Ana səhifə »  Müsahibə »  2017-ci ildə əldə edilən nailiyyətlər qarşıdakı dövrdə dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradır
A+   Yenilə  A-
2017-ci ildə əldə edilən nailiyyətlər qarşıdakı dövrdə dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradır

Milli Məclisin deputatı Cavid Osmanov www.yap.org.az saytına müsahibə verib:
- Cavid müəllim, artıq başa vurduğumuz 2017-ci il ölkəmizin inkişafı kontekstində uğurlu il kimi yadda qaldı. Ötən il ərzində sosial-iqtisadi inkişaf istiqamətində görülən işlər, həyata keçirilən islahatlar və əldə edilən nəticələrlə bağlı nə deyə bilərsiniz?
- Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu və səmərəli sosial-iqtisadi siyasət həyata keçirilir. Bu siyasətin nəticələri ölkə həyatının bütün sahələrində özünü göstərir. Ötən zaman müddətində ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, ardıcıl islahatların həyata keçirilməsi gələcək inkişaf üçün geniş perspektivlər yaradıb. 2017-ci ildə də həyata keçirilən səmərəli iqtisadi siyasət ölkəmizin tərəqqisini təmin etməklə yanaşı, qarşıdakı illərdə də dayanıqlı inkişafın təmin olunması üçün etibarlı zəmin yaradıb. 2017-ci ildə ÜDM-in artımı qeydə alınıb, qeyri-neft sektorunun payına düşən artım isə 2,5 faiz təşkil edir. Qeyri-neft sektorunun artımı sənaye sahəsində 3,6 faiz, kənd təsərrüfatında isə 4,1 faiz olub. Bununla yanaşı, ötən il ərzində valyuta ehtiyatlarımızın 4,5 milyard dollar civarında artması da səmərəli, məqsədyönlü və uzaqgörən maliyyə-iqtisadi siyasətin real nəticəsidir. Azərbaycanın hazırda valyuta ehtiyatlarının həcmi təxminən 42 milyard dollar təşkil edir ki, bu da adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə dünya miqyasında olduqca böyük göstəricidir.
Bununla yanaşı, ötən il ixrac 19 faiz artıb ki, bu da Azərbaycan iqtisadiyyatının inkişafı kontekstində müstəsna əhəmiyyətə malikdir. Qeyri-neft ixracımızın da 24 faiz artması sevindirici haldır. Məlumdur ki, milli iqtisadiyyatımızın ixrac imkanlarının genişləndirilməsi ilə bağlı ardıcıl və mühüm tədbirlər həyata keçirilir, hədəflər isə dəqiq müəyyənləşdirilib. Belə ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə də əks olunub ki, Azərbaycanın adambaşına düşən ixrac həcminin 2025-ci ilə qədər 450 ABŞ dollarına çatdırılması planlaşdırılır. Bu isə o deməkdir ki, bəhs olunan dövrün sonunda Azərbaycanın qeyri-neft ixracı 5 milyard ABŞ dollarına çatdırılacaq. Bu, hazırkı qeyri-neft ixracı həcmindən təxminən 4-5 dəfə çox deməkdir. Bir məqamı da xüsusi olaraq qeyd etmək istərdim ki, qeyri-neft sənayesində ixracın genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər və əldə edilən nəticələr yeni iqtisadi şəraitdə - postneft dövründə ölkəyə valyuta daxilolmalarını təmin etmək və sosial-iqtisadi inkişafın ardıcıllığını qorumaq baxımından böyük əhəmiyyətə malikdir.
Bununla yanaşı, 2017-ci ildə ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Əlbəttə, bu həm Azərbaycanın yüksək iqtisadi reytinqə malik olduğunu, ölkəmizdəki sabitlik, təhlükəsizlik mühitinin yüksək dəyərləndirildiyini göstərir, həm də ölkəmizin dayanıqlı inkişaf imkanlarının artmasının ifadəsidir. Ümumiyyətlə, bu zamana qədər məqsədyönlü siyasətin nəticəsi olaraq iqtisadi potensialın və maliyyə imkanlarının artması bütün ölkə boyu irimiqyaslı investisiya layihələrinin həyata keçirilməsini təmin edib. Respublikamızda daxili sərmayələr hesabına böyük investisiya tutumuna malik layihələrin reallaşdırılması müstəqil Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiqləyir.
Təsadüfi deyil ki, Azərbaycanın dayanıqlı inkişaf kontekstində nailiyyətləri beynəlxalq miqyasda layiqincə qiymətləndirilir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın iqtisadi inkişafını, əldə edilən sosial-iqtisadi göstəriciləri yüksək qiymətləndirirlər, dərc edilən hesabatlarda ölkəmizin iqtisadi reytinqinə dair müsbət qənaətlər səsləndirilir. Digər tərəfdən, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı 2017-ci ildə rəqabətqabiliyyətliliyinə görə 2 pillə irəliləyib və dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, olduqca mühüm göstərici olmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli iqtisadi siyasətin qanunauyğun nəticəsidir. Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı diqqətə çatdırıb ki, iqtisadi sahənin əsas göstəriciləri çox müsbətdir: “Hesab edirəm ki, hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Biz də fəxr edirik ki, 2017-ci ili belə gözəl nəticələrlə başa vurmuşuq”.
- Azərbaycanın tərəqqisinə fundamental töhfələr verən amillərdən biri regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə edilməsidir. 2017-ci ildə bu istiqamətdə həyata keçirilən tədbirlərin və qazanılan nailiyyətlərin əhəmiyyəti nədən ibarətdir?
- İnkişafın Azərbaycan modelinin xarakterik xüsusiyyətlərindən biri budur ki, inkişafa xidmət edən islahat xarakterli tədbirlər məhz bütün sahələri əhatə edir. Bu siyasət çərçivəsində regionların sosial-iqtisadi inkişafı xüsusi yerə malikdir. Ümumiyyətlə, istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sənaye potensialının artırılması istiqamətində görülən işlər, həmçinin qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi tədbirlər dayanıqlı inkişafın təmin olunması baxımından vacib əhəmiyyət daşıyır. Bütün bunların fonunda ölkə iqtisadiyyatının davamlı tərəqqisinin ən bariz təzahürlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır.
Azərbaycanda regionların tarazlı şəkildə inkişaf etdirilməsi strateji kurs kimi müəyyənləşdirilib. Prezident seçildikdən sonra Azərbaycanın bütün bölgələrinin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən cənab İlham Əliyev bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib. İndiyədək respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da müvəffəqiyyətlə yerinə yetirilir.
Ötən il ərzində də regionların sosial-iqtisadi inkişafı diqqət mərkəzində olub. 2017-ci ildə Prezident İlham Əliyev 30-dan çox rayona səfər edib. Bu səfərlər çərçivəsində yeni müəssisələrin açılışları qeyd olunub, regionların sosial-iqtisadi inkişafına xidmət edən müxtəlif addımlar atılıb, vacib tapşırıqlar verilib. Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı cənab Prezident bu məqamlara toxunaraq deyib: “Mən hər il bölgələrə səfərlər edirəm və keçən il, demək olar ki, rayonlarımızın yarısında olmuşam. Bu, əlbəttə ki, həm mənim üçün çox əhəmiyyətlidir, çünki mən yerlərdə vəziyyətlə tanış oluram və müvafiq göstərişlər verirəm. Bilirəm ki, bu, bölgələrdə yaşayan vətəndaşlar üçün də çox önəmlidir. Əlbəttə ki, bu, nizam-intizamın möhkəmləndirilməsi üçün də çox önəmlidir. Çünki mən Azərbaycanın hər bir rayonunda dəfələrlə olmuşam və verilmiş tapşırıqların yerinə yetirilməsini də özüm şəxsən nəzarətdə saxlayıram”.
Bütövlükdə, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir.
- Ötən il ölkəmizdə sosial-iqtisadi inkişafa xidmət edən mühüm faktorlardan biri yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması və yoxsulluq səviyyəsinin daha da aşağı salınması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlərin həyata keçirilməsi oldu...
- İnkişafın yeni mərhələsində də iqtisadi siyasət sosialyönümlü olması ilə fərqlənir. Yəni milli inkişafa xidmət edən sosial-iqtisadi kursun əsasında vətəndaşların rifah halının yüksəldilməsi, bütün sosial layihələrin tam həcmdə yerinə yetirilməsi dayanır. Bu kontekstdə əhalinin məşğulluq səviyyəsinin artırılması, işsizliyin azaldılması müstəsna əhəmiyyətə malikdir. Ötən müddət ərzində həyata keçirilən kompleks tədbirlər əmək bazarının tənzimlənməsində, əmək resurslarının məşğulluq imkanlarının artırılmasında, işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəlməsində və əmək resurslarından ümumi iqtisadi inkişafa əsaslanan məqsədəuyğun istifadənin təmin olunmasında mühüm rol oynayıb. Azərbaycan dövlətinin sosialyönümlü iqtisadiyyat quruculuğuna və insanların layiqli iş yerləri ilə təmin edilməsinə xüsusi diqqət və qayğı göstərməsi öz müsbət nəticəsini verib.
Ölkəmizdə ötən il 221 min yeni iş yeri açılıb və bunlardan 177 mini daimidir. Müasir dövrün reallıqlarına və ölkələrin təcrübəsinə nəzər saldıqda bu, olduqca mühüm və müsbət göstəricidir. İş yerlərinin açılması əhalinin məşğulluğunun təmin olunması, yoxsulluq səviyyəsinin daha da aşağı düşməsi baxımından böyük əhəmiyyətə malikdir. Ötən ilin yekunlarına əsasən ölkəmizdə işsizliyin 5 faiz, yoxsulluğun isə 5,4 faiz səviyyəsində olması sevindirici haldır.
Bütövlükdə, bu istiqamətdə həyata keçirilən siyasət uğurlu nəticələrin əldə edilməsini təmin etməklə yanaşı, həm Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir, həm də gələcək inkişaf üçün etibarlı zəmin yaradır. Sosial sahədə həyata keçirilən səmərəli siyasətin qanunauyğun nəticəsi kimi, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Respublikamız insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
- Başa vurduğumuz 2017-ci ildə əldə edilən müsbət nəticələr qarşıdakı dövrdə də mühüm nailiyyətlərin qazanılacağına əminlik yaradır. 2018-ci ildə sosial-iqtisadi inkişaf sahəsində görüləcək işlər və perspektivlərlə bağlı nə düşünürsünüz?
- 2017-ci ilin nəticələri Azərbaycan üçün olduqca uğurlu oldu. Əminliklə qeyd edə bilərik ki, 2017-ci ildə respublikada maliyyə və iqtisadi sabitlik təmin edilib, neftdənkənar iqtisadiyyat üzrə müsbət göstəricilər əldə edilib, çoxşaxəli islahatlar uğurla davam etdirilib. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı deyib ki, 2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilib.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, postneft dövründə başlıca strateji vəzifə kimi müəyyənləşdirilən qeyri-neft sektorunun davamlı inkişafı istiqamətində görülən məqsədyönlü tədbirlər sayəsində bu sahədə müsbət göstəricilər əldə olunub. Qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi iqtisadi tərəqqi perspektivləri kontekstində müstəsna əhəmiyyət kəsb edir.
Həm ötən müddət ərzində, həm də 2017-ci ildə həyata keçirilən tədbirlər və əldə edilən nəticələr deməyə əsas verir ki, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində qarşıdakı dövrdə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək. Həyata keçirilən yeni iqtisadi siyasətin nəticəsində Azərbaycanda iqtisadi islahatlar dərinləşəcək, iqtisadi və maliyyə sisteminin sabitliyi təmin olunacaq, biznes mühiti daha da yaxşılaşacaq, işgüzar sferada fəallaşma, investisiya qoyuluşunun davamlılığı təmin edilmiş olacaq, islahat xarakterli kompleks tədbirlərin səmərəliliyi daha da artacaq, əhalinin sosial rifahının yüksəldilməsinə yönəlik işlər səmərəli nəticələr verəcək.

 
  • Oxunub:  4860  |  
  • Tarix:  17-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Budapeştdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişafı məsələləri müzakirə olunub

11:27
20 Fevral
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
11:24
20 Fevral
“TurkStream”in dəniz hissəsinin inşasının 48 faizi yekunlaşıb
11:23
20 Fevral
Bakıda MDB ali audit qurumlarının beynəlxalq seminarı keçirilir
11:22
20 Fevral
SOCAR AQŞ Banqladeşin “BAPEX” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
11:21
20 Fevral
Muğam Televiziya müsabiqəsi qalibləri möhtəşəm konsert proqramı ilə çıxış edib
11:15
20 Fevral
Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək
11:11
20 Fevral
TAP AG şirkəti Albaniyada tələbələr üçün təcrübə proqramına başlayıb
11:10
20 Fevral
Boksçumuz Yusif Məsudzadə “Strandja” turnirinə qələbə ilə başlayıb
11:07
20 Fevral
Bakı Musiqi Akademiyasında “V4 Music” adlı konsert təqdim olunub
11:07
20 Fevral
İspaniyada Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib
11:02
20 Fevral
Gəlişi doğru, müjdəsi yalançı çərşənbə
11:01
20 Fevral
Azərbaycanın dövlət sərhədini pozmaqla İran ərazisinə keçmək istəyən altı xarici vətəndaş saxlanılıb
11:00
20 Fevral
Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Qış məktəbi”nin ikinci mərhələsi başa çatıb
11:00
20 Fevral
İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Azərbaycana səfər edəcək
10:57
20 Fevral
Müdafiə naziri Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb
10:56
20 Fevral
Ankarada Xocalı soyqırımına həsr olunan toplantı keçirilib
10:55
20 Fevral
YAP Pirallahı rayon təşkilatı imzatoplama kampaniyasını başa çatdırıb
10:54
20 Fevral
Xocalı faciəsi məktəblilərin rəsmlərində
10:53
20 Fevral
Azərbaycan səfiri Ukrayna portalına müsahibəsində Ermənistanın işğalçılıq siyasətindən danışıb
10:51
20 Fevral
“Məhəbbət və Ağ ölüm” tamaşası uğurla nümayiş olunub
10:51
20 Fevral
Oğuz rayonunda fəal qadınlarla görüş keçirilib
10:22
20 Fevral
“Azeri Light”ın bir barrelinin qiyməti 67 dollara çatır
10:16
20 Fevral
Qar uçqunu səbəbindən bağlanan Quba-Xınalıq yolu açılıb
09:58
20 Fevral
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 124 dəfə pozub
17:57
19 Fevral
Yeni zelandiyalı mütəxəssis Aqrar Universitetdə çalışacaq
17:50
19 Fevral
Tovuzda sahibkarlar üçün treninq keçirilib
17:48
19 Fevral
Yeniyetmə cüdoçularımız Avropa kubokunda beş medal qazanıblar
17:47
19 Fevral
“Formula-1” yarışı ilə əlaqədar Lənkəranda keçirilən çempionatda 200-dən çox məktəbli iştirak edib
17:46
19 Fevral
YAP Tovuz rayon təşkilatı imzatoplama kampaniyasını uğurla həyata keçirib
17:44
19 Fevral
Bəxtiyar Vahabzadə - min il bundan əvvəlin və sonranın şairi
17:43
19 Fevral
Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı imzatoplama kampaniyasını başa vurub
17:42
19 Fevral
“Yurdumuza bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilib
17:41
19 Fevral
YAP Göygöl rayon təşkilatı imzatoplama kampaniyasını başa çatdırıb
17:27
19 Fevral
Şəhriyar Məmmədyarov Mixail Talın xatirəsinə həsr olunan turnirdə iştirak edəcək
17:23
19 Fevral
Fevralın 20-nə USD/AZN rəsmi məzənnəsi 1,7001 manat səviyyəsində müəyyən olunub
17:21
19 Fevral
İraqın neft naziri Türkiyəyə gedir
17:20
19 Fevral
Məktəblilər arasında epistolyar inşa müsabiqəsinə başlanılıb
17:15
19 Fevral
Xızı-Xaçmaz Turizm və Rekreasiya Zonasının İdarəetmə Şurasının iclası keçirilib
17:12
19 Fevral
“Türkiye Petrolleri” Türkiyədəki yanacaqdoldurma məntəqələrinin sayını artırır
17:11
19 Fevral
Azərbaycan məhsullarının 7 ölkəyə ixracı ilə bağlı danışıqlara başlanılıb
17:06
19 Fevral
Tələbələrə SOCAR-ın daxili təqaüd proqramı haqqında məlumat verilib
16:59
19 Fevral
Sankt-Peterburqda bəstəkar və dirijor İsmayıl Hacıyevin konserti olub
16:58
19 Fevral
Vergilər Nazirliyi şəffaflıq və qarşılıqlı etimad təklif edir
16:54
19 Fevral
Qəbələdə prezident seçkiləri ilə əlaqədar ixtisaslaşdırılmış kurslara başlanılıb
16:41
19 Fevral
Dövlət orqanlarında olan vakant vəzifələrin tutulması üçün müsahibələr elan edilib
16:32
19 Fevral
İxtisaslaşdırılmış kurslar seçki komissiyaları üzvlərinin peşəkarlığının yüksəldilməsində mühüm rol oynayır
16:27
19 Fevral
Zərdabın Gəlmə kəndində yem emalı müəssisəsi açılıb
16:25
19 Fevral
Nərimanov rayonunda YAP-ın namizədinin imzatoplama kampaniyasında vətəndaşlar mütəşəkkil qaydada iştirak edirlər
16:16
19 Fevral
160 nömrəli Klassik Gimnaziyada ənənəvi “Məzun günü” təşkil olunub
16:13
19 Fevral
Ağstafa rayonunda seçicilər YAP-ın imzatoplama kampaniyasında fəal iştirak ediblər
16:10
19 Fevral
2018-ci il “Cənub Qaz Dəhlizi” layihəsinin tamamlanması üçün həlledici il olacaq
16:05
19 Fevral
Gömrükçülər 439,1 qram tiryək müsadirə edib
16:00
19 Fevral
Azərbaycan Dövlət Pedaqoji Universiteti daha bir xarici universitetlə əlaqələr qurur
15:58
19 Fevral
Monteneqro Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcək
15:58
19 Fevral
Markus Şox: Azərbaycanda multikulturalizm və tolerantlıq ideyalarının inkişafı istiqamətində atılan addımlar təqdirəlayiqdir
15:57
19 Fevral
Elm müəssisələrində mülki müdafiə istiqamətində biliklər artırılır
15:47
19 Fevral
9 saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşmış kurslar keçirilir
15:42
19 Fevral
Paytaxtda karqo şirkətindən və mağazadan oğurluq edən şəxs saxlanılıb
15:42
19 Fevral
“Elektron hökumət” portalındakı müraciətlərin yarıya qədəri “İş yerinə dair arayış” elektron xidmətinə ünvanlanıb
15:39
19 Fevral
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin keçirdiyi aksiyasında ürək qüsuru olan 6 yaşınadək uşaqlar əməliyyat olunublar
15:38
19 Fevral
Azərbaycanda seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi sabitlik mövcuddur
15:36
19 Fevral
YAP Cəbrayıl rayon təşkilatı imzatoplama kampaniyasını başa vurub
15:34
19 Fevral
Niyazi Səfərov: Yerli məhsulların daxili və xarici bazarlara çıxarılması istiqamətində vacib addımlar atılır
15:32
19 Fevral
İmzatoplama kampaniyası Tərtərdə də uğurla davam edir
15:31
19 Fevral
Azərbaycan atleti İstanbulda bürünc medal qazanıb
15:30
19 Fevral
“Pxençan-2018”: Kanadalı fiqurlu konkisürənlər qısa proqramda dünya rekordunu yeniləyiblər
15:27
19 Fevral
23 saylı Nəsimi-Səbail seçki dairəsini əhatə edən məntəqələrdə prezident seçkilərinə ciddi hazırlıq işləri görülür
15:14
19 Fevral
“Liberty” Vyetnam Qran-Prisi layihəsini həyata keçirmək niyyətindədir
15:13
19 Fevral
Yol polisi əməkdaşları su kanalına aşan avtomobildəki qadını və azyaşlını xilas ediblər
15:10
19 Fevral
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+6 +9
gecə+2 +4