Ana səhifə »  Müsahibə »  Prezident İlham Əliyev Dünya İqtisadi Forumunda Azərbaycan reallıqlarını qətiyyətlə və dolğun şəkildə ifadə etdi
A+   Yenilə  A-
Prezident İlham Əliyev Dünya İqtisadi Forumunda Azərbaycan reallıqlarını qətiyyətlə və dolğun şəkildə ifadə etdi

Siyavuş Novruzov: Forumda səsləndirilən fikirlər onu göstərir ki, Azərbaycan uğurla inkişaf edir, siyasi və iqtisadi islahatların paralel olaraq davam etdirilməsi bütün sahələrdə mühüm nailiyyətlərin əldə olunmasını təmin edib
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlərin və “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda çıxışının əhəmiyyətini AZƏRTAC-a müsahibəsində şərh edib. Müsahibəni təqdim edirik.
- Siyavuş müəllim, dünyanın diqqəti yenidən Davosdadır. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda bir sıra mühüm görüşlər keçirib, “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda iştirak edib. Forumun əhəmiyyəti və Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri barədə nə deyə bilərsiniz?
- 48-ci dəfə keçirilən ənənəvi Davos Forumu bu dəfə “Parçalanmış dünyada birgə gələcəyin yaradılması” mövzusuna həsr olunub. Azərbaycan Prezidenti İlham Əliyev Forum çərçivəsində “Strateji baxış: Avrasiya” panelindəki müzakirələrdə çıxış edib və həm ölkəmiz, həm də region və dünya üçün müstəsna əhəmiyyətə malik olan çox mühüm məsələlərlə bağlı fikirlər söyləyib. Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında uzun illərdir həyata keçirilən əməkdaşlığın yaxşı perspektivlərə malik olduğu qeyd edilib, eyni zamanda, Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq nüfuzu və ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi islahatların əhəmiyyəti diqqətə çatdırılıb.
Həqiqətən də, bu gün Azərbaycan öz iqtisadi tərəqqisi ilə inkişafın milli modelini formalaşdırıb. Neft gəlirlərinin səmərəli idarə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun tərəqqisi, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər xüsusi olaraq vurğulanmalıdır. Bütün bunlar ölkəmizin iqtisadiyyatının davamlı tərəqqisini təmin edən strateji amillərdir. Məhz bunların nəticəsidir ki, Azərbaycan həm də yüksək beynəlxalq reytinqə malikdir. Prezident İlham Əliyev interaktiv iclasdakı çıxışı zamanı qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsi bizim əsas məqsədimizdir. Dövlətimizin başçısı onu da vurğulayıb ki, “biz hazırda icra etdiyimiz layihələri başa çatdırmalıyıq, ancaq əsas gəlir mənbələri kimi biz texnologiya, innovasiya, sənaye, sahibkarlıq və kənd təsərrüfatı sahələrini nəzərdən keçirməliyik”. Əlbəttə, məqsədyönlü və çoxşaxəli islahatların ardıcıl və müntəzəm şəkildə davam etdirilməsi iqtisadiyyatın şaxələndirilməsini təmin edib və qarşıdakı dövrdə də bu proses davamlı xarakter daşıyacaq.
Azərbaycanın iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər həm də statistik göstəricilərdə öz əksini tapıb. Başa vurduğumuz 2017-ci ildə ÜDM-in artımı qeydə alınıb, qeyri-neft sektorunun payına düşən artım isə təqribən 3 faiz təşkil edir. Ötən il ərzində valyuta ehtiyatlarımız 4,5 milyard dollar civarında artıb ki, bu da iqtisadi siyasətin olduqca səmərəli, məqsədyönlü olduğunu göstərir. Digər tərəfdən, Azərbaycanın hazırda valyuta ehtiyatlarının həcmi təxminən 42 milyard dollar təşkil edir ki, bu da adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə dünya miqyasında çox böyük göstəricidir. Prezident İlham Əliyev qeyd edib ki, ötən il neftin qiymətinin hələ də aşağı olmasına baxmayaraq, biz ehtiyatlarımıza daha 4,5 milyard dollar əlavə edə bilmişik: “Bu isə o deməkdir ki, hətta neftin qiyməti aşağı olsa belə bizim üçün narahatlığa səbəb yoxdur. Builki büdcəmizdə neftin qiymətinin 45 dollar səviyyəsində olması nəzərdə tutulub və bundan artıq toplanan bütün vəsait Neft Fonduna yönləndiriləcəkdir”.
Yeni nəsil islahatların həyata keçirilməsi fonunda təhsil, səhiyyə, sosial və digər istiqamətlərdə ardıcıl tədbirlərin reallaşdırılması sosial infrastruktur quruculuğunun da diqqət mərkəzində olduğunu göstərir.
Azərbaycan reallıqlarının Davos Dünya İqtisadi Forumu kimi mötəbər beynəlxalq tribunadan səsləndirilməsi müstəsna əhəmiyyətə malikdir. Bəllidir ki, həyata keçirilən iqtisadi islahatların nəticəsində əldə edilən çoxsaylı uğurlar ölkəmizin beynəlxalq iqtisadi reytinqinin yüksəlməsinə də əhəmiyyətli töhfələr verib. Azərbaycanın iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı 2017-ci ildə rəqabətqabiliyyətliliyinə görə 2 pillə irəliləyib və dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, olduqca mühüm göstərici olmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli iqtisadi siyasətin nəticəsidir.
Prezident İlham Əliyevin Davosda transmilli şirkətlərin təsisçisi və sədrləri ilə bir sıra mühüm görüşlər keçirməsi də Azərbaycanın beynəlxalq nüfuzunun artması, əməkdaşlıq əlaqələrinin inkişafı kontekstində böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Azərbaycanın Dünya İqtisadi Forumunda uğurla təmsil olunması ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası, beynəlxalq iqtisadi və siyasi əlaqələrinin genişləndirilməsi baxımından xüsusi önəmə malikdir. Onu da qeyd edim ki, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı və orada söylədiyi fikirlər böyük maraq doğurub. Mütəxəssislər Azərbaycanın dövlət başçısının təhlillərinə və irəli sürdüyü fikirlərə ciddi diqqət yetiriblər, dövlət başçısının səsləndirdiyi fikirlər beynəlxalq mətbuatın da diqqət mərkəzində olub.
- Yeri gəlmişkən, Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığının təmin olunduğunu da diqqətə çatdırdı...
- Bəli, dövlətimizin başçısı qeyd etdi ki, “mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır”.
Ümumiyyətlə, ölkəmizə qarşı təzyiqlərə və şantaja əl atan bəzi antiazərbaycan dairələr Azərbaycanda bərqərar olan söz və mətbuat azadlığı məsələsini manipulyasiya alətinə çevirməyə çalışırlar. Halbuki ölkəmizdə fikir plüralizminə yaradılan şərait, müstəqil mətbuatın inkişafına göstərilən diqqət və qayğı göz önündədir. Azərbaycanda azad sözün inkişafı üçün 1998-ci ildən etibarən kütləvi informasiya vasitələri üzərində dövlət senzurası tamamilə aradan qaldırılıb. KİV-in azad fəaliyyətinin təmin olunması üçün bir sıra qanunların qəbulundan sonra bu sahədə formalaşan mühit onu deməyə əsas verir ki, Azərbaycanda fikir və söz azadlığı etibarlı şəkildə və yüksək səviyyədə təmin olunub. Mövcud olan hüquqi baza da vətəndaşların fikir və düşüncələrini sərbəst ifadə etməsi üçün geniş imkan yaradır. “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” və digər qanunlarla ölkədə media qurumlarının sərbəst şəkildə yaradılması və fəaliyyəti təmin edilib. Digər tərəfdən, Azərbaycanda jurnalistlərin mənzil-məişət şəraitinin və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan siyasi mövqeyindən asılı olmayaraq bütün jurnalistlər yararlana bilirlər, hər hansı bir ayrı-seçkilik müşahidə edilmir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə ayrılan maliyyə vəsaiti isə dövlətin mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Bütün bunlara baxmayaraq, Azərbaycanın suveren iradəsini, müstəqil daxili və xarici siyasətini narahatlıqla qarşılayan qüvvələr, erməni lobbisi və antiazərbaycan dairələr qarayaxma kampaniyası vasitəsilə ölkəmizə təzyiq etməyə çalışırlar. Bu zaman “sapı özümüzdən olan baltalar”la yanaşı, “Freedom House”, “Human Rights Watch” kimi təşkilatların, Soros Fondunun xidmətlərindən istifadə edirlər. Həmin təşkilatların hesabatlarında ölkəmizlə bağlı qərəzli və subyektiv mülahizələrə əsaslanan məqamlar yer alır. Belə təşkilatlar 25 ildən artıqdır ki, Azərbaycan haqqında qeyri-obyektiv, qərəzli, ölkəmiz haqqında məlumatı olmayan, kimlərinsə yazdığını götürüb dərc edən, fikirlər yayımlayan qurumlardır. Sadəcə olaraq həmin qurumlar erməni lobbisinin və antiazərbaycan dairələrin əlində alətə çevriliblər.
Azərbaycanda, həmçinin siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının qanunlar əsasında sərbəst fəaliyyətinə şərait yaradılıb. 2007-ci ildə MDB məkanında ilk dəfə olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının yaradılması, eləcə də 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının formalaşdırılması bilavasitə vətəndaş cəmiyyəti institutlarının inkişafına çox böyük təkan verib. Bu qurum vasitəsilə dövlət tərəfindən vətəndaş cəmiyyəti institutlarına hər il maliyyə vəsaiti ayrılır. Siyasi partiyalara dövlət büdcəsindən vəsaitin ayrılması da bir çox Avropa dövlətləri, inkişaf etmiş ölkələr üçün örnəkdir. Digər tərəfdən, Azərbaycanın insan hüquqları ilə bağlı yaradılmış qanunvericilik bazası, bu istiqamətdə atılan addımlar, görülən işlər mütərəqqi nümunədir. Bu günə qədər Azərbaycanda 11 dəfə amnistiya aktı qəbul edilib, dövlətimizin başçısı tərəfindən 60-dan çox əfv fərmanı və sərəncamı imzalanıb. Nəticədə 10 minlərlə insan azadlığına qovuşub.
Ölkəmizdə, eyni zamanda, sərbəst toplaşmaq azadlığı və digər azadlıqlar təmin olunub. Sosial bazası - elektoratı olmayan, xalqdan heç bir dəstək almayan radikal müxalifət partiyaları sərbəst toplaşmaq azadlığı ilə bağlı müxtəlif bəhanələr səsləndirərək Azərbaycanın müsbət beynəlxalq imicinə xələl gətirməyə çalışırlar. 20 Yanvar - Ümumxalq Hüzn Günü ərəfəsində həmin antimilli qüvvələrin “siyasi şou” təşkil etməyə can atmaları onların siyasi siması və mahiyyətini əks etdirir.
Bütövlükdə, Azərbaycana qarşı təzyiq kampaniyasının, ölkəmizlə bağlı qərəzli və qeyri-obyektiv məlumatlar verilməsinin başlıca səbəbi dövlətimizin müstəqil siyasət həyata keçirməsidir. Prezident İlham Əliyev qeyd edib ki, “Azərbaycanı müəyyən ölkələr əleyhinə kampaniyalara sürükləmək cəhdləri olub. Biz hər zaman bitərəf qalmışıq. Biz heç kəsə qarşı oyun aparmırıq və heç bir riskli və milli maraqlarımıza uyğun olmayan kampaniyanın tərkib hissəsi deyilik. Yəni, hücumların səbəblərindən biri bəzilərinin Azərbaycanı kiçik dövlət üçün artıq dərəcədə müstəqil hesab etməsidir. Bəzi QHT-lərin belə reytinqləri ölkəmizi gözdən salmaq, nüfuzumuza xələl gətirmək və Azərbaycanı qeyri-demokratik dövlət kimi təqdim etmək məqsədi daşıyır. Bu isə qətiyyən belə deyil”.
- Siyavuş müəllim, Azərbaycanın müstəqil siyasət yürüdən dövlət olduğunu deyən Prezident İlham Əliyev bu siyasətin milli maraqlarımıza söykəndiyini, ölkəmizdə sabit siyasi və iqtisadi vəziyyətin mövcud olduğunu diqqətə çatdırdı. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan kifayət qədər güclü dövlətdir, ölkəmiz yüksək beynəlxalq nüfuza malikdir. Azərbaycan həm də müstəqil siyasət həyata keçirir. Bütün dövlətlərlə bərabərhüquqlu əlaqələr yaradır, münasibətləri öz maraqları əsasında davam və inkişaf etdirir. Bunun da əsasında Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi dayanır. Ölkəmizdə çoxsaylı mötəbər beynəlxalq tədbirlər keçirilir. Azərbaycan sivilizasiyalararası dialoqa mühüm töhfələr verən tədbirlərə uğurla ev sahibliyi edir və dünyanın multikulturalizm mərkəzlərindən biri sayılır. Bütün bunlar uğurlu və hərtərəfli inkişaf siyasətinin səmərəli nəticələridir.
Digər tərəfdən, siyasi-hüquqi islahatların mütəmadi qaydada və prinsipiallıqla davam etdirilməsi sabitliyin və təhlükəsizliyin təmin olunmasına önəmli töhfələr verməklə yanaşı, demokratik inkişafı da sürətləndirməkdədir. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları son 14 il ərzində həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər. Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib. Bunun nəticəsidir ki, beynəlxalq aləmin Azərbaycana diqqəti kifayət qədər artıb. Dünya miqyasında çoxsaylı siyasi kataklizmlərlə müşayiət olunan, müxtəlif ölkələrdə stabillik və təhlükəsizliyin pozulduğu ötən müddət ərzində Azərbaycanda sabitlik qorunub saxlanılıb, ölkəmiz kənar təsirlərə məruz qalmadan öz siyasi sabitliyini qoruya bilib.
Əminliklə söyləmək olar ki, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi ictimai-siyasi sabitliyin başlıca təminatçısıdır. Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, Prezident İlham Əliyev isə Azərbaycan dövlətinin maraqlarını qətiyyətlə müdafiə edir. Təsadüfi deyil ki, Azərbaycan Davos İqtisadi Forumunun son hesabatında “Siyasətçilərə ictimai etimad” kateqoriyası üzrə dünyada 137 ölkə arasında 20-ci yerə yüksəlib. Ölkəmiz “Böyük İyirmilik” ölkələrinin hər 4-dən 3-nü, bütün postsovet respublikalarını və türk dövlətlərini qabaqlayır. Bu, Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin vətəndaşlar tərəfindən rəğbətlə və məmnunluqla qarşılanmasının ifadəsidir.
- Dünya İqtisadi Forumunda Azərbaycanla bağlı səsləndirilən fikirlər ölkəmizin dayanıqlı inkişafının, beynəlxalq əlaqələrinin genişlənməsinin qarşıdakı dövrdə də davam edəcəyini deməyə əsas verir. Bu barədə nə düşünürsünüz?
- Əvvəla qeyd edim ki, Prezident İlham Əliyev Dünya İqtisadi Forumunda Azərbaycan reallıqlarını qətiyyətlə və dolğun şəkildə ifadə etdi. Ümumiyyətlə, Forumda səsləndirilən fikirlər onu göstərir ki, Azərbaycan uğurla inkişaf edir, siyasi və iqtisadi islahatların paralel olaraq davam etdirilməsi bütün sahələrdə mühüm nailiyyətlərin əldə olunmasını təmin edib. Bu gün Azərbaycan beynəlxalq miqyasda nüfuzlu və cəlbedici ölkəyə çevrilib, ölkəmizə maraq və diqqət daha da artıb. 2017-ci ildə ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu, Azərbaycanın yüksək iqtisadi reytinqə malik olduğunu göstərir. Bu, həm də onun ifadəsidir ki, həm yerli, həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. İqtisadi və siyasi sabitlik, valyuta ehtiyatlarımız, reallaşdırılan layihələrin kommersiya cəlbediciliyi xarici sərmayənin ölkəmizə cəlb olunmasını təmin edib. Bir sözlə, Azərbaycan bu gün dünya miqyasında sərmayə qoyuluşu üçün cəlbedici ölkəyə çevrilib.
Hazırkı reallıqlar onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sayəsində qarşıdakı dövrdə Azərbaycanın uğurlu və dayanıqlı inkişafı təmin ediləcək. Şübhəsiz ki, postneft dövründə yeni nəsil islahatlar davam etdiriləcək, bu isə maliyyə sabitliyinin və iqtisadi sabitliyin qorunub saxlanması, qeyri-neft sektorunun davamlı inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Bütün bunlar həm də Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli əlaqələrinin genişlənməsinə xidmət edəcək. Forum çərçivəsində ifadə olunan fikirlər ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinin qarşıdakı dövrdə də davam edəcəyini deməyə əsas verir.

 
  • Oxunub:  12270  |  
  • Tarix:  25-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib

11:03
18 Yanvar
İndoneziya XİN: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyirik
11:02
18 Yanvar
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Madriddə anım tədbiri təşkil edilib
10:56
18 Yanvar
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
10:54
18 Yanvar
Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə qərəzli və qeyri-obyektivdir
10:12
18 Yanvar
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb
10:05
18 Yanvar
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı kampaniya keçirir
10:02
18 Yanvar
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Macarıstanda səfərdə olub
09:59
18 Yanvar
Şimali Kiprin dövlət televiziyası tamaşaçıları 20 Yanvar hadisələri barədə məlumatlandırıb
09:52
18 Yanvar
Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
09:50
18 Yanvar
Bişkekdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
09:48
18 Yanvar
Eldar İbrahimov: Azərbaycan dinamik inkişaf edən ölkə kimi daha çevik struktura malik optimal idarəetmə tələb edir
09:45
18 Yanvar
2019-cu ildə mühüm infrastruktur və sosial layihələrin icrası davam etdiriləcək
09:44
18 Yanvar
Azərbaycan ilə İran arasında bütün sahələrdə yaxşı əlaqələr mövcuddur
09:43
18 Yanvar
Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış siyasət və hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub
09:41
18 Yanvar
Hikmət Babaoğlu: Azərbaycanın yaratdığı geosiyasi reallıqlar Dağlıq Qarabağ probleminin həllində yeni perspektivlər açır
09:39
18 Yanvar
Azərbaycanda həyata keçirilən struktur islahatları idarəetmədə çevikliyi və səmərəliliyi artıracaq
09:36
18 Yanvar
Səməd Seyidov: Azərbaycan-Aİ əlaqələrində əldə edilən uğurlar Avropa Parlamentində ölkəmizi istəməyən qüvvələri ciddi narahat edir
09:29
18 Yanvar
Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar
09:27
18 Yanvar
Nikol Paşinyanın “xaş siyasəti”
09:23
18 Yanvar
Misirin aparıcı KİV-ləri 20 Yanvar faciəsindən yazır
09:22
18 Yanvar
Azərbaycanın regionlarında sahibkarlığın inkişafına dəstək tədbirləri gücləndirilir
12:54
17 Yanvar
Keçən il ölkədən 65,6 milyon dollarlıq elektrik enerjisi ixrac olunub
12:46
17 Yanvar
Litva Prezidenti: Azərbaycan Avropanın mühüm tərəfdaşıdır
12:33
17 Yanvar
Milli Məclisin mədəniyyət komitəsinin yaz sessiyada ilk iclası keçirilib
12:20
17 Yanvar
PA rəsmisi: Azərbaycanda din sahəsində stabil mühit mövcuddur
12:09
17 Yanvar
2018-ci ildə Azərbaycandan MDB ölkələrinə 1 milyard dollarlıq məhsul ixrac olunub
11:51
17 Yanvar
Azərbaycan ötən il 29,5 milyon tonadək neft və neft məhsulları ixrac edib
11:42
17 Yanvar
Ölkəmizə gələn turist sayının ən yüksək artım səviyyəsi Yaxın Şərq və Asiya ölkələrinə aiddir
11:26
17 Yanvar
Dəyişkən hava şəraitinə baxmayaraq Heydər Əliyev Beynəlxalq Aeroportu tam rejimdə fəaliyyət göstərir
11:17
17 Yanvar
“Üçüncü günün adamı” filmi “YARAT”da
10:58
17 Yanvar
Heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib
10:48
17 Yanvar
“Nəsimi ili” Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunmasına və təbliğinə böyük töhfədir
10:25
17 Yanvar
Cenevrədə insan hüquqları və 2030-cu il dayanıqlı inkişaf gündəliyi üzrə dialoq və əməkdaşlıq görüşü keçirilib
10:22
17 Yanvar
“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr-XVIII əsrin ilk dörddəbiri)” kitabının təqdimatı olub
10:20
17 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 29 dəfə pozub
10:11
17 Yanvar
Qondarma “Milli şura”nın yanvarın 19-na planlaşdırdığı “mitinq şousu” fiaskoya məhkumdur
10:09
17 Yanvar
Regionlarda heyvandarlığın inkişafına hərtərəfli dəstək verilir
20:37
16 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Astanada anılıb
20:35
16 Yanvar
Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur təşkil edilib
20:32
16 Yanvar
ADA Universiteti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcək
20:30
16 Yanvar
“Bakı-2019”a hazırlıqla bağlı Koordinasiya Komissiyasının texniki görüşü keçirilib
20:28
16 Yanvar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
20:17
16 Yanvar
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb
20:14
16 Yanvar
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir
20:02
16 Yanvar
İrakli Kobaxidze: Gürcüstan Azərbaycan və Türkiyə ilə birlikdə regionda irimiqyaslı layihələr həyata keçirir
19:50
16 Yanvar
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
19:43
16 Yanvar
Azərbaycanla Dubay Əmirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17:49
16 Yanvar
Dövlət Komitəsinin sədri Sabunçuda məcburi köçkünlərlə görüşüb
17:44
16 Yanvar
Fəzail İbrahimli: 2019-cu ilin “Nəsimi ili” ili elan olunması böyük şairin yaradıcılığına verilən yüksək qiymətdir
17:41
16 Yanvar
Vüqar Bayramov: Qeyri-neft sektorunun inkişafı 2019-cu ildə də prioritet olacaq
17:40
16 Yanvar
YAP Ağstafa rayon təşkilatında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:36
16 Yanvar
İlham Məmmədov: Prezident İlham Əliyevin göstərdiyi diqqətin nəticəsində regionlarımızda səhiyyə sahəsi əhəmiyyətli dərəcədə inkişaf edib
17:24
16 Yanvar
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub
17:23
16 Yanvar
Sergey Lavrov: 2018-ci il Rusiya-Azərbaycan münasibətləri üçün çox müsbət il olub
17:18
16 Yanvar
Ötən il respublikanın su hövzələrinə 380 milyona yaxın müxtəlif növ balıq körpəsi buraxılıb
17:03
16 Yanvar
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Milli Məclisdə olub
16:55
16 Yanvar
Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16:26
16 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək
15:26
16 Yanvar
Azərbaycan Prezidenti: Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
15:15
16 Yanvar
Azərbaycan ilə Çexiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub
15:10
16 Yanvar
Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq
15:07
16 Yanvar
Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır
14:57
16 Yanvar
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb
14:54
16 Yanvar
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
14:48
16 Yanvar
Güclü külək əsəcək, sulu qar, qar yağacaq
14:31
16 Yanvar
Fransanın sabiq Prezidenti Azərbaycan-Fransız Universitetində olub
14:24
16 Yanvar
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
14:18
16 Yanvar
BDU-da İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesini izləyiblər
14:12
16 Yanvar
Təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir
14:08
16 Yanvar
Gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+4 +6
gecə+0 +2