Ana səhifə »  Müsahibə »  Prezident İlham Əliyev sosial dövlət modelinin praktik müstəvidə uğurla reallaşmasını təmin edib
A+   Yenilə  A-
Prezident İlham Əliyev sosial dövlət modelinin praktik müstəvidə uğurla reallaşmasını təmin edib

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov www.yap.org.az saytına müsahibə verib:
- Səlim müəllim, Azərbaycanın dinamik inkişaf şəraitində sosial dövlət statusunun güclənməsi baxımından 2003-2017-ci illəri necə xarakterizə edərdiniz?
- Hər bir təkmil iqtisadi nəzəriyyə iqtisadi artımla sosial inkişafın səmərəli uzlaşdırılmasına və gəlirlərin ədalətli bölgüsünə əsaslanan vətəndaş rifahının təminatı prinsipini makroiqtisadi sabitliyin və tərəqqinin vacib şərti kimi müəyyənləşdirir. Digər tərəfdən, cəmiyyətin çoxaspektli həyat fəaliyyətində vətəndaşın, onun şəxsiyyətinin inkişafı, potensialının tam reallaşdırıla bilməsi, həyati vacib ehtiyaclarının təmin edilməsi üçün geniş imkanların yaradılması inkişafın əsas hədəflərini təşkil edir. Təsirli sosial siyasət olmadan isə inkişafın əsas amili kimi insanın fəaliyyətində innovativ yaradıcılıq əsaslarının fəallaşdırılması mümkün deyil. Son illər dünya iqtisadiyyatında müşahidə olunan mürəkkəb proseslər sosial sahənin prioritetliyini, iqtisadi dayanıqlılığa yönələn islahatların sosial sabitliyin təminatı tədbirləri ilə kombinə olunmuş şəkildə aparılmasını bir daha vacib amil kimi ortaya qoyaraq, müxtəlif əhali kateqoriyalarının gəlirləri arasında qütbləşmənin dərinləşməsi, qeyri-bərabərliyin və bunun fəsadlarının daha da güclənməsi kimi problemlərin əksər ölkələr üçün xüsusi aktuallıq qazanması şəratində dayanıqlı və inklüziv inkişafın resepti kimi təlqin etdi.
Məhz bu kontekstdə Azərbaycanda iqtisadi inkişafla sosial rifahın əlaqələndirilməsi, ölkənin iqtisadi dividendlərinin vətəndaşın rifahına yönəldilməsi, cəmiyyətin tərəqqisində bütün fərdlərin sosial-iqtisadi mənafelərinin bərabər təminatına nail olunması prinsiplərinə istinad edən inkişaf strategiyasının mükəmməl əsaslara söykəndiyi bir daha öz təsdiqini tapır. Bunu şərtləndirən həlledici amil isə Ulu öndər Heydər Əliyevin müdrik sosial rifah siyasətinin 2003-cü ildən etibarən Prezident cənab İlham Əliyev tərəfindən qlobal çağırışlara uyğun şəkildə uğurla davam etdirilməsi sayəsində respublikamızın yeni tərəqqi və modern dəyişikliklər mərhələsinə daxil olması, ölkəmizdə milli iqtisadiyyatın formalaşdırılması, bazar prinsipləri əsasında gerçəkləşdirilən islahatlarla əhalinin sosial müdafiəsi tədbirlərinin həmahəngliyinin uğurla reallaşdırılmasıdır.
Ötən dövrdə iqtisadi sahədə prioritet vəzifələrə uyğun olaraq fundamental transformasiya və yeni sosial-iqtisadi model quruculuğu yönündə çoxşaxəli islahatlar davam etdirilmiş, bu əsasda dövlətin baş islahatçı qismində fəaliyyəti iqtisadiyyatın liberallaşması, sistemli və ardıcıl struktur yenilənməsi proseslərinin davam etdirilməsi, iqtisadi inkişafın lokomotivi olan sahələrin, eləcə də regionların sürətli tərəqqisi, iri infrastruktur layihələrinin həyata keçirilməsi, özəl sektorun genişləndirilməsi, ölkə iqtisadiyyatına investisiya axınının təmin edilməsi, dünya iqtisadi sisteminə inteqrasiyanın gücləndirilməsi kimi taleyüklü məsələlərin səmərəli həllinə yönəldilərək ölkənin iqtisadi qüdrətinin artmasını şərtləndirmişdir.
Ölkədə iqtisadi inkişafın vacib göstəricilərindən biri kimi transformasiya proseslərindən qaynaqlanmaqla keyfiyyət, struktur və məzmun dəyişikliklərinə məruz qalan əhali gəlirləri də aztəminatlı əhalinin sosial müdafiəsi, iqtisadi islahatların doğura biləcəyi mənfi nəticələrin aradan qaldırılması kimi ənənəvi funksiyalarla məhdudlaşmayan, eyni zamanda, iqtisadi sistemin profilaktikası və müsbət məcrada inkişafına köklənən, bu məqsədlə reallaşdırılan tədbirlər sırasında aktiv məşğulluq proqramlarına güc verən məqsədyönlü sosial siyasət nəticəsində səmərəli tənzimlənmişdir. Həmçinin iqtisadi sistemin əsasını təşkil edən, inkişaf səviyyəsinə görə bütünlükdə cəmiyyətin demokratikliyini, iqtisadiyyatın sosialyönümlülüyünü, əhalinin həyat şəraitini səciyyələndirməyə imkan verən sosial-əmək münasibətləri sahəsində aktual vəzifələrin həlli istiqamətində əsaslı uğurlar qazanılmışdır. Bu əsasda 2003-2017-ci illərdə yüksək rifahın həlledici amillərindən olan məşğulluğun daim xüsusi diqqət mərkəzində saxlanılması əhalinin sahibkarlıq fəaliyyəti üçün münbit şəraiti təmin etmiş, eləcə də ölkədə 1,4 milyonu daimi olmaqla, 1,9 milyon yeni iş yerlərinin yaradılmasına imkan vermişdir.
2003-2017-ci illərdə əhali gəlirlərinin 8,6 dəfə artması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri kimi əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün imkanların yaradılması və bu əsasda əhalinin gəlirlərinin dəstəklənməsi tədbirlərinin ardıcıl reallaşdırılmasının əyani təsdiqidir. Bu siyasətin tərkib hissəsi kimi əhalinin sahibkarlıq fəaliyyətindən gəlirləri 10,4 dəfə, əmək ödənişlərindən gəlirləri isə 7,5 dəfə artmış, sosial sahədə dövlətin balanslaşdırılmış iştirak səviyyəsini tənzimləmək məqsədilə sosial xərclərin optimal həddi gözlənilməklə sosial müdafiə və təminat üçün dövlət büdcəsində nəzərdə tutulmuş xərclərin həcmində 10,3 dəfə artım qeydə alınmışdır. Əhalinin həyat səviyyəsinin ildən-ilə yaxşılaşması yoxsulluğun kəskin şəkildə azalması ilə nəticələnmiş və bu sahədə ölkəmizdə əldə olunan müsbət təcrübə Azərbaycanın BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilməsini, bununla da ölkəmizin sosial inkişaf modelinin artıq beynəlxalq miqyasda bir nümunə kimi qəbul olunmasını şərtləndirmişdir.
Ölkədə uğurla reallaşdırılan sosial inkişaf doktrinasının strateji istiqamətlərindən biri kimi artmaqda olan iqtisadi potensial sosial sferada yüksək hədəflərin reallaşmasına əsaslı şərait yaratmış, mövcud sosial müdafiə sistemi bazar iqtisadiyyatı mühitinə uyğunlaşdırılaraq keyfiyyətcə yenidən qurulmuşdur.
Bütün qeyd edilənlər bir daha ona dəlalət edir ki, Prezident cənab İlham Əliyevin müəyyən etdiyi inkişafın paradiqmal prinsipləri və praqmatik islahatlar kursu ölkəmizdə sosial yönümlü bazar iqtisadiyyatı sisteminə uyğun səmərəli siyasət həyata keçirilməklə cəmiyyətin həyatının möhkəm sosial əsaslarının yaradılmasını şərtləndirən, bütün cəmiyyətin ehtiyaclarına maksimum uyğunlaşmanı və vətəndaş məmnunluğunu əsas məqsədə çevirən, hər kəsə öz rifahını və sosial statusunu gücləndirmək imkanı yaradan, adekvat tənzimləyici alətlər və sosial müdafiə tədbirləri vasitəsilə əhalinin gəlirlərini dəstəkləyən, qlobal miqyasda iqtisadiyyatın rəqabət üstünlükləri və modernləşmə imkanlarını müəyyənləşdirən vacib amil kimi insan kapitalının inkişafına hərtərəfli şərait yaradan müasir sosial dövlət modelinin uğurla gerçəkləşdirilməsini təmin etmişdir.
- Ölkədə həyata keçirilən sosial inkişaf kursu əhalinin sosial müdafiəsində, sosial cəhətdən həssas qruplara dövlət qayğısının artırılmasında hansı mühüm irəliləyişlərə yol açıb?
- Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, qəbul edilən fundamental qərarlar, imzalanan Fərman və sərəncamlar, Dövlət proqramları ölkədə insan firavanlığının ümumi inkişafın başlıca məramı kimi qəbul edilməsini şərtləndirməklə, dövlət başçısının “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır” bəyanatının əməli şəkildə təsdiqini tapdığını ifadə edən mühüm nailiyyətlərin əldə edilməsinə səbəb olub. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin əhalinin sosial müdafiəsi məsələlərini daim xüsusi diqqət mərkəzində saxlaması əksər ölkələrin getdikcə artan maliyyə təzyiqləri səbəbindən sosial sahədə ciddi ixtisarlar aparmaq zərurəti ilə qarşılaşdığı bir zamanda Azərbaycanda sosial proqramların vaxtında və tam icra edilməsinə, yeni-yeni sosialyönümlü təşəbbüslərin reallaşdırılmasına imkan vermişdir.
Ölkədə həyata keçirilən sosial siyasətin mühüm uğurları sırasında, təbii ki, etibarlı sosial müdafiə sisteminin formalaşması, əhalinin müxtəlif təbəqələrinin, xüsusilə də aztəminatlı ailələrin və sosial cəhətdən həssas insanların həyat səviyyəsinin yüksəldilməsi mühüm yer tutur. Bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik bir ölkə kimi seçilir və həssas əhali qruplarına münasibətdə Azərbaycan dövlətinin mövqeyi qlobal miqyasda ən humanist yanaşmalara əsaslanması ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, Dünya Bankının son illərdə apardığı qiymətləndirmələr nəticəsində Azərbaycanda mövcud olan və üç əsas istiqamət üzrə aparılan sosial ödənişlər sistemi geniş əhatəliliyə malik olan və əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə edən, yoxsulluğun azaldılmasında mühüm rol oynayan bir sistem kimi dəyərləndirilib.
Sosial ödənişlər sisteminin birinci istiqaməti üzrə sığorta prinsipinə söykənən, mahiyyətinə və miqyasına görə əhalinin sosial müdafiəsinin mərkəzi həlqəsi olan və mühüm makroiqtisadi təsir gücünə malik pensiya təminatı ilə hazırda 1,3 mln. nəfər, başqa sözlə, əhalinin 13,3 faizi əhatə olunur. Ölkəmizdə 2006-cı ildə qurulan müasir sığorta-pensiya sisteminin uğurlu fəaliyyəti, həmçinin həyata keçirilən məqsədyönlü sosial müdafiə tədbirləri əhalinin layiqli pensiya təminatının artırılmasına əsas yaratmaqla, pensiyalarda ildən-ilə artım dinamikasını şərtləndirib. 2006-2017-ci illərdə Azərbaycan Respublikası Prezidenti tərəfindən əmək pensiyasının baza hissəsinin artırılması ilə əlaqədar 9, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 11 Sərəncam verilib, eləcə də əvvəlki dövrlərdə qazanılmış pensiya hüquqlarının yeni sistemə inteqrasiyası istiqamətində ardıcıl qərarlar qəbul edilib. Nəticədə əmək pensiyasının baza hissəsinin məbləği 4,4 dəfə artmış, pensiyanın sığorta hissəsinin inteqrə olunmuş indeksləşdirilmə göstəricisi 116 faiz təşkil etmişdir.
Pensiya islahatlarının davamı olaraq 2017-ci ildə aparılmış köklü dəyişikliklər nəticəsində pensiya sistemi qeyri-sığorta elementlərindən əsasən təmizlənmiş, sığorta-pensiya sisteminin öhdəlikləri ilə dövlət büdcəsinin öhdəlikləri bir-birindən ayrılmış, fərdi uçot sistemində “açıq hesab” prinsipi tətbiq olunmuş və işləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı verilmişdir.
Ölkənin davamlı iqtisadi inkişafı şəraitində çoxsaylı yeni iş yerlərinin açılması, habelə iqtisadi fəaliyyəti stimullaşdıran pensiya islahatları sosial sığorta daxilolmalarının əhəmiyyətli artımını şərtləndirib. Bunun əyani ifadəsi kimi, 2017-ci il ərzində sosial sığorta haqları üzrə gəlirlər 2003-cü illə müqayisədə 9,4 dəfə artaraq 2,1 mlrd. manat təşkil etmiş, o cümlədən qeyri-büdcə sektoru üzrə 2003-cü ilə nisbətən 1,2 mlrd. manat və ya 8,8 dəfə çox sosial sığorta haqqı daxil olmuşdur. Sosial sığorta daxilolmaları hesabına ildən-ilə özünü göstərən artım pensiyaların vaxtlı-vaxtında maliyyə təminatını həyata keçirməyə imkan vermişdir.
Bu gün ölkədə sosial ödənişlər sisteminin ikinici komponenti kimi kateqorial yanaşma əsasında müxtəlif əhali qruplarına təyin olunan sosial müavinət və təqaüd sistemi fəaliyyət göstərir ki, bu ödənişlərin də mütəmadi artırılması təmin edilir.
Əhaliyə sosial ödənişlər sistemində tamamlayıcı amil qismində üçüncü istiqamət üzrə isə maddi vəziyyət ilə uzlaşdırılaraq ehtiyaclılıq şərti əsasında təyin edilən və aztəminatlı əhalinin minimum maddi tələbatının ödənilməsinə yönəldilən ünvanlı dövlət sosial yardım proqramı həyata keçirilir. Dövlət büdcəsindən maliyyələşdirilən və aztəminatlı əhalinin gəlirlərinin ehtiyac meyarı ilə müəyyən olunan bəlli bir gəlir səviyyəsinin üzərinə çıxarılmasını nəzərdə tutan bu yardım sosial qeyri-bərabərliyin azaldılması, həmin əhali kateqoriyalarının istehlak və xidmətlərə əlçatanlığının artırılması üçün reallaşdırılan mühüm sosial müdafiə tədbiridir. 2017-ci ilin sonuna respublika üzrə ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrin sayı 80,2 min təşkil etmişdir (326,6 min nəfər ailə üzvü). Ötən il ərzində bu məqsədlərə 214,7 mln. manat xərclənmişdir ki, bu da 2006-cı ilin eyni göstəricisi ilə müqayisədə 21,7 dəfə çoxdur. Hazırda əhalinin aztəminatlı hissəsinə hər ay 11,9 milyon manat ünvanlı dövlət sosial yardımı ödənilir.
Cənab Prezidentin uğurlu sosial siyasəti Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin rifahının yaxşılaşdırılmasına yönələn tədbirlərin də ildən-ilə yüksələn xətlə davam etdirilməsinə imkan verib. Təkcə son bir ildə bu təbəqədən olan 315 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və fərdi yaşayış evi ilə təmin olunub ki, bu da son beş ilin ən yüksək göstəricisidir. Ümumilikdə isə 2003-cü ildən hazıradək nazirliyin xətti ilə 5.703 nəfər əlil və şəhid ailəsi mənzillə təmin olunmuşdur ki, bu da nazirlik tərəfindən indiyədək mənzillə təmin edilən 6,1 min nəfər əlil və şəhid ailəsinin 93,5 faizi deməkdir.
Hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bölgələrdə fərdi yaşayış evlərinin, Bakının Nizami rayonunda, habelə İmişli və Şamaxı rayonlarında çoxmənzilli yaşayış binalarının tikintisi, yeni yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir. Eyni zamanda, bu vaxta qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5,9 min nəfər imtiyazlı şəxs pulsuz avtomobillə təmin olunmuşdur.
Sosial təminat sisteminin ayrıca komponenti olan sosial xidmətlərin də əhatəliliyinin və keyfiyyətinin artırılması cənab Prezidentin sosial inkişaf kursunun əsas uğurlarındandır. Bu məqsədlə dövlət başçısının 9 yanvar 2013-cü il tarixli Sərəncamı əsasında sosial sifarişlər əsasında ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən də sosial xidmətlərin göstərilməsinə başlanılıb. Beləliklə də, sosial xidmət göstərilən vətəndaşların kateqoriyaları və sayı əhəmiyyətli şəkildə artıb. Ötən il də 1.080 nəfərə tam dövlət təminatında olmaqla sosial müəssisələrdə, 11 min nəfərə isə evlərində sosial xidmət göstərilməklə yanaşı, sosial sifarişlər üzrə icra edilən 61 layihə üzrə 4.100 nəfər çətin həyat şəraitində olan uşağa və müvafiq hallarda ailələrinə də reabilitasiya yönümlü sosial xidmətlər göstərilib.
Ölkəmizdə aparılan güclü sosial siyasət dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının normal həyatının təmin edilməsi üçün onların hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasında da aydın şəkildə özünü göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın yüksək humanizmə əsaslanan təşəbbüsü ilə yaradılmış “Məzun evi” sosial müəssisəsi bu sahədə mühüm addımların atılmasına imkan verib. Müəssisədəki iki yaşayış binasında dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarından ibarət 240 nəfər gənc mənzillə təmin edilib və hazırda müvafiq kateqoriyalardan olan gənclər üçün daha bir yaşayış binasının da tikintisi başa çatmaq üzrədir. “Məzun evi”nin sakinlərinin məşğulluqlarının təminatı, cəmiyyətdə özlərinə layiq yer tuta bilmələri üçün də bütün zəruri işlər aparılır.
Digər tərəfdən, Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, son illərdə Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin, Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin, Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzinin, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin və s. yaradılması sosial təminat sisteminin daha da gücləndirilməsinə, əhatəliliyinin və cəmiyyətin həyatında rolunun artırılmasına səbəb olub.
- Əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası, onların sosial təminatlarının artırılması yönündə hansı addımlar atılıb?
- Ölkəmizdə əlilliyi olan şəxslərin çoxşaxəli və etibarlı sosial müdafiə sistemi ilə əhatə olunması Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasət kursunun mühüm tərkib hissəsidir və bu əsasda əlilliyin qarşısının alınması, tibbi və sosial reabilitasiyası, əlilliyi olan şəxslərin sosial təminatı, eləcə də onların ictimai həyatın bütün sahələrində iştirakı və layiqli həyat sürmələri üçün şəraitin yaradılması istiqamətində ardıcıl tədbirlər reallaşdırılmaqdadır.
Ötən dövrdə əlilliyi olan şəxslərin potensial imkanlarından tam istifadəsinə lazımi şəraitin yaradılması, onların cəmiyyətə inteqrasiyasının təmin edilməsi, məşğulluq səviyyəsinin artırılması və sosial müdafiəsinin gücləndirilməsi sahəsində strategiyalar müəyyən edilmiş, onların hüquq və təminatları qanunvericilik aktlarında və dövlətin sosial proqramlarında təsbit olunmuşdur.
Mühüm sosial proqramlardan biri kimi, bu qəbildən olan şəxslərə əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilir və bu sosial ödənişlər onların gəlirlərinin dəstəklənməsində əhəmiyyətli rol oynayır. Cari ilin əvvəlinə olan məlumatlara əsasən, əlilliyi olan şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları vasitəsilə hər ay 90,7 mln. manat vəsait ödənilir.
Əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində yeni imkanların yaranması, əldə olunan nanotexnoloji nailiyyətlər bu şəxslərin tibbi-sağlamlaşdırma sferasında, təhsil və peşə hazırlığında innovativ həll yollarının diapazonunu genişləndirməklə, onların adaptasiya və sosiallaşma resurslarını möhkəmləndirərək cəmiyyətə inteqrasiya proseslərini xeyli gücləndirir. Bu baxımdan sosial inkişaf siyasətinin əsas istiqamətlərindən biri kimi əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası sahəsində kompleks tədbirlər həyata keçirilir. Ötən 15 ildə dövlət başçısının tapşırığına uyğun olaraq, ölkədə bərpa-müalicə şəbəkəsinin əhəmiyyətli şəkildə genişləndirilməsi təmin olunub - Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində əlilliyi olan şəxslər üçün regional bərpa mərkəzləri, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin Naxçıvan istehsalat sahəsi və Gəncə şəhərində filialı istifadəyə verilib. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə son illərdə Bakının Yeni Günəşli yaşayış massivində Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi fəaliyyətə başlayıb. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ölkənin bütün ərazisi üzrə bərpa mərkəzləri şəbəkəsi formalaşdırılıb.
Nazirlik sistemində fəaliyyət göstərən əlillərin bərpa mərkəzləri tərəfindən təkcə son bir ildə 39,8 min nəfər şəxsə bərpa xidməti göstərilib, eyni zamanda, əlilliyi olan şəxslərə 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib. Dövlət başçısının xüsusi qayğısının nəticəsi olaraq, ölkədə reabilitasiya sisteminin müasir tələblərə uyğun yenidən qurulması istiqamətində də məqsədyönlü addımlar atılıb, Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində yüksək standartlara uyğun bərpa-müalicə şəraiti yaradılıb və digər bərpa mərkəzlərində də bu istiqamətdə işlər davam etdirilir. Bu il ərzində nazirliyin Yevlax, Naftalan, Sumqayıt şəhərlərindəki bərpa mərkəzlərinin, Mərdəkan Müalicə Pansionatının da əsaslı təmirdən sonra istifadəyə verilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidentinin 13 fevral 2018-ci il tarixli Sərəncamı ilə sosial təyinatlı obyektlərdə tikinti və əsaslı təmir işlərinin başa çatdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsaitin ayrılması da digər sosial obyektlərlə yanaşı, qeyd edilən mərkəzlərin bərpası, gücləndirilməsi və əsaslı təmiri, habelə Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin təmiri, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakının Nizami rayonunda 12 mərtəbəli 96 mənzilli yaşayış binasının tikintisi, Gəncə şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzinin təmiri və müasir avadanlıqla təchiz edilməsi işlərinin başa çatdırılması məqsədinə yönəlməklə, sosial cəhətdən həssas insanların reabilitasiyasının, onların sosial müdafiəsinin daim dövlət başçısının diqqətində olduğunu göstərir.
Son illərdə Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin, Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzinin, eyni zamanda, əlilliyi olan şəxslərin İKT-dən istifadə imkanlarına malik olmaları üçün Heydər Əliyev Fondunun dəstəyi ilə Naxçıvan, Gəncə və Yevlax şəhərlərində regional informasiya mərkəzlərinin yaradılması bu təbəqədən olan insanların reabilitasiyası və cəmiyyətə inteqrasiyası imkanlarının genişlənməsinə səbəb olub.
Nazirlik tərəfindən hər il əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası üzrə proqramlar təsdiqlənərək icra olunur. Həmin proqram çərçivəsində əlilliyi olan şəxslərin istirahətinin təşkili, yaradıcılıq imkanlarının cəmiyyətə təqdim olunması üçün respublika səviyyəli müsabiqələrin, onlar arasında idman tədbirlərinin keçirilməsi, reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunmaları, bu təbəqədən olan şəxslərin sosial-məişət problemlərinin həllinə, ölkə daxilində və xaricdə müalicəsinə köməklik göstərilməsi və s. istiqamətlərdə işlər də aparılır. Misal üçün, həmin proqram çərçivəsində ötən il 1.266 nəfər əlil vətəndaşın ölkənin müxtəlif bölgələrində istirahəti, 800 nəfərə yaxın əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın iştirakı ilə stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışları və s. təşkil olunub.
Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı aparılan fəal siyasətin bir təzahürüdür ki, hələ 2008-ci ildə ölkəmiz BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına və onun Fakültativ Protokoluna qoşulub. Təbii ki, bu addım Azərbaycanın müvafiq sahədə qanunvericiliyini, praktiki iş mexanizmlərini beynəlxalq standartlar səviyyəsinə çatdırmaq əzmini ifadə edir və həmin Konvensiyanın icrasına dair 2014-cü ilin aprelində BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında Azərbaycan hökuməti tərəfindən təqdim edilən ilk məruzə də müsbət dəyərləndirilib. Eyni zamanda, son illərdə hazırlanan və artıq parlamentdə müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsində də bu təbəqədən olan vətəndaşların sosial müdafiəsi, reabilitasiyası və sosial inteqrasiyası imkanlarının artırılmasını nəzərdə tutan tədbirlər əksini tapıb.
Onu da bildirim ki, son illərdə dövlət başçısının müvafiq Fərmanına əsasən əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin də elektronlaşdırılması təmin edilib. Yaradılan Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası Alt Sistemi əlillik təyinatlarının obyektiv və şəffaf şəraitdə həyata keçirilməsini təmin edir. 2016-cı il noyabr ayının 15-dən əlilliyin avtomatlaşdırılmış sistem vasitəsilə, yəni ekspert-vətəndaş təmasları olmadan qiymətləndirilməsinə başlanılmışdır. Bununla da əlilliyin təyini üçün tibbi-sosial ekspert komissiyaları tərəfindən vətəndaşların müayinəsi proseduru tam aradan qaldırılmış, bu sahədə obyektivlik, şəffaflıq və qərəzsizlik təmin edilməklə, bütövlükdə müvafiq sahədə dövlət xidmətinin əhəmiyyətli şəkildə təkmilləşdirilməsinə nail olunmuşdur.
Aparılmış islahatlar əlilliyin azalmasına da imkan yaratmışdır. Məsələn, 2017-ci ildə ilkin əlillik təyin olunanların sayı əvvəlki illə müqayisədə 31 faiz azalmış, həmçinin ilkin olaraq əlillik dərəcəsi verilənlərin sayında 26 faiz, ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayında isə 49 faiz azalma qeydə alınmışdır.
- Səlim müəllim, qarşıda nazirlik üçün aktuallıq kəsb edən hansı hədəflər var?
- Mühüm hədəflərimiz sırasında qeyri-formal məşğulluqdan leqal məşğulluğa keçidin sürətləndirilməsi prosesinə nail olunmasını xüsusi qeyd edərdim. Cənab Prezidentin müvafiq Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti bu sahədə xüsusi önəm kəsb edir və əldə olunan müsbət nəticələr vətəndaşların layiqli əmək hüquqlarını reallaşdırmaqla, işləyən əhalinin onların sosial rifahı üçün vacib olan sosial sığorta, habelə işsizlikdən sığorta sistemləri ilə daha çox əhatə edilməsini şərtləndirir. Eyni zamanda, aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi və işsizliyin minimum səviyyədə saxlanılması, ailə gəlirlərinin formalaşmasında əməkhaqqının payının artırılması, əmək bazarının tələblərinə uyğun çevik peşə təhsili üçün peşə-tədris mərkəzləri şəbəkəsinin genişləndirilməsi, sosial xidmətlərin mütərəqqi beynəlxalq təcrübədən irəli gələn “sosial işçi modeli” üzrə əhatəliliyinin və çətin həyat şəraitində olan şəxslərin problemlərinin həllində səmərəliliyinin daha da yüksəldilməsi və s. kimi hədəflərimiz vardır. Bu hədəflərə nail olunması yönündə məqsədyönlü işlərin aparılması təmin olunacaqdır.
Ümumilikdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək resurslarının məşğulluq imkanlarının artırılması, vətəndaşların əmək və sosial hüquqlarının dolğun təminatı istiqamətində son 15 ildə olduğu kimi, qarşıdakı dövrdə də mühüm nailiyyətlərin əldə olunmasına imkan verəcəkdir.

 
  • Oxunub:  2070  |  
  • Tarix:  17-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

14:06
21 Aprel
Gəncədə YAP fəalları ağacəkmə aksiyasını uğurla davam etdirirlər
14:05
21 Aprel
Dilarə Cəbrayılova: Təhsilin keyfiyyətinin artırılması başlıca hədəflərindəndir
14:03
21 Aprel
“700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Pirallahı rayon təşkilatı ağacəkmə aksiyası keçirib
13:34
21 Aprel
Yeni baş nazirin fəaliyyəti bu faktorlara əsaslanacaq – Münasibət
12:42
21 Aprel
Novruz Məmmədov: Çalışacağam ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu Azərbaycan Prezidentinin rəhbərliyi ilə davam etdirək
12:28
21 Aprel
Milli Məclis Novruz Məmmədovun Azərbaycanın Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verib
12:23
21 Aprel
Texniki sahələrdə təhsil alan və ya işləyən xanımlar “ADA” Universitetində bir araya gəliblər
12:20
21 Aprel
Milli Məclisin iclasında Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə edilir
12:14
21 Aprel
Sona Əliyeva: Ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaşların maraqları dayanır
10:15
21 Aprel
Qoşulmama Hərəkatının Bakı konfransı: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə
10:08
21 Aprel
Prezidentin mətbuat xidmətinin məlumatı
22:36
20 Aprel
Yerevanda 200-dən çox nümayişçi həbs olunub
18:18
20 Aprel
“Bu fərman cəmiyyətin tələbinə, istəyinə hesablanmış bir addımdır” – Akif Nağı
18:17
20 Aprel
“Bu çox böyük işdir, alqışlayırıq” – Etimad Əsədov
18:14
20 Aprel
“Şəhid ailələri ilə bağlı fərman unikaldır” – Məlahət İbrahimqızı
17:57
20 Aprel
Rauf Əliyev: Ölkəmi zdəki quruculuq işləri hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır
17:53
20 Aprel
Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Bakı Slavyan Universitetində təlim keçiblər
17:50
20 Aprel
Ənənəvi İslam dəyərlərinin təbliği yad dini-ideoloji təsirlərin qarşısının alınmasında mühüm rol oynayır
17:47
20 Aprel
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur
17:44
20 Aprel
Deputat: Radikal müxalifət xalqın etimadını qazanmaq əvəzinə xarici himayədarlar axtarmağa çalışdı
17:41
20 Aprel
ADA Universitetində 40-dan çox ölkənin milli mədəniyyət nümunələri sərgilənib
17:40
20 Aprel
Bəhruz Quliyev: İlham Əliyevin seçkilərdə inamlı qələbəsi xalqımızın son 15 ildə görülən işlərə verdiyi ən real qiymətdir
17:21
20 Aprel
Siyavuş Novruzov: Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə inkişafa, təhlükəsizliyə, tərəqqiyə səs verdi
17:16
20 Aprel
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti “Dünya MİREA-da” festivalında nümayiş etdirilib
17:01
20 Aprel
Muxtar respublikadakı muzeyləri 116 mindən çox tamaşaçı ziyarət edib
16:54
20 Aprel
Goranboyda infrastruktur və sosial-mədəni obyektlərin tikintisi genişlənib
16:47
20 Aprel
Qubadlı rayonu üzrə birinci rübdə görülən işlər müzakirə olunub
16:27
20 Aprel
Hikmət Babaoğlu: "Prezidentin fərmanı bundan sonra atılacaq addımların xəbərçisidir"
16:22
20 Aprel
Prezident İlham Əliyev paytaxta gətirilən yeni metro qatarlarında yaradılan şəraitlə tanış olub
16:19
20 Aprel
Estoniyada Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşması istiqamətində əldə etdiyi uğurlardan danışılıb
15:54
20 Aprel
Agentlik sədri: Erməniçilik, dəfələrlə qeyd etdiyimiz kimi, mif yaradıcılığına, mifomaniyaya çox meyllidir
15:38
20 Aprel
Pakistanda keçirilən “International Rawal Expo 2018” beynəlxalq sərgisində Azərbaycan şirkəti də təmsil olunub
15:20
20 Aprel
Bahar Muradova: Prezidentin ölmüş və itkin düşmüş hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanı çox əlamətdar haldır
15:17
20 Aprel
Səlim Müslümov İƏT baş katibinin müavini ilə görüşüb
15:11
20 Aprel
Parlamentin komitə iclasında ombudsmanın 2017-ci il üzrə illik məruzəsi barədə müzakirələr aparılıb
14:51
20 Aprel
Ziyafət Əsgərov: Son 15 ildə qazandığımız nailiyyətlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır
14:48
20 Aprel
Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançılarının iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
14:45
20 Aprel
Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi Azərbaycan əsgərini daha da ruhlandırıb
14:43
20 Aprel
Jalə Əliyeva: Bölgələrimiz bütünlükdə Azərbaycanın nəhəng inkişafının aynasıdır
14:41
20 Aprel
Bakıda yeni kartinq mərkəzi istifadəyə verilib
14:39
20 Aprel
Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə investisiya qoyuluşunun həcmi açıqlanıb
14:36
20 Aprel
Türkiyənin “Daily Sabah” qəzetində ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımları barədə məqalə dərc edilib
14:33
20 Aprel
Bakıda Bolqarıstan məhsullarının satıldığı mağazalar və ticarət evi açıla bilər
14:31
20 Aprel
Rövşən Rzayev: Ermənistanın gənc nəsli başa düşür ki, bu hakimiyyətlə gələcəyini qura bilməyəcək
14:27
20 Aprel
Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 78 faizdən çoxunu icra edib
14:21
20 Aprel
Sədaqət Vəliyeva: Bu Fərman Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanmasının daha bir sübutudur
14:16
20 Aprel
Milli Məclis komitələrinin birgə iclasında 16 məsələyə baxılıb
14:10
20 Aprel
NATO generalı: Azərbaycan Alyansın etibarlı tərəfdaşıdır
13:01
20 Aprel
Azərbaycan nümayəndə heyəti MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edir
12:37
20 Aprel
Sahibə Qafarova: Son 15 ildə Azərbaycanda müşahidə olunan dinamik inkişaf meyilləri mühüm əhəmiyyətə malikdir
12:32
20 Aprel
Sevinc Hüseynova: Dövlət başçısının imzaladığı fərman cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır
12:29
20 Aprel
Avropa azərbaycanlıları Ermənistanın təxribatları ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar
12:18
20 Aprel
Ombudsmanın 2017-ci il üzrə illik məruzəsi Milli Məclisdə dinləniləcək
12:15
20 Aprel
Romana Yerkoviç: Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
11:50
20 Aprel
Akademik Zərifə xanım Əliyeva ölkəmizdə oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verib
11:47
20 Aprel
«Armenianreport.com» :”Belarus və Qazaxıstan hələ də Azərbaycanı müdafiə edirlər”
11:45
20 Aprel
“Antimilli qüvvələrin, hətta ermənilər tərəfindən maliyyələşməsi faktları var”
11:42
20 Aprel
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
11:31
20 Aprel
Bakıda Birinci Türk Dünyası Ortopedik və Travmatoloji Konqres keçirilir
11:25
20 Aprel
Bu gün Ciddədə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək
11:23
20 Aprel
AZƏRTAC-ın fotomüxbiri beynəlxalq müsabiqənin gümüş medalına layiq görülüb
11:20
20 Aprel
ADA Universitetində "Made in Azerbaijan" brendinin təşviqinə dair mühazirə dinlənilib
11:18
20 Aprel
Elçin Əhmədov: Prezident İlham Əliyev Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyini bəyan etdi
11:17
20 Aprel
Kamran İmanov: Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını ifşa edir
11:16
20 Aprel
Bakıda IV Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konqresi öz işinə başlayıb
11:13
20 Aprel
Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
11:07
20 Aprel
Dəmir Yolları Əməkdaşlıq Təşkilatının baş direktorlar konfransının iclası keçirilib
11:04
20 Aprel
Tanınmış şairə Sona Vəliyevanın “Qar ətri” kitabı ingilis dilində işıq üzü görüb
10:59
20 Aprel
Vyetnamın VİTV kanalı: Prezident İlham Əliyevin seçkilərdə qələbəsi xalqın onun siyasətinə verdiyi qiymətin nəticəsidir
10:50
20 Aprel
Ermənistan silahlı bölmələri atəşkəs rejimini pozmaqda davam edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA