Ana səhifə »  Müsahibə »  2017-ci il dərin iqtisadi islahatlar, iri iqtisadi layihələr və makro-iqtisadi sabitləşmə ili kimi yadda qalacaq
A+   Yenilə  A-
2017-ci il dərin iqtisadi islahatlar, iri iqtisadi layihələr və makro-iqtisadi sabitləşmə ili kimi yadda qalacaq

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili www.yap.org.az saytına müsahibə verib:
- Tahir müəllim, artıq 2017-ci il başa çatmaq üzrədir. Bu ilin iqtisadi mənzərəsini necə şərh edərdiniz?
- 2017-ci il dünya iqtisadiyyatında bir tərəfdən müsbət dinamikanın (Avropa Birliyi, ABŞ iqtisadiyyatında ÜDM-in artması), digər tərəfdən isə müxtəlif ölkələr arasında qarşıdurmaların (Rusiyaya yeni sanksiyaların tətbiqi, Qətər böhranı, Suriya münaqişəsinin davam etməsi, Şimali Koreya böhranı) artmasının müşahidə olunduğu bir il kimi yadda qaldı. Konfliktlərin artması iqtisadi münasibətlərə təzyiqləri daha da artırmış və kapitalın sərbəst hərəkərində çətinliklər yaratmışdır. 2017-ci il ərzində neftin qiyməti orta hesabla 25% artmışdır. Bununla yanaşı, bu il ərzində də dünya sürətlə informasiya və texnologiyalar dövrünə daxil olmaqda davam etmişdir.
2017-ci il Azərbaycan üçün iqtisadi cəhətdən əlamətdar hadisələr ili kimi yadda qalmışdır. İlk öncə onu qeyd etmək lazımdır ki, bu ilin ilk 9 ayının göstəricilərinə uyğun olaraq son iki ildə ilk dəfə olaraq tədiyyə balansının cari əməliyyatlar hesabında 1.1 milyard dollar profisit yaranmışdır. 2015-ci ildə defisit 222.5 milyon dollar, 2016-ci ildə isə 1.363 milyard dollar təşkil etmişdir. 2017-ci ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansında defisit 200 milyon dollar və ya 5% azalmışdır.
2017-ci ildə ölkədə makroiqtisadi sabitlik təmin olunmuş, manatın məzənnəsi sabit olmuş və manat məzənnəsinə olan iqtisadi təhlükələr aradan qaldırılmışdır.
2017-ci ilin 11 ayı ərzində xarici ticarət dövriyyəsi 26.5% artmışdır. İxracın həcmi isə 50% artmışdır. Xarici ticarət dövriyyəsində ixracın payı 61%-ə çatmış, ixrac idxalı 4.7 milyard dollar üstələmişdir. Keçən dövr ərzində ölkədə qeyri-neft sektoru 2.4%, qeyri-neft sənayesi 3.5%, kənd təsərrüfatı məhsulları istehsalı isə 4% artmışdır.
2017-ci il ərzində artırılan dövlət büdcəsinin gəlir və xərcləri müvafiq olaraq 16.766 milyard və 17.941 milyard manat olmuş, büdcənin icrası proqnozlara uyğun olmuşdur.
Sənayeləşmə proqramı çərçivəsində Neftçala Sənaye Məhəlləsi yaradılmış və yeni sənaye məhəllələrinin yaradılması istiqamətində işlərə start verilmişdir.
Turizmin inkişafı yönümündə atılan innovativ addımlar 2017-ci ildə öz nəticəsini vermişdir. Azərbaycana gələn turistlərin sayı 25% artaraq, 2.5 milyon nəfərə çatmışdır.
2017-ci ilin son 9 ayı ərzində ölkədə 226 mindən çox yeni iş yerləri yaradılmışdır. Bununla bərabər özünüməşğulluq proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 2000-ə yaxın ailə təsərrüfatı yaradılmışdır.
2016-cı ildə 22% azalan inşaat sektorunun canlandırılması üçün 2017-ci ildə mühüm işlər görülmüşdür. Köhnə mənzillərin sökülərək onların yerində yeni binaların tikilməsi yönümündə sahibkarlara verilən dövlət dəstəyi nəticəsində Bakıda hazırda 100-ə yaxın yeni bina tikilməkdədir. Bu layihələr həm inşaat sektorunu canlandırmış, həm də yeni iş yerlərinin açılmasını təmin etmişdir.
Sosial sahədə də mühüm layihələr kimi 2017-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün 1026 mənzildən ibarət 11 yaşayış binasının inşasına başlanılmışdır. 2017-ci ildə Cocuq Mərcanlı kəndində infrastruktur tamamilə bərpa edilmiş, 50 yaşayış evi, məktəb istifadəyə verilmişdir.
İlk dəfə olaraq 2017-ci ildə Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz bir qızıl, bir gümüş, bir bürünc medal qazanmışlar.
2017-ci ildə Azərbaycanın şahmat üzrə kişilərdən ibarət milli komandası Avropa çempionu olmuşdur.
2017-ci il dövlət başçısı tərəfindən iqtisadi islahatlar ili elan edilmişdir. İslahatlar həm idarəetmə sahələrini əhatə etmiş və bu ildə effektiv idarəetmə mexanizmlərinin daha da təkmilləşdirilməsi yönümündə mühüm qərarlar verilmişdir. Kiçik və orta sahibkarların maliyyə əlçatanlığının təmin olunması üçün Kredit Zəmanəti Fondu yaradılmışdır.
Dövlət mülkiyyətində olan müəssisələrin daha effektiv idarə olunması məqsədilə Azərbaycan Sənaye Korporasiyası yaradılmışdır.
Ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin səmərəliliyinin artırılması və kənd təsərrüfatı məhsullarının istehsalı və ixracında yeniliklərin tətbiqi üçün Qida Təhlükəsizliyi Agentliyi yaradılmışdır.
2018-ci ilin yanvar ayından fəaliyyətə başlayacaq İşsizlikdə Sığorta Fondu yaradılmışdır. Fondun əsas fəaliyyəti qanunda müəyyən olunmuş səbəbdən işini itirmiş vətəndaşlara müəyyən müddət ərzində sığorta-maaşın verilməsi və paralel olaraq özünüməşğulluq çərçivəsində yeni ailə təsərrüfatlarının yaradılması olacaqdır.
Nazirlər Kabineti strukturunda edilən dəyişikliklər isə mərkəzi icra orqanlarının fəaliyyətlərində koordinasiyanın daha effektiv həyata keçirilməsinə imkan yaradacaq.
2017-ci ildə Azəri-Çıraq-Günəşli yataqları üzrə yeni sazişin imzalanması mühüm hadisə kimi tarixə düşdü. “Əsrin Müqaviləsi”nin 2050-ci ilə kimi uzadılması, Azərbaycanın payının yeni müqavilədə 11%-dən 25%-ə kimi artırılması, mənfəət neftində Azərbaycanın payının 75% olması, Azərbaycan şirkətinin də müqaviləyə cəlb olunması, müqavilə çərçivəsində 40 milyard dollara yaxın xarici investisiyanın cəlb olunması mühüm hadisə oldu.
2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin işə düşməsi nəinki Azərbaycan, bütövlükdə regionun iqtisadi tarixində mühüm yer tutdu. Layihə çərçivəsində yüklərin və sərnişinlərin daşınması ölkələrə tranzitdən xeyli gəlir götürməyə imkan verəcək. Eyni zamanda, Azərbaycan ixrcatçılarına öz məhsullarını şərq və qərb bazarlarına birbaşa və ucuz nəql etməyə imkan yaratmışdır.
2017-ci ildə Cənub Qaz Dəhlizi layihəsi üzrə işlər sürətlə davam etmişdir. Layihəyə 2.4 milyard dollar investisiya cəlb edilmiş, Azərbaycan ərazisi üzrə və Türkiyə ərazisi üzrə (TANAP) işlərin xeyli hissəsi artıq yekunlaşmışdır.
Şimal-Cənub dəmir yolu layihəsinin Azərbaycan ərazisində bütün işləri yekunlaşmışdır.
- Hazırda həyata keçirilən iqtisadi islahatlar perspektiv üçün nələr vəd edir?
- 2017-ci ildə ÜDM həcminin ilin sonuna 0.3% artması gözlənilir. 2017-ci ildə iqtisadiyyatın sabitləşməsi növbəti illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edəcəkdir. Artıq bütün beynəlxalq təşkilatlar növbəti ildə Azərbaycanda ÜDM-in 2-4%-ə qədər artacağını proqnozlaşdırırlar. 2018-ci ilin dövlət büdcəsinin həcminin 3.3 milyard manat artırılması və ən böyük artımın iqtisadi aktivliyin artımına yönəldilməsi bu inkişaf üçün əlavə stimul da yaratmışdır. 2018-ci ildə Azərbaycan qazının Türkiyəyə nəqli planlaşdırılır. Sumqayıt Kimya Sənaye Parkında SOCAR Polimer və Karbamid kimi mühüm zavodların açılışı nəzərdə tutulur. Bu layihələrin işə düşməsi iqtisadi gəlirlərin artması ilə yanaşı yeni iş yerlərinin də yaradılmasına səbəb olacaqdır. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar 2018-ci ildə istehsal və ixracda mühüm irəliləyişlərin əldə olunmasına imkan yaratmışdır. Beləliklə, 2017-ci il dərin iqtisadi islahatlar, iri iqtisadi layihələr və makroiqtisadi sabitləşmə ili kimi yadda qalacaq. 2018-ci ildən gözləntilər isə dinamik inkişaf, yeni iqtisadi layihələr və vətəndaşların yaşayış səviyyəsinin daha da artmasıdır.
- Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində səfərdə oldu. Sumqayıtı təmsil edən millət vəkili kimi bu səfərin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...
- Dövlət başçısı bu il ikinci dəfə olaraq Sumqayıta səfər etmişdir. Məhz Onun qayğısı nəticəsində şəhərdə bütün infrastruktur layihələri başa çatmaq üzrədir. İçməli su ilə təminat 94%-ə, qazlaşma 100%-ə çatmış, elektrik enerjisi sahəsində isə problemlər yoxdur, yeni yollar salınır, binaların dam örtükləri vurulur, binalara yeni liftlər quraşdırılır. Sumqayıt məktəbliləri ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərirlər, Sumqayıt idmançıları ölkəmizi beynəlxalq olimpiadalarda layiqincə təmisil edirlər.
Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatı üçün inşa edilmiş yeni bina partiyanın yerli orqanının fəaliyyətində yeni bir səhifə açacaqdır. Sumqayıt son illərdə sürətlə inkişaf edərək həm sənaye, həm də turizm şəhərinə çevrilməkdədir. Sumqayıt Kimya Sənaye Parkında qeydiyyatdan keçmiş rezidentlərin sayı 15-ə, cəlb edilcək investisiyaların həcmi 2.7 milyard dollara, parkda çalışan insanların sayı isə 8 000-ə çatmışdır. Sənaye parkında ölkədə ilk dəfə olaraq Blokçeyn texnologiyaları əsasında müasir Data Mərkəz tikilmişdir.
- Tahir müəllim, Milli Məclisin ötən iclasında “Azərbaycan Respublikasının Hesablama Palatası haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarıldı. Bu qanunun önəmi nədən ibarətdir?
- Azərbaycan büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın təmin edilməsi və nəzarətin artırılması üçün ölkə başçısının müvafiq tapşırığı olmuşdur. İqtisadi islahatların aparılması həm də nəzarət mexanizmlərinin təkmilləşməsini labüd etmişdir. “Hesablama Palatası haqqında” qanun layihəsi 1999-cu ildə qəbul edilmişdir. Keçən dövr ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə, dövlət büdcəsinin həcmi isə 6 dəfə artmışdır. Dünyada audit və nəzarət sahəsində yeni texnologiyaların və yanaşmaların tətbiq olunması bir tərəfdən effektivliyi artırır, digər tərəfdən isə əhatəliliyi artırmaqla inzibati resurslara qənaət etməyə imkan verir. Bu baxımdan, yeni qanun layihəsi yenilikləri əhatə etmə və təcrübədə yaranan çətinlikləri dəf etmə cəhətdən xeyli mütərəqqidir. Layihədə elektron auditin aparılması üçün imkanların yaradılması bu sahədə ən müasir texnoloji yanaşmaların tətbiq olunmasına imkan yaradacaqdır. Digər tərəfdən, ali audit orqanı kimi Hesablama Palatasının vəzifə, hüquq və funksiyalarının dəqiq müəyyən olunması Azərbaycanda bu sahədə fəaliyyət göstərən digər maliyyə-nəzarət orqanları ilə fəaliyyətin koordinasiya olunmasına imkan yaradacaqdır. Təbii ki, son məqsəd ölkədə milli resurslardan istifadə etməkdə səmərəliliyin daha artıq səviyyəsinə nail olmaqdır.

 
  • Oxunub:  2010  |  
  • Tarix:  20-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir

10:06
22 Yanvar
Azərbaycan Rəşt-Astara dəmir yolu layihəsində 50 faizlik paya malik olacaq
10:02
22 Yanvar
Türkiyə ictimaiyyəti ordunun antiterror əməliyyatlarına böyük dəstək nümayiş etdirir
09:48
22 Yanvar
Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub
19:06
20 Yanvar
Antonio Gamito: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkədə multikulturalizm, tolerantlıq ənənələrinin inkişafından xəbər verir
18:57
20 Yanvar
“The Jerusalem Post”: Qanlı “Qara Yanvar” Azərbaycanın müstəqilliyi yolunda başlanğıc nöqtə oldu
18:47
20 Yanvar
Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18:06
20 Yanvar
Naxçıvanda 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd edilib
17:19
20 Yanvar
Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
13:28
20 Yanvar
Qanlı 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ümumxalq ziyarəti
11:03
20 Yanvar
Baş nazirin müavini: 20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir
11:00
20 Yanvar
Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini yad edir
10:50
20 Yanvar
Əli Əhmədov: Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumunun icra etdiyi funksiyaları həyata keçirəcək
10:47
20 Yanvar
MSK sədri: "Azərbaycanda prezident seçkilərinə hazırlıq başlayıb"
10:42
20 Yanvar
20 Yanvar faciəsinə həsr olunan daha bir anım mərasimi Litvada keçirilib
10:36
20 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Təbrizdə anılıb
10:32
20 Yanvar
Malayziyada keçirilən anım tədbirində 20 Yanvar faciəsinin dəhşətlərindən danışılıb
10:29
20 Yanvar
Peterburqda Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılır
10:24
20 Yanvar
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Vaşinqtonda da anılıb
10:22
20 Yanvar
Ankarada Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
10:18
20 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
17:53
19 Yanvar
Azərbaycana müasir hərbi texnikaların yeni partiyası gətirilib
17:52
19 Yanvar
2018 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar viza prosedurları sadələşdiriləcək
17:43
19 Yanvar
YAP-ın yaranmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyası çərçivəsində partiyanın Ağdam rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası davam etdirilib
17:41
19 Yanvar
Hadi Rəcəbli: Azərbaycanda sosial infrastruktur quruculuğu uğurla davam edir
17:38
19 Yanvar
Kamilə Əliyeva: Peşə təhsilinin səviyyəsinin yüksəldilməsi gündəmdə olan əsas məsələlərdən biridir
17:25
19 Yanvar
İtaliyada 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib
17:04
19 Yanvar
“Fitur-2018” beynəlxalq turizm sərgisində Ermənistanın planlaşdırdığı təxribatın qarşısı alınıb
17:01
19 Yanvar
Azərbaycanda Olimpiya hərəkatının təbliği uğurla davam etdirilir
16:57
19 Yanvar
Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak edəcək
16:50
19 Yanvar
Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında birgə tədbirlər planı imzalayıb
16:42
19 Yanvar
20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq və şərəf günüdür
15:59
19 Yanvar
Nizami Cəfərov: İstiqlalımız uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi heykəli hər bir azərbaycanlının ürəyində ucalır
15:53
19 Yanvar
Ali Attestasiya Komissiyasında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan toplantı keçirilib
15:50
19 Yanvar
Çili radiosunun saytında 20 Yanvar faciəsi ilə bağlı geniş məqalə yayılıb
15:40
19 Yanvar
Bakıda dünya çempionatı Olimpiya tituluna namizədlərin adlarını açıqlayacaq
14:13
19 Yanvar
Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar elmi konfrans keçirilib
14:05
19 Yanvar
YAP İdarə Heyətinin iclası keçirilmişdir
12:54
19 Yanvar
Vergilər naziri ABŞ səfiri ilə görüşüb
12:53
19 Yanvar
20 Yanvar şəhidləri xalqımızın milli azadlığı və müstəqilliyi üçün yol açıblar
12:45
19 Yanvar
20 Yanvar şəhidlərinin adı Azərbaycan tarixinə əbədi həkk olunub
12:42
19 Yanvar
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib
12:40
19 Yanvar
Azərbaycan Prezidenti özbəkistanlı həmkarına başsağlığı verib
12:38
19 Yanvar
20 Yanvar faciəsinin ildönümü Vyetnamda da qeyd olunub
12:33
19 Yanvar
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
12:30
19 Yanvar
“The Washington Times”: Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır
12:11
19 Yanvar
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
12:04
19 Yanvar
20 Yanvar faciəsi ilə əlaqədar Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərində bayraqlar endiriləcək
11:53
19 Yanvar
“Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib
11:09
19 Yanvar
Dünya Turizm Təşkilatında sədrlik Azərbaycandan Argentinaya keçib
11:05
19 Yanvar
Seulda 20 Yanvar faciəsinin ildönümü qeyd olunub
10:58
19 Yanvar
Hikmət Babaoğlu: Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların intensivləşməsi Azərbaycanın dünyada nüfuzunun artması ilə bağlıdır
10:47
19 Yanvar
Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
10:45
19 Yanvar
Sevinc Fətəliyeva: Azərbaycan özünün milli inkişaf modeli ilə digər dövlətlər üçün nümunədir
10:35
19 Yanvar
ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti bəyanat yayıblar
10:24
19 Yanvar
Özbəkistanın kun.uz portalı 20 Yanvar faciəsindən yazıb
10:23
19 Yanvar
Azərbaycan neftinin bir barreli 70,85 dollara satılır
10:16
19 Yanvar
Böyük Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
10:13
19 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 116 dəfə pozub
21:54
18 Yanvar
Elmar Məmmədyarov: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra kreativ fikirlər irəli sürüblər
21:16
18 Yanvar
Braziliya mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub
20:28
18 Yanvar
20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq mübarizəsi salnaməsidir
20:03
18 Yanvar
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Avropa Olimpiya Komitəsinin iclasında iştirak edir
19:51
18 Yanvar
İtaliya mətbuatı: İtaliya 2017-ci ildə Azərbaycanın ən böyük ticarət tərəfdaşı olub
19:46
18 Yanvar
YAP Səbail rayon təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar
19:27
18 Yanvar
Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb
17:49
18 Yanvar
YAP-ın Pirallahı rayon təşkilatının təşəbbüsü ilə 20 Yanvar faciəsinin ildönümü münasibətilə qanvermə aksiyası keçirildi
17:46
18 Yanvar
MOK Olimpiya hərəkatının təbliğini uğurla davam etdirir
17:40
18 Yanvar
Statistika Komitəsində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
16:54
18 Yanvar
Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələr barədə müzakirələr aparılıb
16:34
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü Azərbaycanın Gürcüstandakı səfirliyində qeyd olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +11
gecə+3 +6