Ana səhifə »  Müsahibə »  Azərbaycan beynəlxalq müstəvidə mühüm diplomatik paytaxt statusu qazanmaqdadır
A+   Yenilə  A-
Azərbaycan beynəlxalq müstəvidə mühüm diplomatik paytaxt statusu qazanmaqdadır

Milli Məclisin deputatı Zahid Oruc www.yap.org.az saytına müsahibə verib:
- Zahid müəllim, Azərbaycanın xarici siyasətinin əsas xəttini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli təşkil edir. Bu yaxınlarda Krakovda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçirilən görüşü haqqında nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, 2017-ci ildə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilib. Həmsədrlərin və xarici işlər nazirlərinin Krakov görüşü bu görüşdən sonrakı vəziyyətin təhlili kimi xarakterizə oluna bilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi strateji zərurətdir. Bu baxımdan, Azərbaycanın xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Buna görə də rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır.
Ötən il ərzində də Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe sərgiləyib və hücum diplomatiyasını davam etdirib. Azərbaycanın prinsipial mövqeyi və fəal diplomatiyası nəticəsində ölkəmizin ərazi bütövlüyü məsələsi, Dağlıq Qarabağ münaqişəsinin həlli problemi beynəlxalq miqyasda diqqət mərkəzində olub. Hazırda da ölkəmiz diplomatik müstəvidə fəal səylərini davam etdirir.
Əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllini tapması üçün Ermənistanın qeyri-konstruktiv mövqedən əl çəkməsi lazımdır. İşğalçı Ermənistan bütün çağırışlara qeyri-konstruktiv reaksiya verməkdən əl çəkməli, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə əməl edilməlidir. Bunun üçün münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu da öz fəaliyyətinin səmərəlilik səviyyəsini artırmalıdır.
Hesab edirəm ki, Krakov görüşü prezidentlərin növbəti görüşü üçün hazırlıq ola bilər. Bununla yanaşı, xarici işlər naziri Elmar Məmmədyarov bildirdi ki, münaqişənin həlli prosesində yeni yanaşmalar var. Ehtimal etmək olar ki, artıq ermənilər əvvəlki qədər şərtli mövqe göstərmirlər. Digər tərəfdən, mümkündür ki, Kasprşikin ofisinin təmsilçilərinin sayının artırılmasında anlaşma tapılır. Amma kimsə düşünürsə ki, bu təmsilçilər az qala sülhməramlı qüvvələri özündə ehtiva edir, bu, yanlış yanaşmadır. Kasprşik peşəkardır, o, bu bölgədə qocalıb. Bundan sonra onun ətrafına yüzlərlə adamın toplanması real deyil. Sadəcə, ofisdə çalışanların 10 nəfər artırılması imkan verməyəcək ki, onlar Ağdərədən başlayaraq Füzuliyə qədər təmas xəttində bütün gün monitorinq aparsınlar. Əlbəttə, biz bilirik ki, erməni tərəfi münaqişənin həllində hərbi variantı istisna etməyə çalışır. Amma bunun üçün sülh yolu ilə torpaqlarımızdan çıxmalıdır.
Bütövlükdə, düşünmürəm ki, Krakov danışıqları özündə münaqişənin həllini əks etdirən sənəd, real həll planı üzərində gedib. Fikrimcə, bu görüş daha çox təmas xəttində gərginliyin azaldılmasına xidmət edir.
- Necə hesab edirsiniz, bu il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi bir irəliləyiş ola bilərmi?
- 2018-ci ildə hər iki ölkədə seçkilər keçiriləcək. Beynəlxalq ekspertlər də hesab edirlər ki, seçki ilində münaqişənin həlli istiqamətində kardinal addımlar atılması istisna təşkil edir. Artıq Ermənistanda seçki marafonu başlayıb, mart ayında bu ölkədə prezident seçkiləri keçiriləcək. Amma işğalçı ölkədə idarəçilik sistemi də dəyişdiriləcək. Əgər Sarkisyan baş nazir olsa, daxili vəziyyət gərginləşə bilər. Təbii ki, gərginlik münaqişənin həlli prosesinə təsir edə bilər.
Azərbaycan isə heç bir amilə görə torpaqlarının işğalda qalmasına razı ola bilməz. Bizim mövqeyimiz bundan ibarətdir ki, ölkəmizin ərazi bütövlüyü təmin olunmalıdır. Əgər Ermənistan təxribatlar törədərsə və Azərbaycan hansısa nöqtələrdə özünə qarşı təhdid hiss edərsə, tutarlı cavab zərbəsi vuracaq. Belə hallarda, Minsk qrupu təmas xəttinə gəlib prosesə mane ola bilmir. Artıq hərbi komponent siyasi prosesdə aparıcı rol oynayır. Yəni elə bilin ki, ordu danışıqlarda iştirak edir. Ona görə də 2018-ci il Dağlıq Qarabağ münaqişəsinin çözümü üçün mühüm istiqamətlər də yarada bilər, proses müəyyən bir toqquşmadan fərqli fazaya da keçə bilər.
Yaxın Şərq hadisələrindən çıxış edərək deyə bilərəm ki, Azərbaycanın qonşu ölkələrlə münasibətlərinin yüksək səviyyədə olması imkan verir ki, biz də Afrindəki kimi lokal ərazilərdə hərbi əməliyyat keçirək. Söhbət münaqişənin tam alovlanmasından getmir. Məsələn, Azərbaycan Cəbrayıl və Füzulidə hərbisizləşdirmə işi apara bilər. Türkiyənin hazırkı addımı bu baxımdan nümunə ola bilər. Düşünürəm ki, hazırkı şəraitdə 2018-ci ildə müharibənin başlamayacağı haqda mesajlar, yanaşmalar doğru deyil.
- Hazırda dünyanın gündəmində olan məsələlərdən biri Dünya İqtisadi Forumudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda bir sıra mühüm görüşlər keçirib, toplantılarda iştirak edib. Sizcə, Azərbaycanın təqdimatı baxımından Davos Forumunun əhəmiyyəti nədən ibarətdir?
- Davosda keçirilən Dünya İqtisadi Forumu beynəlxalq aləmdə uzun illər nəinki iqtisadi, həmçinin siyasi müstəvidə dövlətlərin elitasında əsas baxışları, aparıcı iqtisadi tendensiyaları müəyyənləşdirmək üçün böyük imkandır. Son 100 il ərzində siyasi transformasiyalar dəyişib, artıq dördüncü sənaye inqilabından söhbət gedir. Bu Forumda müzakirələr dünyanın beyin mərkəzlərinin, siyasi institutların, elm mərkəzlərinin, əsas iqtisadi korporasiyaların nümayəndələrinin iştirakı ilə baş verir. Prezident İlham Əliyev hər il Davos Forumunda iştirak etməklə Azərbaycanın uğurlarını dünyaya çatdırır. Bununla da, biz ilk növbədə Azərbaycanın beynəlxalq aləmdə təqdimatının şahidi oluruq.
Bilirsiniz ki, Forumda iştirak edən minlərlə media təmsilçisi aparıcı çıxışları işıqlandırırlar. Prezident İlham Əliyev bu tədbirlərdə sadəcə çıxış etmir, həmçinin iqtisadiyyatımızın daha da inkişaf etdirilməsi, yeni investisiyaların cəlb olunması üçün beynəlxalq korporasiyaların rəhbərləri ilə görüşlər keçirir. Bu görüşlər ölkədə sənayeləşmə prosesinə önəmli təsir göstərə biləcək bir addımlardır ki, nəticə etibarilə iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir.
Prezident İlham Əliyev Forum çərçivəsində dövlət və hökumət başçıları ilə də görüşür və qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunur. İsveçrənin Prezidenti, İsrailin Baş naziri ilə görüşlərin nümunəsində biz belə görüşlərin böyük əhəmiyyətini vurğulamalıyıq.
Məlumdur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkələr bu təbii sərvətdən necə istifadə edir? Bu mövzuda biz cənab Prezidentin Forumda mükəmməl çıxışının şahidi olduq. Prezidentimiz keçirilən tədbirlərdə bir çox sualları da cavablandırıb. Bizi regionda müxtəlif qarşıdurmalara çəkən qüvvələr olsa da, buna getməmişik. Azərbaycan müstəqil siyasət həyata keçirir və buna görə də xaricdən müəyyən hücumlara məruz qalır. Hücumlar müxtəlif dairələrin əli ilə reallaşdırılır. Amma belə cəhdlər həmişə iflasa uğrayır.
Davos Forumu timsalında Azərbaycan ona görə güclüdür ki, ölkəmiz regional düzəni dəyişən transmilli layihələrə müəlliflik edir. Orta Asiya, Xəzər regionunda reallaşan layihələrdə Azərbaycan aparıcı rol oynayır. Nəzərə alsaq ki, ötən il Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi, şübhə yoxdur ki, Davos Forumunda bu yeni xətdən istifadə olunması müəyyən şirkətlərin müzakirə mövzusuna çevrilib. Yəni Davos Forumu bu kimi layihələri təqdim etmək imkanı yaradır. Bütövlükdə, Davos İqtisadi Forumu Azərbaycanın iqtisadi-siyasi maraqları baxımından çox böyük imkanlar açır. Dövlətimiz Forumda fəal təmsil olunmaqla iqtisadi və siyasi dividendlər qazanır.
- Zahid müəllim, ABŞ Silahlı Qüvvələrinin generalı, NATO-nun Avropadakı birləşmiş qoşunlarının komandanı Kertis Skaparotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Bakı görüşü haqqında da fikirlərinizi bilmək istərdik. Görüşün Bakıda keçirilməsində hansı amillər əsas rol oynayır?
- İlk növbədə, belə bir görüşün Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir. Ötən ilin fevralında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danfordun Bakı görüşünü bəziləri təsadüf adlandıra bilərdilər. Lakin ondan sonra NATO-nun yüksəkçinli nümayəndəsi ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüş üçün Bakını seçməsi, indi də bu görüş sübut edir ki, Azərbaycanın beynəlxalq məkanda etibarlı bir siyasi imici formalaşmaqdadır. Bu fakt onu göstərir ki, Azərbaycan beynəlxalq müstəvidə mühüm diplomatik paytaxt statusu qazanmaqdadır. Bu, sadə və asan bir məsələ deyil. Çünki müxtəlif vuruşan tərəflər üçün bərabər məsafələrin saxlanması kiçik coğrafiyalar üçün çətindir. Biz ötən illər ərzində münaqişələri körükləməmişik. Əksinə, daha çox tərəflərin yaxınlaşmasına çalışmışıq. Yaxın tariximizə nəzər salanda deyə bilərik ki, ABŞ-la İran arasında vəziyyət gərginləşəndə biz hansısa tərəfin forpostuna çevrilmədik. Həmçinin 2015-ci ildə Türkiyə tərəfindən Rusiyanın hərbi təyyarəsi vurulandan sonra bu ölkələrin arasında münasibətlər kəskinləşmişdi. Məhz Azərbaycan tərəfi onların münasibətlərinin normallaşması üçün vasitəçilik etdi və müsbət nəticə əldə olundu. Deməli, bu illər ərzində Azərbaycan bu regionda müstəqil məkan formalaşdırmaq imkanı qazanıb ki, heç bir tərəf tərəddüd etmədən bu məkanı görüş yerinə çevirir.
Azərbaycan tərəflərə danışıqlar meydanı verməklə, əslində, beynəlxalq müstəvidə sülhə töhfə verməyə çalışır. Biz həm də burada seçilən mövzuların düzgün nəticə verməsində maraqlıyıq. Azərbaycan çox maraqlıdır ki, ABŞ və Rusiya Bakıda razılaşsınlar. Yəqin ki, bu görüşün əsas mövzusu Yaxın Şərq məsələsi və Ukraynadır. NATO-nu narahat edən məsələlər var. Onlar buraya gəlirlər ki, bu kimi ciddi məsələləri danışsınlar. Ən önəmli məsələ odur ki, biz çox arzulayırıq, Bakıda kompromislər tapılsın və qərarlar beynəlxalq məkanda vəziyyətə təsir etsin. Biz istəyirik ki, Bakıdan onlar nəticə ilə qayıtsınlar.
Həmçinin biz arzu edirik ki, tərəflər arasında belə görüşlər Qarabağ məsələsi ilə bağlı keçirilsin və nəticə əldə olunsun. Azərbaycan beynəlxalq məkanda diplomatik ünvana çevrilirsə, buna sevinmək lazımdır və bu mövqeyi gələcəkdə daha da gücləndirməliyik. Bütün bunlar təsdiqləyir ki, Azərbaycan qitələr, regionlar, sivilizasiyalar və dinlərarası bir körpüyə çevrilir.

 
  • Oxunub:  7200  |  
  • Tarix:  27-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

13:54
25 Sentyabr
Sudan Azərbaycanla kosmik sahədə əməkdaşlıq etməkdə maraqlıdır
12:57
25 Sentyabr
İspaniya universitetləri AMEA ilə elmi əməkdaşlıqda maraqlıdır
12:56
25 Sentyabr
Nikolay Yankov: Naxçıvan Muxtar Respublikası ilə Bolqarıstan arasında əməkdaşlıq daha da genişləndiriləcək
12:48
25 Sentyabr
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib
12:46
25 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın Azərbaycana işgüzar səfəri
12:42
25 Sentyabr
Milli Məclisin deputatı AŞPA-nın Tbilisidə keçirilən komitə iclasında iştirak edir
12:36
25 Sentyabr
Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb
12:17
25 Sentyabr
Kestutis Yankauskas: Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
12:09
25 Sentyabr
Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
11:59
25 Sentyabr
Çində Azərbaycan dili üzrə kadrların hazırlanmasına başlanılıb
11:43
25 Sentyabr
Qriqori Trofimçuk: Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
11:37
25 Sentyabr
UNEC-də imtahan prosesi təkmilləşdirilir
11:27
25 Sentyabr
Azərbaycanlı gənclər Polşadakı Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
11:26
25 Sentyabr
Çində ilk dəfə Azərbaycan Araşdırmalar Mərkəzi yaradılacaq
11:26
25 Sentyabr
Bakıda üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb
11:24
25 Sentyabr
Azərbaycan nümayəndə heyəti Adanada film festivalının təntənəli açılış mərasimində iştirak edib
11:23
25 Sentyabr
"Bakı-2018"də 21 ölkənin cüdoçuları mükafatçılar sırasında yer alıblar
11:14
25 Sentyabr
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
11:07
25 Sentyabr
Bolqarıstan Elmlər Akademiyasının sədri: Arxeoloqlarımızın birgə tədqiqatlar aparmaları üçün dəstək göstərməyə hazırıq
11:00
25 Sentyabr
Nyu-Yorkda Azərbaycanın Yunanıstan və Qana ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
10:33
25 Sentyabr
Əlcəzair Azərbaycan şirkətlərinin bu ölkənin enerji sektorunda iştirakında maraqlıdır
10:22
25 Sentyabr
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:21
25 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub
10:20
25 Sentyabr
Prezident İlham Əliyev Bolqarıstanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:08
25 Sentyabr
Bakıda keçirilən dünya çempionatının altıncı günündə 88 cüdoçu medallar uğrunda mübarizə aparacaq
10:02
25 Sentyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gəlib
10:01
25 Sentyabr
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
09:59
25 Sentyabr
Stefaniya Giannini: Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsinə hazırıq
09:54
25 Sentyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edirlər
21:12
24 Sentyabr
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
20:29
24 Sentyabr
Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülür
20:25
24 Sentyabr
Azərbaycan Dillər Universitetinin tələbələri Aleksandr Soljenitsının yaradıcılığına maraq göstərirlər
20:24
24 Sentyabr
AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib
20:14
24 Sentyabr
Səfa Mirzəyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq nəticəsində böyük uğurlar əldə olunub
20:09
24 Sentyabr
Türkiyədə keçirilən simpoziumda narkomaniyaya qarşı mübarizədə medianın rolu barədə müzakirələr aparılıb
20:01
24 Sentyabr
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
17:47
24 Sentyabr
Polo üzrə Azərbaycan millisi Avropa çempionatında üçüncü qələbəsini qazanıb
17:44
24 Sentyabr
Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib
17:39
24 Sentyabr
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
17:38
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
17:30
24 Sentyabr
Sevinc Fətəliyeva: Milli Məclisin fəaliyyətində beynəlxalq əməkdaşlıq mühüm yer tutur
17:27
24 Sentyabr
Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib
17:17
24 Sentyabr
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti Heydər Əliyev Mərkəzində keçiriləcək
17:15
24 Sentyabr
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
16:59
24 Sentyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
16:49
24 Sentyabr
Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlara start verilib
16:46
24 Sentyabr
Azərbaycanın və Bolqarıstanın elmlər akademiyaları arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb
16:33
24 Sentyabr
İkinci M.A.P. Bakı Beynəlxalq İncəsənət Festivalının proqramı olduqca zəngindir
16:31
24 Sentyabr
Universitetlər arasında Prezident təqaüdçülərinin sayına görə UNEC birincidir
16:26
24 Sentyabr
Azərbaycan Cüdo Federasiyasının Sumqayıt Təlim-Məşq Bazası istifadəyə verilib
15:59
24 Sentyabr
Rusiyanın məşhur yazıçı-dramaturqu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:55
24 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “Caspian Energy Forum Baku–2018”də iştirak edib
15:42
24 Sentyabr
Çində ADNSU-nun iştirakı ilə Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası yaradılıb
15:36
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu keçirilir
15:24
24 Sentyabr
Azay Quliyev: Helsinki prinsipləri əsasında yaranan ATƏT bu prinsiplərin bərqərar olunmasını təmin edə bilmir
15:21
24 Sentyabr
Orxan Məmmədov: Ölkəmizdə kiçik və orta biznesin inkişafı yönündə vacib tədbirlər reallaşdırılır
15:20
24 Sentyabr
Cümhuriyyətin müstəqillik ideyalarına sədaqət Azərbaycan Prezidentinin siyasi fəaliyyətində mühüm yer tutur
14:44
24 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdədir
14:38
24 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycana işgüzar səfərə gəlib
14:30
24 Sentyabr
Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib
14:24
24 Sentyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında ilk iclası olub
14:23
24 Sentyabr
Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub
14:09
24 Sentyabr
Akademik Həsən Abdullayev Azərbaycanda müasir fizikanın əsasını qoyub
14:07
24 Sentyabr
Qobustan rayonunda yeni etnoqrafik tədqiqat
12:54
24 Sentyabr
“Diario la Economía”: Azərbaycan Qafqazın incisidir
12:52
24 Sentyabr
Yəhya Musayev: “ADEX 2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
12:34
24 Sentyabr
YAP Nizami rayon təşkilatının 25 illik yubileyi qeyd olunub
12:33
24 Sentyabr
Moskvada görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib
12:29
24 Sentyabr
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
12:26
24 Sentyabr
BMT-nin Əhali Fondu ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+20 +28
gecə+19 +21