Ana səhifə »  Müsahibə »  Azərbaycan xalqı dünyada ən zəngin mədəniyyətə sahib olan xalqlardan biridir
A+   Yenilə  A-
Azərbaycan xalqı dünyada ən zəngin mədəniyyətə sahib olan xalqlardan biridir

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyeva www.yap.org.az saytına müsahibə verib:
- Ülviyyə xanım, məlumdur ki, ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına böyük qayğı göstərilir. İstərdik ki, bu sahədə həyata keçirilən dövlət siyasəti barədə fikirlərinizi bildirəsiniz...
- Azərbaycan xalqı dünyanın ən mədəni xalqlarından biridir. Zəngin musiqi xəzinəmiz, kifayət qədər rəngarəng təsviri sənətimiz, rəssamlığımız, dünyada nadir sayılan xalçaçılığımız, memarlıq abidələrimiz var.
Azərbaycan xalqı hələ sovet hakimiyyəti illərində böyük mədəniyyət məhsuldarlığı nümayiş etdirib, dünyanın mədəniyyət xəzinəsini bir sıra yüksək səviyyəli sənət əsərləri, görkəmli yaradıcı simalarla zənginləşdirib. Azərbaycanın görkəmli sənətkarları sovet dövründə məhz Ulu öndər Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlar almış, bəstəkarlar, kinematoqrafçılar, teatr xadimləri, rəssamlar və s. peşə sahibləri qurultaylarda, konfranslarda iştirak etmiş və bütün sovet ölkələri arasında tanınmışlar. Bildiyiniz kimi, Ulu öndər Heydər Əliyev Özü də incəsənət meyilli şəxsiyyət idi. Elə gəncliyində də incəsənətə gəlmək, memar olmaq istəyirdi. Amma zaman Ulu öndəri siyasət memarına çevirdi. Çünki bu xalqın belə bir siyasət xadiminə çox böyük ehtiyacı var idi.
XX əsrin sonlarında Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ölkəmizdə dövlətin mədəniyyət siyasəti Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yenidən müəyyənləşdirildi. Məhz ona görə də Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə kifayət qədər böyük maliyyə vəsaitləri ayrıldı. Ulu öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.
İstər sovetlər dönəmində, istərsə də müstəqillik əldə etdikdən sonrakı dönəmdə Ümummilli liderimiz Heydər Əliyev və Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən mədəniyyət sahəsində görülən işləri və əldə olunmuş nəticələri sadalamaqla bitməz.
Bircə onu demək istərdim ki, Azərbaycan Respublikasının dünyanın azad, demokratik, maddi və mənəvi baxımdan zəngin dövlətləri sırasında öz layiqli yerini tutmasına hesablanmış milli siyasətin nəticəsi olaraq xalqımız artıq dünyanın bütün coğrafi məkanlarında tanınır və sevilir. Azərbaycan xalqının yüksək mədəniyyəti onun sivil dünyaya inteqrasiyasına, humanitar yaxınlaşmasına xidmət edir. Ölkə rəhbərliyinin bu sahədə hərtərəfli inkişaf üçün göstərdiyi diqqət və qayğı, qəbul etdiyi qərarlar bir daha təsdiqləyir ki, dövlətimiz xalqın dünyada layiq olduğu səviyyədə təmsil olunması üçün hər cür şərait yaradır.
- Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətində də vacib tədbirlər reallaşdırılır. Bu sahədə mövcud vəziyyəti, bu dəyərlərin dövlət quruculuğu prosesindəki rolunu necə qiymətləndirirsiniz?
- Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
Tarixdən məlumdur ki, öz soykökünə, tarixinə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmuş və tarix səhnəsindən birdəfəlik silinmişlər. Hər hansı bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir. Bizim milli dəyərlərimizin qorunması və inkişafı Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dünyada heç bir dövlət başçısı, heç bir siyasi lider quruculuğu və idarəçiliyi ilə yanaşı, milli ideologiyanın mühüm və əsas istiqamətlərinin müəyyənləşdirilməsi, bu sahədə yeni mükəmməl elmi konsepsiyanın yaradılması, onun həyata keçirilməsi sahəsində Ulu öndərimiz qədər şəxsi əzmkarlıq göstərməmişdir. Ziyalılarımızın milli tərəqqi prosesində rolunu azaltmadan qeyd etməliyik ki, dahi rəhbər milli dəyərlər uğrunda mübarizənin önündə həmişə Özü gedir və milli ziyalılarımızı da bu istiqamətdəki fəaliyyətə səfərbər edirdi. Ulu öndər hətta rəsmi sərəncamlarla, xüsusi qərarlarla böyük milli-mədəni abidələrimizin fiziki və mənəvi cəhətdən bərpasına, milli yaddaşın, milli köklərə qayıdışın sürətləndirilməsinə istiqamət verirdi.
Ümummilli liderimiz milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğuları ilə yanaşan Ulu öndər deyirdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Bu gün hər bir məsələdə Ulu öndərin ideyalarını meyar kimi görən ölkə başçısının milli dəyərlərin qorunması, inkişaf etdirilərək gələcək nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir. Bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilmişdir. Ölkə başçısı xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Dövlət siyasətində hər bir azərbaycanlının, hər şeydən əvvəl, öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli dəyərlərini qoruması önə çəkilir. “Gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli mentalitet ərməğan edilməlidir” prinsipi əsas götürülür. Ölkə Prezidentinin milli ideologiyaya dair baxışları Onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Görülən bu işlər, sadəcə, qayğı və diqqət nümunəsi olmaqla məhdudlaşa bilməz. Bütün bunlar qədimlərdən bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, Azərbaycançılıq məfkurəsinin, milli dəyərlər sisteminin bütün dünyada təbliği və qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir. Bu yolda Heydər Əliyev Fondunun milli dəyərlərimizin qorunması və təbliğ edilməsi istiqamətindəki geniş fəaliyyətini xalqımız böyük minnətdarlıqla qarşılayır.
- Mədəniyyət sahəsində mövcud qanunvericilik haqqında nə deyə bilərsiniz?
- Azərbaycan Respublikasının Prezidenti Ulu öndərin mədəniyyət sahəsində başladığı islahatları uğurla davam etdirərək milli mədəniyyətimizin qorunması, təbliği istiqamətində daha böyük nailiyyətlərə imza atdı. İlk növbədə, mədəniyyət siyasətinin həyata keçirilməsinin ən əsas vasitələrindən biri olan hüquqi cəhətdən mükəmməl, dünya standartlarına uyğun və milli dəyərləri nəzərə alan qanunların hazırlanmasına ciddi diqqət yetirilmişdir. Bu günə kimi bir sıra qanunlar, o cümlədən “Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Turizm haqqında”, “Muzeylər haqqında”, “Memarlıq fəaliyyəti haqqında” qanunlar və bir çox digər qanunlar Milli Məclisdə qəbul edilmiş və ölkə Prezidenti tərəfindən təsdiqlənmişdir.
Azərbaycan dövləti mədəniyyət sahəsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, o cümlədən “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında”, “Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında”, “Arxeoloji irsin qorunması haqqında” konvensiyalara qoşulmuşdur. BMT, MDB, GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, UNESCO, Dünya Turizm Təşkilatı, TÜRKSOY, İSESCO və digər beynəlxalq qurumlar vasitəsilə Azərbaycan mədəniyyəti dünyada təbliğ edilir, eyni zamanda, dünya mədəni sərvətlərinin ölkəmizdə tanıdılması sahəsində əhəmiyyətli proqramlar həyata keçirilir. Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusilə böyük xidmətləri vardır.
- Ülviyyə xanım, bu gün Azərbaycan dinamik inkişaf edir. Bu inkişaf regionlarda da böyük vüsət alıb. Bu mənada, təmsil etdiyiniz Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı haqqında da fikirlərinizi bilmək istərdik...
- Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının bu gün müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində qazanılmış uğurların miqyası və əhatə dairəsi xeyli genişlənmişdir.
Ötən dövr ərzində ölkə iqtisadiyyatının inkişafının müxtəlif istiqamətlərinin vahid dövlət proqramları çərçivəsində tənzimlənməsi, iqtisadi inkişafın sürətləndirilməsi, sosial-iqtisadi inkişafda regionların rolunun yüksəldilməsi, iqtisadiyyatın sahələrinin və regionların kompleks inkişafının təmin edilməsi nəticəsində əhalinin rifah halının və həyat standartlarının təkmilləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.
Qeyd olunan ümumi inkişaf fonunda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı və sosial həyatı özünəməxsusluğu ilə fərqlənir. İşğalçı Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində ölkənin əsas hissəsindən ayrı düşərək iqtisadi və nəqliyyat əlaqələri baxımından blokada şəraitində yaşamağa məhkum olunmuş muxtar respublika mövcud çətinliklərə baxmayaraq, Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq prosesində fəal iştirak edir.
Blokada, çətinliklər, quruculuq və inkişaf. Bunlar qədim Naxçıvan torpağının yeni tarix səhifəsindəki ən iri başlıqlarıdır. Hər biri bir kəlmə olsa da, onların arxasında blokada çətinliklərindən yeni imkanların yaradılmasınadək, dağılmış iqtisadiyyatdan güclü iqtisadiyyatın qurulmasınadək, enerji asılılığından enerji təhlükəsizliyinin təmin olunmasınadək, çörək növbələrindən ərzaq təhlükəsizliyinədək və adlarını sadalamadığımız bir çox vəzifələr və onları reallığa çevirən gərgin zəhmət dayanır. İnkişafın yeni mərhələsinə qədəm qoyan Naxçıvanda blokada xofu tarixə çevrilmiş və yeni bir eranın - quruculuq və inkişaf dövrünün əsası qoyulmuşdur. Məhz bu illər ərzində təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da nümunə kimi göstərilən inkişafın Naxçıvan modeli yaradılmışdır.
Bəlkə də, ötən əsrin ağrılı-acılı günlərini yaşayan orta və yaşlı nəslin nümayəndələrinə desəydilər ki, vaxt gələcək Naxçıvanda Günəş Elektrik Stansiyası tikiləcək, daimi işıq, qaz, su, dayanıqlı rabitə xidməti yaradılacaq, beynəlxalq səviyyəli yollar salınacaq, ən ucqar kənddə belə müasir məktəblər istifadəyə veriləcək, ərzaq təhlükəsizliyi və məşğulluq problemi öz həllini tapacaq, onlar, sadəcə, bu deyilənlərin xəyalını qurardılar. Ancaq inkişafın Naxçıvan modeli təsdiq etdi ki, əzmkarlıq, xalq və vətən sevgisi qarşısıalınmaz qüvvədir. O qüvvə ki, xəyalını belə çətinliklə qurduğumuz işləri reallığa çevirmişdir. Bir anlığa dönüb geriyə baxanda, müstəqillik illərimizin ilk dövrlərindən başlayaraq Naxçıvanın yaşadığı imtahan dolu çətin günlərin arxada qaldığını görəndə hər günün nə qədər mənalı və zəngin olduğu gözlər önündə canlanır.

 
  • Oxunub:  12030  |  
  • Tarix:  14-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar
20 Mart 11:51
İsveçrədə Novruz bayramı sevinci yaşanıb
20 Mart 11:49
Prezident: Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir
20 Mart 11:45
“İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin təqdimatı olub
20 Mart 11:43
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20 Mart 11:40
“Azərxalça”nın filiallarında Novruz şənlikləri keçirilib
20 Mart 11:37
Prezident: Cənub Qaz Dəhlizinin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək
20 Mart 11:36
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20 Mart 11:34
Novruz bayramı - ortaq mənəvi dəyər kimi
20 Mart 11:33
Prezident İlham Əliyev: Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub
20 Mart 11:31
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bayram tədbiri keçirilib
20 Mart 11:29
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki
20 Mart 11:15
Baş nazirin müavini Əli Əhmədov Bilgəhdəki sosial xidmət müəssisəsində keçirilən bayram tədbirində iştirak edib
20 Mart 11:14
Akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bodli Kitabxanasının yaradıcısının şərəfinə təşkil edilən təntənəli qəbulda iştirak edib
20 Mart 11:13
Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri keçirilib
20 Mart 11:12
Əli Həsənov: Bob Woodwardın “Fear: Trump in the White House” kitabında yayılan məlumat yalan və saxtadır
20 Mart 11:12
“Araşdırmaq lazımdır ki, burada yanğın törətmə əməli olub, ya yox”
20 Mart 11:11
Bundestaqda Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri ilə bağlı növbəti simpozium keçirilib
20 Mart 11:09
Əli Əhmədov: Əfv Sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin daha bir nümunəsidir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA