Ana səhifə »  Müsahibə »  Cəmiyyət mətbuata yalnız konservator media kimi deyil, eləcə də novator media nümunəsi kimi baxmalıdır
A+   Yenilə  A-
Cəmiyyət mətbuata yalnız konservator media kimi deyil, eləcə də novator media nümunəsi kimi baxmalıdır

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Bəhruz müəllim, 2017-ci il ölkəmiz üçün bir sıra mühüm uğurlarla yadda qaldı. Bu baxımdan, başa vurduğumuz il Azərbaycan mətbuatı üçün hansı hadisələrlə əlamətdar oldu?
- 2017-ci ilin nəticələrindən və uğurlarından danışarkən öncəki - 2016-cı, 2015-ci və daha qabaqkı illərin də uğurlarına nəzər salmaq lazımdır. Belə olduğu halda, biz bu suala daha əhatəli şəkildə cavab verə bilərik. Məhz həmin illərin statistikasını təhlil edərkən 2017-ci ilin bütün mənzərəsi əks olunur. Bu baxımdan, yola saldığımız 2017-ci ildə də öncəki illərdə olduğu kimi, ölkəmiz siyasi, iqtisadi, sosial və başqa sahələrdə kifayət qədər uğurlar, nailiyyətlər qazandı. Xüsusilə, Azərbaycan regionda öz liderlik mövqeyini qoruyub saxlamaqla yanaşı, onun təməllərini daha da möhkəmləndirdi. Ümumiyyətlə, ölkəmizin lider dövlətə çevrilməsində və bu kimi mühüm amillərin mövcudluğunda Prezident İlham Əliyevin qətiyyətli, məqsədyönlü, güclü iradəyə söykənmiş müdrik siyasətinin dayanması şübhəsizdir. İstər daxili, istərsə də xarici siyasətdə əldə edilən hər bir uğurun əsasında bu kimi önəmli faktorlar öncüllük təşkil edir.
Baxın, Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib, eyni zamanda, təşəbbüskar ölkə olaraq beynəlxalq siyasi arenada söz sahibi statusunu qazanıb və qeyd etdiyim kimi, biz bunu yalnız 2017-ci ilə aid edə bilmərik, çünki ondan öncəki illərdə də ölkəmiz böyük konfransların, möhtəşəm forumların təşkilatçılığını, ev sahibliyini edərək, həmin uğurları bir ənənəyə çevirib. Məsələn, neft kontraktının uzadılması və “Yeni əsrin müqaviləsi” kimi mühüm tarixi hadisə, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı və s. beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşdirilməsi xüsusi önəm kəsb edir.
Eyni zamanda, biz buraya Azərbaycanın ikitərəfli, üçtərəfli və s. formatlar çərçivəsində təşkil edilən yüksək səviyyəli görüşlərdəki mövqeyini də əlavə etsək, bu zaman ölkəmizin real uğurlara imza atdığını tam əminliklə vurğulaya bilərik. Misal üçün, Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan kimi formatlar məhz bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaradır.
Azərbaycanda uğurlu daxili siyasət də həyata keçirilir ki, bunun da əsasını sosial siyasət təşkil edir. Əlbəttə, reallaşdırılan hər bir uğurlu sosial layihələrin təməlində güclü iqtisadiyyat və güclü lider faktoru dayanır. Cənab İlham Əliyevin davamlı olaraq regionlara etdiyi çoxsaylı səfərləri, xalqla yaxın təmaslarda olması, yeni müəssisələrin, obyektlərin, həmçinin sosialyönümlü komplekslərin açılışı, yeni iş yerlərinin yaradılması, Dövlət proqramlarının qəbulu, kənd təsərrüfatının inkişafı istiqamətində atılan addımlar bütövlükdə iqtisadi uğurların kompleks göstəricisi olaraq dəyərləndirilir.
2017-ci il ölkəmizdə daha bir uğurlu tarixə təsadüf etdi. Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirildi və bu tədbir ilin ən vacib hadisələrindən biri kimi yaddaşlara yazıldı və sözsüz ki, ölkəmiz bu məsələdə də öz liderlik mövqeyini qorumaq şərti ilə dünyaya yeni bir Azərbaycanı - müasir, dünyəvi bir müsəlman dövlətini təqdim etmiş oldu. Beləliklə, 2017-ci il Azərbaycan dövləti və xalqı üçün bütün mənalarda müsbət il kimi yadda qaldı.
Bütün bunların fonunda mətbuatımızın da üzərinə mühüm vəzifələr düşdü və uğur mərhələsini davam etdirdi. Onu da qeyd etmək istərdim ki, mətbuat yalnız cəmiyyətin güzgüsü rolunu oynamır. Yəni mətbuatın işi cəmiyyəti maarifləndirməklə bitmir, çünki mətbuat, eyni zamanda, cəmiyyətdə baş verən prosesləri işıqlandırmaqla yanaşı, müasir dünyanın tələblərinə cavab vermək şərti ilə, dövlət quruculuğu prosesində, ümummilli məsələlərdə yaxından iştirak etməlidir. Nəzərə alaq ki, dünyada qlobal hadisələr fonunda modernləşmə prosesi gedir, eyni zamanda, Azərbaycan da bu prosesə qoşulub və dünyanın bir parçası olaraq özünəməxsus yerini tutur. Əgər Azərbaycan sözügedən proseslərə öz töhfəsini verə bilirsə, sözsüz ki, mətbuatımız da bütün bunları işıqlandırmağı bacarmalıdır. Əlbəttə, bizlər də elə etməliyik ki, cəmiyyət mətbuata yalnız konservator media kimi deyil, eləcə də novator mətbuat nümunəsi kimi baxmalıdır. Bu, zərurətdir və onun reallaşdırılması istiqamətində ötən il bir çox addımlar atılıb, gələcəkdə də bu addımların atılması vacibdir. Bunun üçün isə Azərbaycanda mətbuata bütün imkanlar ən müasir səviyyədə yaradılıb. Mətbuat isə, öz növbəsində, yaradılmış bu imkanlardan yararlanaraq dövlətçilik maraqlarımızın qorunması, inkişaf etdirilməsi istiqamətində görülən işlərə öz töhfəsini verməlidir. Bu mənada, ölkə mətbuatımız Azərbaycanda gedən daxili inkişafı və digər sahələrdəki uğurlarını tam şəkildə əhatə edə bilir.
- Bu gün Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatımıza yüksək diqqət və qayğı göstərir. Hazırkı mərhələdə dövlətin milli mətbuatımızın inkişafına qayğısını necə xarakterizə edərdiniz?
- Biz tam əminliklə deyə bilərik ki, ölkə mediası dünya mediasına doğru açılmış yeni bir səhifədir. Baxmayaraq ki, Azərbaycan mətbuatının tarixi 1875-ci ilə söykənir, lakin onun inkişaf tarixi ölkəmizin müstəqillik tarixi ilə əlaqələndirilir. Xüsusilə, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə tarixi qayıdışından sonra müstəqil, milli mətbuatımız demokratik inkişaf yoluna qədəm qoydu. Amma xatırlatmaq istərdim ki, Ulu öndərimizin hakimiyyətə gəlişindən öncə mətbuatın böyük problemləri var idi, Azərbaycan yenicə SSRİ-dən ayrılmışdı, müstəqillik əldə etmişdi. Bu səbəbdən, ölkəmizdə digər sahələrlə yanaşı, mətbuat da yeniləşməli, durğunluqdan çıxmalı, müstəqil fəaliyyətə keçid etməli idi. Məhz bütün bunları nəzərə alan Ulu öndər Heydər Əliyev Azərbaycanın müasir mətbuatında yeni bir modelin yaradılması istiqamətində mühüm strategiya formalaşdırdı. Dövlət məmurlarının hesabatları, mətbuat qarşısına çıxaraq öz sahələrində görülən işlər barədə ictimaiyyəti məlumatlandırmaq və s. bu kimi addımların hər biri müstəqil mətbuatımız üçün bir yenilik oldu. Yəni qeyd etdiyimiz strategiya azad mətbuatın formalaşmasının tərkib hissəsi və prinsipləri olaraq qəbul olundu. Ümumilikdə isə, cəmiyyətlə dövlət arasındakı münasibətlərdə mətbuat bir vasitəçilik missiyasını öz öhdəsinə götürməyə başladı. Həmçinin sağlam tənqid edən bir mətbuat meydana gəldi, müəyyən çatışmazlıqları cəmiyyətə çatdıran obyektiv, müstəqil medianın əsası qoyuldu. Bütün bunlar isə heç də az iş deyildi. Demokratik ənənələr, demokratik qanunlar azad fikrin formalaşmasına təkan verdi.
O dövr üçün mətbuatın üzərindən bu sahənin fəaliyyətinə mane olan bir sıra senzura mexanizmlərinin götürülməsi də mühüm hadisə olaraq tarixə yazıldı. Qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dondurulması və daha sonradan silinməsi, yeni və demokratik qanunların qəbul olunması da qeyd etdiyim amillərin tərkib hissəsidir.
Əlbəttə, bu gün də mətbuatın inkişafı istiqamətində çox mühüm, hətta dünyaya nümunə ola biləcək bir sıra qərarlar qəbul olunur və Ulu öndərimizin siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğı müasir Azərbaycan mediasının tərəqqisinə əhəmiyyətli dərəcədə stimul verməkdədir. Bütün bunlar Ümummilli lider Heydər Əliyevin mətbuata yönəlik qurduğu strategiyanın davam etdirilməsi kimi dəyərləndirilir. Misal üçün, 2003-cü ildə qeyri-dövlət strukturu kimi Mətbuat Şurasının yaradılması bilavasitə azad sözün, azad fikrin, fikir plüralizminin inkişafı üçün çox mühüm imkanlar yaratdı. Yəni dövlətimiz də bu qurumun yaradılmasında maraqlı idi və müəyyən tövsiyələri də olmuşdu ki, belə bir təşkilat yaradılsın.
Daha sonradan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və həmin Fond tərəfindən görülən işlər də jurnalistlərin fəaliyyətlərinə, sosial həyatlarının yaxşılaşdırılmasına öz töhfələrini vermiş oldu. Ümumiyyətlə, jurnalistin mükafatlandırılması, jurnalistin əməyinə verilən qiymət, onun müəyyən problemlərinə fərdi yanaşma tərzi prioritet istiqamət olaraq götürüldü. Nəticədə ölkə jurnalistlərinin sosial həyatlarının, fərdi həyatlarının yaxşılaşdırılması, əməklərinin qiymətləndirilməsi dövlətin nəzərdə tutduğu prioritetlərdən idi.
O cümlədən, dövlət mükafatlarının yenidən bərpası və mətbuatla bağlı olan insanların dövlət mükafatlarına layiq görülməsi məsələsi gündəmə gəldi. Müxtəlif zamanlarda - mətbuatımızın ildönümlərində, eyni zamanda, əlamətdar hadisələr ərəfəsində, yubileylərdə artıq bu bir ənənə halını aldı. Eləcə də maddi yardımlar, redaksiyaların maddi-texniki bazalarının gücləndirilməsi məqsədi ilə dövlət tərəfindən atılan addımlar bilavasitə mətbuatımızın inkişafına rəvac vermiş oldu. Və sözsüz ki, 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın cənab Prezidentimiz tərəfindən təsdiq olunması Azərbaycan mətbuatının tərəqqisi üçün atılan mütərəqqi addım olaraq qiymətləndirildi. Artıq hədəf bəlli idi və “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” mətbuatımızın fəaliyyətini stimullaşdırdı.
Məhz bütün bunların nəticəsidir ki, dövlətimiz mətbuatla bağlı dünyada analoqu olmayan addımlar atıb. Jurnalistlərin mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə cənab Prezidentimizin Sərəncamı əsasında şəhərimizin mərkəzi hissəsində evlər tikilərək istifadəyə verilib, mətbuat işçilərinə tam təmirli mənzillər paylanılıb. Bu faktın özü də dünyaya təqdim olunan bir Azərbaycan modelidir - demokratik sözün, demokratik medianın yeni bir modeli...
- Son illər Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinin qlobal informasiya əsrinin tələblərinə uyğunlaşdırılması istiqamətində atılan addımlar barədə nə deyə bilərsiniz?
- Qeyd edim ki, Azərbaycanda yeni innovativ texnologiyaların yaradılması, xüsusilə kosmos sənayesinin inkişafı, iki peykimizin orbitə göndərilməsi sübut edir ki, ölkəmiz bu sahədə də inkişaf prosesini tam sürətlə həyata keçirməkdədir. Azərbaycan bu tərəqqisi ilə nəinki regionumuza, bütövlükdə dünyaya öz töhfəsini vermiş oldu. O cümlədən həmin uğurların göstəricisidir ki, Azərbaycanın kütləvi informasiya vasitələri, həmçinin elektron media vasitələri bunun nəticəsində sürətli inkişaf tempini saxlamaqdadır.
Nəzərə alaq ki, dünya artıq bir dildə - internet dilində danışır. Yəni biz internet əsrində yaşayırıq. Hər kəs qlobal informasiya məkanında vətəndaş jurnalistikasına uyğun olaraq, beynəlxalq ictimai proseslərə qatılmaq şansı əldə edib. Bu baxımdan, Azərbaycanda internet azadlığı, internet üzərindən yayımlanan resurslar da öz töhfəsini verib. Düşünürəm ki, Azərbaycan mediası qlobal informasiya məkanında kifayət qədər potensiala malik olaraq, öz mövqeyini qoruyub-saxlayacaq, inkişaf edəcəkdir.
- Sizcə, Azərbaycan mətbuatı milli və dövlət maraqlarını nə dərəcədə qoruyur? Bu baxımdan mətbuatın üzərinə nə kimi vəzifələr düşür?
- Azərbaycanda milli və dövlət maraqlarını qoruyan kifayət qədər media qurumları var və onların hər birinin fəaliyyəti təqdirəlayiq hal olaraq qiymətləndirilməlidir. Lakin bunlarla yanaşı, bəzi təəssüfdoğurucu məqamlar da mövcuddur ki, bu gün ifrat siyasiləşmiş və sifarişlə işləyən bəzi yazılı orqanlar, habelə xarici dairələrin təsiri altına düşmüş jurnalistlər qərəzsizlik, obyektivlik, vicdanlılıq, hadisələrə obyektiv baxış kimi başlıca prinsipləri mütəmadi qaydada pozur, ayrı-ayrı dövlət məmurlarının, ictimai-siyasi xadimlərin, vətəndaşların şərəf və ləyaqətinə toxunan məqalələrlə çıxışlar edirlər. Eləcə də internet azadlığından sui-istifadəyə yol verən bir sıra sifarişli saytlar Azərbaycan xalqının dövlətçilik maraqlarına və milli mənafelərinə zidd olan yazılar dərc etməkdən, sifarişli məqalələrlə çıxış etməkdən çəkinmirlər. Anti-azərbaycançı şəbəkənin əlində vasitəyə çevrilən, düşmən “dəyirmanına su tökən” bu tip media üçün milli maraq dəyəri də yoxdur. Ona görə də sağlam düşüncəli cəmiyyət belə qeyri-ciddi media qurumlarını rədd edir. Çünki onlardan fərqli olaraq, milli mənafe, milli kimlik, dövlətçilik marağı kimi müqəddəs məfhumları fəaliyyətində əsas tutan bir çox qəzetlərimiz, internet saytlarımız var ki, onlar cəmiyyəti obyektiv informasiyalarla təmin edirlər. Yəni sağlam mətbuat üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlir.
- Azərbaycan dövlətinin medianın inkişafına göstərdiyi diqqətdən danışdınız və ötən ilin mətbuatımız üçün də uğurlu olduğunu qeyd etdiniz. Yeni, 2018-ci ildə bu sahədə gözləntilər nədən ibarətdir?
- Qeyd etmək istərdim ki, 2018-ci il Vətənimiz, dövlətimiz, xalqımız, eyni zamanda, mətbuatımız üçün növbəti bir sınaq ilidir. Bildiyimiz kimi, bu il ölkəmizdə mühüm ictimai-siyasi hadisə - prezident seçkiləri keçiriləcək. O da bəllidir ki, Azərbaycanda möhkəm təməllərə söykənən xalq-iqtidar vəhdəti var və bu, neçə illərdir ki, xalqın öz dövlət rəhbərinə böyük sevgisi ilə müşahidə olunur. Lakin təəssüflər olsun ki, bəzi qüvvələr kənardan hər hansı uğursuz müdaxilələr etməyə səy göstərərək, demokratik mühitimizə müxtəlif don geyindirməyə cəhdlər edirlər. Lakin belə qüvvələrin qarşısını alan da bilavasitə xalqın, dövlətin maraqlarından çıxış edən media təsisatlarıdır. İstər mətbuat səhifələrimizdə, istər müstəqil jurnalistlər vasitəsi ilə, istərsə də internet resurslarında, sosial şəbəkələrdə xalqın öz dövlətinə və dövlət rəhbərinə olan sevgisi daim gündəmdə saxlanılmalıdır. Yəni bu gün bütün dünyanın nəzərinə çatdırmaq lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev hər bir azərbaycanlının, hər bir vətəndaşın Prezidentidir və O, Öz siyasi iradəsi, müdrik siyasəti, gördüyü nəhəng işləri, uğurlu sərəncamları, həyata keçirdiyi Dövlət proqramları ilə bunu dəfələrlə sübuta yetirib, xalqın alternativsiz liderinə çevrilib, xalq da Onu sevərək, ətrafında birləşib. Ona görə də, hesab edirəm ki, mətbuat bu reallığı dünyaya davamlı olaraq çatdırmalı, əxz etdirməli, Azərbaycan gerçəklərini beynəlxalq ictimaiyyətə təqdim etməlidir. Bu, çox vacib bir faktdır və bunun üçün vətənini, dövlətini sevən hər bir media təmsilçisi canla-başla öz peşəkarlığını ortaya qoymalı, xidmətini göstərməlidir.
Qarşıda isə mətbuatımızla bağlı bir sıra əlamətdar hadisələr gözlənilir. Azərbaycan mətbuatı 2018-ci ildə ölkəmizdə keçiriləcək beynəlxalq tədbirləri, eyni zamanda, əlamətdar hadisələri dünya ictimaiyyətinə əsas informator olaraq çatdıracaq. Ona görə də hər zaman bu istiqamətdəki fəaliyyətimizi yorulmadan davam etdirəcəyik.
- Bəhruz müəllim, yanvarın11-də rəhbərlik etdiyiniz “Səs” qəzetinin fəaliyyətə başlamasının 27-ci ili tamam olur. Ötən dövr ərzində “Səs” qəzetinin əldə etdiyi nailiyyətlər, onun müstəqil milli mətbuatımızın inkişafına verdiyi töhfələr haqqında fikirlərinizi bilmək istərdik...
- Bildiyimiz kimi, “Səs” 1990-cı ildə qeydiyyatdan keçib və bu qəzet o qəzetlərdəndir ki, ölkəmizin ən çətin dövrlərində müxalif qəzet kimi fəaliyyətə başlayıb. Məhz o dövrlərdə dəfələrlə hücumlara, təzyiqlərə məruz qalıb. Amma qəzet öz yolundan, öz mövqeyindən dönməyib. “Səs” qəzeti o dövrdə iqtidara müxalif olub. İndiki müxalifət qəzetlərindən fərqli olaraq, dövlətə və xalqa müxalif mövqedə dayanmayıb. Bir növ qəzet o zamanlarda müxalif mətbuatın ənənəsini yaradıb. Sonradan “Səs” qəzeti iqtidaryönümlü qəzetlərə bir mayak olaraq, məktəb rolunu oynayıb. Qəzet Ulu öndər Heydər Əliyevin ideyalarının cəmiyyətə çatdırılması kimi müqəddəs missiyanı yerinə yetirib, bu qəzetin ətrafında Ulu öndəri sevənlər cəmləşib. Bütün zamanlardakı fəaliyyəti dövründə qəzetimiz sağlam ideyanın cəmiyyətə çatdırılması missiyasını şərəflə yerinə yetirib. O dövrdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsi, Onun ideyalarının cəmiyyətə çatdırılması istiqamətində böyük, hətta deyərdim ki, əvəzolunmaz işlər görüb. Həmin dövrlərdə ziyalıların Ümummilli liderə müraciəti, Ulu öndərin isə ziyalılara cavabı məhz “Səs” qəzetində dərc olunub. Bu xidmətin nəticəsidir ki, Heydər Əliyev Öz çıxışlarında hər zaman vurğulayardı ki, “Səs” qəzeti Onun üçün ən əziz qəzetdir.
Qəzetin baş redaktoru 2005-ci ilə qədər hazırda “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov olub, 2005-ci ildən etibarən isə qəzetə mən rəhbərlik edirəm. Həmin ildən etibarən “Səs” çoxsaylı layihələr həyata keçirərək, regionların sosial-iqtisadi inkişafı, problemlər, əldə olunan uğurlarla bağlı, ümumiyyətlə, ən aktual məsələləri “dəyirmi masa”lar vasitəsi ilə müzakirələrə çıxarıb. Qəzet modernləşərək, öz bazasında bir neçə dildə fəaliyyət göstərən “SƏS” İnformasiya Agentliyi (SİA) və SƏS TV (sestv.az) internet televiziyası yaradıb və agentliyin balansında bir neçə portal da fəaliyyət göstərir. Bu gün “Səs” ailəsinin ətrafında yüz minlərlə oxucu auditoriyası cəmləşib. Bundan sonra da “Səs” qəzeti öz ənənəsinə sadiq qalaraq, özünəməxsusluğunu qoruyub saxlamaqla yanaşı, müasir mətbuatımızın tələblərinə uyğun inkişaf edəcək, öz auditoriyasına maraqlı, dolğun, obyektiv informasiyalar çatdıracaq.

 
  • Oxunub:  2100  |  
  • Tarix:  11-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir

21:39
22 Yanvar
Prezident İlham Əliyevin Davosda “LUKOİL” şirkətinin prezidenti ilə görüşü olub
20:47
22 Yanvar
Prezident İlham Əliyev Davosda ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru ilə görüşüb
20:44
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri
20:30
22 Yanvar
Avropa Şurasının baş katibi Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirib
20:12
22 Yanvar
Prezident İlham Əliyevin Sərəncamı 31 mart soyqırımı qurbanlarının xatirəsinə hörmət və ehtiramın göstəricisidir
17:54
22 Yanvar
Məlahət İbrahimqızı: Beynəlxalq birlik işğalçını sülhə məcbur etməlidir
17:53
22 Yanvar
Ramil Usubov: İnsanlara həssas münasibət və qayğı polisin nüfuzunu daha da yüksəldir
17:51
22 Yanvar
Beynəlxalq Hərbi İdman Şurasının nümayəndə heyəti Azərbaycanda səfərdədir
17:50
22 Yanvar
Əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən asan və rahat şəkildə faydalanmaq imkanı yaradılıb
17:40
22 Yanvar
İçməli suyun istifadəyə yararlılığını yoxlayan test hazırlanıb
17:35
22 Yanvar
Əkbər Hacıyev: Qaz itkilərinin qarşısının alınması üçün bundan sonrada lazimi tədbirlərin görülməsi davam etdiriləcəkdir
17:21
22 Yanvar
Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Bakıya gələcək
17:07
22 Yanvar
Qırğızıstan KİV-ləri 20 Yanvar faciəsinin 28-ci ildönümünü geniş işıqlandırıb
17:03
22 Yanvar
Bu Forum ölkələrin inkişafı və əməkdaşlığı üçün bir vasitədir
17:00
22 Yanvar
Kürdəmir rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək
16:41
22 Yanvar
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb
16:07
22 Yanvar
Azərbaycan Davosda Mədəniyyət Nazirlərinin konfransında təmsil olunub
16:05
22 Yanvar
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Beynəlxalq Hərbi İdman Şurasının ordeni ilə təltif olunub
16:02
22 Yanvar
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
15:57
22 Yanvar
SOCAR: İndiyədək Türkiyədəki layihələrə 12,6 milyard dollar investisiya qoyulub
15:36
22 Yanvar
Badminton üzrə Azərbaycan millisi Avropa çempionatına altı idmançı ilə qatılacaq
15:31
22 Yanvar
Elman Nəsirov: İşğalçı öz adı ilə çağırılmalıdır
15:29
22 Yanvar
Fransalı deputatlar multikulturalizmin Azərbaycan modeli barədə məlumatlandırılıblar
15:15
22 Yanvar
“The Australian” qəzetində avstraliyalı səyyahın Azərbaycana səfərinin təəssüratlarına dair məqalə dərc edilib
15:03
22 Yanvar
AŞPA-nın yeni sədri seçilib
14:42
22 Yanvar
Azərbaycan inklüziv inkişaf indeksinin lideri olan ilk üç ölkə sırasına daxil olub
14:29
22 Yanvar
Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib
14:20
22 Yanvar
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
14:17
22 Yanvar
Yaqub Mahmudov: Prezident İlham Əliyevin «1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında» Sərəncamı tarixi önəm kəsb edir
14:09
22 Yanvar
AŞPA-nın qış sessiyası işə başlayıb
14:05
22 Yanvar
Ötən il Azərbaycanla Moldova arasında ticarət dövriyyəsi 6 milyon 993,86 dollar təşkil edib
14:03
22 Yanvar
Andreas Peşke: Almaniya Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir
12:44
22 Yanvar
“Əl-Cəzirə” qəzeti 20 Yanvar faciəsindən yazır
12:38
22 Yanvar
Perunun “El Peruano” qəzetində Qanlı Yanvar hadisələrindən bəhs edən məqalə dərc olunub
12:33
22 Yanvar
Davosda Bakının "Ekspo 2025" Ümumdünya Sərgisinə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı təqdimat keçiriləcək
12:20
22 Yanvar
Gənc Tamaşaçılar Teatrında 20 Yanvar şəhidlərinin xatirəsi alınıb
11:51
22 Yanvar
“Muğam ənənəsi elm və incəsənət qovşağında” mövzusunda beynəlxalq muğam simpoziumu keçiriləcək
11:46
22 Yanvar
Bakı Ali Neft Məktəbinin tələbələri təhlükəsizlik təlimlərində iştirak ediblər
10:36
22 Yanvar
Prezident yanında Apellyasiya Şurası 2017-ci ildə ona ünvanlanan bütün şikayətlərə baxaraq müvafiq qərarlar qəbul edib
10:06
22 Yanvar
Azərbaycan Rəşt-Astara dəmir yolu layihəsində 50 faizlik paya malik olacaq
10:02
22 Yanvar
Türkiyə ictimaiyyəti ordunun antiterror əməliyyatlarına böyük dəstək nümayiş etdirir
09:48
22 Yanvar
Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub
19:06
20 Yanvar
Antonio Gamito: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkədə multikulturalizm, tolerantlıq ənənələrinin inkişafından xəbər verir
18:57
20 Yanvar
“The Jerusalem Post”: Qanlı “Qara Yanvar” Azərbaycanın müstəqilliyi yolunda başlanğıc nöqtə oldu
18:47
20 Yanvar
Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18:06
20 Yanvar
Naxçıvanda 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd edilib
17:19
20 Yanvar
Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
13:28
20 Yanvar
Qanlı 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ümumxalq ziyarəti
11:03
20 Yanvar
Baş nazirin müavini: 20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir
11:00
20 Yanvar
Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini yad edir
10:50
20 Yanvar
Əli Əhmədov: Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumunun icra etdiyi funksiyaları həyata keçirəcək
10:47
20 Yanvar
MSK sədri: "Azərbaycanda prezident seçkilərinə hazırlıq başlayıb"
10:42
20 Yanvar
20 Yanvar faciəsinə həsr olunan daha bir anım mərasimi Litvada keçirilib
10:36
20 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Təbrizdə anılıb
10:32
20 Yanvar
Malayziyada keçirilən anım tədbirində 20 Yanvar faciəsinin dəhşətlərindən danışılıb
10:29
20 Yanvar
Peterburqda Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılır
10:24
20 Yanvar
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Vaşinqtonda da anılıb
10:22
20 Yanvar
Ankarada Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
10:18
20 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
17:53
19 Yanvar
Azərbaycana müasir hərbi texnikaların yeni partiyası gətirilib
17:52
19 Yanvar
2018 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar viza prosedurları sadələşdiriləcək
17:43
19 Yanvar
YAP-ın yaranmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyası çərçivəsində partiyanın Ağdam rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası davam etdirilib
17:41
19 Yanvar
Hadi Rəcəbli: Azərbaycanda sosial infrastruktur quruculuğu uğurla davam edir
17:38
19 Yanvar
Kamilə Əliyeva: Peşə təhsilinin səviyyəsinin yüksəldilməsi gündəmdə olan əsas məsələlərdən biridir
17:25
19 Yanvar
İtaliyada 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib
17:04
19 Yanvar
“Fitur-2018” beynəlxalq turizm sərgisində Ermənistanın planlaşdırdığı təxribatın qarşısı alınıb
17:01
19 Yanvar
Azərbaycanda Olimpiya hərəkatının təbliği uğurla davam etdirilir
16:57
19 Yanvar
Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak edəcək
16:50
19 Yanvar
Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında birgə tədbirlər planı imzalayıb
16:42
19 Yanvar
20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq və şərəf günüdür

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +11
gecə+3 +6