Ana səhifə »  Müsahibə »  Azərbaycanın sosial-iqtisadi inkişafı onun gücünü artırır, beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirir
A+   Yenilə  A-
Azərbaycanın sosial-iqtisadi inkişafı onun gücünü artırır, beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirir

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev www.yap.org.az saytına müsahibə verib:
- Tahir müəllim, məlum olduğu kimi, yanvarın 29-da Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransın əhəmiyyəti və ötən dövrdə əldə olunan nəticələr haqqında nə deyə bilərsiniz?
- Ümumiyyətlə, bu tipli toplantıların keçirilməsi artıq ənənə halını alıb. Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı hər il rüblük, yarım illik və ilin yekunlarına dair Nazirlər Kabinetinin iclasları keçirilir. Dövlət proqramlarının illik yekunlarına dair konfranslar da keçirilir. Bu, bir hesabatdır. Görülən işlərin nəticələrini təhlil etmək və qarşıda duran vəzifələri müəyyənləşdirmək baxımından belə tədbirlər çox böyük əhəmiyyət kəsb edir.
Bu baxımdan, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans çox vacibdir. Konfransda Azərbaycan Prezidenti İlham Əliyev təkcə ötən bir ilin deyil, bütövlükdə son 14 ilin sosial-iqtisadi göstəricilərini xatırlatdı. Dövlət başçısı vurğuladı ki, əldə olunan yüksək nəticələrə ilk növbədə ictimai-siyasi sabitlik sayəsində nail olunub. Çünki sabitlik olmayan yerdə hansısa inkişafdan söhbət gedə bilməz. Dünyada baş verən mürəkkəb, ziddiyyətli proseslər fonunda Azərbaycanda sabitlik hökm sürür, milli həmrəylik var. Bu amillər isə inkişafımızın əsasını təşkil edir.
Son 14 ilin nəticələri də bu reallığı təsdiqləyir. Belə ki, bu dövrdə iqtisadiyyatımız 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. Sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında isə 1,7 dəfə artım müşahidə olunur. Qeyri-neft ixracımız 4,1 dəfə artıb.
Ötən dövrdə 30 elektrik stansiyası tikilib, qazlaşdırma 93 faizdir. İçməli su təminatına gəlincə, bu göstərici ölkə üzrə 14 il əvvəl 26 faiz idisə, hazırda 67 faizdir. Hazırda regionlarda su-kanalizasiya sisteminin yaradılması istiqamətində də böyük işlər görülür. Eləcə də bölgələrdə 4 böyük su anbarı tikilib. Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilib istifadəyə verilib ki, bu da böyük ərazilərin su təminatında mühüm rol oynayır.
Konfransda dövlət başçısının qeyd etdiyi kimi 14 il ərzində 12 min 300 kilometr yol, 443 körpü tikilib. Yol infrastrukturunun yeniləşdirilməsi iqtisadiyyatın yüksəlməsinə böyük təsir göstərməklə yanaşı, əhaliyə həyat rahatlığı verir.
Yəni bütün görülən işlər Azərbaycanın sosial-iqtisadi inkişafına böyük töhfələr verir. Bütövlükdə, hər bir sahədə qazanılan nailiyyətlər Azərbaycanın gücünü artırır, beynəlxalq müstəvidə də mövqeyini möhkəmləndirir. Davos İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatına verdiyi qiymət, onun hesabatlarında ölkəmizin irəliləməsi hər birimizdə qürur yaradır. Çünki dünyanın ən mötəbər bir qurumunun mövqeyi ən obyektiv və düzgün yanaşmadır. Bütün bunlar göstərir ki, Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Azərbaycanın yolu doğru yoldur və biz bu yola davam edərək gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəyik.
- Son illər ölkəmizin regionlarında sosial infrastruktur quruculuğu da uğurla həyata keçirilib. Bu amilin əhəmiyyəti nədən ibarətdir?
- Ölkəmizdə həyata keçirilən sosial siyasət əhalinin rifahının daha da yüksəlməsinə xidmət edir. Bu baxımdan, ötən dövr ərzində əhəmiyyətli işlər görülüb. Təkcə ötən il ərzində 221 min yeni iş yeri açılıb ki, onların 177 mini daimidir. 14 il ərzində isə ölkəmizdə 1,9 milyon iş yeri yaradılıb ki, onlardan 1,4 milyonu daimi iş yeridir. Ancaq bu dövrdə əhalinin 1,5 milyon nəfər artması nəzərə alınsa, gələcəkdə də bu prosesin davamlı olacağını deyə bilərik.
Digər mühüm məqam ondan ibarətdir ki, Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Bütün bunlarla yanaşı, Azərbaycanda sosial infrastruktur quruculuğu da uğurla davam edir və 2017-ci ildə də bu istiqamətdə mühüm işlər görülüb. Dövlət başçısının vurğuladığı kimi ötən il ölkəmizdə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. Eləcə də bu dövrdə 30 tibb müəssisəsi tikilib və əsaslı təmir edilib. Son 14 il ərzində isə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib, yaxud təmir edilib. Qarşıdakı dövrdə də investisiya proqramına əsasən sosial infrastruktur quruculuğu davam etdiriləcək.
- Qarşıda duran əsas hədəflərdən biri kənd təsərrüfatını daha da inkişaf etdirməkdir. Dövlət başçısı bu məsələ ilə bağlı konfransda müvafiq tövsiyə və tapşırıqlarını verib...
- Azərbaycanda 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişməkdədir. Bölgələrlə paytaxt arasında fərqin minimuma enməsində və bəhs olunan müsbət dinamikanın yaranmasında Prezident İlham Əliyevin respublikanın hərtərəfli və tarazlı inkişafına göstərdiyi diqqət, siyasi iradə əsas amil rolunda çıxış edib. Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin, müxtəlif istiqamətləri əhatə edən layihələrin reallaşdırılması sayəsində respublikanın bölgələrində yeni müsbət reallıqlar yaranıb və hədəflərə çatmaq üçün sistemli tədbirlər həyata keçirilir.
Bu hədəflər sırasında aqrar sektorda istehsalın artırılması xüsusi yer tutur. Qeyd edim ki, respublikamızda aqrar sektorun inkişafı ilə bağlı qarşıya qoyulan məqsədlərə çatmaq üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. Ölkədə 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icrası çərçivəsində aqrar sektorda daha böyük həcmlərdə istehsal imkanlarının yaradılmasına hesablanan çoxsaylı layihələr həyata keçirilib, həmçinin perspektiv üçün də yeni layihələr nəzərdə tutulub. Son illərdə regionlarda müasir təsərrüfat subyektlərinin yaradılması ölkəmizdə aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsinə yaxşı nümunədir. Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. İndiyədək dövlət başçısının tapşırığına uyğun olaraq ölkəmizin 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 181 milyon manat olan bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat dövlət güzəştli kreditləri verilib. İri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektardan arpa və buğda üzrə 58-60, qarğıdalı üzrə isə təxminən 120 sentner təşkil edir. Regionlarda istixanaların salınması da çox geniş vüsət alıb. Respublikanın bölgələrində əsasən ixraca hesablanan istixanaların yaradılması təşəbbüsünü Prezident İlham Əliyev irəli sürüb. Dövlət başçısının çağırışına uyğun olaraq hazırda 400 hektardan çox sahədə yeni, müasir istixana kompleksləri yaradılır. Artıq bir sıra bölgələrdə fəaliyyətə başlayan istixanalarda yüksək məhsuldarlığa nail olunur. Ölkəmizdə Prezident İlham Əliyevin aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq həmçinin aqroparkların yaradılmasına başlanılıb. İndiyədək ölkənin regionlarında 10 min hektar ərazidə 2 aqropark yaradılıb. Bunlar Xaçmaz rayonunda “Yalama Aqroparkı” və qərb bölgəsində “Şəmkir Aqroparkı”dır.
Perspektivdə Azərbaycanın bölgələrində aqroparkların sayı daha da artacaq. Hazırda ölkə ərazisində aqroparkların yaradılması güclü şəkildə təşviq olunur. Yeni yaradılan aqroparklar həm bitkiçilik, həm də heyvandarlıq istiqamətlidir. Bu aqroparklarda 10 min yeni iş yerinin açılması nəzərdə tutulur. On aqropark üzrə dəyəri 390 milyon manat olan 13 layihəyə investisiya təşviqi sənədi verilib. Hazırda Hacıqabul, Goranboy, Samux, Ağcabədi, Qax, Salyan, Kürdəmir, Şamaxı, Saatlı, Cəlilabad, Füzuli və İsmayıllı rayonlarında 58 min hektar ərazidə 12 aqroparkın yaradılmasına başlanılıb. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra kənd təsərrüfatında daha böyük nəticələr əldə olunacaq.
Konfransda cənab Prezident kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda dayanan vəzifələr barədə fikirlərini bildirdi və konkret tapşırıqlarını verdi. Şübhəsiz ki, qarşıda duran vəzifələr də uğurla icra olunacaq və biz bu sahədə böyük inkişafın şahidi olacağıq.
- Tahir müəllim, regionların sosial-iqtisadi inkişafı təmsil etdiyiniz Ağcabədi rayonunda özünü necə göstərir?
- Ağcabədi rayonu sosial-iqtisadi baxımdan respublikanın ən inkişaf edən rayonlarından biridir. Rayonumuzda hazırda böyük sənaye müəssisələri tikilib istifadəyə verilir, eləcə də aqropark yaradılır. Ötən il Prezident İlham Əliyev rayonumuza səfər etdi və səfər çərçivəsində bir sıra müəssisələrin açılışını etdi. Onların sırasında çörək zavodunun, Olimpiya İdman Mərkəzinin, Dövlət Bayraq Muzeyinin açılışını xatırlada bilərəm.
Ümumiyyətlə, Prezident İlham Əliyev dəfələrlə Ağcabədi rayonunda səfərdə olub və 20-dən çox müəssisənin, obyektin açılışında iştirak edib. Hazırda rayonda su-kanalizasiya layihəsi bitmək üzrədir. Ağcabədi respublika üzrə ən çox pambıq istehsal edən rayonlardan biridir. Bu gün rayonda elektrik enerjisi problemi yoxdur. Rayonun əksər kəndləri asfaltlaşdırılıb, qazlaşdırılıb. Cəmi bir neçə kəndə qaz çəkilməyib ki, yaxın zamanlarda bu məsələ də həll olunacaq. Bütövlükdə, Ağcabədi əhalisinin həyat səviyyəsini daha da yaxşılaşdırmaq üçün görülən işlər bundan sonra da davam etdiriləcək.

 
  • Oxunub:  7740  |  
  • Tarix:  31-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

15:04
25 Sentyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
14:35
25 Sentyabr
“Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda konfrans təşkil olunub
14:29
25 Sentyabr
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin zəngin irsinə dair elmi məruzələr dinlənilib
14:24
25 Sentyabr
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi reallaşdırılır
14:19
25 Sentyabr
GEANT Assosiasiyası ilə əməkdaşlıq davam edir
14:16
25 Sentyabr
TAP İtaliyadakı istehlakçılara təhlükəsiz, şaxələndirilmiş və rəqabətədavamlı enerji təmin edəcək
14:12
25 Sentyabr
Monqolustan Prezidenti AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə tanış olub
14:08
25 Sentyabr
Azərbaycan dünyada müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi tanınır
14:06
25 Sentyabr
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
14:03
25 Sentyabr
Prezident İlham Əliyev “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
13:54
25 Sentyabr
Sudan Azərbaycanla kosmik sahədə əməkdaşlıq etməkdə maraqlıdır
12:57
25 Sentyabr
İspaniya universitetləri AMEA ilə elmi əməkdaşlıqda maraqlıdır
12:56
25 Sentyabr
Nikolay Yankov: Naxçıvan Muxtar Respublikası ilə Bolqarıstan arasında əməkdaşlıq daha da genişləndiriləcək
12:48
25 Sentyabr
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib
12:46
25 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın Azərbaycana işgüzar səfəri
12:42
25 Sentyabr
Milli Məclisin deputatı AŞPA-nın Tbilisidə keçirilən komitə iclasında iştirak edir
12:36
25 Sentyabr
Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb
12:17
25 Sentyabr
Kestutis Yankauskas: Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
12:09
25 Sentyabr
Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
11:59
25 Sentyabr
Çində Azərbaycan dili üzrə kadrların hazırlanmasına başlanılıb
11:43
25 Sentyabr
Qriqori Trofimçuk: Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
11:37
25 Sentyabr
UNEC-də imtahan prosesi təkmilləşdirilir
11:27
25 Sentyabr
Azərbaycanlı gənclər Polşadakı Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
11:26
25 Sentyabr
Çində ilk dəfə Azərbaycan Araşdırmalar Mərkəzi yaradılacaq
11:26
25 Sentyabr
Bakıda üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb
11:24
25 Sentyabr
Azərbaycan nümayəndə heyəti Adanada film festivalının təntənəli açılış mərasimində iştirak edib
11:23
25 Sentyabr
"Bakı-2018"də 21 ölkənin cüdoçuları mükafatçılar sırasında yer alıblar
11:14
25 Sentyabr
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
11:07
25 Sentyabr
Bolqarıstan Elmlər Akademiyasının sədri: Arxeoloqlarımızın birgə tədqiqatlar aparmaları üçün dəstək göstərməyə hazırıq
11:00
25 Sentyabr
Nyu-Yorkda Azərbaycanın Yunanıstan və Qana ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
10:33
25 Sentyabr
Əlcəzair Azərbaycan şirkətlərinin bu ölkənin enerji sektorunda iştirakında maraqlıdır
10:22
25 Sentyabr
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:21
25 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub
10:20
25 Sentyabr
Prezident İlham Əliyev Bolqarıstanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:08
25 Sentyabr
Bakıda keçirilən dünya çempionatının altıncı günündə 88 cüdoçu medallar uğrunda mübarizə aparacaq
10:02
25 Sentyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gəlib
10:01
25 Sentyabr
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
09:59
25 Sentyabr
Stefaniya Giannini: Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsinə hazırıq
09:54
25 Sentyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edirlər
21:12
24 Sentyabr
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
20:29
24 Sentyabr
Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülür
20:25
24 Sentyabr
Azərbaycan Dillər Universitetinin tələbələri Aleksandr Soljenitsının yaradıcılığına maraq göstərirlər
20:24
24 Sentyabr
AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib
20:14
24 Sentyabr
Səfa Mirzəyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq nəticəsində böyük uğurlar əldə olunub
20:09
24 Sentyabr
Türkiyədə keçirilən simpoziumda narkomaniyaya qarşı mübarizədə medianın rolu barədə müzakirələr aparılıb
20:01
24 Sentyabr
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
17:47
24 Sentyabr
Polo üzrə Azərbaycan millisi Avropa çempionatında üçüncü qələbəsini qazanıb
17:44
24 Sentyabr
Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib
17:39
24 Sentyabr
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
17:38
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
17:30
24 Sentyabr
Sevinc Fətəliyeva: Milli Məclisin fəaliyyətində beynəlxalq əməkdaşlıq mühüm yer tutur
17:27
24 Sentyabr
Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib
17:17
24 Sentyabr
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti Heydər Əliyev Mərkəzində keçiriləcək
17:15
24 Sentyabr
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
16:59
24 Sentyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
16:49
24 Sentyabr
Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlara start verilib
16:46
24 Sentyabr
Azərbaycanın və Bolqarıstanın elmlər akademiyaları arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb
16:33
24 Sentyabr
İkinci M.A.P. Bakı Beynəlxalq İncəsənət Festivalının proqramı olduqca zəngindir
16:31
24 Sentyabr
Universitetlər arasında Prezident təqaüdçülərinin sayına görə UNEC birincidir
16:26
24 Sentyabr
Azərbaycan Cüdo Federasiyasının Sumqayıt Təlim-Məşq Bazası istifadəyə verilib
15:59
24 Sentyabr
Rusiyanın məşhur yazıçı-dramaturqu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:55
24 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “Caspian Energy Forum Baku–2018”də iştirak edib
15:42
24 Sentyabr
Çində ADNSU-nun iştirakı ilə Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası yaradılıb
15:36
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu keçirilir
15:24
24 Sentyabr
Azay Quliyev: Helsinki prinsipləri əsasında yaranan ATƏT bu prinsiplərin bərqərar olunmasını təmin edə bilmir
15:21
24 Sentyabr
Orxan Məmmədov: Ölkəmizdə kiçik və orta biznesin inkişafı yönündə vacib tədbirlər reallaşdırılır
15:20
24 Sentyabr
Cümhuriyyətin müstəqillik ideyalarına sədaqət Azərbaycan Prezidentinin siyasi fəaliyyətində mühüm yer tutur
14:44
24 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdədir
14:38
24 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycana işgüzar səfərə gəlib
14:30
24 Sentyabr
Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+20 +28
gecə+19 +21