Ana səhifə »  Müsahibə »  Azərbaycanda qadın hüquqlarının qorunması üzrə mükəmməl milli qanunvericilik bazası yaradılıb
A+   Yenilə  A-
Azərbaycanda qadın hüquqlarının qorunması üzrə mükəmməl milli qanunvericilik bazası yaradılıb

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı www.yap.org.az saytına müsahibə verib:
- Aqiyə xanım, hər bir cəmiyyət üçün ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi xüsusi əhəmiyyətə malik məsələlər sırasında yer alır. Azərbaycanda bu istiqamətdə həyata keçirilən siyasəti necə qiymətləndirirsiniz?
- Müasir dövrdə sosiallaşmanın əsas təkanverici qüvvəsi ailədir. Ailə milli-mənəvi dəyərlərin daşıyıcısı olmaqla yanaşı, cəmiyyətin sağlamlığı və inkişafını təmin edən mühüm institutlardan biridir. Milli dəyərlərin mühafizə edildiyi və intellektual inkişaf səviyyəsinin yüksək olduğu cəmiyyətlərdə ailə institutunun qorunması istiqamətində ardıcıl, məqsədyönlü və sistemli işlər görülür. Ailənin sağlam formalaşması və cəmiyyətə normal adaptasiya və inteqrasiyasında psixoloji, ideoloji və sosioloji, müəyyən mənada dini təsirlərin, həmçinin kənar müdaxilənin olması əksər hallarda müxtəlif maneələrə səbəb olur. Bunlar isə xüsusilə də qloballaşma şəraitində bir çox problemlərə səbəb olur. Ona görə də bu məsələ ilə bağlı geniş maarifləndirmə, təbliğat işləri aparılmalıdır.
Azərbaycanda sağlam ailə institutunun qorunması, bu milli dəyərin gələcək nəsillərə ötürülməsi üçün maarifləndirici xarakterli təbliğat işləri davamlı olaraq aparılır. Cəmiyyətdə ailə institutunun yerinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər ailənin müdafiəsini və ona dövlət qayğısını göstərir. Ümumiyyətlə, Azərbaycanda ailəyə, qadına, ağsaqqala, ağbirçəyə hörmət mühüm və milli dəyərlərimizə xas mental davranışlardandır. Bu, cəmiyyətin inkişafı ilə yanaşı, ailə institutunun sağlamlığının təmin olunması və qorunmasına mühüm töhfələr verir. Ailə inkişaf etdikdə ailə münasibətləri çoxplanlı olur. Ailə münasibətlərinə təsir edən bir çox amillər var. Bu münasibətlərin korlanması cəmiyyətə birbaşa təsir edir. Əsas məsələ münasibətlərin düzgün, vaxtında təhlil edilməsi, aradan qaldırılması üçün adekvat yol və vasitələrin tapılmasıdır. Ölkəmizdə ailə, qadın və uşaq məsələləri ilə bağlı mükəmməl qanunvericilik var. Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamları ilə təsdiq edilən “Azərbaycan: 2020” Gələcəyə Baxış İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri, həmçinin Strateji Yol Xəritələri ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların, uşaqların hüquqlarının müdafiəsi üçün davamlı və məqsədyönlü tədbirlərin həyata keçirilməsi üçün normativ əsasları təkmilləşdirmişdir. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” və bir sıra digər Dövlət proqramları təsdiq edilib, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə müvafiq dəyişiklik edilib. Bütün bunlar indiki və gələcək nəsillərin sağlamlığına xidmət edən mütərəqqi addımlardır. Bunlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunlar qəbul edilib.
Bütövlükdə isə, ailə münasibətlərinin bütün çalarlarını qanunla tənzimləmək mümkün deyil. Çünki hər bir ailənin öz qanun və qaydaları var. Ona görə də bu prosesdə cəmiyyət bütövlükdə fəal olmalıdır. Ümumiyyətlə, şəxsiyyətin formalaşmasında ailənin rolu həlledicidir. Azərbaycan ailə mədəniyyətinin zəngin nümunələri ilə dünyada tanınan ölkələrdəndir. Yaşlılara, qadınlara, analara və uşaqlara qayğı - bizim xalqın ən gözəl xüsusiyyətlərindəndir.
Azərbaycan uşaq hüquqları ilə bağlı bütün beynəlxalq sənədlərə qoşulub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində uşaqların hüquqları pozulub. Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlardan 300 mindən çoxu uşaqlardır. Yəni bu gün 300 min uşaq qaçqın və məcburi köçkün həyatı yaşayır. Dünya ictimaiyyəti bu vəziyyətə münasibət bildirməli, uşaqların da doğma torpaqlarında yaşamaq hüququ bərpa edilməlidir.
Bütövlükdə, Azərbaycanda uğurlu ailə qadın və uşaq siyasəti həyata keçirilir. Bu siyasət ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm nəticələrin əldə olunmasını şərtləndirir.
- Gender bərabərliyinin təmin olunması ilə bağlı görülən tədbirlər qadınların hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu barədə nə deyə bilərsiniz?
- Qloballaşma prosesi fonunda qadınların hüquqlarının qorunması cəmiyyətin inkişafında mühüm yer tutur. Bu məsələ bütün bəşəriyyət üçün aktuallıq kəsb edir. Təəssüflər olsun ki, dünyanın bir çox yerində hələ də milyonlarla qadın fiziki, psixoloji, iqtisadi və cinsi zorakılıqdan əziyyət çəkir. Zorakılığın hər bir növü qəbuledilməz və dözülməzdir. Bu baxımdan, dünya ictimaiyyəti bu məsələyə həssas yanaşmalı, gender siyasətinin tənzimlənməsi və zorakılıqla mübarizədə effektiv nəticələr əldə etmək üçün təşəbbüslər ortaya qoyulmalıdır.
Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi baxımından da nümunə təşkil edir. Ölkəmizdə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qəbul olunub. Bəhs olunan məsələlər Azərbaycanın gender bərabərliyi ilə bağlı qanununda, eləcə də ölkənin siyasi həyatını tənzimləyən bir sıra digər qanunvericilik aktlarında öz əksini tapıb. Ölkəmizdə qadınların problemləri ilə məşğul olan komitə yaradılıb və neçə illərdir ki, uğurla fəaliyyət göstərir. Ümumiyyətlə, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan qadın hüquqlarının qorunması üzrə bütün mühüm beynəlxalq sənədlərə qoşulub və mükəmməl milli qanunvericilik bazası yaradılıb. Azərbaycanda kişi və qadınlar arasında qeyri-bərabərlik iqtisadi, sosial, eləcə də siyasi həyatın bütün sahələrində hüquqi nöqteyi-nəzərdən aradan qaldırılıb.
Bir məqamı xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanda uğurlu gender siyasətinin əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə qadın şəxsiyyətinin önəmini yüksək qiymətləndirib. Hələ Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi 1970-1980-ci illərdə ölkənin sosial-mədəni həyatında qadınların rolu xeyli artıb. Bu sahədə işləyən qadınların ümumi sayında müəllimlər 47 faiz, həkimlər 60 faiz, tələbələr 43 faiz, elmi işçilər 37 faiz təşkil edirdi. Bu dövr yetişən ziyalılar içərisində Azərbaycan qadınlarının xüsusi çəkisi olub. Dövlət müstəqilliyini bərpa etdikdən sonra da Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması üzrə çox mühüm addımlar atılıb, müvafiq qərarlar qəbul olunub. Bu qərarların müəllifi yenə də Ulu öndər Heydər Əliyev olub. 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” Sərəncam imzalanıb. Heydər Əliyevin 6 mart 2000-ci il tarixdə “Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında” 289 saylı Fərmanında qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması, qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi məqsədi ilə onların münasib işlə təmin edilməsi proqramının hazırlanıb həyata keçirilməsi, qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavələr edilməsi üçün təkliflər irəli sürülməsi haqqında tapşırıqlar verilməsi xüsusi olaraq qeyd edilməlidir. 2000-ci ilin ilk aylarında Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı hazırlanıb. Fəaliyyət Planında qadınlara qarşı zorakılığın bütün formalarının, qadın ticarəti, istismarının qarşısının alınması məsələlərinə ayrıca bir bölmə həsr edilib. Sənəddə qadın hüquqlarının pozulmasında təqsirkar şəxslərə qarşı qanunla nəzərdə tutulan qaydada məsuliyyətə cəlb etmə də daxil olmaqla müvafiq ölçülərin götürülməsi nəzərdə tutulur.
Hazırda Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gender siyasəti uğurla davam etdirilir. Azərbaycan hökuməti genderin təşviqi sahəsində BMT, ATƏT/DTİHB (Demokratik Təsisatlar və İnsan Haqları Bürosu), AŞ kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Həyata keçirilən məqsədyönlü işlər qadın hüquqlarının qorunmasını təmin etməklə yanaşı, qadınların ictimai fəallığının artırılmasına da töhfələr verir.
- Yeri gəlmişkən, cəmiyyətimizdə qadınların ictimai və siyasi fəallığının artırılmasına yönəlik tədbirlərin əhəmiyyəti barədə nə söyləmək olar?
- Ölkəmizdə qadınlar cəmiyyət həyatının müxtəlif sahələrində - ictimai, siyasi, mədəni, hüquqi, sosial, təhsil, iqtisadi və digər sahələrdə uğurla təmsil olunur və yüksək fəallıq nümayiş etdirirlər. Əslində, bu, Azərbaycan xalqının əsrlər boyu yaşatdığı mühüm ənənələrdən biridir. Məlumdur ki, tariximizin, mədəniyyətimizin, incəsənətimizin bir çox parlaq səhifələri məhz Azərbaycan qadınının adı ilə bağlıdır. Qadınlarımız tarixin müxtəlif dövrlərində bir çox sahələrdə müvəffəqiyyətlə təmsil olunaraq səmərəli, uğurlu nəticələr əldə ediblər, Azərbaycan xalqının istedadı və potensialını nümayiş etdiriblər. Təqdirəlayiq haldır ki, bu gün də bütün fəaliyyətini xalqımızın, dövlətimizin inkişafına həsr edən belə işgüzar, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı qadınlarımız var. Bu mənada, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı qadın üçün nümunə və iftixar mənbəyidir. Bu gün adı cəmiyyətimizdə xeyirxahlıq, insanlara kömək, nəciblik, alicənablıq məzmunu ilə uzlaşdırılan Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artmasında, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsində rolu böyükdür. Mehriban xanım Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır. Çünki onun humanitar, elm, təhsil sahələrində həyata keçirdiyi tədbirlər həm Azərbaycanda, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir, eyni zamanda, qadınların cəmiyyətdəki rolunun artırılmasına dəstəkdir.
- Aqiyə xanım, cəmiyyətin inkişafını təmin edən mühüm amillərdən biri də təhsilin müasir tələblər və çağırışlara müvafiq surətdə inkişaf etdirilməsidir. Ölkəmizdə bu sahədə həyata keçirilən kompleks tədbirlərin önəmi nədən ibarətdir?
- Çağdaş dövrdə qloballaşan dünyanın çağırışlarına uyğun olaraq təhsil sisteminin yeni, daha yüksək səviyyəyə qaldırılması, təhsilin keyfiyyətinin artırılması modern inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycanın başlıca strateji hədəflərindəndir. Sürətli tərəqqi yolunda olan respublikamızda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni hədəflərin müəyyənləşdirilməsi və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması prioritet vəzifə kimi qarşıda durur. Respublikamızın inkişaf konsepsiyasına uyğun olaraq “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda davamlı, dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin edən, insan kapitalının inkişafına önəm verən, insan resurslarının yetişdirilməsini və idarəedilməsini reallaşdıran müasir təhsil sisteminin yaradılması ön plana çəkilir. Bu konseptual sənəddə ölkəmizdə beynəlxalq standartlara cavab verən təhsil sisteminin inkişaf istiqamətləri, başlıca hədəfləri dəqiq müəyyənləşdirilib, təhsil işçiləri qarşısında yeni vəzifələr qoyulub. Bununla yanaşı, müstəsna əhəmiyyət kəsb edən müvafiq Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması istiqamətində genişmiqyaslı işlər görülüb və mühüm nəticələr əldə olunub. Qarşıdakı dövrdə isə təhsil sisteminin yeniləşməsinə, müəllim nüfuzunun artmasına, cəmiyyətdə kreativ təhsil düşüncəsinin formalaşmasına, insan kapitalının inkişafına təkan verəcək, ölkəmizin iqtisadi inkişafının davamlı və dayanıqlı olmasını təmin edəcək tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

 
  • Oxunub:  10680  |  
  • Tarix:  07-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Qafqaz zubrları Azərbaycan təbiətinə qaytarılır

23 May 10:27
Ermənistan ordusu atəşkəs rejimini 21 dəfə pozub
23 May 10:20
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin qastronomiyası təqdim olunub
23 May 10:17
ABŞ Konqresində Trans-Xəzər regionu ilə bağlı xüsusi brifinq keçirilib
23 May 10:13
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisinin açılış mərasimində iştirak edib
23 May 10:09
Cənubi Karolina ştatının qubernatoru ADR-in 101-ci ildönümü və Azərbaycan diplomatik xidmətinin 100 illiyi münasibətilə rəsmi bəyannamə imzalayıb
23 May 09:57
Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir
23 May 09:53
ADA Universiteti və Rusiya Elmlər Akademiyası gənc alimlərin yetişdirilməsində əməkdaşlıq etməyi planlaşdırır
23 May 09:50
Akademik Akif Əlizadə: Rusiya Elmlər Akademiyası ilə saziş Azərbaycan elmi üçün prioritet istiqamətlər açır
23 May 09:43
Novruz Quliyev: Ekoloji tarazlığın qorunması dövlətimizin siyasətinin prioritetləri sırasındadır
23 May 09:40
“Made in Azerbaijan 2019” müsabiqəsinin qalibləri müəyyənləşib
23 May 09:39
“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib
23 May 09:35
Ermənistanda yenidən çevriliş ola bilər
23 May 09:33
Reneqatların, zombilərin ümidinə qalan Əli Kərimlinin miskin sonu...
23 May 09:31
Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək göstərir
23 May 09:26
Azercell-in dəstəyi ilə Quba məktəbliləri üçün kibertəhlükəsizlik mövzusunda təlimlər təşkil olunub
23 May 09:22
Regionlarda turizmin inkişafı istiqamətində layihələr həyata keçirilir
22 May 22:56
MÜSİAD-ın Azərbaycandakı şöbəsi Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edib
22 May 22:29
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
22 May 22:26
Dezinformasiyaların ortaya atılması məqsədyönlü xarakter daşıyır
22 May 21:19
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22 May 21:16
“Azərbaycan Dəmir Yolları” Avroliqanın final oyunu ilə bağlı tədbirlər planı hazırlayıb
22 May 21:13
Müdafiə naziri düşmənin təxribat cəhdlərinin qarşısının alınması barədə tapşırıq verib
22 May 21:10
DİN-in fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulması üçün ardıcıl addımlar atılır
22 May 21:00
Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun inşasına başlanılıb
22 May 20:54
Prezident İlham Əliyev Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak edib
22 May 20:52
Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib
22 May 20:49
Azərbaycanın Xarici İşlər naziri BMT-nin İnkişaf Proqramının yeni rezident nümayəndəsi ilə görüşüb
22 May 20:35
Britaniya portalı AFFA-nın Mxitaryanın qərarı ilə bağlı mövqeyini əks etdirən məqalə yayıb
22 May 17:49
Ermənistanda keçmiş hərbçilərin vəziyyəti acınacaqlıdır
22 May 17:38
Eldar İbrahimov: Azərbaycan ərzaq təhlükəsizliyinə ölkənin milli təhlükəsizliyinin vacib bir komponenti kimi daim böyük önəm verir
22 May 17:34
Azər Badamov: Ölkəmizdə regionların sosial-iqtisadi inkişaf siyasəti uğurla həyata keçirilir
22 May 17:31
Tahir Rzayev: Sənayenin inkişafına dair proqramların icrası nəticəsində regionlarda sənayeləşmə prosesi geniş vüsət alıb
22 May 17:27
YAP Suraxanı rayon təşkilatında qanvermə aksiyası təşkil olunub
22 May 17:26
Sona Əliyeva: Öz partiyasında siyasi nüfuzu olmayan Əli Kərimlinin hakimiyyət iddiaları gülüncdür
22 May 17:24
Səfir: Qazaxıstan-Azərbaycan qardaşlıq münasibətləri ölkənin yeni rəhbərliyi dövründə də dinamik inkişaf edəcək
22 May 17:22
Tovuzda ikigünlük konfrans işini “Dini radikalizmlə mübarizə və maarifləndirmə” adlı panellə davam etdirib
22 May 17:16
YAP Sabirabd rayon təşkilatı Gənclər Birliyinin IV hesabat seçki konfransı keçirilib
22 May 17:13
Vergi Məcəlləsinə dəyişikliklər ölkə iqtisadiyyatının inkişafına və əhalinin rifah halının yaxşılaşmasına yönəlib
22 May 16:58
"Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi" layihəsi çərçivəsində "dəyirmi masa" keçirilib
22 May 16:53
“Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri”: Layihənin növbəti dayaq nöqtəsi Gəncə olub
22 May 16:37
Mətyu Brayzə: Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir
22 May 16:26
KİVDF-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 May 16:23
İlahiyyat İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir
22 May 16:09
Hikmət Babaoğlu: İntellektual baxımdan Azərbaycan cəmiyyəti yetkinləşir
22 May 16:06
Hərbi birlikdə komandir müavinləri üçün seminar təşkil olunub
22 May 16:01
DSMF-də sosial təminat sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib
22 May 15:57
Bu gün bioloji müxtəliflik günü ilə əlaqədar Azərbaycanın bütün milli parklarında “açıq qapı” günü keçirilir
22 May 15:55
Vergilər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb
22 May 15:53
Cavid Osmanov: Bölgələrdə bütün infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur
22 May 15:46
Beynəlxalq səviyyədə akkreditasiya olunan proqramlar üzrə təhsil almış abituriyentlərin ali məktəblərə müsabiqədənkənar qəbulu Şərtləri təsdiqlənib
22 May 15:40
Deputat: Azərbaycanda həyata keçirilən islahatlar vətəndaşların rifahının daha da yaxşılaşmasına xidmət edir
22 May 15:21
Qafqaz zubrları Azərbaycan təbiətinə qaytarılır
22 May 15:09
Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və nümayəndələri ilə görüş olub
22 May 15:06
“Azərxalça” ASC-nin Lənkəran filialında səkkiz aya 170 xalça toxunub
22 May 15:00
Sahibkarlarla turizm sahəsinin inkişafına dair müzakirələr aparılıb
22 May 14:55
Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib
22 May 14:51
Dörd ayda dəniz nəqliyyatı ilə 218,5 milyon dollarlıq yük daşınıb
22 May 14:42
Ruslan Quliyev: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır
22 May 14:37
Yüksək Texnologiyalar Parkında İsrail nümayəndələri ilə görüş keçirilib
22 May 14:30
Sabah paytaxtda 27 dərəcə isti olacaq
22 May 14:21
Məmməd Araz Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb
22 May 14:16
Müdafiə Nazirliyi: Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb
22 May 14:15
“The National Interest” jurnalında Cənub qaz dəhlizinin əhəmiyyəti və Transxəzər qaz kəmərinin imkanları barədə məqalə dərc edilib
22 May 14:07
Hərbi hissədə görüş keçirilib
22 May 14:05
Əməliyyat-taktiki təlimləri çərçivəsində səhra şəraitində təminat məntəqələri yaradılıb
22 May 13:59
İcma rəhbəri: Qarabağdakı xristian-katolik və pravoslav kilsələri erməniləşdirilir
22 May 13:56
Avroliqanın final oyunu ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
22 May 13:07
“The Jakarta Post” qəzeti Ramazan ayının Azərbaycanda necə keçirilməsindən yazıb
22 May 13:00
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
22 May 12:52
Daşkənddə Heydər Əliyevin xatirəsinə həsr olunan “Ayrılarmı könül candan-Azərbaycan!” adlı konsert keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +27
gecə+16 +18