Ana səhifə »  Müsahibə »  2017-ci il mühüm iqtisadi hadisələrlə yadda qaldı
A+   Yenilə  A-
2017-ci il mühüm iqtisadi hadisələrlə yadda qaldı

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov www.yap.org.az saytına müsahibə verib:
- Aydın müəllim, başa çatmaqda olan 2017-ci ili ölkəmizin sosial-iqtisadi həyatı baxımından necə qiymətləndirərdiniz?
- Azərbaycanın iqtisadi-siyasi uğurlarını əsaslandıran əsas amillər möhkəm siyasi sabitliyin olması, iqtisadiyyatın şaxələndirilməsi ilə əhatəli islahatların həyata keçirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi inkişaf modeli ölkəmizin dayanıqlı iqtisadi yüksəlişini təmin etməkdədir. Qlobal böhranın hələ də davam etdiyi şəraitdə Azərbaycan özünün stabil inkişafını qoruyub saxlayıb, neft gəlirlərindəki azalmalara baxmayaraq, şaxələndirilmiş iqtisadiyyatın digər istehsal sahələrində artım hesabına milli gəlirin həcminin artımını təmin edib.
2017-ci ilin ötən 11 ayında ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib. Cari ilin yanvar-noyabr aylarında ölkədə 63071,3 milyon manat və ya əhalinin hər nəfərinə 6481,8 manat məbləğində ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artıb. Həmçinin bu dövrdə ölkədə 35,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 3,5 faiz artıb.
Ötən 11 ay ərzində ölkəmizə yatırılan sərmayələrin də artımı təmin edilib. İqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş sərmayələrin həcmi 13 milyard 688,4 milyon manat təşkil edib. Həmin vəsaitin 6051,7 milyon manatı və ya 44,2 faizi qeyri-neft sektoruna yönəldilib. Qeyri-neft bölmələrinə yönəlmiş investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artıb. İxrac məhsullarının həm çeşidi, həm də coğrafiyasının şaxələndirilməsi öz mühüm təsirini göstərib. Ölkəmizin xarici ticarət dövriyyəsi artıb, əmtəə dövriyyəsində müsbət saldo yaranıb. 2017-ci ilin 11 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 387 milyon dollar həcmində olub. Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi genişlənib.
Maliyyə sabitliyinin güclənməsi, səmərəli valyuta siyasətinin həyata keçirilməsi nəticəsində valyuta bazarı sabitləşib və manat öz dəyərini möhkəmləndirib. Bu siyasətin mühüm uğuru olaraq, ölkəmizin strateji valyuta ehtiyatları 1 milyard dollardan artıq çoxalıb. Bu, çox mühüm haldır və 2015-ci ildən sonra strateji maliyyə rezervlərinin azalmasının tam dayandırılması və valyuta ehtiyatlarının artımının təmin olunmasıdır. Bu tendensiya ölkəmizin güclü iqtisadi təhlükəsizlik yastığının olmasını göstərir və qlobal böhran şəraitində ən sabit və dayanıqlı maliyyə siyasəti yürütdüyünü təsdiqləyir.
- Regionların inkişafı ilə bağlı yürüdülən siyasəti necə dəyərləndirərdiniz?
- “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasətinin güclənməsinə, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsinə, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına, ümumilikdə bölgələrin hərtərəfli inkişafı sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb olub. İqtisadi inkişafın dayanıqlığının təmin olunması, tarazlı və hərtərəfli inkişafını təmin edən strateji proqramlar öz uğurlu nəticələrini göstərməkdədir. Sosial infrastruktur yeniləşir, bu amillər Azərbaycanın iqtisadiyyatının tarazlı inkişafına, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına öz mühüm töhfəsini verməkdədir. 2017-ci ilin ötən 11 ayı ərzində hərtərəfli regional inkişaf təmin edilib, 85 min yeni iş yeri yaradılıb. Eyni zamanda, Azərbaycanın beynəlxalq mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib. Həyata keçirilən iqtisadi və sosial layihələr respublikamızın beynəlxalq iqtisadi mövqeyinin güclənməsinə səbəb olub. Ölkəmizdə 250 mindən artıq yeni iş yeri yaradılıb.
Ötən dövrdə sənaye və texnologiyalar parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində ciddi addımlar atılıb, kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parklarının yaradılması davam etdirilir. Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir. İlk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsi cənab Prezidentin iştirakı ilə bu il sentyabrın 24-də istifadəyə verilib. Masallı Sənaye Məhəlləsində hazırda tikinti işləri aparılır. Eləcə də bölgələrdə aqroparkların yaradılması işləri davam etdirilir.
- 2017-ci ildə Azərbaycanda enerji sahəsində yürüdülən siyasəti necə dəyərləndirmək olar?
- Yola saldığımız il enerji sahəsində mühüm uğurların əldə olunması baxımından da faydalı hesab edilə bilər. Bu gün Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan ən mühüm layihələrdən olan, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən, Prezident İlham Əliyevin “XXI əsrin layihəsi” adlandırdığı “Cənub qaz dəhlizi” layihəsi ölkəmizi Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirməkdədir. Artıq “Cənub qaz dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz-2” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə işlərin 96 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 98 faizi, TANAP layihəsi üzrə işlərin 82 faizi, TAP-ın inşası üzrə isə 53 faizi icra edilmişdir. Hazırda inşaat işləri davam etdirilir. Cari ilin sentyabrında cənab İlham Əliyevin müəllifi olduğu Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
- Azərbaycanın tranzit potensialının artırılması istiqamətində hansı addımlar atılmaqdadır?
- Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Dövlət başçısının Azərbaycanın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verməklə, Azərbaycanı mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirməkdədir. Ötən dövrdə Azərbaycanın tranzit imkanlarının reallaşması üçün iri layihələr reallaşdırılmaqdadır. Bu istiqamətdə Beynəlxalq Dəniz Limanının və Gəmiqayırma Zavodunun tikintisi, TRASECA, Şimal-Cənub, Şərq-Qərb dəhlizləri çərçivəsində görülən işlər, digər nəqliyyat layihələrinin icrası ötən dövrdə uğurla davam etdirilib.
2017-ci ildə region üçün ən əlamətdar hadisələrdən biri kimi Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışını xüsusilə qeyd etmək olar. Cari il oktyabrın 30-da Azərbaycan, Gürcüstan və Türkiyə Avrasiya məkanı üçün yeni yüksəliş və uzunömürlü rifah layihəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini istifadəyə verdi. Qədim İpək Yolunun polad magistrallar üzərində bərpası olan dünya əhəmiyyətli bu layihənin gerçəkləşməsi ilə regionda ən nəhəng kommunikasiya dəhlizlərindən biri geosiyasi tarixə vəsiqə aldı. Layihənin müəlliflərindən biri olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, strateji əhəmiyyət daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilməkdədir. BTQ geosiyasi, geoiqtisadi və tarixi baxımdan dünyanın yenidən cızılan çoğrafiyasında özünə mühüm yer tutmaqla transkommunikasiya qovşaqlarının ən rentabelli və dayanıqlı həlqəsini təşkil edəcək.
- İslahatları Azərbaycanın beynəlxalq reytinqinə təsiri baxımından necə şərh etmək olar?
- Aparılan islahatlar Azərbaycanın beynəlxalq reytinqinin güclənməsinə səbəb olmaqdadır. Dünya Bankı 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2018” hesabatını açıqlayıb. Hesabata əsasən, Azərbaycan 8 pillə irəliləyərək 57-ci mövqeyə yüksəlib. Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərdə irəliləməsi aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir. Azərbaycanın mövqeyinin ötən illə nisbətdə daha da yaxşılaşmasına bir sıra mühüm amillər, o cümlədən 2016-cı və 2017-ci illərdə aparılan islahatlar öz müsbət təsirini göstərib. Bu isə biznes sektorunda sənədləşmə işlərinin sadələşdirilməsi və şəffaflığın təmin olunması, sahibkarların mənafeyinə xidmət edən yeni qaydaların qüvvəyə minməsi, xarici ticarətlə bağlı prosedurların asanlaşdırılması, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, vergi sistemində kiçik və orta sahibkarlığın inkişafını stimullaşdıran mühüm addımların atılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, xidmət səviyyəsinin yaxşılaşdırılması və həyata keçirilən digər tədbirlərin nəticəsi hesab oluna bilər.
- Azərbaycan 2018-ci ildə hansı makrossenariləri həyata keçirməyi hədəfləyib və cari ildə siyasi-iqtisadi vəziyyəti necə proqnozlaşdırmaq olar?
- Prezident İlham Əliyev Azərbaycanın 2018-ci il üçün iqtisadi prioritetləri barədə danışarkən qeyd edib ki, hazırda iqtisadi siyasətin prioritetləri iqtisadiyyatın daha da şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Dövlət başçısı biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılması, 2018-ci ildə bu istiqamətdə mühüm işlər görülməsi, dövlət investisiya layihələrinin icra olunması, inflyasiyanın birrəqəmli həddə saxlanılması və süni qiymət artımına yol verilməməsi üçün ciddi tədbirlərin görülməsini də müvafiq qurumlar qarşısında mühüm vəzifə kimi qoyub. Bank sektorunda islahatların aparılması, konsolidasiya siyasətinin davam etdirilməsi barədə konkret vəzifələr müəyyən edilib. Eyni zamanda, ölkəmizin sənaye potensialının artırılması, bölgələrdə sənaye zonalarının, fermer təsərrüfatlarının yaradılması prosesinin aparılması, aqrar sahəyə dövlət dəstəyinin artırılması istiqamətində digər layihələrin həyata keçirilməsinin zəruriliyi qarşıya məqsəd qoyulub.
Azərbaycanın inkişafını təmin edən digər fundamental bir faktor ali maliyyə sənədi olan dövlət büdcəsidir. 2018-ci ilin büdcəsi təmkinli, praqmatik ssenarilərə əsaslanır və əsas məzmunu iqtisadi inkişafın dayanıqlılığını təmin etmək, güclü sosial islahatların əhatəsini genişləndirmək, bununla da insanların rifahını ən yüksək səviyyəyə çatdırmaqdır. Bu sahədə möhkəm bünövrə qoyulub və insanların etibarlı və layiqli həyatının təmin edilməsi üçün dövlət büdcəsində sosial məsələlər ön planda dayanır. Büdcə eyni zamanda, daxili investisiyalar, sahibkarlıq, qeyri-neft sektorunun inkişafında əsas rol oynayan sənaye, kənd təsərrüfatı, İKT, turizmin inkişafı üçün əsas maliyyə mənbəyidir. Eyni zamanda, dövlətin bu sahəyə yönəltdiyi vəsaitlər mühüm iqtisadi və sosial layihələrin icrası üçün xüsusi rol oynayır. Həmin layihələrin icrası isə minlərlə insanın işlə təmin olunması deməkdir.

 
  • Oxunub:  8220  |  
  • Tarix:  29-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu

23:10
16 İyul
Brüssel sammiti Azərbaycanın uğurlu xarici siyasətinin real nəticələrini əks etdirdi
23:04
16 İyul
Prezident İlham Əliyev: Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz
23:03
16 İyul
Mahir Abbaszadə: Azərbaycan vətəndaşları dövlətin yanındadır və sabitliyi pozmaq istəyən qüvvələrə qarşı hər zaman öz sözünü deməyə hazırdır
20:25
16 İyul
Azərbaycanda nəşr olunan qəzetlərə maliyyə yardımı ayrılıb
20:23
16 İyul
Dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
20:21
16 İyul
Azərbaycanlı skautlar Belarusda keçirilən IV Avrasiya regional yığıncağında iştirak ediblər
20:15
16 İyul
Azərbaycanda Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yaradılıb
20:12
16 İyul
Mətbuat Şurasının İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib
19:40
16 İyul
Sergey Lavrov: Rusiya və ABŞ prezidentləri arasında danışıqlar gözlənildiyindən də yaxşı keçdi
19:00
16 İyul
Hikmət Babaoğlu: "Mediadan bu işdə ayıqlıq tələb olunur"
17:56
16 İyul
Qəri Counz: Ceyhandan neftin 3 milyardıncı barrelinin nəqli BTC-nin əldə etdiyi əlamətdar nailiyyətdir
17:32
16 İyul
Fərrux Haqverdiyev: “Təxribat cəhdlərinin qarşısının alınmasında hər zaman dövlətimizin yanında olacağıq”
17:18
16 İyul
Əflatun Amaşov: Müasir dövr Azərbaycan mətbuatı inkişafa, yeniliyə can atan monolit komandadır
16:58
16 İyul
Mədəniyyət Naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək
16:40
16 İyul
Bu ilin birinci yarısında Samux rayonu iqtisadiyyatının bütün sahələrində artım dinamikası davam edib
16:32
16 İyul
Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub
16:29
16 İyul
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğunun birgə məlumatı
16:25
16 İyul
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib
15:55
16 İyul
Mahir Abbaszadə: Azərbaycan vətəndaşları dövlətin yanındadır və sabitliyi pozmaq istəyən qüvvələrə qarşı hər zaman öz sözünü deməyə hazırdır
15:52
16 İyul
Azay Quliyev: Ermənilər Gəncə hadisələrinə özlərinin sanki nicat yolu kimi baxırdılar
15:49
16 İyul
Rusiya-Azərbaycan dostluğunun gələcəyini gənclər müəyyən edir
15:48
16 İyul
Dünyəvi dövlətin sarsılmazlığı Gəncə hadisələrinin sifarişçiləri üçün ən ağır cəzadır
15:19
16 İyul
Mərkəzi və Şərqi Avropa dövlətləri parlament rəhbərlərinin Zirvə toplantısı keçirilib
14:48
16 İyul
Brenda Şaffer: TANAP layihəsi təkcə Azərbaycan üçün deyil, dünya üçün böyük nailiyyətdir
14:46
16 İyul
“Prezidentin ilk 100 günü” adlı tədbir keçirilib
14:28
16 İyul
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Mədəniyyət Nazirliyində olub
14:12
16 İyul
ƏƏSMN və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İB arasında özünüməşğulluq sahəsində əməkdaşlığa dair memorandum imzalanıb
14:06
16 İyul
İranlı nazir: Azərbaycana səfərim zamanı səhiyyə sahəsində bir sıra razılıqlar əldə olundu
14:00
16 İyul
Mediaya diqqət və qayğı Azərbaycanda bu sahədə aparılan dövlət siyasətinin mühüm göstəricisidir
13:42
16 İyul
Professor Akkan Suver: Azərbaycanda sabitliyin qorunması region ölkələri üçün həyati əhəmiyyət daşıyır
13:34
16 İyul
Gəncədə törədilən hadisələr göstərir ki, bir qrup şəxs ölkədə çaxnaşma salmaq istəyir
13:29
16 İyul
Məhluqə Qaramanlı: Azərbaycanda güclü olan xalq-iqtidar birliyini heç bir qüvvə poza bilməz
13:00
16 İyul
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni sosial kampaniyaya start verildi
12:45
16 İyul
Türkiyədəki 15 iyul hadisələrinin ikinci ildönümü ilə əlaqədar Bakıda anım mərasimi təşkil edilib
12:29
16 İyul
ADA Universitetində regional enerji təhlükəsizliyi üzrə simpozium işə başlayıb
12:27
16 İyul
Bakıda “Media: dini radikalizmlə mübarizə” mövzusunda konfrans keçirilib
12:23
16 İyul
Cavid Osmanov: Azərbaycan güclü dövlətdir və heç bir qüvvə ölkəmizdəki sabitliyə xələl yetirə bilməz
12:21
16 İyul
Mirzəcan Xəlilov: Təxribatçı qüvvələr heç vaxt bizim birliyimizi poza bilməyəcəklər
12:18
16 İyul
Ekologiya və Təbii Sərvətlər Nazirliyində TÜRKPA nümayəndə heyəti ilə görüş olub
12:04
16 İyul
Əli Həsənov: “Milli iradəyə qalib gəlmək mümkün deyil”
11:31
16 İyul
Gənc heydərçilər hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə yola salınıblar
11:25
16 İyul
Mübariz Qurbanlı: Gəncədəki hadisələr terror aktı, bunu törədənlər isə din adı altında gizlənmiş radikal qruplardır
11:05
16 İyul
Səyyar “ASAN xidmət” davam edir
10:59
16 İyul
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları respublika ərazisində növbəti reyd keçiriblər
10:54
16 İyul
Dilarə Cəbrayılova: Gəncədə baş verən hadisə dövlətimizə, suverenliyimizə qarşı yönələn bir təxribatdır
10:51
16 İyul
Energetika Nazirliyi Strateji Yol Xəritəsi üzrə tədbirlərin icrası ilə bağlı qiymətləndirmələr aparacaq
10:24
16 İyul
Şahin Mustafayev: Çin şirkətləri Azərbaycana 800 milyon dollara yaxın investisiya qoyub
10:22
16 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 96 dəfə pozub
20:26
15 İyul
DİN: Rəşad Böyükkişiyev qumbara istifadə etməyə çalışarkən məhv edilib
20:22
15 İyul
Sumqayıt şəhərində radikal müxalifətin və dini qrupların 18 əsas fəal üzvü saxlanılıb
16:54
15 İyul
Kann şəhər merinin müavini: Azərbaycan mədəniyyəti günləri əlaqələrimizi daha da zənginləşdirib
16:51
15 İyul
Alen Bezye: Kann şəhərinin sakinləri mədəniyyət günləri sayəsində Azərbaycanı yaxından tanıyırlar
16:45
15 İyul
Gəncə hadisələri ilə bağlı daha bir neçə şəxs saxlanılıb
16:43
15 İyul
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb
15:27
15 İyul
Dövlət sərhədində Ermənistanın kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısı alınıb
14:52
15 İyul
Türkiyədə 15 iyul - Demokratiya və Milli Birlik Günü qeyd olunur
14:40
15 İyul
Gəncədə törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib
14:40
14 İyul
Gəncədə törədilən cinayətlər ölkəmizin ən böyük sərvəti olan sabitliyi pozmaq cəhdi idi
14:35
14 İyul
Avropa İttifaqının və NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Prezident, Ali Baş Komandanın dünyadakı nüfuzunun göstəricisidir
14:29
14 İyul
Gəncə hadisələrində iştirakda təqsirləndirilən üç nəfər həbs edilib
11:51
14 İyul
Yarım ildə BTC ilə 16,5 milyon ton neft göndərilib
11:48
14 İyul
Kamilə Əliyeva: Xaricdən idarə edilən bəzi internet resursları insanları təxribatlara yönləndirir
11:46
14 İyul
İlin birinci yarısında Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3,65 milyard kubmetrdən çox qaz ötürülüb
11:41
14 İyul
Flora Qasımova: NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Ermənistan üçün ciddi siqnaldır
11:38
14 İyul
Azərbaycan əhalisinin sayı 9 milyon 929 min 513 nəfərə çatıb
11:37
14 İyul
Sumqayıt şəhəri üçün ilin birinci yarısı uğurlu olub
11:30
14 İyul
Mirhəsən Seyidov: Gəncə hadisələrinin arxasında Azərbaycanın inkişafını istəməyən qüvvələr dayanır
11:25
14 İyul
Heydər Əliyev fenomeni: dünəndən bu günümüzə, bu gündən sabahımıza salınan körpülər
11:19
14 İyul
Miqrasiya ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklər qüvvəyə minib
11:17
14 İyul
Aydın Quliyev: Azərbaycana qarşı olanların, separatizmi dəstəkləyənlərin Gəncədəki məlum hadisələri törədən xəyanətkarları müdafiə etməsi çox mətləblərdən xəbər verir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA