Ana səhifə »  Müsahibə »  Kamal Abdulla: Rusiya, Ukrayna, Belarus universitetləri ilə əlaqələrimizi bərpa edirik
A+   Yenilə  A-
Kamal Abdulla: Rusiya, Ukrayna, Belarus universitetləri ilə əlaqələrimizi bərpa edirik

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın APA-ya müsahibəsi:
- Bu günlərdə Rusiya, Ukrayna və Belarusun bir sıra universitetlərində görüşlər keçirmisiniz. Bu səfərin məqsədi haqqında danışmağınızı istərdik.
- Mən və universitetimizin əməkdaşları üç universitetə - Kiyev, Minsk və Moskva linqvistik universitetlərinə dəvət olunduq. Bu universitetlər çox gözəl ənənələr və strateji istiqamətlər əsasında birləşmiş universitetlərdir. Hər biri öz ölkəsində xarici dillərin, mədəniyyətlərin öyrənilməsi istiqamətində formalaşan elm və tədris mərkəzidir. Azərbaycan Dillər Universitetini bu universitetlərlə birləşdirən çox mətləblər var. Biz istədik ki, universitetlər arasında elmi əlaqələr qurmaq üçün geniş spektrli müzakirə aparaq. Müzakirə etdiyimiz ən vacib məsələlərdən biri Ulu öndər Heydər Əliyevin 95 illik yubileyinin qeyd edilməsi ilə bağlı oldu. Biz bu yubileyi böyük beynəlxalq konfrans şəklində keçirməyi nəzərdə tutmuşuq. Müxtəlif ölkələrdə - Çində, Rusiyada, Gürcüstanda, Türkiyədə, Almaniyada, Portuqaliyada, İtaliyada bu konfransın ayrı-ayrı bölmələri işləyəcək. Bölmələr öz işini bitirəndən sonra may ayının əvvəlində Bakıda təntənəli şəkildə yekun iclasa toplaşacağıq. Təşkilat komitəsinə həmin ölkələrdə bizimlə əməkdaşlıq edən universitetlərin rektorları daxildirlər. Bu arzumu və təklifimi Moskva, Kiyev və Minskdə səsləndirdikdə universitet rektorları çox böyük məmnuniyyətlə razılaşdılar. Onlar Heydər Əliyevi sevdiklərini dilə gətirdilər, Ona layiq olan konfransı öz universitetlərində keçirməyə qərar verdilər. Bu yaxınlarda həmin rektorları Bakıya dəvət edəcəyik ki, konfransla bağlı bəzi müddəaları yenidən müzakirə edək. Bakı intellektual meydançası bir-birini çoxdan görməyən insanlar üçün böyük məkandır. İnanıram ki, bu məkanda bizim hamımızı çox maraqlı strateji istiqamətlər gözləyir. Bu, bizim elm və tədrisimizin inkişafı üçün çox vacibdir.
- Niyə məhz bu universitetlər seçildi?
- Kiyev, Minsk və Moskvada yerləşən bu universitetləri çoxdan tanıyırdım, onlarla əlaqələrim var idi. İndi söhbət həmin əlaqələrin bərpasından gedir. Əməkdaşlıq təklifi daha çox onlardan gəldi. Məsələn, Kiyev Linqvistik Universitetindən məktub gəldi ki, bizdə Azərbaycan Dili Mərkəzi vaxtilə siz tərəfdən açılıb, təəssüf ki, indi fəaliyyət göstərmir. Mən sizə təəssüflə deyim ki, o mərkəzi fəaliyyətsiz vəziyyətə salanlar var. Məktubda daha sonra qeyd olunurdu ki, xahiş edirik, bizə kömək edəsiniz, mərkəzin fəaliyyətini canlandıraq. Beləliklə, Kiyevdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yenidən qurulması təmin olunacaq, Azərbaycan dilinin öyrənilməsini təmin edəcək istiqamətlər yaranacaq, Azərbaycan multikulturalizmi fənni tədris ediləcək. Eyni zamanda, kitabxana və videoteka da yaradılacaq. Bütün bunları bizim universitetimiz həyata keçirəcək. Həmin universitetdə gözəl bir guşə Azərbaycana həsr olunacaq. Ukraynalı tələbələrin Azərbaycana meyil etməsinin gözəl göstəricisi olaraq biz oranı bu şəkildə görürük. Eyni zamanda, biz Minsk Linqvistik Universiteti ilə də eyni əlaqələri quracağıq. Onlar da gözəl bir auditoriyanı Azərbaycan dili və mədəniyyəti mərkəzinə çevirmək niyyətindədirlər. Bu istiqamətdə biz onlara da köməklik edəcəyik. Bu imkanlar başqa Azərbaycan universitetləri üçün də var. Yollar açıqdır. Kim zəhmət çəkib hara gedə bilirsə, getsin. Mən bunun altını cızaraq deyirəm. Kənardan qınaqlar eşidilir ki, niyə Avropa universitetlərini qoyub bu universitetlərlə əlaqə qurmağa çalışırlar. Çox diletant yanaşmadır. Bizim Avropa universitetləri ilə əlaqələrimiz çoxdan mövcuddur. Məsələn, Almaniya, Fransa, İtaliya universitetləri ilə çox yaxın münasibətlərimiz var. Hətta Avropa olmayan İndoneziya, Amerika, Çin universitetləri ilə də əlaqələrimiz var. Bu əlaqələri biz yenə də həmin universitetlərdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin yaradılması ilə davam etdiririk. Bütün bunlar son altı ayda gördüyümüz işlərdir. Onu da qeyd etmək istərdim ki, Azərbaycan Dillər Universitetində bir çox dillərin və mədəniyyətlərin, o cümlədən Koreya, Yaponiya, İndoneziya, Çin mərkəzləri fəaliyyət göstərir.
- Deməli, indiyə qədər əlaqələrin zəif olması daha çox pedaqoji və təşkilati məsələlərlə bağlı idi?
- Sadəcə, problem birtərəfli təşkildə olub. Yəni adını çəkdiyim ölkələrin mərkəzləri Azərbaycanda yaradılıb. Amma mən istərdim ki, bununla yanaşı, onların ölkəsində də bizim mərkəzimiz yaransın. Bununla da məsələ bütövləşəcək. Məsələn, mənə Serbiya Universitetindən müraciət edirlər ki, biz Azərbaycan dili və mədəniyyəti mərkəzi açmaq istəyirik. Bizə hansı universitetdən sorğu gəlsə, onu cavabsız qoymayacağıq. Hətta gələcəkdə Azərbaycan Dillər Universitetinin tədris və qəbul planına suaxili dilini salmaq niyyətindəyik. Bu dil Afrikanın yeddi böyük ölkəsinin dilidir. Əgər müstəqil Azərbaycan ölkəsinin Dillər Universiteti varsa, biz dünyanın ən ucqar dillərini də tədris etməliyik.
- Universitetlərin ümumdünya reytinqində Dillər Universitetinin yeri necədir? Xarici ölkələrdə olanda rəhbərlik etdiyiniz universiteti digərləri ilə müqayisə edirsinizmi?
- Müqayisə edəndə görürəm ki, bizim onlardan, onların da bizdən öyrənəcəyi məqamlar var. İkinci halı təkcə mən demirəm, həmin universitetlərin rektorları deyirlər. Bizim universitetin kifayət qədər zəngin təcrübəsi var. Biz həmin təcrübənin qeyd etdiyim ölkələrə aparılmasının tərəfdarıyıq. Məsələn, Azərbaycan Dillər Universitetində İndoneziya və Koreya mərkəzi var. Nəyə görə İndoneziya və Koreyada Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi olmasın? Biz universitetdə Rusiyaşünaslıq Mərkəzi açmışıq. Rusiya bizim böyük qonşumuzdur. Bütün Azərbaycan universitetləri müxtəlif istiqamətlərdə Rusiyanı öyrənməlidir. Təəssüf ki, çox zaman biz Rusiya, Ukrayna, Belarus universitetləri ilə vaxtilə qurulmuş əlaqələrimizi də itirə-itirə gəlirik. Bunu mən sübut edə bilərəm. Mən istəyirəm ki, həmin əlaqələr bərpa olunsun, münasibətləri daha da inkişaf etdirək.
- Dillər Universitetinin tələbələri məcburi köçkün məktəblərinə təcrübəyə göndərilir. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu gün o tələbələrlə görüşdük. Universitetin tarixində ilk dəfə olaraq tələbələrimiz təkcə Bakı məktəblərinə pedaqoji təcrübəyə deyil, Azərbaycanın bir çox rayonlarında məcburi köçkün məktəblərinə təcrübəyə gedəcəklər. Tələbələrimizin gözlərində böyük işıq var idi, onlar çox sevinirlər. Uşaqlar köçkün məktəblərində təkcə dərs deməyə getmirlər, həmin məktəblərə Azərbaycan Dillər Universitetinin ab-havasını aparırlar. Eyni zamanda, biz həmin şagirdləri universitetimizə dəvət edəcəyik. Bizim professorlar həmin məktəblərdə şagirdlərlə görüşəcək, onlarla dərs keçəcəklər, onların müəllimləri bizim universitetdə təkmilləşəcəklər. Bu prosesin bizdə konseptual həlli var. Təklifimizi rayon icra başçıları da məmnuniyyətlə qarşılayıblar. Artıq bu proses başlanıb.
- Dillər Universitetinin daxili işləri ilə bağlı hər hansı planlarınız varmı?
- Dillər Universiteti mənə doğma yerdir. 1983-cü ildən mən burada kafedra müdiri vəzifəsinə irəli sürülmüşəm. Müəyyən fasilələrlə 17 il kafedra müdiri vəzifəsində çalışmışam. Bu universitetin çox böyük potensialı var. Burda köhnə iş yoldaşlarımı, həmkarlarımı gördüm. Sevindim ki, onlar hələ də iş başındadırlar. Dillər Universitetinin dəyişmələrə o qədər də ehtiyacı yoxdur. Azərbaycan təhsil sistemi inkişaf yolundadır. Sadəcə, diqqətli, həssas və qayğıkeş olmaq lazımdır. İnsan başqasının qayğısını mümkün qədər öz qayğısı qədər hiss etmək qabiliyyətinə malik olmalıdır. Mən o hissi özümdə həmişə yaşatmağa çalışmışam.

 
  • Oxunub:  11550  |  
  • Tarix:  17-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın banisidir

12 Dekabr 21:34
Azərbaycan və Latviya Xarici İşlər nazirlərinin görüşü olub
12 Dekabr 21:22
Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi yığıncağında illik fəaliyyətin nəticələri və gələcək inkişaf üçün prioritetlər müzakirə edilib
12 Dekabr 20:59
Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının plenar iclası keçirilib
12 Dekabr 20:43
Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub
12 Dekabr 20:27
AŞPA-nın komitə iclaslarında Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilib
12 Dekabr 20:23
Ulu Öndərin Tbilisidəki abidəsi ziyarət olunub
12 Dekabr 20:16
Azərbaycan-Fransa münasibətləri ilə bağlı müzakirələr aparılıb
12 Dekabr 20:13
Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğluna tükənməz məhəbbətini bir daha nümayiş etdirirdi
12 Dekabr 20:08
Xalqımız hər zaman ulu öndər Heydər Əliyevi minnətdarlıqla xatırlayacaq
12 Dekabr 17:58
Azərbaycanın dünyanın qüdrətli dövlətləri sırasında addımlaması Ulu Öndərin gərgin əməyi sayəsində mümkün olub
12 Dekabr 17:56
Mərkəzi Gömrük Hospitalında Ümummilli Liderin xatirəsi anılıb
12 Dekabr 17:47
Danimarkalı turistlər bu il Azərbaycana ikiqat maraq göstərirlər
12 Dekabr 17:19
Ciddədə UNA-nın İcraiyyə Şurasının və Baş Assambleyasının növbədənkənar iclasları keçirilib
12 Dekabr 17:05
Vitali İqnatenko: Heydər Əliyev zamanın fövqündə duran şəxsiyyətdir
12 Dekabr 16:55
Ulu öndər Heydər Əliyev Azərbaycan-Gürcüstan dostluğunun memarıdır
12 Dekabr 16:51
Bu gün “Qarabağ” UEFA Avropa Liqasında sonuncu oyununu keçirəcək
12 Dekabr 16:45
Kiyevdə keçirilən anım mərasimində Ulu Öndərin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən danışılıb
12 Dekabr 16:41
Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq qəbul etdiyi qərarlarla ölkəni məhv olmaq təhlükəsindən xilas edib
12 Dekabr 16:18
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vətəndaşları qəbul edib
12 Dekabr 16:08
Ulu Öndərin əzmkarlığı sayəsində ölkəmizdə elm və təhsil sahələrində əsaslı dönüşə nail olunub
12 Dekabr 15:56
Azərbaycan-Ukrayna əməkdaşlığı müzakirə edilib
12 Dekabr 15:34
Anadolu agentliyi: “Azərbaycanın memarı Heydər Əliyev”
12 Dekabr 14:45
Azərbaycanın Xarici İşlər naziri Latviya Milli Kitabxanasında olub
12 Dekabr 14:37
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi
12 Dekabr 14:29
Pərvin Kərimzadə: Azərbaycan qadınlarının bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir
12 Dekabr 14:22
Sona Əliyeva: Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edir
12 Dekabr 14:21
Azərbaycan tarixinin taleyüklü hadisələrlə zəngin otuz ildən artıq dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
12 Dekabr 14:14
Erkan Özoral: Türk dünyasına Heydər Əliyev kimi lider hər zaman gəlmir
12 Dekabr 14:01
Mübariz Qurbanlı: Qazanılan bütün nailiyyətlərin əsasında Heydər Əliyev siyasəti dayanır
12 Dekabr 13:57
Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib
12 Dekabr 13:52
Siyavuş Novruzov: Gənclər Ulu Öndər Heydər Əliyevin zəngin irsini dərindən öyrənməlidir
12 Dekabr 13:47
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 13:40
YAP İcra Katibliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib
12 Dekabr 12:54
Xələf Xələfov: Azərbaycan-Gürcüstan sərhədində baş verən insident təxribat xarakterli deyil
12 Dekabr 12:51
Tural Gəncəliyev: Ermənistanın BMT Baş Assambleyasında şahmat günü ilə bağlı sənəd yayması gülüncdür
12 Dekabr 12:35
ADA Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
12 Dekabr 12:32
Azərbaycanın müstəqilliyinin əbədi, dönməz xarakter alması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub
12 Dekabr 12:27
Hikmət Hacıyev: Ermənistan tərəfindən səsləndirilən ziddiyyətli bəyanatlar danışıqlar prosesinə ciddi xələl gətirir
12 Dekabr 12:23
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini daim öz qəlbində yaşadacaq
12 Dekabr 12:12
Kamilə Əliyeva: Heydər Əliyev siyasi kursu, müstəqil Azərbaycanın dövlətçilik ideologiyasıdır
12 Dekabr 12:06
Eldar İbrahimov: Ulu Öndər Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə yazılıb
12 Dekabr 12:05
İtaliya qəzeti: Heydər Əliyev Azərbaycan-İtaliya strateji tərəfdaşlığına aparan yolun əsasını qoyub
12 Dekabr 11:53
TANAP-la Türkiyəyə 3,5 milyard kubmetr “Şahdəniz” qazı göndərilib
12 Dekabr 11:48
Bu gün oynanılacaq 24 qarşılaşma ilə UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq
12 Dekabr 11:44
Fevzi Əkrəm Terzioğlu: Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi sayəsində Azərbaycan əzəmətli inkişaf yolu keçib
12 Dekabr 11:43
Turqut Altınok: Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı həyatın bütün sahələrində özünü təsdiq edib
12 Dekabr 11:42
Azərbaycanın qazandığı möhtəşəm uğurlar Heydər Əliyevin adı ilə bağlıdır
12 Dekabr 11:18
Ulu Öndərin ideyaları Azərbaycanda yaşayır, ölkəmizin inkişaf yoluna işıq saçır və xalqımızı daha böyük zəfərlərə doğru inamla aparır
12 Dekabr 11:13
İslamabadda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
12 Dekabr 11:03
Pavlo Movçan: Ulu öndər Heydər Əliyev ədəbiyyata, sözə böyük qiymət verirdi
12 Dekabr 10:52
Mariya Orlik: Heydər Əliyevin hələ SSRİ dövründə gördüyü işlər müstəqil Azərbaycanın güclənməsi üçün möhkəm baza yaratmışdı
12 Dekabr 10:32
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm
12 Dekabr 10:07
Cavanşir Paşazadə: Heydər Əliyev irsi gələcək nəsillər üçün zəngin xəzinədir
12 Dekabr 09:56
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın banisidir
12 Dekabr 09:40
Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “dəyirmi masa” keçirilib
12 Dekabr 09:36
Bakı Avrasiya Universitetində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
12 Dekabr 09:33
Ürəklərdə yaşayan dahi insan
12 Dekabr 09:28
UNEC tələbələrinin “Nəsimi” tamaşası Ankarada anşlaqla qarşılanıb
12 Dekabr 09:21
Azercell-dən rəqəmsal Yeni İl kampaniyası!
12 Dekabr 09:19
Azərbaycan jurnalistikası vətənpərvər olmalı, milli maraqları hər şeydən üstün tutmalıdır
12 Dekabr 09:16
Respublikanın müxtəlif bölgələrində meyvəçiliyin inkişafı üçün zəruri tədbirlər görülür
11 Dekabr 21:47
Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur
11 Dekabr 21:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
11 Dekabr 21:13
Bu gün inkişaf edən dövlətimiz məhz Ulu Öndərin əsəridi
11 Dekabr 21:08
Leonid Yakuboviç: Heydər Əliyev tarixi şəxsiyyətdir
11 Dekabr 20:56
Dövlət Komitəsində müşavirə keçirilib
11 Dekabr 20:48
Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir
11 Dekabr 20:44
Gəncədə YAP tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülən namizədlər seçicilərlə görüşüb
11 Dekabr 20:40
YAP Biləsuvar rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat kampaniyasını uğurla davam etdirir
11 Dekabr 20:37
YAP Yevlax rayon təşkilatı “Xalq üçün” şuarı ilə bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyası uğurla davam etdirir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA