Ana səhifə »  Müsahibə »  Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev seçkilərdə növbəti dəfə parlaq qələbə qazanacaq
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev seçkilərdə növbəti dəfə parlaq qələbə qazanacaq

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Musa müəllim, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Azərbaycan dövləti və xalqı bu seçkilərə hansı uğurlarla gedir?
- Azərbaycan dövləti və xalqı, o cümlədən Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla gedir. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə misilsiz nailiyyətlər qazanıb.
İlk növbədə, ölkəmizdə güclü ictimai-siyasi sabitlik mövcuddur və vətəndaş həmrəyliyi var. Təbii ki, son 15 ildə sosial-iqtisadi, humanitar, mədəni və digər sahələrdə əldə olunan böyük uğurların əsasında sabitlik dayanır. Həmçinin Azərbaycanda lider-xalq birliyi güclüdür. Xalqımız öz liderinə inanır, liderimiz də xalqın maraqlarını ləyaqətlə təmsil edir.
Azərbaycan qanunun aliliyinin qorunduğu hüquqi-demokratik dövlətdir, ölkəmiz qanunlarla idarə olunur. Eləcə də vətəndaşların ictimai-sosial həyatı hərtərəfli təmin olunub.
Ötən 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb, 1,9 milyon yeni iş yeri açılıb. Qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. Sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə, qeyri-neft ixracında isə 4,1 dəfə artım var. Sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib. Ölkəmizin yaşayış məntəqələrinin qazlaşdırılması 51 faizdən 93 faizə çatdırılıb. Bu dövrdə 3 mindən çox məktəb, 600-dən artıq tibb müəssisəsi tikilib istifadəyə verilib və ya yenidən qurulub. Maaşlar 5, pensiyalar 8 dəfə artıb. İşsizlik 5 faiz təşkil edir, yoxsulluq 50 faizdən 5,4 faizə enib. Bu yaxınlarda dövlət başçısı tərəfindən əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin artırılması əhalinin rifah halını daha da yüksəldəcək.
Həmçinin uşaq və gənclərin sağlam həyat sürməsi, ölkəmizdə güclü idmançı nəslinin yetişməsi üçün 43 Olimpiya İdman Kompleksi inşa olunub. 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı işlərin bir hissəsidir. Son 15 ildə Azərbaycanın təşəbbüsü və dəstəyi ilə böyük, transmilli iqtisadi, enerji və nəqliyyat layihələri bütün dünya üçün böyük əhəmiyyət kəsb etməklə, regionun inkişafına layiqli töfhələr verir.
Faktlardan da göründüyü kimi, ölkəmiz hərtərəfli inkişaf edir. Xüsusilə, qeyri-neft sektorunun inkişafı vurğulanmalıdır. Son illər kənd təsərrüfatı, turizm, nəqliyyat, İKT sahələrində qazanılan uğurlar ölkəmizə dividendlər gətirir. Bütün bunlar xaricdən asılılığı azaldır, idxalçıdan ixracatçıya çevrilirik. Son illər ixrac balansında müsbət saldo formalaşıb. ÜDM-in üçdə iki hissəsi qeyri-neft sektorunun hesabına formalaşır. Bu, o deməkdir ki, Azərbaycan bundan sonrakı illərdə də qeyri-neft sektorunun inkişafı hesabına daxili tələbatını əhəmiyyətli dərəcədə təmin edəcək.
Bütün bunların fonunda xalqımız prezident seçkilərinə özünün gələcək ümidlərinin reallaşdırılması kimi baxır. Qarşıya qoyulan hədəflərə çatmaq, Azərbaycanın bölgədə və dünyada qüdrətinin artması, ərazi bütövlüyümüzün təmin olunması, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtması qarşıda duran vəzifələrimiz sırasındadır.
Əminəm ki, 11 aprel seçkiləri azad, demokratik və şəffaf keçiriləcək. Və Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanacaq. Beləliklə, növbəti 7 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız, dövlətimiz daha böyük nailiyyətlər qazanacaq.
- Siz Milli Məclisin Səhiyyə komitəsinin sədr müavinisiniz. Prezident İlham Əliyevin siyasəti nəticəsində səhiyyə sahəsində nə kimi uğurlar əldə edilib?
- Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq davamlı şəkildə həyata keçirilən geniş məzmunlu sosial siyasətin fonunda səhiyyə sahəsində reallaşdırılan islahatlar xüsusilə diqqəti cəlb edir. Belə ki, əhalinin gündəlik həyatı, bilavasitə sağlamlığı ilə bağlı olan səhiyyə sahəsində yeniliklər istər bu sahədə qanunvericilik bazasının daha da möhkəmləndirilməsində, istərsə də müasir infrastrukturun qurulmasında və kadr hazırlığına diqqətin daha da artırılmasında öz əksini tapıb.
Bununla bağlı konkret faktlara keçməzdən öncə bildirim ki, ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən məqsədyönlü islahatlar, o cümlədən tibb müəssisələri şəbəkəsinin və strukturun təkmilləşdirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi nəticəsində əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin səviyyəsinin yüksəlməsində əsaslı keyfiyyət dəyişikliyi baş verib. Öz növbəsində səhiyyənin prioritet sahələri üzrə qəbul edilən Dövlət proqramları çərçivəsində reallaşdırılan tədbirlər bu sahədə vəziyyəti əsaslı şəkildə yaxşılaşdırıb. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər bir vətəndaş öz həyatında hiss edir. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır. Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatının və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir. Onu da qeyd edim ki, ölkəmizdə səhiyyə sahəsində bir sıra Dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb. Hazırda da səhiyyə sistemində islahatlar davam edir. Səhiyyə sisteminin islahatları nəticəsində əsasən stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbi-sanitariya yardımının üstünlük təşkil etdiyi təbabətə keçilməsi reallaşdırılır, ailə həkimi praktikasının genişləndirilməsinə müvafiq şərait yaradılır. Hazırda səhiyyədə icbari tibbi sığorta sisteminin tətbiq olunması istiqamətində də işlər gedir.
Bunlarla bərabər, ölkəmizdə əsas həyati vacib dərman preparatlarının bütün əhali qrupları üçün fiziki və iqtisadi cəhətdən əlçatan olmasının, həmçinin dərman preparatlarının keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə onların vahid qeydiyyat sisteminin yaradılması üçün zəruri tədbirlər görülür. Dərman bazarına lisenziyalaşmamış və aşağı keyfiyyətli dərman preparatlarının daxil olmasının qarşısının alınması istiqamətində əməli addımlar atılır.
Bir sözlə, bu gün ölkədə səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş Dövlət proqramlarının icrası uğurla davam etdirilir. Və bütün bunların fonunda, eyni zamanda, Azərbaycanda səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 2003-cü illə müqayisədə 10 dəfədən çox artırılıb. Məhz bu artım əsasında son 15 ildə respublikamızda 600-dən çox tibb müəssisəsi yaradılaraq və ya yenidən qurularaq əhalinin istifadəsinə verilib. Bu müəssisələrin əksəriyyətinin açılış mərasimlərində Azərbaycan Respublikasının Prezidenti şəxsən iştirak edib. Bu işlər qarşıdakı illərdə də davam etdiriləcək.
- Bildiyimiz kimi, inkişaf və quruculuq siyasəti nəticəsində ölkəmizin regionlarında da böyük tərəqqiyə nail olunub. Bu baxımdan, təmsil etdiyiniz Gəncə şəhərinin sosial-iqtisadi inkişafı haqqında nə deyə bilərsiniz?
- Əlbəttə ki, respublikamızın hərtərəfli inkişafı regionlarda da özünü əyani şəkildə göstərir. Bu baxımdan, Gəncə şəhəri və bütövlükdə qərb bölgəsi dinamik inkişaf edir. 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları nəticəsində Gəncə şəhəri böyük inkişaf yolu keçib. Əgər 15-20 il əvvəlki vəziyyəti xatırlasaq bölgələrdə sosial problemlər, işıq, qaz, yol problemləri var idi. İndi problemlər həll olunub. Nəinki rayon mərkəzlərinə, kəndlərə müasir yollar çəkilir, qazlaşdırma səviyyəsi 93 faizə çatıb, elektrik enerjisi problemi, demək olar ki, yoxdur.
Gəncə şəhərində də bu problemlər həllini tapıb. Son illər şəhərdə çoxlu yeni iş yerləri açılıb, yeni zavodlar, fabriklər, istehsal müəssisələri yaradılıb. Eləcə də sosial obyektlər tikilib istifadəyə verilib. Təhsil, səhiyyə, idman, turizm infrastrukturu yenidən qurulur.
Cənab Prezident İlham Əliyev 2017-ci ildə Gəncəyə səfəri zamanı Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib, “Majestic Palace” hotelinin tikintisi ilə, “Gəncə Mall” Ticarət Mərkəzində yaradılan şəraitlə, İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin, “Grand Qafqaz” Ticarət Kompleksinin, Mirzə Şəfi Vazeh muzeyinin, görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının, “Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Bundan sonra da Gəncə şəhərində quruculuq işləri uğurla davam etdiriləcək. Bütövlükdə, qərb bölgəsi ölkənin harmonik inkişafında aparıcı yerlərdən birini tutur. Gəncə əhalisi dövlətimizin siyasətini dəstəkləyir və qarşıdan gələn prezident seçkilərində seçimləri məhz cənab İlham Əliyevdir.
- Musa müəllim, seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərdə iştirak edirsiniz. İnsanların seçki əhval-ruhiyyəsi necədir?
- Əlbəttə ki, seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərdə iştirak edirik. Görüşlər zamanı insanlar birmənalı olaraq cənab İlham Əliyevə səs verəcəklərini bildirirlər. Onlar deyirlər ki, bu təbliğat tədbirlərinə elə də ehtiyac yoxdur, çünki cənab Prezidentin gördüyü işlər göz önündədir. Yəni insanlarda dövlətimizin başçısına sonsuz inam, etimad görürük. Çünki Prezident İlham Əliyevin siyasəti milli maraqlarımıza xidmət edir. Dövlət başçısı hər zaman bütün məsələlərdə ölkəmizin, vətəndaşlarımızın maraqlarını öndə tutur.
Ümumilikdə, xalqımız 11 aprel seçkilərinə tam hazırdır. Dövlətimizin həyata keçirdiyi siyasəti dəstəkləyən xalqımızın bu seçkilərdə cənab İlham Əliyevə səs verəcəyi şübhəsizdir.

 
  • Oxunub:  11490  |  
  • Tarix:  20-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür

24 Avqust 11:41
Mərhəmət Zirvəsini Nura Boyayan MEHRİBANlıq
24 Avqust 11:39
Vaqif Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilmiş bir ölkədir
24 Avqust 11:34
Düşənbədə MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib
24 Avqust 11:32
Şəmkirdə icbari tibbi sığorta ilə əlaqədar "Sığortalı ol, sağlam yaşa!" adlı maarifləndirici tədbir keçirilib
24 Avqust 11:29
Eldəniz Səlimov: Ölkəmizdə islahatlar davamlı xarakter daşıyır
24 Avqust 11:25
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vətəndaşlarla görüşüb
24 Avqust 09:30
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür
24 Avqust 09:20
“Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib
24 Avqust 09:10
Əli Kərimli bilərəkdən gəncləri aqressiv formada fəaliyyətə təhrik edir
24 Avqust 09:08
Regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işlər öz nəticəsini verir
23 Avqust 20:18
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb
23 Avqust 20:05
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb
23 Avqust 20:04
Hərbi hissələrdə gənc əsgərlərə psixoloji dəstək fəaliyyətləri həyata keçirilir
23 Avqust 20:00
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23 Avqust 19:56
Azərbaycan ilə Qayana arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Avqust 19:34
YAP-ın İcra Katibliyində partiyanın Suraxanı, Sabunçu və Pirallahı rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
23 Avqust 17:58
Azərbaycan Prezidenti milli bayram münasibətilə ukraynalı həmkarını təbrik edib
23 Avqust 17:48
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurası xeyriyyə aksiyası keçirəcək
23 Avqust 17:39
Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalının ildönümü ilə bağlı tədbir keçirilib
23 Avqust 17:26
Vergilər naziri Qubada vətəndaşları qəbul edib
23 Avqust 17:21
Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər
23 Avqust 17:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə başlayıb
23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
23 Avqust 09:44
Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub
23 Avqust 09:43
UEFA Avropa Liqasının play-off mərhələsinin oyunları keçirilib
23 Avqust 09:40
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib
23 Avqust 09:36
Birinci xanım nümunəsi: Azərbaycan qadınının xeyirxahlığı, müasirliyi və fəallığı modeli
23 Avqust 09:33
Koreya Respublikasının Azərbaycandakı səfiri Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisi ilə tanış olub
23 Avqust 09:31
“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır
23 Avqust 09:29
Əli Kərimlinin budəfəki avantürası alınmadı
22 Avqust 22:13
“Linfild” və “Qarabağ” komandalarının start heyətləri məlum olub
22 Avqust 22:10
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22 Avqust 20:47
“KOB Dostu” Xəzər rayonunda sahibkarlara xidmət göstərəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+35 +38
gecə+20 +24