Ana səhifə »  Müsahibə »  Yeni Azərbaycan Partiyası İlham Əliyevin prezidentliyə namizədliyini rəsmi şəkildə irəli sürməklə xalqın mövqeyini ifadə etdi
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyası İlham Əliyevin prezidentliyə namizədliyini rəsmi şəkildə irəli sürməklə xalqın mövqeyini ifadə etdi

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı www.yap.org.az saytına müsahibə verib:
- Məlahət xanım, fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI Qurultayı keçirildi. Qurultayda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyamızın Sədri, cənab İlham Əliyevin namizədliyi irəli sürülüb. Azərbaycan cəmiyyətində Qurultayın bu qərarı çox yüksək qiymətləndirilir. Bu barədə nə deyə bilərsiniz?
- Partiyamızın bu qərarı, əslində, ümumxalq mövqeyinin ifadəsidir. Çünki Prezident İlham Əliyevin uğurlu fəaliyyəti birmənalı olaraq xalqımız tərəfindən dəstəklənir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.
Prezident İlham Əliyev dövlət başçısı kimi Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirərək uğurla həyata keçirir. Bu illər ərzində ölkəmiz həm iqtisadi, həm siyasi, həm də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazanıb. Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri ilə bir sırada dayanır. 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi gənc ölkə üçün müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan həm də kosmos ölkələri sırasındadır ki, bu uğura da hər bir dövlət nail ola bilməyib.
Əlbəttə ki, cənab Prezidentin həyata keçirdiyi siyasətin uğurlarını xalqımız görür və yüksək qiymətləndirir. Ona görə də ümumxalq partiyası olan YAP özünün VI Qurultayında cənab İlham Əliyevin prezidentliyə namizədliyini rəsmi şəkildə irəli sürməklə xalqın mövqeyini ifadə etdi. Əminəm ki, aprelin 11-də azad və demokratik prezident seçkiləri nəticəsində növbəti dəfə cənab İlham Əliyevin parlaq qələbəsini qeyd edəcəyik.
- Qazanılan nailiyyətlərdən söz düşmüşkən, 2003-cü ildən etibarən ölkəmiz sosial-iqtisadi inkişaf baxımından ciddi uğurlar qazanıb. Sizcə, bu uğurların kökündə hansı amillər dayanır?
- Ötən illərdə möhkəm daxili sabitliyi ilə fərqlənən Azərbaycanda ölkəyə gələn böyük həcmlərdə neft gəlirləri məqsədyönlü şəkildə milli mənafe baxımından strateji önəm daşıyan prioritet sahələrə, o cümlədən də neftdənkənar iqtisadiyyat üzrə yeni proqramların reallaşdırılmasına yönəldilib. Ümumiyyətlə, respublikamız Prezident İlham Əliyevin möhkəm siyasi qətiyyəti sayəsində elə bir uğurlu iqtisadi inkişaf modeli seçib ki, burada neft amili heç də həlledici, dominant rol oynamır, əksinə, ağırlıq mərkəzi, çəkici qüvvə tədricən qeyri-neft sektoruna keçir. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızda buraxılan ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 80 faizədək artıb ki, bu da böyük nailiyyətdir.
Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. Qeyd edim ki, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı beşillik Dövlət proqramlarının qəbul edilməsi təşəbbüsünü Prezident İlham Əliyev hələ 2003-cü ildə seçicilərlə görüşlərində irəli sürüb. Praqmatik siyasətçi olan İlham Əliyev xalqın inamını qazanaraq Prezident seçildikdən sonra Öz vədinə sadiq qaldı. İndiyədək respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.
Ölkəmizdə rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir. Eyni zamanda, son 14 ildə respublika üzrə təxminən 1,9 milyon yeni iş yerinin yaradılması insanların sosial vəziyyətinin yaxşılaşmasında mühüm faktor qismində çıxış edir. Hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
Ölkədə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi xəttə əsasən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə davamlı tədbirlər görülür. Bu baxımdan ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən dövlət dəstəyi xüsusilə diqqətəlayiqdir.
- Azərbaycan beynəlxalq arenada güclü və nüfuzlu dövlət kimi tanınır. Bu faktı şərtləndirən amillər nədən ibarətdir?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan yüksək beynəlxalq nüfuza malik olan aktora çevrilib. Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti olan Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizliyə müstəsna töhfələr verir. Eyni zamanda, regional işbirliyi formatlarının yaranmasında Azərbaycanın yeri və rolu müstəsna əhəmiyyət kəsb edir. Ölkəmiz hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir.
Digər tərəfdən, öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Bununla yanaşı, Cənubi Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir.
Bu baxımdan, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi önəmi vurğulanmalıdır. Bilirsiniz ki, ötən illər ərzində ölkəmizdə siyasi, iqtisadi, humanitar, mədəni və idman xarakterli beynəlxalq tədbirlər keçirilib. Bunların sırasında Humanitar Forumları, sivilizasiyalar arasında dialoqa xidmət edən tədbirlər və s. qeyd etmək olar. Eləcə də, ölkəmizdə “Eurovision-2012”, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları kimi, bütün dünyanın diqqət mərkəzində olan mühüm mədəniyyət və idman tədbirləri keçirilib. Təbii ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmiş qlobal fəaliyyət hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir. Bu prosesdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var.
- Azərbaycan həmçinin bir sıra qlobal layihələrin müəllifi və iştirakçısıdır. Bu faktor ölkəmizə nə kimi dividendlər qazandırır?
- Bəli, Azərbaycan qısa müstəqillik tarixində regionda bir sıra qlobal əhəmiyyət daşıyan layihələrin təşəbbüskarı və müəllifi rolunda çıxış edib. Bu sırada enerji layihələrini xüsusi qeyd etmək lazımdır. “Əsrin kontraktı” layihəsi çərçivəsində bütün öhdəliklər yüksək səviyyədə yerinə yetirilir, həmçinin Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan kəmərləri uğurla istismar olunur.
“Əsrin kontraktı” ilə təməli qoyulan yeni neft strategiyasının son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi sayəsində Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edib, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən etibarlı tərəfdaşa çevrilib.
Ötən il sentyabrın 14-də isə müstəqil Azərbaycanın həyatında daha bir əlamətdar hadisə baş verdi. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Bu Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb.
Hazırda Azərbaycanın fəal iştirakı ilə daha bir qlobal enerji layihəsi - “Cənub Qaz Dəhlizi” icra olunur. Resurs mənbəyi Xəzərin Azərbaycan sektorundakı zəngin “Şahdəniz” yatağı olan “Cənub Qaz Dəhlizi” 6 ölkədən keçməklə Avropa İttifaqı ölkələrinədək uzanacaq. “Cənub Qaz Dəhlizi” layihəsi dörd hissədən ibarətdir. Buraya “Şahdəniz” yatağının işlənməsi, genişləndirilmiş Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərləri daxildir.
Eləcə də bu sıraya qlobal nəqliyyat layihələrini də əlavə edə bilərik. Ötən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Bu layihənin də önəmi barədə hər kəs bilir. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılması prosesi gedir ki, bu layihə də ölkəmizə həm iqtisadi, həm də siyasi dividendlər qazandıracaq.
Bütövlükdə, uğurlu enerji və nəqliyyat siyasəti həm regional inkişaf və əməkdaşlığa müstəsna töhfələr verir, həm də Azərbaycanın mövqeyinin güclənməsini şərtləndirir.
- Məlahət xanım, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir. Prosesin hazırkı vəziyyəti barədə fikirlərinizi bilmək istərdik...
- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət kursunun mühüm strateji istiqamətlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında - ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik sahədə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb.
Münaqişənin ədalətli həlli üçün beynəlxalq birlik, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri ədalətli mövqe tutmalıdırlar. Çünki işğalçı Ermənistana təzyiqlər olmadığı üçün münaqişənin həlli uzanır. Azərbaycan xalqı inanır ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq.

 
  • Oxunub:  7350  |  
  • Tarix:  10-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sənaye məhəllələrinin formalaşdırılması regionların sosial-iqtisadi mənzərəsini köklü şəkildə dəyişəcək

15:20
22 İyun
İsrailin Doqquzuncu televiziya kanalında İsrail-Azərbaycan strateji tərəfdaşlığı şərh edilib
15:11
22 İyun
"ASAN xidmət"in nümayəndə heyəti BMT Dövlət Xidmətləri Forumunda iştirak edir
15:07
22 İyun
Ərəstun Mehdiyev: Azərbaycan Ordusu torpaqlarımızın işğalından azad olunmasına tam zəmanət verir
15:03
22 İyun
Baş prokuror Ağstafa rayonunda vətəndaşları qəbul edib
14:44
22 İyun
Azərbaycan çox mühüm qlobal layihələr həyata keçirməklə regionun nümunəvi ölkəsinə çevrilməkdədir
14:26
22 İyun
Bakı Ali Neft Məktəbi ilə BMT-nin Təlim və Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
14:10
22 İyun
ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri Milli Məclisdə olublar
13:36
22 İyun
Dövlət İdarəçilik Akademiyasında “Dovlət qulluğunun aktual problemləri” mövzusunda konfrans keçirilib
13:31
22 İyun
Elmar Məmmədyarov: İşğal faktının davam etməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır
13:15
22 İyun
Zakir Həsənov: Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır və qadirdir
13:10
22 İyun
Həştərxanda Azərbaycan Ticarət Evi açılacaq
12:58
22 İyun
Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb
12:51
22 İyun
Neft hasilatının artırılması bazarda tələb-təklifin tarazlaşdırılması məqsədilə tələbin ödənilməsi üçün zəruridir
12:23
22 İyun
Bakıda “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli mənəvi dəyərlərimiz” adlı konfrans keçirilir
12:21
22 İyun
Bakı Slavyan Universitetində məzun günü qeyd olunub
12:09
22 İyun
Səhiyyə naziri şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib
12:09
22 İyun
Əbdüləziz bin Osman əl-Tuveyciri: Naxçıvan elm və sivilizasiya məkanıdır
11:51
22 İyun
Heydər Əliyev Mərkəzinin parkında Beynəlxalq Yoqa Günü ilə bağlı məşğələ keçirilib
11:48
22 İyun
“E-Manat” terminalları “ASAN Ödəniş” dövlət informasiya sisteminə qoşulub
11:30
22 İyun
Bu gün Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turnirinə start veriləcək
11:17
22 İyun
Novruz Məmmədov: "Azərbaycana münasibətdə ədalət görmürəm"
11:12
22 İyun
Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
11:02
22 İyun
Pakistanın Baş naziri: Azərbaycanla əlaqələrimiz qarşılıqlı hörmət, inam və səmimiyyət üzərində qurulub
10:59
22 İyun
Baş nazir: "Azərbaycan Qərbə, Avropaya daha sıx bağlanmaq yolunu seçib"
10:39
22 İyun
ABŞ Konqresinin daha bir nüfuzlu üzvü Azərbaycanı Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik edib
10:30
22 İyun
Bakıda CAMCA Regional Forumu keçirilir
10:12
22 İyun
Anna Bossman: Üzv dövlətlər Azərbaycanın ən yaxşı təcrübəsindən yararlanacaq
10:08
22 İyun
UNESCO-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin uğurlu layihələrinin təqdimatı keçirilib
10:08
22 İyun
Bakıda Azərbaycan–Pakistan biznes konfransı keçiriləcək
10:00
22 İyun
Şafika Haddad: Hökumətlərarası şuranın üzvləri Azərbaycanın nailiyyətlərini ən yaxşı təcrübə kimi qiymətləndirib
09:57
22 İyun
İndrajit Banerje: Azərbaycan informasiya və kommunikasiya texnologiyalarına dair layihələri ilə digər dövlətlərə nümunədir
09:50
22 İyun
Azərbaycan BMT-də keçirilən üzv dövlətlərin polis rəhbərlərinin ikinci zirvə görüşündə təmsil olunub
09:49
22 İyun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ombudsmanların XV Bakı beynəlxalq konfransının bir qrup iştirakçısı ilə görüş olub
09:41
22 İyun
Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edir
17:55
21 İyun
Növbəti ixrac missiyası İsveçrəyə gedir
17:49
21 İyun
İsa Həbibbəyli: Görülən işlər Naxçıvanı İslam mədəniyyətinin paytaxtı kimi Azərbaycan dövlətçiliyinə layiq şəkildə bütün dünyaya təqdim edəcək
17:35
21 İyun
Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin inkişafı yolları müzakirə edilib
17:33
21 İyun
Maliyyə Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
17:32
21 İyun
“Equinor”un bərpaolunan enerji sahəsində Azərbaycanla əməkdaşlıq imkanları müzakirə edilib
17:29
21 İyun
Əbülfəs Qarayev: Naxçıvan İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin qorunub yaşadılmasında özünəməxsus rol oynayıb
16:55
21 İyun
Azərbaycan-Əlcəzair əlaqələrinin inkişafı üçün yaxşı imkanlar var
16:33
21 İyun
Nəzarətin tələbi - nəticə və şəffaflıq
16:27
21 İyun
Azərbaycan və Belarus XİN rəhbərləri arasında görüş keçirilib
16:20
21 İyun
Kubatbek Boronov: Qırğızıstan Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir
16:19
21 İyun
Qafqaz İslam Ordusu Azərbaycan-Türkiyə əməkdaşlığının şanlı səhifəsidir
16:15
21 İyun
Suraxanıda “Son iclas” bədii-sənədli filminin təqdimatı olub
15:47
21 İyun
Azərbaycanın energetika naziri Vyanada OPEC-in beynəlxalq seminarında iştirak edir
15:24
21 İyun
Əli Əhmədov: Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır
15:21
21 İyun
Əlcəzair nümayəndə heyəti Milli Məclisdə olub
15:14
21 İyun
Musa Quliyev: Səhiyyənin inkişafı hər zaman diqqət mərkəzindədir
14:58
21 İyun
Bakıda İran mədəniyyəti günləri keçiriləcək
14:46
21 İyun
Bolqarıstanın Sozopol şəhərində Azərbaycan mədəniyyəti gecəsi keçirilib
14:21
21 İyun
Milli Məclisdə Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının iştirakçıları ilə görüş olub
13:35
21 İyun
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Lənkəranda vətəndaşları qəbul edib
12:48
21 İyun
Bəhreynin dövlət informasiya agentliyi Naxçıvanın “İslam mədəniyyətinin paytaxtı” seçilməsindən yazıb
12:43
21 İyun
Dövlət Komitəsi "Azərbaycan qadını: tarixilik və müasirlik" mövzusunda yazı müsabiqəsi elan edib
12:29
21 İyun
Azərbaycanın ali təhsil sistemində tədqiqat və innovasiya siyasətinin idarə olunması gücləndirilir
12:25
21 İyun
Beş ayda Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 11 milyard dollardan çox olub
12:19
21 İyun
“Məşğulluq haqqında” qanun layihəsi Milli Məclisin komitəsində qəbul olunub
11:55
21 İyun
Azərbaycan nümayəndə heyəti “Rəqəmli bacarıqlar şəbəkəsi”nin iclasında iştirak edib
11:49
21 İyun
FAO fitosanitar yoxlama və diaqnostika xidmətlərinin gücləndirilməsində Azərbaycanı dəstəkləyir
11:34
21 İyun
Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq karate turniri başlayıb
11:30
21 İyun
Təhsil Nazirliyi ötən ildəki fəaliyyəti ilə bağlı hesabat verib
11:22
21 İyun
Elmar Məmmədyarov Belarusa rəsmi səfərə gedib
11:08
21 İyun
Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının Bəyannaməsi qəbul edilib
11:06
21 İyun
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılışı olub
10:47
21 İyun
Bayram tədbirlərində iştirak edəcək türkiyəli hərbi qulluqçular ölkəmizə gəliblər
10:22
21 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 125 dəfə pozub
17:54
20 İyun
Komitə sədri: "Cocuq Mərcanlıya qayıdış məcburi köçkünlərin torpaqlarına qayıtmaq ümidini artırıb"
17:52
20 İyun
Azərbaycan-Vyetnam əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+29 +34
gecə+20 +23