada istənilən seriala baxanda orada erməni görə bilərik. Təbii ki, bunun da istənilən siyasətçilərə (parlamentə, hökumətə) təsir mexanizmi var. Həmin hökumət qüvvələrinin da o təsir altında olması məhz erməni diqtəsinin səyi nəticəsində həyata keçirilir. Biz Ermənistan istisna olmaqla hər bir qonşumuzla çox yaxşı münasibətdəyik. O baxımdan Rüstəm İbrahimbəyovun filmində də bizi gürcülərlə qızışdırmağa çalışırlar. Çünki o filmə tək siyasətçilər deyil, həm də ictimaiyyət baxır. Həmin insanlar Azərbaycan haqqında başqa düşüncəyə malik olsunlar deyə bu cür təqdimatlar edilir. Bundan gənc nəsil nə tərbiyə götürəcək?

 
  • Oxunub:  16710  |  
  • Tarix:  26-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir

08:49
22 Oktyabr
Azərbaycan kənd təsərrüfatı naziri Sial Paris sərgisində “Made in Azerbaijan” pavilyonunu ziyarət edib
08:37
22 Oktyabr
Türkiyənin Kayseri şəhərində Xocalı parkının və Xocalı şəhidləri abidəsinin açılışı olub
08:30
22 Oktyabr
İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin saytında “Star” zavodu barədə məqalə yayılıb
08:25
22 Oktyabr
Prezident İlham Əliyev: Bizim gənclərimiz bilikli olmalıdırlar ki, həyatda özlərinə layiqli yer tutsunlar
08:20
22 Oktyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları Vətənə qayıdıblar
08:10
22 Oktyabr
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Londonda qeyd olunub
17:05
20 Oktyabr
Pərviz Şahbazov: İtaliyada TAP-ın tikintisi ilə bağlı görülən işlərdən razıyıq
17:00
20 Oktyabr
Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
16:54
20 Oktyabr
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
16:49
20 Oktyabr
Budapeştdə güləş üzrə dünya çempionatı başlayıb
16:37
20 Oktyabr
Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik
16:32
20 Oktyabr
Hadi Rəcəbli: Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətlər milli iqtisadiyyatın dinamik tərəqqisini şərtləndirib
16:29
20 Oktyabr
Əli Əhmədov: Azərbaycan Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir
13:44
20 Oktyabr
Akif Əlizadə: AMEA-da elmlə təhsilin inteqrasiyası istiqamətində uğurlu addımlar atılır
13:40
20 Oktyabr
Biləsuvar rayonunda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib
13:30
20 Oktyabr
Elman Məmmədov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir
13:20
20 Oktyabr
“Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub
13:15
20 Oktyabr
Ekspert: İnvestisiya mühitinin daha da yaxşılaşdırılması sahibkarlığın inkişafı üçün zəmin formalaşdırır
12:57
20 Oktyabr
Türkiyə KİV-ləri “Star” zavodunun açılışını Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının göstəricisi kimi qiymətləndirir
12:47
20 Oktyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Bolqarıstanın Plovdiv şəhərində qeyd olunub
12:35
20 Oktyabr
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib
12:28
20 Oktyabr
Aydın Hüseynov: “Star” layihəsinin reallaşması Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub
10:57
20 Oktyabr
Kamilə Əliyeva: Regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlar qazanıb
10:31
20 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub
10:29
20 Oktyabr
Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd olunub
10:24
20 Oktyabr
Prezident İlham Əliyev: “Star Rafineri”nin açılışı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir
10:19
20 Oktyabr
Türkiyə Prezidenti: Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz
10:12
20 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: “Star” zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk
10:03
20 Oktyabr
20 oktyabr - Azərbaycanda Energetiklər Günüdür
17:50
19 Oktyabr
Şəkidə yaş barama istehsalı ötən illə müqayisədə 2,7 dəfə artıb
17:43
19 Oktyabr
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində “ReAnimasiya” sərgisi açılıb
17:37
19 Oktyabr
Avropa Komissiyasının ali təhsil üzrə nümayəndələri ADNSU-da
17:28
19 Oktyabr
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
17:24
19 Oktyabr
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
17:21
19 Oktyabr
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
17:19
19 Oktyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
17:15
19 Oktyabr
Vətəndaş məmnunluğuna və şəffaflığa nail olmaq başlıca məqsədə çevrilməlidir
17:14
19 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
17:04
19 Oktyabr
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
16:55
19 Oktyabr
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
16:55
19 Oktyabr
Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib
16:51
19 Oktyabr
AZAL və “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
16:48
19 Oktyabr
Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə işini davam etdirib
16:42
19 Oktyabr
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
16:41
19 Oktyabr
MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır
16:32
19 Oktyabr
Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur
16:13
19 Oktyabr
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
16:06
19 Oktyabr
Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
15:56
19 Oktyabr
Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər
15:54
19 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub
15:50
19 Oktyabr
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
15:48
19 Oktyabr
“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir
15:39
19 Oktyabr
Hikmət Hacıyev: “Star” layihəsi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsidir
15:33
19 Oktyabr
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:31
19 Oktyabr
Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır
14:45
19 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
14:43
19 Oktyabr
Batika parça üzərində nəqqaşlıq sənətidir
14:39
19 Oktyabr
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
14:34
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
14:18
19 Oktyabr
Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
14:12
19 Oktyabr
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
14:08
19 Oktyabr
İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur
14:05
19 Oktyabr
Bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
14:03
19 Oktyabr
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
14:01
19 Oktyabr
"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
12:12
19 Oktyabr
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib
12:08
19 Oktyabr
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
11:45
19 Oktyabr
Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub
11:37
19 Oktyabr
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub
11:34
19 Oktyabr
QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+21 +24
gecə+15 +17