Ana səhifə »  Müsahibə »  Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəfli səhifələrindən biridir
A+   Yenilə  A-
Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəfli səhifələrindən biridir

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlı www.yap.org.az saytına müsahibə verib:
- Musa müəllim, məlum olduğu kimi mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi tamam olur. Sizcə, Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdə yeri və rolu, əhəmiyyəti nədən ibarətdir?

- Məlum olduğu kimi, Azərbaycan xalqının qədim və zəngin dövlətçilik ənənələri çar Rusiyasının işğalından sonra qırılmış oldu. Lakin 1918-ci il mayın 28-də Azərbaycan xalqının müsəlman Şəqrində ilk dəfə olaraq demokratik dövləti - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Müsəlman Şərqinə Cümhuriyyət məfkurəsini, idarə-üsulunu Azərbaycan xalqı gətirdi. İstiqlala gətirən yol maarifçilik, milli özünüdərk, milli şüurun formalaşması kimi böyük bir prosesdən keçdi. Maarifçilik və milli hərəkatda görkəmli Azərbaycan ziyalıları müstəsna tarixi rol oynadılar. A.A.Bakıxanov, H.Zərdabi, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, F.Xoyski və b. fəaliyyəti xalqın taleyinə təsir edən amillərdən biri oldu. XX əsrin əvvəllərində Azərbaycan xalqının müxtəlif ideoloji yönümlü siyasi partiya və təşkilatları yaradıldı. Bu, Azərbaycan xalqının siyasi zəkasının üstünlüyünün və siyasi tarixinin zənginliyinin göstəricilərindən biridir.

Birinci Dünya müharibəsinin sonlarında yaranmış şəraitdə Rusiya imperatorluğunun dağılmasından sonra yaranmış şəraitdə Azərbaycanın istiqlalı elan edildi. Azərbaycan əgər xanlıqlar formasında işğal edilib ilhaq olunmuşdusa, tək millət, tək dövlət, tək bayraq olaraq dövlətini bərpa etdi. Azərbaycan xalqı dövlət millətinə çevrildi. Xalq Cümhuriyyəti tariximizin şərəfli səhifələrindən biridir.

Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi. Lakin 1920-ci ilin aprel ayında Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. Cümhuriyyətin varlığına daxili səbəblərdən deyil, bolşevik Rusiyasının işğalı nəticəsində son qoyuldu. Azərbaycan Sovet Sosialist Respublikası quruldu. Müstəqil dövlətin mövcudluğuna son verilsə də, dövlətçiliyin bəzi atributları saxlanıldı. Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, Azərbaycan SSR də qurulmazdı. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan SSR hüdudlarında bərpa edildi.

- Bu il həmçinin, Azərbaycan parlamentinin yaradılmasının 100 illik yubileyidir. Fəaliyyət göstərdiyi müddət ərzində qanunverici orqan respublikanın həyatı üçün vacib olan hansı sənədləri qəbul etdi?

- Azərbaycan Xalq Cümhuriyyəti parlamentli respublika idi. Azərbaycan Xalq Cümhuriyyəti parlamenti çoxpartiyalı və çoxfraksiyalı idi. Parlamentin açılış iclası 1918-ci il dekabrın 7-də, son iclası isə 1920-ci il aprelin 27-də olub. Azərbaycan parlamentinin 145 iclasından 130 iclasının ikisi – 28 may və 15 sentyabr 1919-cu il tarixli iclasları tarixi – Azərbaycanın istiqlalının və Bakının azad edilməsinin birinci ildönümləri münasibəti ilə; dördü təntənəli – 12 mart 1919-cu il və 12 mart 1920-ci il tarixli iclasları Böyük rus inqilabının 2-ci və 3-cü ildönümləri münasibəti ilə; ikisi – 27 iyun 1919-cu il Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq haqqında müqavilə bağlanması və 14 yanvar 1920-ci il Paris sülh konfransı iştirakçısı olan dövlətlər tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibəti ilə, ikisi isə fövqəladə iclas olaraq – 1918-ci il dekabrın 20-də Ermənistanın Gürcüstana müharibə elan etməsi və 1920-ci il martın 17-də Gürcüstan və Azərbaycan arasında bağlanmış iqtisadi əməkdaşlıq haqqında müqavilələrin təsdiqi münasibəti ilə keçirilib. Digər 122 iclas isə işgüzar iclas olub. Həmin iclaslarda ölkənin daxili və xarici siyasəti, sosial siyasət, aqrar siyasət, iqtisadiyyat və maliyyə məsələləri, qanunvericilik aktlarının müzakirəsi və qəbulu, ordu, mədəni quruculuq və digər məsələlər müzakirə olunub, müvafiq qərar və qanunlar qəbul edilib. İclasların gündəliyinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan təxminən 230-u qəbul edilib. Həmin sənədlər dövlət quruculuğu, ictimai-siyasi, iqtisadi, mədəni, elmi və başqa sahələri əhatə edib.

- Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunub. Bu qərarın əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti ili elan etməsi, Cümhuriyyətin 100 illiyinin keçirilməsi barədə Sərəncamın verilməsi müstəsna əhəmiyyət kəsb edir. Milli dövlətçilik tariximizə dərin hörmət və ehtiramın göstəricisi olan bu sənədlər həm gənclərdə müstəqil dövlət, Vətən, torpaq, bayraq sevgisini artırır, həm də yeni tədqiqatların aparılması üçün inkanlar açır. Hesab edirəm ki, imzalanan sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi Cümhuriyyət tarixi məsələlərinin araşdırılmasında yeni bir mərhələ açacaqdır.

Prezident İlham Əliyevin bu qərarı Xalq Cümhuriyyətinə və onun qurucularına verilən yüksək dəyərdir. Cümhuriyyətin qurucuları olan insanların mütləq əksəriyyəti vətən, millət yolunda şəhid oldular. Bu qərar həm cümhuriyyət uğrunda şəhid olanların, həm də müasir müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhuna böyük ehtiramdır. Ona görə də, hər kəs bu qərarı yüksək qiymətləndirir.

- Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tarixi-elmi cəhətdən araşdırılması ilə bağlı nə deyə bilərsiniz?

- Azərbaycan Xalq Cümhuriyyəti tarixi sovet dövründə araşdırılması qadağan edilmiş problemlər cərgəsinə daxil idi. Bu sahədə ilk addımlar 1980-ci illərin sonlarında atıldı. Bir sıra məqalə və ktablar dərc edildi. Lakin Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılması Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Cümhuriyyətin qurulmasının 80 illiyi münasibətilə imzaladığı sənədlərdən sonra başladı. Çoxlu işlər görüldü. Xarici siyasət sənədləri, parlamentin stenoqramları, Cümhuriyyət xadimlərinin həyatına həsr edilmiş kitablar nəşr edildi.

- Musa müəllim, müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir. Bugünkü müstəqil dövlətimizin qazandığı uğurlar, dünyadakı mövqeyi və oynadığı rol haqqında fikirlərinizi bilmək istərdik...

- Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa edilib. Bu gün ölkəmizdə Cümhuriyyət abidəsi tikilib, Cümhuriyyət xadimlərinin adına küçə, prospekt və qəsəbələr verilib, kinofilmlər çəkilib. Bu gün müstəqil dövlətmiz dünyada söz sahibidir.

Cənab Prezidentimiz İlham Əliyevin liderliyi ilə Azərbaycan dövlətinin həm daxili, həm də xarici siyasətdə gördüyü böyük işlər, xüsusən, ölkəmizin qlobal enerji, nəqliyyat-kommunikasiya qovşağına çevrilməsi, beynəlxalq nüfuzunun artması və s. amillər qururvericidir.

 
  • Oxunub:  15300  |  
  • Tarix:  25-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

21:15
25 Sentyabr
Mingəçevirdə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib
21:08
25 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdə olub
20:52
25 Sentyabr
Azərbaycanın müdafiə nazirinin “ADEX-2018” sərgisi çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşü olub
20:48
25 Sentyabr
Bakıda Çinin milli bayramı qeyd edilib
20:45
25 Sentyabr
Təhsil Nazirliyi ilə Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın perspektivləri araşdırılıb
20:41
25 Sentyabr
KİV nümayəndələri üçün "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim keçirilir
20:28
25 Sentyabr
Azərbaycanın nümayəndə heyəti Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasında iştirak edir
20:19
25 Sentyabr
Bilik Fondu Xızıda “dəyirmi masa” keçirib
20:14
25 Sentyabr
Oktyabrda Avropa İnvestisiya Bankının işçi missiyası Azərbaycana gələcək
20:12
25 Sentyabr
Zaqatalada dini maarifləndirmə işinin təşkili məsələləri müzakirə olunub
20:11
25 Sentyabr
Azərbaycan Milli Elmlər Akademiyası ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq haqqında protokol imzalanıb
20:09
25 Sentyabr
XİN: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı ağır fəsadlara yol aça bilər
19:58
25 Sentyabr
Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında memorandum imzalanıb
19:54
25 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
19:49
25 Sentyabr
Dövlət Statistika Komitəsi ilə BMT-nin Əhali Fondunun əməkdaşlığının perspektivləri müzakirə edilib
19:45
25 Sentyabr
X Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədidə təqdim olunan konsert maraqla qarşılanıb
18:03
25 Sentyabr
YAP Yasamal rayon təşkilatının Kənd Təsərrüfatı Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağı keçirilib
18:01
25 Sentyabr
Səhiyyə naziri Astarada vətəndaşları qəbul edib
17:59
25 Sentyabr
Rafael Hüseynov: Ermənistan yalnız Azərbaycan ərazilərini deyil, Göyçədəki mədəni mühitimizi də işğal edib
17:56
25 Sentyabr
Finlandiya səfiri: Naxçıvanda alternativ mənbələr hesabına enerji təminatı çox yüksəkdir və bu, böyük nailiyyətdir
17:42
25 Sentyabr
Elman Məmmədov: Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir
17:38
25 Sentyabr
Hadi Rəcəbli: Əmək və sosial siyasət komitəsi payız sessiyası ərzində bır sıra qanunların müzakirəsini nəzərdə tutur
17:37
25 Sentyabr
Bilik Fondu Ağdaşda və Bakıda Milli Musiqi Gününü qeyd edib
17:28
25 Sentyabr
Bolqarıstanın Gəncə ilə qardaşlaşmış Varna şəhərində Azərbaycan mədəniyyəti nümayiş edilib
17:26
25 Sentyabr
Sahibə Qafarova: Prezident İlham Əliyev parlamentdəki çıxışında çox mühüm mesajlar verdi
17:20
25 Sentyabr
Dünya Ürək Günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib
17:20
25 Sentyabr
Akademik İsa Həbibbəyli: Məsud Əlioğlu universal təfəkkürə malik görkəmli alim olub
17:19
25 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Bakıda cüdo üzrə dünya çempionatını izləyib
17:10
25 Sentyabr
Prezident İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
17:04
25 Sentyabr
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
17:00
25 Sentyabr
Aleksandr Koçkin: “Texmaş” konserni “ADEX-2018” sərgisində dünyada analoqu olmayan döyüş sursatları nümayiş etdirir
16:57
25 Sentyabr
Misirli deputat: Azərbaycan demokratik inkişaf sahəsində böyük təcrübəsi olan ölkədir
16:56
25 Sentyabr
Milli Məclisin səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib
16:54
25 Sentyabr
Heydər Əliyev Mərkəzi ilə tanışlıq
16:53
25 Sentyabr
Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Venesuela və Baham Adalarından olan həmkarları ilə görüşüb
16:50
25 Sentyabr
“Azər-İlmə” Xalçaçılıq Mərkəzi ilə tanışlıq ali qonaqda xoş təəssürat yaradıb
16:47
25 Sentyabr
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
16:46
25 Sentyabr
Dağlıq Qarabağ münaqişəsinin həllində ədalət prinsipi və beynəlxalq hüquq əsas götürülməlidir
16:44
25 Sentyabr
Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
16:31
25 Sentyabr
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib
16:30
25 Sentyabr
İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri kimi Azərbaycan onun əsas məqsəd və vəzifələrini həmişə dəstəkləyib
16:22
25 Sentyabr
Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfrans keçirilib
16:21
25 Sentyabr
Aqrar Universitetində “Akademik Cəlal Əliyevin irsinin öyrənilməsi” mövzusunda gənc tədqiqatçıların konfransı keçiriləcək
16:17
25 Sentyabr
Səfir Viktor Szederkenyi: Naxçıvanla Macarıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq üçün böyük potensial var
15:16
25 Sentyabr
Müdafiə naziri Zakir Həsənov bolqarıstanlı həmkarı ilə görüşüb
15:04
25 Sentyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
14:35
25 Sentyabr
“Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda konfrans təşkil olunub
14:29
25 Sentyabr
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin zəngin irsinə dair elmi məruzələr dinlənilib
14:24
25 Sentyabr
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi reallaşdırılır
14:19
25 Sentyabr
GEANT Assosiasiyası ilə əməkdaşlıq davam edir
14:16
25 Sentyabr
TAP İtaliyadakı istehlakçılara təhlükəsiz, şaxələndirilmiş və rəqabətədavamlı enerji təmin edəcək
14:12
25 Sentyabr
Monqolustan Prezidenti AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə tanış olub
14:08
25 Sentyabr
Azərbaycan dünyada müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi tanınır
14:06
25 Sentyabr
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
14:03
25 Sentyabr
Prezident İlham Əliyev “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
13:54
25 Sentyabr
Sudan Azərbaycanla kosmik sahədə əməkdaşlıq etməkdə maraqlıdır
12:57
25 Sentyabr
İspaniya universitetləri AMEA ilə elmi əməkdaşlıqda maraqlıdır
12:56
25 Sentyabr
Nikolay Yankov: Naxçıvan Muxtar Respublikası ilə Bolqarıstan arasında əməkdaşlıq daha da genişləndiriləcək
12:48
25 Sentyabr
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib
12:46
25 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın Azərbaycana işgüzar səfəri
12:42
25 Sentyabr
Milli Məclisin deputatı AŞPA-nın Tbilisidə keçirilən komitə iclasında iştirak edir
12:36
25 Sentyabr
Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb
12:17
25 Sentyabr
Kestutis Yankauskas: Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
12:09
25 Sentyabr
Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
11:59
25 Sentyabr
Çində Azərbaycan dili üzrə kadrların hazırlanmasına başlanılıb
11:43
25 Sentyabr
Qriqori Trofimçuk: Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
11:37
25 Sentyabr
UNEC-də imtahan prosesi təkmilləşdirilir
11:27
25 Sentyabr
Azərbaycanlı gənclər Polşadakı Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
11:26
25 Sentyabr
Çində ilk dəfə Azərbaycan Araşdırmalar Mərkəzi yaradılacaq
11:26
25 Sentyabr
Bakıda üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA