Ana səhifə »  Müsahibə »  Qəbul olunan qərarlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir
A+   Yenilə  A-
Qəbul olunan qərarlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli www.yap.org.az saytına müsahibə verib:
- Hadi müəllim, dünyada baş verən mürəkkəb proseslər nəticəsində bir çox ölkələr maliyyə-iqtisadi böhranla üzləşiblər. Təbii ki, bu proseslər regionumuza da təsirsiz ötüşməyib. Bütün bunların fonunda Azərbaycanın sosial-iqtisadi cəhətdən inkişafını şərtləndirən əsas amillər nədən ibarətdir?
- Ümumiyyətlə, qlobal böhran beynəlxalq aləmdə, bütün ölkələrin sosial-iqtisadi durumunda özünü bir sıra mənfi tendensiyalarla büruzə verir. Amma Azərbaycanda həyata keçirilən düşünülmüş, mütərəqqi siyasət nəticəsində bu böhranın ölkəmizə təsiri cüzi olub. Reallaşdırılan islahatlar nəticəsində son bir neçə ildə sosial-iqtisadi inkişaf proseslərində mühüm nəticələr əldə edilib. Başlıca məqsəd Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi, əmək tutumlu iş yerlərinin yaradılması, bank-kredit, maliyyə-investisiya sisteminin təkmilləşdirilməsi, hüquqi bazanın bugünkü reallıqlara uyğunlaşdırılması və digərləridir.
Mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Hesab edirəm ki, iqtisadi inkişafın yeni mərhələsi nəticəsində əldə olunan nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verəcək.
- Bütövlükdə, Azərbaycanda həyata keçirilən sosial siyasətin səciyyəvi xüsusiyyətlərini necə izah edərdiniz?
- Əhalinin yüksək rifahının təmin olunmasına yönəldilmiş konkret tədbirlər sistemi olan sosial siyasət mürəkkəb struktura malik olmaqla çoxcəhətli prosesdir. Bu siyasətin hər hansı bir göstəricisini əsas götürərək bütövlükdə cəmiyyətin inkişafı barədə fikir yürütmək olar. Hər bir cəmiyyət öz inkişafına uyğun olaraq sosial siyasəti formalaşdırır və bu siyasətin həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir. Baş verən ictimai, iqtisadi və digər inkişaf reallıqları sosial siyasətin məzmununun, mahiyyətinin zənginləşməsində böyük əhəmiyyət kəsb edir.
Sosial siyasətin qarşısına qoyulmuş məqsədlərə nail olmaq üçün onun həyata keçirilməsi mexanizminin böyük əhəmiyyəti var. Bu mexanizmin əsas elementi iqtisadiyyatı inkişaf etdirməkdir. Çünki iqtisadiyyatda uğur qazanmadan, yüksək maliyyə imkanlarına nail olmadan sosial siyasəti lazımi səviyyədə inkişaf etdirmək mümkün deyil. Azərbaycanda Ulu öndər Heydər Əliyevin müəllifi olduğu sosial siyasət cəmiyyətin hər bir fərdini əhatə edir. Bu gün aztəminatlı ailələrə, müharibə veteranlarına və əlillərinə mənzillərin və avtomobillərin verilməsi, əlillərin reabilitasiyası, ailə, qadın və uşaq problemlərinə yüksək diqqət, əhalinin məşğulluğunun təmin edilməsi, uğurlu gənclər siyasəti, cəmiyyətin hər bir stratının mənafeyinin nəzərə alınması Ulu öndər Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra dövlətin iqtisadi imkanlarına uyğun olaraq vüsət almağa başladı. O cümlədən yoxsulluğun aradan qaldırılması üçün mühüm işlər görüldü. Ünvanlı sosial yardım mexanizminin tətbiqi nəticəsində əhalinin adambaşına düşən orta aylıq gəlirləri davamlı olaraq artmaqdadır.
Artıq 12 ildir ki, əhalinin imkansız təbəqələrinə ünvanlı sosial yardımlar verilir. Bu da minlərlə ailənin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub. Bilirsiniz ki, ünvanlı sosial yardımların verilməsi qaydaları təkmilləşdirilir və bu sahədə neqativ halların aradan qaldırılması üçün tədbirlər görülür. Bu məqsədlə yardımların verilməsində məmur-vətəndaş ünsiyyətini minimuma endirmək üçün elektron sistem tətbiq olunur.
- Fevralın 9-da Azərbaycan Prezidenti tərəfindən “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam imzalanıb. Bu Sərəncamın əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...
- Azərbaycan Prezidentinin bu Sərəncamı pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində növbəti addımdır. Hesab edirəm ki, Sərəncam bütövlükdə əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin uğurlu davamıdır. Bilirsiniz ki, ölkəmizdə 2006-cı il yanvarın 1-dən beynəlxalq standartlara uyğun müasir sığorta-pensiya sisteminin tətbiqi ilə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə başlanılıb. Sığorta-pensiya sistemində növbəti islahat tədbiri kimi, “Əmək pensiyaları haqqında” qanuna edilmiş və 2017-ci il iyulun 1-dən tətbiqinə başlanılan mütərəqqi dəyişikliklər bu sistemin tam sığorta prinsipləri üzərində formalaşmaqla uzunmüddətli və etibarlı maliyyə dayanıqlığına, bazar iqtisadiyyatı şəraitində sosial rifah tələblərinə uyğun layiqli pensiya təminatı imkanlarının artırılmasına xidmət edib. Bu dəyişikliklər həmçinin uzun illər ölkəmizin pensiya qanunvericiliyində mövcud olmuş “əmək pensiyasının baza hissəsi” anlayışının aradan qalxmasına, pensiyaların baza və sığorta hissələrinin birləşdirilərək vahid məbləğ kimi müəyyən edilməsinə səbəb olub. Xatırladım ki, əvvəllər hər ilin əvvəlində əmək pensiyalarının yalnız sığorta hissəsi əvvəlki ilin rəsmi inflyasiya göstəricisi əsasında artırılırdı. Amma cari ildən isə əmək pensiyalarının ümumi məbləğinin ölkə üzrə orta aylıq əməkhaqqının əvvəlki ildəki artım faizinə uyğun indeksləşdirilərək artırılması mexanizminə keçilir. Bu tədbir isə pensiyaçı vətəndaşların sosial maraqlarının daha tam şəkildə təmin olunmasına imkan verir.
2017-ci ildə ölkəmizdə orta aylıq nominal əməkhaqqının illik artım tempi 5,7 faiz səviyyəsində müəyyən edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızda əmək pensiyalarının ümumi məbləğinin də 2018-ci il yanvarın 1-dən hesablanaraq həmin göstəriciyə uyğun, yəni 5,7 faiz artırılması təmin ediləcək. Artıq bu yöndə müvafiq tədbirlər həyata keçirilir.
Rəsmi məlumatlara əsasən, 1 yanvar 2018-ci il vəziyyətinə görə ölkədə 1 milyon 318 min 434 nəfər əmək pensiyası alır. Dövlət başçısının sözügedən Sərəncamına əsasən əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunacaq. Hesab edirəm ki, bu qərar ölkəmizdə uğurlu sosial siyasətin göstəricisidir və bu siyasət davamlı xarakter daşıyır.
- Hadi müəllim, fevralın 13-də Milli Məclisin iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul olundu. Belə bir qanunun hazırlanmasına zərurət nədir?
- Bildiyimiz kimi, qüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 25 il bundan öncə qəbul olunub. 2008-ci ildə Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının “Əlillərin hüquqları haqqında” Konvensiyasına və bu sənədin Fakültativ protokoluna müvafiq bəyanatla qoşulmaqla orada təsbit olunmuş prinsiplərə sədaqətli olduğunu nümayiş etdirib. Qüvvədə olan bu qanunun qəbul olunduğu dövrdən uzun müddət keçməsi ilə əlaqədar əlilliyi olan şəxslərin hüquqları sahəsində qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması zərurəti yaranıb. Zaman və mövcud reallıqlar yeni qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu özü göstərdi və bunun üçün “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi BMT-nin, Avropa beynəlxalq təşkilatlarının, əlaqədar icra strukturlarının geniş əməkdaşlığı nəticəsində son dörd il ərzində hazırlandı.
Azərbaycanda fiziki qüsurlu insanların sayı, bugünkü hesablamalara görə, təxminən 620 min nəfər təşkil edir. Bu, ölkə əhalisinin 6%-ə qədəridir. Nəzərə alsaq ki, bu faiz dünyada 10-12 civarında hesablanır və bizdə ölkə əhalisinin sayı son illər bir milyon yarıma qədər artsa belə, bu qrup insanların sayı, demək olar ki, dəyişməyib. Buradan belə bir məntiq ortaya çıxır ki, bizdə əlilliyin reabilitasiyası və qarşısının alınması istiqamətində daha ardıcıl və sistemli iş aparılır.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi çox vacib bir sferanı, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlərin fundamental prinsiplərini özündə ehtiva edən bir hüquqi sənəddir.
Bu qanunun əsas mahiyyəti əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli həyata keçirilməsini, hüquq və azadlıqlarının etibarlı qorunmasını, dövlət orqanlarının BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına uyğun fəaliyyət göstərməsini təmin etmək, habelə onların sosial və digər təminatlarının tənzimlənməsindən ibarətdir. Fikrimcə, bu sənəd istər əlilliyi olan şəxslərin hüquqlarını, istərsə də müvafiq icra hakimiyyəti orqanlarının vəzifələrini müəyyən etməklə yanaşı, onların qarşılıqlı münasibətlərini tənzimləyəcək və bu gün üçün mövcud olan boşluqları dolduracaq.

 
  • Oxunub:  11640  |  
  • Tarix:  20-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Qafqaz zubrları Azərbaycan təbiətinə qaytarılır

23 May 10:27
Ermənistan ordusu atəşkəs rejimini 21 dəfə pozub
23 May 10:20
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin qastronomiyası təqdim olunub
23 May 10:17
ABŞ Konqresində Trans-Xəzər regionu ilə bağlı xüsusi brifinq keçirilib
23 May 10:13
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisinin açılış mərasimində iştirak edib
23 May 10:09
Cənubi Karolina ştatının qubernatoru ADR-in 101-ci ildönümü və Azərbaycan diplomatik xidmətinin 100 illiyi münasibətilə rəsmi bəyannamə imzalayıb
23 May 09:57
Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir
23 May 09:53
ADA Universiteti və Rusiya Elmlər Akademiyası gənc alimlərin yetişdirilməsində əməkdaşlıq etməyi planlaşdırır
23 May 09:50
Akademik Akif Əlizadə: Rusiya Elmlər Akademiyası ilə saziş Azərbaycan elmi üçün prioritet istiqamətlər açır
23 May 09:43
Novruz Quliyev: Ekoloji tarazlığın qorunması dövlətimizin siyasətinin prioritetləri sırasındadır
23 May 09:40
“Made in Azerbaijan 2019” müsabiqəsinin qalibləri müəyyənləşib
23 May 09:39
“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib
23 May 09:35
Ermənistanda yenidən çevriliş ola bilər
23 May 09:33
Reneqatların, zombilərin ümidinə qalan Əli Kərimlinin miskin sonu...
23 May 09:31
Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək göstərir
23 May 09:26
Azercell-in dəstəyi ilə Quba məktəbliləri üçün kibertəhlükəsizlik mövzusunda təlimlər təşkil olunub
23 May 09:22
Regionlarda turizmin inkişafı istiqamətində layihələr həyata keçirilir
22 May 22:56
MÜSİAD-ın Azərbaycandakı şöbəsi Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edib
22 May 22:29
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
22 May 22:26
Dezinformasiyaların ortaya atılması məqsədyönlü xarakter daşıyır
22 May 21:19
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22 May 21:16
“Azərbaycan Dəmir Yolları” Avroliqanın final oyunu ilə bağlı tədbirlər planı hazırlayıb
22 May 21:13
Müdafiə naziri düşmənin təxribat cəhdlərinin qarşısının alınması barədə tapşırıq verib
22 May 21:10
DİN-in fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulması üçün ardıcıl addımlar atılır
22 May 21:00
Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun inşasına başlanılıb
22 May 20:54
Prezident İlham Əliyev Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak edib
22 May 20:52
Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib
22 May 20:49
Azərbaycanın Xarici İşlər naziri BMT-nin İnkişaf Proqramının yeni rezident nümayəndəsi ilə görüşüb
22 May 20:35
Britaniya portalı AFFA-nın Mxitaryanın qərarı ilə bağlı mövqeyini əks etdirən məqalə yayıb
22 May 17:49
Ermənistanda keçmiş hərbçilərin vəziyyəti acınacaqlıdır
22 May 17:38
Eldar İbrahimov: Azərbaycan ərzaq təhlükəsizliyinə ölkənin milli təhlükəsizliyinin vacib bir komponenti kimi daim böyük önəm verir
22 May 17:34
Azər Badamov: Ölkəmizdə regionların sosial-iqtisadi inkişaf siyasəti uğurla həyata keçirilir
22 May 17:31
Tahir Rzayev: Sənayenin inkişafına dair proqramların icrası nəticəsində regionlarda sənayeləşmə prosesi geniş vüsət alıb
22 May 17:27
YAP Suraxanı rayon təşkilatında qanvermə aksiyası təşkil olunub
22 May 17:26
Sona Əliyeva: Öz partiyasında siyasi nüfuzu olmayan Əli Kərimlinin hakimiyyət iddiaları gülüncdür
22 May 17:24
Səfir: Qazaxıstan-Azərbaycan qardaşlıq münasibətləri ölkənin yeni rəhbərliyi dövründə də dinamik inkişaf edəcək
22 May 17:22
Tovuzda ikigünlük konfrans işini “Dini radikalizmlə mübarizə və maarifləndirmə” adlı panellə davam etdirib
22 May 17:16
YAP Sabirabd rayon təşkilatı Gənclər Birliyinin IV hesabat seçki konfransı keçirilib
22 May 17:13
Vergi Məcəlləsinə dəyişikliklər ölkə iqtisadiyyatının inkişafına və əhalinin rifah halının yaxşılaşmasına yönəlib
22 May 16:58
"Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi" layihəsi çərçivəsində "dəyirmi masa" keçirilib
22 May 16:53
“Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri”: Layihənin növbəti dayaq nöqtəsi Gəncə olub
22 May 16:37
Mətyu Brayzə: Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir
22 May 16:26
KİVDF-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 May 16:23
İlahiyyat İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir
22 May 16:09
Hikmət Babaoğlu: İntellektual baxımdan Azərbaycan cəmiyyəti yetkinləşir
22 May 16:06
Hərbi birlikdə komandir müavinləri üçün seminar təşkil olunub
22 May 16:01
DSMF-də sosial təminat sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib
22 May 15:57
Bu gün bioloji müxtəliflik günü ilə əlaqədar Azərbaycanın bütün milli parklarında “açıq qapı” günü keçirilir
22 May 15:55
Vergilər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb
22 May 15:53
Cavid Osmanov: Bölgələrdə bütün infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur
22 May 15:46
Beynəlxalq səviyyədə akkreditasiya olunan proqramlar üzrə təhsil almış abituriyentlərin ali məktəblərə müsabiqədənkənar qəbulu Şərtləri təsdiqlənib
22 May 15:40
Deputat: Azərbaycanda həyata keçirilən islahatlar vətəndaşların rifahının daha da yaxşılaşmasına xidmət edir
22 May 15:21
Qafqaz zubrları Azərbaycan təbiətinə qaytarılır
22 May 15:09
Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və nümayəndələri ilə görüş olub
22 May 15:06
“Azərxalça” ASC-nin Lənkəran filialında səkkiz aya 170 xalça toxunub
22 May 15:00
Sahibkarlarla turizm sahəsinin inkişafına dair müzakirələr aparılıb
22 May 14:55
Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib
22 May 14:51
Dörd ayda dəniz nəqliyyatı ilə 218,5 milyon dollarlıq yük daşınıb
22 May 14:42
Ruslan Quliyev: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır
22 May 14:37
Yüksək Texnologiyalar Parkında İsrail nümayəndələri ilə görüş keçirilib
22 May 14:30
Sabah paytaxtda 27 dərəcə isti olacaq
22 May 14:21
Məmməd Araz Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb
22 May 14:16
Müdafiə Nazirliyi: Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb
22 May 14:15
“The National Interest” jurnalında Cənub qaz dəhlizinin əhəmiyyəti və Transxəzər qaz kəmərinin imkanları barədə məqalə dərc edilib
22 May 14:07
Hərbi hissədə görüş keçirilib
22 May 14:05
Əməliyyat-taktiki təlimləri çərçivəsində səhra şəraitində təminat məntəqələri yaradılıb
22 May 13:59
İcma rəhbəri: Qarabağdakı xristian-katolik və pravoslav kilsələri erməniləşdirilir
22 May 13:56
Avroliqanın final oyunu ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
22 May 13:07
“The Jakarta Post” qəzeti Ramazan ayının Azərbaycanda necə keçirilməsindən yazıb
22 May 13:00
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
22 May 12:52
Daşkənddə Heydər Əliyevin xatirəsinə həsr olunan “Ayrılarmı könül candan-Azərbaycan!” adlı konsert keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +27
gecə+16 +18