Ana səhifə »  Müsahibə »  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar real nəticələrini verməkdədir
A+   Yenilə  A-
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar real nəticələrini verməkdədir

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov www.yap.org.az saytına müsahibə verib:
- Qorxmaz müəllim, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması ölkə rəhbərliyi tərəfindən prioritet vəzifə kimi müəyyənləşdirilib. Son illər bu sahədə mühüm layihələr həyata keçirilib. Bu baxımdan yola saldığımız 2017-ci ili necə qiymətləndirirsiniz?
- Ölkəmizdə bütün sahələrdə əldə olunan nailiyyətlərin kökündə düşünülmüş siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyinin real əsasları dayanır. Bu baxımdan 2017-ci ildə qazanılmış uğurlar ölkəmizin perspektiv inkişafı üçün etibarlı zəmin yaradır. Yola saldığımız il tarixdə köklü iqtisadi islahatlar ili kimi qaldı. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulan tədbirlərin ardıcıl və kompleks şəkildə həyata keçirilməsi makroiqtisadi sabitlik və dinamik inkişaf üçün əsaslı zəmin yaratdı. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar real nəticələrini verməkdədir.
Əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi, onlara göstərilən kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində dövlət başçısının tapşırıqlarına uyğun olaraq 2017-ci ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilib. Bakı şəhəri və onun qəsəbələrində, rayon mərkəzlərində və kəndlərdə mühüm layihələr icra olunub, mövcud kommunikasiyaların ahəngdar işinin təmin olunması istiqamətində tədbirlər davam etdirilib.
Ötən ilin statistik göstəriciləri də fəaliyyətimiz haqqında dolğun fikir yürütməyə əsas verir. 2017-ci ildə 108 km-i magistral olmaqla 1366 km su, 382 km kanalizasiya kollektoru və xətləri, 2 içməli və tullantı sutəmizləyici qurğu, 10 su anbarı tikilib, 22 subartezian quyusu qazılıb, 6 nasos stansiyası və 105 min ədəd sayğac quraşdırılaraq istismara verilib.
Həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda 116 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub, 132 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da mərkəzləşmiş qaydada fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi 66,9 faizə yüksəlib.
- Cənab Prezidentin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirildi. Regional proqramların icrasına başlanan dövrdən indiyədək ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm hadisələr baş verib. Ölkə iqtisadiyyatında qazanılan uğurlar su təchizatı və kanalizasiya sektorunda özünü necə büruzə verib?
- Məlum olduğu kimi, su təchizatı və kanalizasiya sektoru çox vacib sosial sahə olmaqla yanaşı, böyük investisiya tutumludur. Bunu nəzərə alan cənab Prezident İlham Əliyev ölkə əhalisinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunmasını, həmçinin kanalizasiya xidmətlərinin yaxşılaşdırılmasını mühüm vəzifə kimi qarşıya qoyub. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq həm Bakı şəhəri və Abşeron yarımadasında, həm də regionlarda genişmiqyaslı su və kanalizasiya layihələri icra edilir. Ötən dövrdə su və kanalizasiya layihələrinin icrasına başlanan 50 şəhərin 23-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkəsinin tikintisi yekunlaşıb. Yeri gəlmişkən, bu yaxınlarda ölkə rəhbərliyinin iştirakı ilə Mingəçevir şəhərinin su təchizatı sistemlərinin istismara verilməsi mərasimi keçirildi.
2004-2017-ci illərdə su təchizatı və kanalizasiya sektorunda əldə edilən nailiyyətlərə gəlincə, deyə bilərik ki, həyata keçirilən müxtəlif Dövlət proqramları çərçivəsində 9230 km içməli su xətti çəkilib, ümumi məhsuldarlığı sutkada 689 min kubmetr olan 5 sutəmizləyici qurğu, ümumi həcmi 530 min kubmetr olan 230 su anbarı tikilib, 308 artezian və subartezian quyusu qazılaraq istismara verilib.
Hesabat dövründə tullantı sularının axıdılması sahəsində də mühüm işlər görülüb. Belə ki, son 14 ildə 3540 km kanalizasiya və yağış suları xətləri çəkilib, emal gücü sutkada 126 min kubmetr olan 3 tullantı sutəmizləyici qurğu tikilib, eyni zamanda, 2 qurğuda əsaslı yenidənqurma işləri aparılıb.
Abonentlərin sayı bu ilin əvvəlinə 2004-cü illə müqayisədə 530 min artaraq 1 milyon 410 minə çatıb, eyni zamanda, 1 milyondan artıq sayğac quraşdırılıb. Müqayisə üçün bildirək ki, 2004-cü ildə fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi ölkə üzrə 26 faiz olduğu halda, artıq bu göstərici 67 faizə çatıb. Bakı şəhəri üzrə isə fasiləsiz su təchizatı səviyyəsi 29 faizdən 81,5 faizə yüksəlib.
- Əhalinin içməli su təchizatının yaxşılaşdırılmasının başlıca hədəfi etibarlı və məhsuldar su mənbələrinin yaradılmasıdır. Bu sahədə “Azərsu” ASC tərəfindən Abşeron yarımadası və regionlarda icra olunan layihələr barədə məlumat verməyinizi xahiş edirik.
- Bəli, etibarlı su mənbələrinin yaradılması icra olunan layihələrin səmərəliliyinin əsas şərtidir. Qlobal istiləşmə, yağıntıların miqdarının azaldığı bir vaxtda elə mənbələr seçilməlidir ki, onlar uzun müddət istismar olunsun və üstəlik keyfiyyətli ehtiyatlatlara malik olsun. Bu baxımdan, Oğuz-Qəbələ-Bakı, Külüllü mənbələrinin, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. 2007-2010-cu illərdə tikilmiş müstəqil Azərbaycanın ən böyük yerli infrastruktur layihəsi olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsilə Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatında stabillik təmin olunub.
2015-ci ilin oktyabrında işə salınmış və ən son texnologiya əsasında yaradılmış Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi - hansı ki, məhsuldarlığı saniyədə 6,6 kubmetr təşkil edir - və 84 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri bu gün Abşeron yarımadasının böyük bir ərazisini yüksəkkeyfiyyətli içməli su ilə təmin edir. Bu qurğunun və infrastrukturun imkanlarından istifadə etməklə tarix boyu şirin su almayan Pirallahı, Zirə, Türkan və Qala qəsəbəsinə mərkəzləşdirilmiş qaydada içməli su verilib.
Məhz yeni yaradılmış bu 2 mənbə hesabına Bakı şəhəri və bütövlükdə Abşeron yarımadasının su təchizatında stabillik əldə olundu. Bu da öz növbəsində bizə imkan verdi ki, Kür sutəmizləyici qurğularında emal olunan suyun bir hissəsini uzun illərdir içməli su problemi ilə üzləşən Aran bölgəsinin ehtiyaclarının ödənilməsinə yönəldək. İçməli sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təminatına hesablanmış Şirvan-Muğan və Sabirabad-Saatlı su kəmərlərinin tikintisi də bu baxımından xüsusi əhəmiyyət daşıyır. 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Şirvan-Muğan kəmərinin 107 km uzunluğunda Hacıqabul-Biləsuvar hissəsi qısa müddətdə tikilərək istismara verildi. Artıq Hacıqabul, Şirvan, Salyan və Biləsuvar şəhərlərinin sakinləri bu mənbədən keyfiyyətli su ilə təmin olunur. Gələcəkdə Neftçala şəhəri, həmçinin kəmərin marşrutu boyu yerləşən 121 kəndin sakinlərinin də bu layihədən faydalanması nəzərdə tutulur.
Kür sutəmizləyici qurğular kompleksindən Saatlı şəhərinə qədər 62 km uzunluğunda magistral su kəmərinin tikintisi isə 2014-cü ilin sonlarında yekunlaşıb, Sabirabad və Saatlı şəhərlərinə bu mənbədən suyun verilməsi təmin edilib. Ötən il bu mənbədən Saatlı və Sabirabad rayonlarının bəzi kəndlərinə də su verilib.
Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatına hesablanmış Külüllü mənbəyinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Girdmançayın yatağında məhsuldarlığı saniyədə 450 litr olan mənbə yaradılıb və anbar kompleksi tikilib. Buradan Zərdab şəhərinə 72, Ucar şəhərinə 57, Kürdəmir şəhərinə 27, Ağsu şəhərinə isə 25 km uzunluğunda magistral kəmərlər çəkilib. Bu şəhərlərə, həmçinin magistral kəmərlər üzərində yerləşən bəzi kəndlərə içməli suyun verilməsi təmin edilib.
Mingəçevir və Yevlax şəhərlərini keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir sutəmizləyici qurğu istismara verilib. Artıq Mingəçevir sakinləri yeni qurğu və şəbəkədən içməli su ilə təmin edilir. Yaxın gələcəkdə buradan Yevlax şəhərinə və ətraf 8 kəndə də içməli suyun verilməsi təmin ediləcəkdir.
Gəncə şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Göygöl və Qızılqaya su mənbələrində tikinti işləri aparılıb, şəhərə uzunluğu 28,5 km olan magistral su kəmərləri çəkilib. Eyni zamanda, Gəncə, Şəmkir, Samux şəhərlərinin və ətraf yaşayış məntəqələrinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə Şəmkirçay su anbarının imkanlarından istifadə etməklə yeni texnologiyaya əsaslanan məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğunun inşası davam etdirilir. Bu mənbədən Gəncə şəhərinə 27,5 km, Şəmkir şəhərinə isə 16,5 km uzunluğunda magistral su kəmərləri inşa edilib.
Hər birinin məhsuldarlığı sutkada 30 min kubmetr olan Xanbulançay və Quba sutəmizləyici qurğuları Lənkəran, Astara və Quba şəhərlərinin, həmçinin 50-dən artıq kənd və qəsəbənin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanmışdır. Ən son texnologiyaların tətbiqi ilə yaradılmış bu sutəmizləyici qurğular Azərbaycan vətəndaşlarının sağlam həyat tərzinə və sosial rifahının yüksəlməsinə hesablanmış layihələrdir. Ötən dövrdə Qusar, Şamaxı, Qobustan, Şəki, Şəmkir, Qax, Gədəbəy, Daşkəsən, Xızı, Xaçmaz və Oğuz rayonları ərazisində yaradılmış yeni su mənbələri bu gün adıçəkilən şəhərləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edir. Ümumilikdə “Azərsu” ASC son 7 ildə 20-dən artıq etibarlı su mənbəyi tikərək istismara verib və bu gün də bu istiqamətdə işlərimiz davam edir.
Qeyd edim ki, 2004-2017-ci illərdə əhalisinin sayı 630 min nəfər olan 520 kənddə içməli su təminatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb. Təkcə 2017-ci ildə içməli sudan əziyyət çəkən kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutan “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 17 mart 2017-ci il tarixli Prezident Sərəncamına uyğun olaraq 28 rayonun 170 kəndində içməli su layihələri icra olunub. Mövcud su mənbələrinin, magistral xətlərin, şəhər şəbəkələrinin, həmçinin yeni qazılmış subartezian quyularının imkanlarından istifadə edilməklə həmin kəndlərdə 535 km su xətti çəkilib, əhalinin ümumi istifadəsi üçün 1432 bulaq quraşdırılıb.
- Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində hansı tədbirlər həyata keçirilib?
- Bakı şəhəri və Abşeron yarımadasının şəhər, qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunmasını nəzərdə tutan Master Plana uyğun olaraq 60-dan çox kənd və qəsəbədə işlərə başlanılmışdır. Ötən il cənab Prezident İlham Əliyev 18 qəsəbədə və “Ağ şəhər”də su və kanalizasiya şəbəkələrinin tikintisi ilə bağlı sərəncamlar imzaladı və müvafiq işlər görüldü.
Səudiyyə İnkişaf Fondu ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Badamdar qəsəbəsində yeni infrastrukturun yaradılması işlərinin birinci mərhələsi yekunlaşıb.
2017-ci ildə Səudiyyə İnkişaf Fondu ilə birgə maliyyələşdirilən digər layihə çərçivəsində Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılıb. Hazırda Xırdalan şəhərində su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri intensiv qaydada davam etdirilir.
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin qrantı hesabına icra edilmiş layihə çərçivəsində Kürdəxanı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılmış və 14 mindən artıq sakin fasiləsiz rejimdə içməli su ilə təmin olunub. Eyni zamanda, Təmiz Şəhər layihəsi çərçivəsində Balaxanı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılaraq əhalinin istifadəsinə verildi.
Çoxmənzilli yaşayış binalarının daxili kommunikasiya sistemləri “Azərsu” ASC-nin balansına verildikdən sonra bu sahədə də yeni layihələrin icrasına başlanılıb. Ötən müddətdə 2000-dən artıq binanın paylayıcı su şəbəkəsi yenidən qurulub, 1700-dək binanın zirzəmisində kanalizasiya xətləri əsaslı şəkildə yenidən qurulub.
Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan anbar komplekslərində aparılan yenidənqurma işləri nəticəsində Bakının Nizami, Xətai, Suraxanı və Sabunçu rayonlarının böyük hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin edilib. Eyni zamanda, anbarların yenidən qurulması, yeni magistral və paylayıcı şəbəkələrin tikintisi, yeni birləşmələrin verilməsi paytaxt sakinlərinin dayanıqlı və keyfiyyətli su təminatına imkan yaradıb.
Bakı şəhəri və Abşeron yarımadasında yol infrastrukturlarının yenidən qurulması işləri çərçivəsində bir sıra küçə və prospektlərdə uzun müddət istismar edilib və qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri də yenilənib.
Ötən dövrlərin əsas layihələrindən danışarkən Mərkəzi Laboratoriyanı xüsusi qeyd etmək istəyirəm. 2013-cü ildə istifadəyə verilmiş yeni Mərkəzi Laboratoriya cəmi bir il sonra beynəlxalq akkreditasiyadan keçib. Bu da laboratoriyada aparılan analizlərin nəticələrinin beynəlxalq qurumlar tərəfindən tanınmasına imkan verir. Yeni laboratoriyanın yaradılması layihəsinə uyğun olaraq alınmış səyyar laboratoriyalar istənilən ərazidə və şəraitdə analizlərin aparılmasına, su mənbələrinin ilkin tədqiqinə imkan verir.
Abşeron yarımadasında kanalizasiya infrastrukturunun inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Ötən müddətdə yeni kollektor və xətlərin, tullantı sutəmizləyici qurğuların tikintisi, mövcud xətlərin rekonstruksiyası, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. 14 km uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan kollektorunun tikintisi yekunlaşıb və bununla da Bayraq meydanından başlayaraq Lökbatan dairəsinə qədər ərazidə Xəzər dənizinə axıdılan tullantı sularının qarşısı tam alınıb.
Yarımadanın digər istiqamətində Sumqayıt şəhəri, Corat və Novxanı qəsəbələri, həmçinin bağ massivləri və istirahət mərkəzlərindən Xəzər dənizə axıdılan tullantı sularının qarşısını almaq məqsədilə 15,2 km uzunluğunda Novxanı-Sumqayıt kanalizasiya kollektoru inşa edilib, Xəzər dənizinə birbaşa çıxışı olan kanalizasiya xətləri bu kollektora birləşdirildi.
Paytaxtın Həsən Əliyev küçəsində 6,5 km uzunluğunda yeni kanalizasiya kollektorunun tikintisi isə böyük bir ərazidə formalaşan tullantı sularının ötürülməsinə imkan yaradıb.
Bakı şəhərində formalaşan tullantı sularının təmizlənərək kənarlaşdırılmasına xidmət edən əhəmiyyətli layihələrdən biri Hövsan Aerasiya Stansiyasının yenidən qurulmasıdır. Fransa hökumətinin krediti hesabına stansiyada yeni qurğular tikilib, fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlıqlar yeniləri ilə əvəz olunub. Nəticədə stansiyasının məhsuldarlığı sutkada 480 min kubmetrdən 640 min kubmetrə çatdırılıb. Layihənin tərkib hissəsi olaraq Zığ kanalizasiya nasos stansiyası yenidən qurulub və yeni təzyiqli kanalizasiya xətləri inşa olunub.
Abşeron yarımadasını əhatə edən Master Plana uyğun olaraq Azərbaycan hökumətinin və Koreya Respublikası İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində Pirşağı qəsəbəsində yeni tullantı sutəmizləyici qurğusunun tikintisinə start verilib. Məlumat üçün bildirmək istərdim ki, bu qurğuda Azərbaycanda ilk dəfə olaraq tullantı sularının zərərsizləşdirilməsi ultrabənövşəyi şüa texnologiyası ilə aparılacaq. Qurğuda təmizlənən suların bir hissəsinin gələcəkdə suvarma məqsədilə istifadə edilməsi planlaşdırılır.
Bakı şəhərində icra etdiyimiz əhəmiyyətli layihələr sırasında yeni yağış-kanalizasiya kollektorlarının tikintisi xüsusi qeyd olunmalıdır. Ötən il yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması məqsədilə 13 layihə icra edilib. Bu layihələr çərçivəsində 20 km-dən çox kollektorlar tikilib, yeni nasos stansiyaları quraşdırılıb. Yeni infrastruktur istismara verildikdən sonra baş vermiş intensiv yağıntılar zamanı layihələrin əhatə etdiyi ərazilərdə subasma halları qeydə alınmayıb. Böyükşor, Məhəmmədi və Taşağıl göllərinin suyunun tənzimlənməsi nəticəsində göllərdə suyun səviyyəsi enib, yaşayış evləri, obyektlər və avtomobil yolları üçün yarana biləcək subasma təhlükəsi tamamilə aradan qalxıb.
- Beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən “Azərsu” ASC hər il yeni-yeni uğurlara imza atır. Xüsusilə ötən il ilk dəfə keçirilən beynəlxalq su həftəsi böyük marağa səbəb oldu...
- Azərbaycanda su sektorunda həyata keçirilən layihələr beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Vaxtaşırı olaraq həmin təşkilatların rəsmi şəxsləri Azərbaycan hökumətinin su sektoruna həssas yanaşmasını xüsusi qeyd edib və ölkəmizi bu sahədə digər dövlətlərə nümunə göstərirlər. “Azərsu” ASC-nin 2013-cü ildə Dünya Su Şurasının, 2017-ci ildə Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının üzvlüyünə qəbul edilməsində də məhz bu amil həlledici rol oynayıb.
14-18 mart 2017-ci il tarixlərində Bakı şəhərində Ümummilli lider Heydər Əliyevin dəyərli fikri olan “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında keçirilən 1-ci Bakı Beynəlxalq Su Həftəsi yerli və beynəlxalq mütəxəssislər tərəfindən maraqla qarşılanıb. Həftə çərçivəsində bir sıra silsilə tədbirlər keçirilib. Dünyanın unikal su təchizatı sistemlərindən sayılan Şollar-Bakı su təchizatı qurğularının 100 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Həftə çərçivəsində keçirilən Dünya Su Şurasının İdarə Heyətinin 61-ci Toplantısı və konfransda dünyanın 37 ölkəsindən 200-dən çox qonaq iştirak edib.
Digər uğurlardan danışarkən, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi, 2016-cı ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində keçirilmiş Qlobal Su Sammitində 2015-ci ilin 4 önəmli su layihəsindən biri seçilməsini xüsusi qeyd etmək istərdim. Bir çox ölkələr üçün nümunə sayıla biləcək belə bir emal kompleksinin Azərbaycanda yaradılması fərəhləndirici və qürurverici hadisədir.
2015-ci ildə “Azərsu” ASC Afinada keçirilmiş “Global water 2015” sammitində “Qlobal Su təsərrüfatı liderləri” Qrupu tərəfindən “Su Liderləri” nominasiyasında mükafata, 2017-ci ildə isə Beynəlxalq Keyfiyyət Sammitində Liderlik, Keyfiyyət, İnnovasiya və Mükəmməllik sahəsində Beynəlxalq Biznes Təşəbbüsləri Təşkilatının Qızıl Mükafatına layiq görülüb.
- Bildiyimiz kimi, “Azərsu” ASC yeni texnologiyaların tətbiqinə böyük önəm verir. Bu sahədə əldə olunan nailiyyətlər və işçilərin peşəkarlığının yüksəldilməsi istiqamətində görülən işlər barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Yeni texnologiyaların tətbiqinə, demək olar ki, bütün fəaliyyət sahələrimizdə rast gəlinir. Bir qədər əvvəl qeyd etdiyim tikinti layihələri məhz son texnologiyalara əsaslanmaqla icra olunur. Bununla yanaşı, digər sahələrdə tətbiq olunan yeniliklər barədə də məlumat vermək istərdim.
“Azərsu” ASC-də informasiya və kommunikasiya texnologiyalarının beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, proseslərinin avtomatlaşdırılması, yeni elektron xidmətlərin yaradılması, İKT infrastrukturunun dayanıqlığının və fasiləsiz fəaliyyətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.
AzərsuCİS, yəni coğrafi informasiya sistemləri artıq bir neçə ildir uğurla tətbiq olunur. Qurğu və obyektlərin, magistral və paylayıcı şəbəkələrimizin hamısı bu rəqəmsal xəritəyə işlənir və istənilən an məlumatları kompüterdən əldə edib təhlillər aparmaq mümkündür. “Azərsu” ASC-yə aid bütün yeraltı və yerüstü infrastruktur məlumatlarının toplandığı bu sistemə indiyə qədər 15000 km su, 7000 km kanalizasiya xətti, 11000 qurğu və qurğu kompleksi, unikal kod verilmiş 438 min bina və tikili məlumatları daxil edilib.
İstehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə 11 elektron xidmət istifadəyə verilib. Ötən il elektron xidmətlərdən 347 min dəfə istifadə olunub ki, bu da dövlət qurumları arasında 5-ci göstəricidir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində “Azərsu” ASC-nin xidmət bölmələrinin əhatə dairəsi genişlənib. İndiyədək xidmət bölmələrinə vətəndaşlar tərəfindən daxil olmuş 110 minədək müraciət operativ qaydada həllini tapıb.
Yeni infrastruktur yaradılarkən müasir texnologiyalar və sistemlərdən istifadə bu sahədə kadr potensialının gücləndirilməsini zəruri edir. İşçilərin peşə hazırlığını yüksəltmək üçün cəmiyyətin minlərlə əməkdaşı təlimlərə cəlb olunub və onların 250-dən çoxu xarici ölkələrdə təşkil olunmuş təlim və treninqlərdə iştirak edib. Hövsan Aerasiya Stansiyasının ərazisində yeni Təlim İnnovasiyalar Mərkəzi yaradılıb. Mərkəz zəruri avadanlıq, əyani vəsaitlərlə təchiz edilib, burada beynəlxalq və regional təlimlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Mütəxəssislərin təcrübi biliklərinin artırılması məqsədilə hazırda burada təcrübə poliqonunun tikintisi davam etdirilir.
- Sonda istərdik ki, “Azərsu” ASC-nin 2018-ci il üçün planları və prioritetləri barədə danışaq. Bu il hansı layihələr icra olunacaq?
- Ölkə başçısı regionların sosial-iqtisadi inkişafına həsr olunmuş konfransda bir sıra həlli vacib məsələlərin icrası ilə bağlı tapşırıqlar verib. Bu il Ağdaş, Qəbələ, Daşkəsən, Xaçmaz, Xızı, Ağcabədidə su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində su şəbəkəsinin inşasının başa çatdırılması gözlənilir. Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində, həmçinin Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğunun tikintisini başa çatdırmağı da hədəfləmişik. Bu il daha bir şəhərdə - Qazaxda su və kanalizasiya layihələrinin icrasına start veriləcək, 10-dan artıq şəhərdə isə tullantı sutəmizləyici qurğuların tikintisinə başlanılacaq.
2018-ci ildə Bakı şəhəri və Abşeron yarımadasının kənd və qəsəbələrində layihələrin icrası davam etdiriləcək. Paytaxt ərazisində, o cümlədən Babək prospekti, Təbriz və Mir Cəlal küçələrində avtomobil yollarının yenidən qurulması işləri çərçivəsində uzun müddət istismarda olan və qəzalı vəziyyətə düşən su və kanalizasiya xətlərinin yenilənməsi nəzərdə tutulur.
Ötən il olduğu kimi, içməli sudan əziyyət çəkən kəndlərdə yeni layihələr icra olunacaq. Artıq bu istiqamətdə işlərə başlanılıb, kəndlərin müəyyənləşdirilməsi və layihələndirmə işləri davam etdirilir. Abonentlərə göstərilən müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, əhalinin suölçən cihazlarla təmin olunması üzrə işlər davam etdiriləcək. Cari ildə istifadəyə verilməsi nəzərdə tutulan 5 elektron xidmət abonentlərin işini daha da asanlaşdıracaq.
Ümidvarıq ki, əhalinin içməli su ilə təmin edilməsi və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması naminə həyata keçirdiyimiz tədbirlər əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına səbəb olacaqdır.

 
  • Oxunub:  8340  |  
  • Tarix:  21-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İdarə Heyətinin iclası keçirilib

20:24
14 Dekabr
Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib
20:00
14 Dekabr
Sloveniyada Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər keçirilib
19:38
14 Dekabr
Antidopinq mövzusunda maarifləndirici seminar keçirilib
19:07
14 Dekabr
Gömrük Komitəsində Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
18:54
14 Dekabr
Gələn il Moskvada Azərbaycanın iki şərab evi açılacaq
18:48
14 Dekabr
Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib
18:42
14 Dekabr
Azərbaycan ilə Türkiyə arasında beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
18:36
14 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallıda təşkil etdiyi ikigünlük seminar-müşavirə başa çatıb
18:28
14 Dekabr
Mədəniyyət nazirinin müavini UNESCO-da görüşlər keçirib
18:19
14 Dekabr
AIDA Argentinada fiziki məhdudiyyətli uşaqlara yardım göstərib
18:14
14 Dekabr
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclası keçirilib
18:11
14 Dekabr
Nazir: TANAP Türkiyənin təbii qaza olan tələbatının problemsiz təminatına kömək edəcək
18:04
14 Dekabr
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılır
18:01
14 Dekabr
Azərbaycan muğamının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi Berlində qeyd olunub
17:53
14 Dekabr
Azərbaycan hökuməti ilə USAID arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
17:51
14 Dekabr
Prezident İlham Əliyev Kürdəmirdə yol tikintisinə ilkin olaraq 2,82 milyon manat ayırıb
17:50
14 Dekabr
Bərdədə özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub
17:43
14 Dekabr
İmişlinin Qızılkənd kəndi qazlaşdırılıb
17:40
14 Dekabr
Rusiya XİN Sergey Lavrovun Bakıya səfəri barədə KİV üçün məlumat yayıb
17:31
14 Dekabr
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
17:28
14 Dekabr
Əmək və əhalinin sosial müdafiəsi naziri Bərdədə vətəndaşlarla görüşüb
17:23
14 Dekabr
YAP Gənclər Birliyinin ofis rəhbəri Ho Şi Min adına Kommunist Gənclər Birliyi Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri ilə görüşüb
17:20
14 Dekabr
Rauf Əliyev: Avropa Parlamentinin qətnaməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur
17:19
14 Dekabr
Fərid Cəfərov: Azərbaycan gənclərə yaradılan şərait baxımından dünyanın ən qabaqcıl ölkələrindəndir
17:17
14 Dekabr
Ağacan Abiyev: Azərbaycan idman sahəsində böyük nailiyyətlər qazanır
16:29
14 Dekabr
Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı
16:27
14 Dekabr
Bakı-Tbilisi-Qars marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının Almaniyada sınaq testləri keçirilir
16:24
14 Dekabr
Müdafiə Nazirliyinin baş idarələrinin birində komanda idarəetmə məntəqəsi istifadəyə verilib
16:10
14 Dekabr
Müqəddəs Taxt-Tacın apostol nunsisi: Azərbaycan multikulturalizmi bütün dünyaya parlaq nümunədir
16:07
14 Dekabr
Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib
16:04
14 Dekabr
UEFA Avropa Liqasının final matçı ilə əlaqədar könüllülərin cəlb olunması prosesinə start verilib
15:58
14 Dekabr
ASK Özbəkistanda Beynəlxalq Əmək Təşkilatının tədbirlərində iştirak edib
15:51
14 Dekabr
Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
15:48
14 Dekabr
Azad Rəhimov: Son 10 il ərzində ölkəmizdə 41 gənclər mərkəzi yaradılıb
15:47
14 Dekabr
Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Şəkidə humanitar aksiyaya start verib
15:41
14 Dekabr
Ekspert: Azərbaycan-Rusiya strateji əməkdaşlığı bundan sonra da səmərəl effekt verəcək
15:38
14 Dekabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Biləsuvarda vətəndaşlarla görüşüb
15:36
14 Dekabr
Bərpaolunan enerji sahəsində dövlət-özəl sektor münasibətləri müzakirə olunub
15:26
14 Dekabr
Tovuzun iki kəndi “mavi yanacaq”la təmin edilib
14:59
14 Dekabr
Bakı şəhərinin Baş Planının hazırlanması işinin ilkin mərhələsi başa çatdırılıb
14:39
14 Dekabr
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindəki döyüş postları DSX tərəfindən təhvil alınıb
14:29
14 Dekabr
Dövlət Komitəsinin sədri Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb
14:27
14 Dekabr
Baş katib Maykl Kristides: QDİƏT-ə sədrliyi dövründə əldə edilən irəliləyişlərə görə Azərbaycana təşəkkürümü bildirirəm
14:24
14 Dekabr
Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının iclası keçirilib
14:19
14 Dekabr
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib
14:09
14 Dekabr
Mədəniyyət naziri Hacıqabulda vətəndaşlarla görüşüb
13:08
14 Dekabr
Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işə başlayıb
12:50
14 Dekabr
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda yeni layihələrin həyata keçirilməsində maraqlıdır
12:43
14 Dekabr
Mövlud Çavuşoğlu: Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra məsələlər həll edilib
12:35
14 Dekabr
“Dayanıqlı İnkişaf Məqsədlərinin gənclər vasitəsilə təbliği” mövzusunda maarifləndirici təlim maraqla qarşılanıb
12:28
14 Dekabr
Beyləqanda 22 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini əhatə edən avtomobil yolunun tikintisi yekunlaşıb
12:26
14 Dekabr
Edvard Karvardin: Naxçıvanda gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıb
12:20
14 Dekabr
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
12:16
14 Dekabr
QDTİB Azərbaycan üzrə 2019-2022-ci illər üçün ölkə strategiyası hazırlayacaq
12:11
14 Dekabr
İlin sonunadək Bakı limanından 47 mindən çox sərnişin daşınması proqnozlaşdırılıb
12:03
14 Dekabr
Bakıda informasiya təhlükəsizliyinin aktual problemlərinə dair konfrans keçirilir
12:00
14 Dekabr
ABŞ hökuməti “Cənub Qaz Dəhlizi” layihəsini reallaşmasını bir daha dəstəkləyib
11:51
14 Dekabr
Oqtay Əsədov: Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir
11:37
14 Dekabr
Bakıda I Karyera sərgisi keçirilir
11:36
14 Dekabr
Masallıda dini radikalizmlə mübarizə mövzusunda ikigünlük seminar-müşavirə keçirilib
11:31
14 Dekabr
UNESCO tərəfindən Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabat qəbul olunub
10:50
14 Dekabr
Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin Qlobal Konfransının iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər
10:45
14 Dekabr
Mahmud Məmməd-Quliyev: Azərbaycan-Aİ tərəfdaşlıq sazişinin mətni martadək razılaşdırıla bilər
10:29
14 Dekabr
Nazir müavini: Bərpaolunan enerji mənbələrinin inkişafı özəl sektorun iştirakı ilə təmin edilə bilər
10:23
14 Dekabr
Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilir
10:13
14 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
20:50
13 Dekabr
Bakıda “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıb
20:47
13 Dekabr
Rumıniyada keçirilən anım mərasimində Ulu Öndərin diaspor quruculuğuna böyük töhfələrindən danışılıb
20:21
13 Dekabr
Belarusda ulu öndər Heydər Əliyevin xatirəsi yad olunub
20:15
13 Dekabr
Sabah Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçiriləcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA