Ana səhifə »  Müsahibə »  Ulu öndər Heydər Əliyev Azərbaycanda Gənclər Gününü təsis etməklə vacib bir siyasi xəttin təməlini qoydu
A+   Yenilə  A-
Ulu öndər Heydər Əliyev Azərbaycanda Gənclər Gününü təsis etməklə vacib bir siyasi xəttin təməlini qoydu

Birinci vitse-prezidentin köməkçisi, Azərbaycan Respublikasının Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev www.yap.org.az saytına müsahibə verib:
- Yusuf müəllim, Ümummilli liderimiz Heydər Əliyevin Sərəncamı ilə 2 fevral tarixi Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Sizcə, Gənclər Gününün təsis edilməsinin və hər il bu günün böyük təntənə ilə bayram kimi qeyd olunmasının Azərbaycan gəncliyinin inkişafı baxımından əhəmiyyəti nədən ibarətdir?
- Bu tarixin təsadüfi seçilmədiyini bilirik. 2 fevral 1996-cı ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin Forumu keçirilmişdi. Bu, müasir Azərbaycan tarixində dövlət tərəfindən həyata keçirilən gənclər siyasətinin dönüş nöqtəsidir. Yenicə müstəqillik qazanmış, siyasi və sosial böhran dövründən, Qarabağ cəbhəsində ağır döşyüşlərdən çıxmış Azərbaycan gəncliyinin təmərküzləşməsinə, ölkənin inkişafı yolunda fəaliyyətinin koordinasiyasına böyük ehtiyac var idi. Uzaqgörən siyasətçi Heydər Əliyev bunu yaxşı bilirdi və bu forumu keçirməklə, ondan bir qədər sonra Azərbaycanda Gənclər Gününü təsis etməklə, vacib bir siyasi xəttin təməlini qoydu. Onun əsasını qoyduğu gənclər siyasəti bu gün də davam edir, dövrün tələblərinə uyğun şəkildə icra olunur.
- Azərbaycan gəncliyi bu gün hərtərəfli şəkildə dövlətin qayğısı ilə əhatə olunub. Hazırda Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətləri nədən ibarətdir?
- Bəli, haqlı olaraq qeyd edirsiniz ki, ölkəmizdə gənclər siyasəti prioritet sahələr sırasındadır. Bu gün Azərbaycanda gənclər siyasətinin qarşısında duran əsas məqsədlər gənclərin vətənpərvərlik ruhunun yüksək olması, onların yaxşı təhsilə yiyələnməsi, asudə vaxtlarının səmərəli keçirilməsi, idman sahəsində uğurlarının daha da artırılması, məşğulluq, sağlamlıq, sosial və digər problemlərinin həllinə dəstək olmaqdır. Ölkə gəncliyinin innovativ potensialını nəzərə alaraq, bu istiqamətdə onların fəaliyyətini təşviq etmək, gənclərlə intensiv fikir mübadiləsi həyata keçirmək, ən əsası isə, rəqabətə davamlı kadrların formalaşdırılması, hazırda qarşıda duran prioritet istiqamətlərdəndir. Azərbaycan gəncliyi öz gələcəyi ilə ölkənin gələcəyini bərabər görməli, bu gələcəyin daha gözəl olmasına inamlı olmalıdır.
- Yusuf müəllim, Azərbaycan Respublikası siyasi, iqtisadi və hərbi potensialına görə regionun lider dövlətidir. Bu reallıq fonunda Azərbaycan gəncliyinin peşəkarlığı, bilik və bacarığı ilə regionda lider gənclik statusu baxımından mövqeyi necədir? Və bu mövqeyi daha da gücləndirmək üçün gənclərin üzərinə nə kimi vəzifələr düşür?
- Azərbaycan Respublikasının sadaladığınız istiqamətlər üzrə regionun lider dövlətinə çevrilməsində ölkə rəhbərliyinin fəaliyyəti ilə bərabər, vətəndaşlarımızın, o cümlədən gənclərimizin də rolu böyükdür. Azərbaycan gəncliyinin beynəlxalq idman yarışlarında, elmi konfrans və seminarlarda, biznes sahəsində uğurları göz qarşısındadır və bu göstəricilər Azərbaycanı gənclər siyasəti və idman məsələlərində regionun lideri edir. Azərbaycan ordusunda xidmət edən gənclərimiz, beynəlxalq koalisiya tərkibində dünyanın qaynar nöqtələrində sülhyaratma missiyasını uğurla yerinə yetirirlər. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan gəncliyi öz bilik və bacarıqlarını reallaşdırmaq üçün müvafiq mühitlə təmin edilib. Dövlətimizin yaratdığı bu imkanlar sayəsində ölkəmizin gəncliyinin regiondakı mövqeyi də ölkəmizin mövqeyi ilə paralel olaraq möhkəmlənməkdədir. Əlbəttə, bu mövqeyi daha da möhkəmləndirmək üçün durmadan çalışmaq lazımdır. Dünyada baş verən prosesləri yaxından izləmək, ziyanlı tendensiyaların vaxtında qarşısını almaq, müsbət təzahürləri isə ölkəmizin inkişafı naminə tətbiq etmək lazımdır.
- Yusuf müəllim, bu gün Azərbaycan Respublikasında yüzlərlə gənclər təşkilatı fəaliyyət göstərir. Siz gənclər təşkilatlarının fəaliyyətini necə qiymətləndirirsiniz? Bu gün gənclər, eləcə də gənclər təşkilatları öz üzərlərinə düşən vəzifəni necə yerinə yetirirlər?
- Gənclər təşkilatlarının çoxluğu ölkəmizdə yaradılmış azad, plüralist mühitin nəticəsidir. Hazırda istənilən qrup öz maraqlarına uyğun formada birləşə, həmfikirləri ilə bərabər təşkilatlana bilər. Həmçinin təşkilatların koalisiyalaşması da baş verir. Gənclər Təşkilatları Milli Şurası kimi bir birlik var. Ölkə rəhbərliyi isə bu təşkilatların inkişaf etməsi, onların ölkəmizin xeyrinə yönəlmiş fəaliyyətinə kömək məqsədilə lazımi dəstəyi verir. Bu mənada Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun fəaliyyətini qeyd etmək olar. O ki qaldı gənclər təşkilatlarının işlərinin qiymətləndirilməsinə, fikrimcə, onların daha böyük işlər görmək üçün yaxşı potensialı var. Əminəm ki, gənclər təşkilatları fəaliyyətlərində daha aktiv olacaqlar, dövlətimizin onlara olan etimadını doğruldacaqlar.
- Gənclər təşkilatlarının daha səmərəli və koordinasiyalı fəaliyyətini təmin etmək üçün müvafiq dövlət qurumları nə kimi addımlar atır?
- Gənclər təşkilatları müstəqil olaraq fəaliyyət göstərirlər. Dövlət qurumları isə onların fəaliyyətinə lazımi dəstəyi verir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu hər il yüzlərlə layihəni maliyyələşdirir. Bu üsulla dövlət, gənclər siyasətinin həyata keçirilməsində QHT-lərin iştirakını təmin etməklə bərabər, gənclərin təşəbbüslərini dəstəkləyir. Ölkəmiz üçün vacib əhəmiyyət kəsb edən məsələlərdə gənclər təşkilatlarının birləşməsinin şahidi oluruq. Məsələn, “Xocalıya ədalət” kampaniyası kimi ümummilli məsələlərdə, demək olar, bütün gənclər təşkilatları bərabər fəaliyyət göstərirlər.
- Yusuf müəllim, bu gün Azərbaycan Respublikası beynəlxalq müstəvidə idman dövləti kimi də böyük nüfuza malikdir. Azərbaycan dövlətinin gənclər və idman siyasətinin vəhdəti bu sahədə perspektiv üçün nə kimi nailiyyətlər vəd edir?
- Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının arxasında 20 ildən artıq davam edən məqsədyönlü dövlət siyasəti durur. Ölkə başçısı cənab İlham Əliyevin şəxsən Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi faktı dövlətin idmana olan münasibətinin göstəricisidir. Ölkəmiz nəinki idmançılarının uğurları ilə tanınır, eləcə də böyük idman yarışlarının təşkilatçısı kimi nüfuz qazanıb.
Bütün görülən işlər sayəsində ölkəmiz müxtəlif nüfuzlu idman turnirlərinin ev sahibinə çevrilir. Bu isə öz növbəsində ölkəmizin müsbət imici ilə bərabər, onun turizm potensialının, iqtisadiyyatının inkişafı üçün geniş imkanlar yaradır.
Və sonda gənclərimizi 2 fevral - Gənclər Günü münasibətilə təbrik edirəm, Azərbaycan naminə fəaliyyətlərində uğurlar arzu edirəm!

 
  • Oxunub:  8400  |  
  • Tarix:  02-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sənaye məhəllələrinin formalaşdırılması regionların sosial-iqtisadi mənzərəsini köklü şəkildə dəyişəcək

13:09
23 İyun
Tahir Rzayev: Ölkəmizdə sənaye istehsalı əhəmiyyətli dərəcədə artıb
13:08
23 İyun
MM-in deputatı: Bu gün qeyri-hökumət təşkilatları ictimai proseslərdə fəal iştirak edirlər
13:00
23 İyun
Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının yeni həmsədri təyin edilib
12:48
23 İyun
Flora Qasımova: Minsk qrupu tərəfindən görülən işlərin heç bir nəticəsi yoxdur
12:22
23 İyun
Bu gün Vyanada OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclası keçiriləcək
12:20
23 İyun
Bakıda Azərbaycan Uroloq və Androloqlarının XXII konqresi işə başlayıb
12:08
23 İyun
Səfir: Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi bir neçə dəfə arta bilər
12:06
23 İyun
Bakıda yeniyetmələrin Olimpiya Oyunlarına İdman Gimnastikası üzrə təsnifat yarışlarına start verildi
11:28
23 İyun
23 iyun dövlət qulluqçularının peşə bayramıdır
11:24
23 İyun
Prezident İlham Əliyev Əlcəzairin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:00
23 İyun
“İrəli" İctimai Birliyinin üzvləri beynəlxalq layihədə ölkəmizi təmsil edirlər
09:59
23 İyun
İctimai Nəzarət Şurasının üzvləri Tibb Universitetində imtahanın gedişini izləyiblər
09:56
23 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 87 dəfə pozub
18:02
22 İyun
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:51
22 İyun
Konvensiya layihəsində Xəzəryanı ölkələrin sualtı boru kəmərləri çəkmək hüququ əksini tapıb
17:37
22 İyun
Səyyar “ASAN xidmət” Lerikdə
17:20
22 İyun
“Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabının təqdimatı olub
17:15
22 İyun
Memarlıq və İnşaat Universitetində açılan laboratoriya inşaatçı kadrların hazırlığına yeni istiqamət verəcək
17:02
22 İyun
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının İdarə Heyəti Şurasının üzvlərini qəbul edib
16:57
22 İyun
Əmək və əhalinin sosial müdafiəsi naziri Şirvan şəhərində vətəndaşları qəbul edib
16:56
22 İyun
Vyanada OPEC Nazirlər Şurasının 174-cü iclası işə başlayıb
16:54
22 İyun
Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə hərbi mahnılardan ibarət konsert keçiriləcək
16:23
22 İyun
BDU-nun rektoru Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin XIII konfransında çıxış edib
16:19
22 İyun
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
16:16
22 İyun
TAP-ın Yunanıstan marşrutunun demək olar ki hamısı təmizlənib
16:11
22 İyun
Veteranlar ordumuza inanır və həmişə onun yanındadır
16:09
22 İyun
“EaPConnect” layihəsinin rəhbəri Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində görülən işləri yüksək qiymətləndirib
16:07
22 İyun
Professor İradə Hüseynova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
16:00
22 İyun
Kənd təsərrüfatı naziri Şəkidə bölgə vətəndaşlarının müraciətlərini dinləyib
15:40
22 İyun
"Azərbaycan Ordusu bu gün çətinliklərin öhdəsindən gələn hərbi təsisata çevrilib"
15:34
22 İyun
Gələn il Bakıda OPEC-in iki iclası keçiriləcək
15:30
22 İyun
Azərbaycan Silahlı Qüvvələri Günü Londonda qeyd olunub
15:28
22 İyun
ABŞ-da keçirilən beynəlxalq konfransda Qarabağ xalçalarından danışılıb
15:20
22 İyun
İsrailin Doqquzuncu televiziya kanalında İsrail-Azərbaycan strateji tərəfdaşlığı şərh edilib
15:11
22 İyun
"ASAN xidmət"in nümayəndə heyəti BMT Dövlət Xidmətləri Forumunda iştirak edir
15:07
22 İyun
Ərəstun Mehdiyev: Azərbaycan Ordusu torpaqlarımızın işğalından azad olunmasına tam zəmanət verir
15:03
22 İyun
Baş prokuror Ağstafa rayonunda vətəndaşları qəbul edib
14:44
22 İyun
Azərbaycan çox mühüm qlobal layihələr həyata keçirməklə regionun nümunəvi ölkəsinə çevrilməkdədir
14:26
22 İyun
Bakı Ali Neft Məktəbi ilə BMT-nin Təlim və Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
14:10
22 İyun
ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri Milli Məclisdə olublar
13:36
22 İyun
Dövlət İdarəçilik Akademiyasında “Dovlət qulluğunun aktual problemləri” mövzusunda konfrans keçirilib
13:31
22 İyun
Elmar Məmmədyarov: İşğal faktının davam etməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır
13:15
22 İyun
Zakir Həsənov: Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır və qadirdir
13:10
22 İyun
Həştərxanda Azərbaycan Ticarət Evi açılacaq
12:58
22 İyun
Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb
12:51
22 İyun
Neft hasilatının artırılması bazarda tələb-təklifin tarazlaşdırılması məqsədilə tələbin ödənilməsi üçün zəruridir
12:23
22 İyun
Bakıda “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli mənəvi dəyərlərimiz” adlı konfrans keçirilir
12:21
22 İyun
Bakı Slavyan Universitetində məzun günü qeyd olunub
12:09
22 İyun
Səhiyyə naziri şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib
12:09
22 İyun
Əbdüləziz bin Osman əl-Tuveyciri: Naxçıvan elm və sivilizasiya məkanıdır
11:51
22 İyun
Heydər Əliyev Mərkəzinin parkında Beynəlxalq Yoqa Günü ilə bağlı məşğələ keçirilib
11:48
22 İyun
“E-Manat” terminalları “ASAN Ödəniş” dövlət informasiya sisteminə qoşulub
11:30
22 İyun
Bu gün Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turnirinə start veriləcək
11:17
22 İyun
Novruz Məmmədov: "Azərbaycana münasibətdə ədalət görmürəm"
11:12
22 İyun
Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
11:02
22 İyun
Pakistanın Baş naziri: Azərbaycanla əlaqələrimiz qarşılıqlı hörmət, inam və səmimiyyət üzərində qurulub
10:59
22 İyun
Baş nazir: "Azərbaycan Qərbə, Avropaya daha sıx bağlanmaq yolunu seçib"
10:39
22 İyun
ABŞ Konqresinin daha bir nüfuzlu üzvü Azərbaycanı Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik edib
10:30
22 İyun
Bakıda CAMCA Regional Forumu keçirilir
10:12
22 İyun
Anna Bossman: Üzv dövlətlər Azərbaycanın ən yaxşı təcrübəsindən yararlanacaq
10:08
22 İyun
UNESCO-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin uğurlu layihələrinin təqdimatı keçirilib
10:08
22 İyun
Bakıda Azərbaycan–Pakistan biznes konfransı keçiriləcək
10:00
22 İyun
Şafika Haddad: Hökumətlərarası şuranın üzvləri Azərbaycanın nailiyyətlərini ən yaxşı təcrübə kimi qiymətləndirib
09:57
22 İyun
İndrajit Banerje: Azərbaycan informasiya və kommunikasiya texnologiyalarına dair layihələri ilə digər dövlətlərə nümunədir
09:50
22 İyun
Azərbaycan BMT-də keçirilən üzv dövlətlərin polis rəhbərlərinin ikinci zirvə görüşündə təmsil olunub
09:49
22 İyun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ombudsmanların XV Bakı beynəlxalq konfransının bir qrup iştirakçısı ilə görüş olub
09:41
22 İyun
Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edir
17:55
21 İyun
Növbəti ixrac missiyası İsveçrəyə gedir
17:49
21 İyun
İsa Həbibbəyli: Görülən işlər Naxçıvanı İslam mədəniyyətinin paytaxtı kimi Azərbaycan dövlətçiliyinə layiq şəkildə bütün dünyaya təqdim edəcək
17:35
21 İyun
Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin inkişafı yolları müzakirə edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA