Ana səhifə »  Müsahibə »  Yeni Azərbaycan Partiyası fəaliyyətində hər zaman gənclərin inkişafına geniş imkanlar yaradır
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyası fəaliyyətində hər zaman gənclərin inkişafına geniş imkanlar yaradır

YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov www.yap.org.az saytına müsahibə verib:
- Seymur müəllim, bu il Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi respublikamızda böyük təntənə ilə qeyd olundu. Gənclərimizin partiyamızın fəaliyyətində hazırkı iştirak səviyyəsi ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Yeni Azərbaycan Partiyası ötən 25 il ərzində böyük inkişaf yolu keçib. Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına misilsiz töhfələr verib.
Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərin inkişafına geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir.
Qeyd edim ki, bu gün partiyanın üzvlərinin 40 faizi gənclərdən ibarətdir. YAP bu gün istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai, siyasi fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə mühüm işlər görür. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyev partiyanın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir, onların 40 faizi gənclərdir: “Yəni bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir”.
- YAP Gənclər Birliyi daim ən müxtəlif mövzularla bağlı layihələr həyata keçirir. Bu barədə nə deyə bilərsiniz?
- Hər il olduğu kimi, 2017-ci ildə də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi əsas fəaliyyət istiqamətini ölkə Prezidentinin siyasi xəttinə dəstək, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması, ölkə gənclərinin sosial mühitə adaptasiyası, azərbaycançılıq ideologiyasının təbliği istiqamətində quraraq, il ərzində onlarla tədbir keçirmişdir.
Belə ki, hər zaman olduğu kimi, bu il də partiyamızın Gənclər Birliyi Azərbaycan xalqı üçün həssas günlərdə olduqca tədbirli davranmış, xalqımızın başına gətirilən faciələri istər ölkə gənclərinə, istərsə də dünya ictimaiyyətinə çatdırmışdır. 20 yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar olaraq, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin minlərlə üzvü Şəhidlər Xiyabanını ziyarət edərək, şəhid məzarları üzərinə tər qərənfillər qoymuşlar. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “20 Yanvar - Şəhidlik zirvəsi” mövzusunda konfrans keçirilmişdir. Konfransda şəhidliyin necə bir uca zirvə olduğu iştirakçı gənclərin diqqətinə çatdırılmışdır.
Eyni zamanda, Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar YAP Gənclər Birliyi Zirə Mədəniyyət Mərkəzində tədbir keçirmişdir. Belə ki, tədbirdə YAP Gənclər Birliyinin təşkilatçılığı ilə ərsəyə gətirilən “Xocalı” musiqili kompozisiyasının təqdimatı olmuşdur. Eyni zamanda, YAP Gənclər Birliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndinin bərpası prosesində YAP Gənclər Birliyinin üzvləri inşaat dəstələri yaradaraq, həmin kəndə səfər etmiş və bu prosesə də öz töhfələrini vermişlər. Partiyamızın Gənclər Birliyi 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar silsilə tədbirlər keçirərək, tarixi həqiqətlərin bərpası istiqamətində öz mövqeyini, əməyini ortaya qoymuşdur.
- Bəs gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində hansı layihələr reallaşdırılıb?
- Azərbaycanın əzəli torpağı olan Qarabağ torpaqları bu gün işğal altındadır. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, döyüş bacarıqlarının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirmişdir. Cari ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” ilə birgə təşkil etdiyi və aprel döyüşlərinə həsr olunmuş “Qələbədən Qələbəyə” adlı atıcılıq turniri gənclərin vətənpərvərlik ruhunun artırılması istiqamətində atılmış praktiki addım idi. Burada partiyamızın ayrı-ayrı rayon təşkilatlarını əhatə edən komandalar mübarizə apardılar. Turnirin sonunda I, II və III yerlərin qalibləri mükafatlandırılmışlar.
Cari il aprelin 6-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və YAP Nəsimi rayon təşkilatının birgə təşəbbüsü ilə ötən ilin aprel döyüşlərində Azərbaycan ordusunun qələbəsinin ildönümünə həsr edilmiş “Qələbə yürüşü” keçirilib.
- YAP Gənclər Birliyi Ulu öndər Heydər Əliyevin siyasi və mənəvi irsinin gənclər arasında təbliği istiqamətində nə kimi işlər görür?
- Hər il olduğu kimi, bu il də YAP Gənclər Birliyinin əsas fəaliyyət istiqamətlərindən birini Ulu öndər Heydər Əliyevin siyasi və mənəvi irsinin gənclər arasında təbliği tutmuşdur. Bu yöndə YAP Gənclər Birliyinin BSU-da keçirdiyi “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda elmi konfransı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə təşkil etdiyi Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Sağlam Gələcək” adlı velosiped turnirini, YAP GB-nin təşkilatçılığı ilə Milli Məclisdə “Heydər Əliyev milli parlamentimizin banisidir” mövzusunda “dəyirmi masa”nı, partiyamızın bir qrup gənc üzvünün Heydər Əliyev adına neft emalı zavoduna etdiyi ekskursiyanı, Heydər Əliyev Mərkəzinə təşkil olunan ekskursiyanı qeyd etmək olar.
Müstəqil Azərbaycan Respublikasının bugünkü uğurlarının təməlində, heç şübhəsiz ki, Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri dayanır. Azərbaycan tarixinə 15 İyun - Milli Qurtuluş Günü kimi daxil olan gün müstəqil dövlətçilik tariximizdə mühüm yer tutur. YAP Gənclər Birliyi bu əlamətdar günlə bağlı bir sıra tədbirlər təşkil etmişdir. Bunların sırasında YAP gənclərinin Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə ilə olan görüşünü, 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar gənclərin “Eko Park”a olan ekskursiyasını və başqalarını qeyd etmək olar.
- YAP Gənclər Birliyi həmçinin bir sıra layihələrə dəstəkçi qismində çıxış edir. Bu kimi tədbirlərin əhəmiyyəti nədən ibarətdir?
- YAP Gənclər Birliyi vaxtaşırı olaraq ölkədə keçirilən beynəlxalq yarışlara öz dəstəyini göstərmişdir. Bu il “Formula-1 Avropa Qran Prisi”nə dəstək məqsədi ilə YAP Gənclər Birliyi “YAP GB K2017” adlı karting yarışması təşkil etmişdir. Burada YAP Gənclər Birliyinin Bakı şəhəri üzrə strukturlarının təmsilçiləri mübarizə aparmış, 1, 2, 3-cü yerlərin sahibləri mükafatlandırılmışlar.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstək verdiyi layihələrdən biri də Azərbaycan Xalça Muzeyi ilə birgə icra edilmiş “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı pilot layihə olmuşdur. Bu layihədə gənclər iştirak edərək, xalça toxumağın yolları, Azərbaycanın xalçaçılıq ənənəsi barədə geniş məlumat əldə etmişlər. Sonda layihə iştirakçısı olan gənclərin Azərbaycan Xalça Muzeyinə ekskursiyası təşkil olunmuşdur.
- Seymur müəllim, bu il ərzində YAP Gənclər Birliyi daha hansı istiqamətlər üzrə layihələr həyata keçirib?
- Biz ən müxtəlif istiqamətlər üzrə layihələr həyata keçirmişik. 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi ilə bağlı YAP Gənclər Birliyi bir sıra tədbirlər təşkil etmişdir. Bunlardan biri də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi “İslam həmrəyliyi gənclərin gözü ilə” adlı konfrans idi.
Bu il Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər keçirilmişdir. YAP Gənclər Birliyi bu məqsədlə partiyanın Bakı şəhərində fəaliyyət göstərən təşkilatları arasında debat yarışı təşkil etmişdir. Burada əsas məqsəd siyasi arenada fəallığı ilə seçilən gənclərin natiqlik bacarıqlarının, liderlik keyfiyyətlərinin artırılması olub. Debat yarışı 3 mərhələdən ibarət olmuşdur. Yarışın final mərhələsində millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri qonaq qismində iştirak etmişlər. 1, 2, 3-cü yerlərin sahibləri diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
YAP Gənclər Birliyi gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, onlara sağlam həyat tərzinin təbliği məqsədi ilə mütəmadi olaraq layihələr, sosial aksiyalar həyata keçirir. 2017-ci ildə də partiyamızın Gənclər Birliyi gənclərin asudə vaxtının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, aktiv həyat tərzinə uyğunlaşması üçün gənclər arasında boulinq yarışması təşkil etmişdir. Təşkil olunan yarış ölkə mediasında geniş rezonans doğurmuş, böyük marağa səbəb olmuşdur.
Hər zaman sosial maarifləndirici layihələri ilə diqqət çəkən YAP Gənclər Birliyi bu ənənəsini bu il də davam etdirmişdir. Belə ki, YAP Gənclər Birliyinin ofisində bədii ədəbiyyata, kitaba marağın artırılması məqsədi ilə “Danışan kitab” adlı layihə həyata keçirilmişdir. Layihə gənclər tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Yeni Azərbaycan Partiyası Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlərini birliyin ofisinə dəvət edərək, onlarla gənclərin görüşünü təşkil etmişdir. Cari ildə Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo YAP Gənclər Birliyinin qonağı olmuş, gənclərə “Beynəlxalq əlaqələr və diplomatiya” mövzusunda təlim keçmişdir.
2017-ci ildə sosial şəbəkələrdə xüsusi aktivliyi ilə seçilən YAP Gənclər Birliyi ölkə həqiqətlərinin tanıdılması istiqamətində bir sıra işlər görmüş, Azərbaycan həqiqətlərini elektron medianın yaratmış olduğu imkanlardan istifadə edərək, dünya ictimaiyyətinə çatdırmışdır. Belə ki, internetdə YAP Gənclər Birliyinə məxsus olan səhifə və qruplar bu il ərzində də həm izləyici sayının çoxluğuna, həm də paylaşılan statuslara olan reaksiya baxımından öndə olmuşdur.
Qarşıdan 2018-ci il gəlir. YAP Gənclər Birliyi 2018-ci ildə də öz prinsiplərinə sadiq qalaraq, fəaliyyətini uğurla davam etdirəcək.

 
  • Oxunub:  2100  |  
  • Tarix:  29-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir

10:06
22 Yanvar
Azərbaycan Rəşt-Astara dəmir yolu layihəsində 50 faizlik paya malik olacaq
10:02
22 Yanvar
Türkiyə ictimaiyyəti ordunun antiterror əməliyyatlarına böyük dəstək nümayiş etdirir
09:48
22 Yanvar
Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub
19:06
20 Yanvar
Antonio Gamito: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkədə multikulturalizm, tolerantlıq ənənələrinin inkişafından xəbər verir
18:57
20 Yanvar
“The Jerusalem Post”: Qanlı “Qara Yanvar” Azərbaycanın müstəqilliyi yolunda başlanğıc nöqtə oldu
18:47
20 Yanvar
Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18:06
20 Yanvar
Naxçıvanda 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd edilib
17:19
20 Yanvar
Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
13:28
20 Yanvar
Qanlı 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ümumxalq ziyarəti
11:03
20 Yanvar
Baş nazirin müavini: 20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir
11:00
20 Yanvar
Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini yad edir
10:50
20 Yanvar
Əli Əhmədov: Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumunun icra etdiyi funksiyaları həyata keçirəcək
10:47
20 Yanvar
MSK sədri: "Azərbaycanda prezident seçkilərinə hazırlıq başlayıb"
10:42
20 Yanvar
20 Yanvar faciəsinə həsr olunan daha bir anım mərasimi Litvada keçirilib
10:36
20 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Təbrizdə anılıb
10:32
20 Yanvar
Malayziyada keçirilən anım tədbirində 20 Yanvar faciəsinin dəhşətlərindən danışılıb
10:29
20 Yanvar
Peterburqda Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılır
10:24
20 Yanvar
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Vaşinqtonda da anılıb
10:22
20 Yanvar
Ankarada Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
10:18
20 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
17:53
19 Yanvar
Azərbaycana müasir hərbi texnikaların yeni partiyası gətirilib
17:52
19 Yanvar
2018 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar viza prosedurları sadələşdiriləcək
17:43
19 Yanvar
YAP-ın yaranmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyası çərçivəsində partiyanın Ağdam rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası davam etdirilib
17:41
19 Yanvar
Hadi Rəcəbli: Azərbaycanda sosial infrastruktur quruculuğu uğurla davam edir
17:38
19 Yanvar
Kamilə Əliyeva: Peşə təhsilinin səviyyəsinin yüksəldilməsi gündəmdə olan əsas məsələlərdən biridir
17:25
19 Yanvar
İtaliyada 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib
17:04
19 Yanvar
“Fitur-2018” beynəlxalq turizm sərgisində Ermənistanın planlaşdırdığı təxribatın qarşısı alınıb
17:01
19 Yanvar
Azərbaycanda Olimpiya hərəkatının təbliği uğurla davam etdirilir
16:57
19 Yanvar
Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak edəcək
16:50
19 Yanvar
Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında birgə tədbirlər planı imzalayıb
16:42
19 Yanvar
20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq və şərəf günüdür
15:59
19 Yanvar
Nizami Cəfərov: İstiqlalımız uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi heykəli hər bir azərbaycanlının ürəyində ucalır
15:53
19 Yanvar
Ali Attestasiya Komissiyasında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan toplantı keçirilib
15:50
19 Yanvar
Çili radiosunun saytında 20 Yanvar faciəsi ilə bağlı geniş məqalə yayılıb
15:40
19 Yanvar
Bakıda dünya çempionatı Olimpiya tituluna namizədlərin adlarını açıqlayacaq
14:13
19 Yanvar
Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar elmi konfrans keçirilib
14:05
19 Yanvar
YAP İdarə Heyətinin iclası keçirilmişdir
12:54
19 Yanvar
Vergilər naziri ABŞ səfiri ilə görüşüb
12:53
19 Yanvar
20 Yanvar şəhidləri xalqımızın milli azadlığı və müstəqilliyi üçün yol açıblar
12:45
19 Yanvar
20 Yanvar şəhidlərinin adı Azərbaycan tarixinə əbədi həkk olunub
12:42
19 Yanvar
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib
12:40
19 Yanvar
Azərbaycan Prezidenti özbəkistanlı həmkarına başsağlığı verib
12:38
19 Yanvar
20 Yanvar faciəsinin ildönümü Vyetnamda da qeyd olunub
12:33
19 Yanvar
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
12:30
19 Yanvar
“The Washington Times”: Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır
12:11
19 Yanvar
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
12:04
19 Yanvar
20 Yanvar faciəsi ilə əlaqədar Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərində bayraqlar endiriləcək
11:53
19 Yanvar
“Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib
11:09
19 Yanvar
Dünya Turizm Təşkilatında sədrlik Azərbaycandan Argentinaya keçib
11:05
19 Yanvar
Seulda 20 Yanvar faciəsinin ildönümü qeyd olunub
10:58
19 Yanvar
Hikmət Babaoğlu: Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların intensivləşməsi Azərbaycanın dünyada nüfuzunun artması ilə bağlıdır
10:47
19 Yanvar
Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
10:45
19 Yanvar
Sevinc Fətəliyeva: Azərbaycan özünün milli inkişaf modeli ilə digər dövlətlər üçün nümunədir
10:35
19 Yanvar
ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti bəyanat yayıblar
10:24
19 Yanvar
Özbəkistanın kun.uz portalı 20 Yanvar faciəsindən yazıb
10:23
19 Yanvar
Azərbaycan neftinin bir barreli 70,85 dollara satılır
10:16
19 Yanvar
Böyük Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
10:13
19 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 116 dəfə pozub
21:54
18 Yanvar
Elmar Məmmədyarov: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra kreativ fikirlər irəli sürüblər
21:16
18 Yanvar
Braziliya mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub
20:28
18 Yanvar
20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq mübarizəsi salnaməsidir
20:03
18 Yanvar
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Avropa Olimpiya Komitəsinin iclasında iştirak edir
19:51
18 Yanvar
İtaliya mətbuatı: İtaliya 2017-ci ildə Azərbaycanın ən böyük ticarət tərəfdaşı olub
19:46
18 Yanvar
YAP Səbail rayon təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar
19:27
18 Yanvar
Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb
17:49
18 Yanvar
YAP-ın Pirallahı rayon təşkilatının təşəbbüsü ilə 20 Yanvar faciəsinin ildönümü münasibətilə qanvermə aksiyası keçirildi
17:46
18 Yanvar
MOK Olimpiya hərəkatının təbliğini uğurla davam etdirir
17:40
18 Yanvar
Statistika Komitəsində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
16:54
18 Yanvar
Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələr barədə müzakirələr aparılıb
16:34
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü Azərbaycanın Gürcüstandakı səfirliyində qeyd olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +11
gecə+3 +6