Ana səhifə »  Müsahibə »  Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan öz tarixinin yeni inkişaf mərhələsini yaşayır
A+   Yenilə  A-
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan öz tarixinin yeni inkişaf mərhələsini yaşayır

Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə www.yap.org.az saytına müsahibə verib:
- Əhməd müəllim, bu gün Azərbaycan uğurla reallaşdırdığı qlobal enerji və tranzit layihələri ilə beynəlxalq aləmin diqqət mərkəzinə çevrilmiş ünvanlardan biri olmuşdur. İqtisadi inkişafın Azərbaycan modeli artıq bir fakt kimi qəbul edilir. Həyata keçirilən siyasi-iqtisadi islahatlar ölkəmizin dinamik inkişaf tempinə geriyədönməz xarakter vermişdir. Müstəqil, uzaqgörən, zərgər dəqiqliyi ilə işlənərək həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu hər keçən gün daha da möhkəmləndirməkdədir. Azərbaycan bu gün öz inkişaf tempinə və səviyyəsinə görə dünyanın qabaqcıl ölkələri ilə rəqabətə girmişdir. Təbii ki, saymaqla bitməyən nailiyyətlərin sükanı arxasında möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev dayanır. Sizin Prezident İlham Əliyevin iqtisadi komandasının təmsilçisi kimi fikirlərinizi bölüşmək, ümumi mənzərəyə baxışlarınızı paylaşmaq istərdik.
- Azərbaycan gənc müstəqil respublika olmasına baxmayaraq, ötən 26 ildə ictimai-siyasi sabitliyin ilbəil möhkəmlənməsi zəminində dövlət müstəqilliyinin və ölkənin dünya birliyində mövqeyinin güclənməsinə xidmət edən mühüm tarixi nailiyyətlər qazanılmış, ölkəmizin gələcək inkişaf perspektivləri üçün etibarlı əsas rolunu oynayan dolğun iqtisadi potensialın formalaşdırılması və onun dinamik artımı təmin edilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın hərtərəfli inkişaf strategiyasının 2003-cü ildən etibarən Prezident cənab İlham Əliyev tərəfindən qlobal proseslərə və müasir çağırışlara adekvat şəkildə, praqmatik yanaşmalar əsasında daha da təkmilləşdirilməsi, respublikanın ümumi inkişafında milli resurslardan istifadə imkanlarının daha səmərəli və elmi əsaslar üzərində səfərbər edilməsi, siyasi və iqtisadi idarəetmə metodlarının müasirləşdirilməsi ölkəmizi dünyada maraqla qarşılanan və bir çox ölkələr üçün örnəyə çevrilən milli inkişaf modelinə sahib etmişdir. Əldə olunan möhtəşəm uğurlar cənab Prezidentin ilk növbədə ölkədə sosial ədalət prinsiplərinin yüksək səviyyədə təminatına yönələn siyasi kursunun, müasir yanaşmalara əsaslanan mükəmməl islahatlar konsepsiyasının Cənubi Qafqaz məkanında iqtisadi qüdrətinə görə öndə olan Azərbaycanın perspektiv strateji hədəflərinə nail olması və inkişaf etmiş güclü dövlətlər sırasında yer alması üçün də alternativsiz olduğunu təsdiq edir.
Azərbaycan Prezidentinin qlobal iqtisadi böhranın doğurduğu ən çətin sınaqlardan uğurla çıxan sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri vətəndaş firavanlığı amilinin və sosial dövlət prinsiplərinin ön planda saxlanılması, sosial siyasət kursunun ilbəil güclənməsi, ölkədə yoxsulluğun aradan qaldırılmasıdır. Cənab İlham Əliyev hələ 2003-cü ilin oktyabrında respublikamıza rəhbərliyə başlayarkən ölkədə yoxsulluğun aradan qaldırılacağını əsas məqsədlərindən biri kimi bəyan etmişdir və ötən dövrdə bu sahədə əldə olunan nailiyyətlər hazırda mötəbər beynəlxalq iqtisadi institutlar tərəfindən yüksək dəyərləndirilir.
Ümumiyyətlə, çox doğru olaraq Azərbaycan iqtisadiyyatı inklüziv iqtisadiyyat kimi səciyyələndirilir. Başqa sözlə desək, Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq ölkəmizdə güclü iqtisadi inkişaf dərin məzmunlu sosial siyasətlə tamamlanır. Bütün ölkəboyu təhsil, səhiyyə infrastrukturunun ən yüksək standartlar səviyyəsində yenidən qurulması, paytaxtda və bölgələrdə müasir idman obyektlərinin istifadəyə verilməsi, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilən tədbirlərin miqyasının ilbəil genişləndirilməsi Azərbaycanın sosial dövlət kimi mənzərəsini göz önündə canlandırır. Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifə ondan ibarətdir ki, respublikamızda sosial sahədə vəziyyət dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə yüksəldilməlidir. Məmnunluq hissi ilə vurğulamaq yerinə düşər ki, respublikamızda dinamik iqtisadi artım hesabına yoxsulluq səviyyəsi 2004-cü ildəki 40,2 faizdən hazırda 4,9 faizə enib. Respublikamızda işsizlik də təxminən bu səviyyəyədək aşağı salınıb.
- Sosial-iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoymuş Azərbaycanda qarşıya hansı məqsəd və vəzifələr qoyulub? Sizcə, bu mərhələdə əldə olunan uğurların səciyyəvi xüsusiyyətləri nədən ibarətdir?
- Xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi, sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsi, Onun qətiyyətli addımları, səriştəli idarəçiliyi nəticəsində ölkənin dayanıqlı inkişaf dinamikasına nail olunmuş, idarəetmə mexanizmi mütəmadi olaraq təkmilləşdirilmiş, səmərəli dövlət idarəçiliyinin, təhlükəsizliyinin, sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər müstəqiliyimizin daha da möhkəmləndirilməsini, dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının və rifah halının yüksəlməsini təmin etmişdir.
İqtisadiyyatın çoxşaxəliliyinə və innovativ dinamik inkişafına nail olan Azərbaycan vaxtında reallaşan islahatlar və icra olunan layihələrlə bu gün regionda lider dövlətə, iqtisadi və siyasi mərkəzə çevrilib.
Möhtərəm Prezidentimizin rəhbərliyi ilə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının və “Strateji yol xəritələri”nin dəqiq mexanizmlərlə icrası inkişafın dinamizmini artırır və əhatəsini daha da genişləndirir. Sürətli, yüksək templi bu irəliləyiş dövlətin yürütdüyü daxili və xarici siyasətin düzgünlüyünün düşünülmüş olması və müasir tələblərə cavab verə bilməsi sayəsində mümkün olmuşdur. Təbii ki, qazanılan nailiyyətlərdə ölkə rəhbərinin güclü, prinsipial siyasi iradəsinin, vaxtında düzgün qərarlar qəbul etməsinin, xalqımızın da möhtərəm Prezidentimizin strateji kursunu dəstəkləməsində Ona olan inamının böyük rolu olub.
Ölkə rəhbərliyinin yüksək dəqiqliklə seçdiyi və uğurla həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət sayəsində son 14 ildə iqtisadiyyatımıza 200 milyard manat investisiya qoyulmuş, orta illik iqtisadi artım 12,2 faiz təşkil etmiş, əsas kapitala yönəldilən investisiyaların həcmi 3,6 dəfə artmış, 11 min kilometr avtomobil yolu, 3 mindən çox məktəb, 600-dən çox tibb ocağı, dörd nəhəng su anbarı və digər mühüm əhəmiyyətli obyektlər tikilib istifadəyə verilmiş, yüz minlərlə hektar torpağın meliorativ vəziyyəti yaxşılaşdırılmış və yeni suvarılan sahələr dövriyyəyə buraxılmışdır.
Kənd təsərrüfatının inkişafının daha da sürətləndirilməsi üçün qısa müddət ərzində ölkədə pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın, ipəkçiliyin və digər sahələrin “Strateji Yol Xəritələri” işlənib hazırlanmış və dəqiq mexanizmlərlə onların icra olunmasına başlanılıb.
Qeyd etmək lazımdır ki, ötən 14 il ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Respublikanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların balanslı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqət çəkmişdir. Bunun nəticəsidir ki, ötən 14 il ərzində müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş, sosial-iqtisadi yüksəliş ilk növbədə insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir. Regionların sosial-iqtisadi inkişafına xidmət edən Dövlət proqramları bölgələrə sərmayə qoyuluşlarının həcmini əhəmiyyətli dərəcədə artırmışdır.
- Meliorasiya və su təsərrüfatı sistemi ölkəmizin iqtisadiyatının inkişafında mühüm rol oynayır. Bu baxımdan, qeyd olunan sahə üzrə həyata keçirilən layihələr hansı nəticələr verməkdədir?
- Hazırda meliorasiya və su təsərrüfatı sistemi də ölkə iqtisadiyyatının mühüm və ayrılmaz bir parçası olaraq, həm qazanılmış nailiyyətlərdə öz payı olan sahəyə, eyni zamanda başlanılmış genişmiqyaslı islahatların ünvanına çevrilmişdir. Ölkəmizdə meliorasiya və irriqasiyanın inkişafı, bu sahədə aparılan islahatlar, böyük quruculuq işləri, geniş meliorasiya potensialının yaradılması və perspektiv proqramların qəbul edilməsi dünya siyasətinin tanınmış lideri, müdrik və uzaqgörən siyasətçi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin yorulmaz fəaliyyətinin, zəhmət və siyasətinin bəhrəsi olmuşdur. Respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasının meliorasiya və su təsərrüfatı sahəsini inkişaf etdirmədən mümkün olmadığını böyük uzaqgörənliklə qeyd etmiş və “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış müdrik şəxsiyyət, Ulu öndərimiz Heydər Əliyev bu sahəni daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir.
Son 14 ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə müvafiq tədbirlər həyata keçirilmişdir.
Belə ki, bütün maliyyə mənbələri hesabına 2004-2017-ci illərdə 3977 kilometr uzunluğunda suvarma kanallarının, 2463 km uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası, 359 min hektar sahədə torpaqların su təminatının və 245 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 126 min hektardan artıq yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Çaylarda sel və daşqınlara qarşı 183 km-dən artıq mühafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 1953 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir.
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan Xanarx kanalının tikintisi 2006-cı ildə, Samur çayı üzərində yerləşən Baş Suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında Baş sudurulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yenidənqurulması işləri 2007-ci ildə başa çatdırılıb. Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun 3-cü hissəsinin tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilib.
Samur-Abşeron kanalının 50-ci km-dən suyun Taxtakörpü su anbarına verilməsi məqsədi ilə 2008-ci ildə tikintisinə başlanılmış uzunluğu 32 km olan Vəlvələçay-Taxtakörpü kanalının, ümumi su tutumu 268,4 milyon kubmetr olan Taxtakörpü su anbarının (ümumi gücü 25 MVt olan Su Elektrik Stansiyası ilə birlikdə) və uzunluğu 108 km-ə yaxın olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi işləri 2013-cü ildə başa çatdırılıb. Eyni zamanda ilk mərhələdə Qusarçay, Qudyalçay və Caqacuqçay çayları üzərində sugötürücü qurğuların və nəqledici kanalların tikintisinin başa çatdırılması ilə Samur-Abşeron kanalına əlavə su verilməsi təmin edilmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyev 28 sentyabr 2013-cü il tarixində Taxtakörpü su anbarının SES-lə birlikdə və Taxtakörpü-Ceyranbatan kanalının açılış mərasimində respublikamızın iqtisadiyyatında, ölkənin su təhlükəsizliyinin təmin olunmasında Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisinin, bu istiqamətdə həyata keçirilən digər layihələrin əhəmiyyətini xüsusi olaraq qeyd etmişdir: “Bu gün dünyada daha çox neft-qaz resursları uğrunda mübarizə aparılır və xoşbəxtlikdən Azərbaycan bu resurslardan xalqın rifahı, ölkənin inkişafı naminə səmərəli şəkildə istifadə edir. Amma vaxt gələcək su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Biz artıq bu mübarizənin təzahürlərini görməkdəyik. Belə olan halda su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir. Taxtakörpü su anbarı və Samur-Abşeron suvarma sistemi, Şəmkirçay su anbarı, ölkədə icra edilən su layihələri bu məqsədə xidmət edir”.
Samur-Abşeron suvarma sisteminin yenidənqurulması layihəsində nəzərdə tutulan tədbirlərin tam başa çatdırılması nəticəsində respublikanın şimal zonasında 150 min hektar suvarılan torpaqların su təminatının, Bakı, Sumqayıt şəhərlərində və Abşeron yarımadasında əhalinin, sənayenin və kənd təsərrüfatının içməli, texniki və suvarma suyuna olan tələbatının yaxşılaşdırılması, 31 min hektar yeni suvarılan torpaqların kənd təsərrüfatı dövriyyəsinə verilməsi, Taxtakörpü su anbarında inşa olunan su elektrik stansiyasında quraşdırılan 3 turbin vasitəsilə 25 MVt elektrik enerjisinin istehsal olunması, kanal üzərindəki mövcud Sitalçay və Ceyranbatan nasos stansiyalarının ləğv edilməsi ilə ildə 13-15 milyon manatdan artıq elektrik enerjisinə qənaət edilməsi, layihə ərazisində ekoloji vəziyyətin və orada yaşayan 4,0-4,6 milyon nəfər əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması təmin ediləcəkdir.
Taxtakörpü su anbarının tikintisinin başa çatdırılması ilə beynəlxalq layihə şirkəti tərəfindən “Xızı, Siyəzən və Şabran rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi”nın layihə sənədlərinin hazırlanmasına başlanıldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 22 iyul 2014-cü il tarixində Taxtakörpü-Ceyranbatan kanalından suyun Xızı rayonunun yeni suvarılan sahələrinə verilməsi üçün suburaxıcı qurğunun təməlinin qoyulması, 04 sentyabr 2015-ci il tarixində isə 1-ci mərhələdə Xızı rayonunda 3396 hektar (onun 3084 hektarı yeni suvarılan torpaqlardır) və Siyəzən rayonunda 1466 hektar (onun 1424 hektarı yeni suvarılan torpaqlardır) torpaq sahələrinə yeni inşa olunmuş Taxtakörpü-Ceyranbatan kanalından suyun verilməsi mərasimi keçirilmiş və bu torpaqların istifadəsinin tezləşdirilməsi üçün Onun tərəfindən müvafiq tapşırıqlar verilmişdir.
Ümumiyyətlə, 2015-2016-cı illərdə Xızı rayonunda 7746 hektar və Siyəzən rayonunda 6172 hektar olmaqla cəmi 13918 hektar sahədə meliorativ tədbirlər başa çatdırılaraq 10801 hektar yeni suvarılacaq sahələr istifadəyə verilib və 3117 hektar mövcud suvarılan torpaqların su təminatı yaxşılaşdırılıb. Şabran rayonunda isə 2016-cı ildə 13806 hektar yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və 16401 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması işlərinə başlanılıb.
Ulu öndər Heydər Əliyevin Şəmkirçay su anbarının tikintisi ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, 2009-cu ildə Onun iştirakı ilə su anbarının tikintisinin təməlqoyma və 2014-cü ildə açılış mərasimləri keçirilmişdir. SES-lə birlikdə Şəmkirçay su anbarının, ondan su götürən 60,5 km uzunluğunda magistral kanalların istifadəyə verilməsi ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 54 min hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına, 17 min hektar yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə, ildə 56 milyon kvt elektrik enerjisinin istehsal olunmasına, Gəncə və Şəmkir şəhərlərinin, Samux rayonunun Nəbiağalı qəsəbəsinin əhalisinə ildə 50,0 milyon kbm-ə yaxın ekoloji təmiz içməli su verilməsinə imkan yaranmışdır. Hazırda su anbarından Şəmkir şəhərinə içməli su verilir, Gəncə şəhərinə və Samux rayonunun Nəbiağalı qəsəbəsinə isə içməli su xətti hazır olduqdan sonra suyun verilməsi təmin ediləcəkdir.
Şəmkirçay su anbarı istifadəyə verildiyi vaxtdan keçən müddət ərzində ona yığılan 715 milyon kbm su hesabına Şəmkir, Samux və Göygöl rayonlarının 35000 hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılmış, Şəmkir və Göygöl rayonlarının 4000 hektar, eləcə də “Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılacaq sahələri suvarma suyu ilə təmin edilmişdir.
2016-cı ildə tikintisi tamamlanmış ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarına yığılan su hesabına Tovuz və Şəmkir rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılmış, 300 hektar yeni suvarılacaq torpaqlar isə suvarma suyu ilə təmin edilmişdir.
Cəlilabad rayonunda ümumi sututumu 3,7 milyon kubmetr olan Göytəpə su anbarının tikintisi 2010-cu ildə başa çatdırılaraq 681 hektar yeni suvarılacaq sahələr suvarma suyu ilə təmin edilmişdir.
- Qeyri-neft sektorunun yüksək inkişafının təmin edilməsini əsas hədəf seçmiş Azərbaycanda mühüm istiqamətlərdən biri kimi aqrar sahənin inkişafı da hökumətin xüsusi diqqət mərkəzindədir. Kənd təsərrüfatının dinamik inkişafı üçün həyata keçirilən layihələrdən biri də məhz əkin sahələrinin genişləndirilməsi, kollektor-drenaj şəbəkələrində əsaslı tikinti, təmir-bərpa və yenidənqurma işlərinin aparılmasıdır. Bu istiqamətdə nə kimi işlər görülüb?
- Ölkəmizdə iri kənd təsərrüfatı müəssisələrinin yaradılması ilə əlaqədar Şəmkirçay su anbarından “Şəmkir” Aqroparkın 543 hektar, Samur-Abşeron suvarma sistemindən “Yalama” Aqroparkın 523 hektar, Yuxarı Mil kanalının 15,25 km-lik hissəsinin tikintisinin tamamlanması nəticəsində Füzuli, Beyləqan və Ağcabədi rayonları ərazilərində pilot “Qarabağ” və “Kroun-Ko” iri taxılçılıq təsərrüfatlarına məxsus 10525 hektar sahədə özəl taxılçılıq təsərrüfatlarının, Neftçala rayonunda 20204 hektar (onun 6804 hektarı yeni suvarılan torpaqlardır) torpaq sahəsinə suvarma suyunun verilməsini təmin edəcək Kür çayında üzən nasos stansiyasının, təzyiqli boru kəmərinin və Neftçala magistral kanalının 9,55 km-lik hissəsinin tikintisinin başa çatdırılması ilə 967 hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılmış və 1200 hektar yeni suvarılan torpaq sahəsinə suvarma suyu çatdırılmışdır. Yuxarı Şirvan kanalından su götürən və uzunluğu 28 km olan Hacıqabul magistral kanalının tikintisi ilə Hacıqabul rayonunda yaradılmış iri kənd təsərrüfatı müəssisəsinə məxsus 1625 hektar, Padar qəsəbəsinin və Qarasu kəndinin 1587 hektar yeni suvarılan torpaq sahəsi suvarma suyu ilə təmin edilmiş, Ağcabədi rayonunun 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun verilməsi üçün Yuxarı Mil kanalının tikintisi davam etdirilmiş, Sabirabad və Biləsuvar rayonlarında 15950 hektar az məhsuldar qış otlaq sahələrinə Kür çayından suvarma suyunun verilməsi məqsədilə nasos stansiyasının tikintisi işlərinə başlanılmışdır.
Eyni zamanda, işğal ərazisi ilə təmas və sərhəd zonalarında yerləşən Füzuli və Qazax, eləcə də Kürdəmir, Goranboy, Zərdab və digər rayonların 2862 hektar torpaqlarını suvarma suyu ilə təmin etmək üçün nasos stansiyalarının və suvarma kanallarının tikintisi işləri tamamlanmışdır. Salyan rayonunda 12589 hektar az məhsuldar qış otlaq sahələrində meliorativ tədbirlərin işçi layihəsinin hazırlanması işləri aparılmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ehtiyat fondundan ayrılan vəsait hesabına 2013-2016-cı illərdə əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün respublikanın əhalisi 1,3 milyon nəfərdən çox olan 40 şəhər və rayonunun 560 yaşayış məntəqəsində 957 subartezian quyusu qazılmışdır.
Dünya Bankının krediti ilə 140 min hektar suvarılan sahələrə xidmət edən Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağının, respublikanın 9 rayonunun və Naxçıvan MR-in (Babək və Şərur rayonları) 52 min hektara yaxın ərazisində suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri 2010-cu ildə başa çatdırılmış, 2011-ci ildən isə respublikanın daha 15 rayonunda Sudan İstifadəedənlər Birliklərinin institusional gücləndirilməsi və onların 85 min hektar xidmət ərazilərində təsərrüfatdaxili suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işlərinə başlanılmışdır. Bu məqsədlə layihə çərçivəsində 198 ədəd ofis binası, respublikanın 4 rayonunda (Sabirabad, Quba, Qax və Zərdab) Regional Dəstək Mərkəzləri tikilmiş və 88 ədəd ekskavator alınaraq Sudan İstifadəedənlər Birliklərinin balansına verilmişdir.
Eyni zamanda, respublikanın 8 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmiş, Ağsu, İsmayıllı, Siyəzən, Şabran, Cəlilabad, Lerik və Masallı rayonlarında içməli su və kanalizasiya xətlərinin tikintisi başa çatdırılmış, Yardımlı rayonunda isə bu işlər davam etdirilir.
Bütün maliyyə mənbələrindən ayrılan vəsait hesabına 2004-2016-cı illərdə respublikanın 24 rayonunun sel və daşqın təhlükəli 41 çayında 183427 metr sahilbərkitmə tədbirləri həyata keçirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial- iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında respublikada həyata keçirilən infrastruktur layihələri arasında meliorasiya məsələlərinin ön planda durduğunu, meliorativ tədbirlərin növbəti ilin Dövlət İnvestisiya Proqramında və ondan sonrakı illərdə də daim prioritet olacağını qeyd edən ölkə başçısı tərəfindən suvarılan torpaq sahələrini hər il artırmaqla pambıqçılığın, tütünçülüyün, üzümçülüyün, baramaçılığın, çayçılığın və digər kənd təsərrüfatı sahələrinin sürətli inkişafının təmin edilməsi istiqamətində müəyyən edilmiş hədəflərə nail olunması sahəsində bizim qarşımızda mühüm vəzifələr qoyulmuşdur.
- Məlumdur ki, Azərbaycanda qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi əsas hədəflərdən biridir. Bu məqsədlə respublikamızda ənənəvi kənd təsərrüfatı məhsulları ilə yanaşı, yeni sahələrin də yaradılması və inkişafı xüsusi diqqət mərkəzindədir. Bu məsələ ilə əlaqədar Səhmdar Cəmiyyətin qarşısında hansı vəzifələr dayanır?
- Azərbaycan Respublikası Prezidentinin ölkədə pambıqçılığın, taxılçılığın, tütünçülüyün və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi ilə əlaqədar Səhmdar Cəmiyyət qarşısına qoyulmuş vəzifələrin vaxtında yerinə yetirilməsini təmin etmək üçün əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də öz uğurlu fəaliyyətini davam etdirir.
Dünya Bankının krediti ilə həyata keçirilən “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi”ndə qənaət edilmiş vəsait hesabına respublikanın İmişli, Ağcabədi, Goranboy, Saatlı və Beyləqan rayonlarının ərazilərində 13836 hektar sahədə suvarma və drenaj şəbəkələrinin bərpası və yenidənqurulması işləri davam etdirilmiş, 81 km uzunluğunda drenaj şəbəkələrində, 180 km uzunluğunda suvarma kanallarında bərpa və təmizləmə işləri aparılmış, 14 km uzunluğunda mövcud kanallar betonla üzlənmiş, onların üzərində 198 mövcud qurğu təmir-bərpa edilmiş və 862 ədəd yeni hidrotexniki qurğu tikilmişdir.
Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan Şabran, Siyəzən və Xızı rayonları ərazisində 21 min hektar, ondan 11 min hektar yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və 10 min hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması üçün 86 km uzunluğunda paylayıcı boru kəməri və 48 km qapalı drenaj xətti çəkilmişdir. Hazırda Siyəzən rayonu ərazisində 2205 hektar yeni suvarılan torpaqlara suvarma suyunun çatdırılması və 4425 hektar sahədə su təminatının yaxşılaşdırılması işləri tamamlanmışdır. Xızı rayonu ərazisində 4833 hektar (onun 3575 hektarı yeni suvarılan torpaqlardır) və Şabran rayonunda 9255 hektar (onun 5189 hektarı yeni suvarılan torpaqlardır) sahədə meliorativ tədbirlər davam etdirilir və cari ilin sonunda başa çatdırılacaqdır.
Dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əliləmbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Kür çayı üzərində inşa edilmiş nasos stansiyasının hidrotexniki avadanlıqlarının quraşdırılması işləri görülmüş və “H” kanalının 7,78 km hissəsinin beton məcrada qurğularla birlikdə tikintisi işləri cari ildə başa çatdırılmışdır. Bununla da, 1-ci mərhələdə 3947 hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılmış və 200 hektar yeni suvarılan torpaq sahəsi suvarma suyu ilə təmin edilmişdir. Eyni zamanda Sabirabad rayonunun qış otlaqlarında 5000 hektar yeni suvarılan torpaq sahələrinə suvarma suyunun çatdırılmasını (paylayıcı kanallarsız və kollektor-drenaj şəbəkəsiz) təmin etmək üçün 1-ci mərhələdə Kür çayı üzərində nasos stansiyasının, 1 xətli təzyiqli boru kəmərinin, 35 kV elektrik hava xəttinin və tənzimləyici hovuzun tikintisi işləri aparılmışdır. Ağcabədi rayonunda isə Yuxarı Mil kanalının 5092 m hissəsi, 2 ədəd selötürücü qurğunun tikintisi tamamlanaraq 2700 hektar torpaq sahəsinə suvarma suyu çatdırılmışdır.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 19 avqust 2017-ci il tarixində kanalın İpək yoluna qədər 1-ci mərhələsinin 8,55 km-lik hissəsinin tikintisinin başa çatdırılması ilə əlaqədar Samux və Goranboy rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi mərasimi keçirilmişdir. Cari ildə bu ərazilərdə əkilmiş pambıq, eləcə də digər kənd təsərrüfatı bitkiləri Samux-Goranboy magistral suvarma kanalının yeni inşa olunmuş hissəsindən tələbata uyğun olaraq suvarma suyu ilə təmin edilmişdir.
Hazırda Goranboy rayonunun daha 8000 hektar torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün İpək yolunun Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı ilə kəsişməsindən sonra 4950 pm hissəsinin qurğularla birlikdə tamamlama işləri yerinə yetirilir.
Goranboy və Samux rayonlarında yaradılan aqroparkların 4695 hektar sahəsinə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı ilə suvarma suyunun çatdırılması üçün 1-ci mərhələdə sugötürücü qurğunun, 12,1 km suvarma boru kəmərinin və həcmi 100 min kbm olan dəmir-beton üzlüklü su hovuzunun tikintisi başa çatdırılmışdır. Hazırda 2-ci mərhələ üzrə həcmi 300 min kbm olan su hovuzunun və uzunluğu 7 km-ə yaxın olna boru kəmərinin tikintisi işləri davam etdirilir.
- Əhməd müəllim, respublikamızın bölgələrində istifadə olunmayan torpaqların əkinə yararlılığının təmin olunması və istifadəyə cəlb edilməsi üçün dövlət rəhbərliyi səviyyəsində müvafiq qurumlara tapşırıqlar verilib. Meliorasiya və Su Təsərrüfatı ASC-nin üzərinə hansı vəzifələr düşür? Bu istiqamətdə qarşıdakı dövrdə hansı işlərin görülməsi nəzərdə tutulur?
- Aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə Araz çayının yeni qolu vasitəsi ilə Saatlı, İmişli və Biləsuvar rayonlarının 39493 hektar qış otlaq sahələrində yaradılacaq aqroparkların və iri təsərrüfatların suvarma suyu ilə təmin edilməsi üçün 54,2 km kanalın tikintisi işləri cari ildə başa çatdırılacaqdır. Şabran rayonu ərazisində “Şabran Aqropark” MMC-yə məxsus 1738 hektar sahəyə suvarma suyunun verilməsi üçün sututumu 150 min kbm olan su hovuzunun, səviyyəqaldıran suburaxan qurğunun və 4,96 km uzunluğunda kanalın qurğularla birlikdə tikintisi tamamlanmış, bu torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə kollektor-drenaj şəbəkəsində tikinti işləri davam etdirilir. Qax rayonunda yaradılan Aqroparka məxsus 1553 hektar torpaq sahəsinə, o cümlədən 1-ci mərhələdə 665 ha sahəyə suvarma suyunun çatdırılması üçün suvarma şəbəkəsinin tikintisi işləri yerinə yetirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Yuxarı Şirvan kanalının yenidənqurulmasının Texniki-iqtisadi əsaslandırması hazırlanmış və aidiyyəti struktur təşkilatları ilə razılaşdırılmışdır. Hazırda layihə və tender sənədlərinin tərtib olunması üçün hazırlıq işləri yerinə yetirilir. Yenidənqurma işləri hesabına respublikanın 10 rayonunun 125 min hektardan çox əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq və 106 min hektar yeni suvarılan torpaqlar istifadəyə veriləcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2017-ci il tarixli müvafiq Sərəncamı ilə respublikanın 36 şəhər və rayonunun 136 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün qazılması nəzərdə tutulmuş 150 ədəd subartezian quyusunda qazma işləri tamamlanmışdır.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni silahlı birləşmələrinin işğalından azad edildikdən və burada insanların təhlükəsiz yaşaması mümkün olduqdan sonra kənd sakinlərinin öz doğma yurdlarına qayıtması üçün həmin ərazilərdə əsaslı yenidənqurma və bərpa işlərinə başlanılmışdır. Geri qaytarılmış torpaqlarımızı suvarma suyu ilə təmin etməklə burada kənd təsərrüfatının inkişafına geniş imkanlar yaranmışdır. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 400 hektar və həmin sahəyə bitişik Mirzənağılı kəndinin 280 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün nasos stansiyasının və təzyiqli boru kəmərinin tikintisi işləri tamamlanmaq üzrədir.
Eyni zamanda, Şəki və Oğuz rayonları ərazisində yaradılacaq aqroparkın müvafiq olaraq 10000 hektar və 2000 hektar sahəsinin və Ağsu rayonu Gəgəli kəndinin əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə “Azdövsutəslayihə” institutu tərəfindən layihə-axtarış işləri yerinə yetirilmişdir.
Yuxarıda qeyd edilən tədbirlərin həyata keçirilməsi nəticəsində cari ildə 100 min hektara yaxın sahədə, o cümlədən 71 min hektar yeni suvarılan sahələrə suvarma suyunun çatdırılması və 29 min hektar mövcud suvarılan sahələrin su təminatının yaxşılaşdırılması mümkün olacaqdır.
Rayon icra hakimiyyətlərinin təklifləri əsasında Səhmdar Cəmiyyətin “Azdövsutəslayihə” institutu tərəfindən Ağdaş, Salyan, Kürdəmir, Hacıqabul, İmişli, Neftçala və Samux rayonlarının ümumilikdə 49 min 250 hektar sahələrinə suvarma suyunun çatdırılması üçün müvafiq meliorasiya tədbirlərinin aparılması üzrə layihə-smeta sənədləri hazırlanaraq rayon icra hakimiyyətlərinə təhvil verilmişdir.
Cari ildə kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil keçirilməsi və respublikanın çaylarında baş verə biləcək sel və daşqın sularının maneəsiz axıdılması ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilmişdir.
Cəmiyyət tərəfindən magistral kanallar üzrə su bölgüsü limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilmiş, bütün istismar təşkilatlarında gecə-gündüz növbətçilik yaradılmış, vegetasiya suvarmasının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə Cəmiyyətin mütəxəssisləri ayrı-ayrı obyektlərə təhkim edilmiş, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün bütün təxirəsalınmaz tədbirlər görülmüşdür.
Su itkilərinin qarşısının alınması və su ehtiyatlarından daha səmərəli istifadə edilməsi məqsədi ilə Yuxarı Şirvan kanalının yenidənqurulması üzrə layihə sənədlərinin hazırlanması işləri davam etdiriləcəkdir.
Kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil keçirilməsi və respublikanın çaylarında baş verə biləcək sel və daşqınların qarşısının alınması, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi, suvarma və kollektor-drenaj şəbəkələrinin normal istismarının təmin edilməsi məqsədi ilə onlarda vaxtlı-vaxtında təmizləmə və təmir-bərpa işlərinin aparılması tədbirləri əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də uğurla davam etdiriləcəkdir.
Ümumiyyətlə, bütün bu tədbirlərin həyata keçirilməsi və yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsinə, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərinin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə imkan yaranacaqdır.
Ölkəmizdə meliorasiya və su təsərrüfatı sahəsi möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu da öz növbəsində mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması, onların istismarının yaxşılaşdırılması və sahənin müasir tələblər səviyyəsində daha da inkişafı istiqamətində yeni-yeni böyük uğurlara nail olunacağına qəti əminlik yaradır.

 
  • Oxunub:  7320  |  
  • Tarix:  23-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb

17:50
19 Oktyabr
Şəkidə yaş barama istehsalı ötən illə müqayisədə 2,7 dəfə artıb
17:43
19 Oktyabr
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində “ReAnimasiya” sərgisi açılıb
17:37
19 Oktyabr
Avropa Komissiyasının ali təhsil üzrə nümayəndələri ADNSU-da
17:28
19 Oktyabr
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
17:24
19 Oktyabr
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
17:21
19 Oktyabr
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
17:19
19 Oktyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
17:15
19 Oktyabr
Vətəndaş məmnunluğuna və şəffaflığa nail olmaq başlıca məqsədə çevrilməlidir
17:14
19 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
17:04
19 Oktyabr
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
16:55
19 Oktyabr
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
16:55
19 Oktyabr
Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib
16:51
19 Oktyabr
AZAL və “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
16:48
19 Oktyabr
Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə işini davam etdirib
16:42
19 Oktyabr
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
16:41
19 Oktyabr
MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır
16:32
19 Oktyabr
Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur
16:13
19 Oktyabr
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
16:06
19 Oktyabr
Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
15:56
19 Oktyabr
Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər
15:54
19 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub
15:50
19 Oktyabr
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
15:48
19 Oktyabr
“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir
15:39
19 Oktyabr
Hikmət Hacıyev: “Star” layihəsi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsidir
15:33
19 Oktyabr
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:31
19 Oktyabr
Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır
14:45
19 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
14:43
19 Oktyabr
Batika parça üzərində nəqqaşlıq sənətidir
14:39
19 Oktyabr
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
14:34
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
14:18
19 Oktyabr
Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
14:12
19 Oktyabr
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
14:08
19 Oktyabr
İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur
14:05
19 Oktyabr
Bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
14:03
19 Oktyabr
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
14:01
19 Oktyabr
"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
12:12
19 Oktyabr
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib
12:08
19 Oktyabr
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
11:45
19 Oktyabr
Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub
11:37
19 Oktyabr
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub
11:34
19 Oktyabr
QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib
11:23
19 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
11:16
19 Oktyabr
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub
11:07
19 Oktyabr
Samir Vəliyev: TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib
11:02
19 Oktyabr
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
10:56
19 Oktyabr
Nazir müavini: TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib
10:48
19 Oktyabr
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı keçirilir
10:45
19 Oktyabr
Bakıda III Avrasiya Konfransı işə başlayıb
09:48
19 Oktyabr
Azərbaycanın energetika naziri Çində bir sıra görüşlər keçirib
09:24
19 Oktyabr
Yaponiyalı musiqiçi: Əlliyə yaxın ölkədə olsam da, Bakı kimi özünəməxsus, gözəl şəhər görməmişəm
09:15
19 Oktyabr
Jurnalistlərin dostluq əlaqələri Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafına töhfə verəcək
09:07
19 Oktyabr
Vaşinqtonda Azərbaycanın dövlət müstəqilliyinin 27-ci ildönümü qeyd olunub
17:45
18 Oktyabr
Tərtər rayonunun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatıb
17:43
18 Oktyabr
Dini təhlükəsizlik milli təhlükəsizlik konsepsiyasının başlıca komponentlərindən biridir
17:41
18 Oktyabr
Azərbaycanın bir qrup KİV nümayəndəsi Gürcüstanda səfərdədir
17:39
18 Oktyabr
Mikola Kurka: Azərbaycan son 15 ildə hüquqi dövlətin inkişafı istiqamətində fundamental işlər görüb
17:33
18 Oktyabr
AQTA əməkdaşları Malayziyada keçirilən beynəlxalq təlimdə iştirak ediblər
17:29
18 Oktyabr
Moskvada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclası keçirilib
17:19
18 Oktyabr
Elman Nəsirov: Müstəqillik illərində ölkəmiz böyük inkişaf yolu keçib
17:14
18 Oktyabr
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışı keçirilib
17:10
18 Oktyabr
İordaniyalı politoloq: Azərbaycan öz müstəqil xarici siyasəti sayəsində beynəlxalq aləmdə çox böyük nüfuz və hörmət qazanıb
17:06
18 Oktyabr
Azərbaycan və Türkmənistan XİN-ləri arasında 2019-2020-ci illər üçün əməkdaşlıq proqramı imzalanıb
16:48
18 Oktyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
16:45
18 Oktyabr
Maria Elisabetta Alberti Kasellati: İtaliya Azərbaycanı özünün ən sadiq tərəfdaşlarından biri hesab edir
16:41
18 Oktyabr
YAP rayon təşkilatları ictimai-siyasi həyatda fəallıqları ilə seçilir
16:28
18 Oktyabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Azərbaycanın payız sovqatları” adlı şəhərcik açılıb
16:18
18 Oktyabr
Bakı Nəqliyyat Agentliyində Dövlət Müstəqilliyinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
16:16
18 Oktyabr
Bilik Fondu “On beş illik Prezidentlik dövrünün şərəfli salnaməsi” mövzusunda “dəyirmi masa” keçirib
16:09
18 Oktyabr
Qubadlı rayonu üzrə doqquz ayın nəticələri müzakirə olunub
16:00
18 Oktyabr
Bakı Olimpiya Stadionunda UEFA-nın seminarı təşkil olunacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+19 +22
gecə+14 +17